2. Birləşmiş Millətlər Təşkilatının ətraf mühit və inkişaf üzrə 1992-ci ildə Rio de-Janeyroda
hazırlanmasını tövsiyə etmişdir. Konvensiya 1994-cü ildə hazırlanmışdır və dünyanın bir çox
ölkələri onu imzalamışdır. Türkdilli ölkələr öz siyasətlərində səhralaşma ilə mübarizəyə böyük
önəm verirlər. Səhralaşma ilə Mübarizə Konvensiyası regional və milli fəaliyyət planları
vasitəsilə həyata keçirilir. Bu fəaliyyət planları milli institutlar, QHT-lər və insanların birgə
iştirakını təmin edə bilər ki, bu da uzunmüddətli siyasət və davamlı inkişafa səbəb olar.
Konvensiya sosial-iqtisadi inkişaf və təbii ehtiyatların qorunması üçün əsas kimi hesab edilə
və Regional Fəaliyyət Proqramlarının əsas məqsədi xüsusilə: səhralaşma və quraqlıq ilə bağlı
ölkələrin prioritetlərinin müəyyən edilməsi; regional səylərə töhfə verilməsi; maraqlı tərəflər
arasında əməkdaşlığın inkişaf etdirilməsi; səhralaşma ilə bağlı ictimai marağın artırılması;
bütün səviyyələrdə inkişaf planlarının və strategiyaların inteqrasiyası; bütün təşkilatların,
2
qeyri-hökumət təşkilatlarının və yerli əhalinin iştirakının təşviq edilməsi; bu sahədə müxtəlif
tədbirlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin ayrılmasıdır.
4. Birləşmiş Millətlər Təşkilatının mənbələrinə uyğun olaraq səhralaşma və quraqlıq yer üzündə
sahəsi 4 milyard hektardan çox ərazini, habelə 110 müxtəlif ölkələrdə yaşayan 1,2 milyard
insanı təhdid edir. Türkdilli ölkələrin coğrafi mövqeyi, topoqrafiyası, iqlim şəraiti, qədim
tarixi, eləcə də dinamik əhali strukturları səhralaşma və quraqlıq məsələsinə yüksək həssaslıqla
yanaşmaya ehtiyac olduğunu göstərir.
5. Hesabat səhralaşma ilə mübarizədə TÜRKPA üzvü olan ölkələrin dövlət siyasəti haqqında
qısa məlumatı özündə cəmləşdirir. Hesabat üzv ölkələrin müvafiq nazirliklərinin
məlumatlarına əsaslanır.
Dostları ilə paylaş: