Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

TÜRKİYƏ 

29. Türkiyə  Səhralaşmaya  Qarşı  Mübarizə  üzrə  BMT  Konvensiyasına  31  avqust,  1998-ci  ildə 

qoşulmuşdur.  Katibliyin  milli  səviyyədə  işi,  beynəlxalq  əlaqələr  və  kordinasiya  Eroziya  və 

Səhralaşmaya Qarşı Mübarizə (ESQM) üzrə Baş Direktoratlıq tərəfindən həyata keçirilir. 

30. Eroziya  və  Səhralaşmaya  Qarşı  Mübarizə  üzrə  Baş  Direktoratlıq  2011-ci  ildə  Su  və  Meşə 

Təsərrüfatı  Nazirliyi  çərçivəsində  yaradılmışdır.  Baş  Direktoratlığın  vəzifələrinə  daxildir: 

torpağın  qorunması  və  təbii  ehtiyatların  inkişafı,  səhralaşmaya  və  torpaq  eroziyasına  qarşı 

mübarizə, uçqun, sürüşmə və daşqına nəzarətlə bağlı plan və layihələrin həyata keçirilməsinin 

təkmilləşdirilməsi  və  nəzarət,  bu  fəaliyyətlərin  layihə  əsaslı  dəstəklənməsi,  bu  məsələlər  və 



 

fəaliyyətlərlə bağlı siyasət və strategiyanın müəyyən olunması, müvafiq qurum və təşkilatlarla 



əməkdaşlıq  və  kordinasiyanın  təmin  edilməsi,  milli  və  regional  səviyyədə  su  hövzələrinin 

inkişafının  planlaşdırılması,  siyasət  və  strategiyaların  müəyyənləşdirilməsi,  universitet  və 

elmi-tədqiqat institutları ilə birlikdə tədqiqat və inkişaf fəaliyyətinin həyata keçirilməsi, təhsil, 

nəşr, təşviqat və s. kimi fəaliyyətlərlə məşğul olmaq. 

31. Türkiyədə səhralaşma və eroziyanın təsirinə ən çox məruz qalan ərazilər Konya hövzəsi, Aras 

hövzəsi və İğdir regionlarıdır. Eroziya hər hövzədə və regionda rast gəlinə bilər. Risk xəritələri 

bu nöqteyi-nəzərdən hazırlanmışdır. Türkiyədə 59% kənd təsərrüfatı, 64% otlaq və 54% meşə 

sahələrində eroziya davam edir. 

32. Səhralaşmaya  qarşı  mübarizənin  bu  kontekstində  səhralaşmanın  meyar  və  göstəriciləri 

hazırlanmaqdadır  və  səhralaşma  prosesinin  Səhralaşmanın  Müşahidəsi  Sistemi  Lahiyəsi 

tərəfindən  izlənilməsi  gözlənilir.  Ərzaq,  Kənd  Təsərrüfatı  və  Heyvandarlıq  Nazirliyi,  Meşə 

Təsərrüfatı  Baş  Direktoratlığı,  TUBITAK,  UNCCD,  FAO,  TICA,  GEF,  qeyri-hökumət 

təşkilatları  kimi  qurumlar  və  özəl  sektor  səhralaşma  və  eroziyaya  qarşı  mübarizədə  milli  və 

beynəlxalq layihə tərəfdaşları kimi sadalana bilər. Bu baxımdan səhralaşmanın müşahidəsi çox 

əhəmiyyətlidir. Eroziya və Səhralaşmaya Qarşı Mübarizə üzrə Baş Direktoratlığı Ar–Ge and 

Model  Layihələrlə  səhralaşma  və  torpaq  eroziyasına  qarşı  mübarizə  ilə  məşğul  olur.  Bundan 

əlavə,  əyalət  təşkilatı  və  güclü  təşkilati  komanda  ilə  Meşə  Təsərrüfatı  Baş  Direktoratlığı 

eroziyaya qarşı mübarizədə mühüm funksiyanı üzərinə götürür və Baş Direktoratlıqla birlikdə 

bir çox layihələr öyrənilməkdədir. 

33. Ekspertlər  Türkiyədə  səhranın  olmadığını,  lakin  səhralaşma  prosesinə  daxil  olan  ərazilərin 

olduğunu  bildirmişdir.  Səhralaşma  yalnız  Türkiyə  üçün  deyil,  həmçinin  üç  qitə  ilə  bağlı 

narahatlıq baxımından Anadolunun qonşu regionları üçün də maraqlıdır. Bu səbəbdən Eroziya 

və  Səhralaşmaya  Qarşı  Mübarizə  üzrə  Baş  Direktoratlıq  Afrika  və  Asiya  ilə  bağlı  layihələr 

üzrə  işini  təkmilləşdirir.  Bu  baxımdan  FAST  layihəsi,  Afrikada  Səhralaşma,  Torpaq 

Deqradasiyası  və  Susuzluqla  Mübarizə  İnkişaf  Layihəsi  çərçivəsində  Niger-Türkiyə  Meşə 

Dostluq  Layihəsi,  Fələstində  Uşaq  Layihəsi,  Qırğızıstanda  Su  Hövzəsinin  Bərpası  Layihəsi 

davam  etdirilir.  Türkiyənin  malik  olduğu  təcrübə  Səhralaşma,  Torpaq  Deqradasiyası  və 

Susuzluqla  Mübarizə  İnkişaf  Layihəsi  tərəfindən  Afrikanın  ən  az  inkişaf  etmiş  ölkələri  ilə 

paylaşılır. 

34. Son  zamanlar  Türkiyənin  səhralaşma  və  torpaq  eroziyasına  qarşı  mübarizə  səyləri  ekspertlər 

tərəfindən  araşdırılmışdır  və  “Quraq  və  Yarımsəhra  Ərazilərdə  İqlim  Dəyişikliyinə  Davamlı 

Meşələrin Salınması üzrə Kitabça” hazırlanmışdır. Bu baxımdan 2014-cü ildə Səhralaşma ilə 

Mübarizə üçün Milli Fəaliyyət Sənədi hazırlanmış və Milli Fəaliyyət Proqramı yenilənmiş və 

işə salınmışdır. Bundan əlavə, yaxşı təcrübənin hesabat və paylaşılması üçün LADA layihəsi 

mühüm  əhəmiyyət  kəsb  edir. Ölkənin  potensialının, eləcə  də bu məsələlər haqqında dünyada 

Türkiyənin  görünmə  dərəcəsinin  artırılmasında  UNCCD  Katibliyi  ilə  əlaqələr  və  “Türkiyədə 

Səhralaşmaya qarşı Mübarizənin Öyrənilməsi” üzrə hesabatlar da çox vacibdir. 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin