Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
TİBBİ ŞURANIN GENİŞLƏNDİRİLMİŞ
YIĞINCAĞINDA
F
evralın 11-də ATU-nun Tədris
Terapevtik Klinikasının Tibbi
Şurasının genişləndirilmiş yığıncağını
açan klinikanın direktoru, professor
Surxay Musayev ölkə Prezidenti İlham
Əliyevin səhiyyə işçilərinin maaşlarının
artırılması barədə sərəncamı xatırlatdı.
Diqqət və qayğı üçün kollektiv adından
ölkə başçısına təşəkkürlərini ifadə
edərək gündəlikdə duran məsələləri
diqqətə çatdırdı.
Hər il fevral ayının 15-i
dünyada Beynəlxalq Uşaq
Xərçəng Xəstəlikləri ilə
Mübarizə Günü kimi qeyd
edilir. Həmin gün bütün
dünyada xərçəng xəstəliyindən
əziyyət çəkən uşaqlara və
onların ailələrinə yardım
olunur, bu xəstəliyə dair əhali
maarifləndirilir. Bu gün, həm
də onkoloji xəstəliklərdən
əziyyət çəkən uşaqlara dünya
ictimaiyyətinin diqqətini
yönəltmək üçün mühüm
əhəmiyyət kəsb edir. Həmin gün
bütün dünya xərçəng xəstəliyindən
vəfat etmiş uşaqların xatirəsini anır
və xərçəngə qalib gəlmiş uşaqların
fədakarlığını qeyd edir.
S
əhiyyə Nazirliyindən
AZƏRTAC-a verilən
məlumata
görə,
2012-ci il martın 7-də Mil-
li Onkologiya Mərkəzinin
nəzdində regionda bi-
rinci olan Uşaq Onkoloji
Klinikası fəaliyyətə baş-
layıb. Uşaq Onkoloji Kli-
nikasının yaradılmasında
Azərbaycan Respublikası-
nın birinci xanımı, Heydər
Əliyev Fondunun preziden-
ti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
Əliyevanın və Milli Onkolo-
giya Mərkəzinin direktoru,
akademik Cəmil Əliyevin
böyük əməyi vardır. Ha-
zırda Uşaq Onkoloji Klini-
kası regionumuzda onko-
loji xəstəliklərdən əziyyət
çəkən uşaqlara ixtisaslaş-
mış, yüksək keyfiyyətli tib-
bi yardım göstərən yeganə
tibb müəssisəsidir. Burada
beynəlxalq
protokollara
uyğun olaraq kompleks
müalicənin bütün növləri
mükəmməlliklə icra edilir,
o cümlədən kimya və şüa
terapiyası, cərrahi müalicə,
immunoterapiya və s. apa-
rılır. Klinikada ambulator
və poliklinik şöbə, kim-
ya terapiyası, cərrahiyyə,
anestezioloji-reanima-
toloji və şüa terapiyası
şöbələri fəaliyyət göstərir.
Keçən ilin dekabr ayında
Uşaq Onkoloji Klinikasının
bazasında “Uşaq Xərçəng
Xəstəliklərinin Milli Alt-
Registri” də təsis edilib.
15 fevral Beynəlxalq Uşaq Xərçəng
Xəstəlikləri ilə Mübarizə Günüdür
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı ilə “2016-2020-
ci illər üçün vərəmlə mübarizə üzrə
Tədbirlər Proqramı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Tədbirlər
Proqramının məqsədi Azərbaycanda
vərəm xəstəliyinin yayılma səviyyəsinin
aşağı salınması və bu xəstəliklə bağlı
əlilliyin və ölüm hallarının azaldılmasıdır.
Proqramın vəzifələri vərəm xəstəliyinin
profilaktikasının, erkən diaqnostikasının və
müalicəsinin yaxşılaşdırılması, vərəm əleyhinə
müəssisələrin maddi-texniki bazasının
möhkəmləndirilməsi, xəstələrin vərəm
əleyhinə preparatlarla davamlı təminatı,
vərəm əleyhinə xidmətin kadr potensialının
gücləndirilməsi, əhalinin vərəmlə mübarizə
sahəsində maarifləndirilməsidir.
Tədbirlər Proqramının həyata keçirilməsindən
gözlənilən nəticələr aşağıdakılardır: Xəstəlik
hallarının erkən aşkar edilməsi, aşkar edilmiş
xəstələri vaxtında müalicəyə cəlb etməklə
sağalma səviyyəsinin yüksəldilməsi, tibb
müəssisələrində epidemiya əleyhinə tədbirləri
gücləndirməklə xəstəxanadaxili yoluxmaların
qarşısının alınması, vərəmli xəstələrin
qeydiyyatının yaxşılaşdırılması.
2016-2020-ci illər üçün
vərəmlə mübarizə üzrə
Tədbirlər Proqramı
təsdiq edilib
Sosial şəbəkələrdən
asılılıq yuxusuzluq
yaradır
16 fevral 2016-cı il
http://www.amu.edu.az
5
Tibb elminin hər bir sahəsi daim inki-
şaf etməkdə və yeniləşməkdədir. Dünya-
da bu elmin hər bir yeniliyini, nailiyyətini
mənimsəmək və bu bilikləri tələbələrə
çatdırmaq üçün dərsliklərin yazılması günün
ən vacib məsələlərindən biridir.
Azərbaycan dilində ilk dəfə olaraq
təqdim edilən bu dərslik uşaq xəstəliklərinin
propedevtikası fənninin bütün bölmələrini
əhatə edir. Burada dölün və sağlam uşağın
inkişafı, müxtəlif yaşlı uşaqların anatom- fi-
zioloji xüsusiyyətləri və müayinə üsulları,
əsas xəstəliklərin simptom və sindromları
ətraflı verilmiş, sağlam uşaqların qidalanma
məsələləri açıqlanmışdır.
Dərslik tərtib edilərkən son illərin elmi
məlumatlarından və müvafiq ədəbiyyat ma-
teriallarından istifadə edilmişdir.
Kitabın ümumi hissəsində pediatriyanın
inkişaf tarixindən qısa söhbət açılır. Bundan
sonra “ Pediatriyada deontologiya məsələləri”, “ Uşaq yaşının dövrləri”, “ Uşaq-
larda fiziki inkişafın xüsusiyyətləri və onun qiymətləndirilməsi” başlıqlı mövzular
ayrı- ayrılıqda III fəsildə verilib.
II hissədə isə uşaqlarda üzv və sistemlərin anotom- fizioloji xüsusiyyətləri,
müayinə üsulları və zədələnmə əlamətlərindən bəhs olunan mövzular V fəsildən
başlayaraq XVIII fəsiləri əhatə edir.
Kitabın III hissəsinə daxil edilən XIX fəsildə sağlam uşaqlarda yaşdan asılı
olaraq qidalanmanın xüsusiyyətlərindən bəhs olunur.
Dərsliyin son IV hissəsinin XX fəsili isə “uşaqlarda xəstəlik tarixinin aparıl-
ması” adlanır.
Kitab Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliıkləri tərəfindən
ali məktəblərdə tədris olunması üçün dərslik kimi təsdiq edilmiş, Tibb Univer-
sitetinin pediatriya və müalicə-profilaktika fakültələrinin tələbələri, eləcə də bu
sahədə çalışan həkimlər üçün nəzərdə tutulmuşdur.
İsayev İ. İ: “Uşaq xəstəliklərinin propedevtikası” Elmi redaktor: dosent N. İ.Nağıyev; Rəyçilər:
respublikanın əməkdar həkimi, ə.e.x. professor S. N. Musayev, professor A. İ. Həsənov; (dərslik )
Bakı – “Apostroff”nəşriyyatı, 2014.- 480 səh.
Tibb elminin hər bir sahəsi daim inkişaf etməkdə və yeniləşməkdədir. Dünyada bu elmin hər bir yeniliyini, nailiyyətini mənimsəmək və bu bilikləri
tələbələrə çatdırmaq üçün dərsliklərin yazılması günün ən vacib məsəslələrindən biridir.
