Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "


B Ə K İL   OĞLU  İM RAN  BOYU



Yüklə 139,49 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix16.02.2017
ölçüsü139,49 Kb.
#9068
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

B Ə K İL   OĞLU  İM RAN  BOYU
Qam Ğan  oğlu  Bayındır xan  yerindən durmuşdu.  Yüksək evini  qara 
yer üzərində ucaltmışdı. Hündür alaçığı göy üzünə dirənmişdi. Min yerdə 
ipək xalçalar döşətdirmişdi.  İç Oğuz və Daş Oğuz bəyləri toplaşmışdılar.
Doqquz tüm ənlik Gürcüstanm  xəracı  gəldi:  bir at, bir qılmc və  bir 
çom aq  gətirdilər.
B ayındır xan bərk dilxor oldu. D ədəm  Qorqud gəldi,  şadlıq havası 
çaldı.  “X anım ,  niyə  qanın  qaralıb?”  -   dedi.  Deyir:  “N ecə  qaralmasın, 
h ə r  il  qızıl-güm üş  gəlirdi,  cavanlara-bəylərə  verirdik,  xatirləri  şad 
olurdu.  İndi  bunları  kim ə  verək ki,  onunçun xoş  olsun?” .
D əd ə Q orqud deyir:  “Xanım, bunun üçünü d ə bir igidə verək, oğuz 
elinə  qaravul  çəksin!” .  Bayındır  xan  “Kimə  verək?”  -   dedi,  sağına- 
soluna  baxdı.  Heç  kim  razı  olmadı.  Bəkil  deyilən  bir  igid  vardı.  Ona 
baxdı,  dedi:  “ Sən  nə  deyirsən?”  B əkil  razı  oldu.  Qalxdı,  yeri  öpdü. 
D ədəm   Q orqud  gətirilən  qdıncı  onun  belinə  bağladı.  Çomağı  çiyninə 
saldı,  yayı  qoluna keçirdi.
B əkil  şahanə  ayğırı  çəkdirib  mindi.  Q ohum -əqrəbasını  ayırdı,  ev- 
eşiyini  yığışdırdı,  oğuz  elindən  köçdü.  B ərdəyə,  G əncəyə  gedib 
m əskən  saldı.  Gedib  doqquz  tüm ənlik  Gürcüstan  sərhəddində  çadır 
qurdu.  Qaravulçuluq  elədi.  Buralara  yad  kafir  gəlsə  idi,  başım  oğuz 
elinə hədiyyə göndərərdi. İldə bir dəfə Bayındır xanın divanma gedirdi.
Bir dəfə yenə Bayındır xandan adam gəldi ki, tez gəl.  Bəkil də gəldi. 
H ədiyyələrini yerə qoydu, Baymdır xanm əlini öpdü. Xan da Bəkili qonaq 
etdi.  Yaxşı  at,  yaxşı  qaftan,  bolluca  xərclik  verdi.  Üç  gün  tam  əzizlədi, 
hörm ət etdi.  “Bəkili  üç gün də ov əti  ilə qonaq eləyək, bəylər!” -  dedi.
Ova hazırlıq  üçün car çəkildi.  EIə ki, ov hazırlığı tamam oldu, kimi 
atını,  kimi  qıhncım ,  kim isi  də  yay  çəkib  ox  atm ağım   təriflədi.  Salur 
Qazan nə özünü, nə atını təriflədi. A m m a bəylərin hünərindən danışdı.
Üç  yüz  altm ış  altı  igid ova atlansa,  keyik üzərinə yürüş olsa,  Bəkil 
yay  qurm az,  ox  atmazdı.  Elə  yayı  biləyindən  çıxarıb,  buğanın-sığm m  
boynuna  atardı,  çəkib  durğuzardı.  Arıq  olsa,  qulağmı  dələrdi  ki,  ovda 
bəlli  olsun.  A m m a  kök  olsa,  boğazlayıb  kəsərdi.
B əylər, qulağı deşik keyik ovlayanda “bu, B əkilin nişan etdiyidir” ,
-  deyə  ona göndərirdilər.
-*~#8275®ö*--

Qazan  bəy  dedi:  “Bu  hünər  atındır,  ya  igidindir?” .  Dedilər:  “X a - 
nım ,  igidindir!” .  Xan  dedi:  “Yox,  at  işləm əsə,  ə r   öyünm əz.  H ünər 
atındır” . Bu söz B əkilə xoş gəlm ədi. Dedi: “İgidlər içində bizi bədnam  
edib,  quşqunum uzadək  palçığa  batırdın” .  Bayındır  xanın  hədiyyəsini 
önünə qoydu; xandan küsdü, divandan çıxdı. Atını gətirdilər.  Ala g öz- 
lü  igidlərini  də  götürüb  evinə  gəldi.  Oğlanları  qarşısına  gəldi,  onları 
oxşam adı.  A ğ  üzlü  xanımı  ilə  danışmadı.  Qadın  burada  soylamış,  gö- 
rək,  xanım,  nə  soylamışdır:
Q ızıl  taxtımm  yiyəsi,  igid bəyim!
Göz  açaraq gördüyüm,
Könül  verib  sevdiyim,
Q alxaraq yerindən  durub  gəldin.
A la gözlü  igidlərini  yanına  saldın.
A rqubeldən,  Ala  dağdan  gecə  aşdın.
Coşğun  axan  gözəl  sudan  gecə  keçdin.
A ğ  alınlı  Bayındır xanın  divanma 
gecə  getdin,  b əy lər ilə  yedin-içdin.
H ərə  öz  qohum -qardaşı  ilə  deyib-güldüm ü?
Q əriblikdə  təklənm ək xətrinə  dəydimi?
Hanı,  xanım,  altında yaxşı  atın yoxdur!
A lnını  örtən qızıl  işıqlı  zirehin yoxdur!
A la  gözlü  bəylərini  oxşamırsan,
A ğca üzlü  sevgilinlə  danışmırsan, 
halın  niyə  belədir?
B əkil  soylam ış,  görək,  xanım,  nə  soylamışdır:
Q alxaraq yerim dən  durub  getdim,
Qarayallı  gözəl  Qazlıq  atı  mindim.
Arqubeldən,  Ala  dağdan  gecə  keçdim.
Coşğun  axan  gözəl  sudan  ötüb-keçdim.
Ağ  alınlı  Bayındırın  divanına  çapar yetdim.
A la  gözlü bəylərlə  yedim -içdim .
H ər kəsi  öz qohum -qardaşıyla mehriban  gördüm.
B izdən  tamam  üz  döndəribdir xan,  gördüm.
E lim i-günüm ü  köçürüb  gəlin,
Doqquz tüm ənlik  Gürcüstana  gedək,
O ğuz  elindən üz  döndərdim ,  qəti  bilin!
Arvadı  deyir:  “İgidim ,  bəy  igidim!  Padşahlar  Allahın  kölgəsidir. 
Padşahına  ağ  olanm   işi  düz  gətirm əz.  Təm iz  ürəkdə  pas  olsa,  şərab 
açar.  Sən gedəli,  xam m ,  çılpaq qalan  uca dağların  ovlanmayıbdır.  Ova 
atlan  çıx,  könlün  açılsın!”
Bəkil  gördü  ki,  arvadın  ağlı-başı  yaxşıdır.  Qazlıq  atını  çəkdirib 
mindi.  Ova  getdi.
Ov  ovlayıb  g əzərkən  qabağına  bir  yaralı  keyik  çıxdı.  B əkil  onun 
üstünə  at  saldı.  Buğanın  arxasından yetişdi.  Yay kirişini  boynuna atdı. 
Buğa  acıqlanm ışdı.  Ö zünü  uca  bir  yerdən  atdı.  Bəkil  atın  cilovunu 
saxlaya bilm əyib, keyiklə bərabər uçundu.  Sağ oyluğu qayaya toxunub 
sındı.  B əkil  ayağa durub  ağladı. Dedi:  “Böyük oğlum , böyük qardaşım  
da  yoxdur!..”  Sonra  paltarının  qolundan  bez  çıxarıb,  atının  tərkindəki 
qayışları  dartıb  qırdı.  Qaftanının  altından  ayağını  ata  bərk  sarıdı.  Var 
qüvvəsi  ilə  atının yalına  sərildi.  Ovçulardan ayrı düşmüş  B əkilin sin ə- 
bağısı  sürüşüb  boğazına  keçdi.  Yaşadığı  sahəyə  yaxınlaşdı.  Oğlu  İm - 
ran  pəhləvan  atasının  qarşısına  gəldi.  Gördü  bənizi  saralmışdır,  sinə- 
bağı  boğazına  keçmişdir.  Oğlan  burada  Bəkilin  yoldaşlarını  soruşub 
soylamış,  görək,  xanım,  nə  soylamışdır:
Q alxaraq yerindən durub  gəldin,
Q ara yallı  gözəl  Qazlıq  atını  mindin.
Y alçın  uca dağlar ətəyinə  ova getdin.
Q ara donlu kafırlərlə  rastlaşdınmı?
A la  gözlü  igidlərini  qırdırdınıru?
Ö z  dilinlo  bir  neçə  söz  söylə  mənə!
Q ara  başım  qurban  olsun,  ağam,  sənə!
Bəkil  oğluna  soylam ış,  görək,  xanım,  nə  soylam ış,  demişdir:
Oğul,  ay  oğul!
Q alxıb  yerim dən  durdum,  gəldim.
Uca  dağların  döşünə  ova  çıxdım.
Q ara donlu  kafırlərə  uğramadım.
Ala  gözlü  igidlərim i  qırdırmadım.
S ağ-salam atdır,  igidlərim,  qəm lənm ə!
Üç  gündür  ki,  əhvalım  yox,  xəstəyəm !
Oğul,  at üzərindən  götür m əni,  yatağa  sal!  dedi.

A slan balası yenə aslandır. Atasını  atın üstündən qam arlayıb tutdu, 
yatağm a  gətirdi;  cübbəsini  üzərinə  atdı.  Qapım  örtdü.
B u  yandan  igid  b əylər  gördülər  ki,  ov  pozulmuşdur;  h ə r  biri  öz 
evinə  gəldi.
B əkil  beş  gün  öz  divanm a  çıxm adı.  Ayağınm   sındığım   kim səyə 
dem ədi. B ir g ecə döşək üstündə b ərk -b ərk  inlədi, ah-vay etdi.  Arvadı 
dedi:  “Igid bəyim ,  sürü  ilə  düşm ən  gəlsəydi  qorxm azdın.  A tına  iti  ox 
dəysəydi,  əyilm əzdin.  A dam   öz  qucağında  yatan  arvadına  da  sirrini 
dem əzm i?  S ən ə  nə  olub?  B əkil  dedi:  “G özəlim ,  atdan  düşdüm ,  aya- 
ğım   sındı” .
A rvad  əlini  əlinə  vurub  qaravaşa  xəbər  verdi.  Qaravaş  da  çıxıb 
qapıçıya  ı.öylədi.  Otuz  iki  dişdən  çıxan  söz  bütün  cam aat  arasında 
yayıldı:  “B əkil  atdan yıxılıb,  ayağı  sım bdır...”
D eyilənə  görə,  kafırin casusu vardı.  Bu xəbəri  eşidib getdi,  təkurə 
x əb ə r verdi.  T əkur deyir:  “Qalxıb yerinizdən durun, yatan yerdə Bəkil 
bəyi tutun!  A ğ əllərini qollarından bağlayın.  G ecikm ədən gözəl başmı 
kəsin.  A1  qanım   yer  üzünə  tökün.  E lini-yurdunu  çapıb  talayın.  Q ız- 
gəlinini  əsir edin!” .
Bəkilin  də  orada casusu  vardı.  B əkilə  xəbər göndərdi.  Dedi:  “B a- 
şınıza çarə eyləyin, üstünüzə  düşm ən gəlir” .  B əkil yuxarı baxdı;  “Göy 
uzaq,  yer  də  bərk !”  deyə  düşündü.  Oğlunu  yam na  çağırıb  soylamış, 
görək,  xamm,  nə  soylayıb,  demişdir:
Oğul,  oğul,  ay oğul!
Q aranlıq çökmüş  gözüm ün  işığı  oğul!
G üclü  belimin  qüvvəsi  oğul!
Gör  axırda  n ələr oldu,
M ənim  başım a n ələr gəldi.
Oğul,  qalxaraq  yerim dən  durub  getdim,
B oynu  sınsın,  o  gözəl  A1  ayğırı  mindim,
Ov  ovlayıb  quş  vurarkən  yoruldu, 
sürüşərək məni  yerə  vurdu.
Sağ  oyluğum  sındı.
Gör,  bəlalı  başıma  n ələr gəldi.
Uca  dağlardan x əb ə r aşmışdır,
A şqın-daşqın  sulardan x əb ə r keçmişdir.
D əm ir Qapı  D ərbənddən x əb ə r getmişdir.
A lca  atlı  Şöklü M əlik bərk pusqu qurmuşdur.
Pusduğu vaxtdan  uca dağlara dum an  düşmüşdür.
“Y atdığı  yerdə  Bəkil  bəyi  tutun!” -  demişdir,
“A ğ  əllərini  qollarından bağlaym !” -  demişdir.
“Q an  töküb  yerini-yurdunu  çapın!” -  demişdir.
“A ğ  üzlü  qız-gəlinin  əsir tutun!”  -  demişdir.
O ğul,  qalxaraq yerindən  dur gəl!
Q arayalh  gözəl  Qazlıq  atım  min!
Y alçm   qayalı  A la dağı  gecəylə  aşıb,
A ğ  alınlı B ayındır xanın  divanma  get!
Ə d ə b -ərk an la  Bayındır xana  salam ver!
B ə y lə r bəyi  olan  Qazanın  əlin  öp!
“A ğ  saqqallı  atam  xəstədir” ,  söylə,
Q azan bəy m ütləq  m ənə  yetişsin,  söylə!
G əlm əsən,  yurdumuz talandı,  söylə!
Q ız-gəlinim  əsir getdi  özgə  elə!
Bu yerdə oğlan atasma soylamış, görək, xanım, nə soylamış-demişdir:
Ata,  nə  söyləyir,  nə  danışırsan?
Ü rəyim i,  bağrım ı  nə  dağlayırsan?
Q alxaraq öz  yerim dən çox  durmuşam,
Qarayallı  Qazlıq  atıma  çox  minmişəm .
A rqubeli,  Ala dağı  ov xətrinə  aşmamışam.
A ğ  alınlı  Bayındırın divanma  getm əm işəm .
Q azan  kimdir?  M ən onun  əlini  öpm əm işəm .
A ltındakı  A1  ayğırını  m ənə  ver,
E lə  çapım,  bassın onu  qoy  qan-tər!
Ə ynindəki  dəm ir donunu  m ənə  ver,
Q olçaq,  yaxa  tikdirim  mən  səninçin!
B öyük,  iti  polad  qılıncı  m ənə  ver,
B ircə  anda başlar kəsim  səninçin!
Q arğı  budağından  olan süngünü  ver m ənə,
Sancım   onu  m ən  səninçin  düşm ən  köksünə!
Ağ  lələkli  iti  oxunu  ver m ənə,
Atıb  sancım   istədiyin  düşm ənə!
A la gözlü  üç  yüz  igid qoş  m ənə,
Bu  döyüşü  həsr eləyim   M əhəm m ədin  dininə!

B əkil  deyir:  “Ölüm  ağzın  üçün,  oğul!  B əlkə  də  m ənim   keçm iş 
günlərim i  xatırlatm ayacaqsan...Aya,  geyimimi  gətirin,  oğlum   geysin! 
A1  ayğırım ı  gətirin,  oğlum  minsin!  E1 vahim əyə  düşm əm iş  oğlum g e - 
dib  döyüş  m eydanına girsin!” .
Oğlanı geyindirib-kecindirdilər. Gəlib ata-anası ilə görüşdü.  Ə llə- 
rini  öpdü.  Üç  yüz igidi  yanına salıb,  döyüş m eydanına getdi.
A1  ayğır  düşm ən  qoxusu  hiss  edəndə  ayağmı  yerə  döyərdi,  tozu 
göyə  çıxardı.
K afırlər  dedi:  “Bu  at  Bəkilindir,  biz  qaçırıq” .  T əkur  dedi:  “Ə də, 
yaxşı baxın.  B u  gələn B əkilsə,  sizdən  ə w ə l  m ən  qaçıram ” .
G özətçi  gözlədi.  Gördü ki, at Bəkilindir,  ancaq B əkil üzərində d e - 
y i l   Atm  belindəki quş kimi bir oğlandır. Gəlib təkura x əbər verdi. D e- 
yir:  “At,  yaraq  və  işıqlı  zireh  Bəkilindir,  Bəkil  içində  deyil!” .  T əkur 
deyir:  “Yüz  adam   seçin,  gurultu qoparıb hay-küy  salın,  oğlanı  qorxu- 
dun.  Oğlan  quş  ürəkli  olar,  meydanı  qoyub  qaçacaq” .
Yüz kafır seçilib oğlanın üzərinə gəldi.  Kafır oğlana soylamış, g ö - 
rək ,  xanım , n ə  soylamışdır:
Oğlan,  oğlan,  ay  oğlan, 
haram zada oğlan!
A ltında A1  ayğırı  arıq  oğlan.
B öyük,  iti  polad qılıncı  gödək oğlan!
Ə lindəki  süngüsü  sınıq  oğlan!
D əstəyi  ağ tozlu yayı  nazik  oğlan!
B iləyində  doxsan  oxu  seyrək  oğlan!
Yanındakı  yoldaşları  çılpaq  oğlan!
Q aranlıq çökm üş  gözləri  çökük oğlan!
Şöklü  M əlik  səni  m öhkəm   pusmuş,
M eydandakı  o  oğlanı  tutun,  demiş,
Ə llərini-qollarını  bağlayın,  demiş,
B ircə  anda gözəl  başın  kəsin,  demiş.
A1  qanını  üzünə  axıdın,  demiş...
A ğ  saqqallı  atan  varsa,  ağlatma!
A ğ birçəkli  anan  varsa,  inlətmə!
Y alqız  igid alp  olmaz,
Y ovşan dibi  bərk  olmaz.
Ə cəli  çatmış  əbləh  oğlu  əbləh,
Qayıdıb,  dön  burdan  geri!
•o«?İ^280gÄ«.-
Oğlan  da  burada soylam ış,  görək,  nə  soylayıb,  demişdir:
Ey  itim   kafır,  h ərzə-h ərzə  danışma!
A ltım da  A1  ayğırım ı  nə  bəyənm irsən? 
səni  görüb  oynayır.
Ə ynim dəki  dəm ir donum  çiynimi  qısır. 
B öyük  iti  polad  qılıncım  qınını  doğrayır. 
Q arğı  budağından  süngümü  nə  bəyənm irsən? 
K öksünü  d ələrək  göyə  fırladar.
D əstəy i  ağ tozlu bərk yayım  zar-zar inləyir, 
O xlarım   öz  qabının kişini  dəlir.
Y anım da igidlərim  döyüş  istəyir.
İgid  adama hədə-qorxu  gəlm ək eyibdir.
Ay  kafır,  bəri  gəl,  döyüşək!
K afır deyir:  “Oğuzun arsızı  türkmanın dəlisinə bənzəyir,  buna bax 
a!...”  T əkur  deyir:  “Gedin  soruşun,  oğlan B əkilin nəyidir?” .  K afır g ə - 
lib  oğlana  soylam ış,  görək,  necə  soylamışdır:
B ilirik  ki,  altındakı  AI  ayğır Bəkilindir,
B əkil  hanı?
Böyük,  iti  polad qılıncın  Bəkilindir,
B əkil  hanı?
Ə ynindəki  dəm ir donun Bəkilindir,
Bəkil  hanı?
Yanındakı  igidlərin  Bəkilindir,
Bəkil  hanı?
Ə gor  Bokil  burdadırsa, 
gecoyədək biz  vuruşaq,
D əstoyi  ağ  tozlu  olan 
b ərk yaylar dartışdıraq.
Ağ  lələkli  kəskin,  iti 
oxlarla  biz  atışaq.
Sən  B əkilin,  de,  nəyisən, 
tez  ol,  söylə  bizə,  oğlan!
Bəkilin  oğlu  burada  soylamış,  görək,  xanım,  n ə  soylamış,  dem iş- 
dir:  “Ay  kafir,  sən  məni  tamm ırsanm ı?  Ağ  alınlı  Bayındır xanın  b əy-
--# 8 2 8 1

lərbəyisi  Salur Qazan,  onun  qardaşı  Qaragünə  çaparaq  yetişdi.  D önə- 
bilm əz  T ülək  Vuran,  D özən  oğlu  Alp  Rüstəm ,  Boz  atlı  Beyrək  bəy 
B əkilin  evində  yeyib-içirdilər;  casus  səndən  x əb ə r  gətirdi.  Altmdakı 
A1  ayğıra  B əkil m əni  mindirdi.  Böyük  iti  polad  qılmcım   qüvvət üçün 
verdi:  qarğı  budağmdan  olan  süngüsünii  qeyrət  üçiin  verdi;  üç  yüz 
igidini  m ənə  yoldaş kim i  qoşdu.  M ən Bəkilin  oğiuyam ,  ay  kafır!  Bəri 
gəl,  döyüşək!” .
Kafır  təkur  deyir:  “H ələ  bir  döz,  əbləh  oğlu,  m ən  sənə  gəlim  
çatım !”  A ltı pərli  gürzünü  ələ  alıb,  atmı  oğlanın  üzərınə  sürdü.  Oğlan 
qalxanım gürzün qabağm a tutdu.  K afır vuxandan  aşağıya doğru oğlanı 
bərk vurdu:  qalxamnı ovdu, dəbilqəsini  əzdi, üz-göziinü sıyırdı, ancaq 
oğlanı  m əğlub  edə  bilmədi.  G ürzlə  döyüşdülər,  iti  polad  qılmcla  vu- 
ruşdular, atıla-atıla meydanda qılınclaşdılar; çiyinləri  doğrandı, qılınc- 
ları  ovulub  töküldü,  bir-birinə  üstün  gələ  bilm ədilər.  Qarğı  budağın- 
dan  olan  süngülərlə  çarpışdılar,  m eydanda  buynuzlarını  bir-birinə 
sancmaq  istəyən buğalar kim i  d ö ş-döşə  gəldilər;  süngüləri  smdı, b ir- 
birini  təslim   edə  bilm ədilər.  At  üzərindən  bir-b irilə  qapışıb-dartışdı- 
lar.  Kafirin  gücü  çox  idi,  oğlan  əldən  düşdü.  Allah  taalaya  yalvarıb 
soylamış,  görək,  necə  soylamışdır:
Ucalardan ucasan, uca Tanrı!
K im sə bilm əz necəsən,  gözəl  Tanrı!
Sən  A dəm ə tac  verdin,
Şeytana lənət etdin.
B ir günahdan  ötrü  qapından  qovdun.
İbrahimi  tutdurdun.
X am   genə  bürüdün.
Götürüb oda atdırdın.
Odu gülşənə  döndərdin 
Birliyinə  sığındım,  əziz Allah, 
m ənə köm ək et!
Kafir dedi:  “Oğlan,  m əğlub  olanda  Allahınam ı  yalvarırsan?  Sənin 
bir  allahın  varsa,  m ənim  yetm iş  iki  bütxanəm   var!”  Oğlan  deyir:  “Ey 
lən ətə  gəlm iş  azğın,  sən  biitlərinə  yalvarırsan,  nıən  varlıqları  yoxdan 
var edən A llahım a sığım ram ” .
Allah taala Cəbrayıla əm r etdi  k i:” Ey C əbrayıl,  get,  o  quluma qırx 
kişi  qüvvəsi  verdim ” .
Oğlan  kafıri  götürüb  yerə  vurdu.  Bum undan  qam  düdük  kimi  şo- 
ruldadı.  İm ran  sıçrayıb  kafırin boğazını  şahin  kimi  ələ  keçirdi.
K afırdeyir:  “İgid, am an ver, sizin dininiz hansıdır? Qəbul edirom ” . 
Barmaq  qaldırıb  şəhadətini  söylədi,  m üsəlm an  oldu.  Qalan  kafırlər 
bunu bildilər,  m eydam   qoyub qaçdılar.
İmramn yoldaşlan  kafirin yurd-yuvasım   dağıtdılar,  qızım -gəlinini 
əsir etdilər.
Oğlan  öz  atasm a  m uştuluqçu  göndərdi  ki,  döyüşdə  qalib  çıxdım. 
Ağ  saqqalh  atası  onu  qarşılayıb,  boynunu  qucaqladı.Dönüb  evlərinə 
gəldilər.  A tası  uca  dağda  oğlan  üçün  yaylaq  ayırdı.  İti  gedən  Qaracıq 
atlar  üçün  tövlə  ayırdı.  A ğ  üzlü  oğluna  şülənlik  üçün  ağca  qoyunlar 
ayırdı.  A la  gözlü  oğluna  al  örtüklü  gəlin  aldı.A ğ  alınlı  Baym dır  xan 
üçün pay  ayırdı;  oğlunu  götürüb, onun divam na  getdi.  Əlini  öpdü.
Padşah  Qazan  oğlu  Uruzun  sağ  yamnda  ona  yer  göstərdi.  Gözəl 
naxışlı  cübbə-çuxa  geyindirdi.
D ədəm   Q orqud  gəlib  şadlıq  havası  çaldı.  Bu  oğuznam əni  diizdü- 
qoşdu.  “Bəkil  oğlu  İm ranın  olsun!”  -   dedi.  İgidlərin  başına  nə  gəldi- 
yini  söylədi.  X eyir-dua verək,  xamm!
Yerli  uca dağların  yıxılmasın!
K ölgəlik  iri  ağacın  kəsilməsin!
Allah  verən  ümidin  üzülməsin!
Günahmızı  adı  gözəl  M əhəm m ədə 
bağışlasın  Allah, xanım, hey!

UŞUN  QOCA  OĞLU  SƏ Y R Ə K  BO YU
O ğuzlann  zamanında  Uşun  qoca  deyilən  bir  kişi  vardı.  Övladdan 
iki  oğlu vardı.  Böyük oğlunun adı Ə yrək idi.  P əhləvan,  cəsu r yaxşı bir 
igid  idi.  Haçan  istəsə,  Bayındır xanın  divanına  gedib-gəlirdi.  B əylər- 
bəyi  olan  Qazanın  divanında  onun  üçün  qapı-baca  yox  idi.  Bəyləri 
aşağı başda qoyub, Qazanm lap önündə otururdu.  Heç kim ə qaynayıb- 
qarışmırdı.
X anım ,  yenə  bir  gün  Ə yrək  bəyləri  qoyub  yuxarı  b aşa  keçəndə 
T ərsuzam ış  deyilən  bir  oğuz  igidi  dedi:  “Ay  U şun  qocanın  oğlu,  bu 
oturan  b ə y lə r  h ər  biri  oturduğu  yeri  qılıncı  ilə,  çörəyi  ilə  alıbdır. 
Ə yə,  sən başm ı kəsdin, qanm ı tökdün,  acmı doyuzdurdun, yalın ada- 
m m ı  geyindirdin?” .
Ə yrək deyir: “Ay Tərsuzamış, baş kəsib-qan tökm ək hünərdirm i?” . 
Dedi:  “Bəli,  əlbəttə, hünərdir!” .  Tərsuzamışın  sözü  Ə yrəyə  təsir elədi. 
D urdu  Qazan  bəydən  yürüş  üçün  icazə  istədi.  İzn  verildi.  Çağırdılar, 
döyüşçülər yığıldı. Üç yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi. 
M eyxanada beş gün yem ək-içm ək oldu.  Ondan  sonra  Şirokuz kənarın- 
dan Göycə dənizədək sahəni  çahb-taladılar.  Böyük qənim ət  əldə  etdi- 
lər.  Əyrəyin yolu Əlincə qalasına düşdü. Qara təkur orada bir qoruq dü- 
zəltdirmişdi.  Quşlardan  bu  dairəyə  qaz,  toyuq;  heyvanlardan  keyik, 
dovşan  doldurub,  buranı oğuz igidləri üçün tələ  etmişdi.
Uşun  qoca  oğlunun  da  yolu  bu  qoruğa  düşdü.  Q oruğun  qapısını 
sm dırdılar.  Sığın-keyik,  qaz-toyuq  qırdılar;  yedilər-içdilər.  Atlarının 
y əhərlərini  götürdülər,  öz  geyim lərini  çıxardılar.
Qara təkurun casusu vardı, bunları gördü.  G əlib deyir:  “Aya, oğuz- 
lardan bir bölük atlı gəldi.  Qoruğun qapısım sındırdılar, atlarım n yəhə- 
rini  götürüb,  geyim lərini  çıxartdılar.  Ədə,  nə  durursuz?”
Altı  yüz  qara  donlu  kafır  bunların  üzərinə  hücum   etdi.  İgidləri 
qırdılar,  Ə yrəyi  tutdular.  Əlincə  qalasında zindana  saldılar.
U ca-uca dağlardan, aşqm -daşqın  sulardan x əb ə r keçdi.  Qalın Oğuz 
ellərinə  x əb ə r  çatdı.  Uşun  qocanın  hündür  evi  önündə  şivən  qopdu. 
Q aza bənzər qızı-gəlini ağ çıxarıb qara geydi.  Uşun qoca Əyrəyin ağca 
üzlü  anası  ilə  “Oğul,  oğul!” -  deyə  hönkürtü  ilə  ağlaşdılar.
Y iyəsi  olan  böyüyür,  qabırğalı  boy  atır.  D eyilənə  görə,  xanım, 
U şun  qocanm   kiçik oğlu  Səyrək yaxşı,  pəhləvan  cüssəli  cəsur bir igid
oldu.  Bir  gün  yolu  bir  yığıncağa  düşdü,  oturdular.  Y eyib-içdilər. 
Səyrək  sərxoş  oldu.  B ayıra  -   ayaq  yoluna  çıxdı.  Gördü  ki,  yetim   bir 
oğlan bir qızla dalaşır.  “Ə yə,  sizə nə  olub?” -  deyə bir şillə birinə,  bir 
şiliə  də  c  birinə  vurdu.  K öhnə  donun  biti,  yetim   oğlanın  dili  acı  olar. 
Yetim dedi:  “Ə, bizim  yetim liyim iz bəs deyil? Bizi niyə vurursan? H ü- 
nərin varsa,  qardaşm  Ə lincə qalasında əsirdir,  get onu xilas e lə !” .
Səyrək  dedi:  “Ə də,  qardaşımın  adı  nəd ir?” .  Dedi:  “Ə yrəkdir” . 
Səyrək  ö z-ö zü n ə  dedi:  “Ə yrəyə  Səyrək  yaraşır;  qardaşım  sağmış, 
daha fıkir eləm ərəm .  Qardaşsız oğuz  elində durmaram.  Q aranhq çök- 
müş  gözlərim in  işığı  qardaş!”  -  deyib  ağladı.  İçəriyə -  m əclisə  gəldi. 
O turanlardan  icazə  istədi.  “Bəylər,  salam at qalın!” -  dedi.  Atını gətir- 
dilər,  mindi;  çapıb atasının evinə gəldi.  A tından düşdü.  Anasının dilini 
arayıb,  bir  söz  eşitm ək  istədi.  Səyrək  burada  görək  nə  soylamış,  nə 
soylayıb  demişdir:
Qalxaraq,  ay  ana,  yerimdən  durub 
Qarayalh  gözəl  Qazlıq atımı  mindim.
Ç arpaz  yatan  A la  dağın 
ətəy ın ə  getdim.
Qalın  Oğuz  elində  bir m əclis  varmış, 
ora düşdüm.
Y em ək-içm ək  vaxtı  ağ-boz  atlı 
bir çapar gəldi.
Dedi,  “Ə yrək”  adh  bir igid çoxdan ə sir idi,
Allahın  köm əyilə  dustaqhqdan  çıxıb  gəlib.
B öyük-kiçik  qalmayıb; 
hamı  gctdi  o  igidin  qarşısına.
Ana,  m ən də  gedimmi,  nə  deyirsən?
Anası  burada  soylamış,  görək,  xanım,  nə  soylamışdır:
A ğzın  üçün  ölüm ,  oğul!
Dilin  üçün  ölüm,  oğul!
Q arşıdakı  uca dağm  yıxılmışdı, 
ucaldı  axır!
Coşğun  axan  gözəl  suyun  qurumuşdu, 
çağladı  axır!
İri  ağacda qol-budağın qurumuşdu,
cücərib  göyərdi  axır!

Qalın  Oğuz bəyleri  ilə  sən də  get,  oğul!
O igidə  çatan kimi  ağ  atmdan en,  oğul!
Əllə  görüş,  o  igidə  salam  ver,
Əlini öpüb,  boynunu da qucaqla!
Uca dağımın  başısan,  söylə!
N ə durmusan,  oğul,  atmı  çap,  get!
Oğlan anasına soylamış,  görək,  nə  soylayıb  demişdir:
Ana,  ağzın qurusun!
Ana,  dilin çürüsün!
M ənim  öz qardaşım  varmış, 
yolumdan qayıtmaram!
Oğuz elində  qardaşsız durmaram!
Ana haqqı Tanrı haqqı  olmasaydı,
Böyük iti  polad qılıncım ı  götürərdim ,
Bircə  anda gözəl  başım  kəsərdim ,
Ağ qanmı yer üzünə tökərdim , 
ana,  zalım ana!
Atası  deyir:  “Yanlış  xəbərdir,  oğul.  Qaçıb  gələn  sənin  böyük q ar- 
daşın  deyil,  ayrısıdır.  M ənim  kim i  ağ saqqalh  atam ağlatma!  Qocalmış 
ananı  inlətm ə!”  Oğlan burada  soylayıb  demişdir:
Uç  yüz altmış  altı  igid  ova  çıxsa,
Keyik sürüsü  iistündə  hay-küy  qalxsa,
Qardaşlı  igidlər inam la qalxıb  vurur.
Qardaşsızın  ənsosinə  yum ruq  vursalar,
Ağladıqca dörd  yanına baxıb  durur,
G özlərindən  dayanmadan  acı yaşlar axıdır.
Ala  gözlü  oğlunuzla  görüşənədək 
Bəy  baba,  xanım  ana,  salamat qalın!
A ta-ana  “yanlış  xəbordir,  getm ə,  oğul!”  -   dedilər.  Oğlan:  “M əni 
yolum dan eləm əyin.  Qardaşım tutulan qalaya getm əyincə, onun ölü ya 
diri  olduğunu  bilmoyincə,  ölübsə,  qanını  alm ayınca  Q alın  Oğuz  elinə 
qayıtm aram !” -  dedi.
A ta-an a  ağlaşıb  Qazan  üçün  adam  saldılar.  “Oğlan  qardaşını  yada 
salıb gedir.  Bizə no m oslohot verirsən?” -  dedilər. Qazan deyir: “A ya- 
ğına  ət  tuşağı  vurun!” .
Nişanlısı  vardı,  tez  yır-yığış  edib,  Səyrəyi  evləndirdilər.  Atdan 
ayğır,  dəvədən  buğra,  qoyundan  qoç  kəsdirdilər.  Oğlanı  gəlin  otağına 
saldılar.  Q ızla yorğan-döşəyə girəndə oğlan qılıncım çıxardı, qızla özü 
arasında qoydu. Q ız dedi:  “Qılıncım qınm a qoy, igid, m urad ver, m urad 
al,  bir-birim izə  sarılaq!” .  Oğlan  dedi:  “A y  yaramaz  qızı,  qardaşımın 
üzünü  görm əyincə,  ölm üşsə,  qanını  alm ayınca m uradım a çatsam ,  qoy 
qıhncım la doğranım , oxuma sancılım, oğlum doğulm asın, doğularsa on 
yaşına  çatm asın!” .  Dedi  və  ayağa  durdu,  tövlədən  bir  şahanə  at  çı- 
xardı, y əh ə rləd i, döyüş paltarmı geyindi.  D izlərinə, qollarına zireh q a- 
paqlar  bağladı.  Dedi:  “Qız,  sən  m ənim  üçün  bir  il  yola  bax!  B ir  ildə 
g əlm əsəm ,  iki  il  bax!  İki  ildə  gəlm əsəm ,  üç  il bax!  G əlm əsəm ,  o  vaxt 
bil ki, ölm üşəm .  A yğır atımı kəsdirib, ehsamm ı ver!  Gözün kimi tutar- 
sa,  könlün  kimi sevərsə, ona get!” .  Qız burada soylamış, görək, xanım, 
nə  soylam ışdır:
İgidim ,  m ən  səni  bir  il  gözlərəm ,
B ir ilə  gəlm əsən,  iki  il  gözlərəm.
İki  ilə  gəlm əsən,  üç-dörd  il gözlərəm .
Dörd  il  yox,  beş-altı  il gözlərəm .
A ltı  yolun  ayrıcında  çadır quraram,
G edəndən-golondon  x əbər soruşaram.
X eyir  x əb ə r gətirənə  at,  don verərəm , 
qaftanlar  geydirərəm.
Ş ər xobər  gətirənin  başını  kəsərəm .
Erkək  bir milçok  do  sinəm ə qondurmaram.
M urad  verib,  murad  al,  sonra get,  igidim!
Oğlan  deyir:  “Ay  yaramaz  qızı,  qardaşımın  başına  and  içm işem , 
dediyim dən  d önm ərem !” .
Q ız  ö z -ö z ü n ə   deyir:  “M ənə  qədəm i  uğursuz  gəlin  deyincə, 
utanm az-arsız  gəlin  desinlər.  Qayınatama,  qayınanam a  x əber  verim 
g ərək” .  Soylam ış,  görək  nə  demişdir:
A tam dan  yaxşı  qayınata!
A nam dan  yaxşı  qayınana!
Q aytabanın  buğrası  ürküb  gedir,
Sarvan  önünü  aldı,  döndərə bilmir,
Qaracıq  ayğırın  ürküb  gedir,

İlxıçı  önünü  aldı,  döndərə  bilmir.
Yaylağın  qoçları ürküb  gedir,
Çoban önünü  aldı,  döndərə bilmir.
Ala gözlü oğlun qardaşını  anıb gedir,
Ağca üzlü  gəlinin döndərə bilmir, 
sizə  m əlum  olsun!
A ta-ana ah etdilər, yerlərindən qalxdılar.  “Oğul, getm ə!” -  dedilər. 
Gördülər,  çarə  olmadı.  Oğlan  “Qardaşım  tutulan  o  qalaya  getm əyə 
bilm ərəm !”  - d e d i.  Ata-anası:  “Get,  oğul.  Yolun uğurlu olsun!  G edib- 
qayıtmaq qism ətində varsa, sağ salamat gedib  g ələsən !”  -dedilər.
Ə yrək  ata-anasınm   əlini  öpdü.  Sıçrayıb  Qaracıq  atına  mindi. 
Gecəni  gündüzə  qatıb  atını  çapdı.  Üç  gün  gecəli-gündüzlü  at  çapdı. 
D ərəşam   sərhədindən  keçib,  o  qardaşının  tutulduğu  qoruğa  gəldi. 
Gördü ki, ilxıçı kafırlər day güdürlər. Qılınc çəkib altı kafıri yerə sərdi. 
A tla fırlanıb dayları ürkütdü;  qovub həm in qoruğa saldı.  Ü ç gün g ec ə- 
gündüz  at  çapmış  yorğun  igidin  gözlərini  yuxu  basdı.  Səyrək  atının 
yüyənini  biləyinə  bağladı,  yatıb  yuxuya getdi.
K afırin  casusu  vardı.  Gəlib  təkura  dedi:  “Oğuzdan  bir  dəli  igid 
gəldi.  İlxıçıları  öldürdü,  dayları  ürkütdü-qovdu,  gətirib  qoruğa saldı” .
T ə k u r  deyir:  “A ltm ış  yaraqlı  adam   seçin;  getsinlər,  tutub 
gətirsinlər” .
A ltm ış  yaraqlı  adam   seçib  getdilər.  G özlənilm ədən  altmış  dəm ir 
donlu  kafır oğlanın  üzərinə  gəldi.  Səyrəyin  mindiyi  ayğır yaxşı  atlar- 
dandı;  at  qulağı  tez  eşidər.  Atlarm  kişnərtisini,  geyim -kecim lərin  qı- 
cıltısını  eşidən  ayğır  çəkib  oğlanı  oyatdı.  Oğlan  gördü  ki,  bir alay  atlı 
gəlir,  yerindən  sıçradı.  Adı  gözəl  M əhəm m ədə  salavat  çəkdi.  Atına 
mindi.  Qaradonlu kafırləri  qılınclayıb,  qalaya  saldı.  Y enə  yuxusundan 
ə l  çək ə  bilm əyib  yerinə  getdi,  yatdı.  Y enə  atınm   yüyənini  biləyinə 
keçirtdi.
K afırlərin  sağ  qalanları  qaçaraq  təkurun  yanına  gəldilər.  Təkur 
deyir:  “Tfu,  üzünüzə!  Altmış  adam   bir  oğlanı  tuta  bilm ədiniz!” .  Bu 
dəfə  oğlanın üzərinə  yüz  kafır gəldi.  Ayğır yenə  oğlanı  oyatdı.  Səyrək 
gördü ki, bir alay atlı gəlir.  Durdu, atına mindi.  Adı gözəl M əhəm m ədə 
salavat  çəkdi.  Kafırləri  qılıncdan  keçirib  qalaya  basdı;  atını  döndərib, 
yenə  öz  yerinə  gəldi.  Yuxusu  gəldi,  yenə  yatdı.  Atmm  yüyənini  yenə 
biləyinə keçirdi.  Bu  dəfə  at oğlanın  qolundan açılıb qaçdı...
K afırlər  yenə  təkurun  yanına  gəldilər.  T əkur  deyir:  “Bu  dəfə  iiç 
yüz  adam la gedin!” .
K afırlər  dedi:  “Getmirik,  köküm üzü  kəsib,  ham ım ızı  q ırar!” . 
Təkur  deyir:  “B əs  necə  eləyək?  Gedin  o  dustaq  igidi  çıxarıb  gətirin. 
“T əpəyənin  köpünü süsəyən yatırar” .  At  verin,  geyindirin!” .
G əldilər,  Ə y rəy ə  dedilər:  “İgid,  təkur  sənin  gücünə-qeyrətinə  sı- 
ğındı.  B urada  bir  dəli  igid  yolçunun-dilənçinin,  çoban-çoluğun  çö rə- 
yini  əlin d ən   alır.  Tut  o  igidi  öldür,  səni  azad  eləyək,  çıx  get!” .  Ə yrək 
“Yaxşı,  olsun!” -   dedi.
Ə yrəyi  zindandan  çıxardılar.  Saç-saqqalını ülgüclədilər.  Bir at,  bir 
qıhnc  verdilər.  Üç  yüz  kafıri  də  ona  yoldaş  kimi  qoşdular.  Səyrəyin 
üzərin ə  gəldilər.  Ü ç yüz kafır kənarda durdu.
Ə yrək  deyir:  “Hanı  o  dəli  igid?” .  Uzaqdan  göstərdilər.  Ə yrək 
deyir:  “G əlin  gedək,  tutaq!” .  K afırlər deyir:  “Təkur  sənə  əm r  eləyi'b, 
sən  g et!” .  Əyrək  deyir:  “Odur,  yatır,  gəlin  gedək!” .  K afırlər  deyir: 
“H ay-hay,  nə yatm aq,  qoltuğunun  altından  baxır.  Qalxar,  gen  dünyanı 
başım ıza  daraldar” .  Əyrək  dedi:  “İndi  m ən  gedim,  əl-ayağını  bağla- 
yım,  ondan  sonra  siz  gələrsiz” .  Sıçrayıb  kafırlərin  arasından  çıxdı. 
A tını  sürüb,  Səyrəyin üzərinə  gəldi.  Atından düşüb, yüyəni bir budağa 
ilişdirdi.  Baxdı  gördü  ki,  bu  cavan  on  dörd  gecəlik  aya  bənzəyir.  Bu 
gözəl,  ala  gözlü  gənc  igid  puçur-puçur  tərləyib  yatır.  G əlo n d ə n -g c- 
dəndən xəbəri  yoxdur.  Əyrək  dolamb,  cavanın  başı  ucuna  goldi.  G ör- 
dü  ki,  belində  qopuzu  var.  Çıxarıb  əlinə  aldı.  Soylamış,  görok,  xanım, 
n ə  soylam ış-dem işdir:
Q alxaraq  yerindən  duran  igid,
Qarayallı  gözəl  Qazlıq  atı  minən,
A rqubeli,  A la  dağı  gecə  aşan,
C oşqun  axan  gözəl  suyu  üzüb  keçən,
Q əribliyə  gələn belə yatarmı?
M ənim   kimi  qollarını,  əllərini 
bağladaraq  donuz damında yatarm ı?
A ğ  saqqallı  atasını,  ağ birçəkli  anasını 
inlədərm i,  ağladarmı?
N iyə  yatırsan,  igid?
Qafıl  olma,  gözəl başını  qaldır,  igid!
A la gözlərini  aç,  igid!

Allah verən  şirin canını  yuxu  almış,
İgid, əllərini  qollarından bağlatma!
Ağ  saqqallı  atanı,  qarı  ananı  ağlatma!
Qalın Oğuzdan  gələn  igid,  necə  igidsən?
Səni  yaradan haqqı üçün  durub gəl!
D örd yanm ı kafır tutubdur bil!
Oğlan gəm əşib  ayağa durdu.  Qılıncının dəstəyindən yapışdı ki,  onu 
vura,  gördü  ki,  onun  əlində  qopuz  vardır.  Dedi:  “Ay  kafır,  D ədəm  
Qorqudun  qopuzuna hörm ət edib  vurmadım.  Ə gər əlində  qopuz  olm a- 
saydı, qardaşımın başına and olsun, səni iki para edərdim.  Səyrək burada 
çəkib  qopuzu onun əlindən aldı,  soyladı,  görək,  xanım, nə  soyladı:
Sübh tezdən  yerim dən  durmağım  qardaş üçündür,
A ğ-boz  atları  yorm ağım  qardaş üçündür.
Qalamzda dustaq varmı,  kafır,  de  m ənə?!
D ərdli başun qurban olsun,  kafır sənə!
Böyük qardaşı Əyrək burada soylamış, görək, xanım, nə soylamışdır:
Ağzın üçün  ölüm,  qardaş!
D ilin üçün  ölüm,  qardaş!
Y erini-yurdunu  soruşsam,  nə  yerdir?
Q aranlıqda azıb,  yol  arasan, 
üm idin nəyədir?
B öyük bayraq  götürən  xanımz  kimdir?
Döyüş  günü  öndə  duran  igidiniz  kim dir?
İgid,  sənin  atan  kimdir?
İgid  adamın  igiddən  ad  gizlətm əsi  eyibdir, 
igid,  söylə,  adın  nədir?
Bir daha  soylayıb  demişdir:
Qaytabanımı  güdən  sarvammsanmı?
Qaracıq  atımı  güdən  ilxıçımsanmı?
Y aylağım ı  güdən  çobanımsanmı?
Qulluğum da dayanan  naibim sənm i?
B eşikdə  qoyub  getdiyim  qardaşımsanmı?
İgid,  söylə  rnənə!
D ərdli  başım  qurban  olsun  bu gün  sənə!
S əyrək  burada  böyük  qardaşına  soylayıb  dedi:
Q ara dövranda yol  azsam,  üm idim   Allahdır,
Böyük bayraq götürən xanım ız  Bayındır xandır!
D öyüş  günü  öndə  duran  igidim iz  Salur Qazandır!
A tam ın  adını  soruşursan,  Uşun  qocadır!
M ənim   adım ı  bilm ək  istəsən,  Səyrəkdir!
Q ardaşım   varmış,  deyirlər,  adı  Əyrəkdir!
B ir daha  soylayıb  demişdir:
Q aytabanını  güdən  sarvanmam,
Q aracıq  atını  güdən  ilxıçınam.
B eşikdə  qoyub  gəldiyin  qardaşınam.
B öyük qardaş Ə yrək burada soylamış,  görək, xamm, necə soylayıb 
demişdir:
A ğzın  üçün  ölüm,  qardaş!
Dilin  üçün  ölüm,  qardaş!
Ərm i,  igidmi  oldun,  qardaş!
Q əribliyə  qardaşın  üçün  sənmi  gəldin,  qardaş?
İki  qardaş  qalxıb  qucaqlaşıb  görüşdülər.  Əyrək  kiçik  qardaşımn 
boynunu  öpdii.  Səyrək  isə böyük  qardaşının  əlini  öpdü.
Q abaq  tərəfdən  kafırlər  baxışıb  deyirlər:  “D eyəsən,  güləşdilər? 
Kaş  ki,  bizimki  bassın!” .  Gördülər  ki,  qucaqlaşıb  görüşdülər,  Qazlıq 
atlarını  m indilər.
İki  qardaş  qara  donlu  kafirlərin  üstünə  at  sürüb  qılınc  çaldı;  onları 
qırıb çatdılar, qovub qalaya saldılar.  Sonra gəlib həm in qom ğa girdilər. 
Atları  bayıra  çıxardılar.  H ərlədib-fırladıb  atları  qabaqlarm a  qatdılar. 
D ərəşam  suyunu üzüb keçdilər.  Gecəni gündüzə qatıb, Oğuz yurdunun 
sərhədinə  yetişdilər.
S əyrək  qanlı  kafirlərin  əlindən  qardaşım  xilas  etdi.  A ğ  saqqallı 
atasına  m uştuluqçu  göndərdi.  “Atam  qabağım a  gəlsin!”  -  dedi.
Uşun  qocanın  qapısına  çapar  gəldi:  “Muştuluq!  Gözün  aydın! 
Oğullarının  ikisi  də  birlikdə  sağ-salam at g əld i” , -  dedilər.
Qoca eşidib  şad oldu.  G um bur-gum bur təb illər çalm dı.  Q ızıl-tunc 
borular göyə ucaldıldı.  O gün böyük, geniş otaqlar tikildi.  Atdan ayğır, 
dəvədən  buğra,  qoyundan  qoç  kəsdirildi.
-•Sİ8291

Q oca  b əy   oğullannm   qarşısına  gəldi.  A tından  endi,  oğlanları  ilo 
qucaqlaşıb  görüşdü:  “Sağ-salam atsızm ı,  yaxşısızmı,  oğullar?”  -   dedi. 
Günlüyü  qızıl  tağlı  evlərinə  gəldilər.  Şadlıq,  y em ək-içm ək oldu.
Uşun  qoca böyük oğlu üçün  də  gözəl  gəlin  gətirdi.  İki  qardaş b ir- 
birinə  sağdış  oldu;  atlarm ı  çapıb  gəlin otaqlarm a  getdilər.  Öz  m urad- 
larına yetişdilər.
D ədəm   Qorqud gəlib  boy boyladı,  soy  soyladı:
Ə vvəl-axır uzun ömrün sonu ölümdür!
Ö lüm  gəldikdə  Allah sizi təm iz  im andan ayırmasm!
Giinahınızı  M əhəm m ədin üzü  suyuna bağışlasın!
“A m in”  deyənlərin üzünü  görəsən,
xanım,  hey!
Yüklə 139,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin