ARTIRMA
"O zaman rəhmətlik Turqut Özalla söhbət etdik, mənə söz verdi ki, Türkiyə hər il
Azərbaycandan 2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz
beĢ il hakimiyyətdə qalsaydıq bu, 10 min tələbə edəcəkdi. Ancaq bizdən sonra bunun
üstündə durmadılar, hər Ģey pozuldu, yarımçıq qaldı. Bizdən sonrakıların siyasətinin ən
mənfur cəhətləridən birisi o oldu ki, özümüzdə neyləmiĢdi cəhənnəmə, gərək Türkiyənin
yaratdığı Ģəraiti dağıtmayaydı; həmin həqiqətən qardaĢlıq yardımından istifadə etməklə
gələcək çatıĢmazlıqları aradan götürməkdən ötrü böyük kadr potensialı, kadr ehtiyatı yarada
bilərdik. Bu da xəyanətin bir üzüdür".
(
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən.
- "Elçibəylə
13 saat üz-üzə", Bakı, 1999, s.90).
Artıq 21 iyulda prezident Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaratdı. Qərara alındı ki,
1992-ci ilin Azərbaycan üzrə tələbə qəbulu hökmən testlə keçirilsin. Prezident Aparatında 11
iyuldakı müĢavirənin baĢlıca mövzusu bu məsələ oldu. Bildirildi ki, imtahanlarçün sənədlər
iyulun son günlərindən götürüləcək, dərslərsə 1 oktyabrda baĢlayacaq.
Ölkənin demokratik inkiĢafını təmin etməkçün prezident hakimiyyətlər bölgüsünü
formalaĢdırmağı zəruri sayırdı. Ġcraedici orqan keçid dövrünün baĢlıca ağırlıqlarını öz
çiyinlərinə götürmüĢdü. Ali Sovet (Milli Məclis) tam müstəqil Ģəkildə qanunvericiliklə məĢğul
olur, Ali Məhkəmə də müstəqil Ģəkildə - icraedici və qanunverici orqanların heç bir müdaxiləsi
olmadan məhkəmə sisteminin müstəqilliyini nümayiĢ etdirirdi. Təbii ki, bu amil ölkədə
ədalətin və güclü hakimiyyətin yaradılmasında müstəsna əhəmiyyətə malikdi.
Yeni dövlət quruculuğu, hakimiyyət bölgüsü haqqında prezident belə düĢünürdü:
"Bilirsiniz,
bir var ki, gəlib boĢ yerdə dövlət qurasan - o, çox asandır, bir də var ki, dövlət xarabalarını
dağıdıb yerində yeni dövlət yaradasan - o, çox çətindir, çünki köhnəni dağıtmalısan; elə yerlər
var ki, betonlaĢmıĢ, sementləĢmiĢdir, onu asanlıqla dağıtmaq olmur. Biz nədən baĢladıq?
Birinci, çalıĢdıq ki, yuxarı - parlament demokratik olsun. Bunu Ġsa bəyə tapĢırdıq. Xalq gözəl
görürdü ki, bütün müzakirələrin hamısı televiziyada göstərilir. Bizim parlamentə qədər
gediĢatın hamısının xalqa çatdırıldığı parlament olmayıb...
Bəli, parlamentimiz tam demokratikdi. Orada xalqa əməlli-baĢlı demokratiya dərsi keçilirdi.
Ġkincisi, icraedici orqanlarda qayda yaratmağa giriĢdik. Hər Ģeydən öncə Prezident Aparatını
demokratikləĢdirməyə baĢladıq. Bura gələn adamın heç birini geri qaytarmırdıq - kim olur-
olsun, nə deyir-desin. Məktub göndərənlər cavab alırdılar. ġikayətçiləri yüksək vəzifəli
səlahiyyətli Ģəxslər dinləyirdi, yalnız prezidentin yanına getməyə israr edənləri özüm qəbul
edirdim.
Biz orada iĢləyənlərə öyrətdik ki, xalqla həssas davranacaqsınız, qapılarımız heç zaman xalqın
üzünə bağlanmayacaq. Beləliklə, aparat baĢladı xalqla yaxın ünsiyyətdə iĢləməyə.
Mən prezidentdim. Xalqın narahatlığını duyanda kabinetimdə rahat otura bilmirdim. Çox vaxt
eĢidirdim ki, qıĢqırırlar: "Elçibəy", "Elçibəy". Məni görmək istəyirlər. RazılaĢıram ki, yaxĢı, 100
nəfərsiniz, 5 nəfər gəlsin, görüĢək. Deyirlər ki, yox, yüzümüz də gələcəyik, çıx, bizim
qarĢımızda danıĢ (öz aramızdır, bizə əməlli-baĢlı ərk edirdilər). Mən də onlarla görüĢürdüm.
Çox vaxt belə olurdu.
Daha sonra baĢladıq idarəetmə orqanlarını qaydaya salmağa. Bir çox zəruri komitələr,
Ģirkətlər yaratdıq, bəzi gərəksiz qurumları da ixtisar etdik. Məsələn, Kənd Təsərrüfatı və
Ərzaq Nazirliyi sistemində 60-dan çox institut vardı. Çoxunu rüĢvətçün düzəldiblər ki, yeyib-
dağıtsınlar. Bunları seçmək, tələbata uyğun hala salmaq özü bir ciddi problemdi!
Dövlət aparatında diktatura sistemini dağıtmaqçün müəssisələrə, onların rəhbərlərinə
sərbəstlik vermək lazımdı. Biz məhz bu yolu tutduq. Hər müəssisənin öz əsasnaməsini
hazırladıb, yaxud yenidən iĢlədib ona uyğun iĢləməyi tələb edirdik. çalıĢırdıq ki, müəssisələr
böyük piramidanın içində qalıb çabalamasın.
Biz hakimiyyətin 3 yerə bölünməsini gerçəkləĢdirməyə çalıĢırdıq. Bunun artıq ciddi özülü
qoyulmuĢdu. Prezident Aparatı müstəqilləĢirdi, bunu hamı görürdü. Milli Məclis də müstəqildi.
Prezident Aparatından, məsələn, hər hansı bir sənəd gəlir, parlament qəbul eləmir, qaytarır
üstümüzə. Biz təzədən iĢləyirik, bir də qaytarırıq ora. Parlamentdə prezident tənqid edilirdi,
buna heç kim bir söz demirdi. Bir çox hallarda prezident oraya birbaĢa mübahisəyə gedirdi...
Üçüncüsü, məhkəmə hakimiyyəti - o da müstəqil olacaqdı. Tahir Kərimlini Ali Məhkəmənin
sədri qoymuĢduq. Desin görək ya Prezident Aparatından, ya da Milli Məclisdən olan təzyiqlə
nə vaxt bir hökm çıxarıb. Əksinə, məhkəmələr, bizim orqanların iĢdən kənarlaĢdırdığı
adamları iĢə bərpa etməklə məĢğuldu"
. (
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə
13 saat üz-üzə", Bakı, 1999, s.32-33
).
Dövlətin geridönməz müstəqilliyinin təmin edilməsini Ģərtləndirən baĢqa amillər içərisində
yeni dövlət institutlarının yaradılması, əlbəttə, ən zəruri məsələlərdəndi. Bu sahədə ağırlıq
mərkəzi Ģəxsən prezidentin öz üzərinə düĢürdü. Bəyin fərmanlarıyla qısa zaman içərisində bir
çox mühüm dövlət qurumları yaradıldı; məsələn: Azərbaycan Dövlət Balıqçılıq Təsərrüfatı
Konserni (7 iyul), Milli Ləl-Cəvahirat Fondu (16 iyul), Azərbaycan Dövlət Torpaq Komitəsi, AR-
nın prezidenti yanında Xüsusi Ġdarə (17 iyul 1992).
Elçibəy hakimiyyətinin ayağı sayalı oldu - hər sahədə olduğu kimi idmanda da dalbadal
ürəkaçan xəbərlər gəlməyə baĢladı. Məsələn, Duysburq Ģəhərində 18 yaĢlı qızlar arasında
Ģahmat üzrə dünya çempionatında dünya çempionu olmuĢ (15 iyul) Gəncə məktəblisi Ġlhamə
Qədimovadan sonra 10 yaĢlı Qax yetiĢdirməsi Pərvanə Ġsmayılova da dünya çempionu adını
qazandı (16 iyul). Prezident onları və beynəlxalq yarıĢlarda fərqlənmiĢ baĢqa idmançıları
qəbul edərək (20 iyul) onlara uğur dilədi və milli idmanımızın da inkiĢafına yardım
göstərəcəyini bildirdi.
Bəy xarici dövlətlərlə iqtisadi əməkdaĢlığın geniĢləndirilməsini, ölkəmizə xarici yatırımların
cəlb edilməsini iqtisadi yüksəliĢimizin stimulu saydığına görə bu sahəyə xüsusi diqqət yetirirdi.
22 iyulda Ġtaliyanın "Teknimont" firmasıyla Sumqayıtın "Sintezkauçuk" Ġstehsalat Birliyi
arasında 150 milyon dollarlıq saziĢin bağlanması ölkə rəhbərliyinin belə təĢəbbüsləri
həvəsləndirməsinin nəticəsiydi.
ĠLK DEVRĠLĠġ CƏHDĠ
Elçibəy hakimiyyəti hələ rüĢeym halındaykən onu devirmək təĢəbbüsündə bulunuldu. Fazil
Qəzənfəroğlunun fikrincə, bu təĢəbbüsün arxasında Ayaz Mütəllibov, Rəhim Qazıyev,
seçkilərdə Elçibəyə rəqib olmuĢ Nizami Süleymanov kimi adamlar dayanırdı.
"Ordudakı bütün
ruspərəst zabitlərə çevriliĢ günü bildirilmiĢ, özəl fitnəkarlıq dəstələri hazır hala gətirilmiĢdi.
Rus KQB-sində hazırlanan plana görə, xalq kütlələrinin ayağa qalxdığı, gerçəkdə seçkini
udanın Nizami Süleymanov olduğunu iddia etdikləri və əsgərlərin də onları dəstəklədiyi
tərzində bir səhnə yaradılacaqdı. Hətta dəniz qüvvətlərinə aid bir neçə rus gəmisi də hərəkətə
hazır duruma gətirilmiĢdi. Həyatakeçirmə tarixi 1992 ĠYULUNUN 10-u ĠLƏ 20-si ARASI olaraq
təsdiqlənmiĢdi. Çox sərt müqavimət görəcəkləri haqqında xəbərdarlıq aldıqları üçün
Ģəbəkənin risq etməyə gücü yetməyən üzvləri bu iĢdən çəkildilər"
(Fazil Qəzənfəroğlu.
"Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". Ġstanbul, 1995, 210-uncu səh.).
Tarix boyunca ruslar Bakını həmiĢə dənizdən etdikləri hücum sayəsində iĢğal ediblər və
Azərbaycanın güclü döyüĢ gəmilərinin olmaması məğlubiyyətimizlə nəticələnib. Ola bilsin ki,
məhz bu amili nəzərə alan Bəy milli donanmamızın yaradılmasına xüsusi önəm verirdi. Özü
bu haqda deyir:
"
-…Mən donanma məsələsində də güzəĢtsiz mövqe tutdum. Dəniz donanması hərbi dəniz
donanması və mülki dəniz donanmasından ibarətdir. Mülki dəniz donanmasında katerləri də
nəzərə almaqla 300-dən yuxarı dəniz nəqliyyat, yaxud yük vasitəsi vardı. O saat əlimi onların
hamısının üstünə qoydum. Elə gəmi vardı gedib qalmıĢdı Murmanskda. Bəli, Azərbaycan
gəmisi qalıb orada, axtaran da yoxdu. Biri Qara dənizdə ticarət edir - heç gəlməyib, biri qalıb
Baltik dənizində.
Bütün bu gəmiləri, katerləri və b. çəkdik gətirdik Azərbaycana, saldıq dəftərə, verdik
Azərbaycan Nazirlər Kabinetinin nəzarətinə ki, bunlardan mülki məqsədlərlə istifadə olunsun.
Bundan sonra baĢladıq hərbi dəniz donanmasına. Buradakı bütün dəniz donanmasında 75
gəmi vardı - Sovet hökumətindən qalma gəmi. Biz də bundan payımızı almalıydıq. Bunun
uğrunda mübarizəyə giriĢdik. Mən dedim ki, bizə həmin gəmilərin yarısı qalacaq. Ruslar
gördülər ki, vəziyyət xarabdır, dedilər ki, onda bəs Qazaxıstanla Türkmənistanın payı necə
olsun? FikirləĢdim ki, 75-i bölsək təqribən 45-ini onlar götürəcək, 30-unu bizə verəcəklər.
Ancaq 15-i bizə, 15-i Qazaxıstana, 15-i də Türkmənistana verilsə, deməli, türk dövlətlərinə 45
gəmi düĢəcək, onlarda 30 əvəzinə 45 gəmi olacaq. Məhz türk dövlətlərinin xeyrinə olaraq
beləcə razılaĢdıq. Mən bilsəydim ki, obirilər ala bilməyəcək, heç razılıq verməzdim. Nəysə, biz
15 əvəzinə 17 gəmi aldıq. Gedib saysınlar, bu saat 17 hərb gəmimiz dənizdədir.
-Yararlıdırlarmı?
-Tamam yararlıdır. Ġçində nasazları vardı, seçib tam yararlıları götürdük, yararsızlar qaldı
onların özündə - dedik ki, onsuz da, sizdə çoxdur.
Gəmiləri alandan sonra mən göstəriĢ verdim ki, rus gəmiləri Azərbaycandan çıxmalıdır, Bakı
buxtasında qalmamalıdır. Bunlar dava-dalaĢ salmaq istədilər. Dedim ki, istəyirsiniz qalanları
da tutum əlinizdən alım? Mənim bu məsələlərdə sərt prezident kimi davranmağım, görünür,
sərt hərəkatçı olmağımdan irəli gəlirdi. Əslində Ģərait də sərtlik və kəskinlik yeritməyi tələb
edirdi - indi kim necə düĢünür-düĢünsün. Onlar da elə bundan çəkinirdilər ki, Əbülfəz
prezidentdən çox inqilabçıdır. Deyirdim elə eləməyin ki, xalqı ayağa qaldırım. Bax, o xalqın
gücündən qorxmuĢdular - mənim gücüm bundaydı. BaĢqa prezident belə deyə bilməzdi.
-Çox qəribədir, Bəy. Azərbaycanın da, Rusiyanın da mətbuatında dünən də, elə bu gün də
Sizin qətiyyətsiz prezident obrazınızı yaratmaq istəyirlər. Ancaq bu danıĢdıqlarınız qətiyyətsiz
adam obrazıyla heç cür uyuĢmur.
-Bir Ģeyi baĢa düĢmürəm - qətiyyətsizdimsə Ġran da, Rusiya da niyə mənə müharibə elan
edir? Qətiyyətsiz adamla onların nə iĢi var? Fağır adamdımsa o böyüklükdə dövlətlər üstümə
niyə gəlirdi? Əslində onlara burada fağır adam lazımdır ki, əllərində oynatsınlar.
Bir Ģer oxumuĢdum gəncliyimdə. ġair öz xalqına yazır ki, bilirsən sənin düĢmənlərin məni niyə
öldürmək istəyirlər? Çünki səni mən hamıdan çox, dönməzcəsinə sevirəm. Görürlər ki, mən
dönməyəcəyəm, ona görə məhv etmək istəyirlər.
Mən də öz xalqımı sevdiyimçün onunla məhəbbətlə davranmıĢam, ancaq onun düĢmənlərinə
qarĢı barıĢmaz, son dərəcə qətiyyətli olmuĢ, bir çox hallarda hətta açıq risqə getmiĢəm.
Məncə, xalqın seçdiyi prezident öz xalqına ipək ürəyini, onun düĢmənlərinəsə dəmir əlini
göstərməyi bacarmalıdır!
-Ġpək ürəkli və dəmir əlli prezident rusların gəmilərini Bakı buxtasından necə çıxardı?
-Dedilər ki, 40 gün vaxt ver bizə. RazılaĢdım. 40 günün tamamında zəng vurdum ki, nə oldu -
çıxmırsınız? Dedilər ki, hələ hazır deyilik, 3 gün də vaxt ver. Bildirdim ki, elə Ģey yoxdur - bu
gün çıxacaqsınız! Moskvadan da xahiĢ etdilər ki, heç olmazsa 3 gün də imkan ver. Bu dəfə də
güzəĢtə getdim. 43 gündən sonra - bizim dediyimiz vaxtda buxtanı tərk etdilər.
Onlar bəhanə gətirirdilər ki, getməyə yerimiz yoxdur. Dedim HəĢtərxanda yeriniz var.
Bildirdilər ki, oradakı mülki donanmadır, həmin Ģəhərdə yer olmayacaq. 43 günə
Mahaçqalada yer düzəldib getdilər. Bəlkə də elə 40 günə hazırdılar, sadəcə bizim
qətiyyətimizi yoxlayırdılar. Onu da gördülər".
(
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.41-43
).
Görünür, çevriliĢ cəhdi Azərbaycan dəniz donanmasının yaradılmasıyla bağlı prezidentin
niyyətlərinin gerçəkləĢməsinə imkan verməmək məqsədi güdürdü. Ancaq Əbülfəz bəyi heç bir
çevriliĢ, yaxud sui-qəsd cəhdi yolundan döndərə bilməzdi, buna görə də o inadla ölkənin
hərbi gücünü artırmağa çalıĢırdı. Ümumiyyətlə, iyul ayının sonu ölkənin və prezidentin
tərcümeyi-halında hərbi quruculuq sahəsindəki iĢlərlə anılacaq. Belə ki, 26 iyuldan Xəzər
Hərbi Donanmasında 5 gəminin üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa
baĢladı. Bu, Azərbaycan Hərbi Dəniz Donanması yaradılmasının baĢlanğıcıydı. Bəyin Rusiya
tərəfiylə apardığı gərgin və güzəĢtsiz danıĢıqlar nəticəsində razılığa gəlindi ki, Xəzər
Donanması gəmilərinin və baĢqa əmlakının 25 faizi Azərbaycan Müdafiə Nazirliyinə verilsin.
Prezidentimizin Rusiyayla hökmlü danıĢıqları Rusiya hərbi dairələrinin xüsusi rəğbət bəslədiyi
Azərbaycan müdafiə naziri Rəhim Qazıyevin (o, bu vəzifəyə Elçibəyədək - 1992-nin martında
təyin edilmiĢdi) xoĢuna gəlmirdi. KeçmiĢ dövlət katibi Pənah Hüseynov bildirir:
"1992-ci ilin
yayında Rəhim Qazıyevin dövlət çevriliĢi etmək niyyətləri barədə mütəmadi məlumatlar
alırdıq. Artıq həmin ilin iyul ayında onun istefaya göndərilməsi məsələsini qoymağa baĢladıq.
Ancaq mümkün nəticələr barədə müzakirələr aparılarkən ... məlum oldu ki, döyüĢən orduda
xeyli nüfuza malik Ģəxslərdən biri bilavasitə Surət Hüseynovdur. Ona görə də R.Qazıyevin
vəzifədən azad edilməsi ərəfəsində hansısa profilaktik tədbir görmək lazım idi. [...]
Prezidentlə razılıqdan sonra Surəti hökumətə dəvət elədim. [...] Əbülfəz bəylə görüĢdükdən
sonra S.Hüseynov vəzifəyə (
prezidentin səlahiyyətli nümayəndəliyinə - Ə.T.
) razılığını verdi.
Ona iĢ yerinə - Bakıya gəlmək tapĢırıldı və təbii ki, Qarabağ üzrə səlahiyyətli nümayəndə kimi
bilavasitə döyüĢ zonalarında fəaliyyət göstərəcəkdi. [...] Bizdən sonra R.Qazıyev qeyri-qanuni
olaraq S.Hüseynovu korpus komandiri təyin etdi. Bununla da S.Hüseynovun hərbi hissələrin
iĢinə bilavasitə müdaxilədən uzaqlaĢdırılmasını nəzərdə tutan plan pozulmuĢ oldu.
S.Hüseynovun səlahiyyətli nümayəndə təyin olunduğu günün səhəri R.Qazıyev istefaya
göndərilməli idi"
("Yeni Müsavat", 14.04.1999).
Yəqin ki, iqtidarın niyyətini bilən R.Qazıyev 28 iyulda Milli Məclisdəki qapalı iclasda
hakimiyyətə təzyiq göstərmək məqsədiylə istefa ərizəsi verdiyini bəyan etdi. Prezidentin
imzaladığı fərman və sərəncamları "diletant" adlandıran müdafiə nazirinin hərəkətləri onunla
prezident arasındakı əslində çoxdan bəri mövcud olan fikir və mövqe ayrılıqlarının zirvə
nöqtəsinə çatdığını göstərirdi. Maraqlı burasıdır ki, iqtidardakı naziri müxalifət partiyasının
baĢçısı Etibar Məmmədov da müdafiə edərək ona QEYRĠ-MƏHDUD SƏLAHĠYYƏTLƏR
verilməsini təklif edirdi. R.Qazıyevin Ģəxsində artıq hakimiyyətin öz içində də açıq müxalifətin
yetiĢdiyi görünürdü. "Daxili" və "xarici" müxalifətlərin birgə etirazı əslində Azərbaycan
hökumətinə ilk "kollektiv" xəbərdarlıqdı və bunun arxasında kimin dayandığını düĢünüb
tapmaqçün dahi olmağa ehtiyac yoxdu...
R.Qazıyevin qəzəblə verdiyi istefanı qəbul etmək Rusiyayla savaĢa girmək deməkdi - dövlət
katibi Pənah Hüseynova Rusiyanın bəzi dairələri xəbərdarlıq etmiĢdi ki, R.Qazıyev iĢdən
çıxarılarsa Ermənistan Azərbaycan torpaqlarını Kür çayınadək iĢğal edə bilər... Əslində elə bu
səbəbdən də özünü o vaxt hakimiyyətdən güclü sayan R.Qazıyev sonralar P.Hüseynova
ünvanladığı məktubda bunu boynuna alır:
"...Həsrətində olduğunuz bu istefanı qəbul
etməməyinizin səbəbi nə idi? Pənah, nə Elçibəyin, nə də sənin bu günə kimi cəsarətiniz
çatmayıb ki, HƏMĠN DÖVRDƏ ĠSTEFAMI QƏBUL ETMƏYĠN MÜMKÜNSÜZLÜYÜNÜ etiraf
edəsiniz. Rusiya Federasiyasının xüsusi xidmət orqanlarına iĢləməkdə suçladığınız, mülki
vətəndaĢ olan müdafiə naziri R.Qazıyevin qısa müddətdə Rusiyanın Müdafiə Nazirliyinin
yüksək rütbəli zabitləri ilə yaratdığı normal diplomatik (?! - Ə.T.) və Ģəxsi münasibətlər...
sizdə son dərəcə SĠYASĠ QISQANCLIQ və müəyyən mənada da XOF yaratmıĢdı"
("Yeni
Müsavat", 25-26.04.1999).
Vəziyyəti hərtərəfli götür-qoy edən Bəy məqsədəuyğun qərar çıxardı - naziri hələlik vəzifədə
saxlamağı lazım bildi. Bəyin imzaladığı, Azərbaycan Milli Ordusunun təĢkili prosesini
sürətləndirmək məqsədi daĢıyan və 7 təĢkilata ünvanlanan "Azərbaycan Respublikası Silahlı
Qüvvələri Ali BaĢ Komandanının direktivi" 31 iyulda dərc edildi. Bu, arxasında yad qüvvələrin
dayandığı hərbi qurumumuzun baĢçısıyla toqquĢmadan dövləti itkisiz çıxarmağa edilən ilk
cəhddi.
Avqustun baĢlanğıcında artıq ayyarımlıq iqtidara qarĢı müxalifətin mütəĢəkkil qüvvəyə
çevrildiyi hiss olunmağa baĢladı. Əslində R.Qazıyevin çılğın etirazları həmin mütəĢəkkilliyin
"Avrora" atəĢiydi. Və ən maraqlı cəhət buydu ki, hakimiyyətə qarĢı təzyiqlər məhz yeni
cəmiyyət və dövlət quruculuğunda islahatlar ərəfəsində, mütərəqqi dəyiĢikliklər dərinləĢdikcə
daha kəskinləĢirdi. Ancaq prezident və onun gənc komandası (düzünə qalsa, bu komanda
hələ əməlli-baĢlı ortada yoxdu) inadla irəliyə doğru addımlayırdı.
1 avqustda Bəy ticarət müəssisələrinin fəaliyyətinin kommersiyalaĢdırılması haqqında fərman
verdi. Bu, ölkədə bazar iqtisadiyyatı elementlərinin təĢəkkülündə ilk ciddi təĢəbbüslərdəndi.
Elçibəyə ölkənin az qala dayanmıĢ sənayesi, baĢdan-baĢa tənəzzülə uğramıĢ iqtisadiyyatı,
anarxiya içindəki təsərrüfatı miras qalmıĢdı. Bunun səbəbkarının elə bu yeni hakimiyyətin
özünün olduğunu əhaliyə inandırmağa çalıĢan qara qüvvələr sabotaja da əl atır, xalqda geniĢ
narazılıq yaratmaq istəyirdilər. Xüsusən nəqliyyatda vəziyyət dözülməzdi. Adamlar iĢ yerinə
getməkçün saatlarla vaxt itirirdilər.
Azərbaycanda rüĢvət sistemi indiyədək yuxarıdan aĢağıya doğru inkiĢaf etmiĢdi - hakimiyyətin
zərvəsində əyləĢən Ģəxs özünün birbaĢa tabeliyində olanlardan, onlarsa öz "təbəə"lərindən
rüĢvət alır və bu piramida sistemi sadə əməkçidə baĢa çatırdı. Ġndisə həmin sistemin zirvəsi
dağılmıĢdı - güclü dövlət qurmaqla rüĢvətin qətiyyən bir araya sığmadığını yəqin edən, buna
görə də onunla mübarizə aparmağı qərarlaĢdıran prezident, Milli Məclisin və Ali Məhkəmənin
sədrləri, onların tabeliyindəki Ģəxslər rüĢvət almadıqlarına görə aĢağıların alması qorxulu
olmuĢdu. Köhnə nomenklaturanın buna dözməyərək gizli etirazlar təĢkil etməsi təbiiydi.
Dövlət müĢaviri Rafiq Ġsmayılov belə bir maraqlı faktı bəyan etmiĢdi ki, bir vəzifə yiyəsi təkcə
texnikumlarda test üsuluyla qəbul imtahanlarının qarĢısını almaqçün 50 milyon manat
xərcləməyə hazır olduğunu söyləmiĢdi.
(Müqayisə edək: bu zaman ölkədə orta aylıq əmək
haqqı 920 manatdı). Belə adamlar, sözsüz ki, xilası yalnız əhalini hakimiyyətə qarĢı
qaldırmaqda görürdülər. Sonralar Təhsil Nazirliyi qarĢısında təĢkil edilən "xalq etirazları"nın
arxasında da belə Ģəxslərin dayandığı gün kimi aydındı).
Köhnə "qurdlar"ın 50 milyonları olsa da hakimiyyət baĢçıları həqiqətən kasıbdılar. Prezident
Aparatında Elçibəylə görüĢünü məĢhur Ģairimiz Rüstəm Behrudi belə xatırlayır:
"Prezidentliyi dövründə qəzetlərin hansındasa "bu Ģəhərdə qalmaq üçün salam verməyə, çıxıb
getmək üçün vidalaĢmağa kimsə yox" sözlərimi oxuyub məni yanına dəvət eləmiĢdi. Sevda
yolçuluğundan, ədəbiyyatdan, Ģerdən uzun-uzadı danıĢdıq. "Bizim hökumətdə iĢləmək istəyin
varmı?" deyə soruĢdu. Dedim ki, Bəy, bilirsən ki, mən söz adamıyam. Hansı vəzifədə iĢləsəm
sizi yarıtmayacağam. YaxĢı olar ki, bir yüz dollar verəsən, sənin hesabına dostlarla bir məclis
qurum.
Gözləri gülürdü - vəzifədən imtina eləyib onu yüz dollara dəyiĢməyim Bəyə ləzzət eləmiĢdi.
Prezident Aparatında saat yarımdan sonra kimlərdənsə yüz dollar tapıldı.
Yola salanda: "Sən ilk adamsan, dostsan ki, vəzifədən imtina elədin. Get, Ģerini yaz. Sənin
"ġaman duaları"n istənilən nazir postundan yuxarıdadır", - dedi"
. (
"Savalanda görüĢənədək,
Bəy!". Bakı, 2000, s.103
).
Sadəlövh və idarəçilikdə hələ təcrübəsiz iqtidar baĢçıları elə güman edirdilər ki, xalq onların
səmimiliyini görərək qiymətləndirəcək və hər Ģeyi bağıĢlayacaq, narazılıqlar aradan
götürüləcək. Dövlət katibi Pənah Hüseynovun ilk vaxtlar iĢdən evə (Əhmədliyə) və geriyə
basabas ictimai nəqliyyatda (avtobusda) gedib-gəlməsi də bu sadəlövhlük və təcrübəsizliyin
göstəricisiydi. Ancaq 70 il boyunca "rəhbər"in xalqdan xüsusi təmtəraq və dəbdəbəylə
seçilməsinə alıĢmıĢ kütlə, əksinə, bu yeni davranıĢı qəbul etməyə hələ hazır deyildi, ona görə
də "vəzifəni hörmətdən salan" belə hərəkətlər çox vaxt onda gülüĢ doğururdu. Bu səmimi
gülüĢlər iqtidarın məkrli əleyhdarlarının getdikcə mütəĢəkkilləĢən məqsədyönlü təbliğatıyla
körüklənir, gücləndirilirdi.
Bir illik varlığı boyunca Ģüarçılıqdan, özünü Ģirin salmaqçün siyasi Ģoular təĢkil etməkdən
qaçan yeni hakimiyyət vəziyyəti yaxĢılaĢdırmaqçün gerçək addımlar atmağa üstünlük verirdi.
Artıq 3 avqustda prezidentin göstəriĢiylə Nazirlər Kabineti Bakıda sərniĢin nəqliyyatını
təkmilləĢdirmək və onun maddi-texniki bazasını möhkəmləndirmək haqqında qərar qəbul etdi.
Yol iĢlərinin görülməsini yaxĢılaĢdırmaqçün bir Almaniya firmasına 2,6 milyon alman markası
ayrıldı. 150 avtobus və 50 trolleybus alınması, "Ġkarus" avtobuslarıyçün ehtiyat hissələrindən
ötrü 700 min dollar vəsait ayrılması qərara alındı.
Əbülfəz bəy buçağadək əslində heç bir hakimiyyət mexanizmini öz əlinə keçirə bilməmiĢdi.
Ordudakı vəziyyət xüsusən xoĢagəlməzdi - hərbi qüvvələrin mühüm hissəsi müdafiə naziri
R.Qazıyevin və hakimiyyətə "məhəbbətsizliyi"ylə seçilən Ģəxslərin nüfuz dairəsindəydi.
Prezident orduda qayda-qanun yaratmaq, onu dövlətin mənafeyinə xidmət edən qüvvəyə
çevirmək üzərində ciddi düĢünürdü. 3 avqustda o, prezident yanında ümumrespublika
müĢavirəsi çağıraraq hərbi quruculuq məsələlərini və bu sahədə həlli zəruri konkret
problemləri müzakirəyə çıxardı. Bəy göstərdi ki, könüllülük prinsipi əsasında yaradılmağa
baĢlayan Azərbaycan Milli Ordusu bu gün təxminən bərabər sayda könüllü və çağırıĢçılardan
komplektləĢdirilib. Prezident bunu da bildirdi ki, orduda hələ ümumi komandanlığa tabe
olmayan hərbi dəstələr də var.
Bütünlükdə vəziyyəti təhlil edən prezident Milli Ordumuzun yaradılmasını sürətləndirməkçün
konkret tədbirlər müəyyənləĢdirdi və onların qısa vaxtda yerinə yetirilməsini tələb etdi.
Demokratik dövlət qurmağı qərarlaĢdıran Azərbaycanda artıq hakimiyyət qollarının bölgüsü
gerçəkləĢdirilməyə baĢlamıĢdı. Ancaq hakimiyyətin hansı qoluna hansı səlahiyyətlərin
verilməsi qanunvericilikdə hələ öz əksini tapmadığına görə bəzi təbii dartıĢmalar da ortaya
çıxırdı. 4 avqustda rəsmi dövlət qəzeti "Həyat" bu problemi hətta baĢlığa çıxarmıĢdı:
"Prezidentlə parlament arasında münaqiĢə mövcuddurmu?". Səlahiyyətlərin dəqiqləĢdirilməsi
üst-üstə düĢən prezident fərmanlarıyla Milli Məclis qərarlarında da üzə çıxırdı. Məsələn,
prezidentin "Türkiyə Respublikasının Ġstanbul Ģəhərində Azərbaycan Respublikasının baĢ
konsulunun təyin edilməsi və baĢ konsulluğun fəaliyyətinin təĢkili haqqında" 7 avqust tarixli
fərmanından (bu fərmanla Abbas Hacaloğlu konsul təyin edilib) bir neçə gün sonra - 11
avqustda Milli Məclis "Türkiyə Cümhuriyyətinin Ġstanbul Ģəhərində Azərbaycan
Respublikasının baĢ konsulluğunun təsis edilməsi haqqında" qərar çıxardı və onun 2-ci
maddəsində göstərdi: "Azərbaycan Respublikasının prezidentinə təklif edilsin ki, baĢ
konsulluğun təĢkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin". BaĢqa misal - Milli Məclisin
5 avqust tarixli qərarıyla Türkiyədə və Ġranda Azərbaycanın səfirliyi təsis edildi. Bundan sonra
prezident də Türkiyədə (7 avqust) və Ġranda (17 avqust) Azərbaycan səfirliklərinin
fəaliyyətinin təĢkili və səfirlərin təyin edilməsi haqqında fərman verdi.
Bu tipli məsələləri anarxiya sayanlar az deyil. Prezidentin özüsə baĢ verənləri belə
dəyərləndirirdi:
"Ġndi deyirlər ki, onda hərə bir tərəfə çəkirdi, anarxiyaydı. Yox, o, anarxiya deyil, sadəcə
olaraq, demokratiyaya gedən, anarxiyanın qarĢısını kəsəcək yolun baĢlanğıcıydı. Təəssüf, min
təəssüf ki, vətəndaĢımız bunu baĢa düĢmədi! Çünki xalqımız gözünü açıb dövlətin
idarəçiliyinin bir əlin altında olduğunu, bütün dəyirmanın da onun əlində fırlandığını görüb.
Bizsə bu yolu seçə bilməzdik. Biz dünyanı tərəqqiyə aparan hakimiyyətlərin həqiqətən
bölündüyü demokratik prinsiplər yolunu bəyəndik. Buradasa hökmən nöqsanlar, əyrilər,
çatıĢmazlıqlar, yıxıntılar olacaqdı. Ancaq yavaĢ-yavaĢ, bir neçə ilə hər Ģey qaydaya düĢəcək,
hamı yeni mühitə öyrəĢəcəkdi"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat
üz-üzə", Bakı, 1999, s.34).
"Həyat" qəzetindəki "PREZĠDENT SEÇKĠQABAĞI VƏDLƏRĠNĠ UNUDUB" (6 avqust) kimi
yazılar və hakimiyyət daxilində səlahiyyətlərin dəqiqləĢdirilməsi cəhdləri müxalifətin əhali
arasında çaĢqınlıq törətməsinə münbit Ģərait yaradırdı. Artıq avqustun ortalarına yaxın dövlət
çevriliĢinin olacağı haqqında intensiv Ģayiələr yayılırdı. "Həyat" qəzeti "ÇevriliĢ cəhdi
həqiqətdirmi?" (14 avqust) sorğusuna mənfi cavab verərək bu Ģayiələrin əsassızlığını göstərsə
də mövzunun rəsmi dövlət orqanının səhifəsində müzakirəyə çıxarılması belə Ģeylərə
alıĢmamıĢ dünənki sovet insanlarında məsələnin ciddi olduğu ehtimalı doğururdu. Düzdür,
prezidentin mətbuat və televiziyada gec-gec görünməsi, özünü təbliğ etdirməyə çalıĢmaması
da (təbliğatın dövlət idarəetməsindəki roluna bu cür etinasız yanaĢma Elçibəy iqtidarının ən
ciddi səhvlərindəndi) Ģayiələrə rəvac verirdi. Ancaq bu Ģayiələrin arxasında köhnəliklə
yeniliyin ölüm-dirim çarpıĢmasının dayandığını heç də hamı anlaya bilmirdi.
Bəllidir ki, icraedici hakimiyyətin baĢlıca təmsilçisi olan Nazirlər Kabineti əsasən köhnə və
rüĢvətxor kommunist kadrlardan təĢkil edilmiĢdi və yeni islahatlara baĢlanmasının,
bütövlükdə yeni cəmiyyət quruculuğunun qarĢısındakı ən böyük və gerçək əngəl də məhz bu
qurumdu. Əslində ölkədəki az qala bütün real hakimiyyət mexanizmlərini əlində saxlayan bu
nəhəng və barıĢmaz aparatı dəyiĢdirmədən yeni dövlət quruculuğunda heç nəyə nail olmaq
mümkün deyildi. Bunu hamıdan daha aydın təsəvvür edən prezidentin "Azərbaycan
Respublikası Nazirlər Kabineti ĠĢlər Ġdarəsinin strukturunda dəyiĢikliklər haqqında" sərəncamı
(17 avqust) dövlət çevriliĢi haqqında Ģayiələrin heç də boĢ yerə yaranmadığını ortaya qoydu.
Nazirlər Kabineti iĢlər idarəsi və Prezident Aparatı struktur bölmələri arasındakı vəzifə
təkrarlanma və uyğunluqlarını aradan qaldırmaq, dövlət aparatında ixtisar aparmaq məqsədi
güdən sərəncam çoxlu rüĢvətxor məmuru dəhĢətə gətirdi. Tutduğu vəzifələrdən hədsiz maddi
sərvət qazanan, buna görə də onu itirmək istəməyən bu adamlar sərəncamın
hazırlanmasından xəbər tutaraq onun qəbul edilməməsi yolunu xalqı Ģayiələrlə qorxutmaqda,
hakimiyyətə psixoloji təzyiq göstərməkdə tapmıĢdılar. Sərəncamın çıxarılmasından sonrasa
onlar yeganə xilas vasitəsinin bu hakimiyyətin özündən qurtulmaqda olduğunu düĢünərək
"xilaskar" axtarmağa baĢladılar və tapdılar da.
Pənah Hüseynov deyir:
"Artıq avqustun axırı - sentyabrın əvvəllərindən (1992 - red.)
S.Hüseynov problemi üzərində iĢləməyə baĢladıq. [...] Artıq məlumatlar daxil olmağa
baĢlayırdı ki, hərbi hissələrə MTN iĢçiləri buraxılmır. ORDU NƏZARƏTDƏ DEYĠLDĠ. Çox böyük
çətinliklə prezident yanında Xüsusi Ġdarəni yarada bildik. [...] Sentyabrın əvvəllərində
S.Hüseynovla, demək olar, ilk münaqiĢə baĢ vermiĢ oldu. Vertolyotçularla bağlı hadisə,
Xüsusi Ġdarənin əməkdaĢının döyülməsi faktı və baĢqa bu cür hadisələr, təkrar edirəm, onun
orduya nəzarətdən gec də olsa uzaqlaĢdırılması zərurətini ortaya çıxarmıĢdı. [...] Eyni
zamanda, R.Qazıyevlə S.Hüseynovun bir tandem Ģəklində saxlanması bizim əsas
səhvlərimizdən idi"
("Yeni Müsavat", 14.04.1999).
Seçdiyi gerçək müstəqillik yolunda heç nədən və heç kimdən çəkinməyərək inadla yürüyən
Bəy ölkənin sarsıntılardan çıxarılmasında Qarabağ düyününün çözülməsinin həlledici rol
oynayacağını bildiyinə görə bu məsələnin həlli üzərində daha çox baĢ sındırırdı. 6 avqustda
ATƏM-in Romada keçirilən fövqəladə görüĢünün iĢtirakçıları münaqiĢə edən tərəfləri:
Ermənistanı və Azərbaycanı atəĢi 60 gün müddətinə dayandırmağa çağıran müraciət qəbul
etdilər. Bütün avqust ayı boyunca Tərtər, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Gədəbəy, Qazax,
Ağstafa, Ağdam və Naxçıvanda ermənilərlə uğurla vuruĢan Azərbaycan məsələni hələ heç
müzakirə etməyə baĢlamamıĢdı ki, ertəsi gün - 7 avqustda Ermənistan XĠN tez-tələsik
bəyanat yayaraq Azərbaycan tərəfini sülh danıĢıqlarına getməməkdə və Ermənistan-
Azərbaycan münaqiĢəsi zonasında döyüĢ əməliyyatlarını gücləndirməkdə suçlandırdı.
Azərbaycan XĠN öz cavab bəyanatında bu gediĢi "siyasi iftira" adlandırdı.
Özünün gündəlik iĢində hərbi quruculuğa daim geniĢ yer ayıran prezident "Azərbaycan
Respublikası vətəndaĢlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası
haqqında əsasnamə"ni fərmanla təsdiq etdikdən (31 iyul 1992) bir həftə sonra yerlərdə
müdafiə məsələlərinin həlli qaydasını təkmilləĢdirməkçün "Ərazi müdafiə qərargahlarının
yaradılması haqqında" da fərman verdi (7 avqust). Bəyin göstəriĢiylə Rusiya Federasiyası və
Azərbaycan Respublikası arasında aparılan danıĢıqların (danıĢıqları səfirlər Valter ġoniya və
Hikmət Hacızadə aparırdılar) nəticəsində 7 avqustda Moskvada "Azərbaycan Respublikası
ərazisində yerləĢən Rusiya Federasiyası sərhəd qoĢunlarının müvəqqəti statusu və fəaliyyət
mexanizmi haqqında" saziĢ paraflandı. Rusiyayla keçmiĢ Sovet Ġttifaqının subyektlərindən biri
arasında sərhədlər haqqında əldə edilmiĢ bu ilk saziĢdə Rusiya Federasiyası sərhəd
qoĢunlarının Azərbaycan Respublikası ərazisindən bütünlüklə çıxarılmasıyçün keçid dövrü
nəzərdə tutulurdu. Hər iki tərəfin razılığıyla dövlət sərhədinin mühafizəsinə ümumi rəhbərliyi
Azərbaycan Respublikasının prezidenti həyata keçirəcəkdi. Bu, Bəyin Azərbaycanın
müstəqilliyi yolunda qazandığı növbəti uğuruydu.
Azərbaycan diplomatik fəallığı daha da gücləndirməyə baĢlamıĢdı. Xarici iĢlər naziri Tofiq
Qasımov avqustun baĢlanğıcında Türkiyəyə etdiyi ilk səfərindən sonra üç gün də (18-20
avqust) Ġranda olaraq mühüm danıĢıqlar apardı.
Xarici dövlətlərlə hər sahədə müstəqil ikitərəfli əlaqələrin geniĢləndirilməsinə üstünlük verən
Bəy 6 avqustda Bremen'in (Almaniya) limanlar, gəmiçilik və xarici ticarət üzrə senatoru Uve
Bekmeyerin baĢçılığı altındakı nümayəndə heyətini qəbul etdi. Bu gəliĢdə hər iki tərəfçün
qarĢılıqlı faydalı danıĢıqlar aparıldı.
ƏLƏKRƏM HÜMMƏTOVUN XƏBƏRĠ YOXMUġ...
Elçibəy iqtidarına asi olanların böyük əksəriyyəti umudla Naxçıvana üz tutdu. Bu hakimiyyətin
devrilməsinə öz "töhfə"sini vermiĢ və xidmətlərinə görə Ali Sovetin sədrliyi vəzifəsiylə
mükafatlandırılmıĢ Rəsul Quluyev spikerlikdən uzaqlaĢdırıldıqdan sonra Heydər Əliyevi "ilk
milli-demokratik hakimiyyətə qarĢı qeyri-sivil mübarizəni maliyyələĢdirməkdə" ittiham etdi.
Onun respublika prokurorluğuna göndərdiyi rəsmi ittihamnamədə göstərilir ki,
H.Əliyev
Naxçıvan Ali Məclisinin sədri olarkən 4 mart 1992-də Bakıdan heç bir icazə almadan sanki
müstəqil dövlətin baĢçısıymıĢ kimi Türkiyə Cümhuriyyətinə gedərək Türk-Naxçıvan Bankının
açılması haqqında saziĢ imzalayıb və Ali Məclisdəki 35 nəfərlik Demokratik blok üzvlərinin
ciddi tələblərinə baxmayaraq bankın nizamnaməsinin və saziĢin xalqdan gizli saxlanılmasına
nail olub. SaziĢdə Türkiyə tərəfi Naxçıvana köməkçün 100 milyon dollarlıq güzəĢtli kredit
ayırmağı öhdəsinə götürüb; həmin məbləğin 25 milyonu ərzaq alınmasına sərf edilməli,
qalanısa texniki kredit kimi alınmalıydı. R.Quluyevin sözlərinə görə, H.Əliyev 25 milyon
dollarlıq ərzağın cüzi bir hissəsini Naxçıvan əhalisinə sərf etdi, "qalan böyük bir hissəsini
mənimsəyərək ilk milli-demokratik hakimiyyətə qarĢı qeyri-sivil mübarizəni maliyyələĢmə
mənbəyinə çevirdi".
H.Əliyevin 16 avqust 1992-də Ġran prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaninin göndərdiyi Ģəxsi
təyyarəylə Tehrana rəsmi səfərə getməsini də "səlahiyyət həddinin aĢılması, ölkənin
Konstitusiya qaydalarına qiyam qaldırılması" sayan R.Quluyev bildirir ki, Ġrandan Naxçıvana
qaz kəməri çəkilməsinin müzakirəsi kimi təqdim edilən bu səfərin əsl məqsədi hakimiyyət
uğrunda mübarizədə Ġranın dəstəyini qazanmaqdan ibarətmiĢ; sonralar Təbriz-Culfa qaz
kəmərinin nəinki çəkilməməsi, hətta bu haqda söhbətin də unudulması bunu təsdiqləyir.
KeçmiĢ spiker bəyan edir ki, H.Əliyev "Ġran tərəfinə hakimiyyətə gələcəyi təqdirdə
Azərbaycan Konstitusiyasına islam dininin xüsusi statusu haqqında maddə salınacağını,
beynəlxalq neft kontraktlarında Ġranın geniĢ təmsilçiliyinə yol açacağını vəd edibmiĢ".
Əlbəttə, bu ittihamların hər biri ciddi həqiqət süzgəcindən keçirilməlidir. Ancaq, hər halda, bu
fikirləri bir vaxt Heydər Əliyevin sağ əli olmuĢ Ģəxsin söyləməsi onların ciddiliyinə inam
yaradır.
Ən maraqlısı budur ki, tezliklə Azərbaycanın həm içində, həm də çölündə təxminən 4 iyun
öncəsinə bənzər hadisələr cücərməyə baĢladı. Avqustun 17-sində Milli Ordunun Lənkərandakı
hissəsindən bir qrup əsgər silahla icra hakimiyyətinin üstünə gələrək binanı mühasirəyə aldı.
Ġcra hakimiyyətinin 40 iĢçisi əhaliyə bununla bağlı müraciət etdi. Həmin müraciətdə
oxuyuruq: "Hərbi hissənin komandiri Ələkrəm Hümmətov bu aksiyanın hazırlanmasından
bixəbər olduğunu bildirmiĢdir".
21 avqustda Güzdək yaxınlığındakı hərbi anbarlarda güclü partlayıĢ baĢ verdi. Bu hadisənin
nədən doğduğunu deyə bilməsək də xatırladım ki, avqustun 24-ündə Rusiyanın 4-üncü
ordusunun son alayı və komandanı Azərbaycanı tərk etdi, ancaq Rusiyayla bağlanmıĢ
müqaviləyə görə, ordu hissələri 1994-ün 1 avqustunadək mərhələlərlə çıxarılmalıydı.
25-26 avqustda Qusarda narahat vəziyyət yarandı, rayonda sabitliyi pozmağa cəhd göstərildi.
Avqustun ikinci ongünlüyünün sonunda alınan xəbərlərə görəsə, Türkiyədə bəzi siyasi
dairələrdə prezident Elçibəyin xəstəliyi və fəaliyyət qabiliyyətsizliyi barədə Ģayiələr yayıldı.
Elçibəyin həkimi Azərbaycan mətbuatında bu Ģayiələri yalanlayaraq bildirdi ki, doğrudur, "son
beĢ ilin gərgin ritmi prezidenti yormuĢdur", "o, gündə 15-16 saat iĢləyir, çox siqaret çəkir və
az yatır", ancaq sağlamlığı normaldır.
Yeri gəlmiĢkən, bu Ģayiə yalnız Türkiyədə deyil, Azərbaycanda da sürətlə körüklənirdi və
hakimiyyət gücləndikcə o daha rəngarəng biçimdə və daha geniĢ ölçüdə yayılırdı. Məsələn,
"Həyat" qəzetində (25 avqust) müxbir yazır: "Hətta prezidentin təcrid edilməsindən danıĢılır"
və belə təsəvvürlərin yaranmasına "prezidentin kütləvi informasiya vasitələrindən uzaq
düĢməsi"nin səbəb olduğunu güman edirdi.
Mənim Ģəxsi düĢüncəmə görə, Bəyin bütün hakimiyyəti boyunca yol verdiyi ən ciddi səhv
məhz təbliğatın əhəmiyyətini yetərincə qiymətləndirməməsi olub. ĠĢ o yerə çatmıĢdı ki, hətta
rəsmi dövlət qəzeti də ölkə prezidentinin qəbullarını, onun çıxıĢlarını baĢdansovdu
iĢıqlandırırdı. Məsələn, 24 avqustda Bəy Fransa səfiri Jan Perreni qəbul edib və "Həyat"da bu
haqda bir-iki cümləlik ötəri xəbər verilib. (Təbii ki, foto da yoxdur! Ümumiyyətlə, prezidentin
Ģəkli qəzetlərdə nadir hallarda görünürdü)...
Hakimiyyətin bütün düĢmənləri güclü Ģayiə maĢınında növbənöv yalanlar, uydurmalar istehsal
etməklə məĢğuldular. Onların içərisində ən geniĢ yayılanlardan biri də prezidentin guya
içkidən baĢının ayılmamasıydı. Bu mövzuda söhbətlərin geniĢ yayılmasında Elçibəyin siyasi
opponentləri daha çox fəallıq göstərirdilər. Təsadüfi deyil ki, Elçibəy devriləndən sonra onun
kabinetindən Moskva televiziyasına musahibə verən yeni prezident H.Əliyev jurnalist
Karaulovla ( sonralar onu rüĢvətxorluq üstündə televiziyadan qovdular) söhbətinin
Elçibəyin sərxoĢluq etməsinə həsr olunmuĢ hissəsində onun guya özündə olmayaraq
prezident kabinetindəki xalçaları islatmasından (!) danıĢmağı belə özünə rəva bilmiĢdi. (Əliyev
əliylə kabineti göstərərək "narahat olmayın, o xalçalar artıq götürülüb" deyirdi…).
Bu Ģayiələrin yayılma coğrafiyasının nə qədər geniĢ olduğunu jurnalist Əli ġamil'in aĢağıdakı
xatirəsi də göstərir:
"Elçibəy Kələkiyə yenicə getmiĢdi. AXC Naxçıvan Vilayət TəĢkilatından zəng vurub Almaniya
televiziyasından qonaqların gəldiyini söylədilər. Tələsik getdim. GörüĢdük. Kələkiyə getmək,
Bəydən müsahibə almaq istədiklərini bildirdilər. Həmin günlərdə benzin yaman qıtlaĢmıĢdı.
MaĢını olan tanıĢlardan birini tapmaq, onu Kələkiyə getməyə razı salmaq, benzin almaq xeyli
çəkdi.
Günün istisində Kələkiyə yol aldıq. Bərk tərləmiĢdik, maĢın da qızmıĢdı. Kələkiyə bir neçə
kilometr qalmıĢ - Danaqırt kəndinə çatanda mən bir az dincəlməyi, çay qırağında bulaq
suyundan içməyi, yuyunub sərinləməyi təklif etdim. RazılaĢdılar.
Kəndi yaxĢı tanıyırdım - dəfələrlə Mehman əminin qonağı olmuĢdum, odur ki, kəndi ikiyə
bölən çayın sağ sahilindəki bulağa getdik. Bir çadralı qadın bulaq baĢında ocaq qalayaraq
qazan qoyub boymadərən "arağ"ı çəkirdi.
Salam verdik. O, hörmət əlaməti olaraq bizə "araq" təklif etdi. Mən çox məmnuniyyətlə
ağzıma bir tikə Ģəkər qoyub "arağ"ı baĢıma çəkdim. Bununla həm boymadərənin acısını
azaltmaq, həm də boymadərən "arağ"ını necə içməyi qonaqlara göstərmək istədim. Onlarsa,
deyəsən, buna diqqət yetirməmiĢdilər. Qonaqlardan biri "arağ"ı Ģəkərsiz içdisə də heç nə
demədi. Ġkinci almansa "arağ"ı russayağı birdəfəyə "atandan" sonra yoldaĢına almanca nəsə
dedi. Cavab alandan sonra tərcüməçiyə üz tutdu. Almaniya türklərindən olan tərcüməçi
qonağın sözlərini təxminən belə çevirdi:
-Abi, Elçibəy də bu "araq"dan içir?
Çadralı qadın ürəkdən gələn bir səmimiyyətlə:
-Hə, qadan alım, Elçibəyin də payını göndərəcəyəm, - dedi.
Tərcüməçi qadının söylədiyini çevirəndə almanlar bərkdən gülüĢdülər. Sonra öyrəndim ki,
"arağ"ı birinci içən alman onun tərkibində spirt olmadığını bilsə də nəzakət xatirinə susub.
Ġkincisə Ģübhəsini dəqiqləĢdirməkçün yoldaĢından bunu soruĢub, o da təsdiqləyib. Amma
buna baxmayaraq, Elçibəy "araq" içib-içmədiyiylə maraqlandıqlarına görə bu sualı veriblər.
Yol boyu kameranı əlində hazır tutmuĢ operator çadralı qadının sözlərini eĢidəndən sonra onu
yığıĢdırdı. Bəlli oldu ki, sən demə, onlara Elçibəyi məhz sərxoĢ vəziyyətdə çəkmək
tapĢırılıbmıĢ. Azərbaycanda hakimiyyətə yeni gələnlərin Elçibəydən sərxoĢ prezident obrazı
yaratmalarının sorağı, sən demə, Almaniyaya da gedib çatıbmıĢ.
Kələkiyə çatanda Elçibəy nahara gedirdi. Yolda görüĢdük. Bizi də evlərinə apardı. Süfrəyə
qonaqların Ģərəfinə tut arağı da qoydular. Almaniya televiziyasının əməkdaĢları nahar süfrəsi
arxasında, həyətdəki bağçada veriliĢ hazırladılar, ancaq ən qəribəsi bu oldu ki, nə süfrədəki
araq ĢüĢəsini çəkdilər, nə də tut arağının dadına baxdılar..."
.
Ancaq heç bir Ģayiəyə xüsusi önəm verməyən Bəy öz Ģəxsiyyətinin hər cür qabardılmasının da
ümumən əleyhinəydi və istər özünün, istərsə də baĢqa hakimiyyət qurumları baĢçılarının
sərbəst tənqidinə Ģərait yaradılmasına çalıĢırdı. Söz yox ki, tək bununçün deyil, ümumən
cəmiyyətin yüksəliĢindən ötrü ölkədə bütövlükdə demokratik mühitin, demokratiya
institutlarının yaradılması gərəkdi ki, prezident də bundan ötrü əlindən gələni edirdi.
Avqustun 10-unda 25-dən çox partiya, hərəkat, xeyriyyə cəmiyyəti, dövlət və ictimai təĢkilat
insan hüquqları üzrə Helsinki VətəndaĢ Assambleyasının Azərbaycan Milli Komitəsini yaratdı.
Ertəsi gün Milli Məclis qarĢısında polis iĢçilərinin piketi keçirildi (daxili iĢlər naziri 73 polisi
iĢdən çıxarmıĢdı) və bu, çox normal qarĢılandı.
Demokratiyanın ən mühüm göstəricisi azad məbuat olduğuna görə onun inkiĢafına yeni
hakimiyyət qayğı göstərmək təĢəbbüslərində bulunurdu. 12 avqustda Milli Məclisin "Mətbuat
orqanlarına və iĢçilərinə güzəĢtlər haqqında" qərarı çıxdı. Göstərək ki, avqust ayında təkcə
Bakıda 140 gündəlik və həftəlik qəzet çıxırdı ki, onların birdəfəlik tirajı 2 milyon nüsxəydi.
(Ölkənin poliqrafiya imkanlarını gücləndirməkçün də sentyabr ayından Üçüncü mikrorayonda
illik istehsal gücü 503 milyon rəngli çap vərəqi olan poliqrafiya kombinatı tikilməyə baĢladı.
Burada Azərbaycan Respublikası vətəndaĢlarının pasportları da çap olunacaqdı).
Azərbaycan Respublikası VarĢavada keçirilən (17-28 avqust) humanitar və insan hüquqlarına
dair beynəlxalq seminarda müstəqil dövlət kimi ilk dəfə iĢtirak etdi. 20 avqustdasa Bəy ölkə
həyatında mühüm rol oynayan "Dini etiqad azadlığı və dini qurumlar haqqında" qanunu
imzaladı.
Yeni hakimiyyətin üzləĢdiyi problemlərin, demək olar ki, hamısı ona əvvəlkilərdən miras
qalmıĢdı. 1992-nin birinci yarısında ölkənin xalq təsərrüfatı Qarabağda gedən müharibə,
Naxçıvanın blokadası, bölgələrarası iqtisadi əlaqələrin dağılması və qiymətqoyma sahəsindəki
hərc-mərclik Ģəraitində mövcudluğunu sürdürüb. Bütün bunlar maddi-istehsal sahələrində,
istehlak bazarında və maliyyə-kredit sistemində gərginliyin daha da artmasına və əhalinin
yaĢayıĢ səviyyəsinin gündən-günə pisləĢməsinə gətirib çıxarmıĢdı. Ancaq bu obyektiv
səbəblərdən baĢqa, subyektiv səbəblər də vardı. Xüsusən dünənki kommunistlər və
hakimiyyətdən narazı qalan baĢqaları iqtisadi təxribatlar törətməkdən belə çəkinmirdilər.
Məsələn, Quba rayonunun Alpan kənd sakini qəzetdə bildirirdi ki, kəndin 3 dükanında bir
aydan çoxdur un kisələri qalaqlanıb qalıb, ancaq əhaliyə satılmır. BaĢqa yerlərdə də əhalini ac
qoymaqçün müxtəlif sabotajlara əl atılırdı. Bu, xüsusən Bakıda daha aydın gözə çarpırdı. 10
avqustda ölkənin baĢ Ģəhərində kəskin çörək qıtlığı hiss olundu. Paytaxtda ərzaq və baĢqa
sahələrdə yaranmıĢ böhranı aradan qaldırmaqçün dövlət büdcəsindən 4 milyard manat kredit
ayrıldı.
Bakıdakı nəqliyyat gərginliyini aradan götürməkçün də tədbirlər görüldü. Qabaqlar Ģəhərdə
400-450 avtobus iĢləyirdisə 15 avqustdan xəttə 1300-1400 avtobus çıxarıldı. 2 milyon
dollardan artıq qiymətə alınmıĢ asfalt örtükçəkən yeni maĢın yolların bərpasına baĢladı.
Türkiyə və Almaniyanın köməyiylə yeni hava limanının tikintisi sürətləndirildi. Əhalinin suya
tələbatını ödəməkçün yenə Türkiyə və Almaniyanın yardımıyla
Bakıya 3 ilə yeni ġollar su
kəmərinin çəkilməsi üzərində iĢ baĢlandı.
Prezidentin 7 avqustda imzaladığı və 15 avqustdan qüvvəyə minən "Azərbaycan Respublikası
Milli Bankı haqqında" və "Azərbaycan Respublikasındakı banklar və bank fəaliyyəti haqqında"
qanunlar ölkənin müstəqil bank sisteminin yaradılmasında ən zəruri ilkin addımlardı. (Bu
qanunları dövlət müĢavirləri Sabit Bağırovla Vahid Axundov türkiyəli bir mütəxəssisin
iĢtirakıyla bir həftəyə yazmıĢdılar).
Hökumət avqust ayından baĢlayaraq iqtisadiyyat üzərindən inhisarı götürmək xətti tutsa da
bundan ötrü zəruri olan qanunların yoxluğu hüquqi boĢluq yaratmıĢdı. Milli Məclisin həmin
qanunları qəbul etməsi xeyli vaxt aparacağına görə boĢluğu doldurmaq, islahatları
dayanmadan aparmaqçün prezident prosesi öz fərmanlarıyla tənzimləməyi qərara aldı.
Əbülfəz Elçibəyin 11 avqust tarixli fərmanıyla Xarici Ġnvestisiyalar Komitəsi yaradıldı və gənc
iqtisadçı Ə.Məsimov ona baĢçı təyin edildi. Elə həmin gün prezident "Azərbaycan
Respublikasında beynəlxalq praktikada qəbul edilmiĢ uçot və statistika sisteminə keçilməsi
haqqında" fərman da verdi. Bu fərmanlar da ölkə iqtisadiyyatında islahatlara baĢlamaqçün ilk
qaranquĢlardandı.
Bəyin 20 iyul tarixli "Dövlət üzərində mülkiyyət hüquqlarının tənzimlənməsi haqqında"
fərmanından sonra 13 avqust tarixli "Ticarətin sərbəstləĢdirilməsi haqqında" fərmanı da
ölkənin iqtisadi yüksəliĢinə xidmət edən uzaqgörən sənəddi.
Xarici iqtisadi fəaliyyətdə lazımi qayda-qanun yaratmaq və ölkənin valyuta fondunun
doldurulmasını sürətləndirmək məqsədiylə Bəy 13 avqustda "Azərbaycan Respublikasının
ixracat potensialından səmərəli istifadə edilməsi haqqında" fərman verdi.
Özü sonralar belə deyəcəkdi:
"Biz büdcəyə nəzarət edirdik. RüĢvətxorluğa, oğurluğa qarĢı
ciddi mübarizə aparırdıq; dövlətin bütün sərvəti nəzarətdəydi.
Biz hakimiyyətə gələndə soruĢdum ki, Milli Bankda nə qədər pul var? Dedilər bir qədər dollar,
10 milyon rubl. Mən çığırdım ki, Allah evinizi yıxsın, hərənizin cibində 10 milyon var. Belə
dövlətmi olar?!
Sonra baĢladıq iqtisadi problemləri həll etməyə. Milli Banka da çoxlu pul gətirdik, büdcəni də
artırdıq. Tək bircə ilin içində 150 milyon dollar pul topladıq.
Prezidentliyə yenicə baĢlayanda soruĢdum ki, Azərbaycanda nə qədər kürü istehsal edirsiniz?
Cavab verdilər ki, 2 ton. Mən dedim ki, 2 tonu bir balıqçı oğurlayır; bəs siz nəylə
məĢğulsunuz? Bizim hakimiyyətimizin bircə ilində kürü istehsalı 30 tona qaldırıldı, halbuki
xalqın həmin var-dövləti, malı dağıdılırdı. Biz dağıtmağa qoymadıq. Hamısının gəliri gəldi
banka, mərkəzə"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə",
Bakı, 1999, s.35).
Respublikada yetərincə taxıl məhsullarının istehsal edilməməsi və onun xarici ölkələrdən
alınmasındakı çətinliklər əhalinin çörək və taxıl məhsullarıyla təminatında gərginlik
yaratmaqdan baĢqa, taxılın və unun qiymətlərinin sərbəstləĢdirilməsinə baxmayaraq çörək və
çörək məhsullarının qiymətinin tənzimlənməsi də dövlətə ağır ziyan vururdu. Əhalini
qıcıqlandıransa həm də buydu ki,
Naxçıvanda buğdanın kiloqramı 11 manata baĢa gəlsə də
çörəyin bir kiloqramı 90 qəpiyə satılırdı. (Nədənsə, Naxçıvan rəhbərliyi Azərbaycana da
baĢçılıq edəndə belə ucuzluq yaratmağın yolunu tapa bilmədi)
. 18 avqustda prezident
"Əhalinin çörək və digər taxıl məhsulları ilə təminatının yaxĢılaĢdırılması haqqında" fərman
verməyə məcbur oldu.
Elə həmin gün onun "Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fonduna, Beynəlxalq
Yenidənqurma və ĠnkiĢaf Bankına və onlara bağlı təĢkilatlara daxil olması haqqında", ertəsi
günsə adı çəkilən maliyyə qurumlarının saziĢ və konvensiyalarının tətbiqi haqqında mühüm
fərmanları verildi.
"BĠZ ĠSLAHATIN ĠLKĠN ġƏRTĠNĠ HAZIRLAMIġIQ"
Haqqında yayılan məqsədyönlü Ģayiələrin qarĢısını almaq, ölkə prezidentinin KĠV-də tez-tez
görünməməsinin səbəblərini açıqlamaq və həm indiyədək görülmüĢ, həm də bundan sonra
görüləcək iĢlər haqqında xalqa məlumat verməkçün Bəy 23 avqustda Azərbaycan
televiziyasında hesabat səciyyəli geniĢ çıxıĢ etdi.
Hər Ģeydən öncə ölkədə sabitlik yaradılması məsələsinə toxunan prezident göstərdi ki, 1992-
nin birinci yarısında Daxili ĠĢlər Nazirliyindən tutmuĢ bütün dövlət qurumlarınadək
dağılmaqdaydı, xarici qüvvələr Azərbaycana istədikləri kimi müdaxilə edirdilər; bizim ilk
vəzifəmiz bunun qarĢısını almaqdı. Ġndi Azərbaycanda get-gedə sabitlik yaranmaqdadır ki, bu,
baĢlıca məsələlərdəndir.
Ölkənin təhlükəsizliyini təmin edəcək güc orqanlarının fəaliyyətindən söz açan Bəy bildirdi ki,
MTN öz iĢini yenidən qurmağa baĢlamıĢdır. Milli Orduya son müddətdə 15 min nəfərə yaxın
nizami qüvvə, ondan bir qədər də çox könüllü qüvvələr cəlb edilib.
Prezident dedi: "Bu gün... anarxiyadan çıxmaq və yeni dövlət qurmaq, yeni dövlət
mexanizmini hazırlamaq lazımdır. Dövlət mexanizmi isə adətən onun inzibati orqanlarından
baĢlanır".
Bəy yeni dövlət quruculuğundan ötrü köklü islahatların aparılmasını vacib sayırdı. Ancaq o,
siyasi islahatlarla yanaĢı, iqtisadi islahatlara da üstünlük verir, ikinci olmadan birincinin də
nəticəsiz qalacağını söyləyirdi. Gündə 15-16 saat fasiləsiz iĢləyən prezident islahatların
zamanını da açıqladı: "Yaxın 3-5 ayın ərzində çox böyük, köklü iqtisadi islahatlar aparacağıq".
Sonrasa bu islahatın mahiyyəti üzərində dayandı: "Demokratiyanın iqtisadi kökləri
təkmilləĢdirilməlidir. Yəni qarĢımızda duran məqsədlərdən birincisi özləĢdirmə (o zaman
"özəlləĢdirmə" termini bu cür iĢlədilirdi - Ə.T.) aparmaqdır. [...] Daha sonra geniĢ miqyasda
torpaq islahatı aparmaq, torpağı yenidən bölüĢdürmək lazımdır. [...] Biz islahatın ilkin Ģərtini
hazırlamıĢıq".
Siyasi və iqtisadi islahatlardan sonra mədəniyyət və mətbuat problemləri üzərində dayanan
dövlət baĢçımız sonra bir daha Milli Ordu quruculuğuna dönərək soydaĢlarını inandırırdı ki,
yeni qurulan ordumuzun çox böyük gələcəyi var. Özünüz görəcəksiniz ki, bir ilin içində
Azərbaycan ordusu elə səviyyəyə çatacaqdır ki, daha heç bir düĢmən cəsarət edib
dövlətimizin sərhədlərinə ayaq basa bilməyəcəkdir. Yaxın vaxtlarda xalqımız hiss edəcəkdir ki,
onun güclü ordusu var və gecələr rahat yata bilər, çünki onu qoruyan qüvvə var.
Elçibəy xalqına üz tutaraq hesabat verirdi: "Üç amili, üç atributu yaddan çıxarmaq olmaz:
ordu, müstəqil pul vahidi, müstəqil valyuta və qızıl fondu. Bu üç amil yoxdursa dövlət, millət
müstəqil yaĢaya bilməz. Biz bütün gücümüzü bunları yaratmağa yönəltmiĢik". O bildirirdi ki,
milli valyuta və qızıl fondunun yaradılması sahəsində iĢ görülmüĢdür.
Xalqın güzəranının son dövrlərdə pisləĢməsinin səbəbini açıqlayan Bəy göstərirdi ki, son altı
ayda qiymətlər 8 dəfə, əhalinin maaĢısa 3 dəfə (bəzi yerlərdə 2 dəfə) artıb. Ancaq ölkədəki
bahalıq yalnız Azərbaycana aid deyil.
Xüsusən təhsil müəssisələrində rüĢvət problemini az qala özünün Ģəxsi dərdi kimi qəbul edən
Bəy bu rüĢvətin sosial mahiyyətini incələyirdi. O, televiziyadan doğma millətinə üz tutdu:
-Heç olmazsa bir sahədə - universitetlərdə, institutlarda, texnikumlarda rüĢvətxorluğun
qarĢısını almaqçün test üsulu tətbiq edirik. Ancaq ona qarĢı çıxan çoxlu qüvvələr var. Əziz
vətəndaĢlar, əziz qardaĢlar, gəlin bir düĢünək: təsəvvür edin ki, bir tələbə qəbulu mövsümü
ərzində, yəni avqustdan sentyabradək yüz minlərcə adam qəbulda iĢtirak edir və burada
milyardlarca manat pul haqq-hesabı, alver gedir, millət içəridən çürüyür. Pul alıb pul vermək,
tələbəni pulla qəbul etdirmək milləti həm mənəvi cəhətdən daxilən sındırır, həm haqsızlıq
ayaq tutub yeriyir, haqqa inam sarsılır, həm də insanlar pis öyrənir - alimlər (hətta
akademiklər) rüĢvətxorluğa alıĢır, bütün ölkə rüĢvət içində çapalayır. Biz bunun qarĢısını
almaqçün tədbirlər görürüksə buna niyə müqavimət göstərilməlidir? Müqaviməti əlindən
həmin milyonlar çıxan adamlar göstərirlər. Məhz onlar da dövlət xadimləri haqqında söz-
söhbət yayır, onlara Ģər atır, ləkə yaxırlar.
Özü haqqında yayılan Ģayiələrin düĢmən Ģəri olduğunu söyləyən prezident bildirirdi ki, mən
deyilən qədər də zəif deyiləm, iradəsini itirmiĢ Ģəxsiyyət də deyiləm. Sizi inandırıram ki,
qarĢımıza qoyduğumuz bütün məqsədlərə nail olacaq və millətimizi həmin məqsədlərə aparıb
çatdıracağıq. Bu gün heç bir qüvvə Azərbaycan hökumətini devirə bilməz, ona gücü çata
bilməz.
Azərbaycanın beynəlxalq əlaqələrindən də ətraflı danıĢan prezident qeyd etdi ki, bəzi xarici
dövlətlərin Ģirkətləri Azərbaycanla hərtərəfli əlaqələr yaradır, saziĢlər bağlayır. Biz Qara dəniz
hövzəsi ölkələrinin iqtisadi əməkdaĢlıq təĢkilatının yaradılmasında iĢtirak etmiĢik. Bizim
təĢəbbüsümüzlə Xəzər dənizi hövzəsi ölkələrinin də iqtisadi birliyi yaranacaqdır.
ATƏM-in Helsinkidəki ikinci zirvə toplantısı haqqında da məlumat verdikdən sonra Bəy
dövlətimizin xarici siyasət kursuna toxundu: "ÇalıĢacağıq ki, Almaniya, Amerika, Ġngiltərə,
Rusiya, Ġran ilə də, bütün dövlətlərlə münasibətlərdə özümüzün, yəni millətimizin zərərinə
olmayan və həmin xalqlara da zərər yetirməyən siyasət yeridək, dostluq münasibətləri
saxlayaq".
ÇıxıĢının sonunda "son məqsədimiz Məmmədəmin Rəsulzadənin ideyalarını əldə bayraq
tutaraq bu ideyaları həyata keçirmək, bu zaman böyük Atatürkün metod və üsullarından
istifadə etməkdir" söyləyən Bəy bildirdi ki, bundan sonra yəqin tez-tez görüĢəcəyik.
ÇalıĢacağam ki, həftədə bir dəfə televiziyaya çıxıb məlumatlar verim. Yaxın günlərdə
rayonlara, Ģəhərlərə, bölgələrə çıxacağam, görüĢlər keçirəcəyəm.
23 avqustdakı televiziya çıxıĢı göstərdi ki, prezident təbliğata laqeydlikdən aldığı zərbədən
nəticə çıxarıb.
Əbülfəz bəyin çıxıĢından sonrakı yeniliklər prezidentin islahatlar aparmaq niyyətinin boĢ söz
olmadığını təsdiqlədi. Bəllidir ki, məhkəmə sisteminin müstəqil olmadığı ölkədə əsl
demokratiyanın mövcudluğundan danıĢmaq boĢ Ģeydir, çünki icraedici və qanunverici
hakimiyyətlərin nəzarət altında saxlanılması və yeri gəldikcə cilovlanması ədalət
məhkəməsinin iĢidir. Buna görə də Əbülfəz bəy Azərbaycanda məhkəmələri, ümumən hüquq
sistemini dünya standartlarına uyğunlaĢdırmağa çalıĢaraq ölkədə ƏDALƏT'in biryolluq
qələbəsini təmin etməyi prezident kimi baĢlıca vəzifələrindən sayırdı.
Dostları ilə paylaş: |