Kitabda kliniki təbabətin əsasını təşkil
edən xəstənin ilkin müayinəsi zamanı
tətbiq edilən klassik müayinə üsullarının
daha aydın və qısa formada xəstəliyin
diaqnostikasındaskı əsas rolu, onların
aparılma qaydası və ardıcıllığı haqqın-
da, həmçinin müayinə zamanı alınan
məlumatlara əsasən ilkin diaqnozun
formalaşması prinsipləri göstərilmişdir.
Bununla yanaşı kitabda hüquqi bir sənəd
kimi hər bir xəstə üçün tərtib olunması
vacib olan “ xəstəlik tarixinin” düzgün
və ardıcıl yazılma qaydası propedevtik ba-
xımdan şərh edilmişdir.
Burada korifey klinisistlərin söylədiyi
belə bir aforizm yerinə düşərdi: “Xəstəlik
tarixi bütün kitablardan əzizdir. Çap olun-
muş kitabları hər yerdə tapmaq mümkün-
dür, xəstəlik tarixini isə heç yerdə”. Kliniki
təbabət sahəsində fəaliyyət göstərən
praktiki həkim üçün yalnız nəyi bilmək
və onu yerinə yetirmək deyil, həmçinin
necə işləməyi öyrənmək, yəni həkimlik
metodikasına (qaydalarına) və üsullarına
yiyələnmək xüsusilə vacib məsələdir.
Kafedranın kitab rəfi
Qurbanov Y. Z: “Klinika –Həkimliyin ali
məktəbidir” Redaktor: S. H. Əhmədov; Rəyçilər:
ə.e.x. , t.e.d., professor R. M. Məmmədhəsənov, ə.e.x.
, t.e.d., professor Ə. A. Hidayətov, t.e.d., professor
V. Ə. Əzizov, professor F. Y. Talıbov; (monoqrafiya)
Bakı – “ Oğuz Eli ”nəşriyyatı, 2013.- 376 səh.
Hər iki kitabda daxili xəstəliklərin di-
aqnostikasında daha geniş tətbiq edilən
laborator və instrumental müayinə üsulları
təsvir edilmiş və onların diaqnostik meyar-
ları geniş şərh olunmuşdur. Dərskillərdə
təqdim olunan üsulların aparılma qaydaları,
onların təyininə göstəriş və əks göstərişlər,
alınan nəticələrin təhlili və onların diaqnos-
tik əhəmiyyəti göstərilmişdir.
I cild iki fəsildən ibarət olmaqla qan
dövranı və tələffüz sistemi orqanlarının la-
borator və instrumental müayinə üsullarına
həsr edilmişdir.
Üç fəsilə bölünən II cilddə isə həzm,
böyrək və sidikçıxarıcı, qan sistemi orqan-
larının laborator və instrumental müayinə
üsullarına həsr edilmışdir.
Müəllif bu kitabları tərtib edərkən
daxili xəstəliklər üzrə mövcud olan
ədəbiyyatları əxz etmək deyil, funksional
müayinə üsulları haqqında elmi dərslik
və dərs vəsaitlərindəki çatışmazlıqları
müəyyən mənada aradan qaldırmaq, onları
tamamlamağı qarşısına məqsəd kimi qoy-
muşdur.
Tərtib olunmuş kitabların fərqləndirici
xüsusiyyətləri ondan ibarətdir ki, bura-
da praktiki həkim üçün lazım olan daxili
orqanların bu və ya digər sistemlərinin
xəstəliklərində istifadə olunan müayinələr
haqqında pərakəndə halda olan məlumatlar
toplanaraq sistemləşdirilmiş və ilk dəfə
Azərbaycan dilində nəşr edilmişdir. Müəllif
bu kitabları tərtib edərkən son dövrün
müxtəlif ədəbiyyatlarından istifadə etmişdir.
Hər iki kitab ali tibbi təhsil alan
tələbələr, ixtisasartırma kurslarında
təkmilləşən həkimlər, həmçinin funksional
diaqnostika sahəsində öz biliklərini artırma-
ğa çalışan müxtəlif ixtisaslı həkimlər üçün
nəzərdə tutulmuşdur.
Azərbaycan tibb elminin görkəmli
nümayəndələrindən biri- istedadlı alim,
ə.e.x., professor Tamerlan Əziz oğlu
Əliyevin əziz xatirəsinə ithaf olunan hər iki
kitab Azərbaycan Respublikası Səhiyyə və
Təhsil nazirliıkləri tərəfindən ali məktəblərdə
tədris olunması üçün dərslik kimi təsdiq
edilmişdir.
Qurbanov Y. Z: “Daxili xəstəliklərin diaqnostikasında instrumental və laborator müayinə
üsulları ” Redaktorlar: assistent T. M. Musayeva, assistent M. S. Novruzova; Rəyçilər: ə.e.x.
, t.e.d., professor R. M. Məmmədhəsənov, ə.e.x. , t.e.d., professor Ə. A. Hidayətov; (Dərslik –
cild I-II ) Bakı – “ Oğuz Eli ” nəşriyyatı, I- cild, 2012.- 622 səh; II- cild, 2012.-734 səh.
Müasir təbabətdə daxili xəstəliklərin diaqnosti-
kasında laborator müayinə üsullarının rolu inkar
edilməzdir. Məhz bu baxımdan tərtib olnan bu dərs
vəsaitində konkret olaraq daha çox rast gəlinən
xəstəliklərin diaqnozunu dəqiqləşdirmək üçün lazım
olan laborator müayinələr göstərilmişdir.Dərs
vəsaitini digər mənbələrdən fərqləndirən əsas cəhət
xəstəliklərin laborator diaqnostik üsullarını sadalama-
dan əvvəl ayrı-ayrı xəstəliklərin mahiyyəti haqqında
ümumi şəkildə qısa məlumat verilir. Bu da oxucunun
düzgün istiqamətləndirilməsində yardımçı rol oynayır.
VII fəsildən ibarət olan bu dərslikdə ürək- damar
sistemi, tənəfüz sistemi, həzm sistemi orqanlarının
xəstəlikləri, böyrək və sidik ifrazat sistemləri, endok-
rin sistemi, qan sistemi, birləşdirici toxumanın revma-
tik və sistemi xəstəlikləri ətraflı işıqlandırılmışdır.
Kitab ali tibb təhsil alan tələbələr, ixtisasalaşma
kursunda təkmilləşən həkimlər və ümumiyyətlə kliniki
sahələrdə çalışan mütəxəssislər üçün köməkçi vasitə kimi nəzərdə tutulmuşdur.
Böyük Britaniyanın Nyukasl Universitetinin bir qrup alimi vaxtı geriyə
çevirib hüceyrələrin qocalmasının qarşısını necə almağın sirrini açıb.
AZƏRTAC “dni24.com” saytına
istinadla xəbər verir ki, enerji
“qoruyucuları” - mitoxondriyalar
qocalmanın əsas amili sayılıb. Alimlər
hesab edirlər ki, mitoxondriyalar
qocalmaqda olan hüceyrələrdən
çıxarılsa, dağıdıcı proses dayanacaq və
sistem xeyli cavanlaşacaq.
Mitoxondriyaları çox vaxt “batareya”
adlandırırlar. Bu onunla bağlıdır
ki, onlar hüceyrələrin fəaliyyəti və
bütövlükdə insan orqanizmi üçün
zəruri olan enerjinin paylanmasına
məsuldur. İnsan yaşa dolduqca,
orqanizmdə tədricən müxtəlif dərəcəli zədələr toplanır. Alimlərin sözlərinə görə, bu zədələr
iltihab proseslərini sürətləndirir, nəticədə qocalma prosesi inkişaf edir. Mitoxondriyalar
laboratoriya şəraitində hüceyrələrdən çıxarılanda qocalma prosesini dayandırmaq mümkün
olub, çünki iltihablı molekulların və gen ekspressiyalarının səviyyələri eynən gənclərinki
kimi olub.
Alimlər topladıqları təcrübəyə söykənərək, hüceyrələrin qocalma tezliyini yavaşıtmağa
kömək edəcək metodlar yaratmaq niyyətindədirlər.
Düzəliş
Qəzetimizin 30 yanvar 2016-cı il tarixli sayının 5-ci səhifəsində dərc olunan “Tibb
Universitetinin Tədris Cərrahiyyə Klinikasında satellit simpozium keçirilib” adlı məqalənin
3-cü sütunundakı abzasda 1-ci cümlə aşağıdakı kimi oxunmalıdır:
“Seminarda ATU-
nun Fizioterapiya və İdman təbabəti kafedrasının müdiri, professor Əlişir Musayev, Neyrocərrahiyyə
kafedrasının müdiri, professor Sabir Etibarlı, Travmatologiya və ortopediya kafedrasının müdiri, professor
Əhməd Əhmədzadə, uzman Cəfər Nəsirli, reanimatoloq-alqoloq Vüqar Əbdülkərimov, rezident Müjgan
Onk çıxış ediblər”.
Hazırladı M.ƏLƏKBƏRLİ
Qurbanov Y. Z, M. S. Novruzova, R.Ə. Rzayeva: “Daxili xəstəliklərin diaqnostikasında laborator
müayinələr ” Redaktorlar: professor, Y. Z. Qurbanov assistent M. S. Novruzova, R.Ə. Rzayeva;
Rəyçilər: professor M. M. Baxşıyev, dosent T.T. Əliyeva; (Dərs vəsaiti ) Bakı – “ Oğuz Eli ”
nəşriyyatı, 2015.- 286 səh.
Alimlər hüceyrələrin cavanlaşmasının
sirrini açıblar
http://www.amu.edu.az
16 fevral 2016-cı il
6
Bu günlərdə yubileyini qeyd
etdiyimiz ATU-nun Beynəlxalq
əlaqələr üzrə prorektoru, dosent
Rəhimə İsrafil qızı Qabulova
Bakı şəhərində ziyalı ailəsində
anadan olub.
225 saylı orta məktəbi əla
qiymətlərlə bitirən Rəhimə
xanım 1983-cü ildə yüksək balla
N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunun (indiki
ATU) II müalicə-profilaktika
fakültəsinə daxil olub.
R.Qabulova 1989-cu ildə
institutu Fərqlənmə diplomu
ilə başa vurub və 1 saylı Şəhər
Xəstəxanasında internatura keçib.
Sonrakı illər ərzində təcrübi
təbabət sahəsində çalışıb və 2000-
ci ildə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat
Kardiologiya İnstitutunun əyani
aspiranturasına daxil olub və elmi
işini yerinə yetirmək məqsədilə
A.N.Bakulev adına Ürək-Damar
Cərrahlığı Mərkəzinə (Mosk-
va, Rusiya Federasiyası) elmi
ezamiyyətə göndərilib. 2003-cü
ildə elmi işini yekunlaşdıraraq
Moskva şəhərində və ET Kardi-
ologiya İnstitutunda dissertasiya
işini ilkin müdafiə edib. Bundan
sonra Azərbaycan Tibb Univer-
sitetinin I daxili xəstəliklərin
propedevtikası kafedrasına assis-
tent vəzifəsinə təyin olunub.
Həmin ildən etibarən ATU-
da assistent kimi fəaliyyətə
başlayan Rəhimə xanım kafedra-
nın dosenti vəzifəsinə qədər
yüksəlib. Universitetdə çalışdığı
illərdə dəfələrlə ABŞ, Almani-
ya, Avstriya, İngiltərə, İtaliya,
Rusiya və s. ölkələrin univer-
sitet və klinikalarında kardi-
ologiya, funksional diaqnostika,
tibb təhsili üzrə seminar, təlim,
ixtisasartırma kurslarında olub.
R.Qabulova 2011-2014-ci
illərdə ATU-nun Beynəlxalq
əlaqələr şöbəsininn müdiri kimi
fəaliyyət göstərib.
2015-ci ildən ATU-nun
Beynəlxalq əlaqələr üzrə pro-
rektoru vəzifəsinə təyin olunan
R.Qabulova öz şəxsi və profes-
sional keyfiyyətləri ilə kafedra
əməkdaşlarının və tələbə kollek-
tivinin hörmətini qazanıb.
Pedaqoji və təcrübi fəaliyyə-
tini uğurla həyata keçirən
Rəhimə xanıma möhkəm can
sağ
lığı və gələcək işlərində
müvəffəqiyyətlər arzu edirik!
ATU-nun mətbuat xidməti
Yubiley təbriki
Bu il yanvarın 30-da Xəzər Universitetində
ənənəvi
“Elm və Sənət Məclisi”nin 65-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının sədri, professor
Hamlet İsaxanlı öncə TUBİTAK-ın Başqan yardımçısı Orkun
Həsəkioğlunu, TUSEB-in başqanı, professor Fəxrəddin
Kələştimuru, Azərbaycan Respublikası Prezidenti yanında
Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayevi və
digər məşğələ iştirakçılarını salamladı.
Hamlet müəllim “Elm və Sənət Məclisi” nin məqsədi və
məramı barədə iştirakçılara ətraflı məlumat verdi. Bildirdi
ki, məclisdə dünyanın hər bir guşəsindən, o cümlədən
Azərbaycandan da tanınmış elm və sənət adamları öz
sahələri üzrə məruzələr edir. Burada təkcə uyğun sahənin
mütəxəssisləri deyil, elmlə maraqlanan, o cümlədən ali
məktəblərdə təhsil alan tələbələr də iştirak edir. İştirakçılar
elmin uyğun sahələrinə töhfələr vermiş alimləri burada
dinləyir və onları maraqlandıran suallara birbaşa özlərindən
cavab ala bilirlər.
Sonra H.İsaxanlı Məclisin qonağı dünyaca məşhur
neyrocərrah alim Mahmud Qazi Yaşargili iştirakçılara
təqdim etdi. Hamlet müəllim M.Q.Yaşargilin Diyarbəkrdə
anadan olduğunu və dünyanın bir sıra nüfuzlu elm
ocaqları və klinikalarında çalışdığını bildirdi: “Mahmud bəy
Almaniyanın Fredrix Şiller Universitetində, İsveçrənin Basel
Universitetlərində çalışıb. Burada dissertasiya müdafiə
edərək doktorluk dərəcəsi alıb. Sonra ABŞ-da fəaliyyətini
davam etdirərək Zürh və Vermont Universitetlərində bir
sıra möhtəşəm elmi araşdırmalara imza atıb. 3 mindən çox
peşəkar cərraha öz sənətinin sirlərini öyrədib. İndiyədək
7500-dən artıq cərrahiyyə əməliyyatı aparıb. Çoxsaylı
monoqrafiya və məqalələrin müəllifidir.1999-cu ildə ənənəvi
Sinir Cərrahları Konqresində “Əsrin sinir cərrahı” adına layiq
görülüb. 2014-cü ildə vətənə dönüb. Yedditəpə Universitetinin
tibb fakültəsində dərs deyir və beyin cərrahiyyəsi üzrə müasir
lobarotoriya təşkil edib. Hazırda laboratoriyada tədqiqat işləri
aparılılr və bacarıqlı mütəxəssislər yetişdirilir”-deyən Xəzər
Universitetinin rektoru Mahmud bəyin Azərbaycana təşrif
gətirməsinin səbəbini də açıqladı. Bildrdi ki, M.Q.Yaşargil
həmçinin yeni təşkil olunmuş, beynəlxalq və regional
mahiyyət daşıyan Avrasiya Akademiyasının 5 qurucularından
biridir. (Azərbaycan, Türkiyə və ABŞ vətəndaşları olan
professorlar Halil İnalcık, Lütfi Zadə, Mahmud Qazi Yaşargil,
Hamlet İsaxanlı və bəstəkar Arif Məlikov Akademiyanın qurucu
üzvləridir-red) Akademiyanın dünya elminin, sənətinin
inkişafına yardımlarını və töhfələrini verəcəyinə əminliyini
bildirən rektor sözü məruzəçiyə verdi. M.Q.Yaşargil “Mərkəzi
sinir sisteminin quruluşu” mövzusunda geniş məruzə ilə çıxış
etdi. Məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə
Hafiz Osmanov (Azərbaycan Tibb Universiteti), Xəqani İsmayıl
(Azərbaycan Yazarlar Birliyi), Çingiz Əlizadə (Travmatologiya
və Ortopediya Elmi-Tədqiqat İnstitutu), Kabus Dadaşov
(Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi), Firuz
İbrahimov (Xəzər Universiteti) və digərləri çıxış etdi. Onların
çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı.
QABİL
Əsrin tanınmış
neyrocərrah alimi Bakıda
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Tibbi-sosial
ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları
yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir. Nazirlik, həmçinin tibbi-sosial
ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etməlidir.
Əsasnamədə ümumi müddəalarla yanaşı, tibbi-sosial ekspert komissiyalarının təşkili,
vəzifələri və hüquqları, komissiyalarda müayinə qaydaları, əlillik müddətinin müəyyən
edilməsi və komissiyaların qərarlarından şikayət qaydaları kimi müddəalar öz əksini tapıb.
“Tibbi-sosial ekspert komissiyaları
haqqında Əsasnamə” təsdiq edilib
Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə
məşğul olan səhiyyə mütəxəssislərinin ser-
tifikasiya prosesi uğurla davam etdirilir.
Səhiyyə
Nazirliyinin
mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki,
ölkə başçısının 2009-cu il 21 dekabr tarixli
Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il
08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq
edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti
ilə məşğul olan şəxslərin (işçilərin) sertifi-
kasiyası Qaydası”nı rəhbər tutaraq 2015-ci
ildə ümumilikdə 11 min 607 şəxsi əhatə et-
miş sertifikasiya imtahanları keçirilib.
2015-ci il ərzində sertifikasiya imta-
hanlarından 85 nəfər ali təhsilli əczaçı ol-
maqla, 3638 nəfər ali təhsilli mütəxəssis
keçib. Həmçinin, 2015-ci il ərzində ser-
tifikasiya imtahanlarından praktik tibb və
əczaçılıq fəaliyyəti ilə məşğul olan 7 min
969 nəfər orta təhsilli şəxs keçib. Onlardan
26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olan-
lardır.
Test imtahanlarında iştirak edənlərin
əksəriyyəti terapiya, pediatriya, stomato-
logiya, cərrahiyə ixtisasları üzrə müraciət
edənlərdir. Orta tibb işçiləri üzrə isə tibb
bacısı, mama və feldşer ixtisasları üstünlük
təşkil edir.
Sertifikasiyanın
məqsədi
əhaliyə
keyfiyyətli səhiyyə xidmətinin göstə-
rilməsinin təmin edilməsi və ölkədə praktik
tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan
şəxslərin peşəkarlıq səviyyəsinin və peşə
yararlığının yoxlanılmasıdır.
Sertifikasiya prosesinə beş ildə bir dəfə
ali və orta ixtisas təhsilinə malik, müvafiq
qaydada dövri ixtisasartırma kurslarını keç-
miş səhiyyə mütəxəssisləri cəlb olunur.
Səhiyyə mütəxəssislərinin sertifikasiya
prosesi uğurla davam etdirilir
16 fevral 2016-cı il
http://www.amu.edu.az
7
Z
ika qızdırmasının Qərbi Nil
qızdırması ilə yaxınlığı olsa
da, bu xəstəliyin keçiricisi
digər ağcaqanadlardır. Qeyd etmək
lazımdır ki, yeni doğulan uşaqlar-
da mikrosefaliya olarsa, bu, ananın
Zika virusuna yoluxması ilə əlaqəli
olmasını göstərir.
Dostları ilə paylaş: |