Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq


) vacib (fərz); 2) məsləhət görülən (müstəhəb); 3) fərq etməyən (mubah); 4) məsləhət görülməyən (məkruh); 5) qadağan edilən (haram)



Yüklə 82,88 Kb.
səhifə16/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   12   13   14   15   16   17   18   19   20
etika pdfler

1) vacib (fərz); 2) məsləhət görülən (müstəhəb); 3) fərq etməyən (mubah); 4) məsləhət görülməyən (məkruh); 5) qadağan edilən (haram).
Bu əməllər Yaradanın əmri və ya qadağası ilə əlaqədar olub, axirətdə mükafat və ya cəza, savab və ya günah qazanmaqla nəticələnir. Vacib əməlləri yerinə yetirdikdə insan mükafatlanır, onlara əməl etmədikdə isə cəzalana bilər («cəzalanacaq» demək olmaz, çünki insan yalnız Allahın qərarı ilə cəzalanır, Allahın yerinə heç kim bu hökmü çıxara bilməz, əks halda Allahın mərhəmətini şübhə altına almış olar). Qadağan edilən əməlləri icra etməyəndə insan mükafatlanır, edəndə – onu cəza gözləyə bilər. Məsləhət görülən əməllərə görə insan mükafatlandırılır, onları etmədikdə isə cəzalanmır.
Məsləhət görülməyən (məkruh) əməlləri icra etdikdə insan cəzalandırılmır, onlardan çəkinəndə isə mükafatlandırılır. Fərq etməyən əməllərə görə isə nə cəza, nə də mükafat nəzərdə tutulmayıb. İnsan fikxə görə də onları icra etməkdə və ya etməməkdə azaddır. İslam etikasında insanların hərəkətlərinin xeyir və ya şər kimi qiymətləndirilməsinin əsas göstəricisi niyyətdir
Beləliklə, Quran Sünnəsiz, Sünnə isə Quransız mövcud ola bilmədiyindən və bunlar bir-birini tamamladığından müsəlman etikası bunlardan hansısa birinin olmadığı halda tam dərk edilə bilməz.

  1. Xeyir və Şər

İnsanın hər hansı bir fəaliyyəti əxlaqi şüurun mərkəzi anlayışı olan xeyir və şər kateqoriyaları prizmasından qiymətləndirilir. Əxlaqi şüurun daha əsas, ümumi və spesifik anlayışları olan xeyir və şər insanlara aid olub, yalnız etika tərəfindən öyrənilir. Etikanı bəzən hətta xeyir və şər haqqında təlim də adlandırır, əxlaq və əxlaqsızlığı isə xeyir və şərin sinonimi kimi nəzərdən keçirirlər. İnsanların xeyir və şər haqqında təsəvvürləri bəşəriyyətin ilk çağlarında yaranaraq dövrdən-dövrə, zamandan-zamana adladıqca dəyişmişdir. Antik dövrdə xeyir və sərvət vəhdətdə nəzərdən keçirilirdi. Hegelə görə təzə doğulan insan nə xeyirxah, nə də bədxah olur. O, bü keyfiyyətlərə sonradan nail olur. Hegel bu kateqoriyaları vəhdətdə nəzərdən keçirirdi. Russo hesab edirdi ki, insan təbiətən xeyirxahdır, Freydə görə isə insan əzazildir Ümumiyyətlə, xeyir və şərə yalnız insani keyfiyyət kimi baxan etikada onların fitri və ya sonradan qazanılan olması barədə fikirlər də müxtəlifdir.
Xeyir – hamının arzuladığı, dəyərli, nümunəvi, şər isə məhv edilməli, yolverilməz olandir. Bununla əlaqədar, xeyir, adətən, müsbət – mənəvinin, şər isə əxlaqsızlığın sinonimi olur. Bu anlayışlar insanların şüurlu hərəkətlərini qiymətləndirir. Adətən, insanlar şüurlu surətdə xeyirxahlığa can atır, öz fəaliyyətlərini xeyirlə eyniləşdirirlər. Şər haqqında isə heç kəs açıq danışmır, onu fəaliyyətin məqsədi kimi təqdim etmir, məcburi addım kimi qələmə verirlər. Hətta şərin hədələmək və ya daha böyük qəbahətlərdən qaçmaq məqsədi daşıdığını söyləyirlər. İnsan xeyir işlər gördükcə onun hüdudlarını genişləndirir, şərinkini isə daraldır.
Xeyirxahlıq idealı insanı özünükamilliyədək yüksəldir. İnsan çox vaxt xeyiri intuisiya vasitəsilə hiss edir. İnsan şəri ona görə tanıyır ki, xeyir haqqında kifayət qədər anlayışı var; xeyirə ona görə qiymət verir ki, öz təcrübəsində şərlə qarşılaşıb. Beləliklə, xeyir və şər bir-biri vasitəsilə dərk edilir. Xeyir və şər anlayışları vasitəsilə insanlar ətraf aləmi də dərk edirlər. Hər hansı bir qiymətləndirilmə (yəni əxlaqın, mənəvi keyfiyətlərin, insanlar və ya siniflər arasındakı münasibətlərin, cəmiyyətdəki durumun) xeyir və şərin daha konkret formaya düşməsinə səbəb olur: prinsip, norma, mənəvi keyfiyyət. Digər mənəvi keyfiyyətlər kimi, bu anlayışlar da tarixən dəyişkəndir. Məsələn, inkvizisiya dövründə insanların tonqalda yandırılması, insan qurbanlarının verilməsi, totalitarizm və s. insanların xeyir və şər haqqında yanlış təsəvvürlərindən irəli gəlir. Xeyir anlayışı vasitəsilə insanların ümumi və mühüm maraqları, gələcəyə olan ümid və arzuları ifadə olunur. Nəyə aid edilməsindən asılı olaraq xeyir daha konkret mənalarda işlənir: xeyirxahlıq, ədalət, fəzilət və s. Abstrakt anlayışlar olan xeyir və şərdən fərqlənən ədalət daha konkret-tarixi xarakter daşıyır. Ədalət konkret-tarixi məzmun daşıyan bərabərlik və bərabərsizliyin inikasıdır. İbtidai cəmiyyətdə ədalət o dövr üçün nəzərdə tutulan davranış qaydaları və normalarını pozanların cəzalandırılmasını tələb etmək kimi başa düşülürdü. Bunlara qan düşmənçiliyi də aid idi. Yunan mifologiyasında ədalət ilahəsi olan Femida gözübağlı təsvir edilirdi. Bu, hökm çıxaran zaman onun düzgün mövqe tutmasına işarə idi. O dövrdə icad edilən tərəzi də Femidanın simvolu idi. Pifaqorçular deyirdilər ki, tərəzi bir tərəfə əyilməməlidir, yəni cəza ciddi şəkildə cinayətə tən gəlməlidir. Demokritə və digərlərinə görə, ədalət təbiətə uyğun hərəkət etmək və öz borcunu yerinə yetirməkdir. Sokrata görə, ədalət özgənin rifahıdır (xoşbəxtliyidir). Yaxşı adam ədalətsizlik etməz. Sokrat da, pifaqorçular da bu fikirdə idilər ki, ədalətsizlik etməkdənsə, ədalətsizlikdən əziyyət çəkmək daha yaxşıdır. Aristotel hesab edirdi ki, iki cür ədalət mövcuddur: təbiətən ədalətsizlik, qanuna görə ədalət. Sonuncu dövlət tərəfindən müəyyən edilir.
Aristotel üstünlüyü birinciyə versə də, diqqətini ikincinin üzərində cəmləşdirirdi: ədalətli olmaq – qanuna, qanun isə fəzilətlərə riayət etməyi tələb edir: mərdliyə, müdrikliyə və s. Beləliklə, ədalət ən kamil fəzilətdir. Digər fəzilətlər də burada cəmləşir. Lakin ədalət digər insanlara münasibətlə müəyyənləşir. Buna görə də onun çıxış nöqtəsi, prinsipi bərabərlikdir.

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin