ARTIRMA
"-O vaxt bizim iqtidarı tənqid edirdilər ki, Amerika 907-ci düzəliĢi Elçibəy dövründə qəbul
eləyib. Ancaq bizdən sonra 4-5 il də vaxt keçib, həmin düzəliĢi nəinki ləğv etməyiblər, hətta
üstünə Dağlıq Qarabağa birbaĢa yardım da əlavə olunub. Bəs burada Amerikanın hansı
marağını təmin etmədik?
-907-ci düzəliĢi tətbiq edərkən, ola bilsin ki, Amerikanın baĢqa yolu yoxdu. Nəyə görə?
Ermənistanla müharibədə Ermənistanı tamam blokadaya salmıĢdıq, onu tamam iflic etmiĢdik.
Amerikasa bizə müharibə elan edə bilməz, birbaĢa təzyiq edə bilməz. Bu, bizə dolayısı
təzyiqin bir formasıydı. ĠĢ burasındadır ki, Ermənistan da bizi təcrid etmiĢdi və burada
Rusiyanın əli vardı. Bizim marağımızdaydı ki, qatarlar Naxçıvana da iĢləsin, Ermənistana da,
çünki dəmiryolunun bağlanmasını istəmirdik. Ancaq Rusiya onu Ermənistanın əliylə
bağlatdırdı. Əvəzində biz də Ermənistana gedən baĢqa yolları kəsdik. Qazax - Ġcevan və
baĢqa maĢın yollarını bağlatdırdıq ki, sən də getmə. Bu da bizim cavab təzyiqimizdi. Amerika
da onu bizə bağıĢlamadı.
Mən o zaman prezident BuĢla danıĢdım ki, bu düzəliĢi niyə qəbul edirsiniz? O, mənə dedi ki,
onu götürməyə mənim gücüm çatmaz, çünki siz blokada tətbiq eləmisiniz. Biz ədalətli olaraq
elan etdik ki, Ermənistanla birgə Naxçıvan da blokadadadır - Naxçıvanı da yaddan
çıxarmadıq. Bu düzəliĢi götürmək xahiĢimə BuĢ bildirdi ki, bunu götürməkçün bir neçə məsələ
var. Ən vacibi budur ki, demokratiyanın inkiĢafını belə davam etdirsəniz - demokratik
parlament seçkisi keçirsəniz məsələ birdəfəlik həll olunar. Biz də 1993-ün oktyabrında yeni
parlament seçkisi keçirməyə hazırlaĢırdıq.
-Heydər Əliyev dövründə parlament seçkisi keçirildi axı. Bəs niyə 907-ni götürmədilər?
-Bu parlament demokratik yolla seçilmədi axı! Ġstəyirsən 10 dəfə seç. Seçkinin özü
demokratik olmalıdır. Xaricilər də deməlidir ki, demokratik seçildi, biz də onu tanımalıyıq.
Ancaq bu parlamentsə Heydər Əliyevin siyahısıyla təĢkil edilib.
-Deməli, bizim hakimiyyətimizə beynəlxalq aləmdə inam vardı.
-Bəli, özü də çox böyük inam".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.44-45).
24 oktyabrda ikinci mühüm hadisəsə Naxçıvanda baĢ verdi. Hələ sentyabrın ortalarında
Ġsgəndər Həmidov SəyavuĢ Mustafayevi Naxçıvana daxili iĢlər naziri təyin etmiĢ və Heydər
Əliyev bu təyinatı yaxına buraxmamıĢdı. Ġsgəndər Həmidovun əmrini həyata keçirməyə
çalıĢan Naxçıvan cəbhəçiləri, nəhayət, 24 oktyabrda əməli iĢə keçdilər - axĢam yerli
televiziyaya daxil olaraq müraciət oxudular, rabitə idarəsinin elektrik mərkəzini ələ keçirdilər,
onlardan bir qrupsa DĠN-nin növbətçi hissəsinə girdi. SəyavuĢ Mustafayev nazirlik binasına
gələrək vəzifəsinin icrasına baĢlamağa cəhd göstərdi.
KeçmiĢ KQB generalı, neçə-neçə belə olayları "yoluna qoymuĢ" təcrübəli Heydər Əliyev əlüstü
cavab tədbirləri gördü. O, öz tərəfdarlarını təcili bir yerə topladı. Əliyevpərəst kütlə
televiziyaya hücum çəkdi və televiziyaya gedən elektrik enerjisi də bir qədər sonra kəsildi.
Polis maĢınları səsgücləndiricilərlə əhalini Ali Məclis binası qarĢısına - H.Əliyevi müdafiə
etməyə çağırdı. ToplanmıĢ kütlənin təzyiqi altında (onların qarĢısında qadınlar irəliləyirdi)
artıq saat 22-də cəbhəçilər DĠN və televiziya binalarını tərk etməyə məcbur oldular. Bununla
da onlar məğlubiyyət qapısını taybatay açdılar. H.Əliyev öncə aksiyanın təĢkilatçısı və
iĢtirakçısı olanları tutdurdu, sonrasa siyasi tədbirlərə əl atdı.
25 oktyabrda Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasını çağıran H.Əliyev dünənki
hadisəyə "muxtar respublikada dövlət çevriliĢi (hansı dövlətin çevriliĢi?! - Ə.T.) cəhdi" siyasi
qiyməti verdi. AXC-dən olan deputatların qatılmadığı və yetərsayın olmadığı sessiya AXC-nin
Naxçıvandakı silahlı qüvvələrinin 3 günədək tərksilah edilməsi haqqında qərar çıxardı və bu
hadisəni araĢdırmaqçün komissiya yaratdı.
Ali Məclisin sessiyası keçirildiyi vaxt AM binası qarĢısındakı mitinqdə Bakıdan gəlmiĢ Nemət
Pənahov və Sirus Təbrizli, Ġrandan gəlmiĢ mollalar Azərbaycan hakimiyyətinin, Ģəxsən
Əbülfəz Elçibəyin əleyhinə kəskin təhqiramiz çıxıĢlar edirdilər. Bu, mərkəzi hakimiyyətə qarĢı
asilik, ona açıq-aydın meydan oxumaqdı və dövlət çevriliĢinə cəhd elə bu hərəkətlərin özü
sayılmalıydı. 25 oktyabrda polis AXC Babək Ģöbəsinə hücum edərək cəbhəçiləri tutdu.
Naxçıvanda yaranmıĢ gərgin durumla bağlı olaraq Azərbaycan Ali Soveti sədrinin müavini
Afiyəddin Cəlilov, Prezident Aparatı dövlət-hüquq Ģöbəsinin müdiri Fazil Mustafayev və milli
təhlükəsizlik nazirinin I müavini Sülhəddin Əkbərov oraya getdilər. Ancaq onlar H.Əliyevlə dil
tapa bilmədilər.
26 oktyabrda Bakıdan gələn AXC nümayəndələri də H.Əliyevlə görüĢdülər. Artıq cəbhəçilər
üzərində ilk qələbəsini qazanmıĢ H.Əliyev bir addım da güzəĢtə getməyərək, ikinci qələbəsini
təmin edəcək tələbə əl atdı - onun əleyhinə aparılan hər cür təbliğata son qoyulmasını istədi
(çünki təbliğatın necə güclü silah olduğunu ondan yaxĢı bilən yoxdu!). Təəssüf ki, o,
məqsədinə nail oldu.
Maraqlıdır ki, Naxçıvan təyyarə limanı 26 oktyabr günü günortadan sonra müxtəlif
bəhanələrlə qapadılmıĢdı. Bu, əliyevpərəst "Real" məlumat agentliyinin Naxçıvanda dövlət
çevriliĢinin baĢ verməsi və bununla bağlı olaraq limanın bağlanması haqqında yaydığı xəbərin
doğruluğuna inandırmaqçün edilmiĢdi.
Bütün bu baĢ verənləri nəzərə alaraq AXC Ordubad rayon Ģöbəsinin məclisi 28 oktyabrda
qərar çıxararaq ölkə hakimiyyətinə tövsiyə etdi ki, muxtar respublikada ictimai-siyasi
vəziyyətin gərginləĢməsiylə bağlı prezident üsul-idarəsi tətbiq edilsin və fövqəladə vəziyyət
elan olunsun. Qəribədir ki, bu qərarı H.Əliyevə uduzan məğlub cəbhəçilər çıxarmıĢdılar və
onlar prezident idarə üsulunu gerçəkləĢdirəcək insanların, görünür, Marsdan gətiriləcəyini
düĢünürdülər...
Beləliklə, 24 oktyabrda əslində heç nə qazanmayan cəbhəçilər gediĢi və nəticələri sonadək
düĢünülməmiĢ bu fərsiz əməliyyatla Naxçıvan rəhbəri H.Əliyevin əlindən tutaraq onun
mərkəzi hakimiyyətə qarĢı qəti hücuma keçməsinə, təbliğat müharibəsi baĢlamasına ideal
bəhanə verdilər və özlərini sonuncuyadək sıradan çıxarmağın baĢlanğıcını qoydular.
Spikerliyə baĢladığı 3 oktyabr 1991-dən bugünədək məhz cəbhəçilərin yardımı sayəsində
Naxçıvanda hakimiyyətini yetərincə möhkəmlədə bilmiĢ Heydər Əliyev artıq ona mane olmağa
baĢlamıĢ həmin qüvvədən birdəfəlik üzülüĢmək (ümumiyyətlə, H.Əliyev ona nədəsə yardım
etmiĢ insanların bu haqda ona hətta ən yüngül eyham vurmasını belə qətiyyən sevmir, belə
"günah iĢləmiĢ" dünənki yardımçısının əməyinin nə qədər böyük olub-olmamasına
baxmayaraq onu sıradan çıxarır), Bakıdakı hakimiyyətə doğru yolunu təmizləmək fikrindəydi.
Bu məqsədlə o həm Naxçıvanda, həm də Bakıda müəyyən iĢlər görürdü. Onun əl buyruqçusu
N.Pənahov artıq Bakıda aranı qatmaqdaydı. Elə 24 oktyabr tarixli "Azərbaycan" qəzetindəki
"Nemət Pənahov isə yenə mitinqə çağırır" baĢlıqlı yazıda adını "azadlıq aĢiqi" qoymuĢ bu
əsarət vurğununun 17 noyabrda icazəsiz mitinq keçirəcəyi bildirilir, onun "mitinq sırf yubiley,
təbrik mitinqi olmayacaq, ... hakimiyyət orqanlarına tənqidi fikirlərimizi, tələblərimizi də
deyəcəyik" söyləməsi bəyan edilirdi. N.Pənahovun çıxıĢlarının H.Əliyevin istəklərindən
qaynaqlandığına yəqin ki, heç kəsin Ģübhəsi yoxdu. Beləliklə, öncə Naxçıvanda, sonrasa
bütün Azərbaycanda cəbhəçilərin nüfuzunu məhv etməkçün ideal imkan qazanmıĢ H.Əliyev
ondan heç kəsin bacarmayacağı qədər maksimum yararlandı.
24 oktyabrı göydəndüĢmə, təsadüfi hadisə saymaq çox sadəlövhlük olardı. O, incəliklə
hazırlanmıĢdı və uzaqgüdən məqsədlər daĢıyırdı. Belə ki, bunun sonucunda H.Əliyev həm
Naxçıvanda öz hakimiyyətini mütləqləĢdirdi, həm də bütünlükdə Azərbaycanın siyasi
səhnəsinə yenidən çıxaraq "mən gəlmiĢəm ha" deyə özünü niĢan verdi. O, Elçibəy iqtidarına
düĢmən olan BÜTÜN qüvvələrin baxıĢlarını özünə yönəltməyə, BÜTÜN müxalifətin əsl baĢçısı
və koordinatoru kimi məhz ÖZÜNÜ tanıtmağa nail oldu. Hakimiyyəti təmsil edən
CƏBHƏÇĠLƏRĠN məğlubiyyəti bitərəf sıravi yurddaĢlarda bütünlükdə iqtidarın gücsüzlüyü,
bacarıqsızlığı, diĢsizliyi düĢüncəsini bir daha möhkəmlətdi və hakimiyyətin nüfuzuna sarsıdıcı
zərbə vurdu, "dəmir əl"in onu yıxacağına bəslənən umudlarısa artırdı.
Bəli, 24 oktyabr əslində 4 iyuna aparan yolun baĢlanğıcı və ona hazırlığın kiçik ölçüdə
məĢqiydi.
Bu əməliyyatdan Bəyin xəbəri vardımı? Prezident Aparatı dövlət-hüquq Ģöbəsinin keçmiĢ
müdiri Fazil Mustafayevdən (Qəzənfəroğlundan) sonralar öyrəndim ki, Azərbaycan rəhbərliyi
o zaman belə əməliyyatın keçirilməsində maraqlı deyildi və qarĢıdurma yaratmayacaq baĢqa
tədbir gerçəkləĢdirmək niyyətindəydi; 24 oktyabr aksiyası həmin tədbiri pozdu və sonucda
Elçibəy hakimiyyətinə zərbə vuruldu.
Naxçıvan hadisəsinin iĢtirakçısı və Ģahidi olmuĢ adamlarla apardığım çoxsaylı söhbətlər
nəticəsində inandım ki, "nazir" aksiyası yeni hakimiyyətçün ustalıqla qurulmuĢ bir tələydi və
çox təəssüf ki, cəbhəçilər bu tələyə düĢdülər. Bunun belə olduğunu çox Ģey sübut edir.
Məsələn, Bakıdan "vur!" göstəriĢi verən bəziləri eyni vaxtda H.Əliyevə zəng edərək "balalarım
sənə qurban, mənim bu iĢdən xəbərim yoxdur..." deyirdilər. Nə qədər qəribə görünsə də,
təxminən həmin ərəfələrdə Rusiyanın təhlükəsizlik naziri R.Barannikovun ailəsinin
Azərbaycanda dincəlməsi haqqında yetərincə ciddi xəbərlər alınmaqdaydı və həmin nazirin bu
tələnin qurulmasında iĢtirak etdiyini düĢünənləri qınamaq fikrindən uzağam.
ONLARIN BAġINA QIZILGÜL LƏÇƏKLƏRĠ SƏPĠRDĠLƏR, yaxud TÜRK DÜNYASININ 9
XOġBƏXT GÜNÜ
Naxçıvanda 24 oktyabrda yaradılmıĢ gərginlik 28 oktyabrdan yavaĢ-yavaĢ səngiməyə baĢladı.
Azərbaycan prezidenti Əbülfəz Elçibəy elə həmin gün Türkiyəyə yola düĢdü. O həm Türkiyə
Cümhuriyyəti yaradılmasının 69-uncu ildönümü Ģənliklərinə qatılacaq, həm 30-31 oktyabrda
türk cümhuriyyətləri baĢçılarının Ankara zirvə toplantısının iĢində iĢtirak edəcək, həm də
noyabrın 1-indən 5-inədək Türkiyədə rəsmi səfərdə olacaqdı.
Binə hava limanında jurnalistlərə 20-yədək sənədin imzalanacağını bildirən prezident sözarası
dedi: "Yeri gəlsə Türkiyə ilə gələcəkdə hərbi münasibətlər qurmaq barədə də danıĢıqlar
aparacağıq".
Prezident Elçibəyin saat 15-də göyə qalxan təyyarəsi Türkiyənin hava sərhədini keçən kimi
hörmət əlaməti olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri onu hər iki tərəfdən
müĢayiət etməyə baĢladı.
../../images/Arxiv/1992_1028_Ankara01.JPG
Ankara hava limanında Əbülfəz bəyi ən əziz, ən
hörmətli qonaq kimi bayramsayağı təntənəylə qarĢıladılar. Burada onu Türkiyənin prezidenti
Turqut Özal və baĢ nazir Süleyman Dəmirəl, böyükelçi Altan Karamanoğlu, nazirlər, millət
vəkilləri, baĢqa çoxlu rəsmi Ģəxslər, azərbaycanlı tələbələr və b. gözləyirdilər.
Əbülfəz bəy və Turqut Özal fəxri qarovulun qarĢısından keçdilər. Qonağın Ģərəfinə salam
yaylım atəĢləri açıldı.
Hava limanında iki prezident mətbuat konfransı keçirdi.
Elçibəy "Esenboğa" hava limanından vertolyotla Turqut Özalla birgə "Çankaya" köĢkünə,
oradan avtomobillə "Hilton" otelinə gedərək Kral dairəsinə düĢdü. Qalan 4 türk
cümhuriyyətinin prezidentlərisə "ġeraton" otelində yerləĢdirilmiĢdi.
Ədalət Məmmədov danıĢır ki, "Hilton" "ġeraton"dan üstün sayılırdı, çünki onun üzgüçülük
hovuzu və rahatlıqçün baĢqa bir sıra Ģəraiti də vardı. Həm də "Hilton"un yiyəsi prezident
Turqut Özalın dostu olan məĢhur türk milyonçusu Sabançıyla ortaqdı, Əbülfəz bəy də otel
xərclərinin məhz türk iĢ adamlarına çatmasını istəyirdi. Yeri gəlmiĢkən, Türkmənistan
prezidenti Səpərmurad TürkmənbaĢı da tez-tez bu otelin hovuzunda çimməyə gəlirdi.
Azərbaycan nümayəndə heyəti "Esenboğa" hava limanından avtomobillə "Hilton"a yollandı.
Ülküçülər və tələbələr yolda qabağımıza çıxaraq Elçibəyə qurban kəsmək istədiklərini
bildirdilər, ancaq bu vaxt Bəy artıq "Hilton"daydı. Ona görə də baĢ nazir Rəhim Hüseynov
nümayəndə heyətinin ağsaqqalı kimi qabağa çıxaraq kəsilən qurbanları qəbul etdi. Yolun hər
iki tərəfini sarmıĢ on minlərcə türk qardaĢımız böyük coĢquyla bir ağızdan "Elçibəy!",
"Elçibəy!" qıĢqırırdı...
Türkiyə Cümhuriyyətinin yaradılıĢ günü - 29 oktyabrda bayram törəni Cümhuriyyətin ulu
qurucusu, dünya türklərinin öndəri Mustafa Kamal PaĢa Atatürkün uyuduğu Anıtqəbri
ziyarətlə baĢlandı. Əbülfəz bəy burada və bütün baĢqa tədbirlərdə Türkiyə dövlətinin baĢçıları
Turqut Özalla Süleyman Dəmirəlin arasında addımlayırdı.
../../images/Arxiv/1992_1029_Ankara01.JPG
Türklərin adlandırdığı kimi, "Ġppodrom"da hərbi
parad keçirildi. ġərəf tribunasında T.Özal, S.Dəmirəl, Ə.Elçibəy, baĢqa türk cümhuriyyətlərinin
prezidentləri: N.Nazarbayev, Ġ.Kərimov, Ə.Akayev, S.TürkmənbaĢı dayanmıĢdılar.
Günortadan sonra prezident Turqut Özal prezident Əbülfəz Elçibəyi qəbul etdi. Bu, onların
hər ikisinin çoxdan intizarla gözlədiyi ilk görüĢdü. ĠĢ burasındadır ki, Bəyin Türkiyəyə ilk
gəliĢində görüĢmək onlara nəsib olmamıĢdı. Ancaq türk dünyasının inkiĢafına, demək olar ki,
eyni görüm bucağından baxan və 21-inci yüzilin türklərin yüzili olacağına inanaraq bu yolda
hər Ģeyi etməyə hazır olan bu iki böyük türk öndəri ilk dəfəydi ki, iki qardaĢ kimi diz-dizə,
göz-gözə otururdu. Elə bu ilk qısa görüĢdəncə onlar bir-birinə hədsiz doğmalaĢdılar.
Oktyabrın 30-unda türk cümhuriyyətlərinin tarixində ən mühüm hadisələrdən biri baĢ verdi.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) ġərəf salonunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə və Türkmənistanın prezidentləri ilk dəfə olaraq bir araya gəldilər. BaĢlıca
olaraq iqtisadi əlaqələrə həsr edilən bu zirvə toplantısında türk dövlətləri arasında birliyə nail
olmaqçün də müəyyən məsələlər müzakirəyə çıxarıldı. Toplantıya həmin ölkələrin baĢ
nazirləri də qatılmıĢdı.
Yığıncağa gələn Azərbaycan prezidenti Əbülfəz Elçibəy baĢqalarından seçilərək ayrıca
təntənəylə qarĢılandı. O
../../images/Arxiv/1992_1030_Ankara01.JPG
gəlməzdən öncə TBMM-
nin binası üzərində Türkiyə bayrağıyla yanaĢı Azərbaycan bayrağı da dalğalanırdı. Bina
önündə fəxri qarovul düzülmüĢdü. Əbülfəz Elçibəyi Turqut Özalın özü qarĢıladı və prezidentlər
Ģərəf kürsüsünə qalxdılar. Fəxri qarovulun rəisi Bəyə raport verdi. Azərbaycanın dövlət himni
çalındı. QardaĢ prezidentlər fəxri qarovulun önündən keçdilər. Əbülfəz bəy türk əsgərini
salamladıqdan sonra Turqut Özalla birgə binaya girdi.
BaĢlıca məqsədi türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinin yaradılması olan sammiti
açan Turqut Özal dedi ki, Ankarada belə bir toplantı keçirildiyinə görə sevinc və həyəcanımızı
gizlədə bilmirik. Burada təmsil olunan hər bir dövlətin inkiĢafıyçün böyük imkanlar vardır. Biz
əl-ələ verib bu imkanlardan istifadə edərək onları XALQIMIZIN rifahına yönəltməliyik.
DanıĢıqlar çox maraqlı və gərgin keçərək gecə saat 2-nin yarısınadək (!) sürdü. Əsasən 2
sənəd müzakirə edildi: Ankara Bəyannaməsi və mətbuatçün bəyanat. Hər iki sənədin ortaq
bəyənilmiĢ variantı hazırlandı.
Onu da deyim ki, Elçibəy bu toplantıdakı söhbətlərin nəinki rəsmi hissəsində, hətta fasilələrdə
də türk birliyi xeyrinə iĢlər görməyə can atırdı. Belə ki, türk cümhuriyyətlərinin baĢçılarıyla
qeyri-rəsmi, protokoldankənar söhbətlərində o, türk dilinin BMT-nin iĢlək dili olması
məsələsini qaldırdı və onların, demək olar ki, hamısını, hətta Qazaxıstan prezidenti
Nazarbayevi də bununla razılaĢdırdı, ancaq Nazarbayev təklif etdi ki, gəlin bu məsələni iĢləyib
hazırlamağı öncə xarici iĢlər nazirlərimizə tapĢıraq. Beləliklə, onlar bu məsələni xarici iĢlər
nazirlərinin ayrıca toplantısında müzakirə etməyi qərara aldılar. Özü də, BMT-nin iĢlək dili kimi
götürüləcək həmin rəsmi dil, ümumi razılığa görə, Anadolu türkcəsi olmalıydı.
../../images/Arxiv/1992_1031_Ankara01.JPG
Ertəsi gün - 31 oktyabrda Türkiyə Böyük Millət
Məclisinin salonunda Turqut Özal, Əbülfəz Elçibəy, Nursultan Nazarbayev, Əsgər Akayev,
Ġslam Kərimov, Səpərmurad Niyazov və Süleyman Dəmirəl zirvə toplantısının birgə Yekun
Bəyannaməsini imzaladılar.
Əbülfəz bəy zirvə toplaniısının istər rəsmi, istərsə də qeyri-rəsmi hissələrində ardıcıl olaraq
ümumtürk birliyinin möhkəmlənməsi mənafeyindən çıxıĢ edir, baĢlıca diqqəti türk
cümhuriyyətləri arasında mədəni-mənəvi-iqtisadi inteqrasiyanın sarsılmaz Ģəkildə
gücləndirilməsinə yönəldirdi. Bu zaman o, həmin ölkələrin bəzi prezidentlərinə öz Ģəxsi
antisimpatiyasını belə boğmağa məcbur olurdu. Elçibəyin cangüdəni Ədalət Məmmədovun
mənə söylədiyi bir əhvalat deyilənə ən yaxĢı örnəkdir. O danıĢır ki, Türkmənistan prezidenti
Səpərmurad TürkmənbaĢıyla Özbəkistan prezidenti Ġslam Kərimov arasında qeyri-rəsmi
söhbətdə mübahisə düĢdü. Kərimov TürkmənbaĢına dedi ki, sən Türkmənistanın sərhədlərini
möhkəm bağla, çünki əfqanlar sizdən bizə uyuĢdurucu maddələr gətirir. TürkmənbaĢı da
qayıtdı ki, mən bağlamıram, istəyirsənsə sən öz sərhədlərini möhkəmlət. Kərimov bununçün
xeyli vəsait lazım olduğunu bildirdi. Mübahisənin yoğunladığını görən Əbülfəz bəy həmiĢə
olduğu kimi bu dəfə də barıĢdırıcılığı öz boynuna götürdü. Onlara dedi ki, niyə mübahisə
edirsiniz? Bundansa bir-birinizə kömək edin, sərhədlərinizi gücləndirin, uyuĢdurucunun
keçməsinin qarĢısını alın, ancaq sərhədi bağlamağa ehtiyac yoxdur.
Bəyin əslində bu iki Orta Asiya prezidentindən heç xoĢu gəlmirdi, çünki TürkmənbaĢı
demokratiyanı boğurdu, Kərimovsa həm despotdu, həm də arvadı rus olan bir tacikdi. Onları
bir-biriylə müqayisə edəndə Bəy az-çox TürkmənbaĢına üstünlük verirdi ki, heç olmazsa
türkdür.
Ankara Bəyannaməsi və mətbuatçün bəyanat imzalandıqdan sonra Turqut Özal bildirdi ki,
əldə olunmuĢ razılığa əsasən, türk cümhuriyyətləri prezidentlərinin növbəti zirvə toplantısı 2
may 1993-də BAKIDA keçiriləcək. (Nə yazıqlar ki, həmin tarixədək Turqut Özal dünyasını
dəyiĢdi və Azərbaycan siyasi fırtınalar burulğanına düĢdü, ona görə də Bakı sammiti baĢ
tutmadı). Bundan sonra mətbuat konfransı keçirildi.
Bundan sonra Turqut Özal və Süleyman Dəmirəl türk cümhuriyyətləri prezidentlərini qəbul
etdilər. Prezidentin "Çankaya" köĢkündə onların Ģərəfinə nahar və baĢ nazirin iqamətgahında
Ģam yeməyi verildi.
Türkiyə səfəri proqramı çox zəngin olan Azərbaycan prezidenti Əbülfəz Elçibəyin görüĢləri,
söhbətləri səhər tezdən baĢlayaraq bəzən axĢamadək davam edirdi.
../../images/Arxiv/1992_1031_Ankara03.JPG
Bəy 31 oktyabrda Millətçi ÇalıĢma Partiyasının
sədri Alparslan TürkeĢi qəbul etdi, Ankarada oxuyan tələbələrimizlə görüĢdü, hərbi məktəbdə
oldu, Azərbaycan Kültür Mərkəzini ziyarət etdi. Mərkəzin binası qarĢısında hörmətli qonağın
Ģərəfinə qurbanlar kəsildi.
Bütün Türkiyə səfərində prezidentimizlə bir yerdə bulunmuĢ dövlət xadimləri Nəcəf Nəcəfov
və Sabit Bağırovdan hərbi məktəbdə azərbaycanlı kursantların təlimiylə tanıĢ olarkən baĢ
vermiĢ
maraqlı
bir
hadisəni
sonralar
eĢitdim.
Təlim
zamanı
../../images/Arxiv/1992_1031_Kursant.JPG
kursantlar qumbara atarkən bütün
seyrçilər, o sıradan Türkiyənin Genel Kurmay baĢqanı Doğan GürəĢ də qəlpələrdən
qorunmaqçün beton hasar arxasında dayanıb baxır, qumbara atılanda təlimat üzrə aĢağı
əyilirmiĢ. Ancaq Bəy bir dəfə də olsun əyilmir. Nəcəf bəy bunu ondan xahiĢ edəndə Bəy tam
ciddiyyətlə bildirir ki, AZƏRBAYCAN PREZĠDENTĠ ƏYĠLMƏZ! (Sabit bəy prezidentimizin bu
davranıĢından qürur duyduğunu danıĢırdı).
Kültür Mərkəzində çıxıĢ edən Əbülfəz bəy Azərbaycandakı durumdan, Azərbaycan-Türkiyə
əlaqələrindən və b. danıĢdı. O, Mərkəzə xalça bağıĢladı. Buradakı mətbuat konfransında
Azərbaycanla bağlı çoxlu sualları cavablandırdı.
Noyabrın 1-ində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin Türkiyə
Cümhuriyyətinə beĢgünlük rəsmi səfəri baĢlandı. Prezidentin baĢçılıq etdiyi böyük nümayəndə
heyətinə 115 nəfər: baĢ nazir Rəhim Hüseynov, Afiyəddin Cəlilov, Vahid Axundov, Sabit
Bağırov, Vəfa Quluzadə, Rafiq Ġsmayılov, Nəcəf Nəcəfov, nazirlər, diplomatlar, ədəbiyyat,
mədəniyyət, elm və din xadimləri, ictimai təĢkilatların nümayəndələri, KĠV iĢçiləri və b.
daxildi. Nümayəndə heyətinin bütün xərclərini Türkiyə iqtisadi möcüzəsinin atası Turqut Özal
öz Ģəxsi hesabından ödəyirdi.
../../images/Arxiv/1992_1101_Ankara01.JPG
Öncə Anıtqəbri ziyarət edən bəy Atatürkün
məzarı önünə əklil qoydu və onun xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Xatirə kitabına bu
sözləri yazdı:
"Daha deyəcək bir söz qalmadı. Hamısını Siz - böyük atamız dediniz. Sizləri
ziyarətdə mutluyuq. Nə mutlu türkəm deyənə. SĠZĠN ƏSGƏRĠNĠZ Əbülfəz Elçibəy"
.
Xüsusən son cümlənin Türkiyə xalqına necə xoĢ təsir bağıĢladığını noyabrın sonunda özüm də
Türkiyədə olarkən yaxından duydum. Hələ Türkiyəyə gəlməzdən öncə bu ölkədə milyonlarca
türkün ürəyində yuva qurmuĢ Bəy özünü ulu Atatürkün əsgəri adlandırmaqla bu xalqın
ürəyini baĢdan-baĢa fəth etdi!
../../images/Arxiv/1992_1101_EsriMezar.JPG
Anıtqəbir kompleksindəki Atatürk muzeyiylə də
tanıĢ olduqdan sonra Ankaranın Əsri məzarlığına gedən Əbülfəz bəy Azərbaycanın böyük
oğlu, özünə mürĢid saydığı Məmmədəmin Rəsulzadənin də qəbrini ziyarət etdi, buraya əklil
qoydu. Bəy həmvətənlərimizin məzarlarını qayğıyla qoruyub saxlayan türk xalqına
minnətdarlığını bildirdi.
Demək olar ki, bir-birindən ayrılmayan prezidentlər Turqut Özal və Əbülfəz Elçibəy uluların
ziyarətindən sonra onları müĢayiət edən Ģəxslərlə birgə hərbi vertolyotlarla Ankara göylərində
gəzintiyə çıxdılar.
Ġkindi vaxtı Süleyman Dəmirəlin iqamətgahında iki ölkə arasında iqtisadi əlaqələri
geniĢləndirmək barədə danıĢıqlar baĢlandı. Burada dünya hadisələrinə ölkələrin baxıĢları da
müzakirə edildi. Əbülfəz bəy dedi ki, müstəqil Azərbaycanla Türkiyə arasında bütün sahələrdə
tezliklə sıx əlaqələr qurulmalıdır.
DanıĢıqlardan sonra ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkiĢaf etdirilməsinə
dair altı müqavilə imzalandı.
../../images/Arxiv/1992_1101_Ankara03.JPG
Çox gərgin keçən bu gün prezident Turqut
Özalın "Çankaya" köĢkündə dövlətlərarası sənədlərin imzalanmasıyla bitdi.
Əbülfəz Elçibəylə Turqut Özalın imzaladıqları sənədlər iqtisadiyyat, elm və mədəniyyətin
bütün sahələrində əməkdaĢlığı qarĢılıqlı fayda əsasında yüksəltmək istəyini əks etdirirdi.
Burada həm də Azərbaycan və Türkiyənin bölgədə sülhün möhkəmləndirilməsinə və
beynəlxalq əməkdaĢlığın inkiĢafına yardımçı olacaqları qeyd edilirdi.
Ġmzalanma törənindən sonra Turqut Özal Azərbaycan prezidentinin Ģərəfinə Ģam yeməyi
verdi. Prezidentlər nitq söylədilər.
../../images/Arxiv/1992_1102_Ankara03.JPG
Rəsmi səfərin ikinci günü - noyabrın 2-sində
Ankarada baĢqa türk cümhuriyyətlərinin, o sıradan Azərbaycanın da səfirliyi açıldı.
Məmmədəmin Rəsulzadənin ömrünün sonunadək özüylə gəzdirdiyi və vəfat edərkən onun
cənazəsi üzərinə sərilmiĢ bayrağı Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli Bəyə
təqdim etdi. Əbülfəz Elçibəy, Turqut Özal və Süleyman Dəmirəl mərasim iĢtirakçılarını
salamladılar. (Bir sirri də açım - bu anadək Turqut Özalla Süleyman Dəmirəl küsülüydülər və
məhz Əbülfəz bəy səfirliyimizin açılıĢında onların əllərini birləĢdirərək bu iki dövlət baĢçısını
barıĢdırdı. Türkiyə qəzetləri Bəyin bu qardaĢcasına hərəkətindən böyük razılıqla yazırdılar).
Bəy Məmmədəmin Rəsulzadə yadigarı olan bayrağımızı yuxarı qaldırdı. Himnimiz çalındı.
Türkiyənin hərbi geyimindəki əsgərlər - qardaĢ ölkənin hərbi məktəblərində təhsil alan
oğullarımız Azərbaycan marĢlarını oxudular. AçılıĢ törənində çıxıĢ edən Azərbaycan prezidenti
dedi ki, bugünkü hadisə dövlətlərimiz arasındakı münasibətlərin inkiĢafında yeni mərhələnin
baĢlanğıcını qoyur. Biz müstəqil Azərbaycan dövlətini qurarkən türk dünyasına mənsub
olduğumuzu dərk edirik və demokratik prinsiplər əsasında vətəndaĢların bərabərliyini və insan
hüquqlarını təmin etməyə çalıĢırıq.
Sonra prezident Azərbaycan Xalq hərəkatının tarixindən, ölkəmizin ciddi durumundan söz
açdı, yüksəliĢimizin gələcəyinə göz yetirdi. O, çıxıĢını "Bir kərə yüksələn bayraq bir daha
enməz!" sözləriylə bitirdi.
Törəndə çıxıĢ edən prezident Turqut Özal bildirdi ki, bu gün Ankara səmasına qaldırılan
Azərbaycan bayrağı hamımızın qəlbində qalacaq və onun bir daha enməməsiyçün qüvvəmizi
əsirgəməyəcəyik.
Həmin gün Turqut Özal və Əbülfəz Elçibəy Atatürkün adını daĢıyan Qazi Universitetinə
getdilər. Universitetin "Törən" salonunda professor Turqut Önən Əbülfəz bəyin həyat
yolundan danıĢdı. Rektor, professor Ənvər Həsənoğlu Əbülfəz bəyə universitetin beynəlxalq
münasibətlər üzrə fəxri doktoru adı verilməsi haqqında qərarı oxudu və fəxri diplomu ona
təqdim etdi. Fəxri professor paltarı geyindirilən Əbülfəz bəy çıxıĢ etdi. Turqut Özal da öz ürək
sözlərini dilə gətirdi.
Prezidentlər Ankaranın sənaye və iĢ adamları dərnəyindəki sərgiyə də baxdılar. Buradan
çıxaraq sənaye və ticarət mərkəzlərinə getdilər, istehsalın təĢkiliylə maraqlandılar.
AxĢamüstü Bəy öz iqamətgahında Ana Vətən Partiyasının sədri Məsud Yılmazı, baĢ nazirin
müavini Ərdal Ġnönünü və xarici iĢlər naziri Hikmət Çətini qəbul etdi. (Yeri gəlmiĢkən, bu gün
xarici iĢlər nazirləri Tofiq Qasımovla Hikmət Çətin Türkiyənin Azərbaycana 250 milyon dollar
kredit verməsi haqqında müqaviləni imzaladılar).
Noyabrın 3-ündə prezidentlər Ankaradan təyyarəylə Kayseriyə uçdular. Onları Süleyman
Dəmirəl, Türkiyə nazirləri, millət vəkilləri və baĢqa rəsmi Ģəxslər yola saldılar. 40 dəqiqədən
sonra Kayseri hava limanında endilər. Buradan maĢın karvanı Erciyəz Universitetinə yollandı.
../../images/Arxiv/1992_1103_Kayseri04.JPG
Polkovnik Oqtay Məmmədov öz kitabında yazır:
"Protokola görə, biz Kayseri hava limanında yerə enməli, 18 km-lik məsafəni qət edərək
Kayseri Universitetinə getməli, orada Elçibəyə universitetin fəxri elmlər doktoru adı verilməsi
ilə əlaqədar təĢkil olunmuĢ tədbirdə iĢtirak etməli idik. […] Bütün bu tədbirin keçirilməsi üçün,
protokola görə, 2 saat vaxt ayrılmıĢdı. Bəri baĢdan onu da qeyd edim ki, təkcə hava
limanından universitetin binasına qədər olan məsafəni qət etməyə 2 saatdan çox vaxt sərf
etdik. 500.000-ə yaxın əhalisi olan Kayseri Ģəhərində həmin gün Elçibəyi qarĢılamağa Ģəhərin
əhalisinin sayından 2 dəfə çox adam çıxmıĢdı. Hava limanından universitetin binasına qədər
olan bu 18 km-lik yolda adam əlindən tərpənməyə imkan yox idi. Demək olar ki, hər 50
metrdən bir Elçibəyin və rəhmətlik T.Özalın mindiyi maĢın saxlanılır və qurban kəsilirdi. […]
Onlarla öküz, dana, yüzlərlə qoyun qurban kəsilirdi Əbülfəz Elçibəyin ayaqları altında"
("Elçibəy ilə otuz il", s.57-58).
Ədalət Məmmədov danıĢır ki, hava limanından universitetə gedilən zaman mən maĢında Vəfa
Quluzadə və bir türk naziriylə əyləĢmiĢdim. Nazir Vəfa Quluzadəyə danıĢırdı ki,
Türkiyədə hələ
heç bir dövlət baĢçısı bu cür təntənəylə, xalq sevgisiylə qarĢılanmayıb. Yalnız Ġran Ģahı
gələndə, bir də indi yollar bu cür baĢdan-baĢa insanla dolub. Ancaq Ģah gələndə camaatı yola
çıxmağa məcbur etmiĢdilər, onlar da Ģahı kartof, pomidor, yumurta yağmuruna tutmuĢdular.
Elçibəyi qarĢılamağasa 7-dən 77-yə hamı sevinclə, ürəyində sevgiylə gəlib!
Oqtay Məmmədov bu səfərlə bağlı maraqlı bir fakt da açıqlayır. O bildirir ki,
bu səfər barədə
Azərbaycan xalqına heç bir məlumat verilmədi. Elçibəyin Türkiyə səfəri zamanı çəkilmiĢ 3
ədəd videokaset "radio-televiziya komitəsinin arxivində toz basaraq qaldı və mənə məlum
olduğuna görə, sonradan Babək Hüseynoğlunun vaxtında müəmmalı Ģəkildə yoxa çıxdı.
1996-cı ildə Azərbaycan televiziyası ilə H.Əliyevin Naxçıvan səfərinə baxırdım. Birdən beynimə
qəribə bir fikir gəldi. H.Əliyevin bu səfəri Elçibəyin Kayseri səfərinə çox bənzəyirdi. Sadəcə,
fərq onda idi ki, Bəyin səfəri zamanı hadisələr öz axarı ilə gedir və təbiiliyi ilə, insanlar isə öz
səmimiyyəti ilə diqqəti cəlb edirdi. Lakin H.Əliyevin Naxçıvan səfərində rejissor əli açıq-aydın
hiss olunurdu və mənə elə gəldi ki, həddindən artıq güclü imkanlar verilmiĢ bu rejissor 100
faiz Əbülfəz Elçibəyin Kayseri səfərinin videokasetinə baxıb"
("Elçibəy ilə otuz il", s.60).
Vaxtilə Turqut Özal da Erciyəz Universitetində təhsil almıĢdı. Hava limanından baĢlayan bir
saatlıq yol boyu onları qarĢılamağa çıxmıĢ insanlardan heç yan görünmürdü. Üstüaçıq
maĢında gedən Əbülfəz Elçibəylə Turqut Özalın - türk dünyasının iki böyük və əzəmətli
qardaĢının baĢına uca binalardan minlərcə insan qızılgül ləçəkləri səpirdi.
Dostları ilə paylaş: |