Ətraf müHİt və TƏBİİ ehtiyatlar komiSSİyasi biRİNCİ toplanti hesabat məruzəSİ



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix18.05.2022
ölçüsü0,57 Mb.
#58426
1   2   3   4   5   6   7   8   9   10   11
3.Hesabat Etraf.muh.kom

 

II. 

SƏHRALAŞMA İLƏ BAĞLI ANLAYIŞLAR 

6.  BMT-nin  Səhralaşma  ilə  Mübarizə  haqqında  Konvensiyasına  görə  (bundan  sonra  UNCCD) 

səhralaşma "İqlim dəyişikliyi və texnogen amillərin, o cümlədən müxtəlif amillər nəticəsində, 

quraqlıq,  yarımsəhra  və  quru  sub-rütubətli  sahələrdə  torpaqların  deqradasiyasıdır". 

Səhralaşmanın  əsasən  quraq  torpaqlarda  daha  dağıdıcı  olduğu  aydın  olur;  Bura  demoqrafik 

partlama  və  ekoloji  stress  ilə  birlikdə  torpaq,  su,  bitki  və  digər  resursların  deqradasiyası 

daxildir. Təxminən 4 milyard hektar ərazi və ya yer səthinin 1/3-i səhralaşma təhlükəsi altında, 

250 milyondan çox adam birbaşa təsir altındadır və 100-dən çox ölkədə bir milyard adam risk 

altındadır. İyirmi dörd milyard ton münbit torpaq hər il yox olur.  

7.  Qlobal  torpaq  deqradasiyası  ilə  bağlı  beynəlxalq  narahatçılığının  artması  nəticəsində 

səhralaşmanın  iqtisadi,  social  və  ətraf  mühit  aspektləri  baxımından  bütün  dünyada  ciddi 

problem  olduğu  qəbul  edilmişdir.  Bu  baxımdan,  Birləşmiş  Millətlər  Təşkilatı  səhralaşma 

problemləri ilə bağlı konkret tədbirlər görməyə başlamışdır. 1972-ci ildə Stokholmda keçirilən 

Ətraf  Mühitlə  bağlı  ilk  Konfrans  bu  məsələ  ilə  bağlı  dönüş  nöqtəsi  olmuş  və  1977-ci  ildə 

keçirilən  Səhralaşma  ilə  bağlı  Konfransla  müşayiət  olunmuşdur.  Konfrans  tərəfindən  təsdiq 

edilmiş  "Səhralaşma  ilə  Mübarizə  üzrə  Fəaliyyət  Planı"  səhralaşma  və  quraqlıqla  mübarizə 

üzrə qabaqcıl və ən aparıcı beynəlxalq təşəbbüslərdən biridir.  

8.  Konvensiyanın hazırlanması üçün 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və 

İnkişaf Konfransı (UNCED) tərəfindən Hökumətlərarası Danışıqlar Komitəsi təsis edilmişdir. 

BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyası 17 iyun 1994-cü ildə qəbul edilmişdir. 

Buna görə də 17 iyun Səhralaşmaya qarşı mübarizə günü elan edilmişdir. 191 ölkənin tərəfdar 

olduğu Konvensiya 26 dekabr 1996-cı ildə qüvvəyə minmişdir.  

9.  Səhralaşmanın  səbəbləri:  Səhralaşmaya  gətirib  çıxaran  insan  fəaliyyəti  əsasən  aşağıdakı 

kənd  təsərrüfatı  fəaliyyətləri  ilə  bağlıdır:  eroziyanın  qarşısını  alan  bitki  örtüyünü  məhv  edən 

həddindən  artıq  otarılma;  torpağın  məhsuldarlığını  aşağı  salan  həddindən  artıq  becərilmə  və 

ağacların  məhv  edilməsi  ilə  torpağın  korlanmasına  səbəb  olan  meşələrin  qırılması.  Aşağı 

suvarma  təcrübəsi  şoranlığı  yüksəldir  və  bəzən  böyük  gölləri  qidalandıran  çayları  qurudur. 

İnsan  fəaliyyətinin  intensivləşməsi  qlobal  istiləşməyə  səbəb  olan  istixana  effekti  yaradır. 

Quraqlıq ərazilərin isə iqlim dəyişikliyinə təsiri xüsusilə önəmlidir.   



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin