Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

 

NƏTİCƏLƏR 

45. Türkdilli  dövlətlərin  Səhralaşmaya  Qarşı  Mübarizə  üzrə  Birləşmiş  Millətlər  Təşkilatı 

Konvensiyası  çərçivəsində  əməkdaşlığı  TÜRKPA  üzvlərinin  səhralaşma  ilə  mübarizəyə 

effektiv və məqsədyönlü yanaşmasına töhfəsini verəcəkdir. 

46. TÜRKPA  üzv  ölkələri  subregional  və  birgə  fəaliyyət  proqramları  çərçivəsində  səhralaşmaya 

nəzarət  üçün  səylərini  gücləndirə  bilərlər.  Səhra  Araşdırma  İnstitutu  Mərkəzi  Asiya  üçün 

Subregional  Tətbiq  Əlavəsi  üzrə  təklif  işləyib  hazırlamışdır.  Bu  təklif  Cenevrədə  İNCD-ə 

(Səhralaşma üzrə Hökumətlərarası Danışıqlar Komitəsi) təqdim olunmuşdur. 

47. Mərkəzi Asiya subregionu Asiya regionunun bir hissəsi hesab oluna bilər. Subregiona beş ölkə 

daxildir: Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Subregionun bütün 

ərazisi 3.94mln km

2

, əhalisi isə 53.79 mln nəfər təşkil edir. 



48. Milli  və  Regional  Fəaliyyət  Proqramları  səhralaşmanı  sürətləndirən  amilləri,  prioritetləri, 

regional işlərə töhfəni müəyyənləşdirməyi, ictimaiyyətin səhralaşma məsələlərindən xəbərdar 

olmasını,  dövlətlərin  inkişaf  planı  və  strategiyalarına  inteqrasiya,  məsul  qurum  və  vətəndaş 

cəmiyyəti  təşkilatlarının  müəyyən  edilməsini  və  səhralaşma  və  quraqlıqla  əlaqədar  məsələlər 

üçün maliyyə vəsaitlərinin ayrılmasını hədəfləyir. 

49. Bu  məsələ  üzrə  qarşılıqlı  əməkdaşlıq  üçün  Türkdilli  dövlətlərin  çoxnövlü  imkanları 

mövcuddur. Birgə tədbirlər keçirmək və seminar yaxud konfranslar kimi fəaliyyətlər vasitəsilə 

qarşılıqlı fəaliyyətin genişləndirilməsi xalqların mənafeyi, eləcə də regiondakı maraqları üçün 

əməkdaşlığı gücləndirəcəkdir. 

50. Bu  mexanizmlərdən  daha  səmərəli  faydalanmaq  üçün  Avropa  İttifaqı,  Mərkəzi  Asiya  və 

Aralıq  dənizi  ölkələri  ilə  tərəfdaşlığın  təşviq  edilməsi  vacibdir.  Xüsusilə,  Avropa  İttifaqının 

maliyyə  dəstəyi  ilə  bu  sahədə  Aİ-nin  böyük  təcrübəsinin  tətbiqi  məqsədilə  layihələr  həyata 

keçirilə bilər. 

51. Üzv  ölkələr  bir-biri  ilə  əməkdaşlığın  dəqiq  yollarını  müəyyənləşdirə  bilərlər.  Problemin  tez 

həlli  üçün  səhralaşmaya  qarşı  mübarizənin  konkret  mexanizminin  yaradılması  xüsusi 

əhəmiyyət kəsb edir. TÜRKPA üzv dövlətlərinin üzləşdiyi bir sıra çətinliklər onları səylərini 

artırmağa və beynəlxalq əməkdaşlıq çərçivəsini təkmilləşdirməyə sövq edəcəkdir.  

52. Səhralaşmaya  qarşı  mübarizədə  fərdlərə  də  mühüm  vəzifə  düşür.  Şimali  Afrikadan  Mərkəzi 

Asiyaya  doğru  səhra  ərazilər  artan  sürətlə  genişlənməkdədir  və  dünyanın  41%  ərazisi  demək 

olar ki, səhraya çevrilməkdədir. Odur ki, TÜRKPA üzv dövlətləri öz ətraf mühitləri, ölkələri 

və  bütün  dünyada  bu  məsələylə  ciddi  şəkildə  mübarizə  aparmalı  və  öz  meşə,  su  və  ərzaq 

ehtiyatlarını idarə edərək onlardan müdrikliklə istifadə etməlidirlər. 




10 

 

53. Türkdilli  ölkələrin  12-ci  BMT-nin  Səhralaşma  ilə  Mübarizə  haqqında  Konvensiyasının 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin