Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq


Mövzu: Etik fikrlərin sonrakı təşəkkülü mərhələləri



Yüklə 82,88 Kb.
səhifə4/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   2   3   4   5   6   7   8   9   ...   20
etika pdfler

Mövzu: Etik fikrlərin sonrakı təşəkkülü mərhələləri.

  1. Qədim Çində və Hindistanda əxlaqi ideyalar və təsəvvürlər

  2. Feodalizm dövrünün əxlaqi nəzəriyyələri

  3. Patristika dövrü.

  4. Orta əsrlər fəlsəfəsinin sxolastikası

  5. Yeni dövrdə etik fikirlər

  6. Azərbaycanın ictimai fikir tarixində etik ideyalar

Bütün ənənəvi sayılan cəmiyyətlərdə (xüsusilə bu Şərqə aiddir) davranış stereotipləri, yəni insanların vərdiş etdikləri sosial struktur ünsürləri, inzibati-siyasi quruluş, ünsiyyət qaydaları (o cümlədən nitq) – cəmiyyətin sabit və davamlı inkişafı üçün bir zəmin rolunu oynamışdır. Çin ölkəsində ənənəvilik elə bir dərin iz salmışdır ki, min illər ərzində bunun sarsıdılması qeyrimümkün olmuşdur. Hələ e.ə. 1000 əvvəl cəmiyyətin idarə olunmasında əxlaqi dəyərlərin əsaslı rol oynaması ideyası hakim mövqe tuturdu. Allahları ilahiləşdirmək əvəzinə burada əcdadların, real qəbilə və nəsil qəhrəmanlarının ilahiləşdirilməsi prosesi başlandı. Ilahiləşdirmədən kənarda qalmayan yeganə obyekt səma olmuşdur. Əəxlaqi ideyalar və bütün həyat sahələrini əhatə edən ibadətlər “li” anlayışı vasitəsilə ifadə olunmuşdur. İbadətlər (rituallar) bəzən hədsiz dərəcədə ehkamlaşdırılır, bütə çevrilirdi. “Li” anlayışının interpretasiyası iki mənada gedirdi: 1. Bu, əsasən insanın daxili borcu və ləyaqət hissidir. 2. İnsanın cəmiyyət qarşısında yerinə yetirdiyi vəzifələrdir. Çində etikanın əsas inkişaf xüsusiyyəti (demək olar ki, dünyanın əksər və xüsusilə, ənənəvi olan ölkələrə də bu xas idi) ondan ibarətdir ki, onun elementləri əxalq sahəsindən başqa həm də ibadətləri, ritulları, mərasimləri, adət və ənənələri, vətəndaş hüququnu əhatə edirdi


Konfutsi dövründən etibarən əxlaqi ideyalar həm də dini mahiyyətli hesab olunmağa başlandı, bütün vətəndaşlar üçün təkzibedilməz kodeksə çevrildi. Burada əsas rolu “cəza” qorxusu yox, vərdiş, yəni hər hansı bir hərəkətin, ritualın stereotipə çevrilməsi halı oynayırdı. “U tzin” (5 kitab) adlı qanunlar kitabı Çində eramızın lap əvvəllərində tərtib olunmuşdu. Bunların içində əxlaqi dəyərlərin təbliği baxımından “Li tzi” əsəri (traktat) daha əhəmiyyətli idi. Bu kitab uzun müddət ərzində çinlilərin əxlaqi dəyərlər ensiklopediyasına çevrilmişdir. Burada ilk növbədə əcdadların ağıllı kəlamları, qayda-qanunlarla bağlı fikirlər ifadə olunurdu. Təxminən 300 əsas və 3000 əlavə qaydalar burada izah olunur ki, onlara hər bir kəs ciddi şəkildə əməl etsin. Bu qaydaların hesabına cəmiyyətin və dövlətin sabitliyi zəruri şəkildə təmin olunurdu1
Budduizm (sanskrit dilində buddha – şölələnmiş, vəhyə nail olmuş deməkdir), dünya dinlərindən biri olaraq hələ e.ə. V– IV əsrlərdə yaranmışdır. Buddizmin etik təliminə görə varlıq həmişə əzabkeşlidir; ilahi varlıq bu dünyanı elə yaradıb ki, fiziki ölüm həyatın tükənməsini bildirmir: ölən ruh başqa bir cilddə yenidən dünyaya gəlir. Əsas tələblərdən biri – kim olursa olsun, ona qarşı insanın özünü gözləməsidir, yəni heç kəsə ziyan vurmamaq, “yamanlığa yamanlıqla” cavab verməmək prinsipini gözləməkdir
Qədim Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət sonralar müxtəlif etik nəzəriyyələrin formalaşmasında müəyyən iz buraxdı. İstər ortodoksal («astika», yəni ved nüfuzunu qəbul edən) – sankxya, yoq, vayşeşik, nyaya, vedanta, mimans; istərsə də qeyri-ortodoksal («nastika», yəni ved nüfuzunu inkar edən) – caynizm, buddizim, lokayata məktəbləri özünəməxsus etik məzmuna malik idi. Vedant etikasına görə (məktəbin adı «Vedin sona çatması» mənasını verir) hər şeyin əsası və başlanğıcı mütləq substansiya olan Brahmanlardır, hər şey ondan əmələ gəlir və ona qayıdır, lakin o, etiqad obyekti yox, abstrakt təfəkkür obyektidir ki, bunun vasitəsilə dindarlar ona qovuşmağa çalışır və bu – yeganə reallıqdır.
Bu fəlsəfəyə görə idrakın məqsədi dünya haqqında olan səhv təsəvvürlərdən xilas olmaq, Brahmanda ifadə edilən həqiqətə çatmaqdırsa, əxlaqın məqsədi aldadıcı bağlılıqdan, ehtiraslardan və «yeddi günahdan» (sərxoşluq, sümük oyunları, qadınlar, ovçuluq, çubuq vurma, söyüş və şəxsi mülkiyyət hüquqlarının pozulması) xilas olub təmizlənməkdir. Yalnız xeyirxahlıq nümunəsi olan brahmana bələd olanlar yüksək sərvətlərə nail ola bilərlər.
Xeyirxahlıq 3 əməllə konkretləşdirilir: təmkinli olun, ürəyiyumşaq olun, hədiyyələr edin. İnsanın əxlaqi borcu hər kəs üçün müəyyn edilmiş həyat tərzi qanununa riayət etməkdir ki, buna da dharma deyilir. Vacib fərdi əxlaq qanunu kimi işlənən bu ifadə nəinki Vedant etikası, həm də bütünlükdə Qədim Hind etikası üçün mühüm əhəmiyyət kəsb edir. Bu haqda Upanişad və xüsusən də «Manu qanunları»nda ətraflı məlumat verilir. Müxtəlif davranış formaları (həzz, xeyir, borc, xilasolma) müxtəlif kateqoriyalı insanlar üçün (şagird, ailə başçısı, dilənçi, dərviş) başqa-başqa mənalar kəsb edir.
Məsələn, həzz kimi xarakterizə edilən cinsi münasibət yalnız ailədə, ərarvad arasında baş verirsə və övlad dünyaya gətirmək məqsədi daşıyırsa, yalnız o halda əxlaqi məzmuna malik olur. İnsanların öz vəzifələrini yerinə yetirməsi – adət və ənənələrə riayət etmək, ata və babaların yolu ilə getməkdir. Bu yolla gedənlər məhv olmurlar. Xeyirxahlıqdan uzaqlaşanlar isə cəzaya düçar olurlar. Özü düçar olmursa da, övladı və ya nəvəsi düçar olur. Lakin özü də əvvəl-axır ziyan çəkməkdən yaxasını qurtara bilmir. Vedant təlimi obyektiv idealizmə yaxın idi. Bu təlimin tərəfdarları üçün digər təlimlərə riayət edənlər kafirdirlər. Yoq fəlsəfi-etik konsepsiyası «Yoqa–sutra» ilə əlaqədar olub kifayət qədər son dövrləri əhatə edir (e.ə. II əsr). Lakin praktik baxımdan yoq məşğələlərinin tarixi daha qədim olub, nəinki «Mahabharata»da, hətta «Upanişad»da da xatırlanır. Yoqa aid edilən bəzi hərəkətlərə Vedlərdə də təsadüf olunur. Yoqla məşğul olanların əsas vəzifəsi ağılı yanlışlıqdan, səhv olandan təmizləmək və aydınlığa çıxmaqdır.
Həyat sakitliyə və sülh axtarışlarına sərf edilməlidir. Bunun üçün bütün əzablardan yaxa qurtarmaq lazımdır. Yoq təlimini qədim hind fəlsəfəsinin digər cərəyanlarından fərqləndirən odur ki, o, insana passiv icraçı kimi deyil, (məsələn, vedantada olduğu kimi), aktiv və öz hərəkətləri üçün məsuliyyət hiss edən insan kimi baxır. Yoq məşğələlərinin populyarlığı yalnız bu təlimin tərəfdarları arasında deyil, daha geniş auditoriya daxilində mövcuddur. İnsanın fiziki və psixi halı arasında əlaqə yaratmağa çalışan yoq məşğələləri psixoloji problemləri həll edərkən özünəməxsus «psixoterapiya» və «autotreninq» üsullarından istifadə edir.
Caynizm. Ortodoksal məktəblər brahmanların maraqlarını ifadə etdiyindən demokratik təlimlərin yaranması zəruri oldu. «Kafir» təlimləri sayılan qeyri-ortodoksal məktəblər b.e.ə. VII–VI əsrlərdə yaranaraq, ənənəvi brahmanizmə qarşı müxalifətə çevrildi. Öz mövcudluğunun ilk yüzilliyində caynizm əhəmiyyətli dərəcədə geniş yayılaraq, e.ə. IV–III əsrlərdə hətta buddizmlə rəqabət aparırdı. Lakin Yeni dövrdə o, tədricən qapalı təriqətə çevrilməyə başladı. Caynist etikasında insanın ruhu mühüm yer tutur. Bədənə yapışmasına baxmayaraq ruhun azad seçim hüququ var. Ruhu azad etmək üçün onu materiyadan ayırmaq lazımdır. Kamil bilik, kamil intuisiya və ali nemətlər – ruhun bu dünyada insana məlum olmayan atributlarıdır.
Bilik – ruhu materiyadan azad etmək üçün lazımdır, çünki cahillikdən ehtiraslar yaranır. Düzgün inam, düzgün idrak və düzgün davranış – azadlığa çıxmağın üç yoludur ki, bunun üçün də müəllimlərin dediklərini öyrənmək, onların nüfuzunu təsdiq etmək və onlara inanmaq lazımdır: Düzgün inam həqiqətə hörmət etməkdir. O, fanatik yox, rasionaldır. Həqiqət axtaran müəllimlərin baxışlarının dərininə getdikdə kamil inam əldə edilir. Düzgün idrak – «mən» və «qeyri-mənin», yəni ruhun və materiyanın real təbiətini dərk etməkdir. Kamil bilik və kamil inam birləşərək düzgün davranışa təsir edir. Düzgün davranışın məğzi buddistlərin də riayət etdiyi «5 böyük andın» yerinə yetirilməsindən ibarət idi:

  1. canlıya ziyan toxundurmamaq (bura heyvanlar və bitkilər də aid idi, çünki onların ruhu var. Ov, balıqçılıq, hətta əkinçilik də qadağan edilirdi, çünki torpağı şumlayan zaman həşəratlar məhv ola bilər ki, bu da günah hesab edilirdi. Caynistlər hətta nəfəs alanda parçadan istifadə edirdilər ki, təsadüfən ağızlarına və ya burunlarına cücü girməsin);

  2. yalandan uzaq olmaq, həmişə düz danışmaq;

  3. oğurluq etməmək;

  4. tamahını saxlamaq (həzz aldığın bütün şeylərdən imtina 10 etmək, hətta evlənməmək, cənnətdə olmağı belə arzulamamaq);

  5. bütün xoşun gələn şeylərdən imtina etmək – səs, təmas, rəng, dad, qoxu. Caynist təriqətlərinin birində – diqambarada hətta geyimdən də imtina edirdilər, çünki bədənin parça ilə örtülməsi gündəlik rahatlıq üçün edilən rəzil cəhddir. Onların avadanlığı kokos çanağından düzəldilmiş qab və oturmaqdan əvvəl yeri süpürmək üçün opaxalo idi. Onlar sərgərdan həyat sürür və dilənçilik edirdilər. Ən böyük qəhrəmanlıq isə yalnız rahiblərə icazə verilən aclıq vasitəsilə ölüm idi


Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin