Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

 

QAZAXISTAN  

15. Səhralaşma ilə  mübarizə Konvensiyası 7 iyul 1997-ci il “BMT-nin Səhralaşma ilə Mübarizə 

Konvensiyasının  təsdiq  edilməsi  haqqında  Qazaxıstan  Respublikasının  Qanunu  ilə  təsdiq 

edilmişdir.  Qazaxıstanda  su  çatışmazlığının  olduğu  ərazilər  üçün  ciddi  səhralaşma  prosesi 

xarakterikdir.  Hazırda  ölkə  ərazisinin  üçdə  iki  hissəsi  səhralaşmanın  müxtəlif  növlərindən 

əziyyət çəkir.  

16. Qazaxıstanda  səhralaşmanın  təbii  və  antropogen  səbəbləri  vardır.  Bu  ölkədə  səhralaşmanın 

başlıca növləri BMT SMK tərəfindən təsdiq edilmiş meyarlara əsasən: bitki deqradasiyası, su 

və  külək  eroziyası,  şoranlaşma  və  qeyri-münbitləşmə  (torpaqda  torfun  əmələ  gəlməsi 

prosesinin  əksi),  torpaq,  yeraltı  və  yerüstü  su  mənbələrinin  çirklənməsi,  torpaq  və  su 

mənbələrinə texnogen (insan tərəfindən) müdaxilə ilə müəyyən edilir.   

17. Bu  əsrin  ən  böyük  problemlərindən  biri  Aral  dənizinin  ekoloji  böhranıdır.  Səhranın  tam 

mərkəzində  yerləşən  Aral  ətraf  regionlar  üçün  əliverişli  iqlim  və  ekoloji  şərait  yaratmaqla, 

dənizə  bitişik  geniş  ərazidə  nəmişliyin  tənzimlənməsi,  cənub  səhralarından  əsən  isti 

küləklərdən  müdafiəni  təmin  edir.  Dəniz  iri  balıqçılıq,  ovçuluq,  nəqliyyat  və  rekreasiya 

əhəmiyyətinə malikdir. 

18. Qazaxıstan  hökuməti  səhralaşma  ilə  bağlı  ictimaiyyətin  maarifləndirilməsinin  və  təhsilinin 

artırılması məqsədilə bir sıra fəaliyyətlər həyata keçirir. Səhralaşma və quraqlıq problemlərinə 

həsr olunmuş tədbirlərə dair məlumatlar KİV sektorunda geniş şəkildə yayımlalanır.  

19.  Qazaxıstan vətəndaş cəmiyyətləri üçün maliyyə dəstəyinin payını BMTİP-in/ QƏMF  (Qlobal 

Ətraf  Mühit  Fondu)  kiçik  qrantlar  proqramı  vasitəsilə  artırmışdır.  2012  və  2013-cü  illərdə 

QƏMF-5  mövzularından  “Torpaq  deqradasiyası”  Kiçik  Qrantlar  Proqramı  (KQP)  üçün 

$830.000    ayrılmışdır.  1997-ci  ildən  bəri  Qazaxıstan  QƏMF  və  KQP  ümumi  məbləği 

$4.300.000 olan 256 layihəni dəstəkləmişdir.  

20. Torpağın  vəziyyətinin  qiymətləndirilməsi  və monitorinqi ilə əlaqədar ümumi metodologiyanı 

əks etdirən dövlət  proqramı 2) bir sıra fəaliyyətləri nəzərə  alan və dövlət büdcəsi  tərəfindən 

maliyyələşdirilən  eroziyaya  məruz  qalmış  torpaqların  abadlaşdırılması  üzrə  2010-15  ci  illər 

səhralaşmaya  dair  dövlət  mübarizə  proqramı  3)  Şimali  Qazaxıstanda  Bilik  Dəstək 

Mərkəzlərinin tədris sisteminin daxil olduğu  İqlim dəyişikliyində davamlı torpaq idarəetməsi 



 

4) davamlı iqtisadi inkişaf naminə keyfiyyətli təhsil almaq imkanını təmin edərək, təhsil, insan 



kapitalının  inkişafında  rəqabət  qabiliyyətinin  yaxşılaşdırılmasına  yönəlmiş  Qazaxıstan 

Respublikasının  2011-2020-ci  il  Dövlət  Təhsil  İnkişaf  Proqramı  5)  Qazaxıstan  əhalisinin 

məlumatlandırılması təbii resursların mühafizəsi ilə vətəndaş cəmiyyəti norma və etiketlərinin 

təkmilləşdirilməsinə  dair  2014-2015-ci  illər  ətraf  mühit  təhsil  proqramı  6)  dünya  əhalisində 

ayrılmaz birik torpaq, hava, flora, fauna, insani əlaqələr və dünya ilə qarşılıqlı asılılıq yaratdığı 

2010-2016-cı illər Ətraf mühit təhsil proqramı kimi bir sıra proqramlar həyata keçirilir 

21. Qazaxıstan  siyasət  proqramı  və  BMT-nin  səhralaşmaya  qarşı  mübarizə  konvensiyası 

çərçivəsində    Qazaxıstan  Respublikasının  öhdəliklərinə  müvafiq  olaraq,  BMT-nin  QƏMF-in  

(Qlobal Ətraf Mühit Fondu) dəstəyi ilə Səhralaşma ilə mübarizə üzrə milli fəaliyyət planının 

təkmilləşdirilməsi  adlı  layihəni  həyata  keçirmişdir.  Eyni  zamanda  nazirliklərarası  konsultativ 

qərarverici işçi qrupu yaradılmışdır.  

22. Ölkə  elm,  texnologiya  və  bilik  sahəsində  Qazaxıstan  Respublikasında  ekoloji  şərait 

göstəricilərinin  elmi  əsasları  kimi  bir  çox  elmi  inkişaf  makroiqtisadi  layihələrini  qəbul 

etmişdir.  

23. 1996-cı  il  30  aprel  tarixində  Qazaxıstan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  təsdiq 

edilmiş    Ekoloji  təhlükəsizlik  konsepsiyası  keçid  dövrünün  ekoloji  prioritetlərini,  xüsusilə 

özəlləşdirmənin  ekoloji  problemlərini,  ekoloji  qanunvericilik  sisteminin  yaradılması  üçün 

lazım  olan  məsələləri,  dövlət  nəzarəti  və  ətraf  mühitin  idarə  edilməsinin  iqtisadi 

mexanizmlərinin araşdırılması, ekoloji monitorinqi tənzimləyir.  

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin