Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə13/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
etika pdfler

Əxlaqi şüur
Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə).
Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir. Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir.
Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, əxlaqi qiymətləndirmə və s. aiddir . Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika ilə məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif fəzilətlər və s.-ni dərin təhlil etmişlər.
Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən ən əsaslarının seçilməsinə də cəhd göstərmişlər. Əsas anlayışın müəyyən edilməsinə, digər anlayışların onun üzərində qurulmasına da təşəbbüs göstərilmişdir. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, antik etikanın əsas anlayışı xoşbəxtlik sayılırdı. Həzz (zövq almaq) də bu qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz təbiətinə görə gözəl həyatla əlaqədardır, həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir. Sonralar İ.Kant əsas anlayış kimi borcu diqqət mərkəzinə qoyur və onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır.
Antik etikanın diqqət mərkəzində, həmçinin, əxlaqi şüurun əsas anlayışlarından olan şəxsiyyətin mənəvi keyfiyyətləri dururdu ki, bunlar da «fəzilət» və «qəbahət» adlanır. «Fəzilət» dedikdə, müsbət əxlaqi keyfiyyətlər – əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s., «qəbahət» dedikdə isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik və s. nəzərdə tutulur.
Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə bölürdülər: ağıllı, hissiyatlı, iradəli.

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin