9068
KITABI-DƏDƏ
QORQUD
Əsil və sadələşdirilmiş məttılər
“ÖNDƏR N Ə Ş R İY Y A T ”
B A K I-2004
) d 4 6
“Kitabi-Dədə Qorqud Ensiklopediyası ” (II cilddə, I cild, Bakı, XXl-Yeni
Nəşriər Evi, 2000) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Sanıət Əlizadə
fılologiya elmləri doktorıı,
professor, əməkdar elm xadimi
Nəşrə hazırlayanı
və redaktoru:
Tofiq Hacıyev
AMEA-nm müxbir üzvii, Tiirk
Dil Qurumunun həqiqi iizvil,
fılologiya elnıləri doktoru,
professor, əməkdar elm xadimi
894.36 - dc 21
AZE
K itabi-D ədə Qorqud. Əsil və sadələşdirilnıiş mətnlər. Bakı, “Öndər
nəşriyyat”, 2004, 376 səh.
Qədim söz sənətimizi şöhrətləndirən böyük insanpərvərlik duyğuları,
mənəvi ucalığa, qəhrəmanlıq və mərdliyo çağıran fıkirlər, yüksək boşəri
ideyalar öz başlanğıcını tükənməz Dədə Qorqud nohrindon götürür.
“Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığı-
mızın, ümumiyyətlə mədəniyyotimizin tarixini öyrənməkdo böyük ohəmiy-
yətə malikdir.
Bu nəşrdə Dədə Qorqud iki variantda - orijinala tam uyğun vo müasir-
ləşdirilmiş şəkildə verilir.
ISBN 9 9 5 2 -4 1 6 -0 8 -2
© “ÖNDƏR NƏŞRİYYAT”, 2004
A z ə rb a y c a n R esp u b lik asın ın P rez id e n ti
İL H A M Ə L İY E V İN
“Azərbaycan dilində latın qrafıkası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 y a n v a r 2 0 0 4 - c ü il tarix li s ə rə n c a m ı
ilə n ə ş r o lu n u r v ə ö lk ə k ita b x a n a la rın a
h ə d iy y ə e d ilir
“D Ə D Ə Q O RQUD K İT A B I”
İL K YAZILI Y A D D AŞIM IZDIR
Ümumi bəşəri keyfiyyətləri ilə bərabər, dünyanm məşhur dastanlarının
hər birini səciyyələndirən fərdi əlamətləri də olur. M əsələn, türk
dastanlarından qırğızların “Manas”ı yüksək bədii dəyəri ilə yanaşı, həm də
həcminə görə xüsusi seçilir. İran dastanı “Şahnamə” 60 min beytdir (120 min
misra). “Manas” 250 min misradır. Deməli, o, “Şahnamə”dən “2 dəfə + 10
min misra” çoxdur. V.M.Jirmunskinin hesabma görə, “Manas”
d ü n y a n m
adlı-sanlı dastanı “İliada”dan 16 dəfə böyükdür
(“ TropK CK nü rep o n n ecK H H
3noc”, M., 1974, c.5). Oğuz bahadırlarınm qəhrəmanhq anketini nəzərə
alsaq, əlimizdə olmayan Dədə Qorqud boyları “Kitab”dakmdan qat-qat artıq
olur. Məsələn, İlək Qoca oğlu Alp Ərənin 57 qalanın açarını alması (bu, 57
sefər - boy deməkdir), 37 bəy qızmı qaçırması (bu, 37 səfər - boy deməkdir)
söylənir (94 boy). “Kitab”dakı Bamsı Beyrəyin adına ayrıca “Alpamış” das-
tanı var ki, məlum Dədə Qorqud boylarından bir neçə dəfə həcmlidir. Və be-
ləliklə, “94 boy + “Alpamış” + başqa Oğuz igidlərinin boyları” şəklində
cəmləşdirsək, Dədə Qorqud Oğuznaməsi “Manas”dan iki dəfə böyük olar.
Bu, mülahizədir, gəlişi gözəl iddiadır, ancaq bunun elmi fıkir kimi
qorqudşünaslıqda tərəfdarları var (Bax: T.Hacıyev. “Dədə Qorqud kitabı”
Oğuz tarixinin yazılı dərsliyi kimi, yaxud dastanımızın həcmi haqqında.
“Dədə Qorqud” toplusu, 2001, JVçl, s.9-24). Əlbettə, qəhrəmanlıq dastanları
millətin tarixi yaddaşıdır - o cümlədən “Dədə Qorqud kitabı”. Ancaq türk
dastançılığında yeganə “Dədə Qorqud kitabı”dır ki, oğuzların, birinci
növbədə, Azərbaycan türklərinin yazılı yaddaşıdır. Şifahi yaddaş əsrə görə,
söyləyicidən söyləyiciyə improvızə olunur. Deməli: dəyişir, böyüyür, ən pisi
də, subyektiv müdaxilələr olur. Məsələn, Qırğızıstan Rusiya imperiyasına gi-
rəndən sonra manasçı “Manas”a “ruslarla dostluq” bəhsini əlave etdi. Belə-
liklə, “Dədə Qorqud kitabı” yazılı yaddaşımızdır və heç bir dəyişikliyə uğra-
madan yaddaşımıza necə daxil olubsa, elə də qalıb.
Dədə Qorqud və onun adı ilə bağlı olan kitab - “Dədə Qorqud kitabı”
düşüncə tariximizdə əfsanəvi bir anlayışa dönüb. “Dədə Qorqud kitabı” Ana
kitabımız adlandırılıb, bütün türk bədii ədəbiyyatının ağırlığından da ağır
gələn bir əsər sayılıb, türkün tarixində Mcte, Atilla, Əmir Teymur, Osmanlı
imperatorluqları, Orxon-Yenisey əbədi daş (bəngü taş) kitabələri,
M.Qaşqarlmın “Divanü lüğat-it türk”ü ilə bir sırada yeddi möcüzədən biri
kimi qiymətləndirilib. Bu “Kitab” bugünkü dünya mədəniyyətinə “Kül tiqin”
və “Bilqə kağan” dastan-dilogiyaları ilə yanaşı yazılı şəkildə çatan türk
eposudur. “Dədə Qorqud kitabı” gövdəsində müxtəlif meyvə calaqları
yetirən nəhəng ağaca bənzəyir - mükəmməl sinkretik tarix sənədidir: salna-
mədir (oğuzun tarixidir) və bədii əsərdir, şifahi yaradıcılıq nümunəsidir və
yazılı ədəbiyyatdır.
Bütün bu təyinatlarla yanaşı, ona bir təşbeh də yaraşır: “Dədə Qorqud
kitabı” dilimizə bənzəyir. O da ana türkcəmiz kimi qədim və müasirdir, mü-
kəmməl və yetkindir, gözəl və şairanədir. Dilimiz qədər heç nəyi sevmirik,
ona görə “Dədə Qorqud kitabı”nı da bütün həmcinslərindən - dastanlarımız-
dan və başqa bədii sənət abidələrimizdən çox sevirik. Və maraqlıdır ki, bütün
kompozisiya kamilliyi, obrazlarının orijinallığı, hadisələrinin dramatikliyi ilə
yanaşı, “Kitab”ımızın ən böyük ucalığı onun dilindədir - dilinin ifadə gücün-
də, zənginliyındə, şairanəliyində və ən əsası müdrikliyındədir. Məlumdur ki,
müqəddəs kitabların ən böyük sirri onların dilinin təsir gücündədir. Məsələn,
“Quran”ın tərcüməsində onun məzmununa vaqif olmaq olur, ancaq orijinal-
dakı təlqin, nüfuzedicilik görünmür. Bizim müqəddəs “Dədə Qorqud
kitabı”mız da, birinci növbədə, dilinin gözəlliyi ilə insanı heyran qoyur. Sə-
sindən, sözündən başlamış cümlə təşkilinə qədər bu dil harmoniya nümunə-
sıdir. Onun dili ilə bu təsəvvürü alınq ki, min üç yüz il əvvəlki dilimiz
bugünkünə çox yaxınmış - lüğəti və qrammatikası ilə:
Dilin iiçün öləyim, gəlincigim!
Yolına qurban olayım, galincigim!
Həmin dil öz obraz gözəlliyi ilə bu şeiri düzüb-qoşan ozanın ustadlığına
borcludursa, həmin ozan da xalq dilimizin istedadına, o vaxtkı kamilliyinə
minnətdardır:
Qar üzərinə qan dammış kimi
Al yanaqlım...
Qurulu yaya bənzər
Çatma qaşlım.
Qoşa badam sığmayan
Dar ağızlım.
Bu dil o gücdə olmasa, Allahın sifətini göstərən əlamətləri (İxlas surəsi
esas götürülür) Qurandan bu dolğunluqda, bu aydmlıqda və bu sadəlikdə
tərcümə edə, özünə çevirə bilməzdi:
Yucalardan yucasan,
Kimsə bilməz necəsən,
Görkli Tanrı!
Sən atadan olmadın,
Anadan doğulmadın.
Kimsə rizqin yemədin,
Kimsəyə güc etmədin,
Qamu yerdə əhədsən,
Allahu səmədsən.
Adəmə sən tac urdun,
Şeytana lənət qıldın.
Uhlığına həddin,
Sənin boyun-qəddin yoq!
Ya cisimlə cəddin yoq!
Urduğun ulıtmayan
Ulu Tanrı!
Basdığın bəlirtməyən
Bəlli Tanrı!
Götürdüyün Gögə yetirən
Görkli Tanrı!
Qaqdığın qəhr edən
Qəhhar Tanrı!
Birliyinə sığındım,
Çələbim, qadir Tanrı.
“Kitab”ımız elə etibarlı salnamədir ki, çox tarixçilər Oğuzun tarixi haq-
qında melumat verərkən ona dönə-dönə müraciot etmişlər. Görkəmli qor-
qudşünas M.Ergin mötəbər şəkildə inandırır ki, Rəşidəddin, Osman Bayburdlu,
Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa görkəmli oğuzşünas tarixçilər “Dədə
Qorqud kitabı”na tarixi mənbə kimi baxmışlar. Adəton qəhrəmanlıq dastan-
lanm tarixin şifahi dərsliyi sayırlar. Dədə Qorqudun hadisələri bizə oğuznamə
halında, yeni yazılı şəkildə gəlib yetdiyi üçün mən onu Oğuz tarixinin yazılı
dərsliyi kimi teqdim etmişem (“Dədə Qorqud”, 2001, JVel).
Dediyimiz kimi, “Dədə Qorqud kitabı” Oğuzun tarixidir, dövlotçiliyidir,
Azərbaycamn tarixi coğrafıyasıdır. Hər elm adamı bu “Kitab”da öz axtardığı-
nı tapa bilər, ancaq, əlbəttə, əlimizdə olan “Dədə Qorqud kitabı”, birinci növ-
bəde, ədəbi-bedii əsərdir (Dədə Qorqud: dilimiz, düşüncomiz, 1999, s.l 15).
“Kitab”da hər boyun öz qəhrəmanı var, bununla belə, bu boylar bir bütöv
bədii abidənin, bütün bir kitab-dastanm tərkibidir, indiki təbirlə, bir əsərin
fəsilləridir. Boyların hamısında iştirak edən, daha doğrusu, adı çəkilon, adı
keçən Qorquddur ki, görünür, məhz buna göro də yazıya alan tərofındən
“Kitab” onunla adlandırılmışdır. Ancaq Qorqud bu osərin qəhromam deyil,
heç əslində ona obraz da demək olmaz. O, bir rəmzdir - türkün ağsaqqala,
müdrik söz sahibinə hörmətinin romzidir. Boyların hamısı üçün üınumi
qohrəman surəti Böyük Oğuz Elidir. Oğuz qohromanlarının hom parçalanaraq
üz-üze gəldiyi, həm də ümumi qayə yolunda birloşərək bir bütöv kimi iştirak
etdiyi on ikinci boy dastanın bütövlüyünü, boy-boy cəmlono-comlono gələn
Oğuzun dövletçilik taleyinin bölünmozliyini oyaniloşdirir - Böyük Oğuz Eli
(dövləti) bir obraz - qohroman kimi qalib gəlir.
Deyildiyi kimi, bu əsər həm dastandır, hom də kitab. Əsərin süjetindo və
quruluşunda, obrazlarının psixoloji təkamiilündə, diliııin bədii ifadə torzində
şifahi və yazılı ədebiyyatın elamətləri birloşir. Doli Domrul və Təpəgözle
bağlı boylar mifoloji təfərrüat üstündə durur, hadisələr beşəriistü ha-
kimiyyətlə idare olunur - bu, xalis dastan tipologiyasıdır. Bamsı Beyrek
boyunda ise yazıh ədebiyyat boyaları ön plana keçir. Bamsmın en çıxılmaz
məqamında, hətta qeyri-adi çetinlik anında düyünün açılmasında bir inan-
dırıcılıq var, realist, ağılabatan bir mümkünlük baş verir.
Bedii eser obrazlan ile tanınar. “Kitab”ımız ədəbiyyata kamil bədii
obrazlar, klassik müsbət ve klassik mənfı tiplər verib. Qazan xan, Bamsı
Beyrək bəşəri müsbət insan suretləridir. Aruz Qoca dünya ədəbiyyatında
yaqoçuluğu (müsbətlik pərdesi altında hiyləgerliyi) Şekspirin Yaqosundan
min il əvvəl başlayıb. Burla xatun, Dirse xanın xanımı, Bamçiçək dünya
ədəbiyyatımn nadir qadın təsvirlərindəndir. “Kitab”ın obrazları neinki
səviyyecə uyğun geldikleri dünya ədəbiyyatmın bediilik etalonu sayılan
personajları sırasına daxil olmayıblar, hətta heç Azərbaycan ədebiyyatının
özünde, məselən, Qazan xan Koroğlu kimi, Burla xatun Nigar qedər təhlil
edilməyiblər. Fövqeladə gücü ile də, yeyib-içmə hecminə görə də Qazanı
Koroğlu obrazı ile müqayisə etmek olar. Qazan da Koroğlu kimi qılınc və saz
(qopuz) qehremanıdır. Koroğlu Qıratının, Qazan xan Qonur atının üstündə
yenilmezdı’r. Qazan da düşmene qarşı həm amansızdır, həm de səmimidir.
Türkün həmişe sülhe - banşa meyilli olması Qazanın simasında bir daha
aydın görünür. Səmimiliyinə ve sülhsevərliyine görə Qazan xan düşmənlə
danışığa girir ki, qoca anasını geri alsın, ancaq aldanmır. Çünki Qazanın xa-
rakterində dövlətçilik düşüncəsi qehremanlıq - bahadırlıq keyfiyyeti ile qoşa
yaşayır. Koroğlu sadelövhdür, onu Keçəl Həmzə de aldadır. Qazanda bir
insanda ne qəder müsbət keyfiyyətler mümkündürsə, var; bir döyüşçü,
sərkərdə üçün nə lazımdırsa, var; bir dövlət başçısı nəleri bilmelidirsə, bilir,
eyni zamanda o, valideyndir - oğul atasıdır, ailə başçısıdır - təkarvadlıdır.
İran şahları kimi hərəmxana sahibi deyil, ona göre de qadmı onun namusu
yolunda oğlunun ölümünden keçmeyə hazırdır.
Bütün bunlarla yanaşı, elbəttə, dastan-kitabm ən kamil bədii obrazı
Bamsı Beyrekdir. Beyrək bütün Oğuz igidleri kimi, təbii ki, birinci növbədə,
mehz qehrəmandır. Ancaq görünür, qol gücü ilə yanaşı, o hem də xüsusi ağıl-
düşüncə sahibidir ki, Qazan xanın inağı (ən yaxın, ən inanılmış adamı) sayılır.
Dastanın bedii hadiselərlo, tesvirlərlə, emosiyalarla ən zongin boyları üçüncü
ve on ikinci boylardır ki, hər ikisinin qəhromanı mehz Beyrekdir. O, boy-
buxunca, sifətce də gözeldir. O qəder gözəldir ki, bədnozerdən qorunmaq
üçün niqab gəzdirir. Gözəlliyindən aldığı zövqün xatirino kafər qızı onun
əsirlikden qaçmasını təşkil edir. On altı il kafer qızının cazibəsinde yaşayan
Beyrək Şeyx Sənan ola bilerdi, ancaq Məcnun olaraq qalır. Nizami, Füzuli
Məcnunu eslində qılıncından el çekmiş Beyrəkdir. Dastanda Beyrək en incə
cizgilərle sifətlənmiş insan təcəssümüdür. O en lirik igid-qəhrəmandır. O,
qəhremanlıq dastanından çox məhəbbet dastanının qəhrəmanına bənzəyir.
Qalın Oğuz elinin fiziki və estetik tərbiyə məktəbinin üslubu Oğuz
qəhrəmanlarmm hamısında görünür: Qazan xan ölçüyə gəlməz güc sahibidir,
həm də qopuz çalır, şeir deyir; Əgrək ve Səgrək qardaşları düşmən ordusunun
önündə duran ərlərdir, ancaq qopuz melodiyası üstündə həzin sözləri ilə,
niskil süzülən söhbətləri ilə insana - oxuyana, dinləyenə bədii mühit ovqatı
təlqin edirlər və s.
“Dədə Qorqud kitabı”nın ulu adı, böyük şöhrəti qədər də mübahisələri,
problemləri var.
Diqqəti çəkən problemlərdən biri budur kı', Azərbaycanınkı sayılan bu
dastan xalqın içində yoxdur, şənliklərdə, toy-mağarlarda, dastan auditoriya-
larında iştirak etmir. “Bəs bu, haradan bizim oldu?” sualının cavabını tap-
maqda qırğızların “Manas” dastanı yardımçımız olur. Belədir ki, qırğız baha-
dırları Manas, oğlu Semetey, nəvesi Seytekin ana vətəni qoruyarkən göstər-
dikləri qəhrəmanlıqların tərənnümü olan “Manas” dastanmı hər aşıq-akın ifa
edə bilmir. Onun məxsusi ifaçıları var ki, bunlara manasçılar deyirlər.
Manasçıhq nəsildə irsən k eçir- müəyyən zaman kəsiyində manasçı ailəsində
bu peşə bir ve ya iki nəfərin şəxsində üzə çıxa bilir. 1989-cu ildə Bişkəkdeki
türkoloji qurultayda bildik ki, Qırğızıstanda cəmi üç manasçı qahb. Onlardan
ikisini məclisə getirmişdilər. Dedilər ki, üçüncüsü yorğan-döşək xestəsidir,
bugün-sabahlıqdır. Deməli, manasçı nəsli kəsilə bilər (o, başqa məsələdir ki,
birdən bu iki nəslin həresinden ikisi, onun da hərəsindən ikisi çıxar və ma-
nasçmın sayı artar. Bununla belə zamanın birinde noslin bitib-qurtarması bir
məntiq olaraq qalır). Bu faktı bildikdən sonra mən belə qənaətə gəldim ki,
vaxtile bizdə də qorqudçu ozanlar olublar. Dəde Qorqud haqqında ilk
məlumatları verən tarixçilər bu dastanın hər aşıq tərəfmdən ifa edile bilme-
diyini söyləyirlər: “Bu masallan (nağılları - T.H.) oğuzlar içində ağıllı, elmli
kimsələr əzbərlər və qopuzlarını çalaraq söylerlər” (Bax: M.Ergin. Dede
Korkut kitabı, 1 c., Ankara, 1994, s.36). Deməli, Dədə Qorqud dastanmın da
xüsusi ifaçıları - qorqudçular olmuşlar. Və görünür, bir zamanlar onların nəsli
kəsildiyi üçün dastanımız xalq arasında söylənməkdən dayanmışdır. Onu elə
belə, məselən, “Koroğlu” dastanı kimi, yəni hadisələrin məzmununu nəsrlə
danışıb, arada şeirləri əzbər demək şəklində ifa etmək olmaz. Bu dastan baş-
dan-başa şeirdir. Demeli, onu əzbərləmək üçün yüz minlərlə beytləri bir
nəfəsə əzbər söyləyən xüsusi manasçı yaddaşı gərəkdir. O biri dastanlarda
şeiri oxumayıb, onu ancaq nesrlə danışsan, məzmuna xələl gelməz. Çünki
məzmun nəsrlə verilir, şeir parçaları emosional ricotlərdir, onları atmaqla sü-
jetdə çatışmazhq yaranmır. Ancaq Qorqud eposunda bir cümləni də buraxmaq
olmaz. Çünki her cümlə şeir misrasıdır və o cümlə-misra ifadan çıxsa, süjetin
söylənməsində qırıqlıq yaranacaqdır. Burada soylama adı ilə verilən şeir
parçalarında da süjet danışılır. Dastanın qalan hisseləri də soylamalar kimi
nəzmdir, şeirdir və eyni zamanda soylamalar da qalan hisselər kimi məzmu-
nun - süjetin nəqlinə xidmet edir. Həm də Qorqud şeiri bugünkü şeirimiz
kimi heca vəznində, müəyyən düzümdə mısralardan və qafiyələrdən ibarət
deyil. Təbii ki, bu tip şeiri əzbərləməyin öz çətinlikləri var. Demək, bu
quruluş da şeirlə yazılmış dastanı əzbərləyən, əvvəlindən axırına qədər bir
sözü də dəyişmədən, unutmadan söyləyən, tarixçinin dediyi kimi, xüsusi
“ağıllı, elmli kimsələr”, fövqəlade yaddaşlı ozanlar olmuşlar. Həmin ozanlar
qorqudçu adlanırmışlar və bir zaman onların nəsli kəsilib. Bu səbəbə görə də
bizim olan dastanın el içində şifahi ifası dayanmış və bu nadir sənət abidəsini
itirməmək üçün müdrik ulu babalarımız onu sonuncu qorqudçu ozanın
dilindən yazıya almışlar.
“Dədə Qorqud kitabı” öyrenildikcə, sözün geniş menasında, türk
tarixinin ayn-ayrı tutqun səhifələri üzərine işıq düşür. Türkün yaratdığı
dünyəvi təsərrüfatlara, qurduğu saysız-hesabsız şəhərlərə, xariqə sayılan
dövlətçilik tarixinə göz yumaraq bəzən onu, sadəcə, köçəri etnos kimi
səciyyələndirənlər olublar. Bu iddiada söykənəcəklərdən biri bu olub ki,
türklər çadırda yaşayıblar. “Dədə Qorqud kitabı”nda çadır sözü hansı mə-
qamlarda işlənir: “Qazan gög-ala çəmənə çadır dikdirdi. Yeddi gün, yeddi
gecə toy-dügin edüb, yemə-içme oldı”; “Tekur çərisin dəyişirüb meydana
gəldi. Çadır dikdirdi”; “Xanlar xanr xan Bayındır... bir yerə ağ otağ, bir yerə
qızıl otağ, bir yerə qara otağ qurdurmışdı”. Göründüyü kimi, bu çadırlar
müəyyen məqsədlər üçün qurulur, bir mərasimə xidmət edir. Və
müvəqqətidir, merasim qurtaran kimi bu qurğunun ömrü qurtarır. Ancaq bu
çadırlar çox mükemməl quruluşa malik olurmuş, otaq rahathğı ile tikilirmiş.
Hətta çadır-otaq söz-forması işlenir. Hətta “otaq qurdurdu” və “çadır
tikdirdi” ifadələri söylənir. Deməli, burada “otaq” sözü şertidir, sadəcə,
çadırın mükəmməlliyinə işarə olunurmuş. Beləliklə, xüsusi mərasimləri
keçirmək üçün türk öz daimi yaşayış evlərinden kenarda, müəyyen olunmuş
sahələrdə əski olimpiya qurğularının tipinde qurğular qururmuş. Bunlar,
həqiqətən, çadırlar idi. Ancaq türkün ömürlük, gecə-gündüz yaşayış yerləri
deyildi. Heç olmasa, buna da diqqət edək ki, Təkur da çadır tikdirir və bu da
müvəqqətidir - bunu döyüş səhnəsini seyr etmek üçün tamaşa yeri, müasir
mənada, yüksək rütbəli komandirlerin durub baxdığı herbi istehkam kimi
qururlar. Başqa bir çadıra diqqət yetirək: “Oğuz zamanmda bir yigit evlənso,
ox atardı. Oxı nə yerdə düşsə, anda gerdək dikərdi. Beyrək xan dəxi oxın atdı,
dibinə gerdəgin dikdi”. Bu da çadırdır, gərdək kimi istifadə olunmaq üçün
qurulur- tikilir. Təbii ki, bu çadır-gərdək toy mərasiminin öz etnik ayinlərinə
görə üç gündən qırx günə qədər yaşayış yeri kimi istifadə olunur. Göründüyü
kimi, bütün bunlar qaraçı çadırları deyil. Bunlar bugünkü yas və toy çadırları
da deyil, bugünkü olimpiya tikintilərinin, qurğularınm analoqudur. Bu,
dövrün mərasim medəniyyətini nümayiş etdirən tarixi faktlardandır.
At türkün dostudur, silahdaşıdır. Bunu da türkün ayağına köçərilik gös-
təricisi kimi yazırlar. Doğrudan da, türk ancaq atın üstündə özünü türk sayır,
özünü rahat bilir. Dastanda belə bir səhnə var: “Uruzun qırq yigidi atdan endi.
Ala qalqan bağmı qısa dügdilər. Qılıç sıyırdılar. Uruzun üzərinə çox sa-
vaşdılar. Yayanın umudı olmaz”. Bəli, yayamn - piyadanın ümidi yoxdur və
Uruzun qırx igidi məğlub olur. Çünki türk piyada vuruşa bilmir. Ancaq bu,
niyə türk üçün eyib sayılsın? Bu döyüşlər böyük dövlətlərin ordularımn üz-
üzə durmasıdır. Türk ordu olaraq “qırmaqla, məhv etməklə yox, sənətkarlıq-
la, hərb mədəniyyəti ilə ölkələri ram edib. Atla davramş mədəniyyətinin us-
tadı türkdür. Türk cilovun, ram etməyin ustahğmı atın üstündə kəşf etdi -
sonra asanlıqla ölkələri cilovladı. Eynən sevgiii atındakı kimi, cilovdan idarə
vasitəsi, yönəltmə aləti kimi istifadə etdi - əzab vermək, incitmək üçiin yox”
(bizim: “Qıpçaq çölü haqqmda elmi ballada”. Murad Adcmın “Qıpçaq çölü-
nün yovşanı” kitabma son söz - Bakı, 1997, s.192). Türk ata minəndə Mete,
Atilla, Ər Tonqa, Əmir Teymur, atdan düşəndə Fərabi, Əhməd Yəsəvi, İbn
Sina, Nəsimi olur.
“Dədə Qorqud kitabı” ilə bağlı mübahisələrdən biri boylarının sayı
məsələsidir. Qorqudşünaslıqda belə bir qəti qonaət var ki, bu gün bizo molum
olan on iki boy mövcud olmuşlardan ancaq bir qismidir. Bu mülahizoni, bi-
rinci növbədə, “Kitab”ın öz qəhrəmanlarını təqdim etmə üslubu diktə edir
Məsələn, 2-ci boyun sonunda döyüşə çıxan oğuz bahadırlarından Bamsı
Beyrək bu şəkildə tanıdılır: “Parasarın Bayburt hasarından pırlayıb uçan, ap-
alaca gərdəgünə qarşu gələn, yeddi qızın umudı, Qalın Oğuz iınrəncisi, Qa-
zan bəgin inağı, Boz ayğırlu Beyrək çapar yetdi”. “Kitab”da “Qam Börəniıı
oğh Bamsı Beyrək boyını bəyan edər, xanım hey” hekayotində boyun qoh-
rəmanı Boz ayğırlı Bamsı Beyrək göstərilən həmin əlamətlərlə görünür: yoni
Bamsı Beyrək Boz ayğırlı bahadırdır, onun yeddi bacısı - qız qardaşı var, toy
geeəsi yağı onu gərdəyindən götürür, o, Parasarın Bayburt hasarında
(qalasında) 15 il əsir qalır və oradan xilas olub, başqasına orə köçürülən go-
lininə qovuşur. Deməli, başqa Oğuz sorkordolərinin də qohromanlıq toyina-
tını bu tipdə qəbul etməliyik. Həmin bahadırlar sırasında Doli Dondar belo
təqdim olunur: “Dərnir qapu Dorvənddəki domür qapuyı dopüb alan, altmış
tutam ala göndərinün ucında ər bögürdon Qıyan Səlcuk oğlı Dəli Dondar ça-
par yetdi”. Başqa qəhromanlar da bu modello verilirlor. Göründüyü kimi, bu,
eynən Bamsı Beyrəyin toqdim olunduğu üslubdur. Bu üslubu görkomli
qorqudşünaslarm hamısı binnonalı şokildo belo qiymətlondirir ki, homin qoh-
rəmanların da təqdimat anketindoki olamotlori oks etdiron mozmunda boy -
hekayətləri olmuşdur. Demoli, boyların sayı, on azı, qəhromanların sayı qədər
təsəvvür edilir. Hətta bir qohroman bir neço yürüşün qohrəmam kimi göstə-
rilirso, deməli, onun adına bir neço boy olmalı idi.
“Dədə Qorqud kitabı” öyronildikco onu dastan kimi düzüb-qoşan ozanın
şəxsiyyəti aydınlaşır. Dastanı ifa edon xüsusi qorqudçu olduğu kimi, onu
düzüb-qoşan ozan da xüsusi sonətkar keyfiyyoti ilo seçilmişdir, o da yaradıcı
qorqudçu ozan olmuşdur. Aydın olur ki, məsolon, “Koroğlu”, ya başqa
dastanlarda olan kimi, hər qolu - boyu istonilən bir şoxs (aşıq) deyib-qoşmur.
Bu dastan başqa dastanlar kimi müxtəlif osrlərdə doyişikliklərə məruz qala
bilməz. Əgər Dədə Qorqud boyları ayrı-ayrı əsrlərdə törəyibsə, yenini
düzüb-qoşan kəs - bu ozan mütləq Dədo Qorqud məktəbi keçib, qorqudçu
dərsi alıb, ilk şeirin texnologiyasına yiyələnib. O dərəcədə yiyələnib ki, yeni
və əski mətnlər məzmununa və dil üslubuna görə fərq verməsin - bu,
qorqudçu ozan deməkdir. Məhz həmin ozan əlimizdəki on iki boylu
“Kitab”ın on birinci boyunu nə vaxtsa dastana anonıaliya kimi əlavə edib. Bu
qorqudçu ozan dastamn məntiqini nəzorə alıb və bu boyu əlavə qoşub.
Məntiq çox sadədir: dastanda oğuz qəhrəmanlarımn hər birinin igidliyini
göstərən boy var. Bu igidlərdən biri Uruzdur. Uruzun qəhrəmanlıq
göstərməsi bəylər bəyi, Oğuzun baş komandam Qazan xanın arzusudur.
Təsəvvür edək ki, bu boy yoxdur. Deməli, Oğuz elinin sərkərdəsi oğlunun
igid yetkinliyini görmədən niskillə dünyasım dəyişmişdir. Hətta dastanda
belə səhnə var: adlı-sanh Oğuz qəhromanlarına baxıb qah-qah gülon, ancaq
oğluna baxıb onu ünvansız görən Qazan xan hönkür-hönkiir ağlayır. O,
oğlunu Oğuz igidlərinin sırasında görmok istoyir. Oğlu da gileylonir ki, atası
şərait yaratmayıb, meydan vermoyib ki, özünü göstərsin. Sınaq döyüşündə ata
oğlunu itirir, Uruz qəhrəmanlıq göstərmok əvəzinə, əsir düşür. Beləliklə,
dördüncü boy “Qazan xan oğlu Uruz boyunu bəyan edər, xanım hey” yox,
“Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı boyan edər, xanım hey” olmalı
olur. Halbuki Uruzun Beyrok, Qanturah, Yegnok, Səgrok, Bəkil oğlu Əmran
cərgəsində durması üçün onun adına boy olmalı idi. Hətta Beyrək boyunda
yürüşdo atası Qazan xanla vo başqa Oğuz igidlori ilo bir sırada onun adı
bahadır kimi çokilir: “Beyrək, Yegnək, Qazan bog, Tondar, Qazan oğlu Uruz
bəg - bunlar hasara yüriş etdiler”. On birinci boy homindir. Əslində bu boyun
yaranmasında dohşətli bir məntiqsizlik var. Əvvəlon, ikinci və dördüncü
boylarda Uruz hodd-buluğa çatıb, on birinci boyda iso holə körpodir. İkincisi,
bu boyda Qazan xanın on altı il osir qalması göstərilir. Bu müddətdə Oğuz
elinin baş komandam, dövlətiıı başçısı kimdir? Boyda Bayındır xan da yoxdur.
Ola bilormi ki, Oğuz dövloti on altı il padşahsız yaşasın? Qazanın əsirliyi,
olsa-olsa, 4-cü boyda Uruzun osirliyi kiıni ani ola bilordi. Oğuzun padşahı 16
il əsir qalsa, Oğuz dövloti bu qodər padşahsız yaşaya bilməzdi. Bu dediyimiz
məntiq real dövlotçilik, hoqiqi tarix baxımından montiqsizlikdir. Halbuki
burada holledici olan ədəbi-bədii montiqdir. Bodii məntiq Uruz boyunu tələb
edir. Burada başqa gerçəklik də aydınlaşır: dünya qəhromanlıq dastançıhğımn
nəzəriyyəsino göro bu oğuznamo salnamə kimi yaranmalıydı və yeqin ki, elə
də yarambmış. Ona görə də ilk yaradıhş mərhələsində Uruz boyuna ehtiyae
olmayıb. Uruz qəhrəman olaraq ya Yegnək kimi atasım, ya da Səgrək kimi
qardaşım xilas etmeliydi. Uruzun qardaşı yoxdur, atası da dövlətçilik məntiqi
ilə əsir düşə bilməzdi. Çünki dastan-salnamənin məntiqi ile dövlət 16 il
başçısız qalmamalıydı. Salnamə əslindən və dövründən uzaqlaşdıqca,
bədiilik tarixiliyi özünə tabe etdikcə, bədii məntiq tarixi məntiqə hakim kə-
sildikcə Uruz boyunun boş yeri daha aydın görünür. Və sonuncu qorqudçu ozan
həmin boşluğu tamamlayır. Sadəcə olaraq, “Dədə Qorqud”u “Kitab” halmda
tərtib edən tarixi şəxsiyyət onu boylann sırasında düzgün yerləşdirməyib.
Dədə Qorqud süjetindəki hadisələrin tarixi haqqında fıkir birliyı yoxdur.
Bu tarixin bizə tərəf amplitudu XI-XV əsrləri əhatə edir. O tərəfə rəqsi
hüdudsuz olaraq eramızdan əw ələ gedir. Mənə görə bu düsturu mövcud mü-
bahisələr üçün ortaq məxrəc saymaq olar: “Dədə Qorqud dünənimizin keç-
mişidir” (İsmayıl Hacıyev). Bu düsturun cam odur ki, “Dədə Qorqud kitabı”nda
dastanın yaranması haqqmda bizə məlum olan tarixdən çox-çox qədimlərin
nəbzi vurur. Bayram etdiyi 1300 illik yubileylə dünya bu süjetin tamamlanma
tarixi kimi eramızın VII əsrini qəbul etdi. Həmin düstura görə VII əsr
dünənimizdir və deməli, “Kitab” onaqədərki tarixi əks etdirir.
“Dəde Qorqud kitabı”nda “dünənimizdən” (VII əsrdən) daha dərinə
gedən bir neçə öməye diqqət yetirək:
1.
Türkün ailə quruculuğunda bele bir ayin olub: qız ərə getdiyi oğlanı
fiziki cəhətdən yoxlarmış, yalnız məğlub olduğuna ərə gedərmiş. M.Baştu-
nun “Şan qızı” bulqar dastanında belə bir səhnə var: Boyan-İmenin oğlu İcik
Barısm qızı Samar üçün elçiliye gəlir. Samar o alp qızı alpdır ki, əfsanəvi güc
sahibi alplardan Əjdahanm yalını qopanb, Albastınm üç dişini salıb, Cinin bir
qanadım smdırıb, Qubann iki qabırğasını qırıb. İndi insan oğlu İcik belə bir
qızla qarşılaşmalıdır. Qız oğlana elə belecə də deyir: “Gəl tutaşaq, görüm
menə layiqsənmi?”, Böyük çətinliklə İcik qalib gəlib, Samarla evlənir. Bul-
qarlar islamı qəbul etdikdən sonra bu ayində belə bir dəyişiklik olur ki, bəy
olacaq şəxslə qızın özü yox, onun kişi qohumlarından biri qarşılaşır. Dastanm
sonunda islamı qəbul etmiş bulqarların toy mərasimində belə bir epizod öz
bədii eksini tapır. Bu adət türkün tarixində matriarxat mərhələsinə gedən bir
hadisə olmalıdır. Bu, matriarxatın ata kultuna döyüşə-döyüşə təslim olmasını
göstərən tarixi mənzərənin ədəbi-bədii səhnə şəklində əks olunmasıdır.
“Dedə Qorqud kitabı”nda Bamsı Beyrəklə Banıçiçəyin qarşılaşması sehnəsi
aşkarca həmin adətə işarə edir. Bu səhnədə açıq-açığına Bamçiçək Beyrəyi
yoxlayır, məğlub olduqdan sonra onu qəbul edir. “Kitab”da bu qarşılaşma
guya bir tesadüfun nəticesidir. Guya Banıçiçək onun zonasına naməhrəm ki-
şinin daxil olmasını özünə sığışdırmır, guya bir ərköyün qız şıltaqlığını büru-
zə verib oğlana qarşı meydan sulayır. Ancaq Banıçiçeyin bu aksiyasında hə-
min qədim adətə bir işarə var: o bu adamın beşikkərtmə nişanlısı olduğunu
bile-bilə, özünü Banıçiçəyin dadısı (dayəsi) kimi təqdim edir və Beyrəyi
yoxlanışa çəkir. Təbii ki, bu, “Kitab”da islam redaktəsidir. Deməli, dastanı-
mızdakı bu hadisə islamdan əvvəlki türk evlənmə adetinin özünəməxsus
şəkilde inikasıdır.
2.
Başqa bir epizod. Dastammızın əhalisi qımız içir, at əti yeyir. Ancaq
tariximizin bizə melum dövrlərindən bəri heç yerde Azerbaycan türklərinin
qımız içməsi, at əti yeməsi faktı qeydə alınmayıb. Qımızda müəyyən alkoqol
dərəcəsi var, insanı dəmləndirir, xoşhal edir. Ancaq hesab etmək olmaz ki, bu
xüsusiyyətinə görə, islamın qəbulundan sonra Azərbaycan türkleri qımtzdan
imtina etmişlər. Göründüyü kimi, dastanda qımız içilmesinə qarşı heç bir ya-
saq işarəsi yoxdur. Bu gün də o, Türküstan türklerinin süfrəsinin ən koloritli
nemetidir. Türküstanlılar onu ramazanda da işlədirlər. Maraqlıdır: qımız şə-
rab qədər xumarlandırır; şərabın verə biləcəyi fıkir azadlığını, hərəkət sər-
bestliyini, vaxt xoşhallığım, insanın derdsizlik içində yaşamasını qımız da
verir. Ancaq şərabı yasaq buyurduğu halda, islam qımızı rədd etmir. Çünki qı-
mız türkün tarixi yaradıcılıqlarından biridir. Türk bu xumarlığı düşüncə ilə
yaradıb. Bu xumarlıq məhz sözün poetik mənasında xumarlıqdır - o, günaha
çəkmir, cinayət törətmir, vəhşiləşdirmir, xoşagəlməz heç nəyə sövq etmir,
yalnız rahatJıq vo xoşluq mənbəyidir - onu normadan artıq qəbul etmək heç
mümkün də deyil. Bu şərab türkün bəşəriyyətə bəxş etdiyi, türkü türk edən
atın yelinindən sağılan saf, gözəl Allah neməti olan süddür, onun yaratdığı
xumarhqda o südün ağlığı var. Qımızı bize islam unutdurmayıb. Qımız içil-
məsi at etinin yeyilməsi ilə məqbul sayılmışdır. Folklor materialımız göstorir
ki, bizdə vaxtilə at əti yeyilmişdir.
Bir yumoristik qədim xalq şeirində buna işare var:- Ay adam, kimsən?-
Həsən - Nə Hesən, hansı Hesən?- Göy atı kəsən - Dəlisən, nəsən?- Sehər
görersən.
Bu misralar ən qədim türk şeirinin əlametlərini özünde eks etdirir Burada
adam, Həsən, səhər kimi qeyri-türk sözlerinin işlənməsi şeirin qədimliyini,
islamdan əvvelki dövrə aid olmasmı şübhe altına almır. Şeir xalq ağzında, şi-
fahi gəldiyindən zaman-zaman onda leksik dəyişme gedib, deyək ki, arxaik-
leşən kişi, danla sözünün yerindo adam, səhər işlenməyo başlayıb (məsələn,
misraların qeyri-bərabər hecalı olması)- Deməli, hadisə də həmin qedimlikdə
olmalıdır (Göy at yeyilmək üçün kəsilib). Nə vaxtsa, ne səbəbdenso (iqlim-
dənmi, təsərrüfatdanmı asılı olaraq) bizdo at əti yeyilməməyə başlanır. Təbii
ki, qımızın hazırlanmaması, içilməmesi de onunla bağiıdır. “Dədə Qorqud
kitabı”nda bu faktı Türküstandan gəlmə de saymaq olar (Alpamış - Bamsı
Beyrək elaqesini yada salaq). Ancaq bir məsolo var ki, at əti bizdo murdar
sayılmır, mekruhdur: yeyə de bilərsən, yeməyə də. Bu da, Azərbaycan coğ-
rafiyasmda ceroyan edən Dedo Qorqud hadisəlori ve misal gətirdiyimiz eski
xalq şeiri də göstərir ki, bizdə at oti yeyilmiş, qımız içilmişdir. Sadoco, bunu
çox qədim, unudulmuş bir hadisə saymaq daha məntiqlidir. Dədə Qorqud
süjetləri həmin qedimliyə gedir.
3.
“Dədə Qorqud kitabı”nın şeir texnologiyası lazımınca öyrənilmoyib.
“Kitab”ı müxtəlif dövrlərdə tərtib və nəşr edənlər onun mətnində müxtəlif
miqdarda şeir nümunəlori vennişlər. Uedantutma şeir olan dastanın içində
ara-sıra şeir görən bu şəxslərdən horəsi bir-iki nümunə artıq verməkiə əsərin
boynuna, bir növ, minnət qoymuşlar. Bu barədə çox deyilib, çox yazılıb. İndi
Dədə Qorqud şeirinin misra texnikası məsələsinə toxunmaq istəyirəm. Das-
tanda şeir nümunələri verənlərin hamısı misraların həcmi ilə bağlı bir möv-
qedə durur - hamısında uzun-uzun sətirlər misra təyinatı ilə alt-alta düzülür.
Halbuki “Dədə Qorqud kitabı”nda türk şeirinin çox qodim dövrlərinin, hətta
başlanğıc mərhələsinin nümunələri görünür. “Kitab”da üçhecalı misralar var.
Ustünə düşmən ordusu yeridiyini eşidən Bəkil bir xalq məsəlini düşünür:
Gög iraq,
Yer qatı.
Bu məsəl “neylim. necə eliyim” məqamında, insan özünü köməksiz hiss
etdikdə, heç nəyə əli yetmədiyi zaman söylənər. Bu gün xalqda çıxılmazlıq
vəziyyətində eyni məzmunda, eyni misra ölçüsü ilə belə məsəl-şeir işlənir:
Yer qar,
GÖy boran.
Bu şeir ölçüsü
Az getdi,
Uz getdi,
Dəra, təpə
Düz getdi.
- şeirinin yarandığı dövrün, türkcədə ancaq birhecalı sözlorin mövcud olduğu
zamanın məhsuludur, an qədim türk şeirində qafıyə könüllüdür, işlonər də,
işlənməz də, heca qafıyədən vacib faktordur.
Bu mərhələnin daha işlək nümunəsi dördhecalı misralardır. “Kitab” belo
misralarla doludur. Bütün nəşrlordə nəsr nümunəsi kimi verilən bu misralar
həmin qəbildəndir:
Baqsa-görsə,
Bir dərənin içinə
Qarğa-quzğun
Enər-çıqar,
Qonar-qalqar.
Bədəvi alın
Öncələdi.
01 tərəfə yüridi.
Birinci mərhələnin ən uzun misrası beşhecalıdır. Bu həm də ikihecalı söz
dövrünün başlanğıc misrasıdır. İkinci mərhələnin son misra həcmi 8-9
hecadır. “Dedə Qorqud kitabı”nda hər iki mərhələnin şeiri birloşir.
Maraqlıdır ki, “Kitab”da üçhecah söz dövrünün şeiri - on bir ve ondan yuxarı
hecalı misralar yoxdur. Deməli, Dədə Qorqud süjetlərinin yaşı həmin tarixə
qəder uzanır, yaxud oradan başlanır.
4.
“Kitab”ın dili nə qədər günümüzle səsleşsə də, onda məlum yazılı dil
nümunələrimizde rast gəlmədiyimiz xüsusiyyetlər də miişahidə olunur.
Məsələn, utanmaq felinin kökü olan ut- hissəsi müstəqil söz kimi ancaq
burada işlənir: ut+suz (heyasız, utanmaz). Yaxud uzun, uzaq, uzat (maq)
sözlərinin uz kökünə yenə bu abidənin dilində rast gelinir: qara polad uz qılıc
(“az getdi, uz getdi” misralarındakı “uz”la müqayisə edin). “Kitab”m dilindo
ən tipik arxaik fakt l<ş hadisesidir. Bu evəzlənmə Azərbaycan türkcəsi üçün
çox qədim olub. Müasir dilimizdə iki sözdo qalır: b ələk - beşik, dəlik - deşik
(“bələk” və “beşik” sözlərinin ilkin kökü bəl, “dəlik” və “deşik” sözününkü
dəl morfemidir). “Dedə Qorqud kitabı”nın dilində başlı (yaralı) məqamında
balkır sözü işiənir. Burada -kır şəkilçisi də -lı şəkilçisinin qədim qarşılığıdır
(miiasir dilimizdə donqar və ddqır sözlərində daşlaşıb: don “şiş”+qar
“dil”+qır “dilli, boş-boşuna damşan”). Yegnək boyunda bele bir cümlo
gedir: Altı-başı balkır bir ər gördüm - “alnı-başı yaralı bir ər gördüm”
(etimologiya Vahid Zahidoğlunundur). Buradakı t-n uyğunluğu da arxaik
faktdır. “Baş” sözünün “yara” mənasında işlənməsi orta əsr oğuzcalarında,
məsələn, Azerbaycan vo Türkiyo türkcolərindo müşahidə olunur: Bağrı başlı,
gözü yaşlı (Yunus Əmro). “Kitab” ın dilində, ümumiyyotlo, orta osr
Azərbaycan ve Türkiyo oğuzcalarına meyl gücliidür. Hadisəlor Azorbaycan
coğrafıyasında cəroyan etdiyi üçün, görünür, qədim dastanın dilinin
Azorbaycan türkcəsino uyğunlaşdırılması ciddi məqsed kimi izlonmişdir.
Hesab etmek olar ki, “alnı-başı” ifadəsi ilo yanaşı bir “baş” (yara) sözünün
işlənmesi də üslub baxımından münasib bilinməmiş vo onun arxaik sinonimi
“balkır” götürülmüşdür. Vo homin arxaizm alnı mənasında altı arxaizmini do
öne çəkmişdir. Her halda “Kitab”ın dilinin norma sayıldığı tarixi morholodo
bu arxaizmlər ünsiyyət üçün tam unudulmayıbmış. Tobii ki, bu,
dünonimizdon əvvolki tarixin izidir.
Öyronildikcə, todqiq olunduqca hom “Dədo Qorqud kitabı”nm öz sirlori
zaman-zaman açılır, hom do dünya dastanşünaslıq modoniyyəti daha da
zənginloşir, dünya dastançılıq nəzoriyyosi daha da dolğunlaşır.
Bu öyrənilmo işinə Azorbaycan Rcspublikasımn morhum prezidcnti
H.Əliyevin 20 apre) 1997-ci il fərmanı xüsusi sürəklilik verdi. Homin
fermanla keçən möhtəşom 1300 illik yubileyi milli atmosferimizdə bir Dədo
Qorqud havası yaratdı. Ancaq Dodo Qorqud ən çox radio-televiziya ilə
evlərimizə girdi. Hələ Azərbaycanda elə evlər var ki, Dədə Qorqud onların
qapılarını açmayıb, onların kitab rəflərindö “Dədə Qorqud kitabı” yoxdur.
Biz o zaman babalarımızm, tiirk əcdadımızın əsil övladlan olmağa layiq
olacağıq ki, “Dədə Qorqub kitabı” həm həqiqi, həm də məcazi mənada bütün
azərbaycanlı evlərinin sakini olsun, ailə üzvü olsun. Yeni: bu “Kitab” hər
evde olsun, hər ailədə onu oxusunlar və hər ailə öz yetirmələrini onunla
tərbiyə etsin. Bu arzu Azərbaycan Respublikası prezidenti İ.Əliyevin “Azər-
baycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-
qında” sərəncamı ilə gerçəkləşəcəkdir. Həmin sərəncama görə Dədə Qor-
qudla bağlı hazırlanmış bu kitab, inanırıq ki, on ildən çox kitab üzü görməyən
bütün kitabxanalanmızda, evlərimizdə məskunlaşacaqdır.
Tofıq H ACIYEV
Dostları ilə paylaş: |