3.ETİK DAVRANIŞ QAYDALARININ TOPLUSU
İşgüzar qarşılıqlı təsir prosesində insanın davranışı onun şəxsi keyfiyyətləri ilə məs.vicdan, şərəf, ləyaqət, xeyirxahlıq və s. ilə bağlıdır. İnsan davranışı insanın dəyər və tərccihləri ilə müəyyən olunur.Davranışın etik dərəcəsinə şəxslərarası münasibətlər əhəmiyyətli dərəcədə təsir göstərə bilər.Davranış dəyərlər və normalara əməl olunma səviyyəsinə görə bir-biri ilə bağlıdır.
Vicdan - öz əməllərinin mənəvi cəhətdən dərk edilməsidir. Vicdan insanı pis əməllərdən çəkindirən və öz davranışlarına həssas yanaşmağı tələb edən faktordur.Əxlaqi münasibətlər borc və vicdannın tələbindən irəli gəldiyinə görə subyektivdir. Vicdan borc kimi mənəvi kateqoriya ilə sıx bağlıdır. Xeyi,şər,ədalət,vicdan,borc və s.əzlaqi şüurun qiymətləndirici funksiyasıdır.Əxlaqi dəyərlər insanın mənəvi aləminin mərkəzində dayanaraq insan həyatının bütün sahələrinin tənzimlənməsinə təsir göstərir.Əxlaqın məkanı insanlar arasında münasibətləri əks etdirir.Borc hər bir fərdin öz xidməti və vətəndaş vəzifəsini, cəmiyyət, kollektiv, ailə, dostlar qarşısında vicdanlı icrasıdır;
Dostları ilə paylaş: |