Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq


Bəzi müəlliflər əxlaqi şüurun 2 səviyyəsini ön plana çəkir: 1) hissi-emosional və 2) rasional



Yüklə 82,88 Kb.
səhifə15/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   12   13   14   15   16   17   18   19   20
etika pdfler

Bəzi müəlliflər əxlaqi şüurun 2 səviyyəsini ön plana çəkir: 1) hissi-emosional və 2) rasional.
Əxlaqi şüurun hissi-emosional səviyyəsi əxlaqi hiss və həyəcanların məcmusundan ibarətdir. Hisslərin ümumpsixoloji təsnifatına görə zehni və estetik hisslər kimi ali hisslərə aid olan əxlaqi hisslər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Əxlaqi hisslər insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Belə vəziyyətlər utancaqlıq, peşimançılıq, vicdan əzabı və s. ilə əlaqədardır. Şəxsi ləyaqət və şərəf hissi də bu qəbildəndir.
Əxlaqi şüurun rasional səviyyəsi normativ-dəyər məzmunlu xüsusi tip anlayışlardan ibarətdir ki, bunlara əxlaq normaları, mənəvi prinsip və ideallar, düzgün olan və olmayanlar haqqında ideyalar, əxlaqi qiymətləndirmə aiddir. Şüurun digər formalarında olduğu kimi, əxlaqi şüurda da emosional tərəflə rasional tərəf bir-biri ilə qovuşur, hissi təcrübə ilə idrak (ağıl) birləşir.
Əxlaq normaları eyni zamanda həm tələb, həm də qiymətləndirmədir. Bunlara norma-tələblər, norma-qiymətləndirmə deyilir. Bundan başqa, hər hansı davranış xəttini müəyyən edən norma-məqsədlər və hərəkəti məhdudlaşdıran və ya qadağan edən norma-çərçivələr də mövcuddur. Bunlar vasitəsilə cəmiyyət şər əməlləri mühakimə edir, xeyir əməllərə bəraət qazandırır. Beləliklə, əxlaq normaları sonuncuların (xeyirin) katalizatoru kimi çıxış edir. Əxlaqi şüurun tərkib hissəsi olan adət və ənənələr insanların məişətinə möhkəm daxil olaraq davranış qaydalarının sabit tərəfi kim çıxış edir. Onların formalaşması böyük insan birliklərinin iştirakı ilə illərlə, hətta onillərlə davam edir. Bu zaman insanların tələbatı və ictimai rəy nəzərə alınır. «Ənənə» anlayışı «adət» anlayışından daha genişdir.
Əxlaq prinsipləri əxlaqi şüurun daha mürəkkəb forması olub, ayrıca əxlaq normalarında konkretləşir. Əxlaqi norma və prinsiplərin məcmusu əxlaq kodeksini yaradır. Bütün dini kitablar (əlbəttə, orijinal variantları), ən başlıcası isə Quran özünəməxsus əxlaq kodeksidir.
İSLAM ETİKASI VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan İslam dini insan həyatının bütün sahələrində, o cümlədən dünyagörüşündə (dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində özünəməxsus dəyişikliklər etmişdir. İslam fəlsəfəsi VII-XI əsrlərdə öz klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsəfənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri sistemi doğulmuşdur.
İslam yaranandan sonra formalaşan «müsəlman etikası» bir deyil, iki mənbəyə əsaslanır: Quran və Sünnə. «Sünnə» (ərəbcə «nümunə», «yol», yəni peyğəmbərin həyat yolu) hədislərin bütöv bir toplusudur.
Peyğəmbərin dövründə yaşamış səlahiyyətli insanlar tərəfindən çatdırılan bu hədislərdə peyğəmbərin sözləri, hərəkətləri, davranışı, hər hansı işə bəraət qazandırması və ya icazə verməsi və s. barədə məlumat verilir. «Məhəmməd peyğəmbərin kəlamları humanizm, xeyirxahlıq, beynəlmiləlçilik, ümumbəşərilik ideyaları ilə yoğrulmuşdur. …Peyğəmbərin fikrincə, insan cəmiyyət qarşısında məsuliyyətli olmalıdır, insanın müqəddəs borcu ümumiyyətin haqqında düşünməkdir.
Hədislərin toplanması, məzmununun səhih olması ilə əlaqədar tədqiqi və şərhi «hədisşünaslıq» kimi bir sahənin yaranmasına səbəb olub ki, bu da «ilm əl-hədis» – yəni «hədis haqqında elm» adlanır. Hədislər «səhih» və «qeyri-səhih» və ya zəif olur. Hədislərin «səhih» kimi təsdiq edilməsi uzun, ciddi və dəqiq tədqiqatdan sonra mümkün olurdu. «Səhih» hədis müəlliflərindən əl-Buxari və Muslimi göstərmək olar. Müəyyən tərəfləri «fikx»lə (dini-hüquqi fikir) uzlaşan müsəlman etikasında qiymətləndirmə sistemi 5 əmələ əsaslanır:

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin