Əsrin tanınmış neyrocərrah alimi Bakıda Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının



Yüklə 8,68 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix21.01.2017
ölçüsü8,68 Mb.
#5858
1   2   3

Patogenezi:

 

Güman  edilir  ki,  viru-



sun  ilk  infeksiyalaşması  daxil  oldu-

ğu  hissədən  dendrit  hüceyrələrindən 

başlayır, sonra isə limfa və qan dövra-

nı  sisteminə  yayılır.  Flavivirus  adətən 

sitoplazmada  hasil  olur.  Lakin  Zika 

virusunun  antigeni  infeksiyalaşmış 

hüceyrənin nüvəsində aşkar edilir.

Zika  virusu  fəal  olaraq  gündüzlər, 

axşamlar  ağcaqanadlar  vasitəsilə  in-

sanlara yoluxdurulur. Yoluxma Aedes 

cinsinin  Aedes  aegypti,  Aedes  afri-

canus,  Aedes  apicoargenteus,  Aedes 

furcifer,  Aedes  hensilli,  Aedes  lute-

ocephalus  və  Aedes  vittatus  ağcaqa-

nadları vasitəsilə insanlara keçirilir.

Respublikamızda  Zika  virusunu 

keçirən  Aedes  aegypti  ağcaqanadına 

1950-ci  illərdə  rast  gəlinmiş,  sonra 

isə  yoxa  çıxmışdır.  Buna  baxmaya-

raq,  əhalinin  yüksək  miqrasiyasının 

nəticəsi  olaraq,  infeksiyanın  respub-

likaya  gətirilməsi  ehtimalı  böyükdür. 

Ağcaqanadlarda  virusun  inkubasiya 

dövrü  təxminən  10  günə  qədərdir. 

Zika  virusunu  əsasən  meymunlar  və 

insanlar yayır. Bundan başqa, Zika vi-

rusu  qan  köçürmə  vasitəsi  ilə  də  in-

sanlar arasında yayılır.

2009-cu  ildə  Kolorado  Univer-

sitetinin  antroponoz  və  yoluxucu 

xəstəlikləri  öyrənən  laboratoriyasının 

əməkdaşı Arayn Foy Seneqalda ağca-

qanadları  öyrənən  zaman,  onu  ağca-

qanadlar  dişləmişdir.  Foy  Amerikaya 

qayıtdıqdan bir müddət sonra, o, həyat 

yoldaşını Zika virusu ilə yoluxdurmuş-

dur. Bununla da Foy ilk dəfə Zika viru-

sunun  cinsi  yolla  keçdiyini  bəyan  et-

mişdir. 2015-ci ildə 2 halda dölətrafı 

suda  Zika  virusunun  RNK-sı  aşkar 

edilmişdir. Bu isə onu göstərir ki, virus 

dölə  keçə  bilir  və  onu  xəstələndirir. 

2016-cı  ilin  yanvar  ayında  Para-

na  (Brziliya)  ştatında  alimlər  qadının 

dölündə  Zika  virusunun  genetik  ma-

terialını aşkar etmişlər. Odur ki, döldə 

mikrosefaliyanın olmağını nəzərə ala-

raq,  qadını  abort  etmişlər.  Bu  isə  vi-

rusun  plasenta  vasitəsi  ilə  keçməsini 

təsdiq etmişdir.

Müasir zamanda döv lətlər arasında 

əhalinin  miqrasiyasının  gündən-günə 

artması  nəticəsində  keçirici  ağcaqa-

nad  olmadan  Zika  virusu  yayıla  bilər. 

Buna görə də respublikamıza yuxarıda 

göstərilən dövlətlərdən gələn turistlər 

və  iş  adamları  nəzarətdə  saxlanılma-

lıdır.


Xəstələr  əvvəlcə  yüngül  baş  ağrı-

sından, səpgilərin əmələ gəlməsindən,  

hərarətin  olmasından  və  kürək 

nahiyəsində  olan  ağrılardan  şikayət 

edirlər.  Sonra  2  gün  ərzində  səpgilər 

azalmağa  başlayır,  3  gün  keçdikdən 

sonra isə hərarət düşür, səthi səpgilər 

qalır.


Zika  qızdırması  yüngül  keçən 

xəstəlik  hesab  olunur  və  ölüm 

hadisəsi  qeydə  alınmamışdır.  2016-

cı  ilin  yanvar  ayına  kimi  xəstəliyin 

qarşısını  almaq  üçün  vaksin,  yaxud 

dərman yoxdur. Xəstələrin vəziyyətini 

yüngülləşdirmək  üçün  parasitomol, 

antihistamin preparatlarından tavegil, 

suprastin və s. vermək olar. Qanaxma 

ehtimalına görə aspirin vermək olmaz.

 

İsa HACIYEV,

V.Axundov adına Milli ET Tibbi Profilaktika 

İnstitutunun baş elmi işçisi, tibb üzrə fəlsəfə 

doktoru, dosent 

Mübariz ƏLİYEV,

Tibbi parazitologiya şöbəsinin müdiri, 

biologiya üzrə fəlsəfə doktoru, dosent 

ZİKA QIZDIRMASI NƏDİR?

Zika virusu insanlara Aedes nəslinə aid olan ağcaqanadlar vasitəsilə  ke-

çirilir və Zika xəstəliyi, yaxud Zika qızdırması adlanır. Zika virusu ilk dəfə 

1947-ci  ildə  Uqandanın  Zika  meşəsində  meymunlarda  aşkar  edilmişdir. 

1951-ci ildən 1981-ci ilə kimi bir çox Afrika ölkələrində - Uqanda, Tanzani-

ya, Misir, Mərkəzi Afrika ölkələrində - Sierra-Leone, eləcə də bir neçə Asiya 

ölkələrində - Hindistan, Malayziya, Filippin, Tailand, Vyetnam və İndonezi-

yada insanlar arasında aşkar edilmişdir. 2014-cü ildən etibarən virus Fransa, 

Polineziya, sonra Pasxi adası, 2015-ci ildə isə Cənubi və Mərkəzi Amerika, 

Karib ölkələrinə yayılmış və hazırda pandemiya hesab olunur. Xəstəlik Denge 

qızdırmasının yüngül keçən formasına oxşayır və xəstələrin müalicəsi yataq 

şəraitində aparılmalıdır. Xəstəliyin qarşını almaq mümkün deyil.

Elm fədailəri sayəsində minlərlə yeni 

dərman preparatı sınaqdan keçi-

rilib. İlan zəhəri əleyhinə universal 

zərdab yaratmaq arzusunda olan 

amerikalı Tim Fride də həyatını riskə 

qoyub. Təsəvvür edirsiniz, zəhərli 

ilanların onu sancmasına imkan 

verir.


AZƏRTAC  “healt-ua.org”  saytı-

na istinadla xəbər verir ki, Viskonsin 

ştatında yaşayan T.Frideni bir neçə ay 

əvvəl həyat yoldaşı tərk edib. Özü də 

20 il bir yastığa baş qoyandan son-

ra. Taleyin bu ağır zərbəsi də 37 yaşlı 

Frideni  ilan  zəhəri  əleyhinə  univer-

sal  zərdab  yaratmaq  həvəsindən  əl 

çəkdirə bilməyib. Hazırda ilan zəhəri 

əleyhinə  bütün  zərdablar  (məsələn, 

“antiefa”)  yalnız  bir  ilan  növü  sanc-

dıqda  ölməkdən  qoruyur.  Ancaq 

bəzi hallarda - zəhərlərin tərkibi ox-

şar  olanda,  polivalent  zərdablardan 

istifadə  edilir,  amma  bu  maddənin 

istehsalı  çətinliklə  başa  gəldiyi  üçün 

çox bahadır.

Xüsusi təhsili olmayan həvəskar 

alim hesab edir ki, hər hansı zəhərli 

ilanın  sancmasının  nəticələrindən 

qorumağa qadir olan “superzərdab”ı 

orqanizmdə  yaranan  spesifik  insan 

anticisimlərindən  istifadə  etməklə 

yaratmaq olar. Tim 16 ildir bu ölüm 

təhlükəli  eksperimentdə  iştirak  edir. 

Bu  illər  ərzində  o,  könüllü  şəkildə 

müxtəlif  növ  zəhərli  ilanların  onu 

160  dəfə  sancmasına  imkan  ve-

rib. Tim uzun illərdir mikrobiologiya 

professoru  Brayan  Hemlinin  başçı-

lıq  etdiyi  “Butterfly  Sciences”  şirkəti 

ilə  əməkdaşlıq  edir.  Alim  bildirir 

ki,  Tim  Fridenin  qanında  müxtəlif 

növ  ilan  zəhərlərinə  qarşı  spesi-

fik  anticisimlərin  sayı  çoxdur  və  bu, 

unikal haldır. Timi qara mamba, kral 

kobra və gözlüklü kobra, habelə tay-

pan  və  bir  çox  digər  zəhərli  ilanlar 

sancıb. Timin bu həvəsi onun həyatı 

üçün  təhlükəlidir:  2011-ci  ildə  o, 

kral  kobrasının  sancmasından  sonra 

bir  gündən  çox  koma  vəziyyətində 

olub. Gözlüklü kobra ilə eksperiment 

nəticəsində nekrozun qarşısını almaq 

üçün təcili olaraq öz əzələsini yarmalı 

olub.


Fride bu təhlükəli eksperimentləri 

universal  zərdab  yaradılana  qədər 

davam etdirmək əzmindədir. O vaxt 

bəlkə həyat yoldaşı da geri dönər, axı 

qadını  ərindən  əcaib  eksperimentlər 

qaçırıb.


Meksikanın kurort şəhəri Akapulkoda 

Zika virusuna ilk yoluxma halı qeydə 

alınıb.

AZƏRTAC  “newsland.com”  saytı-



na  istinadla  xəbər  verir  ki,  bu  barədə 

bəyanatla  Qerrero  ştatının  səhiyyə 

naziri  Karlos  de  la  Penya  Pintos  çı-

xış edib. O deyib: “Virusa yoluxan 32 

yaşlı  qadındır.  O,  hamilə  deyil”.  Kar-

los  de  la  Penya  Pintos  vurğulayıb  ki, 

pasiyentə  lazımi  yardım  edilib,  onun 

sağlamlıq  durumu  həyəcan  doğur-

mur.  Baş  verən  hadisə  Akapulkonun 

turizm baxımından cəlbediciliyinə təsir 

göstərməməlidir.

Meksika  Səhiyyə  Nazirliyinin  mə-

lu ma tına  görə,  ölkədə  Zika  virusuna 

yoluxanların  sayı  son  həftə  34-dən 

65-ə  çatıb.  Yoluxanların  çoxu  cənub 

ştatları  Oaxaka  və  Çyapasda  qeyd 

olunub.  Paytaxtda  və  əhalisi  sıx  olan 

Mexiko  ştatında  virusa  yoluxan  aşkar 

edilməyib.

Alimlər bildiriblər ki, əqli imkan-

larının ilin fəsillərindən asılı ol-

ması faktını isbat ediblər. Onların 

dediyinə görə, baş beynin diqqətə 

cavab verən şöbələri yay aylarında 

daha fəal olur.

AZƏRTAC  “Proceedings  of  the 

National Academy of Sciences” jurna-

lına istinadla xəbər verir ki, fəsillərin 

insana,  xüsusən  onun  əhvalına  təsir 

etməsi  elmə  çoxdan  məlumdur. 

Amma bu günə kimi alimlər fəsillərin 

insanın  əqli  qabiliyyətinə  təsirini 

öyrənən tədqiqat aparmayıblar.

ABŞ alimi Kristel Mayer fəsillərin 

insan beyninə təsirini öyrənmək üçün 

bir  qrup  alimlə  birlikdə  könüllülərin 

iştirakı  ilə  eksperiment  aparıb. 

Eksperimentdə  iştirak  etməyə  ra-

zılıq  verən  bütün  könüllülər  hər 

mövsümdə  bir  neçə  gün  laborato-

riya  şə rai tində  yaşayıblar.  Alimlər 

maqnit-rezonans  tomoqrafiyasının 

köməyi ilə baş beynin fəallığını yox-

layıblar.  Onlar  bildiriblər  ki,  beynin 

sabit diqqətlə bağlı fəallığı özünü yay 

aylarında göstərir.

Payızda  qısamüd dətli  yadda-

şın yük lən məsi artır və bu yüklənmə 

yaz  gecə-gündüz  bərabərliyi  gü-

nünə  qədər  azalmağa  başlayır. 

Mütəxəssislər  yeni  nəticələr  al-

maq  ümidi  ilə  müxtəlif  fəsillərdə 

baş  beynin  fəallığının  öyrənilməsi 

istiqamətində  fəaliy yətlə rini  davam 

etdirirlər.

Hər il fevral 9-da stomatoloqların 

və diş həkimlərinin peşəkar bayra-

mı – Beynəlxalq Stomatoloq Günü 

qeyd olunur

Bu tarix təsadüfən seçilməyib. 

Həmin gün katolik kilsəsinin xristi-

an  şəhidi  isgəndəriyyəli  Apolloniya 

anılır. Xristianlıqdan dönməsi üçün 

Apolloniyaya  dəhşətli  işgəncələr 

verilib.  İşgəncələrin  xarakterinə 

görə  Müqəddəs  Apolloniyanın  at-

ributları  dişlər  və  ya  kəlbətin  olub. 

Müqəddəs  qadın  bütün  işgəncələrə 

davam gətirib, onu tonqalda yandır-

maq ilə hədələyəndə, o, özü alovun 

içinə addımlayıb. Bu hadisə 249-cu 

il fevralın 9-da baş verib.

O vaxtdan belə bir inanc yara-

nıb:  “Santa  Apollonia!”  deyən  kimi, 

diş ağrısı keçir.

Elm fədakarlıq tələb edir!

Akapulkoda Zika virusuna ilk yoluxma hadisəsi 

qeydə alınıb

İnsanın əqli imkanları ilin 

fəsillərindən asılıdır

9 fevral Beynəlxalq 

Stomatoloq Günüdür



http://www.amu.edu.az

16 fevral  2016-cı il

Yeni kəşf olunan “ağıllı” sarğı dərinin tempe-

raturuna nəzarət edir, avtomatik surətdə infeksi-

yaya qarşı dərman buraxır.

AZƏRTAC  TRT-yə  istinadla  xəbər  ve-

rir  ki,  Massaçusets  Texnologiya  İnstitutunun 

tədqiqatçıları  içərisində  elektronika  və  dərman 

olan yeni sarğı növü yaradıblar. Bu sarğı yaraya 

insanın köməyi olmadan qulluq edir.

Hidrogeldən  düzəldilən  möhkəm  sar-

ğı  yetərincə  elastikdir,  hətta  dizdə  və  dirsəkdə 

olduğu  halda  hərəkətləri  məhdudlaşdırmır. 

Onun  içində  innovasiyalı  ötürücülər  var.  Sar-

ğı  dərinin  temperaturuna  nəzarət  edir  və  av-

tomatik  surətdə  infeksiyaya  qarşı  dərman  bu-

raxır. 90 faiz sudan ibarət olan hidrogel insan 

dərisinin  xüsusiyyətlərini  təkrar  edir.  Gel  titan, 

alüminium,  silikon,  keramika,  qızıl  kimi  mate-

riallarla və adətən elektron komponentlərin ha-

zırlanmasında istifadə olunan başqa maddələrlə 

güclü  qarşılıqlı  əlaqə  yaradır.  Gelin  içərisindən 

keçən  titan  tellər  sarğını  cərəyan  keçirən  edir, 

onun  içinə  elektron  qurğular,  məsələn,  yarım-

keçirici çiplər yeritməyə imkan verir. Sarğıya işıq 

diodları  da  quraşdırılıb.  Yaranın  temperaturu 

müəyyən həddə çatanda və ya dərman bitəndə 

bu diodlar yanmağa başlayır. Sarğı təcili ixtisaslı 

yardım tələb olunanda uzaq məsafədən həkimi 

xəbərdar edə bilir.

Yeni sarğının müəllifi Szuanxe Cjao “ağıllı” 

gelə bənzər elastik, orqanik elektronika hazır-

lamağa ümid bəsləyir. Bu vasitəni bədənə, hətta 

implantasiya etmək mümkün olacaq.

Qeyd  edək  ki,  “ağıllı”  sarğı,  ilk  növbədə, 

daim tibbi nəzarət tələb edən və infeksiya ris-

kinin yüksək olduğu yanıqlar üzərində sınaqdan 

keçiriləcək.

«Azərbaycan Respublikasında ünvan 

reyestrinin aparılması və daşınmaz 

əmlak obyektlərinə ünvan verilməsi 

Qaydaları»nın təsdiq edilməsi 

haqqında Azərbaycan Respublikası 

Prezidentinin 27 noyabr 2008-ci il tarixli  

Fərmanına uyğun olaraq Azərbaycan 

Tibb Universitetinin korpuslarına yeni 

ünvanların verilməsi aşağıdakı kimi 

müəyyənləşdirilmişdir:

 

Azərbaycan  Tibb  Universitetinin  İnziba-



ti  binası-  Bakı  şəhəri,  Nəsimi  rayonu  Ənvər 

Qasımzadə küçəsi-14 



TƏDRİS BİNALARI

Azərbaycan  Tibb  Universitetinin  1  say-

lı  tədris  binası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun küçəsi -167 

Azərbaycan  Tibb  Universitetinin  2  saylı 

tədris binası-Bakı şəhəri, Nəsimi rayonu Ənvər 

Qasımzadə küçəsi- 18 

Azərbaycan  Tibb  Universitetinin  3  say-

lı  tədris  binası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun küçəsi-163 

Azərbaycan  Tibb  Universitetinin  4  say-

lı  tədris  binası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun küçəsi-163 

Azərbaycan  Tibb  Universitetinin  5  say-

lı  tədris  binası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun küçəsi- 163 

Azərbaycan  Tibb  Universitetinin  İd-

man  kompleksi-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Mərdanov qardaşları küçəsi -98

C

YATAQXANALAR

Azərbaycan  Tibb  Universitetinin  1  say-

lı  yataqxanası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Mərdanov qardaşları küçəsi- 98

B

 



Azərbaycan  Tibb  Universitetinin  2  say-

lı  yataqxanası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Mərdanov qardaşları küçəsi- 98

D

 



Azərbaycan  Tibb  Universitetinin  3  say-

lı  yataqxanası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun küçəsi- 107 

Azərbaycan  Tibb  Universitetinin    4  say-

lı  yataqxanası-Bakı  şəhəri,  Nəsimi  rayonu  

Mərdanov qardaşları küçəsi-98

A

Azərbaycan  Tibb  Universitetinin  5  say-



lı  yataqxanası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun küçəsi-173 

Azərbaycan  Tibb  Universitetinin  6  say-

lı  yataqxanası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Mərdanov qardaşları küçəsi -100

A

 



KLİNİKALAR

Azərbaycan  Tibb  Universitetinin  Onko-

loji klinikası- Bakı şəhəri, Nərimanov rayonu  

Səməd Vurğun küçəsi-208

Azərbaycan  Tibb  Universitetinin  Stoma-

toloji  Klinikası-Bakı  şəhəri,  Nəsimi  rayonu 

Səməd Vurğun  küçəsi-175 

Azərbaycan  Tibb  Universitetinin  Tədris 

Terapevtik Klinikası-Bakı şəhəri, Nəsimi   ra-

yonu    Mərdanov  qardaşları  küçəsi,  1001-ci 

məhəllə

Azərbaycan  Tibb  Universitetnin    Tədris  



Cərrahiyyə  Klinikası-Ba kı şəhəri,  Nəsimi ra-

yonu Mirqasımov küçəsi, 1004-cü məhəllə 

Əzizov Faiq Məmməd oğluna 2015-ci ildə Azərbaycan Tibb 

Universiteti tərəfindən fizioterapiya ixtisası üzrə verilmiş rezi-

dentura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 294

 Kafedraların professorları (elmlər doktorları): 

     

- III cərrahi xəstəliklər kafedrası - 1 yer (0,75 vahid)

- İnsan anatomiyası kafedrası - 1 yer  

- Fizioterapiya və idman təbabəti kafedrası- 1 yer (0,5 vahid)

- Mikrobiologiya və immunologiya kafedrası - 1 yer 

- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)

- Ümumi və toksikoloji kimya kafedrası - 1 yer

 Kafedraların  dosentləri: 

 

- Terapevtik və pediatrik propedevtika kafedrası-1 yer (0,5 vahid)

- II MPF-nin Uşaq xəstəlikləri kafedrası- 1 yer  

-  Ortopedik stomatologiya kafedrası - 1 yer (0,75 vahid)

- I mamalıq və ginekologiya kafedrası -1 yer (0,5 vahid)

- III cərrahi xəstəliklər kafedras  - 1 yer (0,5 vahid)

- Mikrobiologiya və immunologiya kafedrası - 1 yer

 Kafedranın baş müəllimi:    

 

- Patoloji fiziologiya kafedrası -1 yer

 

Kafedraların assistentləri: 

 

- II daxili xəstləiklər kafedrası - 1 yer 

- III cərrahi xəstəliklər kafedrası - 2 yer 

- İnsan anatomiyası kafedrası- 1 yer 

- Klinik farmakologiya kafedrası - 1 yer (0,5 vahid) 

- Terapevtik və pediatrik propedevtika kafedrası  - 2 yer 

- Normal fiziologiya kafedrası - 1 yer 

- Tibbi fizika və informatika kafedrası - 1 yer (0,5 vahid)

- III daxili xəstəliklər kafedrası - 1 yer 

- II cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

- II cərrahi xəstəliklər kafedrası - 1 yer 

- Şüa diaqnostikası və terapiyası kafedrası  -1 yer 

- Psixiatriya kafedrası - 1 yer 

- Patoloji anatomiya kafedrası - 1 yer 

- Histologiya, embriologiya və sitologiya kafedrası  - 1 yer 

- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)

- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)

-  Stomatologiya (müal. prof., ped., tibbi prof. fakültələri üçün)

 kafedrası - 1 yer (0,5 vahid) 

- Farmakologiya kafedrası - 1 yer (0,5 vahid)

- Latın dili kafedrası - 1 yer

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma 

müddəti elan qəzetdə («Təbib» qəzeti, 16  fevral 2016-cı il) dərc 

olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına 

yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23: Telefon: 597-10-08

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR  ÜZRƏ 

AŞA ĞI DA KI  YERLƏRİ  TUTMAQ 

ÜÇÜN 

MÜSA BİQƏ ELAN EDİR

AZƏRBAYCAN  TİBB  UNİVERSİTETİNİN  

KORPUSLARI

Tibbdə yeni kəşf - “ağıllı” sarğı

Allergiyanın  çox 

nadir növü aşkarlanıb. 

Alimlərin fikrincə, vib-

rasiyaların  təsirindən 

əmələ  gələn  bu  na-

dir  xəstəlik  məişətdə 

istifadə etdiyimiz tex-

nikanın  verdiyi  vib-

rasiyalarla  ötürülür, 

xüsusən mikser və ya elektrik burğusu ilə işləyənlər 

üçün bir sıra problemlər yarada bilər.

AZƏRTAC  naked-science.ru  saytına  istinad-

la  xəbər  verir  ki,  immun  sisteminin  mutasiyası 

ilə  əlaqələndirilən  xəstəlik  məxmərəyin  bir  növü 

olmaqla  bədəndə  səpkilərə,  qaşınmaya,  ağızda 

dəmir tamına səbəb olur.



Məişət texnikası allergiya 

yaradır

Yüklə 8,68 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin