Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə6/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   2   3   4   5   6   7   8   9   ...   20
etika pdfler

5.Yeni dövrdə etik fikir
Yeni dövrün qabaqcıl mütəfəkkirləri antik dövrün mütərəqqi ənənələrini davam etdirərək dini-asketik ideyalara qarşı çıxır, insanların xoşbəxt olmaq hüquqlarını və bərabərliyini təbliğ edirdilər. Onların fikrincə, əxlaq müstəqil sahə olmalı, dindən asılı vəziyyətə düşməməlidir. İnsanlar mənəvi zənginliyə kilsənin köməyi olmadan da çata bilərlər. Əxlaq kilsə boyunduruğundan xilas olmalıdır. Etika ilahiyyatdan ayrılıb fəlsəfənin müstəqil sahəsinə çevrilməlidir.
Belə istiqamət götürənlər içərisində italyan Cordano Bruno (1548-1600), fransız Rene Dekart (1596- 1650), holland Benedikt Spinoza (1632-1677), ingilislər – Tomas Hobbs (1588-1679), Con Lokk (1632-1704) və b. var idi. Spinoza hətta «Etika» adlı kitab da yazıb. XVIII əsrin Avropa maarifçiləri, o cümlədən, fransız materialistfilosofları da, məsələn, D. Didro, (1713-1784), J. O. Lametri (1709-1751), K. A. Helvetsi (1715-1771), P.A.Holbax (1723-1789) etik fikir tarixində özünəməxsus iz buraxmışlar. Onlar əxlaq məsələlərini elmi səviyyəyə qaldıraraq insanın davranışını onun təbii halı ilə əlaqələndirirdilərsə, alman klassik fəlsəfəsinin nümayəndələri olan İ. Kant (1724-1804) və G. Hegel etikanı həyatdan ayırmağa çalışırdılar.
Kantın etika sahəsində tarixi xidmətlərindən biri borc problemi ilə əlaqədardır. Borc problemi Kantın etikasında mərkəzi yer tutur. G. Hegelə (1770-1831) görə əxlaq insan təbiətinə yad olmasa da, ona əvvəldən xas olan xüsusiyyət də deyil. İnsan doğularkən nə xeyirxah, nə də bədxah olur. Bu xüsusiyyətlər nəyinsə nəticəsində əldə edilir. Hər bir insanın müəyyən məqsədi olur.
Əsas məqsəd isə sərvətə çatmaqdır. Hegel üçün əsas əxlaq kateqoriyaları borc, xeyir və vicdandır. Əxlaq yalnız cəmiyyətdə mövcud ola bilər. Hegelin əsas etik fikirləri «Ruhun fenomenologiyası» və «Hüquq fəlsəfəsi» əsərlərində öz əksini tapmışdır. Hegel fəlsəfəsi üçlük üzərində qurulub: 1) tezis; 2) antitezis; 3) sintez. Hegel mənəviyyatı «obyektiv ruhun» mərhələlərinə aid edir.
Mənəviyyat obyektiv ruhun hərəkətinin məhsuludur. Burada ruh triada pillələri ilə inkişaf edir: 1) hüquq; 2) əxlaq; 3) mənəviyyat. Hüquq tezis olub, azadlıqdan uzaq olan xarici zərurətə tabedir. Əxlaq antitezis olub subyektiv şüurdur, fərdin vicdanıdır. Mənəviyyat sintez olub, əsil azadlıqdır, hüquq və əxlaqın, zərurət və subyektiv iradənin qovuşmasıdır. O, ictimai həyatda gerçəkləşir ki, Hegel burada mənəviyyatın inkişafının üç formasını – ailə, vətəndaş cəmiyyəti və dövləti ayırır. Hegel bu ictimai formalara istinad edərək, etikanı fərdin dövlət qarşısındakı konkret vəzifələrinin məcmusuna çevirir.
6. Azərbaycanın ictimai fikir tarixində etik ideyalar.Klassiklərimizdə etik ideyalar
Məlumdur ki, ibtidai icma quruluşu dövründə Azərbaycanın qədim əhalisinin şüurunda totemizm ideyaları formalaşmışdır. Tayfa, qəbilə üzvləri ilə hər hansı bir heyvan (bəzən – bitki) arasında sıx əlaqənin olması haqqında təsəvvürlər belə bir inama söykənirdi: icmanın yaşaması, mövcud olması həm də müəyyən heyvan növü ilə sıx əlaqəlidir. Totem seçilən heyvan bir növ həmin insanların birlik simvoluna çevrilirdi; heyvanın adı rəmzi xarakter daşımağa başlayır. Həmin heyvanlar sırasında ayıın, qurdu, vəhşi atı, vəhşi keçini və s. göstərmək olar. Ev heyvanlarının da adlarından totem kimi istifadə olunurdu (öküz, qoç, it). Qadın kultu də var idi, çünki qadın obrazı bir sıra ideyaları təcəssüm edirdi: bərəkət, qədim əcdad, yaranışın özəyi, ocağın qoruyucusu və kahinə. Heyvan və qadın heykəlcikləri magiya mahiyyətli ibadətlər üçün istifadə olunurdu. Ünsiyyət və davranış normaları həm yuxarıda qeyd edilən totemizm və magiya, həm də animistik ideyalar haqqında təsəvvürlər (insanlar, heyvanlar, bitkilər, təbiətin yaratdığı digər canlı və cansız aləmin hər bir cismi hansısa həyati qüvvəyə malikdir) üzərində qurulurdu
Qədim təlimlərdə, o cümlədən, zərdüştlükdə xeyir və şər qüvvələrinin həyat mənbəyi, insan davranışının meyarı olması ideyası artıq inkişaf etdirilir. Xeyir və şərin döyüş meydanı ruhdur. İnsanın taleyi allahdan yox, onun özündən asılıdır. Əgər insan xeyirli fikri, xeyirli əməli və xeyirli işi seçirsə, onda o, dünyanın ümumi müqəddəs nizamını təmin edə bilər. Zərdüştə görə insan gərək tənbəllik etməsin, öz əməyi ilə yaşasın, qazandığı var – dövləti ehtiyacı olanlarla bölüşsün, həmişə ədaləti gözləsin.
Azərbaycanda erkən feodal mərhələsində həm də manilik təlimi geniş yayılmışdır. Onun banisi Mani (təxminən 216-277) bir çox ərazilərdə öz ideyalarını təbliğ etmiş və böyük uğur qazanmışdı. Mani hesab edirdi ki, şər də, xeyir kimi əzəlidir. Dünya tarixi zülmət və işığın, şər və xeyirin, şeytan və allahın mübarizəsi tarixidir. Mani öz əxlaqi baxışlarını “Nəsihətlər” əsərində izah etməyə çalışmışdır.
Məzdakilərin təlimi də sosial problemləri önə çəkdiyinə görə Azərbaycanın tarixi ərazisində geniş yayılmışdı. Məzdək və onun davamçıları düşünürdülər ki, dünyanın inkişafının əsasında iki – işıqlı və qaranlıq başlanğıclar arasında gedən mübarizə durur. Ədalət Məzdəkin təlimində əsas əxlaqi prinsipdir. Ümumi mülkiyyəti, bərabərçiliyi təbliğ edən məzdəkilər hesab edirdilər ki, yaxşı, Allaha xoş gələn davranış bir-birinə dəstək və yardımdan ibarətdir. Bununla belə bərabərlik prinsipi qullara və qadınlara aid edilmirdi.

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin