ARTIRMA
"
Prezident millətin rəhbəridir. Mən, məsəlçün, deyim ki, mənəvi rəhbər olsam və doğrudan
da, xalq yaxĢı bir prezidenti seçsə mənəvi rəhbər kimi bütün ömrümü o prezidenti ucaltmağa
və onu müdafiəyə sərf eləyərəm. Çünki millətə mənəvi rəhbərdən çox, siyasi, dövlət rəhbəri
lazımdır. Doğrudan da elə bir adam - xalqın sevdiyi bir adam seçilsə onun Ģəxsiyyətini
ucaltmağa, tərifləməyə çalıĢaram ki, Azərbaycanda dövlət və dövlət rəhbərliyi
müqəddəsləĢsin, millətdə dövlətçilik müqəddəsliyi yaransın.
Mən həmiĢə Azərbaycan alimləri ilə maraqlanmıĢam. Onlardan biri də çox qəribə taleli Ağ
ġəmsəddin olub. Bu böyük sufi Sultan Mehmet Fateh'in müəllimi və mürĢidi olub. Sultan
Ġstanbulu fəth edəndən sonra mürĢidinin yanına gəlib və deyib ki, Ģeyxim, icazə ver, sənin
yanından daha getməyim. ġeyx deyib ki, dur buranı tərk elə və bir də bura gəlmə!
MürĢidə də "niyə?" sualı vermək olmaz - sual verən təriqətdən çıxır. Orada belə bir sistem var
- mən mürĢidimin sözünü ata-anamın sözündən üstün tutacağam, dediyi - mənimçün göydə
Allahın, yerdə onun sözüdür.
…Və sultan gedir, üç aylıq narahatlıqdan sonra, nəhayət, mürĢidindən xahiĢ eləyir ki, onu
qəbul eləsin, hansı günah iĢlətdiyini ona anlatsın. Onda ġəmsəddin deyir: "SƏNĠN XALQ
ÜÇÜN BĠR SAATLIQ ƏDALƏTĠN ALLAH YANINDA MƏNĠM QIRX ĠLLĠK ĠBADƏTĠMDƏN
ÜSTÜNDÜR".
Bax, bu prinsip əsas olmalıdır. Bizdə də mənəvi rəhbərin 40 illik ibadətindən bir saatlıq ədaləti
qiymətli olan prezident seçilməlidir. Azərbaycanın belə bir adama ehtiyacı var.
Və mənə elə gəlir ki, xalq elə birini yetiĢdirəcək və canını qurtaracaq.
-Axı Siz də ədalətli adamsınız…
-Yox, mən o məqamda deyiləm… Mən daha çox… ƏDALƏT TAMAM BAġQA ġEYDĠR.
TAMAM…
…Çox yekəxana çıxmasın, tarixçi olduğum üçün tarixin özünün bir fəlsəfəsi var mənim
beynimdə. Orada belə bir Ģey var - ĠNSANLARIN ƏN YÜKSƏK ĠġĠ RUH MƏSƏLƏSĠDĠR. Ancaq
bu ruh maddisiz olmur. Maddiyyatdan kənar o ruh müəyyən bir dövr bədəndə qərar tuta bilər
- müəyyən bir dövr.
Nəcib Fazilin "Gəncliyə xitabə"sində də belə bir yer var ki, maddiyyatı təmin edərək
mənəviyyatı yüksəldəcəksən. Məqsəd mənəvi aləmə getməkdir. Burada madiyyat bir pillədir
və bu pilləsiz olmur. Bu, bir pillə, bir vəsilədir o yolda.
Kimsə Ģeyxlik eləyə bilər - baĢına müridlər toplayıb cəmiyyətdən ayrılar, öz ruzilərini toplayıb
öz mənəvi aləmləri ilə də yaĢaya bilər. Ancaq bu, bir hissəcikdir, cəmiyyət deyil. Cəmiyyət isə
tələb eləyir, yaĢamaq istəyir. […] Cəmiyyətin tələbatı var və o ödənməlidir, yəni iqtisadiyyat
əsasdır. […] Maddi tələbat reallıqdır və sən bu reallıqla barıĢmalısan…".
[Pərviz. "Bir saatlıq ədalətlə qırx illik ibadət arasında…". (Ə.Elçibəylə müsahibə). - "Azadlıq"
qəzeti, 19 mart 1994].
Məhz prezident Elçibəyin təsəvvüründəki ƏDALƏT'i gerçəkləĢdirməkdən ötrü onun tələb və
göstəriĢiylə Ali Məhkəmə məhkəmə islahatlarına baĢlamaqçün avqust ayında konsepsiya
hazırladı; burada ilk növbədə islahatın normativ bazasının yaradılması nəzərdə tutulurdu.
Çox təəssüf ki, Ali Məhkəmə rəhbərliyinin, Ģəxsən sədr Tahir Kərimlinin səriĢtəsizliyi,
astagəlliyi, Milli Məclisə nüfuz edə bilməməsi nəticəsində Ali Məhkəmə öz qarĢısına qoyulmuĢ
tarixi vəzifəni yerinə yetirmək gücündə olmadı. Ümumiyyətlə, Elçibəy iqtidarı demokratik
hakimiyyət bölgüsünü gerçəkləĢdirmək sahəsində çox uğurlu islahatlar həyata keçirsə də
(prezident Elçibəyin baĢçılıq etdiyi icra hakimiyyəti köklü dəyiĢikliklərə nail oldu, spiker Ġsa
Qəmbərin rəhbərliyi altında qanunverici hakimiyyət fəal və səmərəli çalıĢaraq
müstəqilliyimizin möhkəmlənməsinə öz sanballı töhfəsini verdi) onun islahat apara bilmədiyi
yeganə sahə üçüncü qol - məhkəmə hakimiyyəti oldu. T.Kərimli dövlətdə ikinci Ģəxs olduğunu
söyləsə də özünün ölgün fəaliyyəti (bu "fəaliyyət", demək olar ki, yalnız yeni iqtidarın iĢdən
çıxardığı vəzifəli Ģəxslərin iĢə bərpasıyla məhdudlaĢdırdı) nəticəsində nəinki güclü məhkəmə
sistemi formalaĢdıra bilmədi, heç özünün Ģəxsi nüfuzunu cəmiyyətə qəbul etdirməyi
bacarmadı. Bəli, məhz məhkəmə hakimiyyəti Elçibəy iqtidarının ən zəif, utanc duyulan yeri
oldu və ondan Azərbaycanın müstəqilliyi tarixində, demək olar ki, heç bir iz qalmadı. Ancaq
ən qəribəsi budur ki, Elçibəyi bacarıqsızlıqda və hakimiyyəti vermək üstündə ən çox
suçlayanların baĢında duran da elə həmin T.Kərimlidir!..
Bəy ölkədə prokurorluq orqanlarında da qayda-qanun yaratmağa çalıĢırdı. Ancaq bu sahənin
arzu edilən səviyyədə fəaliyyətini tənzimləməkçün hələ Azərbaycanın öz qanunları
yaradılmamıĢdı, köhnələrdən istifadə edilməyəsə hüquqi razılıq yoxdu, buna görə də
prokurorluq sistemində də SSRĠ-nin ləğvindən sonra hərc-mərclik baĢ alıb gedirdi. 26
avqustda prezident "Prokurorluq orqanlarının statusunu müəyyənləĢdirən keçmiĢ SSRĠ-nin
qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxladığının
təsdiqi və onların tətbiqi qaydası barədə" qanun imzalayaraq Azərbaycanın uyğun qanunları
qəbul edilənədək SSRĠ-nin qanunvericilik aktlarından istifadə edilməsini təsdiqlədi.
26-27 avqustda Naxçıvan Bakıdan ilk açıq narazılıq bildirdi. Naxçıvan DĠN-nin əməkdaĢları
burada nazirliyin binası qarĢısında mitinq keçirərək 26 yaĢlı SəyavuĢ Mustafayevin Naxçıvana
daxili iĢlər naziri təyin edilməsinə etiraz bildirdilər.
"LAÇIN DƏHLĠZĠ"NƏ AZƏRBAYCAN ORDUSU TAM NƏZARƏT EDĠR
Azərbaycanın müstəqillik yolundakı inamlı addımlarını görən xarici qüvvələr, ilk növbədə
Rusiya ən müxtəlif vasitələrlə, o sıradan Qarabağ münaqiĢəsiylə gənc dövlətimizə təzyiqləri
gücləndirirdi. Ancaq Azərbaycanın əzmkar prezidenti elə ilk gündən Rusiyanı Qarabağ
düyününün çözülməsi prosesindən mümkün qədər uzaqda saxlamaq xəttini tutmuĢ,
üstünlüyü ATƏM-ə verdiyini bildirmiĢdi. Ġndiyədək XĠN-nin birbaĢa əlaqələri əsasən ATƏM-lə,
baĢqa beynəlxalq təĢkilatlarla qurulurdu. 25 avqustda prezident Əbülfəz Elçibəy ATƏM-in
Qarabağa dair konfransının sədri Mario Raffaellini qəbul etdi və onunla problemin həlli yolları
üzərində müzakirələr apardı.
Hərbi uğurların diplomatik danıĢıqlarda qələbə qazanmağın mühüm amili olduğunu gözəl
bilən prezident danıĢıqlar masası arxasında dövlətimizin inamlı mövqeyini hiss etdirməkçün
münaqiĢə zonasında üstünlük qazanmağı ordumuzun qarĢısına məqsəd qoymuĢdu. Bəllidir ki,
29 iyuldan baĢlayaraq Ağdərə uğrunda 10 gün Ģiddətli vuruĢma getmiĢ və əsgərimiz Ağdərəni
erməni yağmaçılarından təmizləmiĢdi. Bunlar ordu quruculuğuna və orduya yeni hakimiyyətin
müstəsna doğma münasibətinin bəhrəsiydi. Bunu aĢağıdakı söhbət də təsdiqləyir:
"-
…Ordunu təzədən düzəltdik. Təsəvvür edin hansı Ģəraitdə və hansı çətinliklərlə. 54 min
hərbi qüvvəmiz vardı. Biz 100 min adamlıq ət və baĢqa qida məhsulları buraxırdıq. Nəzərdə
tuturduq ki, yaxın gələcəkdə ordumuz 100 minə qaldırılacaq, qoy indidən buraxaq ki,
əsgərlərimiz yaxĢı yaĢasın, ordumuz özünü yaxĢı hiss etsin.
-Əsgərlər konservi bəyənmirdilər.
-Bəli, konservi niĢan götürüb güllə atırdılar. Biz əsgərlərə sadə siqaret göndərmirdik -
əksəriyyəti xarici siqaretdi. Xalq da, cəmiyyətlər də bir tərəfdən gətirib batalyonlara verirdi.
Yeganə məqsəd ordunu saxlamaqdı
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.36).
Bəy Raffaellini qəbul edəndə Azərbaycan əsgəri artıq Laçın bölgəsində ermənilərə ağır
zərbələr endirməkdəydi.
28 avqustda prezidentin mətbuat xidmətinin bu bəyanatı yayıldı:
"Son hərbi əməliyyatlar
nəticəsində "Laçın dəhlizi"nə Azərbaycan Milli Ordusunun bölmələri tam nəzarət edirlər.
Bunun sayəsində Ermənistanın Yuxarı Qarabağdakı ekspedisiya korpusuna hərbi kömək
gətirilməsinin qarĢısını almağa imkan yaradılmıĢdır. [...] Azərbaycan ordusu bölmələrinin
əvvəllər düĢmən tərəfindən iĢğal olunmuĢ yaĢayıĢ məntəqələrini azad etmək üçün keçirdiyi
uğurlu hərbi əməliyyatlarla əlaqədar erməni bölmələri arasında son dərəcə gərgin vəziyyət
yaranmıĢdır. ...Erməni silahlı qüvvələrinin Ģəxsi heyəti arasında kütləvi fərarilik halları var.
Belələri özgə torpağında qan tökmək istəməyərək "Laçın dəhlizi" vasitəsi ilə vətənlərinə
qayıtmağa cəhd göstərirlər".
Bu bəyanat həmin dövrdə Azərbaycanın mövqelərinin Ermənistanla müqayisədə üstünlüyünü
çox incəliklə əks etdirirdi. Bu üstünlüyü qazanmağa nail olmuĢ, beynəlxalq aləmdə də
dövlətimizin mövqelərini gündən-günə möhkəmləndirən prezident Qarabağ məsələsinin
həllində barıĢmazlıq göstərir və ermənilərə yalnız mədəni muxtariyyət verməyə, bir də onların
təhlükəsizliyini təmin etməyə boyun olurdu. Ancaq ermənilərin tərəfini saxlayan xristian
dünyasını bu mövqe əsla təmin etmədiyinə görə Azərbaycana qarĢı təzyiqlər daha geniĢ,
əhatəli və dözülməz olurdu.
Avqustun 26-sında BMT Təhlükəsizlik ġurası Dağlıq Qarabağda atəĢi dərhal dayandırmağa və
münaqiĢəni ATƏM çərçivəsində aradan qaldırmağa çağırdı. Doğrudur, bu çağırıĢ məsələnin
həllindən Rusiyanın kənarlaĢmasını istəyən Azərbaycanın mənafeyinə bir yandan uyğun
gəlirdisə baĢqa yandan o əslində Azərbaycan Ordusunun qalib irəliləyiĢini dayandırmaq
məqsədi güdürdü və istər BMT, istər ATƏM (sonralar ATƏT), istərsə də fövqəldövlətlər
səviyyəsində son xətt davam etdirildi - Azərbaycan əsgəri cəbhədə azca irəliləyən kimi bütün
dünya təlaĢa düĢməyə baĢladı.
Azərbaycan BMT-nin bu təklifinə hörmətlə yanaĢdı. 27 avqustda Almatıda Azərbaycan və
Ermənistan arasında Qazaxıstanın arabuluculuğuyla xarici iĢlər nazirləri səviyyəsində
danıĢıqlar baĢlandı. Bu danıĢıqlar nəticəsində hər iki tərəf hərbi əməliyyatları 1 sentyabrdan
dayandırmağa hazır olduğunu bildirdi.
Xarici diplomatik əlaqələrini geniĢləndirən Azərbaycan, əlbəttə, bu vaxt güney qonĢusunu da
gözdən qaçırmırdı. 26 avqustda Milli Məclis Ġran Ġslam Cümhuriyyətinin Təbriz Ģəhərində
Azərbaycan Respublikasının baĢ konsulluğunun açılması haqqında qərar çıxardı.
ARTIRMA
"Məni çox təəccübləndirir ki, Azərbaycanın Quzeyində oxuyan tələbələrdən, Ģagirdlərdən
soruĢsanız ki, Çikaqo, Berlin, London, Bern, yaxud hər hansı Avropa, Amerika Ģəhəri
haradadır - sizə onların yerini dəqiq deyəcək. Amma birdən soruĢsanız ki, bəs MeĢkin
haradadır, deyəcək ki, birinci dəfə eĢidirəm. Desəniz ki, bəs Ərdəbil haradadır, cavab
verəcəklər ki, vallah bilmirəm, ancaq eĢitmiĢəm ki, Ərdəbil var. Saqqız, Həmədan, Urmiyə
gölü... haqqında da eyni sözləri eĢidəcəksiniz. Güneydə də buradakı bölgələrin çoxunun adını
yaxĢı bilmirlər. Millətimiz bu baxımdan parçalanmıĢ sayıla bilər, ancaq bu parçalanma bilik,
savad çatıĢmazlığından irəli gəlir, buna görə də keçicidir.
Güneyli-Quzeyli Azərbaycanın iqtisadiyyatı, yeraltı, yerüstü sərvətləri, əhalisinin durumu,
xalqının istəyi, mövcud təbəqələri, təbəqələrin məqsədləri - bunların hamısı öyrənilməlidir. Biz
bilməliyik ki, xalqımızın nə qədər hissəsinin Ģüurunda Bütöv Azərbaycan ideyası hakim olub,
bu yolda mübarizə və mücadiləyə, hətta ölməyə hazır olan, bu yoldan dönməyəcək nə qədər
soydaĢımız var. Təhqiqatların, təhlillərin aparılması, böyük həcmli ümumi məruzələrin
hazırlanması zəruridir".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.135-
136).
Gözləri qarĢısında köhnə quruluĢun məhv edilərək rüĢvətsiz bir cəmiyyətin yaradıldığını görən
minlərcə rüĢvətxor və fırıldaqçı məmur, bir az öncə də bildirdiyim kimi, yeni hakimiyyətə qarĢı
mübarizə aparmağa baĢlamıĢdı. Sözsüz ki, onların müqavimətini qırmadan yeni dövlət
quruculuğunu uğurla baĢa çatdırmaq mümkün deyildi. Görkəmli Amerika alimi Aleksis de
Tokvil özünün "Amerikada demokratiya" kitabında (1835) yazır ki,
zəif və mülayim hökumət
"itaətsizliyin çoxlu xırda hallarına əhəmiyyət verməyərək yalnız ən son anda gücə əl atacaq və
onda dövlət anarxiyanın hakimiyyəti altına düĢəcək. Əgər hökumət güclü və qətiyyətlidirsə o,
hər gün zorakılığa əl atacaq və tezliklə hərbi-müstəbid hökumətə çevriləcək"
. Bu uzaqgörən
düĢüncələr Azərbaycan gerçəkliyində bütünlüklə təsdiqləndi. Onun ikinci cümləsi H.Əliyev
dövründə özünü tam doğrultdusa birinci cümləsi də, təəssüf ki, Elçibəy hakimiyyətində öz
yerini tutdu. Cəmiyyətin açıq-aĢkar düĢmənləri olan qəddar, yırtıcı və dağıdıcı kommunistlərə
qarĢı ölüm-dirim savaĢına girməkdənsə yeni hakimiyyət onları mücərrəd "milli barıĢıq" ifadəsi
altında əslində əfv etdi və bu adamlar pozuculuq fəaliyyəti göstərməyə sərbəst imkan
qazandılar. Ən pisi də buydu ki, onlar bağıĢlanmazdan öncə həm də hirsləndirilirdilər.
Məsələn, 27 avqustda Azərbaycan Prokurorluğu bildirirdi: "Azərbaycanın keçmiĢ partiya
nomenklaturasından və indiki bəzi rəhbərlərindən xarici banklarda gizli hesabı olanların adları
məlumdur".
Çox təəssüf ki, Əbülfəz Elçibəy öz hakimiyyətinin sonunadək nəinki dövlətə sədaqətli güc
qurumları yaratmağa nail ola bilmədi (1 il içərisində bu əslində qətiyyən mümkün də deyildi),
hətta onlardan heç olmazsa birinin yeni hakimiyyət uğrunda sonadək fədakarcasına mübarizə
aparmasının Ģahidi olmadı. Bu dediyim həm də prokurorluq orqanlarına aiddi. BaĢdan-baĢa
köhnə, rüĢvətxor kadrlardan ibarət bu qurum da əslində özünü heç kəsin yanında "pis kiĢi"
etməmək xətti tuturdu. Elə bunun nəticəsidir ki, "xarici banklarda gizli hesabı olanlar"ın adları
bilinsə də nəinki onların pulları ölkəyə gətirilmədi, əksinə, onlar Elçibəy hakimiyyətinin fəal
deviricilərinə çevrildilər...
Doğrusu, daxili düĢmənlərə qarĢı həlledici mübarizəyə əslində baĢlanılmamasının nə dərəcədə
düzgün olub-olmadığını dəyərləndirməkdə çox çətinlik çəkirəm, ancaq, məncə, bunun
üstündə yeni iqtidarı sonadək qınamaq da insafdan deyil - ölkədaxili çəkiĢmələr əsl
müstəqillik yolunda islahatların aparılmasının qarĢısını bəlkə də ala bilərdi. Elçibəy
hakimiyyətinin bütün mahiyyətisə məhz AZADLIQ üstündə qurulmuĢdu. 27 avqustda Bəyin
"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında"
tarixi fərmanı həmin AZADLIĞA doğru yeni mühüm addımdı.
Müstəqil dövlətin formalaĢması, təbii ki, çoxlu yeni dövlət qurumlarının yaradılmasını tələb
edirdi. Son iki ayda təkcə iqtisadiyyatla bağlı Dövlət Əmlak Komitəsi, Dövlət Torpaq Komitəsi,
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Xarici Ġnvestisiya Komitəsi kimi
yeni dövlət orqanlarının yaradılması idarəetmə sistemində təkrarlamalar da ortaya çıxarmıĢdı.
Bunları aradan qaldırmaq, yavaĢ-yavaĢ, ancaq qətiyyətlə irəliləyən bazar iqtisadiyyatının
idarəetmə sistemini formalaĢdıran zaman büdcə təxsisatlarından səmərəli istifadə olunmasını
təmin etmək məqsədiylə prezident 28 avqustda büdcə təĢkilatlarında təkrarlamaları aradan
qaldırmaq tədbirləri haqqında fərman verdi. Onun həmin günkü ikinci fərmanısa "Azərbaycan
Respublikasının Avropa Yenidənqurma və ĠnkiĢaf Bankının üzvlüyünə qəbul edilməsi
haqqında"ydı.
Ölkə Avropaya və ümumən dünyaya doğru qətiyyətlə üz tutduqca haradan idarə
edilməsindən asılı olmayaraq bütün devirici qüvvələrin müqaviməti daha da artırdı. Ġstər
Bakıda, istərsə də rayonlarda əhalini çörək qıtlığıyla narazı salmaqçün məqsədyönlü iĢlər
görülürdü. Məsələn, ġamaxıda çörək zavodlarına qaz gəlməməsi bəhanəsi altında əhalinin
çörəklə təminatında ciddi problem yaradılmıĢdı. Avqustun 28-indən 29-una keçən gecə
Bakının bir neçə çörəkbiĢirmə müəssisəsində yüksək vəzifəli Ģəxslər (Pənah Hüseynov, Rauf
Gülməmmədov və b.) paytaxtdakı kəskin çörək qıtlığıyla bağlı reyd keçirdilər. (Bunun,
deyəsən, kimlərəsə xəbərdaredici təsiri oldu). Çörək qıtlığının obyektiv səbəbi də vardı - un
və qarıĢıq yemlə müqayisədə çörəyin qiyməti ucuzdu, bu ucuzluq onun qəhətliyinə gətirib
çıxarırdı, çörəyi bahalaĢdıran zamansa kortəbii və məqsədyönlü narazılıqlar baĢlayırdı: "Bəs
Naxçıvanda çörək niyə ucuzdur?"...
ĠLK SƏFƏR GƏNCƏDƏN VƏ CAVAD XANI ZĠYARƏTDƏN BAġLADI
Televiziya çıxıĢındakı sözünə əməl edən prezident 28 avqustda ölkəiçi tanıĢlıq gəzintisinə
baĢladı. Ġlk səfəri Gəncəyə oldu. Görünür, Bakıdan sonra ikinci böyük Ģəhərimizdəki gizli
narahatlığı Bəy dövlət baĢçısı kimi hamıdan yaxĢı duyduğuna və vaxtında qabaqlayıcı tədbirlər
görmək istədiyinə görə Gəncəni seçmiĢdi.
Bəy bir neçə dövlət adamıyla bərabər Gəncəyə qatarla getmiĢdi. Onlar Yevlaxda dayandılar.
Dövlət katibi Pənah Hüseynov yun zavodundan Surət Hüseynovu gətirtdi. Bəy bəzi
məsələlərlə bağlı onunla söhbət etdikdən sonra yola davam etdilər.
Prezident, demək olar ki, xəbərsiz getdiyinə görə Gəncədə onu yalnız prezident mühafizəsinin
maĢınları qarĢıladı. ġəhər icra hakimiyyətinin baĢçısı MürĢüd Məmmədovu sonradan tapıb
gətirdilər. Prezident icra hakimiyyətinin qonaq evində yerləĢdi.
Onu da deyim ki, bu vaxt Gəncənin polis rəisi sonrakı respublika prokuroru Eldar Həsənovdu.
Prezidentin Gəncədəki görüĢlərini onun oğlu videokamerayla çəkirdi.
Azərbaycan Cümhuriyyətinin ilk beĢiyi kimi xüsusi sevgi bəslədiyi bu Ģəhərlə prezident olaraq
tanıĢlığa Bəy Cavad xanın məzarını ziyarətlə baĢladı. Azərbaycanın azadlıq uğrunda, rus
imperiyasına qarĢı çarpıĢma uğrunda rəmzi saydığı Cavad xanın məzarını hamıdan və hər
Ģeydən öncə anılmağa layiq görməsini, onun ruhunu Ģad etməyə çalıĢmasını bəlkə də kimsə
adi protokol tədbiri kimi dəyərləndirə bilər, ancaq Bəy bununla göstərdi ki, Azərbaycanın
prezidenti 1975-də uğrunda zindanlara atıldığı ideyalardan nəinki bir addım da geri
çəkilməmiĢ, əksinə, onları gerçəkləĢdirməyi qarĢısına müqəddəs vəzifə kimi qoymuĢ elə
həmin ƏBÜLFƏZdir!
Cavad xanı yad etdikdən sonra ġah Abbas məscidinə baĢ çəkən prezident Ģəhərdəki ġəhidlər
xiyabanını da ziyarət etdi.
Milli Ordumuzun Gəncədəki diviziyasının əsgər və zabitləriylə, hərbi hissənin Ģəxsi heyətiylə
keçirdiyi səmimi görüĢlər prezidentin Gəncə səfərinin yəqin ki, baĢlıca məqsədiydi.
DöyüĢçülərimiz qarĢısında çıxıĢ edən Bəy Almatıda Ermənistan və Azərbaycan sərhədləri
boyunca atəĢkəsə razılıq verildiyini bildirdi. Onun bu sözlərinisə hərbçilərimiz alqıĢlarla
qarĢıladı:
"Qarabağa gəldikdə, onun Ermənistana heç bir dəxli yoxdur. Bu, Azərbaycanın
torpaqlarıdır və Yuxarı Qarabağda əmin-amanlıq yaratmaq bizim daxili iĢimizdir"
. Bu cümlə
Elçibəyin birillik hakimiyyəti boyunca Qarabağ məsələsinə münasibətdə tutduğu dəyiĢməz və
qəti mövqeyin ifadəsidir.
Bu görüĢdən sonra ġeyx Nizaminin məqbərəsini də ziyarət edən Bəy Azərbaycanın ən böyük
sənaye müəssisələrindən olan Gəncə alüminium zavodunda da oldu, əməkçilərlə açıq söhbət
etdi. Sadə insanları narahat edən çörəyin qiymətinin artması səbəblərini baĢa saldı, onlara
dövlətimizin qarĢısında duran mühüm vəzifələrdən danıĢdı.
Ədalət Məmmədov danıĢır ki, alüminium zavodunda olarkən bir kiĢi Bəyə yaxınlaĢıb
Ģikayətləndi ki, mənim bir mopedim vardı. ĠĢdən gedəndə onu doldurub inəyimə ot aparırdım,
axı belə zavodda iĢləyən gərək çoxlu süd içsin. Ġndi mənim mopedimi oğurlayıblar, süd içə
bilmirəm. Bəy Gəncənin icra baĢçısı MürĢüd Məmmədova, polis rəisi Eldar Həsənova tapĢırdı
ki, bu kiĢiyə bir moped alıb verin, çünki sizin itmiĢ mopedi axtarıb tapmağınız uzun çəkə bilər
(onlar "axtarırıq" demiĢdilər).
Daha sonra Bəy Gəncə siyasi maarif evindəki konfransa qatıldı.
Prezident Gəncəyə bu gəliĢindəki məqsədinə yetdi - Ģəhər əhalisini öz sevgisinə və
qayğıkeĢliyinə inandıra bildi, narahatlıq doğura biləcək məsələləri və onları necə həll etməyin
yollarını müəyyənləĢdirdi.
Görünür, Bəyin uğurları rəsmi təbliğatın təqdim etdiyindən (əslində heç gözəçarpan rəsmi
təbliğat vardımı ki?!) qat-qat çoxmuĢ ki, azadlığımızın düĢmənləri təĢviĢə düĢərək onu cismən
aradan götürmək qərarına gəldilər.
Görkəmli Azərbaycan alimi, professor Kamil Vəli Nərimanoğlu Əbülfəz Elçibəyi cismən və
mənən məhv etməyə çalıĢan qüvvələri və onların məqsədlərini necə də doğru-düzgün
açıqlayır:
"Rusiya - Ġran - Ermənistan, Türkiyənin bir sıra qeyri-dövlət və mafioz dairələri Elçibəyi hədəf
seçərək aĢağıdakı məqsədləri həyata keçirməyə çalıĢırdılar:
milli mənafe, milli dövlət, demokratiya və liberal dəyərlər əsasında Azərbaycanda qüvvələrin
mərkəzləĢməsinin önlənməsi;
buraxılmıĢ səhvlər və qazanılmıĢ uğurlar əsasında əldə edilən təcrübənin vahid ideya daĢıyıcısı -
lider ətrafında birləĢdirilməsinin qarĢısının alınması;
Bütöv Azərbaycan hərəkatına sədd çəkilməsi;
Rusiyanın hərbi-sənaye kompleksi, KQB, QRU vasitəsi ilə imperiya məqsədlərinə can atmasının
ifĢa edilməsinə mane olmaq;
Ġranın labüd parçalanmasına mane olan böyük real ideoloji qüvvənin neytrallaĢması;
islami dəyərlərlə milli-demokratik dəyərləri birləĢdirən liderin məhv edilməsi;
müstəqil, demokratik Azərbaycan uğrunda mübarizə müstəvisində yeni mübarizə məktəbinin
baĢında duran Elçibəy siyasi məktəbinin sarsıdılması, nüfuzdan salınıb məhv edilməsi;
türk dünyasının iqtisadi, mədəni birliyi ideyasının daĢıyıcısı kimi Elçibəyin aradan götürülməsi və
s.".
(Kamil Vəli Nərimanoğlu. Missiya. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.7).
ĠKĠNCĠ SUĠ-QƏSD
Əbülfəz bəyi öldürməyə dəfələrlə çalıĢıblar. Hər dəfə ya özünün sayıqlığı, ya da dostlarının
xəbərdarlığı sayəsində qurtula bilib. Ancaq prezident seçkilərindən az öncə hazırlanmıĢ sui-
qəsd onun həyatına son qoya biləcək ilk ən gerçək təhlükəydi ki, onun da qarĢısını uca
Tanrının özü almıĢdı. QardaĢı Almurad bəyin Yasamaldakı evində yaĢayan Bəyi ġərifzadə və
Kiyev küçələrinin kəsiĢməsindəki ATS binasının üstündən snayperlə vurmağa (bu, Əbülfəz
bəyin hakimiyyətə gələ bilməməsindən ötrü edilən cəhddi) razılaĢmıĢ peĢəkar atıcı Ramiz
Babayev tam təsadüf nəticəsində Bəyin söhbətlərini dinlədikdən sonra belə bir insanı
öldürməyi Allaha qarĢı üsyan sayaraq tapĢırıqdan qəti boyun qaçırmıĢdı. (Sonralar o, Bəylə öz
təĢəbbüsüylə görüĢərək hər Ģeyi etiraf etmiĢdi. Bəlli olmuĢdu ki, bu qəsdin arxasında ikisi
keçmiĢ cəbhəçi olmaqla üç nəfər dayanır.
Bax: "R.Qazıyev mənə Ə.Elçibəyi aradan götürməyi
təklif etdi. Mən isə...". - "Azadlıq" qəzeti, 16.02.1995).
29 avqustda Gəncədən Tərtərə yola düĢən prezident ikinci sui-qəsdlə üzləĢdi. Bu hadisə
təxminən saat 11-də Bakı-Tiflis yolunun 318-inci kilometrində baĢ verdi.
Əbülfəz Elçibəyin qardaĢı oğlu və cangüdəni Ədalət Məmmədov (dostları onu "Coci" çağırır və
özü də ona Bəydən yadigar qalmıĢ bu adı sevir) hadisəni indi də incəliyinədək xatırlayır:
"Lap qabaqda bir-birindən 1 km aralı olan respublika Dövlət Avtomobil MüfəttiĢliyinin və
prezident mühafizəsi yol polis müfəttiĢinin bir neçə mühafizə maĢını gedir və hərəkətdə olan
nəqliyyatı yolun qırağına çəkərək saxladırdı. (Onların birində AzTV-nin əməkdaĢı Sahib Alıyev
və operator əyləĢmiĢdilər; hadisəni çəkmiĢdilər). Onlardan yarım kilometr aralıda mənim,
respublika dövlət yol polisinin Ģöbə müdiri Aydın Cəfərovun və mühafizəçilər Əmirağa
Musayevlə Fətulla Məmmədovun əyləĢdiyimiz "Mersedes" gedirdi. Bizdən bir az aralı
prezidentin Ģəxsi mühafizəsinin baĢçısı general Vaqif Axundovun, ondan sonra prezidentin
özünün, onun arxasınca da nazirlərin maĢınlarından ibarət böyük bir karvan saatda 100-120
kilometr sürətlə Ģütüyürdü.
Müdafiə Nazirliyinin Tərtərdən Gədəbəyə "Qrad" mərmisi daĢıyan, ard-arda düzülmüĢ
"KamAZ" markalı 5 refrijeratorunu da qabaqdakı mühafizə maĢınları yolun qırağına çəkib
saxlatmıĢdı. Bizim maĢın "KamAZ"lara yaxınlaĢanda onların dördüncüsü "Mersedes"
olduğumuzu görüb yerindən tərpəndi və üstümüzə sürdü.. (Ona deyilibmiĢ ki, prezidentin
əyləĢdiyi "Mersedes"i vurarsan; o vaxt da respublikada cəmi 4-5 "Mersedes" olduğundan,
düĢünüb ki, prezidentin maĢını elə budur). Aydın Cəfərov sürücümüzə dedi ki, bu "KamAZ"
bütün karvanı əzəcək; onu vur, yoldan çıxart! Yüz sınaqdan, ölümdən çıxmıĢ həddən artıq
bacarıqlı sürücümüz göz qırpmadan ölümün qucağına atıldı. Bir də onu gördüm ki, "KamAZ"
bizi göturub yolun qırağına - pambıq tarlasına tulladı. Allahımız gətirdi ki, həm maĢın təkərləri
üstündə düĢdü, həm də düĢdüyümüz torpaq tarla suvarıldığına görə yumĢaq oldu, bu da
zədələnməyimizin qarĢısını müəyyən qədər aldı. BaĢqa maĢında (məsələn, "Jiquli"də) olsaydıq
yəqin ki, tikəmiz də ələ gəlməyəcəkdi, ancaq "Mersedes" əzilib tam yararsız hala düĢsə də
bizi ölümdən qoruyub saxlaya bildi.
"KamAZ" refrijerator bizi vurub eninə yolu kəsdi. Bizim arxamızca gələn Vaqif Axundovun
maĢını "KamAZ"ın kabinasının arxasındakı təkərə çırpıldı, bu, onu məhv olmaqdan qurtardı
(onun sürücüsü də qoçaq adamdı). "KamAZ" elə durmuĢdu ki, yolun qırağında saxlayaraq
dayanmıĢ maĢınla onun arasında yalnız bir avtomobilin keçə biləcəyi ara qalmıĢdı. Prezidentin
sürücüsü Xəlil Qəniyev sürəti qətiyyən azaltmadan bu dar aradan məharətlə sürüb keçdi və
təxminən bir kilometr qabaqda saxladı.
Bizim maĢında mən və Əmirağa, Vaqif Axundovun maĢınındasa generalın özü və mühafizəçi
Mərdan Həsənov (sürücünü qorumaqçün qucaqlayarkən onun qolu sınmıĢdı) yaralanmıĢdıq.
(Təxminən buna bənzər bir ssenari üzrə vaxtilə Belorusiya SSR Nazirlər Sovetinin Moskvanın
xoĢuna gəlməyən sədrini "ZĠL" maĢınıyla sıradan çıxarmıĢdılar).
"KamAZ"ın sürücüsü özünə gələn kimi düĢüb pambığın içiylə meĢəyə qaçmağa baĢladı. Aydın
Cəfərovla Niyazi Ġbrahimovun sürücüsü Ramiz onun ardınca qaçdılar və bir azdan tutub
gətirdilər".
Sonra aydınlaĢdı ki, prezidentə bu sui-qəsdin arxasında Rusiyanın müdafiə naziri Pavel
Qraçov, Gəncədəki general ġerbak, Azərbaycan Müdafiə Nazirliyinin Moskvayla bağlı ən
yüksək vəzifəli Ģəxsləri və baĢqa adamlar dayanırmıĢ. Bir qədər sonra xəbər yetiĢdi ki, sui-
qəsd haqqında məlumat Qraçova yeyib-içmək vaxtı çatdırılıb və o, prezidentin sağ qaldığını
eĢidən kimi əlindəki qədəhi qəzəblə yerə çırparaq bağırıb ki, bir Elçibəyi də aradan götürməyi
bacarmadınız!..
Hər Ģeyi yetərincə incəliklə bilən Əbülfəz bəy əslən Gədəbəydən olan "KamAZ" sürücüsünü
buraxdırdı ki, o, iĢdə yalnız sıravi icraçıdır.
Hadisə vaxtı prezidentin yanında olmuĢ cangüdəni Ġlqar Qədirquluyev söyləyir ki, "KamAZ"
"Mersedes"i vuranda elə dəhĢətli gurultu qopdu ki, hətta bizim səs keçirməyən maĢında da
onu aydınca eĢitdik. Vəziyyəti görən kimi dedim ki, Bəy, bu, təxribatdır. Ancaq o bəlkə bizi
sakitləĢdirmək, bəlkə də baĢqa bir məqsədlə çox sakitcə bildirdi ki, yox, yəqin sürücü yuxulu
olub. Mən burada yuxu məsələsinin ola bilməyəcəyini deyəndə tam ciddiliklə qayıtdı ki, sənə
tapĢırmıĢam sözü döndərmə…
Bir neçə gün sonra bu hadisənin təfsilatını ictimaiyyətə açıqlayan prezidentin mətbuat
xidmətinin rəhbəri Niyazi Ġbrahimov hadisənin "hazırlanmıĢ qəsd" olduğunu bəyan etdi.
Dövlət baĢçısının həyatına qarĢı yönəldilmiĢ bu terror aktına prezidentin özü baĢda olmaqla
heç bir rəsmi instansiya ciddi yanaĢmadı. Doğrudur, Bəyin yox yerdən sui-qəsdlər yaradaraq
onları gurultulu siyasi Ģoulara çevirən, bundan öz siyasi rəqiblərini məhv etməkçün yararlanan
amansız prezidentlərə bənzəməsini qətiyyən istəməzdim, ancaq cinayəti törədənlərin tutulub
cəzalandırılması və dövlətə əl qaldıranlara aman verilməyəcəyinin hamıya göstərilməsi
vacibdi. Çox təəssüf ki, bu məsələdə anlaĢılmaz güzəĢt, barıĢıq yolu tutan iqtidar bu
hadisəylə bağlı heç olmazsa təbliğat baxımından müəyyən uduĢ əldə etmək təĢəbbüsündə
bulunmadı və məncə, ciddi səhvə yol verdi - özünün diĢsizliyi, kəsərsizliyi haqqında ĠLK ciddi
təsəvvür yaradaraq düĢmənlərini daha da fəallaĢmağa ruhlandırdı. Sonralar baĢ verən
itaətsizliklərin mayasında, fikrimcə, bu hadisədən sonra yaranmıĢ qorxusuzluq sindromu
dayanırdı.
Nəysə, sanki heç nə baĢ verməmiĢ kimi yoluna davam edən prezident səfər proqramında
azca da varsa dəyiĢikliklər etmədən Tərtərə getdi və orada mühüm görüĢlər keçirdi. O, hərbi
briqadanın qərargahında olaraq döyüĢçülərimizin ümumi psixoloji durumunu, hərbi nizam-
intizamın, döyüĢ hazırlığının səviyyəsini öyrəndi.
Bəyin mədəniyyət evində rayon ictimaiyyətinin nümayəndələriylə, Milli Ordumuzun əsgər və
zabitləriylə görüĢü unudulmaz hadisəyə çevrildi. Bəlağətdən uzaq, ancaq aydın və olduqca
cəzbedici, təlqinedici çıxıĢıyla, suallara verdiyi açıq cavablarıyla, özünün də onlardan biri
olduğuna inandıran səmimi davranıĢıyla Bəy erməni hücumlarının önündə dayanmıĢ bu
rayonun əhalisində özünə qarĢı dərin rəğbət yaratmaqla yanaĢı, adamların döyüĢkənlik
ruhunu da xeyli yüksəltdi, əsgərlərimizə sözün əsl mənasında qol-qanad verdi.
Ədalət Məmmədov danıĢır ki, Tərtərdə Ġsgəndər Həmidov yoldakı qəzanın necə baĢ verməsini
soruĢdu. Sonra o, telefonda kimləsə danıĢdı, ona hirsləndi, tapĢırdı ki, hər Ģeyi araĢdırıb
mənə geniĢ məruzə elə...
Tərtərdən Ağdərəyə getmək də prezidentin səfər proqramına salınmıĢdı. Ağdərəni bizimkilər
yenicə almıĢdılar, ancaq onun kəndləri hələ boĢdu. Həmin rayonda çoxlu sərvət (yüz tonlarla
çaxır, taxıl, çoxlu heyvan, tikinti materialları, mebel və b.) qalmıĢdı və müxtəlif qüvvələr bu
sərvəti mənimsəmək üstündə çəkiĢməyə baĢlamıĢdı, camaat da kəndləri talan edirdi. Əbülfəz
bəy həm talanın qarĢısını almaq, həm də oradakı əsgərlərimizi ruhlandırmaq istəyirdi.
Burada olan baĢ qərargahın rəisi Nəcməddin Sadıqov, Tərtərin icra baĢçısı Sərdar Həmidov və
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Yunusova Bəyin Ağdərəyə getməsini,
nədənsə, heç istəmirdilər. Onlar cəbhə bölgəsiylə (Ağdərəylə) tez-tez telefon əlaqəsi
saxlayaraq bildirdilər ki, orada satqınlar çoxdur, prezidentin həyatına ciddi təhlükə yarana
bilər. Bu zaman Bəy hirsləndi ki, respublikanın prezidenti, baĢ naziri (Rəhim Hüseynov),
dövlət katibi (Pənah Hüseynov), baĢ prokuroru (Ġxtiyar ġirinov), daxili iĢlər naziri (Ġsgəndər
Həmidov), təhlükəsizlik naziri (Fəxrəddin Təhməzov) və baĢqaları buradadır, həmin satqınları
tutub gətirin bura, bu camaatın qabağında mühakimə edək!..
Nəysə, Ağdərəyə gediləsi olmadı. Prezident Tərtərdən qayıdıb bir gecə Yevlaxda qaldı.
30 avqustda Yevlaxdan Göyçaya gələn Bəy öncə ġəhidlər xiyabanını ziyarət etdi. O, öncə Əli
Kərimin məzarı üstünə əklil qoydu. Sonra sırayla həm 20 Yanvar, həm də Qarabağ Ģəhidlərini
ziyarət etdi.
Prezident sonra konserv zavoduna gedərək iĢçilərlə görüĢdü. Ədalət Məmmədov həmin
görüĢü belə xatırlayır:
-Konserv zavodunda prezident iĢçilərlə çox səmimi söhbət etdi, onlarla zarafatlaĢdı. O, özünü
o qədər Ģux aparırdı ki, sanki yolda sui-qəsddən çıxan və Tərtərdə qanı qaralan o deyildi.
Zavodun divarından keçmiĢ kommunist partiyası siyasi bürosu üzvlərinin Ģəkilləri asılıb
qalmıĢdı. Bəy zarafatla dedi ki, yəqin bundan sonra da onların yerinə bizim Ģəkillərimizi
vuracaqsınız. Ancaq sonra ciddiləĢərək fəhlələrə irad tutdu ki, onları niyə indiyədək
götürməmisiniz. MaaĢdan gileylənən fəhlələrə dedi ki, hüquqlarınızı tələb edin - tətilə çıxın,
mitinq keçirin və arxayın olun ki, həm prezident, həm də AXC sədri olan mən sizi müdafiə
edəcəyəm. Ancaq bilməlisiniz ki, maaĢı artırmaq prezidentdən yox, müəssisə baĢçısından
asılıdır.
Bu zavodda olarkən bir tanıĢ oğlan prezidentə yaxınlaĢdı. O dedi ki, mən qardaĢınız Almurad
bəylə tanıĢam. Bu yaxınlarda onun evinə getdim ki, münasib iĢə düzəlməyimə kömək etsin,
ancaq heç cür Sizin yanınıza düĢə bilmədim. Bəy dedi ki, evimiz sizə qurbandır, ancaq
dövlətin iĢində qohumluq, qardaĢlıq, tanıĢlıq keçmir - gərək hər kəs öz yerini bacarığına,
qabiliyyətinə görə qazansın.
Göyçayda da rayon ictimaiyyətiylə görüĢən prezident insanları asanlıqla inandırdı ki, onların
qarĢısında əhalini daim qorxuda, xofda saxlamağa, özünü fövqəladə bir varlıq, qüvvə kimi
sırımağa, təlqin etməyə çalıĢan, bununçün süni təmtəraq və cah-cəlalın bütün mümkün
vasitələrindən istifadə edən, ürəyində nifrət etdiyi xalqdan qorxduğuna görə daim saysız-
hesabsız mühafizəçilər ordusu içərisində gizlənən, görüĢə getdiyi yerlərdə hətta bütün
damların üstünə pulemyotçular düzdürən, hakimiyyəti və xalqı özünün Ģəxsi mənafelərinə
tabe etdirməyə çalıĢan HÖKMDAR yox, bütün baĢqa soydaĢlarıyla eyni hüquqlara malik,
onlarla eyni həyat tərzini yaĢayan, onların düĢüncə və istəklərini sonadək bölüĢən qayğıkeĢ,
yurdsevər və elsevər, hakimiyyəti imtiyaz kimi yox, bir vəzifə borcu kimi dəyərləndirən
təmənnasız bir ĠNSAN, döyüĢkən, əsgəri öz övladı kimi sevən KOMANDAN dayanıb və bu
insan - komandan onları xoĢbəxt etməkçün heç nəyi əsirgəməyəcək! Bəyin bölgələrə ilk
səfərdən güddüyü baĢlıca məqsəd də elə buydu.
TƏHSĠL PROBLEMĠ ÖNƏ ÇƏKĠLĠR
Əbülfəz bəy millətin inkiĢafında, dövlətin yüksəliĢində strateji əhəmiyyətli məsələlərdən
saydığı təhsilin tərəqqisinə xüsusi diqqətlə yanaĢırdı. Bu sözləri 1992-nin sentyabrından
baĢlayaraq bir il təhsil nazirinin müavini iĢləmiĢ bir adam kimi və oxuduğum sənədlər
əsasında deyil, öz gözlərimlə gördüyüm konkret faktlara söykənərək qətiyyətlə bildirirəm.
Hələ universitetdə müəllim iĢləyərkən bütöv, azad və güclü AZƏRBAYCAN yaratmağın yeganə
yolunun yeni QURUCULAR nəslinin yetiĢdirilməsində olduğuna inanan Əbülfəz bəy buna nail
olmaqçün hər Ģeydən öncə təhsil sistemini yeniləĢdirməyə özünün gələcək quruculuq
planlarında ön yerlərdən birini ayırmıĢdı. Buna görə də prezident bir sıra ən qaçılmaz,
əlimyandı məsələləri az-çox yoluna qoyan kimi təhsillə də yaxından məĢğul olmağa baĢladı.
Professor Firidun Cəlilov 11 avqustda təhsil naziri təyin edildi. (Bundan qabaq o, baĢ nazirin
müaviniydi).
Dostları ilə paylaş: |