Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə8/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
etika pdfler

Molla Pənah Vaqif (1717-1797) Azərbaycanın görkəmli dövlət xadimi, şairi olmuşdur. O, öz əsərlərində cəmiyyətdə hökm sürən ədalətsizlik, qanunsuzluq, yalan, cılız maraqlar və mənafeləri ifşa edir, eyni zamanda müsbət əxlaqi keyfiyyətləri tərənnüm edirdi (əməksevərlik, doğruluq, comərdlik, səmimilik, vicdanlılıq və s.).
Hacı Zeynalabdin Şirvani (1779-1838) Azərbaycanın fəlsəfi və ictimai fikrinin görkəmli nümayəndəsidir. Məşhur səyahətçi, yazıçı H.Z.Şirvaninin əxlaqi baxışları zəngin və maraqlı idi. Onun əsərlərində əxlaqi və didaktik məsələlər mühüm yer tutur. Məsələn, “Riyazu-s-siyaha” və “Bustanu-ssiyaha” əsərlərində o, kamil insana olan tələblərini izah etmişdir. Şirvani insanın əxlaqi keyfiyyətlərinin daim inkişaf etdiyini, təkmilləşdiyini qeyd edirdi. Elə bir insan yoxdur ki, əxlaqi mənada kamilləşməyə ehtiyac duymasın
Abbasqulu ağa Bakıxanov (1794-1847) o Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri "Əxlaqın tərbiyələnməsi", "Nəsihətlər kitabı", "İşıqların yerləşdiyi yer", "Camalın aynası" və s. əsərlərində, həmçinin məşhur "Gülüstani-İrəm", "Qüdsinin bağı", "Qüdsinin 168 qanunları" əsərlərində öz əksini tapıb. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olub. A.Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və b. irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə konsepsiyası üçün təməl idi. A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir”1 . Bu barədə digər tədqiqatçılar da yazırlar ki, “A.Bakıxanov “Təhzibi-əxlaq”ın müqəddiməsində еlmin, kitabın, mütaliənin insan həyatında nеcə böyük rol oynadığını göstərmək üçün həyatı, öz başına gəlmiş hadisələri misal çəkir
Həsən bəy Zərdabi (1837-1907) Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alimdir. Məlumdur ki, Azərbaycanda sosial-mədəni həyatın XIX əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır. Onun tədqiq etdiyi məsələlər sırasında etik problemlərə münasibətin bildirilməsi heç də təsadüfi deyil.


Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin