Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Qovuşma 
 
 
 
Əlbəttə, Özgür üçün, oğlum üçün buna dəyər. Seçim qarşısında qalsam, övlad sınağından çıxa bilməyəcəyimdən zərrə 
qədər şübhəm yoxdur. Tərəzinin bir gözünə Özgürü, obiri gözünə qürurumu qoysalar, heç düşünmədən oğluma doğru 
yüyürəcəyəm. Çünki Özgürümün bircə damla göz yaşına tab gətirə bilmərəm. Edəcəyim bu seçimdən ötrü utanmadığım, 
xəcalət çəkmədiyim kimi, özümü ləyaqətsiz, bişərəf də saymıram.  Əsl ləyaqətsiz, bişərəf olan – opponentlərini övlad 
sınağına çəkən bu eybəcər sistemdir, mən yox. İndi nə edək ki, aclığa, işgəncələrə, təhqirlərə dözə bilənlər, ailələrinin 
alçaldılmasına dözə bilmirlər? Kitablarda, böyük amallar uğuruna gözünü qırpmadan ailəsindən keçən ideya 
adamlarından, qəhrəmanlardan, inqilabçılardan bəhs edilir. Bu ibtidailik çatmır mənə. Neçənci əsrdə yaşayırıq bəyəm? 
Dünyanın bu vaxtında övladı, ailəni, sağlamlığı  fəda etməyə  məcbur qalmaq olarmı? Kimsə deyə bilər ki, elə rejimin 
uzunömürlü olmasının səbəblərindən biri də ailəmizə, övladımıza olan bağlılığımızdır; onların təhlükəsizliyinin bizim üçün 
hər  şeyin fövqündə dayanmasıdır. Razı olmağına razıyam, amma insanın öz yaxınına bunca bağlı olmasında heç bir 
faciə, anormallıq da görmürəm.  
Bilmirəm, bəlkə də görməliyəm. Bəlkə də bu gün, məhz buna hazır olmalıyıq. 
İslam Millinin öldüyü, o ümid dolu, bol illüziyalı günlər, sanki dünən yaşanıbmış kimi yadımdadır. İnsanı yandıran odur ki, 
hakimi-mütləqin ölümündən sonra, onun yerinə arvadının taxta keçəcəyini, kraliça olacağını deyən üç-beş adama da lağ 
edirdik ki, bu mümkün deyil. “Müasir dünya, Qərb buna icazə verməz” deyirdik. Hətta “xalq icazə verməz”. “Bizim 
zəmanəmizdə monarxiya qurmaq mümkün deyil”.  
Nə oldu bəs? 
Bu günün pəncərəsindən dünənə boylanıb baxanda, hər şey necə də gülməli görünür. 
Kraliça taxta oturan kimi ritorikamız da dəyişdi: “Qərb nefti demokratiyadan üstün tutdu”, “Azərbaycanda demokratiyanın 
qurulmasına imkan verməyən Rusiya ilə  İrandır”, “Amerika bizi satdı”... Yəni təsəllini, özümüzdən başqa hər kəsi 
günahlandırmaqda tapırdıq. 
Hə, xalqdan da incimişdik axı. Çox nahaq. Adolf Hitler almanları qadına oxşadırdı: “Alman xalqı da, alman qadını kimi 
güc qarşısında baş əyir”. Deməli, xalq elə hər yerdə xalq imiş. Başqa tərəfdən, meydanlara tökülən, 131 nəfər qurban 
verən, işgəncələrə  məruz qalan da bu xalq olmadımı? “Evində otur Qənirə!”  şüarları ilə meydanlara axışan izdiham, 
Qənirənin belə bir müqavimət qarşısında sınacağına, doğrudan da evinə qapanacağına sadəlövhcəsinə inanırdı. 
Düşünürdü ki, ərindən qalan milyardlarla sərvətə malik olan bu qadına prezidentlik kürsüsü heç lazım da deyil.  
Milyardları olan Qənirə isə nəinki getmədi, xalqın üzərinə güllə yağdırdı.  
Belə bir rejimə bundan artıq necə müqavimət göstərilə bilərdi? Mümkün olan hər şey edilmədimi? Ola bilsin edilmədi. Ola 
bilsin hardasa ciddi, bağışlanmaz səhvlər buraxıldı. Etiraf edək ki, bəzilərimiz, uzun illər ölkədə “nəyin pis, nəyin yaxşı” 
olduğuna təkbaşına qərar verən  İslam Millinin ölümündən sonra “yeni eranın başlayacağına” inanmaq kimi qəflətə 
düşmüşdük! Qənirənin prezident kürsüsünü zəbt etməsi bizə  zəif ehtimal kimi göründüyündən, buna hazır deyildik. 
Hətta, Qənirə dövlət başçısı postunu işğal edəndən sonra da, boş  xəyallara qapılıb quruluşun liberallaşacağına ümid 
bəsləyənlərimiz oldu. 
Bu gün isə Qənirə elə bir rejim qurub ki, ərinə rəhmət oxutdurur. Ölkə məqsədyönlü şəkildə uçuruma sürüklənir. Düzdür, 
sürüklənmə prosesi əvvəl-əvvəl neftə bulaşaraq getdiyi üçün, bir çoxumuz bunun ağrısını gec duyurduq. Son iki ildə isə 
geriləmə, tənəzzül,  şəxsiyyətə  pərəstiş lap kulminasiyaya çatdığından, ölkənin uçurumun astanasında dayandığını 
görməyən, bilməyən, başa düşməyən qalmayıb. 
Bir yandansa Milli avtoritarizminin quduzlaşmasının, xalqın əks-reaksiyasına səbəb olacağına dair ümidlərimizi yenidən 
cücərtməkdədir. Sənan da ümidlidir, Araz da, Rəna da. Elə  mən də. Axı son ölən ümiddir, necə ümidlənməyək? Bizi 
yaşadan, doyuzduran, nəfəs aldıran ümidlərimiz deyilmi? 20 ildir Azərbaycanın üzərindən çəkilməyən zil qara buludu 
dağıtmaq ümidimiz var və biz, bu ümidimizi sevirik. Bu, elə bir buluddur ki, içimizə nüfuz edərək, “mən”imizin ən dərin, ən 
ucqar köşələrinə sirayət edib; belə çalışqan, istedadlı, bacarıqlı bir milləti zəlil günə qoyub, əxlaqsızlaşdırıb; rüşvətdən, 
xəyanətdən, yaltaqlıqdan, şərəfsizlikdən başqa ona heç bir seçim haqqı tanımayıb, alternativ göstərməyib; sındırıb, əzib, 
alçaldıb, özü kimi acgöz, doyumsuz, xain edib; reqressi alın yazısına çevirib, taleyinin çarxını tərsinə döndərib, əlindən 
hər şeyini, o cümlədən sabaha olan inamını da alıb. 
Elmar Hüseynov qətlə yetirilməmişdən əvvəl “Müasir Mariya Antuanetta” məqaləsində yazmışdı ki, “Tunelin sonunda işıq 
görünmür, ölkə zülmət içində çapalayır. Bu yol aydınlığa yox, alatorandan zülmətə aparır”.  
Öldürdülər onu. Azərbaycandan qat-qat işıqlı, komfortlu, rahat və təhlükəsiz yerə - torpağın altına göndərdilər. Dedilər 
“get, oradakı tunelin sonunda işıq taparsan”. Onun itkisi ilə barışmaq çətin olsa da, Elmarın öz işığını tapdığını  qəbul 
etməliyəm. Çünki Elmar ümidini büsbütün itirmişdi. Hamımız vaxtaşırı ümidimizi itirmirikmi? Ona görə itiririk ki, 
mübarizəyə labüd, uzunmüddətli bir proses kimi baxa bilmirik, nəticəni daha çox arzulayırıq. Mübarizə  nəticəyə 
hesablanmamalıdır demirəm. Əksinə, nəticəni görmək həvəsi, prosesin əsas təkanverici qüvvəsidir. Amma prosesin özü 
mənim üçün daha vacibdir. Özünə hörmət qoyan, ləyaqəti olan hər bir kəs bu prosesə qoşulmalıdır. “Onsuzda nəticəsi 
olmayacaq” deməməlidir. Belə biqeyrət bəhanəni dilə gətirməkdənsə, susmaq yaxşıdır. 

 
103
Tunelin sonunda iynə ucu boyda işıq görmək intizarı ilə illər uzunu yaşamaq çətindir, bilirəm. Hər adamın işi deyil - yorur, 
tükədir, həvəsdən salır. Lakin intizar yalnız o zaman əsl intizara çevrilir ki, nəticənin hasil olacağına zərrə qədər şübhə 
qalmır. Onsuzda həyatımız başdan ayağa kiçikli-böyüklü intizarlarla dolu deyilmi? Həmişə  nəyisə gözləmirikmi? 
Gözləyirik, çünki intizar mövcudluğun ən radikal modusudur - hər zaman gözləmə mövqeyindəyik, varlığımızın vektoru 
həmişə hərəkətdədir, daim irəliyə yönəlikdir, indiki zamanda qərar qıla bilmir. Bu, bizi otdan, bitkidən, göbələkdən fərqi 
olmayan; sistemə məğlub olmuş, süstləşmiş çoxluqdan fərqləndirən başlıca cəhətdir. 
Bəli, “onsuzda heç nə düzəlməyəcək” deyənlər otdur, bitkidir, göbələkdir. Çünki duyğusuzdurlar, ürəksizdirlər. Düşünə, 
duya, hiss edə və ən əsası özünə hesabat verə bilməyənlərə intizar yaddır, uzaqdır. Çünki ümid etmək yaxud etməmək, 
inanmaq yaxud inanmamaq, bilmək yaxud bilməmək, sevmək yaxud nifrət etmək, sevinmək yaxud qəmlənmək,  əzab 
çəkmək yaxud zövq almaq kimi bütün instinktlər mütləq intizar orbitlidir. Məhz bu səbəbdən biz göbələkləri başa düşürük, 
onlar isə bizi yox. 
İndiki rejimdən daha pisini təsəvvür etmək doğrudan da əxlaqsızlıqdır. Milli rejimindən sonra iqtidara kim gələcək – məni 
bir o qədər maraqlandırmır. Mənim indiki rejimlə obyektiv səbəblərə söykənən, onurğama işləmiş, bütün varlığımı 
bürümüş şəxsi-qərəzliyim var. Onun sadəcə olaraq rədd olub getməsini istəyirəm. Mənim bu iqtidara nifrətimin, iqtidarın 
neft sevgisindən, pul hərisliyindən və gözü qanlı zalımlığından daha şiddətli olduğuna inanıram.  
Bir dəfə Sevil soruşmuşdu məndən: “Tutaq ki, rədd olub getdi. Bəs sonrası?”  
Sonrası...  
Onsuzda bizim kimi adamlar heç vaxt nəticə ilə kifayətlənmir, ondan razı qalmırlar. Hədəfə çatmaq intizarın mahiyyətini 
dərk etmişlər üçün son deməkdir, məhv olmaq deməkdir. Çünki həyat, aramsız olaraq hədəfə doğru qaçışdır.  Əldə 
olunmuş nəticə real deyil, real olan yalnız və yalnız intizardır. 
Yadımdadır, siyasətdən uzaq olan atamın da (ona qorxaq demək daha ədalətli olardı) ümidləri varıydı. Bircə  dəfə 
mənimlə respublika, azadlıq və iqtidar haqqında danışmışdı, o da qəbul imtahanlarına hazırlaşdığım günlərdə.  
O da cəmi yarım saat. 
İslam Millinin TV ekranlarından düşməyən sifəti, illər boyu onun dilindən eşitdiyim mənasız səfsətələri məni artıq 
bezdirməyə başlayır, içimdə yeniyetməlik dövrünə vida etməyə hazırlaşan gəncə xas çılğınlıq baş qaldırır, hər şeyə, ən 
əsası isə sistemə üsyan etmək şövqü yaranırdı. Bir gün dözməyib, özümdən asılı olmayaraq “Nə murdar adamdır bu” 
dedim. Atam da birtəhər mənə baxıb “Amma biz başqa şey gözləyirdik, bilirsən?” demişdi. “Sovet dağıldı, fikirləşdik ki, 
tay bundan sonra hər  şey yaxşı olacaq. Sovetdən qalan bütün pis şeylər çıxıb gedəcək. Amma olmadı. Rus getdi, 
özümüzünkü gəldi. O, rusdan da betər, rusdan da qəddar oldu”. Soruşdum ki, “Bəs niyə belə oldu?” O da bildiyi kimi 
cavablandırdı bu sadəlövh sualımı. Analitik beyni yox idi kişinin, sadə adamıydı. “Əşi acgözün biridi də” demişdi. “Axır ki, 
Moskvadan canı qurtardı, indi ondan nəsə tələb edən, soruşan yoxdu. O da meydan sulayır. Camaatın başını aldadır ki, 
suverenlikdi, demokratiyadı, azadlıqdı. Cavansan hələ  oğlum, sən dərslərinlə  məşğul ol, özünə gün ağla. Bu ölkə 
düzələn deyil.” 
Özümə “gün ağladımmı” bilmirəm, amma atamın arzuladığı tipdə adam olmadım. Əksinə, ildən-ilə rejimə olan nifrətim 
qar topası kimi böyüyürdü. İkinci kursda oxuyanda, siyasət varlığımın ayrılmaz parçasına çevrilmişdi artıq. Çünki atamın, 
qarşısında aciz qaldığı sualların cavabını özüm tapırdım. 
Anladım ki, Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyətimiz, Sovet dövründə yatıb yuxusunda görə bilməyəcəyi 
dəyişikliklərin gözləntisinə qapılmışdı. Hər  şey – siyasət, mədəniyyət, mənəviyyat – təzələnməliydi, yeni görkəm 
almalıydı. Arzuların çevrəsi genişləndikcə genişlənir, insanlar hələ bir il əvvəl  əlçatmaz kimi görünən xəyalların 
gerçəkləşməsini istəyirdilər. Dəyişikliklərə böyük ehtiyac vardı  və bu ümidləri doğruldacaq, arzu olunan həyat 
modellərinin geniş spektrini cəmiyyətə  təklif edəcək siyasi liderə ehtiyac yaranmışdı. Bu siyasi lider müstəqilliyin ilk 
günlərindən Qərbə inteqrasiyadan, demokratik dəyərlərdən, liberal iqtisadiyyatdan danışan Niyazi Salayev yox, 
Kommunizm dövründə xırda oğurluqlarla kifayətlənən indi isə əlinə bütün ölkəni talan etmək kimi bir fürsət düşən İslam 
(Qulamov) Milli oldu. Sovet imperiyası illərində vahid konstitusiyaya, Moskvanın direktivlərinə riayət etməyə məcbur olan 
İslam Milli, müstəqillikdən sonra “islamın” və “millinin” arxasına sığınaraq xalqa divan tutdu. Allahın və milli-mənəvi 
dəyərlərin köməyi ilə illər uzunu qəsb etdi, soydu, dağıtdı. Xalq da ləbbeyk dedi, şükür dedi, İslam Millini - islamı  və 
millini pənah yeri, ümid yeri bildi. 
Bu gün olduğu kimi, Milli rejiminin ilk günlərində  də sistemin ən böyük dayağı milli-mənəvi dəyərlər, mentalitet, 
ağsaqqallıq institutu və din oldu. Mentallıqla yoğurulmuş demokratiya qısa müddət sonra cəmiyyəti gələcək qarşısında 
qorxu ilə keçmişə duyulan xiffət arasında məngənəyə saldı. “Allahın yer üzündəki kölgəsi” olduğunu açıq-aşkar dilə 
gətirən  İslam Milli mentalitetlə möhtəkirlik edərək daxildə, demokratiya ilə möhtəkirlik edərək isə  Qərbdə özünün 
“suveren demokrat” obrazını yaradırdı. Gündüzlər demokrat qiyafəsində xalqın qarşısına çıxan Milli, gecələr öz 
opponentlərinə mental duzaqlar qururdu. Bir yandan “radikal yox, ənənəvi islam” dediyi dinin, şərqçiliyin arxasına sığınır, 
digər tərəfdən isə  Qərb dairələrinə sübut etməyə çalışırdı ki, Azərbaycanda müxalifət iqtidara gəlsə, Qərbin buradakı 
maraqlarına təhlükə yaranacaq, hətta  şəriət dövləti qurulacaq. İslam Milli, hakimiyyətinin ilk günlərindən müxalifətin 
“Demokratiya, azadlıq, liberal dəyərlər”  şüarları  səsləndirərək güc-bəla ilə keçirməyə nail olduğu mitinqləri ləkələmək 
üçün min bir fənd işlədir, nümayişlərin keçirildiyi meydan və küçələrdən hər dəfə “Lə iləhə illəllah, Muhammədun 
rəsulullah” yazılmış yaşıl bayraqlar, ərəbcə ayələr və duaların həkk olunduğu vərəqələr tapılırdı.  
İndi isə, seçkilər yaxınlaşdıqca yenə  nəzərlərimiz Qərbə çevrilib – Avropadan, okeanın otayından mədəd umuruq. Nə 
vaxtsa azad və  ədalətli seçkilərin keçiriləcəyi ehtimalı,  əsla ehtimaldan o tərəfə keçməyəcəyi üçün, siyasi ömrünün 
yarısını ev dustaqlığında, həbsxana və DTN-nin zindanlarında keçirən Niyazi Salayevin Qərbin dəstəyi ilə hakimiyyətə 
gətiriləcəyinə, bizdə  də Gürcüstansayağı  məxməri inqilabın baş tutacağına inananlarımız az deyil. Bu günlərdə kiçicik 
dedi-qodular,  əhəmiyyətsiz xəbərlər,  ən ağlasığmaz  şayiələr belə azsaylı müxalif qəzetlər və Azadlıq radiosu üçün 

 
104
“sistemin bu yaxında çökəcəyini” müjdələyən  əlamətlərə çevrilir. Bu “əlamətlərlə” bir müddət ovunub rejimin iflasını 
gözləyir və  hər dəfə başa düşürük ki, qapıldığımız illüziyalar suda batmamaq üçün saman çöpündən yapışan 
cəmiyyətimizin xəstə təxəyyülündən başqa bir şey deyil. Reallıqdan yox, inanmaq istədiklərimizdən danışırıq hamımız. 
“Qəribədir - proseslər öz başına buraxıldığı, ölkədə dərəbəyilik hökm sürdüyü halda, bu sistemi dağıtmaq nə üçün belə 
çətindir?” sualına da heç cür cavab tapa bilmirik.  
Atamın mənə “biz başqa şey gözləyirdik” dediyi o günün üstündən illər ötüb. Bu zaman ərzində “azadlığımıza nə qədər 
yaxınlaşa bildik?” sualı  ətrafında düşünməyə, təhlil yürütməyə başlayanda, Elmar Hüseynovun “tunelin sonundakı 
zülmətlə” bağlı etdiyi apokaliptik kəhanətə daha çox inanmağa başlayırsan. Hara doğru, nəyə doğru getdiyimiz 
məchuldur. İllərdir imitasiya və saxtakarlıq bataqlığında çapalayırıq. Bir yandan, hakimiyyət Avropa qarşısında götürdüyü 
öhdəliklərin yerinə yetirilməsindən, demokratik normalara, hüquq və azadlıqlara sadiq olmasından dəm vurur, digər 
tərəfdən isə, rəqiblərinə qarşı repressiyanı gücləndirir, seçkiləri saxtalaşdırır, vətəndaşların hüquq və azadlıqlarını kobud 
şəkildə pozur. Açıq-aydın görünür ki, Qənirə Milli siyasi əks-təsirin olmamasından, özünün cəzasızlığından ləzzət alır. 
Bəli, bu beş ildə ölkə, Qənirə adlanan sınaqdan çıxa bilmədi. Çıxa bilmədiyi üçün də bu sistemi bütün iyrənclikləri, 
dəhşətləri, ekzistensial problemləri ilə birlikdə  həzm edərək, məcburiyyət qarşısında idbar ərinə dözən, hətta nəinki 
dözən, onu sevməyə başlayan bir qadına oxşadı.  
Atam deyərdi ki, “həyat heç vaxt bizim qarşımızda cavabsız suallar qoymur”, yəni hər şeyin bir izahı, cavabı mövcuddur. 
İndi isə başa düşürəm ki, həyatın bizim qarşımızda qaldırdığı məsələləri tənbəllik ya da qorxaqlıq ucbatından həll etməyə 
tələsməyəndə, onlar daha da mürəkkəbləşib həlli imkansız problemlərə çevrilir. Təcrübəmiz artdıqca, zənginləşdikcə 
problemlər də ağırlaşır. Lap məktəbdəki kimi – sadədən mürəkkəbə doğru.  
Mənə maraqlıdır - bu gün atam sağ olsaydı mənə nə deyərdi? Oğlu ilə fəxr edərdimi? Yoxsa “başını sal aşağı işini gör” 
tərzində  məsləhəti ilə  məni mütiliyə, kütlədən biri olmağamı sövq edərdi? Sonuncu ehtimal daha realdır - 
müxalifətçiliyimlə razılaşmazdı, bilirəm. Sənanın atası isə  oğluna hər işdə, hər addımda dayaqdır. Oğlunun müxalifliyi, 
yazdığı yazıları ilə  fəxr edir, Liberal qəzetini dosta-tanışa, qonşulara nümayiş etdirib “Baxın, bunu oğlum yazıb” deyir. 
Əksər atalardan fərqli olaraq “hər kəs necə, sən də elə” demir ona. Həyatı “öz axarında” yaşamaq, qismətinə qane 
olmaq vərdişi aşılamır. Mənim atam isə “qismətdən artıq yemək olmaz” düsturu ilə yaşayırdı. Özünü “bu günün” ləzzətini 
yaşamağa, sabahı düşünməməyə  həsr etmişdi. Odur ki, oğlunun mitinqlərə  çıxdığını bilsəydi,  əminəm ki, xəstəlik 
tapardı. Qınamıram atamı. O da məni, mən Özgürü sevdiyim qədər sevirdi. Nə az, nə çox. Amma mən atamdan fərqli 
olaraq oğluma köləlik, təslimçilik aşılamıram. Onsuzda cəmiyyətimiz bunu mənim yerimə artıqlaması ilə edəcək. 
Şüurlarımızda kök salmış qismət arxetipi mübarizənin lazımsız, gərəksiz olduğunu körpə çağlarımızdan məzara qədər 
qulağımıza fısıldamırmı? Bu gün məktəb, sabah ali məktəb, birigün iş yerindəki rəhbərlik, qonşularımız, qohumlarımız... 
Qismət - total şəkildə hamımızı “bu günə” qapılmaya istiqamətləndirir: mentalitet “qisməti” zəruri olan bütün arxetipik 
komponentlərlə bəzəyərək, biz azərbaycanlılara da qismət çərçivəsindən kənara çıxmağı qadağan edir.  
“Hanı bu xalq, niyə səsi çıxmır?” sualının cavabı da qismətdə, şükürdə, dözümdə gizlənib. 
 
*** 
 
Aylar sonra ilk dəfə  mətbəxdə oturmuşam. Bu daracıq məkanın üfunəti, pərişan halı  məni narahat etmir, çünki 
pəncərəmin zil qaranlıq boşluğuna gözlərimi zilləyib heç nə düşünməməyə çalışıram. Alınır desəm yalan olar – son 
günlərdə yaşananları düşünməmək, ya da tamam başqa  şeylər haqda fikirləşmək üçün gərək ruhsuz olasan. Deməli 
mənim ruhum var. Ruhum varsa, tanrı da var. İnsan çox mürəkkəb konstruksiyadır.  
Külqabında yeddi ədəd siqaret kötüyü, qabağımda yarıyacan içilmiş kofe, qara bloknot, qələm. Toğrul burda olsaydı 
gülərdi mənə. Bir gün klinikada, qalın bloknotuma nəsə yazdığımı görüb soruşmuşdu: 
“Neynirsən?” 
“Heç... Elə belə. Qeydlər aparıram” 
“Nə qeydləri?” 
“Nə bilim e? Ordan-burdan yazıram da.” 
“Həəə. Axır ki, Sənanın dediyi oldu, yazmağa başladın.” 
“Ona deyib eləməyəsən a! Özüm üçün də... elə belə yazıram. Ciddi deyil.” 
“Noutbukda niyə yazmırsan?” 
“Belə daha rahatdır.” 
“Çox ibtidai adamsan.” 
“Sikdir.” 
İnternetdə gəzişmək, musiqiyə qulaq asmaq, ya da şəkillərə baxmaqdan başqa kompüter nə işə yarayır? Yazılarımı əllə 
yazmalıyam, yazdığımı hiss etməliyəm. Ola bilsin Toğrul düz deyir - ibtidai adamam. Mətbəxim doğrudan da Homo 
Erectusun mağarasına oxşayır. Evə  əl gəzdirmək lazımdır, amma bilmirəm hardan, nədən başlayım. Bu gün işdən 
çıxanda niyyətim buydu - evi silib-süpürmək, pəncərələri açıb otaqları havalandırmaq, qabları yumaq. Yataq, qonaq 
otaqlarının divarlarına, aylardır yuyulmayan pərdələrə siqaret qoxusu hopub. Heç olmasa pərdələri yumaq lazımdır. Hara 
baxsan çirkli paltarlar, corablar, kağız-kuğaz. Pinti olduğumu tək yaşamağa başlayandan sonra dərk etdim. Bunun o yan-

 
105
bu yanı yoxdur – nə stress, nə depressiya, nə fəlsəfə? Pintiyəm – qurtardı getdi. Pintilik yaxşı şey deyil, ona görə də bu 
gündən evləri təmiz saxlayacağam. Evə gələndə, yolda belə düşünürdüm. Amma mənzilin qapısından içəri addım atan 
kimi anladım ki, təmizliyə qadir deyiləm - nə taqətim var, nə həvəsim. Qəribədir - indiyə qədər necə olub evi tarakanlar, 
böcəklər basmayıb? 
Saat səkkizə işləyir. Ürəyimdə, şair demişkən, dünyanın özü boyda, nəhəng bir dərd var. Ağırlıq, narahatçılıq, nigaranlıq. 
İllər sonra Sevil ilk dəfə evimə  gələcək. Gəlib nə deyəcək görəsən? Nə haqda danışacaq? Mövzu yalnız oğlumuzmu 
olacaq? 
Yerimdən çətinliklə qalxıb öz fincanımı yudum, ardınca da ikinci çirkli fincanı, sonra bir stəkan, ikinci stəkan, boşqab... 
Ölə-ölə, həvəssiz yuyurdum. Sevilin gələcəyini bilə-bilə  həvəssizəmsə, deməli “o”na dair heç bir ümid yoxdur içimdə. 
Bəlkə  də  nə haqda danışacağımızı, söhbətin istiqamətini bilmirəm deyə  həvəssizəm. Bilsəm ki, Sevil ayaq üstü yox, 
oturub bir-iki saat mənimlə söhbət edəcək, bir yerdə çay içəcəyik, hətta çayı da özü dəmləyəcək. Bilsəm ki, o bura həm 
də  məni görmək, mənimlə  təkbətək qalmaq üçün gəlir. Bilsəm ki, mənə  həyatımın son şansını, fürsətini verməyə, 
bağışlamağa, barışmağa, qayıtmağa hazırdır. Yox! Mən nə danışıram? Onun gündəmində Özgürdən başqa heç nə, heç 
kim ola bilməz. Dəfələrlə  uşağı götürmək üçün küçədə, məktəbdə onunla üz-üzə  gəlmişik. Bircə  dəfə  də eyham 
vurmayıb mənimlə görüşmək istəyinə. 
Adətən əsəblərimə toxunan, indi isə ürəyimə yağ kimi yayılan zəng çalındı. Köpüklü əllərimi tez yaxalayıb, nə üçünsə 
bloknotu pəncərənin qırağına qoydum və qapıya cumdum. Gələnin kim olduğuna dəlikdən baxmadan açdım.  Əlbəttə, 
oydu. Sanki hər gün bax beləcə bu qapıdan içəri girirmiş kimi, ona “keç” dedim. Səsim xırıltılı  çıxdı deyə, boğazımı 
arıtladım. Həyəcandandır. 
Quru, lakin səmimi salam verib qərarsız addımlarla daxil oldu evimə. Duruxdu. Çiynimi çiyninə sürtərək qapını bağladım: 
- Xoş gəlmisən. 
Görəsən onu öpə, ya da qucaqlaya bilərəm? Buna haqqım var? Birdən məni səhv başa düşdü? Axı boşanandan sonra 
heç əlini də sıxmamışam. Ürəyim qopub dabanlarıma düşəcək elə bil. Bədənim də boşalıb.  
Xalçasız-palazsız, tozlu qonaq otağına boylandığını görüb əllərimi tez-tez əsdirdim:  
- Ayaqqabılarını çıxartma. Evlər it kökündədi.  
- Hə - deyib gülümsədi – Görürəm.  
Otağa keçdi, çantasını divanın üstünə atdı, pencəyini çıxarıb səliqəylə stulun belinə asdı  və  qısaqollu, boz paltarda 
qarşımda dayandı. Onun hərəkətlərini nəfəsimi tutub izləyirdim. Bu gözəl qadın, əslində bu evin qadınıdır, bu evə aiddir.  
Başını qaldırıb gözlərini tavanda, divarlarda, pəncərədə, pərdələrdə gəzişdirdi: 
- Həə, gör neçə vaxtdır.  
Cəsarətimi toplayıb: 
- Darıxmışdın? – soruşdum və öz axmaq sualımdan utandım.  
Gözlədiyimin əksinə əsəbiləşmədi. Dodaqlarını büzüb televizora yaxınlaşdı, iki barmağını onun səthinə sürtüb:  
- Darıxmaq? – barmaqlarının ucundakı tozu təmizləyib soruşdu. – İnsanlar heç vaxt dörd divar üçün darıxmırlar. İnsanlar, 
dörd divarı bölüşdükləri adamlar üçün darıxırlar.  
- Deməli mənim üçün darıxmışdın? – sırtıq-sırtıq qımışdım. 
İstifini pozmadı: 
- Mən elə bu evdə olanda da sənin üçün darıxırdım. Üzünü düz-əməlli görürdüm bəyəm?  
- Bu boyda fasilədən sonra evə gəlirsən, onda da məni acılayırsan – yazıq adamlar kimi mızıldandım. 
- Yaxşı, bağışla – dedi və təzədən otağa göz gəzdirib – Evlər niyə bu gündədi? – soruşdu. 
Öz yaşadığım mənzili birinci dəfədir görürmüşəm kimi sağa-sola baxıb: 
- Təmizləmək istədim. Nəsə əlim yatmadı.  
- Əlin yatmadı. – deyərək düşüncəli halda pəncərəyə yaxınlaşıb pərdələri araladı, nəfəsliyi açdı. Evə dolan sərin külək 
bədənimə  üşütmə salsa da bir söz demədim. Otağın ağır havası hiss ediləcək dərəcədə sovrulub nəfəslikdən çölə 
çıxırdı.  
- Yadındadı, mən Rasimlə evlənəndə, Özgürü məndən almaq istəyirdin ki, qoymaram uşaq yad kişinin yanında böyüsün 
– üzünü mənə çevirdi, göz-gözə gəldik, - Bu şəraitdə böyüdəcəkdin onu? – əlləri ilə otaqdakı səliqəsizliyə, tör-töküntüyə 
işarə edərək soruşdu.  
- Sevil! Yalvarıram bəsdi. 
- Nə isə. Fikir vermə. Nə üçünsə bu gün səni danlamaq istəyirəm. Halbuki... buna haqqım yoxdur – acı-acı gülümsəyib, 
ardından da ciddiləşdi - Hə, məktəbə getdin, direktorla görüşdün. Danış görək nə oldu, necə oldu? – divana oturub 
soruşdu. 
Ayaq üstə qalmayıb oturması, nə üçünsə ümidləndirdi məni. Deməli hələ burdadır, çıxıb getmək üçün tələsmir. Toxtadım 
və məktəbdəki əhvalatı əvvəldən sona qədər ona danışdım.  

 
106
- Sən görəydin Özgür necə doluxsunub qalmışdı. Uşağı bu qədər sıxma-boğmaya salmaq olar?! Ora məktəbdi, yoxsa 
türmə? 
Sevil Özgürün doluxsunduğunu eşidəndə gərginləşdi, ana instinkti ilə sifətində qəzəb qırışları əmələ gəldi. Bu halıyla da 
gözəldir Sevil.  
- Bunları başa düşdüm – dedi. - Bəs Rasimə zəng vurub təhqir eləməyin nəydi? - Sualı verib əllərini sinəsində çarpaz 
birləşdirdi, başını  əyib dimdik üzümə baxdı. Məndən haqlı olaraq cavab gözləyir,  ərini nə üçün təhqir etdiyimi bilmək 
istəyirdi. 
- Oğlumu yaltaq, kütlədən biri eləmək istəyən adamla başqa nə cür danışa bilərdim? – dedim. – “Qənirə bizim 
prezidentimizdir, ona hörmət eləməliyik” nə deməkdi? Belə oğraşı təhqir eləməyim, neynəyim?  
Sevili yaxşı tanıyıram, qürurlu qadındır. Başqa vaxt olsaydı etiraz edərdi mənə, dalaşardı, Rasimin müdafiəsinə qalxardı. 
Amma indi dinmirdi, elə hey üzümə baxırdı. Saniyələr saniyələri qovaladıqca da mən narahat olurdum.  
- Aydındı. Rasimi söymək üçün yaxşı bəhanə keçmişdi əlinə. Elə deyil? 
Düzdür, Rasimi təhqir etmək, hətta döymək üçün həmişə fürsət gəzmişəm, amma bu gün doğrudan da hiddətlənmişdim. 
Söhbət oğlumdan, onun şəxsiyyət kimi, vətəndaş kimi formalaşmasından və bunların qarşısındakı “Rasim” adlı 
maneədən gedirsə, mən bütün ədavətimi, kinimi, şəxsi intriqa və kaprizlərimi unudub onunla qısqanc sabiq ər kimi yox
oğlunun gələcəyini, taleyini düşünən bir ata kimi danışmalıyam. Sevil bu qədərmi pis tanıyır məni?  
- Səhvin var – deyib stula oturdum. – Direktorun, müəllimin dediklərini eşitsəydin, sən də dəli olardın. Beynim əməlli başlı 
çönmüşdü. Özgür də deyəndə ki, Rasim ona şeiri  əzbərlətmək istəyib, lap özümdən çıxdım. Yeri gəlmişkən... dedi ki, 
dava eləmisiniz Rasimlə. Nə məsələdi? 
Sevil çətinliklə də olsa gülümsədi: 
- Nə əclaf uşaqdı bu. Nə var, nə yox hamısını çatdırır sənə.  
- Atasıyam da – dedim. Səsimdəki qürur notları Sevilin diqqətindən yayınmadı. 
- Əlbəttə atasısan. Bundan kimin şübhəsi var? 
- Nə üstündə dava eləmişdiniz?  
- Elə sən nə üstündə ona zəng eləmişdinsə, mən də onun üstündə. 
Yox, mən əslində xoşbəxt adamam - Özgürün anası sarıdan bəxti çox gətirib.  
- “Qənirə ana”?! 
- Həm də “Qənirə ana”. Əsas da, sənin ziddinə getdiyinə görə. İcazə vermərəm ki, uşaq atasından bir şey, atalığından 
isə başqa şey eşidib çaş-baş qalsın. 
Eşitdiklərim məni o qədər sevindirdi ki, qalxıb ona sarılmaq, öpmək istədim. Özümü güclə saxladım. 
- Bunlar uşaqları şikəst edirlər – dedim. – Zombiləşdirirlər. Sən məni başa düşməlisən.  
- Başa düşürəm – sözümü kəsdi. - Rasimlə də elə buna görə savaşdıq. Amma sən yenə də onu təhqir edə bilməzsən! 
Buna haqqın yoxdur. Özünü elə aparırsan ki, guya mən uşağın qayğısına sənin qədər qala bilmirəm, bu vəzifə də düşüb 
sənin çiyinlərinə. Bir dəqiqə! Sözümü kəsmə. Mən Rasimin harda səhv buraxdığını səndən yaxşı bilirəm, bunun qarşısını 
da lazım olanda alıram. O bədbəxt, heç sənin adını da çəkmir qorxusundan. Özgür də, mən də buna icazə vermirik. 
Özgür tez-tez fəxrlə  sənin oğlun olduğunu deyir. Gündə “atam üçün darıxmışam” deyib, onu əsəbiləşdirir. Səhərdən 
axşamacan səninlə  gəzdiyi kafelərdən, mindiyi karusellərdən, getdiyi parklardan, görüşdüyünüz dostlarından danışır. 
Onsuzda Rasimin evdə günü qaradır. Çünki, sən hələ də bizim həyatımızdasan Murad, başa düşürsən? 
- Doğrudan? – udqunaraq soruşdum. Sevil yeganə insandır ki, onun qarşısında aciz görkəm almaqdan çəkinmirəm. 
Hətta bundan xoşum gəlir.  
- Üşümürsən? – soruşdu. 
- Yox, yox – dedim. – Yaxşıdı. Təmiz havadı da. Bilirsən bu pəncərə axırıncı dəfə nə vaxt açılıb? 
Sevil sözlərimi qulaq ardına vurub soruşdu: 
-  İndi məsələ  nə yerdədir? Bu gün Rasimə  məktəbdə heç nə deməyiblər. Mən də nigaran qalmışam. Bilmirəm uşağı 
çıxardacaqlar məktəbdən, yoxsa yox. 
Gözlərimi ondan qaçırdıb: 
- Məsələ yoluna qoyulub – dedim. - Özgürə güldən ağır söz deyən olmayacaq.  
Bu “xoş” xəbəri çox həvəssiz, mızıldayaraq çatdırmağım Sevilin diqqətindən yayınmadı. Ona necə başa salım ki, bu işdə 
Şeyla adlı bir qancığın barmağı var? Mənə baş ucalığı gətirməyən bu hadisəni ona necə danışım? 
- Necə yəni yoluna qoyulub? – şübhə ilə soruşdu. 
- Həll olunub deyirəm də. Yuxarıdan direktora zəng eləyib Özgürü tapşırıblar – güc-bəla ilə gülümsədim ki, bu zəngin 
mənə əzab verdiyini başa düşməsin. 
- Direktora belə bir zəngi kim edə bilər? Axı söhbət Qənirədən gedir! Olmaya prezidentin özü zəng vurub?  

 
107
- Sevil, yalvarıram bu qədər sual vermə də. Problem həll olunub, ya yox? Həll olunub! Bu bəs deyil sənə?  
Çiyinlərini dartıb gözlərini divardakı bir nöqtəyə zillədi: 
- Olsun. Həll olunubsa lap yaxşı. Nə deyirəm ki? 
- İncidin məndən? – ehtiyatla soruşdum. 
- Yoox, niyə inciyirəm – dedi və susdu.  
- Hə? Görürəm ki, nəsə demək istəyirsən. De, gəlsin. Nədir axı səni bu qədər narahat edən? 
Qayğılı gözlərlə üzümə baxıb tez-tez dedi: 
- Deyirəm bəlkə kiməsə ağız açmısan, kiminsə qabağında alçalmısan?!  
- Eeee! Sən də ki! Ağlına gələn şeyə bax! Alçalıb eləməmişəm. Tamam ayrı söhbətdir. Amma yenə də çox sağ ol.  
- Nəyə görə? 
- Ən azından kiminsə qabağında alçalmağımı istəmədiyini bilmiş oldum. Amma onu da bil ki, Özgür üçün lazım gəlsəydi 
alçalardım da. 
Təzədən üzümə, ondan qaçırtmağa çalışdığım gözlərimə şübhə ilə baxdı. Yarım dəqiqəyə yaxın susduq ikimiz də. Artıq 
bir söz deməyin yeri də yox idi. İnadla gözləyirdim ki, susqunluğu  əvvəl Sevil pozsun. O isə, eşitdiklərindən  əlavə 
məndən bir söz çıxmayacağını anlayıb ayağa qalxdı. Ürəyim düşdü – yoxsa getməyə hazırlaşır, nədi? Qapının ağzındakı 
stulda oturduğum, yolu qismən bağladığım halda mənə toxunmadan yanımdan süzülüb mətbəxə keçdi. Mən də 
yerimdən durub onun ardından otaqdan çıxdım. Mətbəxin qapısında dayanmışdı. Pəncərə kənarındakı dibçəkdə solmuş 
bitkini, qazmaq bağlamış tavaları, qazanları, bir yığın boşqabı, yerdə  və stolun üstündəki çörək qırıntılarını, kolbasa-
sosiska parçalarını görüb iki əliylə ağzını tutdu:  
- Bu nədi?! – hayqırdı. 
Dəhlizin divarına söykənib, gərginlikdən dartınmış zərif çiyinlərinə tamaşa edirdim. Sakitcə dedim: 
- Bu, sənin yoxluğundu Sevil. 
Tələsmədən üzünü mənə çevirdi. Cavabımdan razı qaldığını, sözlərimdən təsirləndiyini gözlərindən oxudum. Ona olan 
möhtaclığımın etirafı idi bu sözlər. Daracıq dəhlizdə qabaq-qənşər dayanmışdıq deyə nəfəsini üzümdə hiss edir, özümsə 
nəfəs almağa qorxurdum. Titrəyən  əlimi ona doğru uzatdım, çiynindən yumşaqca tutub ehmalca özümə sarı  çəkdim. 
Müqavimət göstərməməklə məni ruhlandırır, doğru yolda olduğuma, beynimdən və könlümdən nə keçirsə çəkinmədən, 
qorxmadan etməkdə  sərbəst buraxıldığıma işarə verirdi. Ürəyimdə ona minnətdarlıq edərək dodaqlarından öpdüm. 
Öpdüm və qarşılığında daha şiddətli öpüldüm. 
Qadınlar belə yanıqlı öpüşməklə, kişinin daha da irəli gedə biləcəyinin siqnalını verirlər. Mən onu düz başa düşmüşdüm. 
Bundan sonra hər bir kişi nə etməlidirsə, mən də onu edəcəkdim. Həyatımın ən qiymətli yükünü qucağıma qaldırıb, dar 
koridorda ayaqlarını və başını divara vurmamağa etina göstərərək, yataq otağına apardım. Necə əziyyət çəkdiyimi görüb 
güldü. Mənsə onun gülüşünü yarıda kəsib təzədən dodaqlarına  əyildim. Onu yatağa uzandırıb, öpüşməni 
dayandırmadan özüm də yanına uzandım. Bir yandan öpürdüm, bir yandan isə barmaqlarımı boynundan, boğazından 
aşağı sürüşdürüb döşlərinin arasındakı düzənliyə yetişdim.  
Bir anlıq üzünə baxdım. Hər toxunuşumdan ehtizaza gələn Sevilin gözləri yumulmuşdu, kirpikləri titrəyirdi. Vaxtımızın 
çox olmadığını bilə-bilə  tələsmirdim.  Əlimi baldırına qoyub, paltarının balağını yuxarı  çəkdim. Nazik kapron corablar 
baxımlı,  ətirli dərisinin incəliyini, məxməriliyini gizlətdiyindən,  əfsunedici ayaqları ilə  əllərimin arasındakı incə maneəni 
parçalamaq istədim. Ürəyim hər an sinəmi yırtıb bayıra atılmağa hazır idi. Başqa cür ola da bilməzdi – uzun ayrılıqdan 
sonra ilk dəfə onunla sevişəcək, Sevilə sahib olacaqdım. O məndən qaçmayacaq, yox deməyəcək. Bu yuxu da deyil, 
xeyr! Capcanlı uzanıb yanımda, təslim edib özünü mənə. Paltarını cəld hərəkətlə, göz qırpımında özü çıxarıb yerə atdı. 
Ardından da lifçiyini açdı. Qonaq otağından içəri süzülən tutqun işıqda vücudu sədəf bəyazlığına boyanmışdı. Daşlaşmış 
məmə gilələrini növbə ilə öpdüm əvvəl, sonra isə döşlərini bir-birinə sıxıb iki giləni birdən ağzıma aldım. Vəhşiləşmişdim, 
özümü itirmişdim, ondan doymağın mümkün olmadığını bilə-bilə, elə bil doymaq istəyirdim. Mələk saflığındakı bədəninin 
hər bir qarışını öpə-öpə  aşağı enir, bir yandan da döş gilələrini sığallayırdım. Tumanını dişlərimlə  aşağı  çəkməyə 
çalışsam da, çətinlik çəkdiyimi görüb əlləri ilə  mənə kömək elədi. Dizlərinə  qədər enən tumanını, ardından da kapron 
corablarını hövsələsizcə çıxartdım. Hədəfə çatmışdım artıq. Sulanmış laləsinin ləçəklərini barmaqlarımla aralayıb dilimin 
ucunu çəhrayı çiçək yatağına qədər daldırdım. Zəif səslə zarıyaraq sətəlcəm adamlar kimi əzilib büzüldü. Bir, iki, üç, 
dörd, beş... Getdikcə sürəti artırır, onu həzzin zirvəsinə çatdırmaq, bihuş etmək üçün çırpınırdım. Mənə yalvaracağı, “Gəl 
artıq!” deyəcəyi ana qədər onu qıcıqlandırmalı, cırnatmalıydım. Barmaqlarımı döş gilələrində işlətməyə davam edərək, 
dilimi ləçəklərinin qıvrımlarında gəzişdirirdim. Göbəyinin altı artıq nəzarətdən çıxmışdı, alovlanmışdı, hərarət saçırdı. İlahi 
əmanəti dilə gəlib sərtlik, qabalıq, hətta qəddarlıq tələb edirdi sanki. Ayaqlarından və belindən yüngülcə itələyərək Sevili 
üzü üstə çevirdim. Kürəyindən belinə qədər hər bir qarışı öpdüm. Pambıq təpələrinə çatanda isə onları aralayıb dizlərini 
azacıq qatladım. Qarşımda açılan mənzərə, məni huşumu itirmək həddinə çatdırmışdı və... o anda “Gəl də! Gəl! Səni 
istəyirəm!” əmrini eşitdim. 
Ayaqlarının arasına keçib dizlərimlə baldırlarını araladım. Sürətlə içinə daldım. Həzzdən nəfəsim kəsildi, boğazımdan 
çıxan kut zarıltıları, vəhşi qışqırıqlar əvəzlədi. Sevil də başını çılğınlar kimi sağa-sola fırladır, əllərini qaldırıb baldırlarımı 
cırmaqlayırdı. Bu pozadan ikimizin də doyduğunu hiss edən kimi, içindən çıxıb onu arxası üstə çevirdim. Üzünü, 
gözlərinin ifadəsini, məmnunluğunu görmək istəyirdim həm də. Parıldayan saçları dalğalanaraq yanlara dağılanda, 
ağappaq alnı açıldı. Gicgahından axmağa başlayan tər damcısı, nazik xətlə qulaq məməsinə çatıb, boynunun ardında 

 
108
gözdən itdi. İri, ala gözləri ehtirasdan, arzudan tutqunlaşmış, iki nəhəng dəryaya çevrilmişdi. Bu dəryalar məni özünə 
dartırdı. Bu gözlərin ovsununa təslim olmamaq, cazibəsinə qapılmamaq mümkün deyildi. Bu gözlərdə batmaq, batmaq, 
bir daha çıxmamaq istədim. Bir qolumu başının altına keçirib üzünü üzümə yaxınlaşdıraraq dirsəkləndim, obiri əlimi isə 
yumruq edib yatağa dirəyərək üstünə uzandım. Zarıltısı  şiddətləndikcə, mənim də bu zərif vücuda boşalmaq anımın 
yaxınlaşdığını duyurdum. Həzzin zirvəsinə birlikdə, eyni anda çatmalıydıq.  İkimiz də  təngnəfəs olmuşduq, dalğaların 
sahilə vurduğu balıqlar kimi havanı acgözlüklə udurduq. Sevilin altımda qıvrılmağa başladığını, konvulsiv çırpınışlarının 
artdığını hiss etdim. Artıq yaxınlaşırdı. Mən də gəlirdim. Bax bu dəqiqə, indi qovuşmalıydıq. Az qalıb. Az qalıb. Çatmışıq.  
İkimiz də son dəfə titrəyib sinxron boşaldıq. 
Süstləşib nəm mələfələrə  sərilmiş Sevilin farforlu vücudunda iri tər damcıları parıldayırdı. Yanına uzanıb  əlini tutdum. 
Barmaq uclarından nəbzini duyurdum.  
- Özgür hardadı? 
Sevil boğazını təmizləyib: 
- Rasimlə bulvara getməliydilər – dedi. – Yəqin gəzirlər indi. 
Gic gülmək tutdu məni. Sevil sinəmin qalxıb-endiyini görüb üzümə baxdı. 
- Nə olub? – soruşdu və cavabımı gözləmədən özü də gülməyə başladı. – Sən canın, doğrudan nə olub? 
- Biz səninlə burda nəylə məşğuluq, oğlumuz da atalığı ilə bulvarda gəzir. Əla! 
- Əla deyil. Bu həyatdır. Kim deyərdi ki, nə vaxtsa belə bir şey ola bilər? – Sevil gülməyi dayandırıb köks ötürdü.  
- Sevil. 
- Hə. 
- Səndən bir söz soruşmaq istəyirəm. 
Söz soruşmaq ən təbii haqqım olduğu halda, ondan icazə almağıma təəccüblənibmiş kimi baxdı mənə: 
- Soruş da.  
- Rasim yaxşı sevişir, yoxsa mən? 
- Off. Siz kişilər düzələn deyilsiniz. Onu da, səni də bircə şey maraqlandırır – hansınız daha yaxşı sevişirsiniz. Amma 
başa düşmürsünüz ki, qadın üçün bu suala cavab vermək çox çətindir. Hətta bu barədə danışmaq alçaldıcıdır.  İntim 
sirləri niyə açmalıyam axı? 
Pişik kimi qoynuma soxulub başını sinəmə qoydu. Keçmiş arvadımın saçlarına sığal çəkə-çəkə, bu ölkədə neçə adama 
belə bir həyatın qismət ola biləcəyini düşündüm. Oğlum atalığı ilə bulvarda gəzir, mən isə, yəni uşağın həqiqi atası, öz 
keçmiş arvadımla yataqdayam. Sevil indi ərinə xəyanətmi etdi? Gülməlidir – nə xəyanəti? Kimə və kiminlə xəyanət? Öz 
əri ilə, yaxşı belə deyək, uşağının atası ilə sevişməsi xəyanətdirmi? 
- Bəs səndən uşaq istəmir? – soruşdum. – Yoxsa bu sual da ayıb sayılır?  
- Yox, ayıb sayılmır. İstəyir. Əlbəttə istəyir. 
- İstəyir. 
- Hə, istəyir – dedi və bir müddət susdu, – Amma mən istəmirəm. 
- Niyə? 
- Bilmirəm. 
- Boşan ondan yalvarıram. Qayıt mənə! – son sözlərim özüm üçün də gözlənilməz oldu.  
Dirsəyi üstə qalxıb üstümə uzandı. Amma gözlədiyimin əksinə üstümdə çox qalmadı, sol tərəfə sürüşüb yataqdan düşdü. 
Corablarını, tumanını, lifçik və paltarını götürüb yeyin addımlarla qonaq otağına keçdi. Yoxsa xətrinəmi dəydim? 
Ayağa qalxıb dalıyca çıxdım. Tumanını geyinmişdi artıq, indi də lifçiyini taxırdı. Məni görüb başını qaldırdı. 
- Hə? Nə deyirsən? – soruşdum. – Boşanarsan? 
Divana oturdu. Corablarını ayaqlarına keçirə-keçirə şıltaq gülümsəmə ilə təpədən dırnağa qədər süzdü məni. 
- Qabağımda lüt kişi dayanıb, məndən ərimdən boşanmağımı tələb edir. Əsl kino epizodudur. 
- Yalvarıram bəsdi. Zarafat eləmirəm. 
Corabının ikinci tayını da ayağında tarıma çəkib ayağa qalxdı. Başından paltarını keçirməyə çalışaraq: 
- Özünə gəl. Heç başa düşürsən nə danışırsan? Oyun oynayırıq biz? 
Yanına yaxınlaşıb paltarı geyinməsinə kömək elədim, dağınıq saçlarını  sığalladım və boynunun ardından tutub üzünü 
üzümə yaxınlaşdıraraq dodaqlarından öpdüm. Geyimli bir qadının yanında çılpaq dayanmaq, kənardan doğrudan da 
qəribə görünə bilər. Amma mən, yenidən oyanmışdım deyə, nəsə etməliydim. Daha doğrusu etməliydik. Mənim Sevilim 
belədir – hər şeyi özü başa düşdü. 

 
109
Öpüşərək gəlib divanın kənarında dayandıq. Dodaqlarımdan qopub məni sinəmdən xəfifcə itələdi. Yarı uzanmış 
vəziyyətdə divana sərildim. O qədər sərtləşmişdim ki, elə bilirdim bir toxunuşla boşala bilərəm. Qabağımda diz çökdü, 
dizlərimi araladı. Bir əlini sinəmə dayadı, obiri əli ilə alətimi sıxıb ilıq ağzına götürdü. Pəncərədən  əsən sərin yelin 
üşütdüyü vücudumun yalnız kiçik bir parçası mühafizədə idi indi. Mülayim üşütmə ilə ilıq ağız qeyri-adi kontrast yaradırdı. 
Sevil tez-tez gedib gəlirdi. Zarıdığımı eşidən kimi ağzından çıxartdı və əli ilə işləməyə davam edərək xayalarımı bir-bir 
əmməyə başladı. Bədənimin titrədiyini hiss edən kimi də,  əlinin sürətini artırdı. Boğazımda çıxan “ahhh” naləsi ilə 
şiddətlə göbəyimin üstünə boşaldım. Son dəfə aşağıdan üstə doğru çəkərək, ucunda qalmış damcını əlinə sürtüb qalxdı. 
Vanna otağına keçib, oradan çirkli tumanlarımın biri ilə qayıtdı.  
- Ver, özüm silərəm – dedim. 
Bir yandan silinir, obiri yandan dəhlizdəki güzgünün qarşısında dayanıb makiyajını  təzələməsinə tamaşa edirdim. 
Silindikdən sonra yataq otağına keçib alt paltarlarımı, köynəyimi geyinib otağa qayıtdım. Sevil saçlarını darayırdı. Dəhlizə 
gəlib arxasında dayandım. 
- Bilirsən – dedim. - Sən gedəndən sonra bu evə qadın ayağı dəyməyib. 
- İnanıram – deyib, güzgüdən mənə baxdı. - Doğrudan inanıram. Bilirəm ki, sən hələ də məni sevirsən.  
- Bəs niyə getdin? Nə üçün atdın məni? 
Sevil üzümə elə baxdı ki, elə bil küçədə ondan 8-ci mikrorayona hansı avtobusun getdiyini soruşan adama marşrutu 
başa salmağa hazırlaşır: 
- Bir yerdə yaşamağımız mümkün deyildi artıq. İndi də bu addımı düzgün atdığımı düşünürəm. Peşman zad deyiləm. 
Ülgüc kimi kəsicidir sözləri, çünki həqiqətdir. Düz deyir, mən zərrə qədər dəyişməmişəm ki, peşman olsun. O indi qayıtsa 
da yanıma, hər şey əvvəlki qaydasında davam edəcək. Bəlkə təzə-təzə özümü yığışdırıb Sevilə, oğluma daha çox vaxt 
ayıracam. Məsələn Rasim kimi. Sonra yavaş-yavaş onlara olan marağım, qayğım, diqqətim səngiyəcək. Dostlarımla 
daha çox vaxt keçirib, içki süfrələrində inqilabdan, çevrilişdən, rejimdən danışıb evə gec saatlarda gələcəm. Bunu ikimiz 
də bilirik deyə acığım tutur Sevilə. Amma bir söz deyə bilmirəm. Deməyə ixtiyarım da yoxdur. Onun əri mən deyiləm, 
Rasimdir. Olsun. Amma mən ona daha yaxın olmalıyam, çünki oğlumuz var. Hə, deyəsən əsl şərqlilər kimi düşünürəm. 
Bəli, mən şərqliyəm, çox dözümsüzəm. Onun ərdə olmasına təhəmmül edə bilmirəm. Bacarmıram özümlə. Azərbaycan 
kişisiyəm. Bəs Rasim kimdir? Azərbaycan kişisi deyilmi? O da mənim kimi paternalist cəmiyyətin yetişdirdiyi - oğul, ailə 
kultuna bağlı, patriarxal təfəkkürlü adam deyilmi? Bilmirəm. Boşanmış, özü də uşaqlı bir qadınla evlənəcək qədər müasir 
düşüncəli adamdırsa, deməli mənim kimi deyil. Mən, “kişilik kodeksi”-nin diqtə etdiyi mənfur namus-qeyrət 
paradiqmasının, bu ümummilli refleksiyanın  əsiriyəm. Cəmiyyətin mənim çiyinlərimə, məndən icazəsiz yüklədiyi rolu, 
vəzifələri icra etməyə məhkumam. Özümdən iyrənirəm. İyrənirəm! 
- Ayda neçə  dəfə  təmizləyirsən evi? – səsi mətbəxdən gəldi. – Gör nə gündədir buralar! Belə  vəziyyətdə necə 
yaşayırsan?! 
Daldığım qəmli düşüncələrdən ayılıb ayaqlarımı mətbəxə sürütlədim: 
- İki-üç aydan bir təmizləsəm böyük şeydir – bu barədə heç danışmaq istəmirdim, amma Sevilə deyinməyi qadağan edə 
bilməzdim. Onun mənimlə yatağa girəcək qədər böyük ürəyi varsa, istədiyini mənə deyə bilər. Lap danlayar, söyər, 
təhqir edər. Ömrümün sonuna qədər ona minnətdar olacağam.  
Nəm əskini götürüb stolun üstünü silməyə başladı. 
- Bu gün gələcəyimi bilə-bilə də təmizləmədin. 
- Düz deyirsən. Eşşəyəm də. 
Gözlərini süzüb baxdı mənə:  
- Nə əcəb tumançaq deyilsən? 
- ... 
- Özü də eşşək niyə olursan? - əskini yaxalayıb plitənin tutacağından asdı, qabları yumağa qoyuldu, - Evləri ona görə 
təmizləmədin ki, gəlib evini təmiz görsəm, normal həyat yaşadığını, hər  şeyin qaydasında olduğunu fikirləşə bilərəm. 
Sənsə belə düşünməyimi istəməzdin, yox? İstəyirdin ki, evləri bu vəziyyətdə görüb ürəyim ağrısın.  
Dinmirdim. Eləcə susub ona qulaq asırdım. Sevil həm düz deyirdi, həm də yox. Ola bilsin onun dediyi “məkrli” planı 
şüuraltımda qurmuşam. Amma mən... Yox, mən bu dərəcədə rola girə bilmərəm. Əşi olsun! Öz düşüncəsində, inancında 
qalsın. Heç mən özüm də onun səhv fikirdə olub olmadığından əmin deyiləm. Bəlkə doğrudan da onun dediyi kimidir? 
Qabları yuyub qurtarandan sonra pəncərə  kənarına yaxınlaşdı ki, oradakı boş siqaret qutularını zibil qabına atsın. 
Gözləri bloknotuma sataşdı. Onu açmağa hazırlaşdığını görüb, pəncərəyə doğru həmlə etdim. 
- Bəs bu nədir? – soruşdu. 
Kobudca dartıb dəftəri əlindən aldım: 
- Baxma. 
- ??? 
- İncimə qurban olum. 

 
110
- İnciməyim?! – heyrətlə mənə baxıb çiyinlərini dartdı. 
Bloknot  əlimdə, günahkar adamlar kimi başımı  aşağı salıb dayanmışdım, üzünə baxmağa cəsarət etmirdim. Ona 
“incimə” demək doğrudan gülməli idi. Ona qarşı kobudluq etmişdim və Sevil, haqlı olaraq bu davranışımı anlaya bilmirdi. 
Sonda başımı qaldırıb nəm gözlərinə baxdım. Sevil dolub qalmışdı. 
- Qurban olum incimə. Mən... gündəlik tuturam. 
Üzündəki ifadə dəyişmədi. “Nə olsun? Mən nə yazdığını görə bilmərəm bəyəm?” sualı oxunurdu gözlərindən.  
- Məni düz başa düş. Utanıram. 
Yanıma gəlib belimdən qucaqladı  məni, başını sinəmə qoydu. Bloknotu əlimdən buraxmadan mən də  bərkdən 
qucaqladım onu.  
- Hisslərini göstərməkdən çəkinirsən. – dedi. – Məndən niyə utanmalısan ki?  
- Səndən söhbət getmir. Ümumiyyətlə heç kəsə göstərə bilmirəm. Doğrudan utanıram. Özüm üçün yazıram. 
- Olsun – dedi, gözlərini qaldırıb üzümə baxdı. – Yazıb qurtarandan sonra verərsən oxuyaram.  
- Mütləq – deyib saçlarından öpdüm. - Sənə çox sağ ol demək istəyirəm. Bu günkünə görə. 
- Buna ehtiyac yoxdur – dedi. – Özü də bu barədə danışmaq istəmirəm.  
- Olsun, amma bilirsən ağlıma nə gəldi? 
- Nə? 
- İnsanlar da kompüterlər kimi arada bir resetlənməlidir, yenilənməlidir ki, daha sürətli, daha yaxşı işləsinlər.  
Sevil cingiltili səslə ürəkdən gülüb qaynamağa başlayan qəfədanın altını söndürdü.  
-  İndi başa düşdüm niyə gündəlik tutursan - güclü fantaziyan var. Özü də  məndən ayrılandan sonra, daha da inkişaf 
eləmisən. Bəlkə roman yazasan?  
Taburetə oturub masaya dirsəkləndim.  
- Rəna da elə deyir. 
Soyuducunun qapısını silə-silə, laqeydcə: 
- Rəna kimdi? –soruşdu. 
- Görüşdüyüm qadın. 
- Görüşdüyün qadın. Onu çox sevirsən? 
- Sən Rasimi nə qədər sevirsənsə, o qədər sevirəm. 
- Cığallıq eləmə. 
- Cığallıq niyə olur?  
- Mən Rasimi sevmirəm. 
- Mən isə bilmirəm Rənanı sevirəm ya yox. Səni unuda bilmədiyimə görə, deməli sevmirəm. Amma Rəna çox yaxşı 
insandır.  
- Neçə yaşı var? 
“Qısqanırmı görəsən?” 
- Səndən üç yaş balacadı. 
- Bu evdə də heç vaxt olmayıb. 
- Yox. 
Gözlərimə dik baxıb:  
- Nə isə - dedi. - Sən keç otağa, televizora bax. Mənə mane olursan.  
- Bəlkə qalsın – dedim. – Qalanını da özüm yığışdıraram. 
- Dedim ki, keç get otağa. Gəlirəm indi. 
Qonaq otağına gəlib bloknotu şkafın üstünə qoydum, televizoru açdım. Xəbərlərdə Rövşən Zabitoğlunun “Nə? Harada? 
Nə zaman?” oyunundan fraqmentlər, ADNA-da yerdə yatan cəsədlər göstərilir; ailəsi, dostları daşlaşmış, kədərdən 
çökmüş sifətlərilə mikrofona nəsə deyirdilər. Kanalı çevirdim. Burada da eyni kadrlar, eyni mövzu vardı.  
Mətbəxdə səslər susdu, suyun səsi kəsildi. Sevil qapıdan boylanıb: 
- Tozsoran hardadı? – soruşdu. 

 
111
Yataq otağından, çarpayının altından toz basmış tozsoranı  çıxardıb dəhlizə  gətirdim. Sevil üz-gözünü turşudub onun 
üstünü nəm bezlə sildi, əvvəl mətbəxi, sonra dəhlizi tozsoranladı. Ardından yataq otağına keçib çarpayını  sərdi, çirkli 
paltarları bir yerə topladı, təmizləri isə səliqə ilə şifonerə yığdı. Oranı da tozsoranladıqdan sonra qonaq otağına qayıtdı. 
Dizlərimi qatlayıb divanda oturmuş, bayırlıq paltarda evləri təmizləyən Sevilə baxırdım. Bu mənzərə keçmiş günlərə 
qaytardı məni. Sadəcə olaraq əvvəllər Sevil ev paltarında, xələtdə iş görərdi, indi isə bayırlığındadır. Çünki o, bu evə aid 
deyil. 
Qonaq otağı ilə də işini bitirib, bütün çirkli paltarları paltaryuyana atıb işə saldı. Ardından da mətbəxin, dəhlizin, otaqların 
döşəmələrini sildi. 
Evimi tanıya bilmirdim. Qadına qovuşduğundan, bayram edən evimi. Müasir qadınlar indilərdə  cəmiyyətdəki  ənənəvi 
rollarından, “evdar qadın” statuslarından narazı olsalar da; azadlıqdan, öz haqlarından danışsalar da, səliqə-sahmanı, 
təmizliyi onlardan yaxşı yarada bilən yoxdur. Özləri də bilirlər bunu. Bilirlər necə möhtacıq onlara.  
- Getməliyəm – dedi.  
- Belə tez? 
– Harası tezdi? Saat ondur. Rasim mesaj yazdı ki, evə gəliblər.  
Cəld ayağa qalxıb dəhlizə çıxdım.  
- Gözlə geyinim, yola salım səni. 
- Lazım deyil. Taksiyə minib gedəcəm.  
- Necə yəni? Gözlə mən də... 
Əlini ağzıma qoyub “sss” elədi.  
- Dedim ki, ehtiyac yoxdur. 
Qucaqlaşdıq. 
- Yenə gələcəksən? – ürkəkcə qulağına pıçıldadım.  
- Bilmirəm. Zəngləşərik.  
- Yenə də hər şeyə görə çox sağ ol – dedim və geri çəkilərək gözlərinə baxdım.  
- Dəyməz. Sən də Özgürün işini həll elədiyinə görə çox sağ ol. 
Başımı buladım: 
- Sən nə danışırsan? Söhbət mənim oğlumdan gedir.  
Ehtirasla öpüşdük. Getmək istəmədiyini, əlacı olsa yanımda qalmağa hazır olduğunu hiss edirəm. O da sevir məni. Çox 
sevir. 
- Salamat qal – deyərək, kilidi açdı. 
- Sən də özünə yaxşı bax. Özgürü öpərsən. 
Liftin qapıları açılana, Sevil gözdən itənə qədər baxdıq bir-birimizə. On beş-iyirmi saniyəlik baxışmamız, bir əsrə bərabər 
söhbət kimiydi. O mənə, mən də ona bu gecəyə görə minnətdarlıq edirdik. Qapını bağlayıb mətbəxə  gəldim. Bu dəfə 
tərtəmiz mətbəxə. Buranın həmişə belə  təmiz, səliqəli qalması Sevilsiz mümkün deyil. Taburetə oturdum. Sevilin açıq 
qoyduğu nəfəslikdən mətbəxə dolan sərin meh, uşaqların həyətdə yandırdığı tonqalın qoxusunu da özü ilə içəri gətirirdi.  
Şeyla çıxmırdı yadımdan. Çıxa da bilməzdi – sabaha görüş təyin edib mənə. Harasa gedəcəyik onunla. Getməliyikmi? 
Fərqli dünyaların adamlarıyıq ikimiz də. Bəs məndən nə istəyir? Hardan ilişdim mən bu məxluqa? Bu nə işdir düşdüm? 
ADNA-da baş vermiş hadisə, ona olan nifrətimi daha da artırırdı. Dolaylı da olsa, Rövşənin törətdiyi cinayətdə bu rejimin 
də barmağı vardı. Ömrünü bundan sonra da uzatmaq, xalqa divan tutmaq, cinayətlərinə davam etmək niyyətində olan 
rejimin. Cəmi 5 ay qalıb prezident seçkilərinə. Son günlərdə daha da aqressivləşib, quduzlaşıb Qənirə. Müxalif yönlü 
elektoratın sıralarının günbəgün genişlənməsi yuxusunu ərşə çəkib, gecəsini gündüzünü qarışdırıb. Şeyla da bir yandan 
zəli kimi yapışıb, qopmaq istəmir. Sabah onu yenə görəcəyimi düşünəndə, istər-istəməz əsəbdən dişlərimi qıcıyıram.  
Mən bilirəm nə etmək lazımdır - Toğrulla danışmalı, onunla məsləhətləşməliyəm. Mütləq.  
Nömrəsini yığıb xeyli gözlədim.  
- Salam. 
- Salam. Neynirsən, hardasan? 
- Evdəyəm. Sənə ehtiyacım var. Gələ bilərsən? 

 
112
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin