2. Etika elmin bölmələri Etika elminin tarixi inkişafı nəticəsində aşağıdakı bölmələri formalaşmışdır: Aksiologiya (yunan dilində axia – dəyət, logos – təlim deməkdir) - əxlaqi dəyərləri fəlsəfi baxımdan araşdıran nəzəriyyədir. Fəlsəfi elm sahəsi olaraq aksiologiya təxminən XIX əsrin ikinci yarısında yaranmışdır. Burada iqtisadi, estetik, əxlaqi, tarixi və s. dəyərlərin problemləri öyrənilir. İlk dəfə “aksiologiya” termini XX əsrin əvvəllərində fransız filosofu P.Lapi tərəfindən istifadə edilmişdir.
Dini etika dini vasitələrlə əsaslandırılan əxlaqi təsəvvürlər, normalar və ehkamlardır ki, bunlar öz növbəsində dini etiqad, ehkamçılıq və Allah ideyasına əsaslanır. Bu cür əxlaqın yaranması üçün xüsusi sosial tarixi şərait yetişməlidir. Dini əxlaqda ictimai şərait və maraqlar Allahın iradəsi və hökmü ilə izah olunur: insan yaradılarkən artıq öz müqəddəratını bilir. Yəhudi və xristian dininə görə əxlaqi ehkamlar Musa peyğəmbərə Sinay dağında Allahın özü tərəfindən nazil edilmişdir.
Peşə etikası hər hansı bir peşənin xüsusiyyətləri ilə bağlı olan xüsusi əxlaqi tələblərdir. Əxlaqi tələblər ümumi səciyyə daşısa da, müxtəlif fəaliyyət sahələrində ictimai faydalı əməyə qarşı özəl tələblər var. Burada söhbət əmək əxlaqının xüsusiyyətlərindən gedir. Adətən buraya peşə ləyaqəti, vicdanı, fəxri, vicdanlılığı, şüurluluğu, humanizmi və s. daxil edirlər. Hələ qədim təbabətdə qəbul edilmiş Hippokrat andı (həkimlər üçün) peşə etikasının bir nümunəsidir. Müasir dövrdə peşə etikasının hüquqi-əxlaqi bazası olduqca genişdir. Xüsusi peşə birlikləri yaradılır ki, bunların yığıncaqlarında etik qaydalar müzakirə olunaraq qəbul olunur. Vaxtilə, XX əsrin 20-30-cu illərində amerikan sosioloq alimi R.Merton alimlərin xüsusi etosu (mənəvi statusu) haqqında yazmışdır
Normativ etika etika elminin xüsusi bir sahəsi sayılır. Burada həyatın mənası, insanın yaşamağı məqsədi, xeyir və şərin mahiyyəti, insanın əxlaqi borcunun məzmunu araşdırılır, müəyyən əxlaqi prinsiplər və normalar əsaslandırılır
Deontologiya (yunanca deon – haqq, vaciblik, logos – təlim) etikanın xüsusi bölməsidir. Burada borc problemləri və ümumiyyətlə mənəviyyatın lazımi, zəruri olanı haqqında tələblər nəzərdə tutulur. Deontologiya sözünü ilk dəfə olaraq 220 İ.Bentam tətbiq etmişdir
Deskriptiv etika etika elminin xüsusi sahəsidir: burada bu və ya digər cəmiyyət əxlaqi, sosioloji və tarixi baxımından öyrənilir. Burada adətlər, ənənələr, davranış və ümumiyyətlə insan hərəkətləri, cəmiyyətdə tətbiq olunan sosial normalarının məzmunu, əxlaqi şüurun strukturu, əxlaq haqqındakı təsəvvürlərin sosial məzmunu təhlil olunur.
Konsekvensial etika (latınca conseqentia – nəticə deməkdir) – etika nəzəriyyəsinin istiqmətlərindən biridir və əxlaqi hərəkətləri alınan nəticədən asılı olaraq müəyyən edir. Bu sahəyə utilitarizm, hedonizm, evdemonizm, utilitarizm, aksioloji intuitivizm aiddir. Hesab olunur ki, əxlaq cəmiyyətdə müəyyən faydalı vəzifələri yerinə yetirir, insanların maraqlarına cavab verir və, deməli, əxlaqi tələblər məqsədyönlü xarakter daşıyır (teleoloji etika).
Kontekstual etika (latınca contextus – birləşmə, əlaqə deməkdir) – bu söz birləşməsindən bəzi etik nəzəriyyələr haqqında danışarkən istifadə edirlər. Həmin nəzəriyyələrin başlıca problematikası yaranmış real vəziyyətdən asılı olaraq, insan tərəfindən qərarın qəbul edilməsidir. Söhbət hadisənin baş verdiyi kontekstdən gedir