diktator yadıma düĢür. Bunlar xalqın baĢını kəsən cəlladlardır. Bunların hamısı bir
tipdir. Mən eĢidəndə ki Səddam ərəbin dördünün baĢını kəsdi, ərəbin Ģairini öldürdü, ərəbin
alimini hovuza atıb boğdurdu, Stalin yadıma düĢür - bizim Ģairlərimizi, yazıçılarımızı da o
beləcə məhv edirdi. Eyni adamlardır bunlar. Mən onları sevə bilmərəm!
Mən dövlətin xarici siyasətini bu prinsipə yönəldirdim. Çinlə siyasətimiz soyuqdu. Mən
deyirdim ki, Çində 40 milyon türk var. Bəs niyə onlara azadlıq vermirsən? Vermirsənsə sənə
düĢmənəm. Sən mənim millətimi zəlil etmisənsə mən səninlə necə dost ola bilərəm? Tehran
rejiminə mən niyə düĢmənəm? Çünki 30 milyon Azərbaycan türkünü əzab-iĢgəncə içində
saxlayır. Mən onunla necə dost ola bilərəm? Millətimin baĢını kəsən adamla dost olmaq
mümkündürmü? Ona görə də deyirdim ki, bu dövlətlər bizə düĢməndir, onlarla o zaman dost
olaram ki, mənim millətimə azadlıq versin. Niyə Yaponiyayla iĢim yoxdur? Çünki o, mənim
türk millətimi əzmir, əsarətdə saxlamır, heç bir yerdə çıxıb demir ki, bu azərbaycanlı belədir,
bu millətə müstəqillik lazım deyildir. Niyə də dostluq etməyim bu dövlətlə?
Bir də var bitərəf ölkələr. Onların nə dostluğu, nə düĢmənliyi bəlli olmadığından belələrini
zamanın öhdəsinə buraxıb müəyyən edəcəyik. Diplomatik əlaqəmiz yaxĢı olacaqsa dost
olacağıq. Yox, olmazsa elə bitərəf qalacağıq.
Qəribədir, biz Ermənistanla düĢmənik, müharibə aparırıq. Yunanıstan da Ermənistana
köməklik edir. Mən onunla - düĢmənimi müdafiə edən bir dövlətlə necə dost ola bilərəm?
Artıq o, mənim düĢmənimdir. Sadəcə, çalıĢaq ki, düĢmən olmayaq. Buna görə də
Yunanıstanla mənim münasibətim həmiĢə soyuq olub. Qoy çıxıb desin ki, bizimçün
Ermənistan da, Azərbaycan da eynidir. Yoxsa bir tərəfi müdafiə edib, obiri tərəfi söyəcəksə,
türkə düĢmənçilik edəcəksə onunla dostluğum tutmaz"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə
söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.43-48).
Bu siyasətin özəyində duran ən önəmli məsələlərdən biri də Azərbaycanın torpaq
bütünlüyünü qorumaq, baĢqa sözlə, Qarabağ problemini biryolluq çözməkdi. Sentyabrın 3-
ündə Qazaxıstan prezidenti N.Nazarbayev Ermənistanla Azərbaycan arasında hərbi
əməliyyatların dayandırılması barədə bəyanat verdi. Ġlk baxıĢdan bunu Azərbaycanın sərt
mövqedən geri çəkilməsi kimi dəyərləndirənlər yanılırdı - artıq avqust ayının sonunadək bütün
könüllü batalyonların Milli Orduya tabe etdirilməsi baĢa çatdırılmıĢ və orduda nizam-intizamın
ciddi Ģəkildə gücləndirilməsinə baĢlanmıĢdı. AtəĢin dayandırılması beynəlxalq təzyiqlərin
nəticəsi görüntüsünü yaratsa da Azərbaycan itirdiyi torpaqları güclə geri qaytarmaqçün
həlledici əlveriĢli məqama hazırlaĢırdı.
Hərbi quruculuqla yeni dövlət orqanlarının yaradılması prosesi qoĢa addımlayırdı. 3
sentyabrda "Azəriqaz" Dövlət ġirkəti yaradıldı.
Dövlət müstəqilliyinin baĢlıca əlamətlərindən biri də onun öz gömrük sisteminin
mövcudluğudur. Ġndiyədək Azərbaycanda belə MÜSTƏQĠL dövlət institutu olmadığına görə
Elçibəy hakimiyyəti onu özüldən yaratmağa məcburdu. 4 sentyabrda Bəy "Azərbaycan
Respublikasında gömrük nəzarətini təmin etmək tədbirləri haqqında" fərman verməklə hər
Ģeydən öncə ölkə sərvətlərinin xaricə daĢınmasının qarĢısını almaq və ümumən ölkənin
gömrük sistemini formalaĢdırmaq yolunda ilk ciddi addım atdı.
"ĠNSAN DÖVLƏT ÜÇÜN DEYĠL, DÖVLƏT ĠNSAN ÜÇÜNDÜR"
Prezident Elçibəyin dilindən çıxmıĢ bu sözlər qurmaqda olduğu dövlətə onun hansı mənəvi
meyarla yanaĢdığını göz önündə sərgiləyir. "Həyat" qəzetində dərc edilmiĢ (3 sentyabr) eyni
baĢlıqlı müsahibəsi bir çox baxımdan maraq doğurur.
Öncə Qarabağ problemiylə bağlı sorğunu cavablandıran Bəy ilk dəfə olaraq belə fikir irəli
sürürdü ki, biz Azərbaycanla Ermənistan sərhədində beynəlxalq təĢkilatların qüvvələrinin,
Dağlıq Qarabağdasa müĢahidəçilərin yerləĢdirilməsinə razıyıq. Bununla əslində Elçibəy açıqca
bildirirdi ki, Qarabağ məsələsinin həllinə beynəlxalq qüvvələri cəlb etməklə Rusiyanın bu
məsələdə ağalıq etmək niyyətinin qarĢısını almaq istəyindədir.
Bu fikrin ardınca Azərbaycanın mənafeyini tam əks etdirən daha aydın və cəsarətli, hər hansı
siyasi riyakarlıqdan uzaq (özündən sonrakı hakimiyyət dövründəsə büsbütün unudulmuĢ)
baĢqa bir tezis irəli sürürdü: "Yuxarı Qarabağın statusunun qaytarılması məsələsinə gəldikdə
isə, buna uyğun status Ermənistandan qovulmuĢ azərbaycanlılara da verilməlidir. Yalnız bu
halda nə isə danıĢıb razılaĢmaq olar"! Prezident Elçibəyi neçə illər "qətiyyətsiz", "bacarıqsız"
adlandıranlar onun bu qətiyyətli, sarsılmaz mövqeyiylə indi Qarabağa "ən yüksək status"
boyun olaraq ermənilərə yalvarılması arasındakı səviyyənin fərqinə diqqət yetirsələr, məncə,
ən yumĢaq halda, qızarmalı olacaqlar. Bəyi bu cür cəsarətli edən baĢlıca amil ermənilər
üzərində hər baxımdan mövqe üstünlüyümüz, ordumuzun gündən-günə qazandığı
qələbələrdi. O, hakimiyyətini qorumaq xatirinə ruslarla da, ermənilərlə də hər hansı bazarlıq
yapmaq niyyətindən uzaqdı!..
Ölkədə insan azadlığı və demokratiyanın bərqərar olmasını dövlət quruculuğunun baĢlıca
məqsədi sayan Bəy bildirirdi ki, bizdəki indiki dövrü demokratik cəmiyyət quruculuğunun
baĢlanğıcı saymaq olar. "Demokratiyanın ilk atributları: söz azadlığı, fikir azadlığı, mətbuat
azadlığı var. [...] Mən mətbuatın üzərinə hər hansı qadağanlar qoyulmasının əleyhinəyəm.
Azad mətbuat olmayan ölkədə heç bir demokratik cəmiyyət qurmaq olmaz".
Yeni partiyaların yaradılması məsələsinə toxunan Bəy bu prosesi dəstəklədiyini göstərirdi.
Yürüdülən kadr siyasətiylə bağlı olaraq prezident dedi ki, bu sahədə biz iki prinsipə üstünlük
veririk. Birincisi, məsul vəzifəyə qoyulan Ģəxs məfkurəsi, əqidəsiylə müstəqil Azərbaycan
dövlətçiliyini qəbul etməli və bu çətin vəzifə baxımından psixoloji gərginliyə, hər cür çətinliyə
hazır olmalıdır. Ġkincisi, həmin Ģəxs təyin olunduğu iĢin spesifikasını bilməlidir. Biz çevik kadr
siyasəti yeridəcəyik. Kadr öz iĢinin öhdəsindən gələ bilmirsə, düzgün təyin olunmayıbsa onu
mütləq dəyiĢdirəcəyik.
Bu sözlərin səmimiliyinə Ģübhə etmək insafsızlıq olardı. Doğrudur, Elçibəy iqtidarı zamanı
yerinə düĢməyən, əhalinin və hakimiyyətin özünün inamını doğrultmayan bir çox kadrlar
vəzifəyə qoyulmuĢdu, ancaq onlar ümumi kadr kütləsinin ən çoxu 25-30 faizini təĢkil edirdi və
onların dəyiĢdirilməsinə ciddi hazırlıq görülmüĢdü, ancaq devriliĢ bunu gerçəkləĢdirməyə
imkan vermədi. Həm də unutmaq gərək deyil ki, kadrlar vəzifəyə RÜġVƏTSĠZ təyin edilir,
onların BÖLGƏ və SĠYASĠ MƏNSUBĠYYƏTĠ, demək olar ki, nəzərə alınmırdı - Azərbaycanın
bütün rayonlarının və iqtidar-müxalifətliyindən asılı olmayaraq bütün siyasi qüvvələrinin
nümayəndələri məsul vəzifələrə irəli çəkilirdi. BaĢqa sözlə, hakimiyyət bütün xalqı təmsil
edirdi!
"-Bizim kadrlarımız doğrudanmı səriĢtəsizdilər?
-Xeyr, elə deyil. Ola bilsin ki, dövlətin müəyyən mexanizmlərini köhnə üsullarla idarə etməkdə
Heydər Əliyev məndən səriĢtəlidir, bunu qəbul edirəm. Ancaq yeni dövlət qurmaqda və onu
demokratik üsullarla idarə etməkdə mən Heydər Əliyevdən on qat səriĢtəliyəm! Bu, bir.
Heydər Əliyevin indiki kadrlarıyla müqayisədə bizimkilər hər baxımdan yüz dəfə üstündür -
həm demokratik idarəçilikdə, həm vicdanlılıqda, həm dövlətçiliyə sədaqətdə, həm də mənəvi-
əxlaqi təmizlikdə. Bunların kadrı yoxdur. Qoy 10 nəfər kadr bunlar çıxarsın, 10 nəfər də mən,
oturub üz-üzə söhbət etsinlər. bunlar idarəçilik nədir bilmirlər; yalnız onu bilirlər ki, rüĢvət alıb
rüĢvət versinlər, vəzifələrini saxlasınlar, kim güclüdürsə ona yaltaqlanıb kim zəifdirsə onu
əzsinlər. Vəssalam. Sistemləri budur. Bunlara "kadr" deyəndə mənim gülməyim gəlir. ÇağdaĢ
elmə azca da varsa yiyələnmiĢ adamlar bunları kadr sayırsa vay bu millətin halına, yazıqlar
olsun bu xalqa! Bunlar kadr deyil, aĢağıdan oğurlayıb yuxarı ötürən bir sürü oğru
dəstəsidir. Yuxarı çığıranda "ləbbeyk" deyirlər, aĢağını da döyürlər, əzirlər.
Minlərcə belə heyvərə hökumət olub dünyada. Buna "cahil cəmiyyət" və "cahil hökumət"
deyirlər. Bizim iqtidar dövründəsə Ģüurlu cəmiyyət vardı. Bu cəmiyyətin içindən yararlı bir
təbəqə seçilmiĢdi. Onlar yeni, azad, müstəqil dövlət qurmaq istəyən namuslu, fədakar
vətəndaĢlardı. Vətəni hədsiz sevirdilər, onun yolunda ölümə hazırdılar, azadlığı hər Ģeydən
üstün tuturdular, onun uğrunda məqsədyönlü mübarizəyə giriĢmiĢdilər. Onlar Ģüurlu,
yaradıcı, təĢəbbüskar, təmiz niyyətli insanlardı və baĢlanğıcda təcrübələri hələ yetərincə
olmasa da cəmiyyəti ləyaqətlə idarə etməyə baĢladılar.
Bəs sonra nə oldu? Bizi daxili və xarici güclər aradan götürdülər, baĢqa yerdən cəmiyyətə
üstqurum gətirdilər və həmin üstqurum baĢladı bazisi əzməyə, onu Ģüursuz, qorxaq etməyə,
alçaltmağa, vətəni satmağa təhrik etməyə. Onlarla bizim baĢlıca fərqimiz, bax, budur.
Biz indi yenidən bu cəmiyyətin içərisinə gedib onun keçmiĢ mübariz ruhunu qaytarmalı, onu
yenidən Ģüurlu, mübariz vətəndaĢlar taplumuna çevirməli və onun inkiĢafına mane olan
çürümüĢ, rüĢvətxor üstqurumu götürüb atmalıyıq
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.75-76).
Yeni dövlət quruculuğunun təbii və məntiqi nəticəsi olaraq DÖVLƏTÇĠLĠK ġÜURUNUN BƏRPA
EDĠLDĠYĠNĠ göstərən Bəy insanların öz dövlətini qurmasını və onu qorumasını öz-özlüyündə
YENĠ MƏNƏVĠYYATIN FORMALAġMASI, insanın öz-özünə, öz imkanlarına qiymət verməsi
kimi dəyərləndirirdi. O qürurla, sevinclə bildirirdi ki, biz qısa müddətdə "vəzifə kultu"nu,
"dövlət qulluqçusu" mifini qıra bilmiĢik. "Adamlar vəzifəli adama qorxunc, nə isə eləyə bilən
bir varlıq kimi yox, onların hüquq və tələbatlarının tənzimçisi, təminatçısı kimi, onları
dinləməyə və kömək etməyə borclu olan bir adam kimi baxırlar". Mən necə də istərdim ki,
özünü dünyanın ən dahi, ən bacarıqlı siyasətçisi sayan, özünü xalqın xilaskarı adlandıran
baĢqa prezidentlər də "səriĢtəsiz" Elçibəyin bu sözlərini təkrarlamaq qüdrətində olaydılar!..
Xarici siyasətimiz "indi-indi formalaĢmağa baĢlayıb" söyləyən Əbülfəz bəy bu sahədəki
problemlərə də toxunurdu.
Bu müsahibədəki bir mətləbə xüsusi diqqət yönəltmək istəyirəm. Naxçıvandakı vəziyyətdən
söz açan Bəy deyirdi:
"Son dövr Türkiyənin Naxçıvana yardımı ilə əlaqədar söz-söhbət gəzir
ki, GUYA NAXÇIVAN SƏRBƏST SĠYASƏT YERĠDĠR və Azərbaycan rəhbərliyi ilə hesablaĢmır.
Bu söz-söhbətlərin əsası yoxdur. Naxçıvan rəhbərlərinin respublikada yaranmıĢ vəziyyəti
düzgün qiymətləndirib əhalinin təminatı üçün atdığı addımlara qısqanclıqla yanaĢmaq düzgün
deyil, bu addımlar təqdir edilməlidir".
Heydər Əliyevsə o zaman Naxçıvan rəhbərliyinin nəinki "sərbəst", hətta MÜSTƏQĠL siyasət
yürütdüyünü 30 oktyabr 1996-da Naxçıvandakı bir görüĢündə bütünlüklə təsdiqləyib. Özünün
Naxçıvan rəhbəri iĢlədiyi illəri nəzərdə tutan H.Əliyev bunları söyləmiĢdi:
"Görürsünüz,
Naxçıvanda sağlam qüvvələr MÜSTƏQĠLLĠK, AZADLIQ (?!. - Ə.T.) uğrunda mübarizə
aparırdılar. NAXÇIVANIN MÜSTƏQĠLLĠYĠNĠ DƏ DÜNYAYA NÜMAYĠġ ETDĠRDĠLƏR.
Naxçıvanda baĢ vermiĢ siyasi hadisələr AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠ ÜÇÜN YOL AÇDI (?!.
- Ə.T.)"
("Azərbaycan" qəzeti, 2 noyabr 1996).
Azərbaycanın iki rəhbərinin söylədiyi bu iki fikir arasındakı məzmun fərqinin böyüklüyü daha
çox onların söyləndiyi vaxtın səciyyəsiylə izah edilə bilsə də bircə Ģey göz önündədir -
sonralar Elçibəyə qarĢı irəli sürülən ittihamlardan biri də onun Naxçıvanın "sərbəst" siyasət
yürütməsinin qarĢısını almamasıdır. Ancaq həmin ittihamı irəli sürənlər, məncə, bir sıra
obyektiv amilləri gözdən qaçırırlar. Birincisi, doğrudan da, Naxçıvan Bakı hakimiyyətinə,
yumĢaq desək, laqeyd yanaĢır, öz nazirlərinin, rayon icra baĢçılarının Bakıdan təyin
edilməsinin qarĢısını alır, mərkəzi hökumətin və parlamentin qərarlarını qulaqardına vururdu
və bunu mərkəzi hakimiyyətə itaətsizlik kimi dəyərləndirmək də mümkündür. Ancaq iĢ
burasındadır ki, vur-tut bir neçə aylıq Elçibəy iqtidarı, təbii ki, hələ Azərbaycanın yeni
Konstitusiyasını qəbul etməmiĢdi (çünki bu, təsəvvür edildiyindən qat-qat çətin və vaxt
istəyən bir iĢdi), ona görə də qüvvədə olan Azərbaycan SSR Konstitusiyasının müddəalarıyla
mövcud gerçəklik arasında təzadlar yaranmıĢdı və bu deyilən Azərbaycanın mərkəzi
hakimiyyətiylə Naxçıvan hakimiyyəti arasındakı səlahiyyətlər bölgüsündə xüsusən qabarıq
Ģəkildə üzə çıxırdı, H.Əliyevsə bu qanun boĢluğundan çox bacarıqla yararlanırdı. Əbülfəz
Elçibəysə təkcə bu məsələdə yox, ümumən hər bir iĢdə demokratik prinsiplərin gözlənilməsini
tələb edir, ölkədə gerçəkdən də QANUNUN ALĠLĠYĠ mühiti yaratmağa var gücüylə can atırdı.
Ġkincisi də, tutalım qanun baxımından hər Ģey yerli-yerindəydi və bircə qalırdı H.Əliyevi
"intizama dəvət etmək".
SoruĢuram: bunu kim edəcəkdi? ġəxsən prezidentmi? Əlbəttə, yox. Bəs kim? Əlbəttə, dövlət.
Bax, burada məsələ qəlizləĢir, çünki demokratiyanı cəmiyyətin ali neməti saydığına görə
"dövlət mənəm" düĢüncəsinə bir prezident kimi düĢmən kəsilən Bəy güclü dövlət qurmaqçün
hər bir qurumun, hər bir vəzifə adamının birbaĢa öz səlahiyyətlərini yerinə yetirməsinə
çalıĢırdı. Ancaq onun arzusunun tam gerçəkləĢməsi illər tələb edən uzun prosesdi və hələ o
dövlət bir sistem olaraq ortalıqda yoxdu, fəaliyyət göstərənsə onun zəif rüĢeymiydi. Güc
nazirliklərinin baĢçıları onun prezidentliyə baĢlamasından öncə təyin edildiyinə görə dövlət
maraqlarını qorumaqçün güc tətbiq etmək imkanları xeyli məhdudlaĢan (unutmayaq ki,
H.Əliyevin özü güc qurumları üzərində tam nəzarətə ən azı iki ildən sonra yiyələnə bildi)
Əbülfəz Elçibəyin onun dövlət quruculuğu siyasətini həyata keçirmək gücündə olan
komandası yoxdu. Əslində "düĢmən bağrı yarmaq" funksiyası daĢıyan bir sıra təcrübəsiz
silahdaĢlarını çıxdıqdan sonra bu "komanda" baĢlıca olaraq, dövlətə sədaqəti ciddi Ģübhə
doğuran ünsürlərdən formalaĢmıĢdı ki, onlar da öz Ģəxsi mənafelərini nəzərə alaraq bir çox
hallarda prinsipsizlik göstərir, sərt məqamlarda geri çəkilir, gözləmə mövqeyi tutur, hətta
dövlətin düĢmənləriylə gizli alverə də girirdilər. Buna görə də istənilən sonluğu verəcəyinə
inanılmayan yarımçıq tədbirlərin səmərəsiz nəticələriylə dövlətin nüfuzunu zərbə altında
qoymaq istəməyən prezident bir çox məsələlərdə, təbii ki, çəkingənlik göstərməyə məcburdu.
Həm də o, ölkə içində sabitlik yaratmağı xarici siyasətdəki uğurların baĢlıca Ģərti kimi
dəyərləndirdiyinə görə cəmiyyətdə qarĢıdurmalara yol verməməyi məqsədəuyğun sayırdı.
TETÇER TARĠXĠ YANLIġLIĞINI ANLADI
Əbülfəz bəy Böyük Britaniyanın keçmiĢ baĢ naziri Marqaret Tetçerə həmiĢə xüsusi ehtiramla
yanaĢıb. 20 Yanvar qırğınını düzgün dəyərləndirməyən BuĢ, Mitteran, Özal kimi dünya
siyasətçilərinə etiraz bildirən Bəy dərin bir təəssüflə göstərirdi ki,
"hətta həddən artıq hörmət
və rəğbət bəslədiyim xanım Tetçer Qorbaçovun əmrini bəyənmiĢdir!"
.
Sentyabrın 7-sində həmin Marqaret Tetçer Azərbaycan prezidenti Əbülfəz Elçibəyin dəvətiylə
Bakıya gəldi. "BritiĢ Petroleum" neft Ģirkətini təmsil edən "dəmir ledi"nin gəliĢində baĢlıca
məqsəd bu Ģirkətin Azərbaycanla əlaqələrini qurmaqdı.
../../images/Arxiv/1992_0907_Tetcer.JPG
Hava limanında parlament baĢçısının və digər
yüksək vəzifəli dövlət adamlarının qarĢıladığı baronessanı saat 17.30-da prezident Əbülfəz
Elçibəy qəbul etdi. Bu, hər baxımdan tarixi bir görüĢdü. Elçibəyin öndərliyiylə azadlıq
mücadiləsinə qalxmıĢ bir xalqı vəhĢi ordunun gülləbaran etməsini 2 il yarım öncə
ekstremistlərin qanunauyğun cəzalandırılması sayan Tetçer ozamankı çarpıĢmanın
demokratiya və azadlıq savaĢı olduğunu sübuta yetirmiĢ qalib sərkərdənin qonağıydı! 2 il
yarım öncə az qala göz yaĢları içində boğulan Elçibəyin
"Babalardan əziz bir yadigar kimi
qalan Vətən eĢqini köksündə gəzdirən azərbaycanlılar AZADLIĞIN iĢığına doğru durmadan
yürüyəcək! Bu yürüĢü dünyada heç bir qüvvə saxlaya bilməyəcək!"
hayqırtısına onda bəlkə
də kinayəli təbəssümlə yanaĢan qonağa indi öz xalqının qüdrətini və iradəsini nümayiĢ
etdirən Bəy onu öz tarixi yanlıĢlığıyla üzbəüz qoydu...
Prezidentlə Tetçerin görüĢünə 40 dəqiqə ayrılmıĢdı, ancaq söhbət o qədər maraqlı və səmimi
oldu ki, 1 saat 50 dəqiqə çəkdi.
Gənc dövlətimizin müstəqil xarici əlaqələrinin dünyanın demokratik ölkələriylə qurulacağının
göstəricisi olaraq həmin axĢam Azərbaycan hökumətiylə "Bi-Pi / Statoyl" alyansı arasında
"Çinar" yatağının və "ġahdəniz" sahəsinin imkanlarını müəyyənləĢdirmək barədə saziĢ
imzalandı (dövlət müĢaviri Sabit Bağırov və Ģirkət prezidenti Con Braun). Bu, Azərbaycanın
xarici ölkələrlə neft üzrə əməkdaĢlığı sahəsində ilk ən ciddi addımıydı və hər Ģeydən öncə,
Britaniyanın Azərbaycanın müstəqilliyinə verdiyi güclü mənəvi-siyasi dəstəkdi.
Onu da bildirim ki, Azərbaycan tərəfdən saziĢi imzalamağı Sabit Bağırova prezident Əbülfəz
Elçibəy özü tapĢırmıĢdı. Görünür, prezident tezliklə yaradılacaq Azərbaycan Dövlət Neft
ġirkətinin rəhbərliyini də ona tapĢıracağını artıq özlüyündə qərara alıbmıĢ, buna görə də fərqli
imzaların sonra yarada biləcəyi problemlərin qarĢısını elə indidən almağı düĢünüb. Doğrudan
da, bir neçə gün sonra - 13 sentyabrda ARDNġ yaradıldı və Sabit Bağırov Elçibəyin fərmanıyla
onun prezidenti təyin edildi.
SaziĢin imzalanmasından sonra "Gülüstan" sarayında hörmətli qonağın Ģərəfinə ziyafət verildi.
Prezident Elçibəy və Tetçer qısa nitq söylədilər. Üzünü Elçibəyə tutan xanım Tetçer dedi ki,
"hələ soyuq müharibə dövründə Sizin kimi adamlar dünyanın düzəlməsiyçün həyatları
bahasına çətin mübarizə aparırdılar. Tarixi, Ģəxsiyyətlər irəli aparır"
.
Ertəsi gün - sentyabrın 8-ində M.Tetçer Bakının görməli yerlərini gəzdi, sadə adamlarla
görüĢdü. Sıravi insanların azadlıq sevgisi onu xüsusən razı saldı və o, azadlığı qorumaqçün
demokratiyanı dərinləĢdirməyi tövsiyə etdi.
"Xanım Tetçer Bakıda olarkən küçələri gəzdi ki, xalqla danıĢsın. O, mənə dedi ki, küçələrdə
adamlarla söhbətimdə onların azadlığı dərk etdiyini və sevdiyini gördüm; özüm küçəni
dəyiĢdim ki, bəlkə bunlar öyrədilmiĢ insanlardır, gözlənilmədən baĢqalarıyla danıĢdım,
gördüm ki, onlar da eyni sözü deyir. Mən inandım ki, Azərbaycan xalqı azadlıq ideyasını tam
mənimsəyib. Demokratiya idealını da tam mənimsəsə onda bu xalqa zaval yoxdur. Ġndi xalqı
məhz demokratiyaya yiyələndirmək gərəkdir"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. -
"Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.28).
Həmin gün vətəninə dönən xanım Tetçer Bəyə yazmıĢdı:
"Hörmətli prezident! Sizin mənə
göstərdiyiniz qonaqpərvərliyə görə çox sağ olun. Mən bunu heç vaxt unutmaram. Bütün
bunlardan əlavə, mən Sizinlə dünyanın problemləri və onların həll edilməsi haqqında
apardığım danıĢıqlardan çox məmnun oldum. Sizin ölkəni daha yaxĢı tanımaqdan ötrü mən
Azərbaycana yenə də qayıdacağam"
.
Sanki gözəgörünməz bir əl prezidentin dövlətin nüfuzunu qaldırmaq yolunda gördüyü iĢləri
urvatsız etməkçün səfərbər olundu.
Elçibəy iqtidarında Mühafizə BaĢ Ġdarəsinin rəis müavini iĢləmiĢ polkovnik Oqtay Məmmədov
özünün "Elçiəy ilə otuz il" (Ġstanbul, 1999) kitabında yazır:
"Marqaret Tetçerin iqamətgahdan
saat 12-də deyil, 13-də ayrılacağını düĢünən bədxahlar Prezident Aparatı qarĢısında bir
tamaĢa hazırlamıĢdılar. Saat 13-də Prezident Aparatının qabağına beĢ ədəd yük maĢını gəldi.
MaĢınların kuzovunda 18 ədəd eyni formalı və eyni qara rəngli parçaya bükülmüĢ tabut var
idi. Eyni zamanda 100-150 adam peyda oldu və onlar Prezident Aparatına hücum etdilər.
Ġçərilərində çox fəallıq göstərən 3 qız da var idi. Bu üç qızdan birinin anası hal-hazırda millət
vəkilidir və indiki iqtidarın etibar etdiyi adamlardan biridir. […] Bu zaman mənə məlumat gəldi
ki, tabutların əksəriyyəti boĢdur. Camaat da artıq sakitləĢmiĢdi. TəĢkilatçılar oradan uzaqlaĢıb
müxtəlif yollarla Yasamal rayonunun keçmiĢ Xalq Nəzarəti Komitəsi sədrinin evinə tərəf
gedirdilər. […] Bu hadisədən müəyyən müddət keçmiĢdi. Bir gün Respublika Sarayında tədbir
keçirilirdi. Rəhim Qazıyev, Ġsgəndər Həmidov və mən istirahət otağında oturub çay içirdik.
Söhbət əsnasında Rəhim dedi ki, tabutları Prezident Aparatının qarĢısına gətirilmiĢ 18
nəfərdən 6-sı heç ölməyib, hal-hazırda Beyləqanda hərbi hissədə xidmət edirlər.
O zaman bu tamaĢa Azərbaycanın bədxahları tərəfindən Marqaret Tetçer üçün hazırlanmıĢdı"
(s.47-48).
Bu hadisəni keçmiĢ dövlət müĢaviri Arif Hacıyev'sə belə xatırlayır:
"Marqaret Tetçerin Bakıya
səfəri çox ciddi bir hadisəydi və Azərbaycanın daxili müxalifəti bu hadisəyə kölgə salmağa
çalıĢırdı. Təsadüfi deyil ki, Tetçerin Bakıda oluğu günlərdə bəzi Ģəhidləri Gəncədən Bakıya -
Prezident Aparatının qarĢısına gətirmiĢdilər və öyrədilmiĢ bəzi adamlar bilavasitə Prezident
Aparatına girməyə cəhd göstərmiĢdi. Yük maĢınında gətirilmiĢ həmin Ģəhidlərin hamısı
ġəhidlər xiyabanında dəfn edildi və çox maraqlıdır ki, indi də onların qəbirlərinin üzərində
"naməlum" sözü durmaqdadır, yəni bugünədək bilinmir ki, onlar hansı hərbi hissədə xidmət
edib, harada Ģəhid olub. Ona görə də buradan bir çox ciddi Ģübhələr yaranır. Həmin dövrdə
bir neçə Ģəxs həbs olunmuĢdu və aydınlaĢmıĢdı ki, o Ģəhidləri gətirən adamların nəinki
Ģəhidlərə, heç müharibəyə də aidiyyatı yoxdur, onları Bakının özündə öyrədiblər… Bu, yəqin
ki, hərbi müxalifətin iĢiydi. O vaxt ġadman Hüseynovun da adını çəkirdilər, ancaq bu iĢi
bilavasitə onun təĢkil edib-etməməsi haqqında məndə məlumat yoxdur".
Oqtay Məmmədov yazır: "1992-ci ilin axırlarından həm Ġngiltərə, həm də ABġ-ın mövqeyində
Azərbaycana qarĢı bir isti yanaĢma hiss olunmağa baĢladı. Hətta bütün münaqiĢə dövrü
ərzində həmiĢə Ermənistanı dəstəkləyən Fransanın mövqeyində də yumĢalma hiss olunurdu.
Bütün bu məsələlərin həllində Marqaret Tetçerin Bakı səfərinin də müəyyən rolu olmuĢdu"
("Elçibəy ilə otuz il", s.46).
Təəssüf ki, hətta rəsmi dövlət qəzeti (!) "Həyat" da bu hadisəni Azərbaycanın mənafeyinə
uyğun Ģəkildə geniĢ təbliğ etməkdənsə ona dodaq büzdü. Prezident Aparatında keçirilən
Tetçerin Azərbaycana səfərinin nəticələrinə dair mətbuat konfransından hesabat verən
müxbir heyrətdoğurucu bir nadanlıqla yazırdı:
"Əgər Tetçer prezidentin Ģəxsi qonağıdırsa,
səfərin heç bir iqtisadi, siyasi və hüquqi nəticəsi yoxdursa (?! - Ə.T), "BritiĢ Petroleum" Ģirkəti
ilə bağlanan müqavilə yalnız danıĢıqlardan ibarətdirsə (?! - Ə.T) buna konfrans həsr etməyə
dəyərdimi?" ("Mətbuat konfransı: bilmədik nəyə çağırılmıĢıq"
- "Həyat" qəzeti, 10 sentyabr
1992).
Nə yazıqlar ki, Əbülfəz bəyin az qala bütün iĢləri beləcə urvatsız edilərək gözdən salınırdı...
HACI ƏBDÜL VƏ BAġQALARI...
Prezidentin 100 günü ərəfəsində "Sorğu" sosioloji tədqiqat mərkəzi ictimai rəy sorğusu
keçirmiĢdi. "Siz Əbülfəz Elçibəyin və onun komandasının fəaliyyətini necə qiymətləndirirsiniz?"
sualına hərbi sahə 61,4, xarici siyasət 52,8, xalq təhsili 45,4, dövlət quruculuğu 41,7 faiz
müsbət qiymət almıĢdı. Bu, əslində Elçibəyin vur-tut 3 aylıq hakimiyyətinə verilən yüksək
qiymətdi.
Görünür, bu amil və dünyanın ən hörmətli siyasətçilərindən biri olan Tetçerin ölkəmizə gəliĢi,
Azərbaycan - Ġngiltərə münasibətlərinin qlobal siyasətin elementlərindən birinə çevrilməsi bir
çox dairələri ciddi rahatsız edirdi. Məsələn, Tetçerin gəliĢi ərəfəsində Hacı Əbdül bir dəstə
adamla Xızı rayon icra hakimiyyəti binası qarĢısında piket keçirir, icra baĢçısını qovaraq onun
yerində əyləĢməyə çalıĢırdı. O, iddia edirdi ki, hələ A.Mütəllibov çağında icra baĢçısı təyin
edilib və indi "ədalət zəfər çalmalıdır". Bu, hakimiyyəti açıq-aĢkar münaqiĢəyə cəlb etmək,
baĢqa yerlərdə də bənzər durumlar yaratmaq məqsədi güdürdü, ona görə də daxili iĢlər naziri
Hacı Əbdülü həbs etməyə məcbur oldu.
Elə bu vaxt Bakıda və baĢqa yerlərdə guya Ağdamın ermənilərə təhvil verilməsi haqqında
Ģayiələr yayılmağa baĢladı. Nizami Süleymanovun maliyyələĢdirdiyi və onu təbliğ edən
"AxtarıĢ" qəzeti "Xalqın səsi - haqqın səsi" yazısında hakimiyyətə böhtanlar atır, Nizami
Süleymanovun əzabkeĢ obrazını yaradırdı.
Bəzi siyasi partiyaların Bakıdakı və rayonlardakı yerli təĢkilatları aranı qarıĢdırırdılar. Onların
nümayəndələri vərəqələr yayaraq əhalini hakimiyyətə itaətsizlik göstərməyə, yerli hakimiyyəti
devirməyə çağırırdılar. Bir çox rayonlarda onların təhrikiylə kütləvi tədbirlər keçirilməyə
baĢlanmıĢdı. AXC bunun qarĢısını öz təbliğatıyla almağa çalıĢırdı. Məsələn, AXC ġəki Ģöbəsi
Ģəhər əhalisini fitnələrə uymamağa, tətillər, mitinqlər və nümayiĢlər keçirməməyə çağırırdı.
Bütün bu hadisələr fonunda ən maraqlısı oydu ki, Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev
13 sentyabrda yerli televiziyayla çıxıĢ edərək Əbülfəz Elçibəyi prezident kimi tanıdığını ilk dəfə
olaraq bəyan etdi. Görünür, bu, Bəyin on gün öncə "Həyat"dakı müsahibəsində söylədiyi
fikirlərə cavabdı. Ancaq bu "xoĢ məram" uzun çəkmədi - vur-tut bir neçə gün sonra vəziyyət
yenə mürəkkəbləĢdi. Ġsgəndər Həmidovun SəyavuĢ Mustafayevi Əsgər Ələkbərovun yerinə
Naxçıvana daxili iĢlər nazir təyin etməsi durumu gərginləĢdirdi. Heydər Əliyev bu təyinatı
qəbul etmədi. Bundan narazı qalan Demblok artıq Naxçıvan Ali Məclisinin sessiyasına
qatılmadı.
AXC Naxçıvan Ģöbəsi Muxtar Respublikada yaranmıĢ vəziyyətlə bağlı bəyanat verdi ("Həyat"
qəzeti, 26 sentyabr). Orada bildirilirdi ki, Naxçıvanda demokratiya adı altında kommunist
rejimi yaradılır. Naxçıvanın Ali Məclisi Azərbaycan dövlətinə qarĢı alternativ orqanlar
yaradılması yoluyla gedir...
Bu zaman prezidentlə bağlı Ģayiələr yenidən tüğyan etməyə baĢladı. 15 sentyabr tarixli
"Həyat" qəzeti yazırdı: "ġəhərdə Ģayiə yayılıb ki, guya Azərbaycan Respublikasının prezidenti
Əbülfəz Elçibəy üç dəfə öz istefası haqqında ərizə verib". Bu söz-söhbəti yayanlar, sözsüz ki,
Elçibəyi ruhdan salmaq, onun quruculuq həvəsini öldürmək, eyni zamanda onun zəif rəhbər
olması haqqında xalqda rəy yaratmaq istəyirdilər. Bu iĢin baĢında kimlərin durması indi heç
kəsə sirr deyil və onların Elçibəyə qarĢı bəd niyyətdə olması əslində qanunauyğundu, buna
görə də qətiyyən təəccüb doğurmur; təəccüblüsü odur ki, dünən prezidentə səs verən on
minlərcə insan bu Ģayiələrlə məhz rəsmi dövlət qəzetində tanıĢ olurdu...
Həmin günlərdə Rusiya prezidenti Boris Yeltsin Azərbaycan məhkəməsinin 31 avqustda ölümə
məhkum etdiyi rus zabiti, leytenant Yevgeni Lukinin bağıĢlanması xahiĢiylə Bəyə məktub
göndərdi. Əbülfəz bəy Azərbaycana qarĢı qanlı cinayətlər törətmiĢ bu zabitin əfv edilməsinin
əsgərimizə nə qədər ağır təsir göstərəcəyini bilirdi, ona görə də bu xahiĢi yerinə yetirməkdən
hər vasitəylə yayındı.
Bütün bunlarla yanaĢı, ölkədə sabitliyin pozulması yolunda ciddi iĢlər də görülürdü. Məsələn,
testin tətbiqinin qəti əleyhdarı olan universitet professarları(?) birləĢərək müəllimlərin sosial
hüquqlarını müdafiə etmək Ģüarı altında "əməli iĢ" görürdülər. AXC BDU Ģöbəsinin 17
sentyabr tarixli bəyanatında göstərilirdi ki, universitetdə yaradılmıĢ tətil komitəsi əmək
haqqının, təqaüdlərin 5 DƏFƏ (!) artırılmasını tələb edir. ġöbə bildirirdi ki, bu, Ağdamın təhvil
verilməsi Ģayiələrinin, Xızı rayonunda əbdülçülərin qiyamının, Ģəhid dəfnlərindən siyasi
məqsədlərçün istifadə edilməsi cəhdinin (cənazəni bütün Ģəhərdə gəzdirərək ġəhidlər
xiyabanına gətirməklə "oğullarımızı qırdıran" hakimiyyətə qarĢı əhalidə narazılıq yaratmaq
istəyirdilər) tərkib hissəsidir.
Gürcüstan prezidenti Zviad Qamsaxurdia artıq bu vaxt hakimiyyətdən devrilmiĢdi. Rusiyaya
kəskin nifrət bəsləyən, prezidentliyi dövründə Rusiya rəhbərliyiylə hətta telefonla belə
danıĢmayan Qamsaxurdia ölkədən qovuldu, öncə Gəncəyə gəldi, oradan da Ermənistana və
Çeçenistana getdi. Gürcü liderinin acı taleyi və Azərbaycanda cücərtiləri görünən iğtiĢaĢ
ünsürləri prezident Elçibəyi də istər-istəməz ehtiyatlı olmağa sövq edirdi. Təsadüfi deyil ki,
məhz bu günlərdə Ayaz Mütəllibov da Azərbaycana "qayıtmaq istədiyini" bəyan etmiĢdi...
"SĠLAHA SARILIB DAHA ÖZ KRESLOMU QORUMAYACAĞAM"
Krasnodarda çıxan "Vsyakaya vsyaçina" qəzetinin müxbiri Yelena Semençenko Əbülfəz bəy
haqqında təqdimatla birgə ondan avqustda götürdüyü müsahibəni də öz qəzetlərində dərc
etdirib. 22 sentyabrda "Həyat" qəzeti həmin yazının tərcüməsini Azərbaycan oxucularına
çatdırdı.
Y.Semençenkonun qeydləri Bəyə kənardan baxıĢ kimi çox maraqlıdır. O yazır:
"Elçibəy isə bir
çox rusiyalılar üçün hələlik bir müəmmadır. Ekranda nadir hallarda görünür, mətbuatda da
ara-sıra çıxıĢ edir. Müsahibə verməyi sevmir (bu fikir doğru deyil - Ə.T.). Azərbaycanda onu
ġərq üçün qeyri-adi lider sayır və inanırlar ki, o, respublikanı bu qarmaqarıĢıqlıqdan, hərc-
mərclikdən çıxaracaqdır".
Bəyin "qılığına girməyi" bacarmıĢ usta müxbir söhbətdaĢını ürəyindəki ən həssas duyğuları da
dilə gətirməyə məcbur edib. O, prezidentin 25 min manat maaĢ aldığını yazdıqdan sonra
Bəyin öz sözlərini çatdırır: "Xalqın qarĢısında hətta xəcalət çəkirəm. Belə çıxır ki, bu gün mən
yağ-bal içindəyəm, hər Ģeylə təmin edilmiĢəm, Azərbaycan xalqının əksəriyyəti isə hələ yoxsul
yaĢayır. Elə ailələr var ki, bir tikə çörək tapa bilmir - bax, bu, mənəvi cəhətdən az qalır məni
öldürsün".
Bu sözlər özünü krasnodarlılara sevdirməyə, təbliğat məqsədiylə özünü mələk qiyafəsində
tanıtdırmağa can atan bir adamın deyil, saf insani duyğularını hətta prezidentliyin belə
korĢalda bilmədiyi, heç vaxt rola girməyi sevməyən və olduğu kimi görünməyə çalıĢan əsl
Elçibəyin ən səmimi düĢüncələrinin ifadəsidir!
Ölkənin ictimai-siyasi durumuna toxunan prezident müxbirə deyir: "Hələ bu yaxınlaradək
Bakının və baĢqa Ģəhərlərin küçələrində açıq döyüĢlər gedirdi. Adamlar gündüzlər evdən
çıxmağa və gecələr yerinə girib yatmağa qorxurdular. ...Lakin biz bu qarmaqarıĢıqlıqdan
çıxdıq. Bütövlükdə Azərbaycan üzrə vəziyyət sabitləĢir".
Yeni hakimiyyətin gördüyü baĢqa iĢlərdən də söz açan Bəy göstərir ki, yarım milyona yaxın
qaçqının durumu da yavaĢ-yavaĢ qaydasına düĢür. Ġqtisadiyyat, mədəniyyət və hərbi sahədə
durğunluq yaranmıĢdı və biz tənəzzülü dayandırdıq.
Hakimiyyətə gələndən bəri bir neçə islahat keçirildiyini, qanunlar qəbul edildiyini göz önünə
qoyan, "beĢ il tələbə oldum, bu beĢ ildə əynim nə palto gördü, nə də plaĢ" deyə tələbəliyini
xatırlayan Əbülfəz bəy təhsil sahəsindəki islahatlardan, testin tətbiq ediləcəyindən də umudla
danıĢır.
Elçibəyin sevimli rəqəminin 13 olduğunu, onun qara piĢiklərə məftunluğunu (hətta yolunun
üstünə çıxanda da) oxucuya çatdıran rusiyalı müxbir, hakimiyyətinə qarĢı törənə biləcək nəhs
gözləntilərə Bəyin münasibətini öyrənmək istərkən bu cavabı eĢidir:
"Lakin xalq (bir yığın
qəsdçi yox, məhz Azərbaycan xalqı) məndən ümidini kəssə, silaha sarılıb daha öz kreslomu
qorumayacağam".
4 iyundan sonra, doğrudan da, öz kreslosunu qorumaqçün silaha sarılmaqdan vaz keçərək
onu təhvil verməyi üstün tutan Bəy bu addımı atmasının səbəbini, görünür, hələ təxminən 10
ay öncə söylədiyi bu cümləylə açıqlayıb. Deməli, 4 iyunda o, hesab edibmiĢ ki, xalq ondan
umudunu kəsərək gözlərini baĢqa adama dikib, buna görə də xalqı həmin adamla baĢ-baĢa
buraxaraq hakimiyyəti döyüĢsüz təslim edib.
"Həyat" qəzetinin 22 sentyabr tarixli nömrəsində Rusiyanın aparıcı jurnalistlərinin Elçibəy
hakimiyyətinin 100 günü ərəfəsində bu qəzetin müxbirinə söylədikləri fikirlər dərc edilib. Bir
az öncə Bakıda prezidentin qəbul etdiyi bu adamların Bəy və ozamankı Azərbaycan haqqında
düĢüncələri çox maraqlıdır.
"Pravda"nın baĢ redaktoru (indi Dumanın sədri) G.Seleznyov bildirir:
"Ölkənizdə ictimai
vəziyyətin sabitləĢməsini inkar etmək mümkün deyil".
"Komsomolskaya pravda"nın baĢ redaktoru V.Fronin:
"...Elçibəyin Ģəxsiyyəti çox cəlbedicidir.
[...] Onun əsl demokrat mövqeyi, öz qüvvəsinə inamı açıqca hiss olunur. Bilmirəm siz
duymusunuzmu? Bu, GÜCLÜ ĠNSANIN mövqeyidir. O, öz XALQINA GÜVƏNĠR və belə bir
dayağa görə çox arxayındır". "Elçibəy etiraf etdi ki, özünü hələ tam prezident kimi hiss
etmir"
. (Sonuncu cümləyə tamamilə təbii yanaĢmaq gərəkdir - hər hansı Ģəxsin özünü tam
prezident kimi hiss edə bilməsinə, baĢqa sözlə, hakimiyyətə tam yiyələnməsinə xeyli vaxt
gərəkdir).
"Ostankino" teleĢirkətində "Siyasət" studiyasının direktor müavini A.Skryabin hesab edir ki,
prezidentin yüzgünlük fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunun qalxmasına imkan verib
və indi Azərbaycan dünya ictimaiyyətinin nəzərində layiqli yer tutur.
"Moskovskiye novosti" qəzetinin baĢ redaktoru L.Karpinskinin fikrincə,
"ən maraqlı yenilik
Azərbaycan prezidentinin obrazıdır. O dəqiqə görünür ki, o, ƏSL ZĠYALIDIR və əsl ziyalı kimi
də, zənnimcə, BĠR AZ ĠDEALĠSTDĠR"
.
Rusiya jurnalistlərinin SĠYASƏTÇĠ Elçibəyə ümumən ehtiyatlı yanaĢmaları "Trud" qəzetinin
baĢ redaktoru A.Potapovun sözlərində daha qabarıq gözə çarpır:
"Özü demiĢkən, hələ bütün
hallarda özünü prezident kimi hiss etmir. [...] O, HƏR ġEYĠ SĠVĠLĠZASĠYALI METODLARLA
HƏLL ETMƏK niyyətindədir. Bilmirəm, siyasi xadim kimi o, buna necə nail olacaq? Bu yol
siyasətdə həmiĢə gözlənilmir"
. Ancaq, öz aramızdır, A.Potapov uzaqgörən adammıĢ...
"Nezavisimaya qazeta"nın baĢ redaktoru V.Tretyakovun fikirləri xüsusən maraqlıdır, çünki
1993-dən üzübəri bu qəzetdə çıxan saysız-hesabsız yazılarda Elçibəyə sonsuz nifrət əksini
tapıb və onu Rusiya oxucularına ən mənfi çalarlarla təqdim etməkçün xeyli əmək sərf olunub.
Məncə, bu patoloji münasibət məhz 1992-dəki görüĢdən qaynaqlanır. O vaxtsa V.Tretyakov
belə düĢünürdü:
"Əgər o, mövqeyini açmaqda belə səmimidirsə, məncə, siyasi uzlaĢmalarda
ona çətin olacaq. [...] Əbülfəz Elçibəy HƏDDƏN ARTIQ ROMANTĠK adam təsiri bağıĢladı. [...]
Deyəndə ki Qarabağda münaqiĢə bir ilə qurtaracaq, mən inanmadım ki, o, belə konkret
danıĢa bilər. Əslində mən bu proqnoza Ģübhə edirəm"
.
Rusiyanın qatı təəssübkeĢi olan və əslində Elçibəyə "sevgisizliyinin" kökündə də bu amil
dayanan V.Tretyakov SSRĠ-nin dağılmasına təəssüflənir və deyir: "Mən hesab edirəm ki,
Ġttifaq hələ mövcuddur. MDB SSRĠ-nin dağılması prosesində daha bir pillədir".
V.Tretyakovdan fərqli olaraq "Ġzvestiya" qəzetinin baĢ redaktoru Ġ.Qolembiovski Əbülfəz bəy
Ģəxsiyyətini yüksək dəyərləndirir:
Ə.Elçibəy "HƏQĠQĠ ZĠYALIDIR. Mən buna bir daha HEYRƏT
ETDĠM. Siyasi meydana savadlı, səmimi, enerjili, güclü mənəvi ehtiyatları olan liderlər
çıxmıĢlar. Elçibəy məhz belə liderlərdəndir. [...] Elçibəyin Azərbaycandakı nəzarətdən çıxmıĢ
ictimai-siyasi Ģəraiti dövlət çərçivəsində saxlayıb nizamlaması MƏNDƏ HEYRƏT HĠSSĠ
DOĞURUR. Mən bildiyimə görə, islahatlar təkamül yolu ilə davam etdirilir və bu, çox
vacibdir".
Bu jurnalistlər, xüsusən V.Tretyakov Azərbaycanın MDB-yə girməsini arzulayır və dilə
gətirməsələr də Əbülfəz Elçibəyin buna mane olmasına təəssüflənirlər.
MARQARET TETÇER HEYRAN OLUR
1992-nin sentyabrını Elçibəy iqtidarının demokratiya yürüĢü ayı adlandırmaqla yalnız həqiqəti
təsdiqləmiĢ olarıq. Doğrudur, bu bir illik hakimiyyətin istənilən gününün demokratik inkiĢafa
kiçicik də varsa töhfəsiz qaldığını düĢünmək zordur, çünki baĢlıca amalı ölkədə gerçək
demokratiyanın cəmiyyətin yaĢam tərzinə çevrilməsi olan prezident dövlətin bütün
potensialını aramsız olaraq məhz bu ali məqsədə yönəldirdi, ancaq sentyabr bu sahədə
görülən iĢlərin bolluğuyla ayrıca seçilir.
Xanım Tetçerin Azərbaycandan getməsinin elə ertəsi günü - 9 sentyabrda Nazirlər Kabineti
Milli Məclisin "Mətbuat orqanlarına və iĢçilərinə güzəĢtlər haqqında" 12 avqust tarixli qərarını
həyata keçirməkçün qərar çıxardı. 10 sentyabrdasa prezidentin 21 iyulda imzaladığı "Kütləvi
informasiya vasitələri haqqında" qanun dərc edilərək qüvvəyə mindi.
Dostları ilə paylaş: |