Münsərih bəhri 1. Müftə’ilün fA’ilün müftə’ilün fA’ilün Dahda-dadah dah-dadah dahda-dadah dah-dadah
Misal: Oğlumuz ay Xansənəm, bir yekə pəlvan imiş. M. Ə. Sabir
2. MəfA’ilün fA’ilün məfA’ilün fA’ilün
Dadah-dadah dah-dadah dadah-dadah dah-dadah Misal: Uşaq mənimdir əgər, oxutmuram əl çəkin. M. Ə. Sabir
Müctəs bəhri 1. MəfA’ilün fə’ilAtün məfA’ilün fə’ilAtün
Dadah-dadah dada-dahdah dadah-dadah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3–4–4–5 bölgüsü ilə: Dadahda dahda-dadah dahda-dahda dahda-dadahdah
Misal: Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi zülmət H. Cavid
2. MəfA’ilün fə’ilAtün məfA’ilün fə’ilün
Dadah-dadah dada-dahdah dadah-dadah da-dadah Azərbaycan əruzuna daha uyğun olan 3–4–4–4 bölgüsü ilə: Dadahda dahda-dadah dahda-dahda dahda-dadah Misal: Öyünmə, çox gözəlim, çox da gözlərin qaradır. Ə. Vahid
Mütəqarib bəhri 1. Fə’Ulün fə’Ulün fə’Ulün fə’Ulün
Da-dahdah da-dahdah da-dahdah da-dahdah Misal: Bu il bizdən ayrıldı istəkli Sabir. Ə. Nəzmi
2. Fə’Ulün fə’Ulün fə’Ulün fə’Ul
Da-dahdah da-dahdah da-dahdah da-dah Misal: Qəzəl bildirir şairin qüdrətin. M. Füzuli
Xəfif bəhri 1. Fə’ilAtün məfA’ilün fə’ilün Dada-dahdah dadah-dadah dadadah
Azərbaycan əruzuna daha uyğun olan 3–4–4 bölgüsü ilə: Dadadah dahda-dahda dahda-dadah
Misal: Qoca Qafqaz, adında bir əzəmət . İ. Cəfərpur
2. FA’ilAtün məfA’ilün fə’ilAtün
Dahda-dahdah dadah-dadah dada-dahdah . Azərbaycan əruzuna daha uyğun olan 3-4-5 bölgüsü ilə: Dah-dadah dahda-dahda dahda-dadahdah Misal: Düşməni-duni nabəkarə bəlayəm. M. Füzuli
Səri bəhri 1. Müftə’ilün müftə’ilün fA’ilün
Dahda-dadah dahda-dadah dahdadah Misal: Məclisi-əyanda vurur tək səbir. M. Ə. Sabir
2. Müftə’ilün müftə’ilün
Dahda-dadah dahda-dadah Misal: Sönməz işıqlarda vətən. S. Rüstəm
Kamil bəhri 1. MütəfA’ilün mütəfA’ilün mütəfA’ilün mütəfA’ilün
Dadadah-dadah dadadah-dadah dadadah-dadah dadadah-dadah Misal: Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi. M. Füzuli
2. MütəfA’ilün mütəfA’ilün
Dadadah-dadah dadadah-dadah Misal: Məni axiri bu qəm öldürür. M. Ləli
Müqtəzəb bəhri FA’ilAtü məf’Ulün fA’ilAtü məf’Ulün
Dahda-dahda dah-dah-dah dahda-dahda dah-dah-dah
Və ya:
Dah-dadah dadah-dahdah dah-dadah dadah-dahdah Misal: Zülfün olsa aşüftə bağrımı kəbab eylər. M. Ləli
Ədəbiyyat
1. Cəfər Əkrəm, Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı-1977.
2. Quliyev Tərlan, Əruz və qafiyəşünaslıq tarixi. Bakı-2001.
3. Quliyev Tərlan, Azərbaycan şeirinin qədim dövrü. Bakı.2001.