ARTIRMA
"-
…Biz Akademiyaya dair ayrıca islahat hazırlamıĢdıq. Birinci variantı Prezident Aparatı
iĢləmiĢdi, ikincini mənim xahiĢimlə Akademiyanın prezidenti Eldar Salayev hazırlatmıĢdı.
Ġstəyirdik ki, Akademiyada yığıncaq keçirək, hər iki layihəni yan-yana qoyaq, ortaq nöqtələrini
tapaq, nə xeyirdirsə onu qəbul edək, həmin proqramı həyata keçirək.
-Amma camaat arasında, hətta mətbuatda da yayırdılar ki, bəylər Akademiyanı dağıtmağa
çalıĢırlar.
-Qətiyyən elə deyildi. Biz əsaslı islahat keçirmək istəyirdik. Mən söz vermiĢdim ki,
Azərbaycanda "müxbir üzv" sözü götürüləcək. Dünya akademiyalarında müxbir üzvlük
yoxdur, bu, sovet elm sisteminin təzahürüdür. Biz nəzərdə tutmuĢduq ki, bütün müxbir
üzvlərimizi (onlar 100-ə yaxındı) akademik edəcəyik, onları çox yüksək maaĢla və hər birini
Ģəxsi maĢınla təmin edəcəyik. Xarici ölkələrdən kitab və baĢqa ədəbiyyat almaqçün də hər
akademikə maaĢdan əlavə ildə 200-300 dollar pul verəcəkdik. Bir də alimlərin ev məsələsini
həll etməyi düĢünürdük. Bütün Azərbaycan bilir ki, bizə qədər alimlər Akademiyanın
yataqxanasında 10 illərlə yaĢayıblar.
-Mənim özüm 10 il yaĢamıĢam.
-Özü də ailəylə. Biz həmin vaxt birinci dəfə, səhv etmirəmsə, 40-dan artıq alim ailəsinə pulsuz
ev verdik.
-Bəli, diplomatlar üçün tikilmiĢ evi verdiniz onlara.
-Mübahisə edənlərə dedik ki, tələsməyin, təzə bina tikirik, sizin hamınızı həmin evə
köçürəcəyik. Yataqxanada bir alim ailəsi də qalmayacaq. (Orada yalnız subay aspirantlar
yaĢayacaqdı). Bunların hamısı göz qabağındadır.
-Amma onlar bizdən sonra orada qaldılar.
-Bizdən sonra bu proses davam etmədi. Bu tədbirlərdən məqsədimiz Akademiya sistemini
qorumaqdı.
…Akademiyayla bağlı bir planım da vardı - Əlyazmalar Ġnstitutuna ayrıca bina tikdirmək.
Bununçün pul axtardıq, tapandan sonra yeri müəyyənləĢdirmək üstündə çalıĢdıq. Rəhmətlik
Cahangir Qəhrəmanovun vaxtında düĢünürdük ki, bu binanı indiki "Azərbaycan" nəĢriyyatının
arxasında - dağın döĢündə, hərbçilər yaĢayan binalardan bu tərəfdə tikək, çünki onun altı
baĢdan-baĢa daĢdır. DaĢlar doğranacaq, əlyazmalar aĢağıda yerləĢdiriləcəkdi ki, quru
saxlansın. Ev uçur, yanır, amma o yer yanmır.
-Ermənilərin Əlyazmalar Ġnstitutu - Matenadaran da elədir.
-Bəli, əlyazmalar bütün dünyada elə qorunur.
Nəysə, mən getdim, institutun yerini də müəyyənləĢdirdim, pulunu da hazırladım. Tikintinin
layihəsini yaratmaq üstündə baĢ sındırırdıq ki, hakimiyyətimizi devirdilər. Payızda o iĢə
baĢlayasıydıq.
Bu tədbirlərdən məqsəd milli elmimizi qurmaqdı
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.61-62).
Elçibəy iqtidarında dövlət müĢaviri iĢləmiĢ Rafiq Ġsmayıl hakimiyyətin gördüyü iĢlərdən
danıĢarkən yazır:
"…Bütün sahələrə Ģamil olunan bir tədbiri ayrıca qeyd etmək istərdim. Bu
tədbir elm, təhsil, mədəniyyət, səhiyyə, idman və s. sahələrə aid mülkiyyətin qorunub-
saxlanılması və onlardan öz təyinatı üzrə istifadə olunması ilə bağlı prezidentin imzası ilə
xüsusi sərəncamın verilməsidir. Bununla əvvəlki iqtidardan miras qalmıĢ dağıdıcılıq prosesi
tam olmasa da xeyli səngidi və mövcud mülkiyyəti qoruya bildik. Təkcə bir faktı göstərmək
istərdim ki, Elmlər Akademiyası sistemində 200-dən çox kommersiya qurumu yerləĢirdi. Hələ
bu sərəncamın verilməsindən sonra belə EA-nın arxeologiya və etnoqrafiya muzeyinin binası
neft Ģirkətlərindən birinə Ģübhəli məqsədlər və Ģərtlərlə icarəyə verildi. Muzey, kitabxana,
məktəb, xüsusilə texniki-peĢə məktəblərinin binaları və digər mülkləri məqsədli Ģərtlərlə
icarəyə verilir və ya dağıdılırdı. Mövcud təlimatlar pozulur, muzey salonlarında hətta ziyafətlər
belə təĢkil edilirdi. Bu baxımdan Azərbaycan Tarixi və Ġncəsənət muzeylərini göstərə bilərik.
Belə halların qarĢısı çətinliklə alınırdı".
"Bu gün bir sıra ağlınaqislərin söylədiyindən fərqli olaraq Elçibəy dövründə elmə, Elmlər
Akademiyasına və digər elmi müəssisələrə ciddi diqqət göstərilirdi. EA-da Aerokosmik
Tədqiqatlar Mərkəzinin, Arxeologiya və Etnoqrafiya Ġnstitutunun yaradılması, sahə elmlərinin
təĢkili üzrə Dövlət Elm və Texnika Komitəsinin yaradılması məhz bu məqsədlə edilmiĢdi"
.
("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.98,100).
Artıq noyabrın sonuna yaxın Azərbaycanın öz Ali Attestasiya Komissiyası (AAK) rəyasət
heyətinin ilk iclasında bir sıra alimlərimizə professor və dosent adı verdi.
Əhaliyə tibbi xidmətin yaxĢılaĢdırılması üzrə bir sıra iĢlər görülmüĢdü. (Ümumiyyətlə, Elçibəy
dönəmində bu sahədə yeni tipli qurumların yaradılması üzrə hazırlıq iĢlərinə baĢlanıldı.
Əhalinin dərmana ehtiyacının ödənilməsi 30%-dən 70%-ə qaldırıldı. Ailə poliklinikasının
texniki təchizatı və tikintisi baĢa çatdırıldı. Ailənin sağlamlığı və əhali artımının tənzimlənməsi
üzrə mərkəz yaradıldı). Sanitar-epidemioloji salamatlıq haqqında qanun qəbul edildi
(10.XI.1992).
Bəyin imzaladığı (25 noyabr) "Azərbaycan Respublikasının səhiyyəsinin maddi-texniki
bazasının gücləndirilməsi haqqında" fərman da səhiyyəmizin inkiĢafına təkan verdi.
"Səhiyyədə islahat hazırladıq, amma həyata keçirə bilmədik. Bu sahədə ciddi nailiyyətlərimiz
olmadı. Sadəcə, bizim səhiyyə nazirimiz vicdanla çalıĢırdı. O da, onun müavinləri də gecə-
gündüz cəbhə bölgələrini gəzir, əsgərlərlə, yaralılarla yaxından maraqlanırdılar.
Qospitallarımız yaxĢı iĢləyirdi. Mənim özüm bir neçə xəstəxanada oldum, həkimlərlə
görüĢdüm - keçmiĢ sovet rəhbərləri kimi yox; dedim nə lazımdırsa yazın verin, biz həll edək.
ġikayətləri olanda da qısa vaxtda yerinə yetirirdik, gənc həkimləri iĢlə təmin etməyə
çalıĢırdıq"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999,
s.65).
1992-nin büdcə proqnozunda təhsilə 17 milyard rubldan artıq vəsaitin ayrılması
nəzərdə tutulmuĢdu (ümumi büdcə 60 milyard rubl həndəvərindəydi).
28 noyabrda Nizami Gəncəvinin 850 illiyi "Respublika" sarayında bayram edilirdi. (Əbülfəz bəy
də tədbirə qatılmıĢdı).
ARTIRMA
"
-…Biz mədəniyyəti də unutmamıĢdıq. Məsələn, Azərbaycanda böyük orkestr var. Moskvada
orkestr dağıldı - hamısı çıxdı getdi xaricə. Mən dedim ki, bizim orkestr dağılmamalıdır. Cəmi 4
nəfər xaricə getdi, onlar da baĢqa millətlərdəndir. Qalanların hamısının maaĢını artırdım.
Səhnəyə layiqli çıxmaqçün paltarlar alınmasına pul buraxdım. Dedim ki, səhnə paltarlarını 3-4
dəst tikdirin, hansında istəyirlər çıxsınlar.
Bir sıra mədəniyyət xadimləri heç bir partiyada olmadıqlarına, partiya mahnıları
oxumadıqlarına görə onlara fəxri adlar vermirdilər: Qədir Rüstəmov, Flora Kərimova, Alim
Qasımov, Səkinə Ġsmayılova, Afaq BəĢirqızı və b. Bunlar elə yüksək Ģəxsiyyətli sənətkarlardır
ki, medaldan, ordendən, addan ötrü heç vaxt heç bir qapını döyməzlər, buna rüĢvətlə nail
olmağısa ağıllarına belə gətirməzlər. Əslində onlar maddi baxımdan imkanlı deyillər. Bu böyük
sənətkarların ən dəyərli sərvəti xalq sevgisiydi - onları hamımız sevirdik. Ancaq onları fəxri
ada layiq görmürdülər. Hakimiyyətimiz dövründə onlardan savayı universitetin, baĢqa ali
məktəblərin təhsildə neçə illər külüng çalmıĢ müəllimlərinə, ölkənin həqiqətən dəyərli
alimlərinə əməkdar elm xadimi adı verdim. Onların adını saymaq istəmirəm - deməsinlər ki,
minnət qoyur. Çox qəribədir ki, ömrü boyu partiyayçün oxuyan və nə bilim hansı yollarla ad
alanlar bunlara nifrət edirdilər; səbəbi buydu ki, biz pulumuzu verib almıĢdıq, bunlar havayı
aldılar.
Mədəniyyət birxətli yox, çoxsahəlidir. Onun bütün sahələrinə az-çox maliyyə yardımı ayırmaq,
dövlət qayğısı göstərmək istəyirdik. Məsələn, tək bir misal çəkim - xarici ölkə nəĢrlərini əldə
etməkdən ötrü M.F.Axundov adına Dövlət Kitabxanasına Prezident fondundan 5 min ABġ
dolları vəsait ayırmıĢdıq.
Biz Azərbaycan tarixinin yazılmasını tələb etdik. Artıq ciddi söhbətlər gedirdi ki, Azərbaycan
tarixi yenidən yazılacaq.
-Orta məktəblərçün yazıldı, Bəy.
-Bir də ümumi Azərbaycan mədəniyyətinin araĢdırılması problemini qoymuĢduq. Təkcə Quzey
Azərbaycan yox, Bütöv Azərbaycan ədəbiyyatı, Bütöv Azərbaycan mədəniyyəti kompleks
halda öyrənilməliydi, bütövlükdə tədqiq edilməliydi. Bununla bərabər, ümumi türk
mədəniyyəti öyrənilməliydi. Biz üzümüzü Avropaya tutsaq da Asiya mədəniyyətini və türk
mədəniyyətini öyrənməliydik.
Mədəniyyətə yeni baxıĢ lazımdı ki, o, dövlətin əlində təzyiq, yaxud təbliğat alətinə
çevrilməsin. Mən bütün yubileylərdə iĢtirak etmiĢəm. Qara Qarayevin yubileyini, Fikrət
Əmirovun konsertlərini və b. keçirdik. Hansında görmüsünüz ki, bir adam durub desin ki,
yubileyləri təĢkil etdiyinə, özü də Ģəxsən burada iĢtirak etdiyinə görə prezidentimizə təĢəkkür
edirik?
Filarmoniyada olarkən mən, dövlət katibi Pənah Hüseynov, humanitar məsələlər üzrə müĢavir
Rafiq Ġsmayılov keçdik otağa, mən mədəniyyət xadimlərimizin hamısına dedim ki, Prezident
fondunda 10 milyon dollar var və bunu ancaq elm, mədəniyyət, təhsil və səhiyyəyə
xərcləyəcəyəm. Pənah bəy də dedi ki, yalnız Bəy yox, biz də əlimizdən gələn köməyi
Mədəniyyət Nazirliyinə edəcəyik. Onlar da "çox sağ olun, bundan çox razıyıq" dedilər. Sonra
P.Bülbüloğlu muzeylərin qorunmasıyla bağlı nəsə yazıb gətirdi, ona da vəsait verdik.
Yeri gəlmiĢkən, bizim vaxtımızda muzeylərdən bir dənə də əsər gedə bilməzdi - gözlərini
çıxarardıq. Gedibsə gəlib desinlər. Bizdən sonrasa 100-ədək əsər satdılar. Kim satdı, hara
satdı - səsi də çıxmır, hamı susur.
-Ġncəsənət muzeyindən sənət əsərlərinin oğurlanmasını bizim dövrümüzə aid etmək
istəyirdilər. "Avrasiya" qəzetində belə yazılar getmiĢdi.
-Qətiyyən doğru deyil. Bütün oğurluqlar bizdən sonra olub. Mən əsərlərin hamısını nəzarətə
götürtmüĢ, onları bir-bir siyahıya aldırtmıĢdım. Hətta muzeydən 3 dənə gözəl sənət əsəri olan
tablo aparıb Prezident iqamətgahına qoydurmuĢdum ki, xaricdən gələn qonaqlar onu
görsünlər. Onlardan biri Səttar Bəhlulzadənin çəkdiyi rəsmdi. Onların hamısı orada sənəddə,
kağızdadır. Özü də onlara çox diqqətlə qulluq edilirdi - əskiylə silinə bilməzdi, yalnız muzeyin
iĢçiləri vaxtlı-vaxtında gəlib yoxlayır, baxırdılar. Mən hətta həmin iĢçilərə demiĢdim ki, otağın
havası onlara zərər verirsə götürüb aparın. Qoy bizim dövrdə oğurlanan bircə əsərin adını
desinlər, mən cavabını verim. Onların hamısı bizdən sonranın iĢidir, kimlərin oğurladığı da
bəllidir, amma heç kim danıĢmaq istəmir, hamısı susur. Bir nəfər də Polad Bülbüloğlundan
hesabat istəmir, onu məsuliyyətə çəkmir, çünki, görünür, burada hökumətin də əli var, ona
görə gizlədirlər. Bu, cinayətdir - dövlət cinayəti! Azərbaycan mədəniyyətini hərraca qoyublar.
Buyurub bizim dövrümüzdə uçurulan, dağıdılan bir mədəniyyət abidəsi tapıb göstərsinlər.
Amma bu 4 ildə neçə-neçə mədəniyyət abidəsi darmadağın edilib.
-Bütöv muzeylər yox edildi.
-Nə qədər ürəkağrıdan olsa da, təəssüf ki, belədir...
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.62-65).
ELÇĠBƏY ĠġGÜZARLARIMIZA MĠLYONÇU OLMAĞI TƏKLĠF EDĠR
Ukrayna 12 noyabrda pul islahatı aparıb rublu birdəfəlik götürdü, milli valyutaya (karbovanes)
keçdi. Bu, Azərbaycançün də ruhlandırıcı amildi.
Bu günlərdə yaradılmıĢ Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankı ölkənin maliyyə sistemində
tərəqqiyə səbəb olmalıydı.
Qafqazda iqtisadi durum xeyli pisləĢmiĢdi. 20 noyabr tarixli "Azərbaycan" qəzeti xəbər verirdi
ki, Ermənistanın ikinci Ģəhəri Gümrüdə 220 min adam ölkə rəhbərliyinin istefasını istəyib.
Burada adamlar çörəyin, qazın, iĢığın yoxluğuna dözə bilmirdilər. Düzdür, Azərbaycanda da
arada çörək çatıĢmazlığı problemi yaranırdı və bunun üstündə taxıl məhsulları naziri Zakir
Abdullayev iĢdən çıxarıldı, ancaq Ermənistan və Gürcüstanla müqayisədə ölkəmizdə vəziyyət
çox yaxĢıydı. Azərbaycan manatı tamhüquqlu pul vahidi kimi dövriyyədəydi. O hətta
Gürcüstanda, Dağıstanda da sərbəst iĢlənir və öz dəyərindən (10 rubldan) yuxarı qiymətə
götürülürdü. Həyatın gediĢi manatın taleyi haqqındakı bədbin fikirlərin puçluğunu və Elçibəyin
nə qədər uzaqgörən dövlət adamı olduğunu vur-tut üç aya təsdiqlədi. Prezidentimizin bu
addımı Rusiya hökumətini Azərbaycanla siyasətinə yenidən baxmağa məcbur etdi və o,
pulsuzluqla sıxdığı Azərbaycanın rubla olan ehtiyacını ödəməyə hazır olduğunu bildirdi.
Ümumiyyətlə, Azərbaycanda iqtisadi islahatlar nəzərdə tutulan sürətlə aparılırdı. Ancaq bir
sıra amillər islahatların gerçəkləĢdirilməməsinə səbəb olurdu. Bunlar aĢağıdakılardı: A)
Ermənistanla müharibə gedirdi. B) MərkəzləĢdirilmiĢ planlaĢdırma sistemindən bazar
münasibətlərinə (əslində sosializmdən kapitalizmə) keçid bütünlüklə yeni proses olduğuna
görə xeyli vaxt tələb edirdi. C) Ġqtisadi qanunvericilik yoxdu. ÖzəlləĢdirmə haqqında,
sahibkarlıq haqqında, inhisarçılığın məhdüdlaĢdırılması haqqında, müəssisələr haqqında,
qiymətli kağızlar və bircalar haqqında və b. qanunlar qəbul edilməmiĢdi; onların layihələri
hazırlansa da hələ də müzakirəyə çıxarılmamıĢdı. D) Ġdarəetmə sistemi ləng yeniləĢdirilirdi.
Ġqtisadiyyatda köklü islahatlar aparmağı bacaran qurumların yaradılması sahəsində xeyli
irəliləyiĢ olsa da hələ bir çox qurumların yaradılmasına kəskin ehtiyac vardı və b.
Noyabrın ikinci yarısında dövlətin bazar iqtisadiyyatına keçid proqramı artıq hazırdı. Bu
proqram islahatların aĢağıdakı istiqamətlər üzrə aparılmasını nəzərdə tuturdu: idarəetmə
sisteminin yenidən qurulması; islahatların hüquqi bazasının yaradılması; ayrı-ayrı sahələrdə
mülkiyyət islahatının aparılması; vergi, büdcə, pul, kredit, bank siyasəti, sosial siyasət, bazar
infrastrukturunun formalaĢdırılması; xarici iqtisadi əlaqələr və investisiya siyasəti; struktur
dəyiĢiklikləri və b.
"Azərbaycan" qəzeti 20 noyabr tarixli sayında "Xarici dövlətlər Azərbaycana 20 MĠLYARD
DOLLAR kredit, Əbülfəz Elçibəy isə iĢgüzarlarımıza milyonçu olmağı təklif edir" baĢlığı altında
çox dəyərli hesabat dərc edib. 19 noyabrda Prezident Aparatında ölkənin iĢgüzar adamlarıyla
keçirilmiĢ müĢavirə haqqında ətraflı məlumat verən bu materialda ölkəmizin iqtisadi durumu
və Əbülfəz bəyin sahibkarlığımızın gələcəyinə münasibəti güzgü kimi doğru-düzgün əks
etdirilib.
Dövlət katibi Pənah Hüseynov sahibkarlara müraciətlə bildirirdi ki, "biz gələndə Azərbaycanın
1-2 günlük taxıl ehtiyatı vardı, ərzaq yox dərəcəsində idi", indisə 2-3 aylıq taxıl ehtiyatımız
var, sizi taxılla təminatda bizə kömək etməyə görə çağırmıĢıq.
P.Hüseynov burada bəyan etdi: "Müxtəlif ölkələr Azərbaycana ümumi miqdarı 20 MĠLYARD
ABġ DOLLARI kredit vermək niyyətindədir. Bu maliyyə imkanları əsasən özəlləĢməni əhatə
edən islahat mərhələsi və yeni istehsal sahələri qurmaq üçün məhz ĠġGÜZARLARA
VERĠLƏCƏK".
ĠĢgüzarlarımıza müraciət edildi ki, taxıl və ərzaq məhsullarına üstünlük verməklə, zəruri olan
nəyə imkan varsa ölkəyə gətirin. Barter, pulköçürmə, nağd pulla və edilə biləcək hər cür
üsullarla mümkün kommersiya iĢinə imkan veriləcək, kömək göstəriləcək. Ümumi iĢi
əlaqələndirmək və nizamlamaqçün dövlət müĢaviri Arif Hacıyevin baĢçılığıyla xüsusi komissiya
yaradılacaq.
MüĢavirəni yekunlaĢdıran prezident Əbülfəz Elçibəy dedi ki, iĢgüzar adamlarla belə əlaqə
yaratmaqda məqsədimiz AZƏRBAYCANIN Ġġ ADAMLARI TƏBƏQƏSĠNĠ FORMALAġDIRMAQ,
ONLARIN FƏALĠYYƏTĠNƏ DÖVLƏT TƏRƏFĠNDƏN YARDIMÇI OLMAQDIR. "Bu xalqın
milyonçuları siz olun. Əgər siz bunu edə bilməsəniz BU BOġLUĞU XARĠCĠLƏR
DOLDURACAQLAR. Dünyada HALAL BĠZNESMENLĠYĠN bütün keyfiyyətlərini əxz edib
Azərbaycana gətirin".
Prezident bildirdi ki, hazırda Azərbaycanın 70-80 milyon dollar valyuta ehtiyatı var və o,
islahatın keçirilməsinə vacib imkanlar yaradır.
Bu müĢavirəni dövlətimizin milli sahibkarlığa qayğısında mühüm dönəm saymaq olar. Məhz
bu görüĢdən sonra milli sahibkarlarımızın xeyli hissəsi Rusiyadan və baĢqa ölkələrdən
Azərbaycana dönərək Vətənin iqtisadi tərəqqisinə həvəslə kömək etməyə baĢladı. Onları
ruhlandıran baĢlıca amil dövlətin onlara HALAL münasibətiydi. Görünür, Turqut Özalla Ģəxsi
söhbətləri, Türkiyənin 250 milyon dollar kredit ayırması Əbülfəz bəyi xeyli ürəkləndirmiĢdi. Bu
görüĢdən sonra, demək olar, hər gün bir yeni qanun layihəsi mətbuatda dərc edilir, bazar
iqtisadiyyatına yönəliĢdə güclü iĢ gedirdi.
Həmin müĢavirədən sonra Azərbaycana qayıtmıĢ sahibkarlarımız, nə yazıqlar ki, 1993-ün
iyunundan sonra ya Azərbaycandan didərgin salındılar, ya cismən məhv edildilər, ya da var-
yoxları əllərindən alınaraq dilənçiyə çevrildilər və Azərbaycanda onların yerini XARĠCĠLƏR
TUTDU. (Bu proses Azərbaycan dövlətini zəiflətsə də Ģəxsən hakimiyyətdəkilərə xeyli fayda
verdi).
Prezident yanındakı Ġqtisadi ġuranın təqdim etdiyi "Azərbaycan Respublikası dövlət
müəssisələrinin özəlləĢdirilməsi haqqında" qanunun layihəsi 21 noyabrda mətbuatda dərc
edilərək geniĢ müzakirəyə çıxarıldı.
Azərbaycan iqtisadiyyatını ağır günə salan baĢlıca səbəblərdən biri köhnə sosialist sisteminin
hələ dağıdıla bilməməsiydi. Təkcə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi sistemində 124 kolxoz,
127 sovxoz və 3 sənaye müəssisəsi ziyanla iĢləyirdi. Bu təĢkilatlar hökmən ya bağlanmalı, ya
da onların maliyyə vəziyyəti düzəldilməliydi.
Müəssisələr borclarını ala bilmirdilər. Təkcə Sənaye-Ġnvestisiya Bankının müĢtəriləri üzrə
MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Azərbaycana debitor borcları 17 milyard rubldu ki,
onun təxminən 8 milyardı Rusiya təĢkilatlarının payına düĢürdü. Nazirlər Kabinetinin göstəriĢi
olmasına baxmayaraq respublikanın bəzi müəssisələri hələ də köhnə qaydayla iĢləyərək
pulunu öncədən almadan mal göndərirdilər.
Prezident 21 noyabrda "Azərbaycan Respublikasında bazarların tabeliyinin dəyiĢdirilməsi
haqqında" fərman verdi. Bazarların Azərittifaqın tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti
orqanlarının tabeliyinə verilməsini nəzərdə tutan bu fərman bazarların inkiĢafını təmin etmək,
əhalinin ərzaq məhsullarına tələbatını daha dolğun ödəmək məqsədi daĢıyırdı.
Elə həmin gün prezident "Kənd təsərrüfatının idarəetmə strukturunun təkmilləĢdirilməsi
haqqında" da fərman qollayaraq rayon icra hakimiyyətlərində kənd təssərrüfatı və ərzaq
idarələri yaratmağa göstəriĢ verdi.
Artıq 24 noyabrda Ġsa Qəmbərin sədrliyi altında Milli Məclis özəlləĢdirmə haqqında qanunu
müzakirə edərək ilk oxunuĢda qəbul etdi. Ertəsi günsə prezident yanındakı Ġqtisadi ġuranın
təqdim etdiyi "Torpaq islahatı haqqında" qanunun layihəsi mətbuatda dərc edilərək
müzakirəyə verildi.
Onu da qeyd edim ki, prezident Elçibəy rüĢvətxorluğu dövlətçün və millətçün ən məhvedici
amillərdən biri sayaraq ona qarĢı bütün gücüylə çarpıĢır, istər özünün fərman və
sərəncamlarının, istərsə də parlamentin qəbul etdiyi qanunların rüĢvətxorluğun aradan
qaldırılmasında da yardımçı olmasına çan atırdı. Bəy bilirdi ki, rüĢvəti yalnız inzibati yollarla
aradan götürmək səmərəsiz yoldur, ona görə də ilk növbədə kadrların özünün iĢə rüĢvətsiz
götürülməsinə və maaĢların artırılmasına çalıĢırdı. (Bu sahədə parlamentin sədri Ġsa
Qəmbərin də prezidentlə birgə gərgin əməyini unutmamalıyıq).
Elçibəy hökumətində Gömrük Komitəsinin sədri iĢləmiĢ Ġbrahim Vəliyev yazır:
"1992-ci ilin
noyabr ayında komitə sədri kimi prezidentin qəbulunda oldum. Komitədə görülən və
görüləcək iĢlər barəsində Elçibəyə hesabat verdikdən sonra o, mənə qəflətən belə bir sual
verdi:
-Bəy, Gömrük Komitəsində rüĢvət varmı?
-Bəli, Bəy, var.
-Onda niyə qarĢısını almırsan?
Mən rüĢvətin səbəblərindən danıĢıb onun kökünün kəsilməsi yollarını izah etdikdə prezident
Elçibəy az qala yalvarıĢlı bir tərzdə mənə üz tutdu:
-Bəy, çalıĢ, gömrük iĢçiləri rüĢvət almasın. Bu millət yazıqdır!.."
. ("Savalanda görüĢənədək,
Bəy!". Bakı, 2000, s.63).
"TÜRK DÜNYASININ ƏN QABĠLĠYYƏTLĠ DÖVLƏT VƏ SĠYASƏT ADAMLARINDAN BĠRĠ"
Azərbaycanın siyasi həyatında müstəqil güc kimi çıxıĢ etmək istəyən Müsavat Partiyası bir
neçə aylıq hazırlıq mərhələsindən sonra III (bərpa) qurultayını keçirdi (13 noyabr). Özünü ən
alovlu müsavatçı sayan Bəy qurultay iĢtirakçılarını və partiyanın bütün təəssübkeĢlərini təbrik
etdi. O, "həyatını "Müsavat"ın ideyalarının gerçəkləĢməsinə həsr edən insan xoĢbəxtdir" dedi.
ARTIRMA
"-MüĢahidələrimə əsasən deyirəm ki, cəbhəçilərin, elə baĢqalarının da içərisində belə fikir
dolaĢır ki, o zaman hakimiyyətdə Xalq Cəbhəsiydisə Müsavat Partiyasını yaratmağa ehtiyac
yoxdu. Ümumiyyətlə, Müsavat Partiyasının yenidən bərpa olunması və yaranması hansı
zərurətdən doğdu?
-Burada ictimai rəyə yalnıĢ bir fikir yeridilir (cəbhəçilər yox, əsasən baĢqa qüvvələr
tərəfindən) - guya ki, biz Müsavat Partiyasını hakimiyyətdə olarkən bərpa etmiĢik. Ancaq ən
formal cəhətdən də götürsək Müsavatın Bərpa Mərkəzi 1992-ci ilin mart ayında yaradılıb.
Mart ayında kim bilirdi ki, hakimiyyət dəyiĢikliyi nə vaxt olacaq, nə cür olacaq və s.?! Hətta
prezident seçkiləri məsələsi də hələ müəyyən deyildi.
Müsavatın bərpası zərurətinə gəldikdəsə bir qədər geri qayıtmalı olacağıq. 1989-un yayında
biz Xalq Cəbhəsini təsis edərkən, təbii ki, onun proqramını hazırlamıĢdıq və bu proqramda
belə bir cümlə yazmıĢdıq ki, Azərbaycan Xalq Cəbhəsi müsavatçılıq ideologiyasına əsaslanır.
Biz: Əbülfəz Elçibəy də, mən də, bir çox baĢqa dostlarımız da baĢa düĢürdük ki, müsavatçılıq
nə deməkdir və Azərbaycanın müstəqil, demokratik dövlət olması üçün müsavatçılığa
söykənməliyik. Sadəcə olaraq, o zaman ciddi bir müzakirə olmadı, çünki yaratdığımız
təĢkilatın adını onda Müsavat Partiyası, yaxud Müsavat Hərəkatı qoya bilməzdik; buna bir çox
səbəblər vardı (məsələn, ictimai rəy müsavatı hələ kifayət qədər tanımırdı). Bundan bir qədər
sonra Azərbaycanda "Yeni Müsavat" adlı partiya yaradıldı. O, elə də güclü olmadı, ancaq
fəaliyyət göstərən və hərəkatda iĢtirak edən bir partiyaydı.
1990-ıncı ildən Azərbaycanla Türkiyə arasında əlaqələr güclənmək mərhələsində olanda
Türkiyədə yaĢayan müsavatçılarla da əlaqələr yaranmağa baĢladı. 1990-91-inci illərdə Yeni
Müsavatçılar Müsavatın Türkiyədəki rəhbərlərinə müraciətlə təkid etmiĢdilər ki, Müsavat
liderləri öz səlahiyyətlərini Yeni Müsavata versinlər, Yeni Müsavatı Müsavatın varisi olaraq
tanısınlar və s. Ancaq onlar tərəddüd etmiĢdilər - düĢünürdülər ki, Azərbaycanda güclü
hərəkat, siyasi təĢkilat Xalq Cəbhəsidir. Onlar da Xalq Cəbhəsinin liderlərini, xüsusən Əbülfəz
Elçibəyi gözəl tanıyırdılar, çünki onunla, baĢqa dostlarımızla görüĢmüĢdülər. Onlar
düĢünürdülər ki, yalnız özlərinin də etibar etdikləri, qəbul etdikləri Xalq Cəbhəsinin baĢçıları
Müsavatın bərpasına baĢlayarsa bu iĢ uğurlu ola bilər.
Yeni Müsavat partiyası axtarıĢdaydı. Hələ bir qədər öncə onlar Müsavatın tarixini yaxĢı bilən
gözəl tədqiqatçı Nəsib Nəsibliyə müraciət etmiĢdilər ki, o, Yeni Müsavatın rəhbərliyinə gəlsin.
Nəsib bəyi mən çoxdan tanıyıram - 1980-inci illərdə bir yerdə çalıĢmıĢıq. 1991-in yayında -
Xalq Cəbhəsinin qurultayı ərəfəsində yanımıza gəldi, Əbülfəz Elçibəyə, mənə və baĢqa
dostlarımıza təklif etdi ki, gəlin qurultayda Xalq Cəbhəsinin adını dəyiĢib Müsavat qoyaq. Bu
təklif bizə bir qədər gözlənilməz gəldi. Əbülfəz bəylə məsləhətləĢdik və o dedi ki, yox, Xalq
Cəbhəsi hərəkatdır, Müsavatsa partiyadır; biz hərəkatı partiyaya çevirə bilmərik. RazılaĢdıq.
Bəlkə də Cəbhəni yaradarkən adını Müsavat qoya bilsəydik, yaxud 1991-in yayında hamımız
razılaĢaraq Xalq Cəbhəsinin adını Müsavat edə bilsəydik indi iki təĢkilat kimi fəaliyyət
göstərməyə məcbur olmazdıq.
Türkiyədə yaĢayan Müsavat baĢçıları 1991-in qıĢına yaxın Xalq Cəbhəsi liderlərinə təklif
etdilər ki, gəlin Müsavatın fəaliyyətini Azərbaycana köçürək, Azərbaycanda bərpa olunsun, siz
də ona sahib çıxın. Əbülfəz Elçibəy dedi ki, ideyaya müsbət yanaĢıram - Müsavat, doğrudan
da, Vətənə dönməlidir, ancaq mən hərəkat lideriyəm, partiya rəhbəri olmaq istəmirəm.
Həmin halda ağsaqqallar rəhbərliyi mənə təklif etdilər. Mən də Əbülfəz Elçibəylə
məsləhətləĢdim, dostlarımla məsləhətləĢdim. Əbülfəz bəy dedi ki, bu iĢ məqsədəuyğundur,
lazımdır.
Beləliklə, mən bu ağır və Ģərəfli missiyanı qəbul etdim, dostlarımızla, silahdaĢlarımızla bir
yerdə bu ideyanı gerçəkləĢdirməyə baĢladıq. Bu olub 1991-in sonunda. 1992-nin
baĢlanğıcında - yanvar-fevral aylarında üçtərəfli (Xalq Cəbhəsinin, Yeni Müsavatın və
Türkiyədəki Müsavatın liderləri) danıĢıqlar, məsləhətləĢmələr getdi. Bu üçtərəfli
məsləhətləĢmələr nəticəsində mart ayında Müsavatın bərpası prosesi artıq rəsmi addımlar
səviyyəsinə keçdi.
Bax, hər Ģey belə olub. Ona görə də guya hakimiyyət dövründə Müsavat Partiyası yaratmağa
baĢlamağımız haqqında deyilənlər heç bir tənqidə dözən deyil.
Sualı kimsə belə də qoya bilər ki, ümumiyyətlə, Müsavatı Azərbaycanda yenidən
canlandırmağa ehtiyac vardımı - bəlkə Müsavatı bir tarixi irs kimi arxivdə saxlamaq daha
münasib olardı? Mən düĢünürəm ki, bu, mümkün olan Ģey deyildi - müsavatçılıq elə bir ideya,
elə bir siyasi cərəyandır ki, o qətiyyən arxiv materialı ola bilməz. O, canlı bir orqanizmdir və
tarixin bəzi mərhələlərində zəifləyi də, çətinlikləri də olub, gizli fəaliyyət də göstərib, ancaq
son günlərədək Türkiyədə Müsavatın mərkəzi, rəhbərliyi fəaliyyət göstərib. Ona biz sahib
çıxmasaydıq bunu hansısa bir siyasi qüvvə mütləq edəcəkdi. Bəlkə də absurd kimi görünər,
ancaq 1991-in sentyabında kommunist partiyasının buraxılması ərəfəsində həmin partiyanın
rəhbərlərindən təklif edənlər vardı ki, gəlin qurultayda kommunist partiyasını buraxmayaq,
sadəcə, adını dəyiĢib Müsavat Partiyası qoyaq. Sözsüz ki, bu, cəfəng fikirdi, çünki iki siyasi
ideologiya - kommunizmlə müsavatçılıq və iki təĢkilat - kommunist partiyasıyla Müsavat
Partiyası XX əsr boyunca barıĢmaz mübarizə aparıb və əslinə qalanda kommunizm
ideologiyasının və kommunist partiyasının məğlub olması onların mübarizəsinin məntiqi
sonluğudur. Əbədi düĢməniylə savaĢda məğlubiyyətə uğramıĢ kommunistlərin öz adlarını
dəyiĢərək tarixi xilas naminə o düĢmənin adını götürmək - "müsavatçı" adlanmaq fikrinə
düĢmələri əyani Ģəkildə göstərir ki, hətta ən ağlagəlməz qüvvələr də Müsavat adına iddialı ola
bilərdi. Bu ideala, bu irsə həqiqi hərəkatçıların, Azərbaycanın müstəqilliyi və demokratiya
ideyalarına gerçəkdən bağlı insanların sahib çıxmaması çox böyük tarixi yanlıĢlıq ola bilərdi.
Müsavatın yaranması zərurəti də buradan irəli gəlir və qısaca xronologiyası da bundan
ibarətdir.
-Müsavatın qurultayında da Əbülfəz Elçibəy müsavatçılığı yüksək qiymətləndirmiĢdi.
- Biz Müsavatın bərpa qurultayını 1992-ci ilin noyabrında keçirdik. Əbülfəz Elçibəyin özü
iĢtirak elədi, baxmayaraq ki, o, hər partiyanın qurultayına getmirdi. Çox gözəl təbrik söylədi,
çox xoĢ sözlər dedi. Əbülfəz bəyin həmin günlərdə mənə göndərdiyi iki məktubu vardı - birini
qurultayın açılıĢına, ikincisini qurultayda mənim baĢqan seçilməyimə görə təbrik olaraq
göndərmiĢdi. Tarixi sənədlər hesab edirəm onları. Həmin məktubları tapıb Sizə verərəm, çap
edin, oxucular da görsün ki, Əbülfəz bəy Müsavatı necə qiymətləndirirdi".
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
17 noyabrda Azadlıq meydanında izdihamlı mitinq keçirildi. Onu AXC, AMĠP və N.Pənahov
çağırmıĢdılar. Milli DirçəliĢ günümüzə həsr edilən tədbirdə Əbülfəz bəy də iĢtirak etdi. Əslində
N.Pənahovun ölkədə sabitsizlik yaratmaq istəyinin qarĢısını alan bu mitinq "azadlıq aĢiqi"nin
növbəti mənəvi məğlubiyyəti oldu. O, istədiyinin alınmadığını görüncə "bizim qətnamə ilə
razılaĢan hər bir kəs meydanı tərk etsin" desə də Meydan xalq içində nüfuzunu artıq tamam
itirmiĢ bu adamın sözüylə, təbii ki, dağılmadı və əksinə, Əbülfəz bəyin və baĢqalarının
çıxıĢından sonra orada həqiqi bayram əhval-ruhiyyəsi yarandı. Buna dözməyən N.Pənahov
yenə "turbina"dan xalqa müraciət etdi: "Belə bir vaxtda bayram etmək vaxtıdırmı, ey bədbəxt
xalq?!". Ancaq milləti iĢıqlı gələcəyə səsləyən ağıllı çıxıĢlar içərisində onun miskin çığırtıları
eĢidilməz oldu. Bu mitinq xalqın iqtidara inamının hələ güclü olduğunu göstərdi.
Türkiyənin görkəmli jurnalisti, "Milliyyət" qəzetinin müxbiri Taha Akyol bu günlərdə yazırdı:
"Elçibəyin çağımızda Türk dünyasının ən qabiliyyətli dövlət və siyasət adamlarından biri
olduğu mühəqqəqdir". Prezidentimizi çox yüksək dəyərləndirən Akyol onun haqqındakı bu
düĢüncələrini açıqlayırdı: "Onun vəzifə baĢına gəlməsiylə birlikdə Azərbaycan Qarabağ
cəbhəsindəki uğursuzluqlarda müvəffəqiyyətlə dönüĢ yaratdı. Erməni-azəri ixtilafını bir millət
və din qovğası görüntüsündən uzaq tutmağı və siyasi cəhətdən onu regional toqquĢma kimi
təqdim etməyi bacardı. O, BU UZAQGÖRƏNLĠYĠ ETMƏSƏYDĠ QƏRB DÜNYASI ERMƏNĠSTANI
"QAFQAZIN ĠSRAĠLĠ" HALINA GƏTĠRƏCƏKDĠ".
Əbülfəz bəy xüsusən Rusiya və Türkiyə səfərindən sonra özünü nə qədər inamlı hiss edirdisə
onun hakimiyyətinin rəqibləri də müqaviməti bir o qədər artırırdılar. Onlar mütəĢəkkil
qüvvəyə çevrilirdilər. Belə ki, 21 noyabrda məhz Naxçıvanda Yeni Azərbaycan Partiyasının
təsis konfransı keçirildi. Onun sədri, təbii ki, Heydər Əliyev seçildi. Həmin gün ərzaq
təminatındakı çətinliklərlə bağlı Ali Məclis binası qarĢısında toplaĢan əhali arasında bir çoxları,
o sıradan Sirus Təbrizli də çıxıĢ edərək YAP-ı təbliğ etdi.
Elçibəy cəbhəyanı bölgələrdə olub vəziyyəti öz gözləriylə görmək, törədilə biləcək təxribatların
qarĢısını vaxtında almaq məqsədiylə noyabrın 23-ü gecəsi Ağdama yola düĢdü. Prezident bu
ərazidə yerləĢən ordu və daxili qoĢun hissələrinin zabit və əsgərləriylə görüĢdü, hərbi
hissələrdəki vəziyyətlə tanıĢ oldu. Ertəsi gün o, Ağdam icra hakimiyyətinin binasında ordu,
inzibati orqanlar və təsərrüfat rəhbərlərinin iĢtirakıyla müĢavirə keçirərək uyğun göstəriĢlər
verdi.
Əbülfəz bəy Azərbaycan daxilində səfərlərində əhalinin vəziyyətini öyrənməklə yanaĢı,
ordumuzun durumunu da Ģəxsən öyrənməyə çalıĢırdı. O, bir ildə iki dəfə Gəncəyə və
Ağdama, sonra Tərtər, Ağcabədi, Füzuli, Cəbrayıl, Yevlax, Göyçay, Sabirabad və Sumqayıta
səfərə getmiĢdi. Bir neçə dəfə Tağıyev (Nasosnı) qəsəbəsində və MüĢfüqabadda (PirəköĢkül)
hərbi hissələrdə olmuĢdu.
Ordu quruculuğunu dövlətin ən önəmli vəzifəsi sayan Əbülfəz bəyi Ağdama getməkdə də
konkret bölgədəki konkret hərbi durumdan daha çox ümumilikdə Azərbaycan ordusunun
vəziyyəti, onun yerlərdəki müdafiə qabiliyyəti maraqlandırırdı, buna görə də döyüĢçülərimizlə
daimi ünsiyyətə can atırdı.
Bu səfərdən bir gün sonra Müdafiə Nazirliyində Hərbi ġuranın müĢavirəsi keçirildi və Ali BaĢ
Komandan Əbülfəz Elçibəy ona sədrlik etdi.
Prezident Elçibəyin bir Ali BaĢ Komandan olaraq hərbi problemlərə və konkret iĢlərə
yanaĢmasını polkovnik Ġsa Sadıqov obyektiv Ģəkildə təhlil edib. Onun düĢüncələrini, çox geniĢ
olsa da, bir mütəxəssis dəyərləndirməsi kimi oxuculara təqdim edirəm. (Xatırladım ki, Ġsa bəy
bu sözləri Elçibəyin vəfatından sonra yazıb).
"Doğrudanmı Əbülfəz Elçibəy zəif, qətiyyətsiz Ali BaĢ Komandan idi? Qətiyyən yox! Ali BaĢ
Komandan Elçibəydə ideoloji prinsiplərə söykənən fövqəltəbii ardıcıl mübarizə aparma
keyfiyyəti vardı. Təsəvvürünüzə gətirin - o, 1970-ci illərdən apardığı siyasi mübarizəsinin
bəhrəsini 1988-ci ildən görməyə baĢladı. Hələ tələbəlik illərindən dövlət baĢçısı, Ali BaĢ
Komandan olacağını dilə gətirən Elçibəy məhz özünün güzəĢtsiz çarpıĢmaları sayəsində 1992-
ci ildə istəyini gerçəkləĢdirdi!
Sözsüz ki, Elçibəy hakimiyyət və vəzifə uğrunda deyil, öz ideallarını, prinsiplərini həyata
keçirmək üçün döyüĢ meydanına atılmıĢdı. Elə buna görədir ki, prezident və Ali BaĢ
Komandan olaraq görməyə baĢladığı ilk iĢi Azərbaycanın dövlətçiliyinin, hərbi qüdrətinin
gücləndirilməsi oldu. BaĢ komandan Elçibəy bu sahədə çox kəsərli addımlar atdı, hərbi
sahədə dəyəri hələ çox-çox illər sonra bütün aydınlığı ilə veriləcək iĢlər görməyə, ordu
quruculuğunda ciddi islahatlar aparmağa baĢladı.
Elçibəy postsovet məkanda yeganə Ali BaĢ Komandan oldu ki, Rusiya qoĢunlarını öz
ölkəsindən bütünlüklə çıxarmağı bacardı. Özü də, bu zaman o, çox gözəl bilirdi ki, rus
ordusunu çıxarmaqla öz hakimiyyəti üçün də ciddi risk edir, ancaq xalqının azadlığını, ana
yurdunun müstəqilliyini hər Ģeydən üstün tutan bu Böyük Ali BaĢ Komandan özünün qəti
əmrini verdi və Azərbaycandan Rusiya hərbi hissələrini birdəfəlik təmizlədi.
Xatırımdadır, Elçibəy hakimiyyəti ilk gündən "hər Ģey müharibə üçün, hər Ģey qələbə üçün"
Ģüarı ilə iĢə baĢladı. Elə bunun nəticəsidir ki, Ali BaĢ Komandan Elçibəy üçcə ayın içində
müharibədə ciddi dəyiĢiklik edə bildi. Ordumuz iĢğal olunmuĢ torpaqların 75 faizini geri
qaytardı. Bununla yurdumuzun düĢmənlərinin iĢğalçılıq siyasətinə ağır zərbə endirildi.
MüĢahidələrim göstərir ki, Elçibəy Azərbaycanda əsl millətçi türk hərb sistemini
formalaĢdırmağı prezident kimi özünün ali məqsədi sayırdı. (Ömrünün son günlərində
Türkiyədə onun yanında olanda Elçibəy mənə türk generaliteti ilə əməkdaĢlıq etməyi, türk
hərb sistemindən bəhrələnməyi tapĢırdı). Bu, ümumiyyətlə, Elçibəyin hərbi strategiyasının
əsas istiqamətlərindən biri idi.
Ġstər rus ordusunu çıxararkən, istərsə də cəbhədə irəliləyərkən Əbülfəz Elçibəy öz xalqının
gücünə arxalanır, onun dəstəyinə güvənirdi. Buna görə də hakimiyyətdə olduğu müddətdə
xalqın özünə inamını hər vasitə ilə qorudu, bu inamı gücləndirməyə çalıĢdı. Bu da onun bir
hərbçi kimi strateji təfəkürünün geniĢliyinin göstəricisidir.
Elçibəy hakimiyyəti zamanı Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin hərbi sənayesinin
yaradılmasında ciddi addımlar atıldı. Qısa bir zamanda Azərbaycanın özündə hərbi sursat
istehsalına, müharibənin gediĢi prosesində istehsal olunanlar isə təkmilləĢdirilməyə baĢlandı.
Təəssüf ki, ölkəmizin mənafeyini nəzərə alaraq bu sahədəki bir çox iĢlər haqqında hələlik açıq
danıĢa bilmirik...
Dostları ilə paylaş: |