Mən tam inanıram ki, Elçibəy Ermənistanla müharibəni 1993-cü ilin oktyabr-
noyabr aylarında sona çatdıracaqdı, özü də, Azərbaycanın qələbəsi ilə! Artıq BMT
və ATƏT (o zaman ATƏM adlanırdı) xətti ilə ermənilər yalvarır, müharibəni
dayandırmağı, danıĢıqlara getməyi xahiĢ edirdilər. Ermənistan prezidenti Levon
Ter-Petrosyan az qala bütün ölkələrin baĢçılarını minnətçi salaraq Elçibəylə
görüĢməyə can atırdı. Ermənilər həmin vaxt Qarabağın yalnız köhnə statusunu
qaytarmağı dilə gətirirdilər. Azərbaycanın bu gün salındığı aciz və miskin durum
fonunda Elçibəy komandanlığının nəyə qadir olduğu açıq-aydın görünür.
Unutmayaq ki, hərbi baxımdan Azərbaycanla heç müqayisəyə gəlməyəcək dərəcədə güclü
inkiĢaf etmiĢ qonĢu Rusiya və Ġran kimi dövlətlər Azərbaycanın müstəqil, inkiĢaf etmiĢ bir
dövlət kimi mövcudluğu yolunda çox böyük əngələ çevrilmiĢdilər. Ancaq buna baxmayaraq,
Elçibəy öz hərbi-siyasi doktrinasını həyata keçirməyi bacarmıĢ, həmin dövlətləri Azərbaycanla
hörmətlə danıĢmağa, onunla hesablaĢmağa məcbur edə bilmiĢdi. Bircə epizodu xatırladım.
Rusiyanın bir balıqovlayan gəmisi Azərbaycanın su sərhədini pozmuĢdu. Elçibəy dövlət
sərhədini keçmiĢ həmin gəminin dərhal həbs edilməsinə qəti əmr verdi və onu tutdurdu. O
zaman Rusiya prezidenti Yeltsinin Ģəxsən özü dəfələrlə Elçibəyə zəng vuraraq xahiĢ edəndən
sonra məsələ öz həllini tapdı. Ġndi isə Rusiyanın, Ġranın gəmiləri və təyyarələri heç bir
müqavimət görmədən Azərbaycan sərhədlərini həyasızlıqla pozmaqdadırlar.
Bircə ilin içində görülmüĢ bütün bunlar və adını hələ çəkə bilmədiyimiz neçə-neçə iĢlər
Azərbaycan kimi kiçik bir ölkə üçün təsəvvüredilməz irəliləyiĢ idi. Bu uğurlar Əbülfəz Elçibəyin
Ali BaĢ Komandan kimi qətiyyətinin və səriĢtəliliyinin nəticəsidir.
Bütün bu xidmətlərindən sonra Elçibəyi yenə qətiyyətsizlikdə, iradəsizlikdə ittiham etməyi
ləyaqətsizlikdən baĢqa bir Ģey adlandırmaq mümkün deyil.
Mən Türkiyədə olanda Elçibəydən hakimiyyətdən uzaqlaĢmasının səbəbini açıqlamağı xahiĢ
etdim. Onun cavabı qısaca belə oldu:
-ELƏ BĠR DURUM YARANDI KĠ, MƏN YA MĠLLƏTĠMĠN ĠÇĠNDƏ QALMAQLA HAKĠMĠYYƏTDƏN
GETMƏLĠ, YA DA MĠLLƏTĠMDƏN AYRILARAQ HAKĠMĠYYƏTĠMĠ QORUMALI OLDUM. MƏNƏ
ĠSƏ MĠLLƏTĠMĠN ĠÇĠNDƏ QALMAĞI HƏR ġEYDƏN ÜSTÜN TUTDUM.
Bəli, Elçibəy millətini həyatda hər Ģeydən artıq sevir, daim onun içində olmağı, onun dərdləri
və sevincləri ilə yaĢamağı varlığının baĢlıca məqsədi sayırdı. Əgər milləti hakimiyyətdən çox
sevmək qüsur sayıla bilərsə Elçibəydə gördüyüm yeganə eyib də elə budur!". ("Savalanda
görüĢənədək, Bəy!". Bakı, 2000, s.66-68).
Prezident artıq yavaĢ-yavaĢ "öz" komandasını da yaradırdı. Məsələn, 26 noyabrda prezidentin
mətbuat xidmətinin rəhbəri Nəcəf Nəcəfov prezidentin müĢaviri təyin edildi, onun yerinəsə
tanınmıĢ demokrat jurnalist Arif Əliyev layiq bilindi. Bu təyinatlar prezidentin Azərbaycanda
demokratiyanı daha da dərinləĢdirmək istəyindən soraq verirdi.
YENĠ KONSTĠTUSĠYAYA ELÇĠBƏY BAXIġI
Noyabrın sonlarında Rusiya hökuməti Azərbaycanın mal almaqçün 31 milyard rublluq məbləği
RF banklarına köçürmək cəhdinə veto qoydu. 1 dekabrda Milli Bankımızın sədri CavanĢir
Abdullayev bildirdi ki, rublları qəbul etməkdən Rusiya boyun qaçırır və respublikamızla əmtəə
dövriyyəsi üzrə hesablaĢmaları yalnız klirinq əsasında aparır, bu da Azərbaycanın aldığı malın
satdığından az olmasıyla nəticələnir.
Təbii ki, bu tədbirlə Rusiya Azərbaycanda maliyyə problemləri yaratmaq istəyindəydi, çünki,
görünür, Türkiyənin ölkəmizə 250 milyon dollarlıq kredit ayırması onun xoĢuna gəlməmiĢdi.
Ancaq Türkiyənin pulları ünvanına hələ bu tezliklə yetiĢməyəcəkdi. Həm də ölkənin özündə də
pul vəsaitinin dağıdılması halları üzə çıxarılırdı. Məsələn, keçmiĢ taxıl məhsulları naziri xarici
banklara 400 milyon rubl əvəzinə 800 milyon rubl (2 milyon dollar) köçürmüĢdü. Neftayırma
zavodunun direktoru zavodun xarici bankdakı hesabından öz hesabına 11 milyon dollar, Xəzər
Gəmiçiliyi Ġdarəsinin rəhbərliyisə gizli olaraq London Milli Bankında hesab açaraq oraya
idarənin 14,6 milyon dollar pulunu köçürmüĢdülər... Bu hallar, sözsüz ki, ölkənin
iqtisadiyyatına ağır zərbə vururdu. Ancaq, təəssüf ki, iqtidar bu faktları sonadək aĢkarlaya,
aĢkarlanan vəsaitisə Azərbaycana gətirə bilmədi.
Ölkədən mal çıxarılması yenə intensiv davam edirdi. Bunun qarĢısını inzibati yolla almağı
düzgün saymayan prezident daxili bazarın beynəlxalq bazar səviyyəsiylə tənzimlənməsinin
tərəfdarıydı. O, MDB ölkələrində məhsul bol olmadığına görə qiymətlərin artırılması üzərində
dayanırdı. Bu üzdən də 3 dekabrda Bəy "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və daxili
bazarın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" fərman verdi. Prezident eyni
zamanda Maliyyə Nazirliyinə respublikada BÜTÜNLÜKLƏ MĠLLĠ VALYUTAYA KEÇĠLMƏSĠNƏ
hazırlıq görməsini tapĢırdı və həmin nazirlik artıq dekabrın baĢlanğıcında bu iĢə giriĢdi.
Dekabrın əvvəlində ölkə iqtisadiyyatından sevindirici xəbərlər gəldi - istehsalın aĢağıdüĢmə
sürəti dayandırıldı, əhalinin pul gəliri 3,9 dəfə artdı.
Yeri gəlmiĢkən, 1 dekabrdan bəri prezidentin maaĢı 50 min rubldu. Bu məbləğdən 20 min
rublu o, uĢaq evlərinə və internatlara köçürürdü.
Ölkədə sabitlik gücləndikcə onu pozmağa çalıĢanlar da çoxalırdı. Dekabrın ilk günlərində
Füzulinin satılması barədə Ģayiələr ev-ev dolaĢmaqdaydı. ġuĢa və Laçının taleyinin Füzulini də
gözlədiyi haqda Ģayiələr adamları təĢviĢə salırdı. QonĢu Beyləqan, Cəbrayıl rayonlarında da
eyni vəziyyət müĢahidə olunurdu. Kimlərsə bu rayonların düĢmən əlinə keçməsi və nəticədə
Elçibəy iqtidarının devrilməsiyçün dəridən-qabıqdan çıxırdı. Ancaq ölkə rəhbərliyinin
qabaqlayıcı tədbirləri onların hərəkətini zərərsizləĢdirirdi.
Əbülfəz bəy hadisələrə ən yüksək nöqtədən baxmağı bacaran dövlət baĢçısıydı. O, hələ
martın 25-ində demiĢdi ki, sabitliyin baĢlıca qarantı ölkədəki demokratik institutların
oturuĢmasıdır. Buna görə də o, qanunun aliliyini hər Ģeydən önə çəkirdi. Ancaq hələ ölkənin
Əsas Qanunu - Konstitusiyası ortada yoxdu (onu vur-tut bir neçə ayın içində hazırlamaq,
sadəcə, mümkün deyildi). Vəziyyətdən çıxıĢ yolu kimi Bəy köhnə Konstitusiyada ciddi
dəyiĢikliklər aparmaq yolunu seçdi. Prezident Aparatı onun göstəriĢiylə Konstitusiyaya
dəyiĢikliklər layihəsi hazırlayaraq Milli Məclisə təqdim etdi. Ali Sovetin hüquqi təminat və
nəzarət Ģöbəsinin müdiri Səfa Mirzəyev "Azərbaycan" qəzetində (3 dekabr) bu layihəni Ģərh
edərək göstərdi ki, Konstitusiyanın 185 maddəsindən 145-inin dəyiĢdirilməsi nəzərdə tutulur
və bu, əslində yeni Əsas Qanun təsiri bağıĢlayır.
Səfa Mirzəyev bildirirdi: "Ali Sovetin hüquqĢünasları mövcud Konstitusiyanı yararsız, yəni
"SSRĠ", "sosialist təsərrüfat sistemi", "sosialist mülkiyyəti" kimi ifadələrdən təmizləmək
niyyətində idi. Lakin AZƏRBAYCAN PREZĠDENTĠNĠN HÜQUQ XĠDMƏTĠ BAġQA ĠSTĠQAMƏT
GÖTÜRDÜ. Onlar gələcəkdə qəbul olunacaq yeni Konstitusiyanın prinsiplərini layihəyə daxil
etmiĢlər. Məqsəd bu idi ki, həmin prinsiplər ictimai Ģüurda indidən özünə yer tapsın".
S.Mirzəyev həmin sənəddə "dövlətin üç hakimiyyətinin heç biri alilik iddiasında olmamalıdır"
prinsipinin gözlənildiyini göstərdi.
Prezidentin daha konstruktiv təklifi qarĢısında geri çəkilmək məcburiyyətində qalan
S.Mirzəyev "Əsas Qanuna qlobal dəyiĢikliklər etməyə ehtiyac yoxdur" fikrinin meydana
çıxmasını yeni Konstitusiyanın yaradılması üzərində iĢin getməsiylə izah edirdi.
Bir qədər keçmiĢ Ali Sovetin sədri Ġsa Qəmbər də Konstitusiyayla bağlı problemlərə toxundu.
O, "Azərbaycan" qəzetində (19 dekabr), məsələn, Naxçıvanla bağlı olaraq göstərdi ki, dövlət
müstəqilliyimiz haqqında Konstitusiya Aktına uyğun bəzi məsələlər Naxçıvanda yerimir. Tutaq
ki, muxtar respublikada prezident hakimiyyətinin heç bir qurumu yoxdur. Ali Məclis seçilir və
Nazirlər Kabinetini, digər icra qurumlarını Ali Məclis təĢkil edir. Deməli, prezident
hakimiyyətindən əsər-əlamət yoxdur. "Belə ciddi məsələlər həllini tapmalıdır" söyləyən Ġsa
bəy Naxçıvanda daxili iĢlər naziri təyin edilməsi məsələsiylə bağlı bildirir: "Konstitusiyada
bunun dəqiq həlli göstərilməyib. [...] Belə müəmmalar indi hüquqi cəhətdən
aydınlaĢdırılmasını tələb edir".
Azərbaycanın yeni "Konstitusiyasının müxtəlif layihələrinin hazırlanması baĢa çatmaq üzrədir"
deyə bəyan edən Ġsa bəy o sıradan Prezident Aparatında da bu sahədə iĢlər aparıldığını
göstərir.
ARTIRMA
"-Bəlkə də birillik hakimiyyətimizdən bunu ummaq da insafsızlıqdır, ancaq bizə tutulan
iradlardan biri də budur ki, siz yeni Konstitusiya qəbul eləmədiniz. Doğrudur, bir ildə
Konstitusiyaya olduqca ciddi xeyli dəyiĢiklik və əlavələr edildi, ancaq, ümumiyyətlə, niyə yeni
Konstitusiya qəbul edilmədi, yaxud edilə bilərdi - edilmədi?
-Bu suala cavab verməzdən öncə bir paradoksa diqqətinizi cəlb edim. Mən həmiĢə kommunist
dönəmində, hərbi vəziyyətdə seçilmiĢ Ali Sovetin buraxılmasını tələb edirdim, Heydər Əliyevsə
həmiĢə Milli Məclisə qarĢı fikirlər söyləyirdi, YAP-çılar da onu söyür və Ali Sovetin çağırılmasını
tələb edirdilər. Bu paradoksa diqqətinizi yönəltmək istəyirəm ki, Ali Sovetin əleyhinə olan, Ali
Sovetin buraxılmasını tələb edən məni 360 deputatdan ibarət Ali Sovet Milli Məclisin sədri
seçdi, Ali Sovetin çağırılmasını tələb edən Heydər Əliyevsə hakimiyyətə gələndən sonra Ali
Soveti çağırmadı, onu 50 deputatdan ibarət Milli Məclis Ali Sovetin sədri seçdi.
Konstitusiya, Sizin də qeyd etdiyiniz kimi, çox ciddi məsələdir və orada tələskənliyə yol
vermək olmaz. Ancaq Prezident Aparatında güclü Ġslahatlar Komissiyası yaradılaraq fəaliyyət
göstərirdi. Yeni Konstitusiyanın layihəsi orada hazırlanırdı. Haçan hazır olub parlamentə
təqdim edilsəydi onda da müzakirə ediləcəkdi. Bəlkə də hansısa təkliflər, hansısa ilkin rəylər
olub, ancaq parlamentə yeni Konstitusiya layihəsi Ģəklində sənədin gəlməsini mən
xatırlamıram.
Siz o bir ildə o mürəkkəb vəziyyətdə görülmüĢ iĢlərin miqyasını götürün və bu məsələni
götürün. Hər Ģeyi, bütün məsələləri bir ilin içində həll eləmək harada görünüb axı?! SSRĠ-nin
əslinə qalsa hüquqi varisi olan Rusiya kimi bir dövlət neçə ildən sonra yeni Konstitusiya qəbul
etdi və neçə dəfə dəyiĢdi".
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Hadisələri qabaqlayaraq deyək ki, 30 dekabrda Milli Məclis Azərbaycanda ali icra
hakimiyyətiylə bağlı "Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa)
dəyiĢikliklər və əlavələr edilməsi haqqında" qanunun müxtəlif layihələrini müzakirəyə çıxardı.
Onlardan birini prezident təqdim etmiĢ, ikincisisə Milli Məclis komissiyasının hazırladığı layihə
əsasında ortaya qoyulmuĢdu.
Prezidentin layihəsini Milli Məclisdə Ģərh edən dövlət katibi P.Hüseynov bildirdi ki, icra
hakimiyyətiylə bağlı prezidentin səlahiyyətləri artırılmalı, ali icra qurumlarındakı təkrarlamalar
aradan qaldırılmalıdır. "Dövrümüzün həqiqəti belədir ki, idarəetmə strukturunda ikililik
dövlətimizi məhvə apara bilər. Ona görə də icra hakimiyyətinin üstünlüyü təmin edilməli,
onun çevikliyi artırılmalıdır".
P.Hüseynov göstərirdi ki, layihədə ölkədə VAHĠD ĠDARƏETMƏ yaranmasıyçün Nazirlər
Kabinetinin sərəncam və qərarvermə səlahiyyətinin alınması, Konstitusiyada "Nazirlər
Kabineti" sözlərinin "hökumət" sözüylə əvəzlənməsi, yəni prezidentin icra sahəsində
qanunvericilik təĢəbbüsüylə yanaĢı, icra səlahiyyətini də əlində cəmləĢdirməsi (indiyədək
onda bu səlahiyyət yoxdu) nəzərdə tutulur.
Etibar Məmmədov, ġadman Hüseynov, Tofiq Əzizov, Arif Rəhimzadə, Vahid Əhmədov bu
layihəyə etiraz etdilər, Prezident Aparatının Ģöbə müdiri Fazil Mustafayevsə onu dəstəklədi.
Bu layihənin müzakirəyə çıxarılması prezidentin güclü dövlət yaratmaqçün əlində yetərincə
səlahiyyət olmasına can atdığını göstərirdi. Bu canatma həm təbii, həm də zəruri sayılmalıdır,
çünki, doğrudan da, icra hakimiyyətindəki ikililik Ayaz Mütəllibovun da axırına çıxmıĢdı.
Əbülfəz bəy Nazirlər Kabineti üzərində nəzarəti də ələ keçirməyə çalıĢaraq bu sahədə
müəyyən uğurlara nail olsa da, təəssüf ki, mafiozlaĢmıĢ bu qurum yaxasını onun əlinə
verməməkçün hər Ģeyə əl atdı. (Hətta sonralar Pənah Hüseynovun baĢ nazir qoyulması da
vəziyyəti xilas edə bilmədi).
Azərbaycan Xalq Cəbhəsinin 4-6 dekabrda "Respublika" sarayında keçirilən II növbədənkənar
qurultayı yeni iqtidarın əslində öz qüvvələrinə baxıĢıydı.
"Ölkədə ictimai-siyasi vəziyyət və AXC-nin fəaliyyəti haqqında" məruzə edən AXC sədri
Əbülfəz Elçibəy hakimiyyətin indiyəqədərki fəaliyyətini təhlil etdi. Bu baxımdan məruzəni AXC
sədrinin yox, prezidentin hesabatı adlandırmaq daha doğru olardı.
Ölkədəki durumu bütövlükdə müsbət sayan Əbülfəz bəy cəmiyyətdəki qeyri-sağlam, ağır
kriminogen Ģərait üzərində dayanaraq bildirdi ki, hakimiyyətdəkilər rüĢvətin, cinayətin və
böhranın aradan qaldırılmasıyla bacarmazsa bir söz qalır: "Ġnqilab yenidən baĢlayır".
AXC sədri jurnalistlərdə maraq doğuran bir yeniliyi öz cəbhədaĢlarına açıqladı: artıq
Azərbaycanın 4 ton qızılı, 100 milyon dollar valyuta ehtiyatı var!
ARTIRMA
"Biz o zaman qərarlaĢdırdıq ki, 3 ilə bütün məsələləri qurtaracağıq. Yəni dövlət quruculuğunu
baĢa çatdıracağıq - keçmiĢ dövlət qurumları, keçmiĢ iqtisadi məkanlar, iqtisadi sistemlər
bütövlüklə yoxa çıxacaq, dağılacaq, yeni sistemlər yaradılacaq. Biz həm mədəniyyəti, həm də
sosial münasibətləri yeni sistemə keçirməyi düĢünürdük; əsas məsələ ictimai münasibətlər
sistemidir.
3 ilin içində bunları yerinə yetirəcəkdik və imkanlarımız da vardı. Bunu baĢqaları da
görürdülər.
Moskvadan bizə xəbər verdilər ki, Azərbaycandakı səfir Ģifroqram göndərib ki,
Azərbaycan bu xətlə, bu siyasətlə gedərsə 3 ilə Rusiyanın nüfuzundan tamam uzaqlaĢacaq,
tam müstəqil bir dövlətə çevriləcək, baĢqa keçmiĢ sovet respublikalarına da nümunə olacaq
və sonra biz onların heç birini saxlaya bilməyəcəyik; təcili tədbir görün.
Bu məsələni Rusiyanın Təhlükəsizlik ġurasında günlərcə müzakirə ediblər: neyləyək bu
Azərbaycanla? Buna görə də bizi əsasən müharibəyə cəlb edirdilər ki, bəlkə müharibədə
çökək, oturaq, iqtisadiyyatımız yeniləĢmələrə imkan verməsin. Amma biz iqtisadi gücümüzü
qorumağı bacarırdıq. Heç nəyə baxmadan var-dövlət toplayırdıq ki, dövlətimiz iqtisadi
baxımdan güclü olsun".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.34-35).
Qurultaydakı müzakirələr AXC-nin taleyini müəyyənləĢdirməliydi və müəyyənləĢdirdi də - o,
ictimai-siyasi hərəkat olaraq qaldı. TəĢkilat yeni Ģəraitdə öz fəaliyyətinin prinsiplərini,
parlament seçkilərində iĢtirakını və onun formasını müəyyənləĢdirdi.
Qurultayın təsirini "öldürmək"çün Naxçıvanda H.Əliyev uğrunda xüsusi canfəĢanlıq göstərən
N.Pənahov və S.Təbrizli Bakıya dönərək 5 dekabrda Azadlıq meydanında 500-600 nəfərlə
mitinq keçirdilər. Görünür, onların fəallığı arxasında hakimiyyət iddiasının dayandığını nəzərdə
tutan AXC qurultayı öz qətnaməsində göstərdi ki, indi heç bir partiya ayrılıqda ölkəni
böhrandan çıxarmaq gücündə deyil, buna ancaq AXC qadirdir.
6 dekabrda qurultaya yekun vurarkən Bəy AXC-nin cəmiyyətimizdə, dövlət quruculuğunda
yenə də əhəmiyyətli rol oynayacağını bildirdi. Onun fikrincə, yeni kadrların yetiĢdirilməsi AXC-
nin baĢlıca vəzifəsidir.
Elə bu arada Türkiyənin Ermənistana elektrik enerjisi verməsi haqqında gözlənilməz
məlumatlar yayılmağa baĢladı. Bu iĢlə ölkənin baĢ naziri Dəmirəl məĢğul olduğuna görə
Əbülfəz bəy, təbii ki, narahatlıq keçirdi. 7 dekabrda onun dəvətiylə Süleyman Dəmirəlin
müavini, dövlət naziri Ərdal Ġnönü baĢda olmaqla Türkiyənin nümayəndə heyəti Bakıya gəldi.
Onlarla görüĢdə Əbülfəz bəy bildirdi ki, yüksək səviyyədə dövlətlərarası və hökumətlərarası
sənədlər imzalamaqla iĢ bitmir, gərək bunlar konkret icra strukturları vasitəsiylə həyata
keçirilsin.
8 dekabrda Milli Məclisdə çıxıĢ edən Ġnönü Türkiyənin Ermənistana elektrik enerjisi verməsi
haqqında məlumatı "anlaĢılmazlıq" adlandırdı.
Əbülfəz bəy yuxarıda sadaladığımız səbəblər üzündən Türkiyədə kimlərisə qıcıqlandıracağını,
görünür, gözdən qaçırmamalıymıĢ. Məncə, Fazil Qəzənfəroğlu çox doğru yazır:
"Elçibəyin
Azərbaycanda qazandığı siyasi zəfər Türkiyədə milliyyətçilik əyilimlərinin (təmayüllərinin)
yenidən güclənməsinə səbəb olmuĢ, bu isə fərqli bir siyasi xəttin təmsilçisi olan bəzi dövlət və
siyasət adamlarını narahat etmiĢdi. Bu üzdən bəzi siyasətçilər hələ Elçibəy, iqtidarının ən
güclü dönəmini yaĢayırkən ALTERNATĠV LĠDER arayıĢlarına yönəlmiĢlər, bir qisim müxalif
ünsürlərlə əl altından yardımlaĢmıĢlar. Türkiyədə dövlət siyasətlərinin mətbəxində olmaq kimi
imtiyazlı sifətləri olan bəzi insanların Elçibəy (və əslində Azərbaycan) düĢmənlərinin çevriliĢlə
iqtidara gəlməsindəki rolu azaldılmamalıdır"
(F.Qəzənfəroğlu. "Əbülfəz Elçibəy. Tarixdən
gələcəyə". Ġstanbul, 1995, 206-cı səh.).
ELÇĠBƏY UKRAYNADA
Azərbaycan Rusiya və Türkiyədən sonra Ukraynayla da əməkdaĢlığa böyük önəm verirdi. Ġki
ölkə arasında yaxın münasibətlər qurulmasını faydalı sayan Əbülfəz bəy 9-10 dekabrda
Ukraynada rəsmi səfərdə oldu.
Ayın 9-unda Kiyevin "Borispol" hava limanında Əbülfəz Elçibəyi Ukrayna xarici iĢlər naziri
A.Zinkov qarĢıladı. Mariya sarayı önündə prezident Leonid Kravçuk onun qarĢısına gəldi.
Prezidentlər fəxri qarovulun önündən keçdilər. Sonra Ukrayna prezidenti Leonid Kravçukla
Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Mavi salonda təkbətək görüĢü oldu.
AxĢamdan xeyli keçmiĢ Mariya sarayında prezidentlər "Azərbaycan Respublikası ilə Ukrayna
arasında dostluq və əməkdaĢlıq haqqında müqavilə" imzaladılar. Ġmzalanma mərasimindən
sonrakı mətbuat konfransında hər iki dövlət baĢçısı bu sənədin ölkələrimizin tarixində yeni
səhifə açdığını bildirdi.
Həmin axĢam Kravçuk Əbülfəz bəyin Ģərəfinə ziyafət verdi.
10 dekabrda Bəy Kiyevin görməli yerləriylə tanıĢ oldu, Ukrayna Elmlər Akademiyasının
prezidenti, görkəmli alim Boris Patonla görüĢdü.
Günortadan sonra Mariya sarayında rəsmi yolasalma mərasimi oldu. Azərbaycan prezidenti
Əbülfəz Elçibəy axĢam Bakıya döndü.
Elə həmin gün Ümumdünya Ġnsan Hüquqları günü münasibətilə həmvətənlərinə müraciət
edən prezident Elçibəy bunları bildirdi: "Müstəqil Azərbaycan Respublikasının dünyəvi dövlət
quruculuğu mərhələsində söz azadlığı, insanların siyasi partiya və ictimai birliklərdə birləĢmək
imkanı artıq reallaĢmıĢdır. Ġndi Azərbaycanda 500-dən çox qəzet nəĢr olunur. 18 partiya
rəsmən qeydiyyatdan keçmiĢ, 150-dən artıq ictimai birlik və cəmiyyət yaradılmıĢdır.
Hakimiyyətin yaxın gələcəkdə ən vacib məqsədi heç bir məhdudiyyətə yol verməyən
demokratik, mütərəqqi SEÇKĠ QANUNUNUN QƏBUL EDĠLMƏSĠNƏ NAĠL OLMAQDIR.
Ġqtisadi siyasətin əsasını "HAMI ÜÇÜN BƏRABƏR ĠMKANLAR" cəmiyyəti yaratmaq,
mülkiyyətin növündən asılı olmayaraq onun eyni səviyyədə toxunulmazlığını təmin etmək
məqsədi təĢkil edir".
Bu müraciətdən bir neçə gün sonra - 15 dekabrda müdafiə naziri Rəhim Qazıyev silahlı hərbi
polis dəstəsiylə AMĠP-in binasını əhatəyə alaraq oranı boĢaltmağı tələb etdi.
Ədalət Məmmədovun mənə bildirdiyinə görə, həmin bina Mütəllibovun yaratdığı Müdafiə
Komitəsinin balansındaydı, indisə Müdaifə Nazirliyinə baxırdı. AMĠP sədri E.Məmmədovla
müdafiə naziri R.Qazıyevin arası dəydiyinə görə Rəhim bu binanı Etibarın əlindən almaq
istəyirdi. Rəhim R.Cavadova demiĢdi ki, bu binanı XTPD-yə ("OMON"a) verirəm, gedin,
götürün. RövĢən də gedib qərargahı mühasirəyə almıĢdı. XTPD isə tabeçilik üzrə daxili iĢlər
naziri Ġ.Həmidova baxırdı. Ġsgəndər də heç qərargaha gedib-eləmədi, telefonla R.Cavadovla
danıĢaraq onu oradan çıxardı. XTPD çıxandan sonra R.Qazıyev onların yerinə hərbi polisi
göndərdi. Bir qədər sonra Etibarla Rəhim düzəliĢdilər və məsələ də həll olundu.
Bu "qəribə" hadisəni Ģəxsən mən təsadüf saymıram. Görünür, prezidentin demokratiyadan,
seçkilərdən "çox danıĢması" artıq kimlərisə bezdirirdi...
15 dekabr Azərbaycan dövlətçiliyi tarixində əlamətdar bir hadisəylə anılır - həmin gün Milli
Təhlükəsizlik Nazirliyimizin ad günüdür. Həmin bayram MTN-in Xüsusi Xidmət Kurslarının
(indiki Təhlükəsizlik Akademiyasının sələfi) açılıĢıyla qeyd olundu. Dövlətin təhlükəsizlik
orqanlarının gücləndirilməsinə xüsusi önəm verən prezident Əbülfəz Elçibəy məktəbin
açılıĢında Ģəxsən özü iĢtirak etdi, sinifləri gəzdi, dövlətin gözü, qulağı və beyni olan bu
orqanın əməkdaĢları qarĢısında çıxıĢ etdi. Bir vaxtlar sovet "KQB"-sinin dəhlizlərində
əliqandallı aparılan, onun otaqlarında olmazın əzab-əziyyətlərə uğramıĢ dünənki dissident bu
gün müstəqil Azərbaycan dövlətinin Təhlükəsizlik Nazirliyində bulunduğundan hədsiz
sevinirdi. Prezident müstəqilliyimizin təhlükəsizliyinin keĢiyində ayıq-sayıq durmalı olan bu
insanlara öz vəzifələrinin müqəddəsliyini bir daha qabartmaqçün dedi: "Mən Azərbaycan Milli
Təhlükəsizlik Nazirliyinin serjantı olmağımla da fəxr edərdim". Nazirin ozamankı I müavini
Sülhəddin Əkbər prezidentin xüsusən həmin sözlərindən heyətin çox duyğulandığını bizə
söylədi.
Sülhəddin bəy prezident Elçibəyin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə xüsusi diqqətlə
yanaĢdığını, nazirliyin heç vaxt maliyyə çatıĢmazlığıyla üzləĢmədiyini, nazirlik rəhbərliyinə
əslində fəaliyyət sərbəsliyi verildiyini dilə gətirdi. Bütün bu amillərin nəticəsidir ki, Milli
Təhlükəsizlik Nazirliyi sistemində təkcə nazirin I müavini Sülhəddin Əkbərin xəttiylə bir ildə
aĢağıdakı iĢlər görüldü:
MTN-in əsasnaməsi hazırlandı və prezidentə təqdim edildi;
MTN orqanları haqqında 2 variantda qanun layihəsi Milli Məclislə birgə hazırlandı (ancaq qəbul
edilmədi);
MTN-in baĢlıca fəaliyyət istiqamətləri müəyyənləĢdirildi; buna uyğun olaraq MTN-in bütünlüklə
yeni qurumu, Ģtat cədvəli hazırlandı və prezident onu təsdiqlədi;
sərhəd qoĢunlarımız yaradıldı;
MTN-in Xüsusi Təyinatlı Dəstəsi yaradıldı;
təhlükəsizlik orqanlarında milli kadr siyasəti və islahatı aparıldı, 400-ə yaxın yeni iĢçi götürüldü;
MTN-in Hərbi Əks-kəĢfiyyat Ġdarəsi yaradıldı;
təhlükəsizlik orqanlarının maddi-texniki bazası gücləndirildi və b.
15 dekabrda təsadüfi saymadığım bir hadisə də baĢ verdi - naməlum Ģəxslər əliyevçi kimi ad
çıxarmıĢ professor Murtuz Ələsgərovu döyərək yaraladılar. Hansı siyasi əqidəyə qulluq
etməsindən asılı olmayaraq yaĢlı bir adamın, özü də professorun döyülməsi Əbülfəz bəyi
ürəkdən incitdi. Oqtay Qasımovdan öyrənliyimə görə, prezidentin özü Ģəxsən Murtuz
Ələsgərova zəng edərək onun səhhətiylə maraqlanmıĢdı.
Sözsüz ki, həm AMĠP qərargahında baĢ verənlər, həm də professorla bağlı olay iqtidarın
demokratik imicinə yağıcasına atılmıĢ çirkablardı.
Söz demokratiyadan düĢmüĢkən, Bəy 18 dekabr tarixli sərəncamıyla Təzəpir məscidi
kompleksindəki dini tədris binasının tamamlanmasından ötrü Prezident fondundan 10 milyon
rubl vəsait ayırdı. Bu, o gündü ki, AMĠP televiziya Ģirkəti qarĢısında piket keçirərək birbaĢa
efir tələb edirdi. (ġirkət bildirdi ki, AMĠP liderinə son vaxtlar dəfələrlə birbaĢa efir verilib).
Dövlətin diplomatik uğurları prezidentə ağır otururdu. 10 dekabrda o, Kiyevdəykən səhər
tezdən Ermənistanın silahlı qüvvələri Zəngilan və Qubadlı rayonlarında Azərbaycan
sərhədlərini kobudcasına pozaraq hücuma keçdilər. Prezidentin mətbuat xidmətinin bununla
bağlı bəyanatında deyilirdi: "...Nə qədər ki dünya birliyi Ermənistanı təcavüzkar ölkə kimi
tanımamıĢdır, HƏR ĠKĠ XALQIN FACĠƏSĠ DAVAM EDƏCƏKDĠR".
Arxasında Rusiyanın dayandığına Ģübhə olmayan bu hücumla bağlı Azərbaycan XĠN də
bəyanat verdi və xarici səfirliklərə, BMT-yə ötürdü.
Bu vaxt Rusiyada artıq yeni hökumət formalaĢdı və Yeqor Qaydarı əvəzləyən yeni baĢ nazir
Viktor Çernomırdinin sədrliyiylə 15 dekabrda RF hökumətinin ilk iclası keçirildi.
Bunun ertəsi günü - 16 dekabrda müdafiə naziri R.Qazıyev Naxçıvana uçdu və muxtar
respublika Ali Məclisinin sədri H.Əliyevlə ən müxtəlif mövzularda söhbət apardı. Bu vaxt Bəy
Prezident Aparatında ziyalıların nümayəndələrinin müĢavirəsini keçirirdi. Cəbhədə və arxada
intizamın zəifliyi, bütövlükdə cəmiyyətin müharibə dövrünün tələblərinə ləng uyğunlaĢdırıldığı
qeyd olunan bu yığıncaqda Bəy yekun sözü söyləyərək bildirdi ki, ziyalılarımız dövrün böyük
tarixi hadisələrindən kənarda qalmamalıdır, çünki indi ziyalı sözünə ehtiyac daha böyükdür -
onlar qələbəni yaxınlaĢdırmağa kömək etməlidirlər.
Ölkənin bu vaxt ziyalı sözünə, həqiqətən, böyük ehtiyacı vardı. Ancaq həm iqtidarın ziyalılarla
iĢi düzgün qura bilməməsi, həm də gözlərini ölkənin günbatanına dikmiĢ ziyalıların iqtidara
laqeydliyi son nəticədə onların ikisinin də çökməsinə təsir göstərdi.
Dekabrın 17-sində Bəy Qubadlı və Cəbrayıl rayonlarında fövqəladə vəziyyət tətbiq etmək
haqqında iki fərman verməli oldu, çünki bir yandan ermənilər buranı iĢğal etmək, baĢqa
yandansa müəyyən qüvvələr onlara bu iĢdə yardımçı olmaqla Bakıdakı hakimiyyəti devirmək
istəyirdilər.
PULSUZ QIZIL BALIQ VƏ QARA KÜRÜ
Çox təəssüf ki, hakimiyyətin gördüyü iĢlərin nəinki təbliğ edilməməsi, əksinə, ona qarĢı əks-
təbliğatın getdikcə güclənməsi dönməz prosesə çevrilirdi. Məsələn, 18 dekabrda prezidentin
yanında qaçqınların, məcburi köçkünlərin təxirəsalınmaz problemlərinə həsr edilən müĢavirə
keçirildi, bu sahədəki yarıtmaz iĢi prezident sərt və kəskin tənqid etdi. Maraqlıdır ki, hətta
rəsmi dövlət qəzeti də bu haqda susdu, ancaq günbatanpərəst "Vətən səsi" qəzeti
Azərbaycan Qaçqınlar Cəmiyyəti Ġdarə Heyətinin bu yığıncağı tənqid edən geniĢ bəyanatını
dərc etdi...
Prezident əhalinin sosial müdafiəsinə fasiləsiz qayğı göstərirdi. Onun 29 sentyabrda imzaladığı
"Əməyin mühafizəsi haqqında" qanun 16 dekabrda qüvvəyə mindi, 18 dekabrdasa dövlət
baĢçısı birdən-birə üç fərman qolladı: "Qaçqınlar yerləĢdirilmiĢ sanatoriyalarda,
profilaktoriyalarda, istirahət evlərində yemək xərci norması haqqında"; "Aspirantların, ali, orta
ixtisas və texniki peĢə təhsili məktəbləri tələbələrinin sosial müdafi-əsi sahəsində əlavə
tədbirlər haqqında"; "BAKI ĠSLAM ĠNSTĠTUTU TƏLƏBƏLƏRĠNĠN sosial müdafiəsinin
gücləndirilməsi haqqında".
Ġslam Ġnstitutu tələbələrinə ölkədə ən yüksək təqaüd ayrılmıĢdı. (Elçibəy hakimiyyəti devrilən
kimi onların təqaüdü də kəsildi). Yeri gəlmiĢkən, qaçqınlarımıza 21 dekabrda BMT ilk yardım
göndərdi.
Ümumiyyətlə, prezident əhalinin dərdlərini dinləməyi, onlara əlac etməyi dövlət
qurumlarından qəti tələb edirdi. Buna görə də istənilən Ģəxsin öz Ģikayətiylə ən yüksək dövlət
instansiyalarınadək çıxmaq imkanı vardı.
O zaman idarə qapılarında nəinki indiki kimi əliavtomatlı və zəhmi adamı basan polislər
dayanmır, Ģikayətə gələnlər idarənin həndəvərinə belə yaxın buraxılmırdı, əksinə,
vətəndaĢların böyük əksəriyyəti çalıĢırdı ki, hətta əhəmiyyətsiz iĢlə də bağlı məhz Prezident
Aparatına, mümkün olsa prezidentin Ģəxsən özünə müraciət etsin.
Maraqlı fakt - Prezident Aparatının qəbul otağında TƏKCƏ NOYABR AYINDA 776 nəfər (!)
qəbul olunmuĢdu; həm də onların çoxunu yüksək vəzifəli dövlət adamları dinləmiĢdi.
Dəfələrlə belə hal baĢ vermiĢdi ki, prezident həyətdə bərkdən "Elçibəy", "Elçibəy" deyə onu
haraylayan sıravi vətəndaĢları yanına çağıraraq onların dərdinə əlac etmiĢdi.
Ġnsanlara eyni qayğıkeĢ münasibət ölkənin rayonlarında da özünü göstərirdi. Prezidentdən
nümunə götürən rayon icra hakimiyyəti baĢçıları onlara müraciət edən bütün vətəndaĢları
dinləyərək onlara kömək edir, xüsusən Ģəhid ailələrinə, qaçqın və köçkünlərə son dərəcə
həssaslıqla yanaĢırdılar.
Ümumiyyətlə, bir çox rayonların icra hakimləri öz bacarıqları, iĢi qura bilmələri, əhali
içərisində nüfuz qazana bilmələri sayəsində əhalinin yeni iqtidara inanmasına, ona
məhəbbətlə yanaĢmasına nail olur və tətbiq etdikləri ən müxtəlif yeniliklərlə Elçibəy iqtidarının
yeni dövlət quruculuğuna ən yaxından kömək göstərirdilər, özü də belələri çoxdu. Mən
onların içərisində Ģəxsən özümün də yaxĢı tanıdığım Ayvazalı Orucov (Ağstafa rayon icra
hakimiyyətinin baĢçısı), Bəybala Əbilov (Qaradağ), Vahid Orucov (AbĢeron), Elxan Nuruyev
(Qubadlı), Ehtiram Əliyev (Binəqədi), Ədalət Yusubov (Salyan), Əli Quluyev (Nəsimi),
Zəlimxan Məmmədov (Xətayi), Yusif Sevdimalıyev (Sumqayıt), MaĢallah Abdullayev
(Goranboy), Müqəddəs Mehdiyev (Xaçmaz), Nadir Ġsmayılov (Ağdam), Osman Qunduzov
(Balakən), Rasət Ağayev (Beyləqan), Rasim ġərifov (Ġsmayıllı), Saleh Rüstəmov (Gədəbəy),
Həsən Kərimov (Səbail), ġamil Quluyev (Nərimanov) və bir çox baĢqa icra hakimlərinin adını
çəkə bilərəm. Onlar ictimai Ģüurda sovet dövründə dərin kök atmıĢ "raykom" xofunu aradan
götürərək bu hakimiyyətin məhz xalqa xidmət etdiyinə və rayon baĢçısının da xalq
xidmətçisindən baĢqa bir Ģey olmadığına əhalini inandırmaq; rüĢvəti aradan götürərək
rayonda mənəvi-psixoloji durumu sağlamlaĢdırmaq; sosial gərginliyi sovuĢdurmaqla bütün
soydaĢları müstəqil dövlət quruculuğuna həvəsləndirmək; qanun qarĢısında hamının bərabər
olduğuna insanları inandırmaq; demokratik quruluĢun inzibati-amirlik idarəetməsindən nə
qədər üstün olduğunu konkret örnəklərlə əhaliyə əyani Ģəkildə göstərmək; rayonda iqtisadi
tənəzzülün qarĢısını alaraq yüksəliĢə və əhalinin maddi vəziyyətinin daim yaxĢılaĢmasına nail
olmaq; rayonu abadlaĢdırmaq, mədəniyyət, təhsil və səhiyyəni inkiĢaf etdirmək; döyüĢ
bölgələrimizə müntəzəm yardım göstərmək; ali icraedici və qanunverici hakimiyyətlərin
qərarlarının yerinə yetirilməsini təmin etmək... sahəsində vur-tut bir ildə, doğrudan da, çox
mühüm iĢlər görmüĢdülər.
Dostları ilə paylaş: |