ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


diktator  yadıma  düĢür.  Bunlar  xalqın  baĢını  kəsən  cəlladlardır



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
elcibey11-Prezident Elçibəy


diktator  yadıma  düĢür.  Bunlar  xalqın  baĢını  kəsən  cəlladlardır.  Bunların  hamısı  bir 
tipdir. Mən eĢidəndə ki Səddam ərəbin dördünün baĢını kəsdi, ərəbin Ģairini öldürdü, ərəbin 
alimini  hovuza  atıb  boğdurdu,  Stalin  yadıma  düĢür  -  bizim  Ģairlərimizi,  yazıçılarımızı  da  o 
beləcə məhv edirdi. Eyni adamlardır bunlar. Mən onları sevə bilmərəm! 
 
Mən  dövlətin  xarici  siyasətini  bu  prinsipə  yönəldirdim.  Çinlə  siyasətimiz  soyuqdu.  Mən 
deyirdim ki, Çində 40 milyon türk var. Bəs niyə onlara azadlıq vermirsən? Vermirsənsə sənə 
düĢmənəm. Sən mənim millətimi zəlil etmisənsə mən səninlə necə dost ola bilərəm? Tehran 
rejiminə  mən  niyə  düĢmənəm?  Çünki  30  milyon  Azərbaycan  türkünü  əzab-iĢgəncə  içində 
saxlayır.  Mən  onunla  necə  dost  ola  bilərəm?  Millətimin  baĢını  kəsən  adamla  dost  olmaq 
mümkündürmü? Ona görə də deyirdim ki, bu dövlətlər bizə düĢməndir, onlarla o zaman dost 
olaram  ki,  mənim  millətimə  azadlıq  versin.  Niyə  Yaponiyayla  iĢim  yoxdur?  Çünki  o,  mənim 
türk millətimi əzmir, əsarətdə saxlamır, heç bir yerdə çıxıb demir ki, bu azərbaycanlı belədir, 
bu millətə müstəqillik lazım deyildir. Niyə də dostluq etməyim bu dövlətlə? 
 
Bir  də  var  bitərəf  ölkələr.  Onların  nə  dostluğu,  nə  düĢmənliyi  bəlli  olmadığından  belələrini 
zamanın  öhdəsinə  buraxıb  müəyyən  edəcəyik.  Diplomatik  əlaqəmiz  yaxĢı  olacaqsa  dost 
olacağıq. Yox, olmazsa elə bitərəf qalacağıq. 
 
Qəribədir,  biz  Ermənistanla  düĢmənik,  müharibə  aparırıq.  Yunanıstan  da  Ermənistana 
köməklik  edir.  Mən  onunla  -  düĢmənimi  müdafiə  edən  bir  dövlətlə  necə  dost  ola  bilərəm? 
Artıq  o,  mənim  düĢmənimdir.  Sadəcə,  çalıĢaq  ki,  düĢmən  olmayaq.  Buna  görə  də 
Yunanıstanla  mənim  münasibətim  həmiĢə  soyuq  olub.  Qoy  çıxıb  desin  ki,  bizimçün 
Ermənistan da, Azərbaycan da eynidir. Yoxsa bir tərəfi müdafiə edib, obiri tərəfi söyəcəksə, 
türkə  düĢmənçilik  edəcəksə  onunla  dostluğum  tutmaz"
.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə 
söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.43-48). 
Bu  siyasətin  özəyində  duran  ən  önəmli  məsələlərdən  biri  də  Azərbaycanın  torpaq 
bütünlüyünü  qorumaq,  baĢqa  sözlə,  Qarabağ  problemini  biryolluq  çözməkdi.  Sentyabrın  3-
ündə  Qazaxıstan  prezidenti  N.Nazarbayev  Ermənistanla  Azərbaycan  arasında  hərbi 
əməliyyatların  dayandırılması  barədə  bəyanat  verdi.  Ġlk  baxıĢdan  bunu  Azərbaycanın  sərt 

mövqedən geri çəkilməsi kimi dəyərləndirənlər yanılırdı - artıq avqust ayının sonunadək bütün 
könüllü batalyonların Milli Orduya tabe etdirilməsi baĢa çatdırılmıĢ və orduda nizam-intizamın 
ciddi  Ģəkildə  gücləndirilməsinə  baĢlanmıĢdı.  AtəĢin  dayandırılması  beynəlxalq  təzyiqlərin 
nəticəsi  görüntüsünü  yaratsa  da  Azərbaycan  itirdiyi  torpaqları  güclə  geri  qaytarmaqçün 
həlledici əlveriĢli məqama hazırlaĢırdı.  
Hərbi  quruculuqla  yeni  dövlət  orqanlarının  yaradılması  prosesi  qoĢa  addımlayırdı.  3 
sentyabrda "Azəriqaz" Dövlət ġirkəti yaradıldı.  
Dövlət  müstəqilliyinin  baĢlıca  əlamətlərindən  biri  də  onun  öz  gömrük  sisteminin 
mövcudluğudur.  Ġndiyədək  Azərbaycanda  belə  MÜSTƏQĠL  dövlət  institutu  olmadığına  görə 
Elçibəy  hakimiyyəti  onu  özüldən  yaratmağa  məcburdu.  4  sentyabrda  Bəy  "Azərbaycan 
Respublikasında  gömrük  nəzarətini  təmin  etmək  tədbirləri  haqqında"  fərman  verməklə  hər 
Ģeydən  öncə  ölkə  sərvətlərinin  xaricə  daĢınmasının  qarĢısını  almaq  və  ümumən  ölkənin 
gömrük sistemini formalaĢdırmaq yolunda ilk ciddi addım atdı.  
"ĠNSAN DÖVLƏT ÜÇÜN DEYĠL, DÖVLƏT ĠNSAN ÜÇÜNDÜR" 
Prezident  Elçibəyin  dilindən  çıxmıĢ  bu  sözlər  qurmaqda  olduğu  dövlətə  onun  hansı  mənəvi 
meyarla yanaĢdığını göz önündə sərgiləyir. "Həyat" qəzetində dərc edilmiĢ (3 sentyabr) eyni 
baĢlıqlı müsahibəsi bir çox baxımdan maraq doğurur.  
Öncə  Qarabağ  problemiylə  bağlı  sorğunu  cavablandıran  Bəy  ilk  dəfə  olaraq  belə  fikir  irəli 
sürürdü  ki,  biz  Azərbaycanla  Ermənistan  sərhədində  beynəlxalq  təĢkilatların  qüvvələrinin, 
Dağlıq Qarabağdasa müĢahidəçilərin yerləĢdirilməsinə razıyıq. Bununla əslində Elçibəy açıqca 
bildirirdi  ki,  Qarabağ  məsələsinin  həllinə  beynəlxalq  qüvvələri  cəlb  etməklə  Rusiyanın  bu 
məsələdə ağalıq etmək niyyətinin qarĢısını almaq istəyindədir.  
Bu fikrin ardınca Azərbaycanın mənafeyini tam əks etdirən daha aydın və cəsarətli, hər hansı 
siyasi  riyakarlıqdan  uzaq  (özündən  sonrakı  hakimiyyət  dövründəsə  büsbütün  unudulmuĢ) 
baĢqa bir tezis irəli sürürdü: "Yuxarı Qarabağın statusunun qaytarılması məsələsinə gəldikdə 
isə,  buna  uyğun  status Ermənistandan  qovulmuĢ  azərbaycanlılara  da  verilməlidir.  Yalnız  bu 
halda nə isə danıĢıb razılaĢmaq olar"! Prezident Elçibəyi neçə illər "qətiyyətsiz", "bacarıqsız" 
adlandıranlar  onun  bu  qətiyyətli,  sarsılmaz  mövqeyiylə  indi  Qarabağa  "ən  yüksək  status" 
boyun olaraq ermənilərə yalvarılması arasındakı səviyyənin fərqinə diqqət yetirsələr, məncə, 
ən  yumĢaq  halda,  qızarmalı  olacaqlar.  Bəyi  bu  cür  cəsarətli  edən  baĢlıca  amil  ermənilər 
üzərində  hər  baxımdan  mövqe  üstünlüyümüz,  ordumuzun  gündən-günə  qazandığı 
qələbələrdi. O, hakimiyyətini qorumaq xatirinə ruslarla da, ermənilərlə də hər hansı bazarlıq 
yapmaq niyyətindən uzaqdı!.. 
Ölkədə  insan  azadlığı  və  demokratiyanın  bərqərar  olmasını  dövlət  quruculuğunun  baĢlıca 
məqsədi  sayan  Bəy  bildirirdi  ki,  bizdəki  indiki  dövrü  demokratik  cəmiyyət  quruculuğunun 
baĢlanğıcı  saymaq  olar.  "Demokratiyanın  ilk  atributları:  söz  azadlığı,  fikir  azadlığı,  mətbuat 
azadlığı  var.  [...]  Mən  mətbuatın  üzərinə  hər  hansı  qadağanlar  qoyulmasının  əleyhinəyəm. 
Azad mətbuat olmayan ölkədə heç bir demokratik cəmiyyət qurmaq olmaz". 
Yeni partiyaların yaradılması məsələsinə toxunan Bəy bu prosesi dəstəklədiyini göstərirdi.  
Yürüdülən kadr siyasətiylə bağlı olaraq prezident dedi ki, bu sahədə biz iki prinsipə üstünlük 
veririk.  Birincisi,  məsul  vəzifəyə  qoyulan  Ģəxs  məfkurəsi,  əqidəsiylə  müstəqil  Azərbaycan 
dövlətçiliyini qəbul etməli və bu çətin vəzifə baxımından psixoloji gərginliyə, hər cür çətinliyə 
hazır olmalıdır. Ġkincisi, həmin Ģəxs təyin olunduğu iĢin spesifikasını bilməlidir. Biz çevik kadr 

siyasəti yeridəcəyik. Kadr öz iĢinin öhdəsindən gələ bilmirsə, düzgün təyin olunmayıbsa onu 
mütləq dəyiĢdirəcəyik. 
Bu  sözlərin  səmimiliyinə  Ģübhə  etmək  insafsızlıq  olardı.  Doğrudur,  Elçibəy  iqtidarı  zamanı 
yerinə  düĢməyən,  əhalinin  və  hakimiyyətin  özünün  inamını  doğrultmayan  bir  çox  kadrlar 
vəzifəyə qoyulmuĢdu, ancaq onlar ümumi kadr kütləsinin ən çoxu 25-30 faizini təĢkil edirdi və 
onların  dəyiĢdirilməsinə  ciddi  hazırlıq  görülmüĢdü,  ancaq  devriliĢ  bunu  gerçəkləĢdirməyə 
imkan  vermədi.  Həm  də  unutmaq  gərək  deyil  ki,  kadrlar  vəzifəyə  RÜġVƏTSĠZ  təyin  edilir, 
onların  BÖLGƏ  və  SĠYASĠ  MƏNSUBĠYYƏTĠ,  demək  olar  ki,  nəzərə  alınmırdı  -  Azərbaycanın 
bütün  rayonlarının  və  iqtidar-müxalifətliyindən  asılı  olmayaraq  bütün  siyasi  qüvvələrinin 
nümayəndələri  məsul  vəzifələrə  irəli  çəkilirdi.  BaĢqa  sözlə,  hakimiyyət  bütün  xalqı  təmsil 
edirdi!  
"-Bizim kadrlarımız doğrudanmı səriĢtəsizdilər?
 
-Xeyr, elə deyil. Ola bilsin ki, dövlətin müəyyən mexanizmlərini köhnə üsullarla idarə etməkdə 
Heydər Əliyev məndən səriĢtəlidir, bunu qəbul edirəm. Ancaq yeni dövlət qurmaqda və onu 
demokratik üsullarla idarə etməkdə mən Heydər Əliyevdən on qat səriĢtəliyəm! Bu, bir. 
 
Heydər  Əliyevin  indiki  kadrlarıyla  müqayisədə  bizimkilər  hər  baxımdan  yüz  dəfə  üstündür  - 
həm demokratik idarəçilikdə, həm vicdanlılıqda, həm dövlətçiliyə sədaqətdə, həm də mənəvi-
əxlaqi təmizlikdə. Bunların kadrı yoxdur. Qoy 10 nəfər kadr bunlar çıxarsın, 10 nəfər də mən, 
oturub üz-üzə söhbət etsinlər. bunlar idarəçilik nədir bilmirlər; yalnız onu bilirlər ki, rüĢvət alıb 
rüĢvət  versinlər,  vəzifələrini  saxlasınlar,  kim  güclüdürsə  ona  yaltaqlanıb  kim  zəifdirsə  onu 
əzsinlər. Vəssalam. Sistemləri budur. Bunlara "kadr" deyəndə mənim gülməyim gəlir. ÇağdaĢ 
elmə azca da varsa yiyələnmiĢ adamlar bunları kadr sayırsa vay bu millətin halına, yazıqlar 
olsun  bu  xalqa!  Bunlar  kadr  deyil,  aĢağıdan  oğurlayıb  yuxarı  ötürən  bir  sürü  oğru 
dəstəsidir. Yuxarı çığıranda "ləbbeyk" deyirlər, aĢağını da döyürlər, əzirlər. 
 
Minlərcə  belə  heyvərə  hökumət  olub  dünyada.  Buna  "cahil  cəmiyyət"  və  "cahil  hökumət" 
deyirlər.  Bizim  iqtidar  dövründəsə  Ģüurlu  cəmiyyət  vardı.  Bu  cəmiyyətin  içindən  yararlı  bir 
təbəqə  seçilmiĢdi.  Onlar  yeni,  azad,  müstəqil  dövlət  qurmaq  istəyən  namuslu,  fədakar 
vətəndaĢlardı.  Vətəni  hədsiz  sevirdilər,  onun  yolunda  ölümə  hazırdılar,  azadlığı  hər  Ģeydən 
üstün  tuturdular,  onun  uğrunda  məqsədyönlü  mübarizəyə  giriĢmiĢdilər.  Onlar  Ģüurlu, 
yaradıcı,  təĢəbbüskar,  təmiz  niyyətli  insanlardı  və  baĢlanğıcda  təcrübələri  hələ  yetərincə 
olmasa da cəmiyyəti ləyaqətlə idarə etməyə baĢladılar.
 
Bəs  sonra  nə  oldu?  Bizi  daxili  və  xarici  güclər  aradan  götürdülər,  baĢqa  yerdən  cəmiyyətə 
üstqurum gətirdilər və həmin üstqurum baĢladı bazisi əzməyə, onu Ģüursuz, qorxaq etməyə, 
alçaltmağa, vətəni satmağa təhrik etməyə. Onlarla bizim baĢlıca fərqimiz, bax, budur. 
 
Biz indi yenidən bu cəmiyyətin içərisinə gedib onun keçmiĢ mübariz ruhunu qaytarmalı, onu 
yenidən  Ģüurlu,  mübariz  vətəndaĢlar  taplumuna  çevirməli  və  onun  inkiĢafına  mane  olan 
çürümüĢ, rüĢvətxor üstqurumu götürüb atmalıyıq
".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.75-76).  
Yeni dövlət quruculuğunun təbii və məntiqi nəticəsi olaraq DÖVLƏTÇĠLĠK ġÜURUNUN BƏRPA 
EDĠLDĠYĠNĠ göstərən Bəy insanların öz dövlətini qurmasını və onu qorumasını öz-özlüyündə 
YENĠ  MƏNƏVĠYYATIN  FORMALAġMASI,  insanın  öz-özünə,  öz  imkanlarına  qiymət  verməsi 
kimi  dəyərləndirirdi.  O  qürurla,  sevinclə  bildirirdi  ki,  biz  qısa  müddətdə  "vəzifə  kultu"nu, 
"dövlət qulluqçusu" mifini qıra bilmiĢik. "Adamlar vəzifəli adama qorxunc, nə isə eləyə bilən 

bir  varlıq  kimi  yox,  onların  hüquq  və  tələbatlarının  tənzimçisi,  təminatçısı  kimi,  onları 
dinləməyə və kömək  etməyə borclu  olan  bir adam  kimi baxırlar".  Mən necə  də istərdim ki, 
özünü  dünyanın  ən  dahi,  ən  bacarıqlı  siyasətçisi  sayan,  özünü  xalqın  xilaskarı  adlandıran 
baĢqa prezidentlər də "səriĢtəsiz" Elçibəyin bu sözlərini təkrarlamaq qüdrətində olaydılar!.. 
Xarici  siyasətimiz  "indi-indi  formalaĢmağa  baĢlayıb"  söyləyən  Əbülfəz  bəy  bu  sahədəki 
problemlərə də toxunurdu.  
Bu  müsahibədəki  bir  mətləbə  xüsusi  diqqət  yönəltmək  istəyirəm.  Naxçıvandakı  vəziyyətdən 
söz açan Bəy deyirdi: 
"Son dövr Türkiyənin Naxçıvana yardımı ilə əlaqədar söz-söhbət gəzir 
ki, GUYA NAXÇIVAN SƏRBƏST SĠYASƏT YERĠDĠR və Azərbaycan rəhbərliyi ilə hesablaĢmır. 
Bu  söz-söhbətlərin  əsası  yoxdur.  Naxçıvan  rəhbərlərinin  respublikada  yaranmıĢ  vəziyyəti 
düzgün qiymətləndirib əhalinin təminatı üçün atdığı addımlara qısqanclıqla yanaĢmaq düzgün 
deyil, bu addımlar təqdir edilməlidir". 
 
Heydər  Əliyevsə  o  zaman  Naxçıvan  rəhbərliyinin  nəinki  "sərbəst",  hətta  MÜSTƏQĠL  siyasət 
yürütdüyünü 30 oktyabr 1996-da Naxçıvandakı bir görüĢündə bütünlüklə təsdiqləyib. Özünün 
Naxçıvan  rəhbəri  iĢlədiyi  illəri  nəzərdə  tutan  H.Əliyev  bunları  söyləmiĢdi: 
"Görürsünüz, 
Naxçıvanda  sağlam  qüvvələr  MÜSTƏQĠLLĠK,  AZADLIQ  (?!.  -  Ə.T.)  uğrunda  mübarizə 
aparırdılar.  NAXÇIVANIN  MÜSTƏQĠLLĠYĠNĠ  DƏ  DÜNYAYA  NÜMAYĠġ  ETDĠRDĠLƏR. 
Naxçıvanda baĢ vermiĢ siyasi hadisələr AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠ ÜÇÜN YOL AÇDI (?!. 
- Ə.T.)"
 ("Azərbaycan" qəzeti, 2 noyabr 1996).  
Azərbaycanın iki rəhbərinin söylədiyi bu iki fikir arasındakı məzmun fərqinin böyüklüyü daha 
çox  onların  söyləndiyi  vaxtın  səciyyəsiylə  izah  edilə  bilsə  də  bircə  Ģey  göz  önündədir  - 
sonralar  Elçibəyə  qarĢı  irəli  sürülən  ittihamlardan  biri  də  onun  Naxçıvanın  "sərbəst"  siyasət 
yürütməsinin  qarĢısını  almamasıdır.  Ancaq  həmin  ittihamı  irəli  sürənlər,  məncə,  bir  sıra 
obyektiv  amilləri  gözdən  qaçırırlar.  Birincisi,  doğrudan  da,  Naxçıvan  Bakı  hakimiyyətinə, 
yumĢaq  desək,  laqeyd  yanaĢır,  öz  nazirlərinin,  rayon  icra  baĢçılarının  Bakıdan  təyin 
edilməsinin qarĢısını alır, mərkəzi hökumətin və parlamentin qərarlarını qulaqardına vururdu 
və  bunu  mərkəzi  hakimiyyətə  itaətsizlik  kimi  dəyərləndirmək  də  mümkündür.  Ancaq  iĢ 
burasındadır  ki,  vur-tut  bir  neçə  aylıq  Elçibəy  iqtidarı,  təbii  ki,  hələ  Azərbaycanın  yeni 
Konstitusiyasını  qəbul  etməmiĢdi  (çünki  bu,  təsəvvür  edildiyindən  qat-qat  çətin  və  vaxt 
istəyən bir iĢdi), ona görə də qüvvədə olan Azərbaycan SSR Konstitusiyasının müddəalarıyla 
mövcud  gerçəklik  arasında  təzadlar  yaranmıĢdı  və  bu  deyilən  Azərbaycanın  mərkəzi 
hakimiyyətiylə  Naxçıvan  hakimiyyəti  arasındakı  səlahiyyətlər  bölgüsündə  xüsusən  qabarıq 
Ģəkildə  üzə  çıxırdı,  H.Əliyevsə  bu  qanun  boĢluğundan  çox  bacarıqla  yararlanırdı.  Əbülfəz 
Elçibəysə təkcə bu məsələdə yox, ümumən hər bir iĢdə demokratik prinsiplərin gözlənilməsini 
tələb edir, ölkədə gerçəkdən də QANUNUN ALĠLĠYĠ mühiti yaratmağa var gücüylə can atırdı. 
Ġkincisi  də,  tutalım  qanun  baxımından  hər  Ģey  yerli-yerindəydi  və  bircə  qalırdı  H.Əliyevi 
"intizama dəvət etmək".  
SoruĢuram: bunu kim edəcəkdi? ġəxsən prezidentmi? Əlbəttə, yox. Bəs kim? Əlbəttə, dövlət. 
Bax,  burada  məsələ  qəlizləĢir,  çünki  demokratiyanı  cəmiyyətin  ali  neməti  saydığına  görə 
"dövlət mənəm" düĢüncəsinə bir prezident kimi düĢmən kəsilən Bəy güclü dövlət qurmaqçün 
hər  bir  qurumun,  hər  bir  vəzifə  adamının  birbaĢa  öz  səlahiyyətlərini  yerinə  yetirməsinə 
çalıĢırdı. Ancaq onun arzusunun tam gerçəkləĢməsi illər tələb edən uzun prosesdi və hələ o 
dövlət  bir  sistem  olaraq  ortalıqda  yoxdu,  fəaliyyət  göstərənsə  onun  zəif  rüĢeymiydi.  Güc 
nazirliklərinin  baĢçıları  onun  prezidentliyə  baĢlamasından  öncə  təyin  edildiyinə  görə  dövlət 

maraqlarını  qorumaqçün  güc  tətbiq  etmək  imkanları  xeyli  məhdudlaĢan  (unutmayaq  ki, 
H.Əliyevin  özü  güc  qurumları  üzərində  tam  nəzarətə  ən  azı  iki  ildən  sonra  yiyələnə  bildi) 
Əbülfəz  Elçibəyin  onun  dövlət  quruculuğu  siyasətini  həyata  keçirmək  gücündə  olan 
komandası  yoxdu.  Əslində  "düĢmən  bağrı  yarmaq"  funksiyası  daĢıyan  bir  sıra  təcrübəsiz 
silahdaĢlarını  çıxdıqdan  sonra  bu  "komanda"  baĢlıca  olaraq,  dövlətə  sədaqəti  ciddi  Ģübhə 
doğuran ünsürlərdən formalaĢmıĢdı ki, onlar da öz Ģəxsi mənafelərini nəzərə alaraq bir çox 
hallarda  prinsipsizlik  göstərir,  sərt  məqamlarda  geri  çəkilir,  gözləmə  mövqeyi  tutur,  hətta 
dövlətin  düĢmənləriylə  gizli  alverə  də  girirdilər.  Buna  görə  də  istənilən  sonluğu  verəcəyinə 
inanılmayan  yarımçıq  tədbirlərin  səmərəsiz  nəticələriylə  dövlətin  nüfuzunu  zərbə  altında 
qoymaq istəməyən prezident bir çox məsələlərdə, təbii ki, çəkingənlik göstərməyə məcburdu. 
Həm  də  o,  ölkə  içində  sabitlik  yaratmağı  xarici  siyasətdəki  uğurların  baĢlıca  Ģərti  kimi 
dəyərləndirdiyinə görə cəmiyyətdə qarĢıdurmalara yol verməməyi məqsədəuyğun sayırdı.  
 
TETÇER TARĠXĠ YANLIġLIĞINI ANLADI 
Əbülfəz bəy Böyük Britaniyanın keçmiĢ baĢ naziri Marqaret Tetçerə həmiĢə xüsusi ehtiramla 
yanaĢıb.  20  Yanvar  qırğınını  düzgün  dəyərləndirməyən  BuĢ,  Mitteran,  Özal  kimi  dünya 
siyasətçilərinə etiraz bildirən Bəy dərin bir təəssüflə göstərirdi ki, 
"hətta həddən artıq hörmət 
və rəğbət bəslədiyim xanım Tetçer Qorbaçovun əmrini bəyənmiĢdir!"

Sentyabrın 7-sində həmin Marqaret Tetçer Azərbaycan prezidenti Əbülfəz Elçibəyin dəvətiylə 
Bakıya  gəldi.  "BritiĢ  Petroleum"  neft  Ģirkətini  təmsil  edən  "dəmir  ledi"nin  gəliĢində  baĢlıca 
məqsəd bu Ģirkətin Azərbaycanla əlaqələrini qurmaqdı.  
../../images/Arxiv/1992_0907_Tetcer.JPG
Hava  limanında  parlament  baĢçısının  və  digər 
yüksək  vəzifəli  dövlət  adamlarının  qarĢıladığı  baronessanı  saat  17.30-da  prezident  Əbülfəz 
Elçibəy  qəbul  etdi.  Bu,  hər  baxımdan  tarixi  bir  görüĢdü.  Elçibəyin  öndərliyiylə  azadlıq 
mücadiləsinə  qalxmıĢ  bir  xalqı  vəhĢi  ordunun  gülləbaran  etməsini  2  il  yarım  öncə 
ekstremistlərin  qanunauyğun  cəzalandırılması  sayan  Tetçer  ozamankı  çarpıĢmanın 
demokratiya  və  azadlıq  savaĢı  olduğunu  sübuta  yetirmiĢ  qalib  sərkərdənin  qonağıydı!  2  il 
yarım  öncə  az  qala  göz  yaĢları  içində  boğulan  Elçibəyin 
"Babalardan  əziz  bir  yadigar  kimi 
qalan  Vətən  eĢqini  köksündə  gəzdirən  azərbaycanlılar  AZADLIĞIN  iĢığına  doğru  durmadan 
yürüyəcək!  Bu  yürüĢü  dünyada  heç  bir qüvvə saxlaya bilməyəcək!"
  hayqırtısına  onda bəlkə 
də  kinayəli  təbəssümlə  yanaĢan  qonağa  indi  öz  xalqının  qüdrətini  və  iradəsini  nümayiĢ 
etdirən Bəy onu öz tarixi yanlıĢlığıyla üzbəüz qoydu... 
Prezidentlə Tetçerin görüĢünə 40 dəqiqə ayrılmıĢdı, ancaq söhbət o qədər maraqlı və səmimi 
oldu ki, 1 saat 50 dəqiqə çəkdi.  
Gənc  dövlətimizin  müstəqil xarici əlaqələrinin  dünyanın  demokratik  ölkələriylə  qurulacağının 
göstəricisi  olaraq  həmin  axĢam  Azərbaycan  hökumətiylə  "Bi-Pi  /  Statoyl"  alyansı  arasında 
"Çinar"  yatağının  və  "ġahdəniz"  sahəsinin  imkanlarını  müəyyənləĢdirmək  barədə  saziĢ 
imzalandı  (dövlət  müĢaviri  Sabit  Bağırov  və  Ģirkət  prezidenti  Con  Braun).  Bu,  Azərbaycanın 
xarici  ölkələrlə  neft  üzrə  əməkdaĢlığı  sahəsində  ilk  ən  ciddi  addımıydı  və  hər  Ģeydən  öncə, 
Britaniyanın Azərbaycanın müstəqilliyinə verdiyi güclü mənəvi-siyasi dəstəkdi.  
Onu da bildirim ki, Azərbaycan tərəfdən saziĢi imzalamağı Sabit Bağırova prezident Əbülfəz 
Elçibəy  özü  tapĢırmıĢdı.  Görünür,  prezident  tezliklə  yaradılacaq  Azərbaycan  Dövlət  Neft 
ġirkətinin rəhbərliyini də ona tapĢıracağını artıq özlüyündə qərara alıbmıĢ, buna görə də fərqli 

imzaların sonra yarada biləcəyi problemlərin qarĢısını elə indidən almağı düĢünüb. Doğrudan 
da, bir neçə gün sonra - 13 sentyabrda ARDNġ yaradıldı və Sabit Bağırov Elçibəyin fərmanıyla 
onun prezidenti təyin edildi. 
SaziĢin imzalanmasından sonra "Gülüstan" sarayında hörmətli qonağın Ģərəfinə ziyafət verildi. 
Prezident Elçibəy və Tetçer qısa nitq söylədilər. Üzünü Elçibəyə tutan xanım Tetçer dedi ki, 
"hələ  soyuq  müharibə  dövründə  Sizin  kimi  adamlar  dünyanın  düzəlməsiyçün  həyatları 
bahasına çətin mübarizə aparırdılar. Tarixi, Ģəxsiyyətlər irəli aparır"

Ertəsi  gün  -  sentyabrın  8-ində  M.Tetçer  Bakının  görməli  yerlərini  gəzdi,  sadə  adamlarla 
görüĢdü.  Sıravi  insanların  azadlıq  sevgisi onu  xüsusən  razı  saldı  və  o,  azadlığı  qorumaqçün 
demokratiyanı dərinləĢdirməyi tövsiyə etdi. 
"Xanım Tetçer Bakıda olarkən küçələri gəzdi ki, xalqla danıĢsın. O, mənə dedi ki, küçələrdə 
adamlarla  söhbətimdə  onların  azadlığı  dərk  etdiyini  və  sevdiyini  gördüm;  özüm  küçəni 
dəyiĢdim  ki,  bəlkə  bunlar  öyrədilmiĢ  insanlardır,  gözlənilmədən  baĢqalarıyla  danıĢdım, 
gördüm ki, onlar da eyni sözü deyir. Mən inandım ki, Azərbaycan xalqı azadlıq ideyasını tam 
mənimsəyib. Demokratiya idealını da tam mənimsəsə onda bu xalqa zaval yoxdur. Ġndi xalqı 
məhz  demokratiyaya  yiyələndirmək  gərəkdir"
.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  - 
"Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.28).  
Həmin  gün  vətəninə  dönən  xanım  Tetçer  Bəyə  yazmıĢdı: 
"Hörmətli  prezident!  Sizin  mənə 
göstərdiyiniz  qonaqpərvərliyə  görə  çox  sağ  olun.  Mən  bunu  heç  vaxt  unutmaram.  Bütün 
bunlardan  əlavə,  mən  Sizinlə  dünyanın  problemləri  və  onların  həll  edilməsi  haqqında 
apardığım danıĢıqlardan çox  məmnun  oldum.  Sizin  ölkəni daha  yaxĢı tanımaqdan  ötrü  mən 
Azərbaycana yenə də qayıdacağam"

Sanki  gözəgörünməz  bir  əl  prezidentin  dövlətin  nüfuzunu  qaldırmaq  yolunda  gördüyü  iĢləri 
urvatsız etməkçün səfərbər olundu.  
Elçibəy iqtidarında Mühafizə BaĢ Ġdarəsinin rəis müavini iĢləmiĢ polkovnik Oqtay Məmmədov 
özünün "Elçiəy ilə otuz il" (Ġstanbul, 1999) kitabında yazır: 
"Marqaret Tetçerin iqamətgahdan 
saat  12-də  deyil,  13-də  ayrılacağını  düĢünən  bədxahlar  Prezident  Aparatı  qarĢısında  bir 
tamaĢa hazırlamıĢdılar. Saat 13-də Prezident Aparatının qabağına beĢ ədəd yük maĢını gəldi. 
MaĢınların kuzovunda 18 ədəd eyni formalı və eyni qara rəngli parçaya bükülmüĢ tabut var 
idi.  Eyni  zamanda  100-150  adam  peyda  oldu  və  onlar  Prezident  Aparatına  hücum  etdilər. 
Ġçərilərində çox fəallıq göstərən 3 qız da var idi. Bu üç qızdan birinin anası hal-hazırda millət 
vəkilidir və indiki iqtidarın etibar etdiyi adamlardan biridir. […] Bu zaman mənə məlumat gəldi 
ki, tabutların əksəriyyəti boĢdur. Camaat da artıq sakitləĢmiĢdi. TəĢkilatçılar oradan uzaqlaĢıb 
müxtəlif  yollarla  Yasamal  rayonunun  keçmiĢ  Xalq  Nəzarəti  Komitəsi  sədrinin  evinə  tərəf 
gedirdilər. […] Bu hadisədən müəyyən müddət keçmiĢdi. Bir gün Respublika Sarayında tədbir 
keçirilirdi.  Rəhim  Qazıyev,  Ġsgəndər  Həmidov  və  mən  istirahət  otağında  oturub  çay  içirdik. 
Söhbət  əsnasında  Rəhim  dedi  ki,  tabutları  Prezident  Aparatının  qarĢısına  gətirilmiĢ  18 
nəfərdən 6-sı heç ölməyib, hal-hazırda Beyləqanda hərbi hissədə xidmət edirlər. 
 
O zaman bu tamaĢa Azərbaycanın bədxahları tərəfindən Marqaret Tetçer üçün hazırlanmıĢdı"
 
(s.47-48). 
Bu hadisəni keçmiĢ dövlət müĢaviri Arif Hacıyev'sə belə xatırlayır: 
"Marqaret Tetçerin Bakıya 
səfəri  çox  ciddi  bir  hadisəydi  və  Azərbaycanın  daxili  müxalifəti  bu  hadisəyə  kölgə  salmağa 
çalıĢırdı. Təsadüfi deyil ki, Tetçerin Bakıda oluğu günlərdə bəzi Ģəhidləri Gəncədən Bakıya  - 

Prezident  Aparatının  qarĢısına  gətirmiĢdilər  və  öyrədilmiĢ  bəzi  adamlar  bilavasitə  Prezident 
Aparatına  girməyə  cəhd  göstərmiĢdi.  Yük  maĢınında  gətirilmiĢ  həmin  Ģəhidlərin  hamısı 
ġəhidlər  xiyabanında  dəfn  edildi  və  çox  maraqlıdır  ki,  indi  də  onların  qəbirlərinin  üzərində 
"naməlum" sözü durmaqdadır, yəni bugünədək bilinmir ki, onlar hansı hərbi hissədə xidmət 
edib, harada Ģəhid olub. Ona görə də buradan bir çox ciddi Ģübhələr yaranır. Həmin dövrdə 
bir  neçə  Ģəxs  həbs  olunmuĢdu  və  aydınlaĢmıĢdı  ki,  o  Ģəhidləri  gətirən  adamların  nəinki 
Ģəhidlərə, heç müharibəyə də aidiyyatı yoxdur, onları Bakının özündə öyrədiblər… Bu, yəqin 
ki,  hərbi  müxalifətin  iĢiydi.  O  vaxt  ġadman  Hüseynovun  da  adını  çəkirdilər,  ancaq  bu  iĢi 
bilavasitə onun təĢkil edib-etməməsi haqqında məndə məlumat yoxdur".
 
Oqtay Məmmədov yazır: "1992-ci ilin axırlarından həm Ġngiltərə, həm də ABġ-ın mövqeyində 
Azərbaycana  qarĢı  bir  isti  yanaĢma  hiss  olunmağa  baĢladı.  Hətta  bütün  münaqiĢə  dövrü 
ərzində həmiĢə Ermənistanı dəstəkləyən Fransanın mövqeyində də yumĢalma hiss olunurdu. 
Bütün  bu  məsələlərin  həllində  Marqaret  Tetçerin  Bakı  səfərinin  də  müəyyən  rolu  olmuĢdu" 
("Elçibəy ilə otuz il", s.46).  
Təəssüf  ki,  hətta  rəsmi  dövlət  qəzeti  (!)  "Həyat"  da  bu  hadisəni  Azərbaycanın  mənafeyinə 
uyğun  Ģəkildə  geniĢ  təbliğ  etməkdənsə  ona  dodaq  büzdü.  Prezident  Aparatında  keçirilən 
Tetçerin  Azərbaycana  səfərinin  nəticələrinə  dair  mətbuat  konfransından  hesabat  verən 
müxbir  heyrətdoğurucu  bir  nadanlıqla  yazırdı: 
"Əgər  Tetçer  prezidentin  Ģəxsi  qonağıdırsa, 
səfərin heç bir iqtisadi, siyasi və hüquqi nəticəsi yoxdursa (?! - Ə.T), "BritiĢ Petroleum" Ģirkəti 
ilə bağlanan müqavilə yalnız danıĢıqlardan ibarətdirsə (?! - Ə.T) buna konfrans həsr etməyə 
dəyərdimi?"  ("Mətbuat  konfransı:  bilmədik  nəyə  çağırılmıĢıq"
  -  "Həyat"  qəzeti,  10  sentyabr 
1992).  
Nə yazıqlar ki, Əbülfəz bəyin az qala bütün iĢləri beləcə urvatsız edilərək gözdən salınırdı... 
HACI ƏBDÜL VƏ BAġQALARI... 
Prezidentin  100  günü  ərəfəsində  "Sorğu"  sosioloji  tədqiqat  mərkəzi  ictimai  rəy  sorğusu 
keçirmiĢdi. "Siz Əbülfəz Elçibəyin və onun komandasının fəaliyyətini necə qiymətləndirirsiniz?" 
sualına  hərbi  sahə  61,4,  xarici  siyasət  52,8,  xalq  təhsili  45,4,  dövlət  quruculuğu  41,7  faiz 
müsbət  qiymət  almıĢdı.  Bu,  əslində  Elçibəyin  vur-tut  3  aylıq  hakimiyyətinə  verilən  yüksək 
qiymətdi. 
Görünür, bu amil və dünyanın ən hörmətli siyasətçilərindən biri olan Tetçerin ölkəmizə gəliĢi, 
Azərbaycan - Ġngiltərə münasibətlərinin qlobal siyasətin elementlərindən birinə çevrilməsi bir 
çox  dairələri  ciddi  rahatsız  edirdi.  Məsələn,  Tetçerin  gəliĢi  ərəfəsində  Hacı  Əbdül  bir  dəstə 
adamla Xızı rayon icra hakimiyyəti binası qarĢısında piket keçirir, icra baĢçısını qovaraq onun 
yerində  əyləĢməyə  çalıĢırdı.  O,  iddia  edirdi  ki,  hələ  A.Mütəllibov  çağında  icra  baĢçısı  təyin 
edilib  və  indi  "ədalət  zəfər  çalmalıdır".  Bu,  hakimiyyəti  açıq-aĢkar  münaqiĢəyə  cəlb  etmək, 
baĢqa yerlərdə də bənzər durumlar yaratmaq məqsədi güdürdü, ona görə də daxili iĢlər naziri 
Hacı Əbdülü həbs etməyə məcbur oldu. 
Elə  bu  vaxt  Bakıda  və  baĢqa  yerlərdə  guya  Ağdamın  ermənilərə  təhvil  verilməsi  haqqında 
Ģayiələr  yayılmağa  baĢladı.  Nizami  Süleymanovun  maliyyələĢdirdiyi  və  onu  təbliğ  edən 
"AxtarıĢ"  qəzeti  "Xalqın  səsi  -  haqqın  səsi"  yazısında  hakimiyyətə  böhtanlar  atır,  Nizami 
Süleymanovun əzabkeĢ obrazını yaradırdı. 
Bəzi  siyasi  partiyaların  Bakıdakı  və rayonlardakı yerli  təĢkilatları  aranı qarıĢdırırdılar.  Onların 
nümayəndələri vərəqələr yayaraq əhalini hakimiyyətə itaətsizlik göstərməyə, yerli hakimiyyəti 

devirməyə  çağırırdılar.  Bir  çox  rayonlarda  onların  təhrikiylə  kütləvi  tədbirlər  keçirilməyə 
baĢlanmıĢdı.  AXC  bunun  qarĢısını  öz  təbliğatıyla almağa  çalıĢırdı.  Məsələn,  AXC  ġəki  Ģöbəsi 
Ģəhər əhalisini fitnələrə uymamağa, tətillər, mitinqlər və nümayiĢlər keçirməməyə çağırırdı. 
Bütün bu hadisələr fonunda ən maraqlısı oydu ki, Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev 
13 sentyabrda yerli televiziyayla çıxıĢ edərək Əbülfəz Elçibəyi prezident kimi tanıdığını ilk dəfə 
olaraq  bəyan  etdi.  Görünür,  bu,  Bəyin  on  gün  öncə  "Həyat"dakı  müsahibəsində  söylədiyi 
fikirlərə cavabdı. Ancaq bu "xoĢ məram" uzun çəkmədi - vur-tut bir neçə gün sonra vəziyyət 
yenə  mürəkkəbləĢdi.  Ġsgəndər  Həmidovun  SəyavuĢ  Mustafayevi  Əsgər  Ələkbərovun  yerinə 
Naxçıvana  daxili  iĢlər  nazir  təyin  etməsi  durumu  gərginləĢdirdi.  Heydər  Əliyev  bu  təyinatı 
qəbul  etmədi.  Bundan  narazı  qalan  Demblok  artıq  Naxçıvan  Ali  Məclisinin  sessiyasına 
qatılmadı.  
AXC Naxçıvan Ģöbəsi Muxtar Respublikada yaranmıĢ vəziyyətlə bağlı bəyanat verdi ("Həyat" 
qəzeti,  26  sentyabr).  Orada  bildirilirdi  ki,  Naxçıvanda  demokratiya  adı  altında  kommunist 
rejimi  yaradılır.  Naxçıvanın  Ali  Məclisi  Azərbaycan  dövlətinə  qarĢı  alternativ  orqanlar 
yaradılması yoluyla gedir... 
Bu  zaman  prezidentlə  bağlı  Ģayiələr  yenidən  tüğyan  etməyə  baĢladı.  15  sentyabr  tarixli 
"Həyat" qəzeti yazırdı: "ġəhərdə Ģayiə yayılıb ki, guya Azərbaycan Respublikasının prezidenti 
Əbülfəz Elçibəy üç dəfə öz istefası haqqında ərizə verib". Bu söz-söhbəti yayanlar, sözsüz ki, 
Elçibəyi ruhdan salmaq, onun quruculuq həvəsini öldürmək, eyni zamanda onun zəif rəhbər 
olması haqqında xalqda rəy yaratmaq istəyirdilər. Bu iĢin baĢında kimlərin durması indi heç 
kəsə  sirr  deyil və onların  Elçibəyə qarĢı bəd niyyətdə olması əslində qanunauyğundu, buna 
görə  də  qətiyyən  təəccüb  doğurmur;  təəccüblüsü  odur  ki,  dünən  prezidentə  səs  verən  on 
minlərcə insan bu Ģayiələrlə məhz rəsmi dövlət qəzetində tanıĢ olurdu... 
Həmin günlərdə Rusiya prezidenti Boris Yeltsin Azərbaycan məhkəməsinin 31 avqustda ölümə 
məhkum  etdiyi  rus  zabiti,  leytenant  Yevgeni  Lukinin  bağıĢlanması  xahiĢiylə  Bəyə  məktub 
göndərdi. Əbülfəz bəy Azərbaycana qarĢı qanlı cinayətlər törətmiĢ bu zabitin əfv edilməsinin 
əsgərimizə nə qədər ağır təsir göstərəcəyini bilirdi, ona görə də bu xahiĢi yerinə yetirməkdən 
hər vasitəylə yayındı. 
Bütün bunlarla yanaĢı, ölkədə sabitliyin pozulması yolunda ciddi iĢlər də görülürdü. Məsələn, 
testin  tətbiqinin  qəti  əleyhdarı olan  universitet  professarları(?) birləĢərək  müəllimlərin  sosial 
hüquqlarını  müdafiə  etmək  Ģüarı  altında  "əməli  iĢ"  görürdülər.  AXC  BDU  Ģöbəsinin  17 
sentyabr  tarixli  bəyanatında  göstərilirdi  ki,  universitetdə  yaradılmıĢ  tətil  komitəsi  əmək 
haqqının, təqaüdlərin 5 DƏFƏ (!) artırılmasını tələb edir. ġöbə bildirirdi ki, bu, Ağdamın təhvil 
verilməsi  Ģayiələrinin,  Xızı  rayonunda  əbdülçülərin  qiyamının,  Ģəhid  dəfnlərindən  siyasi 
məqsədlərçün  istifadə  edilməsi  cəhdinin  (cənazəni  bütün  Ģəhərdə  gəzdirərək  ġəhidlər 
xiyabanına  gətirməklə  "oğullarımızı  qırdıran"  hakimiyyətə  qarĢı  əhalidə  narazılıq  yaratmaq 
istəyirdilər) tərkib hissəsidir. 
Gürcüstan  prezidenti  Zviad  Qamsaxurdia  artıq  bu  vaxt  hakimiyyətdən  devrilmiĢdi.  Rusiyaya 
kəskin  nifrət  bəsləyən,  prezidentliyi  dövründə  Rusiya  rəhbərliyiylə  hətta  telefonla  belə 
danıĢmayan Qamsaxurdia ölkədən qovuldu, öncə Gəncəyə gəldi, oradan da Ermənistana və 
Çeçenistana  getdi.  Gürcü  liderinin  acı  taleyi  və  Azərbaycanda  cücərtiləri  görünən  iğtiĢaĢ 
ünsürləri  prezident  Elçibəyi  də  istər-istəməz  ehtiyatlı  olmağa  sövq  edirdi.  Təsadüfi  deyil  ki, 
məhz bu günlərdə Ayaz Mütəllibov da Azərbaycana "qayıtmaq istədiyini" bəyan etmiĢdi... 

"SĠLAHA SARILIB DAHA ÖZ KRESLOMU QORUMAYACAĞAM" 
Krasnodarda  çıxan  "Vsyakaya  vsyaçina"  qəzetinin  müxbiri  Yelena  Semençenko  Əbülfəz  bəy 
haqqında  təqdimatla  birgə  ondan  avqustda  götürdüyü  müsahibəni  də  öz  qəzetlərində  dərc 
etdirib.  22  sentyabrda  "Həyat"  qəzeti  həmin  yazının  tərcüməsini  Azərbaycan  oxucularına 
çatdırdı. 
Y.Semençenkonun qeydləri Bəyə kənardan baxıĢ kimi çox maraqlıdır. O yazır: 
"Elçibəy isə bir 
çox  rusiyalılar  üçün  hələlik  bir  müəmmadır.  Ekranda  nadir  hallarda  görünür,  mətbuatda  da 
ara-sıra çıxıĢ edir. Müsahibə verməyi sevmir (bu fikir doğru deyil - Ə.T.). Azərbaycanda onu 
ġərq  üçün  qeyri-adi  lider  sayır  və  inanırlar  ki,  o,  respublikanı  bu  qarmaqarıĢıqlıqdan,  hərc-
mərclikdən çıxaracaqdır".
 
Bəyin "qılığına girməyi" bacarmıĢ usta müxbir söhbətdaĢını ürəyindəki ən həssas duyğuları da 
dilə  gətirməyə  məcbur  edib.  O,  prezidentin  25  min  manat  maaĢ  aldığını  yazdıqdan  sonra 
Bəyin öz sözlərini çatdırır: "Xalqın qarĢısında hətta xəcalət çəkirəm. Belə çıxır ki, bu gün mən 
yağ-bal içindəyəm, hər Ģeylə təmin edilmiĢəm, Azərbaycan xalqının əksəriyyəti isə hələ yoxsul 
yaĢayır. Elə ailələr var ki, bir tikə çörək tapa bilmir - bax, bu, mənəvi cəhətdən az qalır məni 
öldürsün". 
Bu  sözlər  özünü  krasnodarlılara  sevdirməyə,  təbliğat  məqsədiylə  özünü  mələk  qiyafəsində 
tanıtdırmağa  can  atan  bir  adamın  deyil,  saf  insani  duyğularını  hətta  prezidentliyin  belə 
korĢalda  bilmədiyi,  heç  vaxt  rola  girməyi  sevməyən  və  olduğu  kimi  görünməyə  çalıĢan  əsl 
Elçibəyin ən səmimi düĢüncələrinin ifadəsidir! 
Ölkənin  ictimai-siyasi  durumuna  toxunan  prezident  müxbirə  deyir:  "Hələ  bu  yaxınlaradək 
Bakının  və  baĢqa  Ģəhərlərin  küçələrində  açıq  döyüĢlər  gedirdi.  Adamlar  gündüzlər  evdən 
çıxmağa  və  gecələr  yerinə  girib  yatmağa  qorxurdular.  ...Lakin  biz  bu  qarmaqarıĢıqlıqdan 
çıxdıq. Bütövlükdə Azərbaycan üzrə vəziyyət sabitləĢir". 
Yeni hakimiyyətin gördüyü baĢqa iĢlərdən də söz açan Bəy göstərir ki, yarım milyona yaxın 
qaçqının durumu da yavaĢ-yavaĢ qaydasına düĢür. Ġqtisadiyyat, mədəniyyət və hərbi sahədə 
durğunluq yaranmıĢdı və biz tənəzzülü dayandırdıq. 
Hakimiyyətə gələndən bəri bir neçə islahat keçirildiyini, qanunlar qəbul edildiyini göz önünə 
qoyan, "beĢ il tələbə oldum, bu beĢ ildə əynim nə palto gördü, nə də plaĢ" deyə tələbəliyini 
xatırlayan Əbülfəz bəy təhsil sahəsindəki islahatlardan, testin tətbiq ediləcəyindən də umudla 
danıĢır. 
Elçibəyin  sevimli  rəqəminin  13  olduğunu,  onun  qara  piĢiklərə  məftunluğunu  (hətta  yolunun 
üstünə çıxanda da) oxucuya çatdıran rusiyalı müxbir, hakimiyyətinə qarĢı törənə biləcək nəhs 
gözləntilərə  Bəyin  münasibətini  öyrənmək  istərkən  bu  cavabı  eĢidir: 
"Lakin  xalq  (bir  yığın 
qəsdçi yox, məhz Azərbaycan xalqı) məndən ümidini kəssə, silaha sarılıb daha öz kreslomu 
qorumayacağam".
 
4  iyundan  sonra,  doğrudan  da,  öz  kreslosunu  qorumaqçün  silaha  sarılmaqdan  vaz  keçərək 
onu təhvil verməyi üstün tutan Bəy bu addımı atmasının səbəbini, görünür, hələ təxminən 10 
ay  öncə  söylədiyi bu cümləylə  açıqlayıb.  Deməli,  4 iyunda o,  hesab  edibmiĢ ki,  xalq  ondan 
umudunu kəsərək gözlərini baĢqa adama dikib, buna görə də xalqı həmin adamla baĢ-baĢa 
buraxaraq hakimiyyəti döyüĢsüz təslim edib. 
"Həyat"  qəzetinin  22  sentyabr  tarixli  nömrəsində  Rusiyanın  aparıcı  jurnalistlərinin  Elçibəy 

hakimiyyətinin 100 günü ərəfəsində bu qəzetin müxbirinə söylədikləri fikirlər dərc edilib. Bir 
az öncə Bakıda prezidentin qəbul etdiyi bu adamların Bəy və ozamankı Azərbaycan haqqında 
düĢüncələri çox maraqlıdır. 
"Pravda"nın  baĢ  redaktoru  (indi  Dumanın  sədri)  G.Seleznyov  bildirir: 
"Ölkənizdə  ictimai 
vəziyyətin sabitləĢməsini inkar etmək mümkün deyil".
 
"Komsomolskaya pravda"nın baĢ redaktoru V.Fronin: 
"...Elçibəyin Ģəxsiyyəti çox cəlbedicidir. 
[...]  Onun  əsl  demokrat  mövqeyi,  öz  qüvvəsinə  inamı  açıqca  hiss  olunur.  Bilmirəm  siz 
duymusunuzmu?  Bu,  GÜCLÜ  ĠNSANIN  mövqeyidir.  O,  öz  XALQINA  GÜVƏNĠR  və  belə  bir 
dayağa  görə  çox  arxayındır".  "Elçibəy  etiraf  etdi  ki,  özünü  hələ  tam  prezident  kimi  hiss 
etmir"
.  (Sonuncu  cümləyə  tamamilə  təbii  yanaĢmaq  gərəkdir  -  hər hansı  Ģəxsin  özünü  tam 
prezident  kimi  hiss  edə  bilməsinə,  baĢqa  sözlə,  hakimiyyətə  tam  yiyələnməsinə  xeyli  vaxt 
gərəkdir). 
"Ostankino"  teleĢirkətində  "Siyasət"  studiyasının  direktor  müavini  A.Skryabin  hesab  edir  ki, 
prezidentin yüzgünlük fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunun qalxmasına imkan verib 
və indi Azərbaycan dünya ictimaiyyətinin nəzərində layiqli yer tutur. 
"Moskovskiye  novosti"  qəzetinin  baĢ  redaktoru  L.Karpinskinin  fikrincə, 
"ən  maraqlı  yenilik 
Azərbaycan prezidentinin obrazıdır. O dəqiqə görünür ki, o, ƏSL ZĠYALIDIR və əsl ziyalı kimi 
də, zənnimcə, BĠR AZ ĠDEALĠSTDĠR"

Rusiya  jurnalistlərinin  SĠYASƏTÇĠ  Elçibəyə  ümumən  ehtiyatlı  yanaĢmaları  "Trud"  qəzetinin 
baĢ redaktoru A.Potapovun sözlərində daha qabarıq gözə çarpır: 
"Özü demiĢkən, hələ bütün 
hallarda  özünü  prezident  kimi  hiss  etmir.  [...]  O,  HƏR  ġEYĠ  SĠVĠLĠZASĠYALI  METODLARLA 
HƏLL  ETMƏK  niyyətindədir.  Bilmirəm,  siyasi  xadim  kimi  o,  buna  necə  nail  olacaq?  Bu  yol 
siyasətdə həmiĢə gözlənilmir"
. Ancaq, öz aramızdır, A.Potapov uzaqgörən adammıĢ... 
"Nezavisimaya  qazeta"nın  baĢ  redaktoru  V.Tretyakovun  fikirləri  xüsusən  maraqlıdır,  çünki 
1993-dən  üzübəri  bu  qəzetdə  çıxan  saysız-hesabsız  yazılarda  Elçibəyə  sonsuz  nifrət  əksini 
tapıb və onu Rusiya oxucularına ən mənfi çalarlarla təqdim etməkçün xeyli əmək sərf olunub. 
Məncə, bu patoloji münasibət məhz 1992-dəki görüĢdən qaynaqlanır. O vaxtsa V.Tretyakov 
belə düĢünürdü: 
"Əgər o, mövqeyini açmaqda belə səmimidirsə, məncə, siyasi uzlaĢmalarda 
ona çətin olacaq. [...] Əbülfəz Elçibəy HƏDDƏN ARTIQ ROMANTĠK adam təsiri bağıĢladı. [...] 
Deyəndə  ki  Qarabağda  münaqiĢə  bir  ilə  qurtaracaq,  mən  inanmadım  ki,  o,  belə  konkret 
danıĢa bilər. Əslində mən bu proqnoza Ģübhə edirəm"

Rusiyanın  qatı  təəssübkeĢi  olan  və  əslində  Elçibəyə  "sevgisizliyinin"  kökündə  də  bu  amil 
dayanan  V.Tretyakov  SSRĠ-nin  dağılmasına  təəssüflənir  və  deyir:  "Mən  hesab  edirəm  ki, 
Ġttifaq hələ mövcuddur. MDB SSRĠ-nin dağılması prosesində daha bir pillədir". 
V.Tretyakovdan fərqli olaraq "Ġzvestiya" qəzetinin baĢ redaktoru Ġ.Qolembiovski Əbülfəz bəy 
Ģəxsiyyətini yüksək dəyərləndirir: 
Ə.Elçibəy "HƏQĠQĠ ZĠYALIDIR. Mən buna bir daha HEYRƏT 
ETDĠM.  Siyasi  meydana  savadlı,  səmimi,  enerjili,  güclü  mənəvi  ehtiyatları  olan  liderlər 
çıxmıĢlar. Elçibəy məhz belə liderlərdəndir. [...] Elçibəyin Azərbaycandakı nəzarətdən çıxmıĢ 
ictimai-siyasi  Ģəraiti  dövlət  çərçivəsində  saxlayıb  nizamlaması  MƏNDƏ  HEYRƏT  HĠSSĠ 
DOĞURUR.  Mən  bildiyimə  görə,  islahatlar  təkamül  yolu  ilə  davam  etdirilir  və  bu,  çox 
vacibdir".
 
Bu  jurnalistlər,  xüsusən  V.Tretyakov  Azərbaycanın  MDB-yə  girməsini  arzulayır  və  dilə 
gətirməsələr də Əbülfəz Elçibəyin buna mane olmasına təəssüflənirlər. 

MARQARET TETÇER HEYRAN OLUR 
1992-nin sentyabrını Elçibəy iqtidarının demokratiya yürüĢü ayı adlandırmaqla yalnız həqiqəti 
təsdiqləmiĢ olarıq. Doğrudur, bu bir illik hakimiyyətin istənilən gününün demokratik inkiĢafa 
kiçicik  də  varsa  töhfəsiz  qaldığını  düĢünmək  zordur,  çünki  baĢlıca  amalı  ölkədə  gerçək 
demokratiyanın  cəmiyyətin  yaĢam  tərzinə  çevrilməsi  olan  prezident  dövlətin  bütün 
potensialını  aramsız  olaraq  məhz  bu  ali  məqsədə  yönəldirdi,  ancaq  sentyabr  bu  sahədə 
görülən iĢlərin bolluğuyla ayrıca seçilir. 
Xanım  Tetçerin  Azərbaycandan  getməsinin  elə  ertəsi günü  -  9  sentyabrda Nazirlər Kabineti 
Milli Məclisin "Mətbuat orqanlarına və iĢçilərinə güzəĢtlər haqqında" 12 avqust tarixli qərarını 
həyata keçirməkçün qərar çıxardı. 10 sentyabrdasa prezidentin 21 iyulda imzaladığı "Kütləvi 
informasiya vasitələri haqqında" qanun dərc edilərək qüvvəyə mindi. 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin