Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə7/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   2   3   4   5   6   7   8   9   10   ...   20
etika pdfler

Orta əsrlərdə etik baxışlar “Saflıq qardaşları” cəmiyyəti X əsrin ikinci yarısında yaradılmışdı. Onların məqsədi əhali arasında fəlsəfi və elmi bilikləri yaymaq idi. Təşkilatın üzvləri, o cümlədən Əli ibn Harun əz-Zəncani həm də etika məsələlərini araşdırmışlar. Hesab olunurdu ki, dövlət ədalət rəmzidir və dövlət başçısı müdrik və ədalətli olmalıdır. Vətəndaşların mənəvi durumu onların savadlılıq dərəcəsindən asılıdır. İnsanların maddi və mənəvi tələbatları cəmiyyətdə bir-biri ilə toqquşduğu üçün ziddiyyətlərə gətirib çıxarır. Ədalətsiz cəmiyyətdə qüsurlar, şər qüvvələr artır; belə bir dövlət dağılmalıdır Beləliklə, qədim yunan cəmiyyətində olduğu kimi, “saflıq qardaşları” şəri əsasən insan nadanlığı və cəhaləti ilə əlaqələndirirdilər. Onlar düşünürdülər ki, maarifləndirmə yolu ilə insanların şüurunda və qəlbində xeyirxahlıq, ədalətlilik, həqiqətə meyllilik kimi keyfiyyətləri aşılamaq olar.
Mühəmməd Bakuvi (Baba Kuxi) (1033-1050) Azərbaycanda panteist fəlsəfəsinin erkən nümayəndələrindən biri olmuşdur. O, “Divan” əsərində insan probleminə münasibətini bildirərək, qeyd edirdi ki, insan özündə mənəvi və təbii başlanğıcları birləşdirir
Eynəlgüzat Miyanəçi (1089-1131) görkəmli Azərbaycan filosofu olmuşdur. Panteizm mövqeyindən çıxış edən Miyanəçi insan mahiyyətinin təşəkkül tapmasında ruhun əhəmiyyətini xüsusi vurğulamışdı. Ruh ölməzdir
Məhsəti Gəncəvi XII əsr Azərbaycan ədəbiyyatının görkəmli şairəsi olmuşdur. Dünyanı əksliklərin vəhdəti kimi 136 qiymətləndirən Məhsəti burada ziddiyyətləri də görürdü. Sufiliklə maraqlanan şairə bir çox mənəvi dəyərləri sufilik mövqeyindən qiymətləndirirdi. O, ədalətlilik, bərabərlik kimi əxlaqi kateqoriyaları yüksək qiymətləndirərək, qeyd edirdi ki, ədalətsizlik həmişə öz cəzasını tapmalıdır. O, sosial və iqtisadi bərabərsizliyə qarşı çıxış edir, lakin əsas səbəbini taledə, qismətdə görürdü. Bununla Məhsəti insanın iradə azadlığını da qəbul edirdi.
Nizami Gəncəvinin (1141-1209) əsərlərinin ana xəttini məzlum insan üçün səadət və ədalət axtarışları, zülmə, istismara, qeyri-bərabərliyə etiraz və nifrət təşkil edir. İnsan başqasından sədəqə istəməməli, öz ləyaqətini alçaltmamalıdır. İnsanın ağıl və biliyi Nizami əsərlərinin baş qəhrəmanıdır. «Sirlər xəzinəsi», «İskəndərnamə» və digər poemalarda xeyirxahlıq idealı siyasi idealla bağlı nəzərdən keçirilir. Dövlətin idarə edilməsində ədalət prinsipi ön plana çəkilir. «İqbalnamə»də insanın səmimi olmasının vacibliyi vurğulanır, onun təbiətlə ayrılmazlığından danışılır.
Bəhmənyar Azərbaycani (? - 1065) görkəmli Azərbaycan filosofu olaraq bir çox fəlsəfi məsələlərlə yanaşı həm də etik problemlərə öz münasibətini bildirmişdir İnsan ruhunun qüvvəsi onun ağlında, zəkasındadır. Həmin qüvvə biliklərdən, mənəvi mədəniyyətdən qidalanır. Dünyada bütün şeylər və hadisələr arasında varislik və səbəbiyyət əlaqəsi var. Xeyir və şər haqqında Bəhmənyarın ideyaları da çox maraqlıdır Şər o zaman meydana gəlir ki, biz faydanı görmürük, ona nail ola bilmirik. Bəhmənyar əxlaqi normaların da nisbi xarakterindən yazır. Onlar, zaman keçdikcə dəyişir, inkişaf edir.
Əfzələddin İbrahim İbn Əli Şirvani Xaqani (1120-1199) öz yaradıcılığında əxlaqi məsələlərə böyül diqqət vermişdir. Məsələn, poeziyanın əsas vəzifələrindən birini o, insanlarda yüksək əxlaqi keyfiyyətlərinin formalaşdırılmasında görürdü: “hər bir tərbiyəçi şair olmaya da bilər, amma hər bir şair tərbiyəçi olmalıdır”. O əmin idi ki, nəsihət verməklə, məsləhət etməklə ziyankar vərdişlərlə, pis əməllərlə mübarizə aparmaqla insan xislətini yaxşılaşdırmaq mümkündür. Xaqaninin yaradıcılığında bir çox nəsihət xarakterli ifadələrə rast gəlmək olur. Burada başlıca ideya ondan ibarətdir ki, insan şəxsiyyətini şərtləndirən əsas amil onun cəmiyyətə, insanlara xeyir gətirmək qabiliyyətidir.
XI əsrin məşhur filosofu Əbu Həmid Qəzali də bu janra öz maraq və münasibətini bildirmişdir. Oğluna yazdığı risalədə o, insanın mənəvi keyfiyyətlərinin bir neçəsini xarakterizə edərək, həmin keyfiyyətləri ilk növbədə müqəddəs Qurani-Kərim nöqteyinəzərindən qiymətləndirir, sonra isə praktik məsləhət şəklində onu izah etməyə çalışır. Məsələn, belə nəsihətlər verilir: - boş şeylərlə məşğul olmağın zərərləri: ömrünün qısa anını belə, yaradılışının qayəsi olan başqa şeylərə sərf edən, vaxtını boş keçirən adama əlbəttə ki, uzun zaman onun həsrətini çəkmək yaraşar. - bildiyinə əməl etmək: təkcə bilik kifayət deyil. Bir insanın elmdən yüz min məsələ öyrənməsinə baxmayaraq elminə əməl etməsə, bundan ona fayda yoxdur.
Nəsrəddin Tusi (1201-1274) orta əsr dünya elminin dahi nümayəndəsidir. Filosof, riyaziyyatçı, astronom və ictimai xadim olan Tusinin etika sahəsində də zəngin irsi var. Tusi hökmdarlarda, ölkə sahibi olmaq istəyənlərdə ən azı aşağıda göstərilən yeddi xüsusiyyətin, yeddi xasiyyətin olmasını zəruri hesab edir: “ağalıq, alicənablıq, mətinlik, tam əzm, səbr, vardövlətin olması, sadiq və əməlisaleh köməkçilər1 . Dövlətin əsas vəzifəsi xeyirli işlərlə məşğul olmaq, şər işlərin qarşısını almaqdır, çünki şəri aradan qaldırmaq özü də xeyrə səbəb olmaqdır. Dövlətin əsas vəzifəsi xeyirli işlərlə məşğul olmaq, şər işlərin qarşısını almaqdır, çünki şəri aradan qaldırmaq özü də xeyrə səbəb olmaqdır.
Fəzlullah Nəimi Təbrizi Astrabadi əl-Hurufi (1339-1417) hurufizm fəlsəfəsinin banisidir. Nəiminin fəlsəfi baxışları onun bir sıra traktatlarında öz əksini tapmışdır. Yüksək əxlaqi keyfiyyət olan sevgiyə onun bir neçə traktatı, o cümlədən “Məhəbbət-namə” həsr olunmuşdur. Sevgi fəlsəfi kateqoriya kimi dünyanın bütün sahələrini əhatə edir. O, göstərir ki, əxlaqi kamillik olmadan insanın intellektual kamilliyi, sonradan isə allaha və dünyaya bərabər olmasının dərk etməsi mümkün deyildir Zəka insanı getdikcə əxlaqi saflığın ən yüksək pilləsinə aparıb çıxarır.
. İmadəddin Nəsimi (1369/70-1417) Azərbaycan və Şərq fəlsəfi poeziyasının görkəmli nümayəndəsidir. Böyük savad, bilik sahibi olan Nəsimi hürufiliyin aparıcı ideoloqlarından biri olmuşdur. O, insanı Allaha bərabər tuturdu. Kainatı, bütün varlığı dərk etməklə yanaşı insan gərək həm də özü-özünü dərk etsin. Bu zaman ilk növbədə özündə olan xeyir və şər əməlləri fərqləndirməyi bacarmalı, insanlara qarşı mənəvi cəhətdən saf və xeyirxah münasibəti formalaşdırmalı, özündə olan mənfi əxlaqi xüsusiyyətləri aradan qaldırmalıdır. Bu yolla insan Allaha daha yaxın olmağa imkan tapır. Nəsimi humanist əxlaqı da fəal təbliğ edirdi. O, insana qarşı hədsiz yumşaqlıq və xeyirxahlıq nümayiş etdirir. Burada insana qarşı zor işlətməmək çağırışı əsasdır. Eyni zamanda Nəsimi başa düşür ki, xeyir və şər bu dünyada yan-yana gedir.
. Məhəmməd Füzuli (1494-1556) dahi Azərbaycan şairi və mütəfəkkiridir. Onun yaradıcılığında böyük ensiklopedik mahiyyətli zəka və sonsuz şairlik bacarığı çulğalanmışdır. Füzulinin çoxsaylı poetik əsərləri ilə yanaşı həm də ədəbi, elmi və fəlsəfi kitabları vardır. Füzulinin yaradıcılığında demək olar ki, ən çox yer əxlaqi kateqoriyalardan və hisslərdən biri olan sevgiyə ayrılır. Bütün fəlsəfi problemlər bilavasitə sevgi məsələsi ilə Etika əxlaq haqqında təlim olaraq, özündə mənəvi anlayışları, kateqoriyaları və qaydaları birləşdirir. Elmi səviyyədə xeyir və şər, xoşbəxtlik və bədbəxtlik bir-birindən fərqləndirilməlidir. Fala baxanlar, münəccimlər daş atıb ya da ulduzlara baxıb guya insan taleyini öyrənib deyirlər. Bu yoldan uzaqlaşıb əxlaq məsələlərini elmi səviyyədə həll etmək üçün çalışmaq lazımdır. Bununla yanaşı Füzuli xeyir və şərin bəzi məsələlərinin ilahi mənşəyinə inanırdı. Füzuli bir çox əsərlərində əxlaqın ilahi mənşəyi haqqında yazaraq qeyd edir ki, əxlaqi keyfiyyətlər dəyişilməzdir və əvvəlcədən təyin edilmişdir. Elə keyfiyyətlər var ki, onlar Allah tərəfindən təyin edilmiş əxlaqi normalardır, elələri də var ki, onlar insanlar tərəfindən bu dünyada əldə edilib, formal və müvəqqətidirlər

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin