təxmini olaraq təyin etmək mümkündür. Meşədə
sıx cəngəllik və tör-töküntü olduqda hərəkət
etmək çətinləşir. Bəzən yolu azarkən insanlar
şəraitin oxşarlığına diqqət yetirməyərək səhvə
yol verir və çevrə üzrə hərəkət edib başlanğıc
əraziyə qayıdırlar. Kompas olmadıqda müxtəlif
təbii əlamətlər nəzərə alınır. Məs; ağac gövdəsinin
qabığı şimal tərəfdə nisbətən qalın olur.
Ağacların çətiri cənub tərəfdə sıx, şimalda
seyrək olur. Şimal tərəfdən ağacların gövdəsində
mamır və şibyələr daha çox bitir. Ağacın kəsilmiş
kötüyünün cənuba tərəf olan hissəsindəki illik
halqalar daha enli olur. İynəyarpaqlı ağacların
gövdəsinin cənub tərəfində daha çox qətran
əmələ gəlir. Bu əlamətləri sıx meşəlikdə deyil,
meşənin kənarında bitən ayrı-ayrı ağaclarda daha
asanlıqla müşahidə etmək olar. Meşədəki ağaclara
diqqət yetirdikdə ağacın gövdəsindəki qabığın
şimal tərəfdən tünd rəngdə olmasını müşahidə
etmək olar.
Yazda qar əriyərkən kiçik təpələrin şimal
yamaclarında qar nisbətən gec əriyir. Dərədə
cənub yamacda qar daha tez əriyir. Qarışqa
yuvaları çox vaxt şimal tərəfdən ağacın gövdəsi,
daşlar və kollarla əhatələnir və yuva daha dik olur.
Qarışqa yuvalarının girişi cənuba tərəf açılır(şəkil
19.).
Meşə ərazisində istiqaməti təyin etdikdən
sonra yaşayış məntəqəsinə və ya avtomobil yoluna
tərəf marşrutu düzgün seçmək lazımdır. Marşrut
boyu hər 100-150 m-dən bir yaxşı nəzərə çarpan
əlamətə diqqət yetirmək lazımdır.
Ş 0°
AZİMUT
Ş 90°
C 180°
Q 270°
Şəkil 18. Kompas vasitəsilə saatın təyini
şəkil 19. Ağacın cənubunda qarışqa yuvası
İstiqaməti təyin edərkən aşağıdakı əlamət lər nəzərə alınmalıdır:
• Ağacın gövdə qabığının cənub tərəfi nisbətən quru, bərk və açıq rəngli olur;
• Ağacın gövdəsinin cənub tərəfində təbii qətran damcıları əmələ gəlir. Bu damcılar havada
bərkiyib açıq kəhrəba rəngini alır;
• Yağışdan islanmış şam ağaclarının göv dəsi şimal tərəfdən qaralır;
• Ağacların, kolların və kötüklərin şimal tərəfində daha çox göbələk bitir;
• Meşə talasının cənub hissəsində meyvə və giləmeyvələr daha tez yetişir;
• Yazda meşə talasının şimal hissəsində, qışda isə cənub hissəsində ot bitkiləri daha sıx bitir;
• Cənub hissədə ağacların budaqları daha uzun, çətiri daha sıx olur;
74
• Ağac kötüklərində illik halqalar cənub tərəfdə haha enli olur;
• Mamır və şibyələr şimal tərəfdə daha yaxşı inkişaf edir;
• Qarışqa yuvaları ağac və kolların, kötük lərin cənub tərəfində yerləşir;
• Dərələrin cənub yamacları yumşaq otla örtülü olub, nisbətən az maili, şimal yamacları isə
dik, sıldırım və nadir hallarda bitkilərlə örtülü olur. Belə dərələr çox vaxt qərb-şərq isti-
qamətində uzanır;
• Şimal-cənub istiqamətli dərələrin isə hər iki tərəfindəki yamaclar oxşar olur.
• Qışda ağacların şimal tərəfində qar daha çox olur;
• Müxtəlif təbii obyektlərin cənub tərəfində qar daha tez əriyir;
• Dərələrdə qar şimal tərəfdə nisbətən tez əriyir (maraqlıdır ki, günəş şüaları şimal yamaclara
birbaşa təsir edir, cənub yamaclarda isə ötəri təsir göstərir).
Meşənin sakinləri
DİQQ T!
Meşəyə ekskursiya və səyahət zamanı
bütün canlılara qayğı ilə yanaşmaq vacibdir.
Çox zaman qeyri adi gözəlliyə və həyat
tərzinə malik bitkilər və heyvanlar insanların
lüzumsuz marağına səbəb olur. Artıq səs-
küy, çiçəklərin qoparılması, kolların qırılması
nəticəsində nadir bitkilər, heyvanlar və quşlar
zərər çəkir. Ehtiyatsızlıq və laqeydlik meşənin
bioloji müxtəlifliyi üçün ən böyük təhlükədir.
Meşənin təbii ehtiyatlarından istifadə etməzdən
əvvəl (göbələk, meyvə, giləmeyvə, dərman
bitkiləri və.s) meşə qanunvericiliyi ilə tanış
olmaq zəruridir. Azərbaycan meşələri birinci
kateqoriyalı qoruyucu meşələrə aid olduğuna
görə meşə ehtiyatlarından düzgün istifadə
qaydalarını bilmək hamının əsas vəzifəsidir.
Meşə heyvanlarının əksəriyyəti uzaqdan
insanın yaxınlaşdığını hiss edib, ondan uzaq-
laşmağa cəhd edirlər. Əksinə, insanın lazımsız
müdaxiləsi onların dinc həyatını poza bilər.
Bəzən ehtiyatsızlıq edib tanış olmayn bəzəkli
böcəyi və ya digər həşəratları ələ götürmək
cəhdi həşəratın sancması ilə nəticələnir. Eyni
zamanda təhlükəsiz hesab edilən rəngarəng
kəpənəkləri tutub müvəqqəti zövq alan insanlar
özlərinin xəbəri olmadan bəlkə də nadir bir
növün həyatına son qoyurlar.
Meşə öz həyatını yaşayır və bu həyatın
qanunlarını bilmək zəruridir. Uşaqları quş
yuvalarını, qarışqa yuvalarını dağıtmaqdan
çəkindirmək lazımdır. Azyaşlı uşaqları tək
buraxmaq olmaz. Onlar yolu azıb meşədə
itə bilərlər. Bəzən nəzarətsiz qalan uşaqlar
kibritlə oynayaraq təsadüfən meşə yanğını
da törədə bilər. Yanğın baş verdikdə uşaqlar
həmin yeri dərhal tərk edib böyükləri xəbərdar
etməlidirlər.
Meşədə insanları gözləyən təhlükələrdən
biri də vəhşi heyvanlardır. Vəhşi heyvanların
balalarını tapıb meşədən evə gətirən uşaqlar
böyük təhlükəyə məruz qalıb risk edirlər.
75
Dişi heyvanlar balasının izi ilə cox asanlıqla
onu tapır və insanlara hücum edirlər. Adi
dovşan və kirpini gördükdə hamı ayaq saxlayıb
maraqla müşahidə edirlər. Lakin vəhşi qabanla
qarşılaşdıqda (xüsusən yanında balaları varsa)
insan üçün təhlükəli ola bilər. Bu zaman ehtiyatlı
olub yaxına getmək olmaz.
DİQQ T!
Meşə heyvanları insanla qarşılaşmaqdan
çəkinirlər. Heyvanlar insanı uzaqdan duyaraq
əksər hallarda onun yolundan kənara çıxıb
uzaqlaşmağa çalışırlar. Bir çox hallarda heyvan-
lar yaralı olduqda və yaxud balalarını müdafiə
etdikdə insan üçün təhlükəli ola bilər. Meşədə
ayı ilə qarşılaşdıqda qaçmaq olmaz. Sakit və
hərəkətsiz durub heyvanın getməsini gözləmək
lazımdır. Vəhşi heyvanlara və ya yirtıcı
heyvanların balalarına rast gəldikdə, dərhal
həmin yerdən uzaqlaşmaq lazımdır. Bu zaman
qaçmaq olmaz, çünki qaçan hədəfi təqib etmək
yırtıcılar üçün çox asandır. Çox vaxt təsadüf
nəticəsində heyvanlara xəsarət yetirdikdə,
məsələn, ilanı tapdaladıqda və ya təhlükəli
məsafə
də yaxınlaşdıqda vəhşi heyvanlar
insana hücum edirlər. Qış mövsümündə
meşə də yaşayan ayı və canavarlar insan üçün
təhlükəli olur. Buna görə də qar üzərində vəhşi
heyvanların izlərini gördükdə ehtiyatlı olmaq
lazımdır. Meşədə yuva aşkar etdikdə yaxşı
olar ki, dərhal həmin yerdən uzaqlaşasınız.
Uzaqdan yaxınlaşan vəhşi heyvanları gördükdə
tənha qalmış insanlar ağaca çıxmaqla canlarını
qurtara bilərlər. Meşədə gecə vaxtı hərəkət
etmək təhlükəlidir. Buna görə də müvəqqəti
dayanacaq yeri təyin edib gecələmək və səhər
yola davam etmək olar. Düşərgə hər tərəfi açıq
olan sahədə salınır. Əgər yaxınlıqda canavar və
ayı izləri aşkar edilibsə, çoxlu odun tədarük
edilir. Gecə səhərə qədər tonqal yandırılır ki,
vəhşi heyvanlar yaxına gəlməsinlər.
Yay mövsümündə yırtıcı heyvanlar nadir
hallarda meşədə gəzən insanlara hücum edirlər.
Əksər hallarda marşrutdan kənara çıxan turist-
lər və ya hər şeylə maraqlanan uşaqlar yırtıcı
heyvanların yuvasına yaxınlaşdıqda hücuma
məruz qalırlar. Yuvasını və balalarını qoruyan
dişi heyvanlar bütün hallarda böyük təhlükədir.
Meşədə rast gəlinən heyvan balalarını gördükdə
dərhal həmin yeri tərk edib uzaqlaşmaq
lazımdır. Ayı və digər heyvanlar öz balalarını
müdafiə edərkən insana hücum edə bilər.
Bir çox bədbəxt hadisələrə məhz yırtıcıların
balalarını evlərinə aparan insanlar düçar olur.
Ayı balasının qoxusu ilə uzaq məsafə qət
edərək, yaşayış məntəqələrinə hücum edir.
DİQQ
T!
Yırtıcı heyvanlardan ən çox canavarlar və
qış yuxusundan yarımçıq oyanmış ayılar qışda
insan üçün təhlükəli olur. Qida çatışmazlığı
nəticə sində ac qalan heyvanlar insanlara və
ya yaşayış məntəqələrinə hücum edirlər.
Təsadüfən meşədə ayı və ya canavarla qarşılaşan
insan vaxtında uzaqlaşmağa imkan tapmırsa,
ən sadə çıxış yolu ağacın başına çıxmaqdır. Bir
76
müddət əl çatmaz budaqda oturub heyvanın
sakitləşməsini və uzaqlaşmasını gözləmək lazım
gəlir.
Qar üzərində yırtıcıların izlərini aşkar
etdikdə dəstə üzvləri birlikdə həmin yeri
təcili tərk etmək və ehtiyatlı olmaq lazımdır.
Əgər belə bir yerdə qaranlıq düşdüyünə görə
dayanacaq etmək lazım gəlirsə, ilk növbədə
böyük bir tonqal qalayıb, dəmir alətləri bir-
birinə vuraraq vəhşi heyvanları hürkütmək
lazımdır. Ucadan səs-küy və alovlu məşəllər
heyvanların yaxınlaşmasına mane olur. Əgər
yırtıcının hücumundan qaçıb yaxa qurtarmaq
mümkün olmadıqda insan xəsarət alıbsa,
yol yoldaşları ilk tibbi yardım göstərməklə
zərərçəkəni təcili olaraq tibb məntəqəsinə
çatdırmalıdırlar. Vəhşi heyvan insanı yaraladıqda
dərhal ilk tibbi yardım göstərərək yaranın ətrafı
dezinfeksiya edilir və sarğı qoyulur.
Əsasən mart-aprel aylarında ayı qış
yuxusundan oyanıb yuvadan çıxır. Ayı balaları
ilə birlikdə insanın yolunun üstünə çıxdıqda çox
vaxt kənara çəkilib gedir. Lakin ayı öz yuvasının
yaxınlığında olduqda, dərhal insana hücum
edib balalarını müdafiə etməyə çalışacaqdır.
Təsadüfən bu vəhşi heyvanla rastlaşdıqda
heyvanın qaçıb getməsinə imkan yaratmaq
lazımdır. Heyvan yaxınlaşdıqda səs-küy salaraq
və od yandıraraq onu hürkütmək mümkündür.
Yalnız çıxılmaz vəziyyətə düşdükdə və təcavüzə
məruz qaldıqda insan özünü müdafiə etmək
üçün odlu silahdan istifadə edə bilər.
Yay mövsümündə ilanlar, əqrəblər və
zəhərli həşəratlardan qorunmaq vacib şərtdir.
İlanlara yaxınlaşmaq, maraq xatirinə də
olsa, dayanıb müşahidə etmək qəti surətdə
olmaz. Səfərə çıxmazdan əvvəl təcrübəsiz
turistlər bu təhlükəli heyvanlar haqqında
ətraflı məlumatlandırılmalıdır. Meşədə düz gün
davranış qaydalarına riayət olunması gözlənil-
məz bədbəxt hadisələrin qarşısını vaxtında ala
bilər.
Zəhərli ilanlar və həşəratlar
Son illərin məlumatına görə hazırda Azər-
baycan faunasında 30 növ ilana rast gəlinir.
Meşələrdə əsasən təlxələrə təsadüf olunur.
Təlxə növləri zəhərsizdir. Məsələn: İran təlxəsi
yalnız Talış meşələrində rast gəlinir. Naxışlı
təlxə isə Böyük Qafqaz meşələrində adi növdür.
Meşələrin rütubətli və su olan yerlərində su
ilanının hər iki növünə rast gəlinir. Bir qayda
olaraq, zəhərli ilanlardan meşədə daha çox
rast gəlinən adi qalxansifətdir. Bu zərli ilana
Talış regionunun meşələrində təsadüf olunur.
Gürzələr isə əsasən quru yerlərə (çöllərə və
yarımsəhralara, düzənlik ərazilərə), günəş şüa-
ları nın yaxşı qızdırdığlı yerlərə üstünlük veririlər.
Meşənin sıx və günəş şüalarının düşmədiyi
hissəsinə daxil olmurlar.
Nadir hallarda meşə kənarlarında və
meşə talalarında gürzə ilanına rast gəlinir.
Meşə
də olarkən ilanlardan qorunmaq üçün
bəzi təhlükəsizlik qaydalarına riayət etmək
lazımdır. Meşənin açıq hissəsində daşları əllə
77
qaldırmaq və ya ağacların çürümüş gövdələrinə
və ağac koğuşlarına əl vurmaq olmaz. Lakin
bu təhlükəsizlik tədbirlərinə meşə kənarı
ərazilərdə gəzərkən də əməl etmək lazımdır.
Bir qayda olaraq gürzə (Vipera lebetina L.)
rütubətli və kölgəli yerləri sevmir. Lakin isti yay
mövsümündə meşə talalarında təsadüf oluna
bilər.
İlanlar ən çox meyvə, giləmeyvə və göbələk
yığımı zamanı fəal olurlar. Bəzən gecə vaxtı gur
tonqalın istisi və işığı onları cəlb edir. Buna görə
də ilanların fəallaşdığı mövsümdə təhlükəsizlik
tədbirlərinə riayət olunmalıdır. Meşəyə səfərə
hazırlaşarkən rezin uzunboğaz ayaqqabılardan,
ayaqları örtən üst geyimlərindən istifadə olun-
malıdır. Geyimin ayaq hissəsi qatlanıb qısa
boğazlı ayaqqabının içərisinə salınır. Kolluqdan
və sıx otluqdan keçmək üçün uzun əl ağacından
istifadə oluur.
Meşədə ilanlarla qarşılaşdıqda heç bir
kəskin hərəkət etmək olmaz. Qanunsuz meşə
qırmaları və yanğın zamanı zəhərli sürünənlərlə
qarşılaşmaq ehtimalı daha da artır. Bəzi ilanların
davranışını bilmək vacib şərtdir. Gürzə ilanı
hücum etməzdən əvvəl bədəninin ön hissəsi
qıvrılmaqla xəbərdarlıq edir. Belə vəziyyətdə
olan ilanları aşkar etdikdə dərhal uzaqlaşmaq
lazımdır. Nəzərə almaq lazımdır ki, ilanlar yalnız
müdafiə olunaraq sancırlar.
İlan sancdıqda nə etməli? Əgər təsadüfən
ilan sancıbsa, ilk öncə onun zəhərli olub-
olmadığı aydınlaşdırılır. Zəhərsiz ilan sancdıqda
dərinin üzərində xırda nöqtələrdən ibarət
2 ədəd qövsvari zolaq əmələ gəlir. Zəhərli
ilanın dişlərinin yeri bir qədər fərqli olur. İlanın
sancdığı nahiyədə dəridə yaranan qövsvari
zolaqların arasında zəhər dişlərinin yerində iki
kiçik nöqtə əmələ gəlir və yaradan qan çıxır.
Zəhərli sürünənin hücumuna məruz qalanlara
dərhal tibbi yardım göstərilməlidir. Bədənin
həmin hissəsində kəskin ağrı, qızartı və şiş
əmələ gəlir. Bir qədər sonra limfa düyünləri
boyu qırmızı zolaqlar müşahidə olunur. Eyni
vaxtda ağızda quruluq, susuzluq, yuxulama,
zəiflik və baş gicəllənməsi başlayır.
Yaraya (jqut) möhkəm sarğı qoymaq
olmaz. Bədən nahiyəsinin sarğı ilə bağlanması
zəhərin yayılmasına mane olmur. Qana keçən
zəhər ani olaraq yayılır və 20-25 dəqiqədən
sonra mərkəzi sinir sisteminə təsir göstərir.
İlanın sancdığı nahiyədə kəskin ağrı və
şişkinlik müşahidə olunur. Əgər ilan barmağı
sancıbsa, çiyinə qədər qolun şişməsi baş verir
və yaranın ətrafında dəri göyümtül-qırmızı
rəng alır. Yaranın ətrafında toxumaların qida-
lanması pozulur. Belə vəziyyətdə möhkəm
sarğı qoyulduqda qan dövranı pozulur və
toxumalarda maddələr mübadiləsi zəifləyir.
Bərk sarğı isə zəhərin yayılmasının qarşısını
almır, əksinə əzələ toxumalarının məhv
olmasına səbəb olur. Nəticədə ətrafların iltihabı
baş verir və əməliyyat nəticəsində kəsilməsi
ilə başa çatır. İlan sancmış insana spirtli içki
vermək olmaz. Alkoqollu içkilər zəhərə heç
bir təsir etmir, əksinə zəhərin bədəndən xaric
edilməsinə mane olur və təsirini gücləndirir.
Təcili olaraq yaradan zəhərin sorulmasına,
yaranı kəsib qanın axıb təmizlənməsinə çalış-
maq lazımdır. Bu halda hər şeydən əvvəl cəld
yardım göstərib yaradan zəhərli qanı sorub
kənara tüpürmək lazımdır. Lakin bəzi hallarda
yaradan zəhəri sormaq və bərk sarğı qoymaq
məsləhət görülmür. Çünki ağız nahiyyəsində
yara vardırsa, zəhər digər insanın bədəninə
keçə bilər. Yardım göstərən şəxs üçün bu bir
o qədər də təhlükəli deyildir. Yaranı kəsib
böyütmək o qədər də məsləhət görülmür. Bu
zaman əzələlərin zədələnməsi və yoluxucu
xəstəliklər baş verə bilər.
Bundan sonra yaraya yod məhlulu cəkilir.
Zəhəri təmizllədikdən sonra yara olan nahiyənin
hərəkətini məhdudlaşdırmaq lazımdır. Bunun
üçün ilanın sancdığı ayağı salamat ayaqla birlikdə
sarımaq və ya qolu qatlanmış vəziyyətdə tən-
ziflə sarımaq olar. Kəskin ağrını azaltmaq üçün
1-2 ədəd ağrıkəsici həb qəbul etmək olar. Zərər
şəkmiş insanın bədənindən zəhəri çıxarmaq
üçün mümkün qədər çoxlu miqdarda su, çay,
mineral sular içirtmək lazımdır.
78
İlk tibbi yardım tədbirlərindən sonra
zərərçəkmiş insan tibb məntəqəsinə aparılır.
Xəstə uzandırılıb mümkün qədər tez təcili yar-
dım məntəqəsinə çatdırılmalıdır. İlan zəhərinə
qarşı zərdab vurulmalıdır. Əgər insan meşədə
tək qalıbsa, hadisə baş verən kimi dərhal imkan
daxilində göstərilən tədbirləri yerinə yetirib
tibb məntəqəsinə getməlidir.
Zəhərli həşəratlar.
Meşədə məskunlaşan
təhlükəli həşəratlara eşşək arısı, mozalan, bal
arısı, gənələr və s. aiddir. Çox zaman təsadüf
və ya ehtiyatsızlıq nəticəsində insan bir neçə
dəfə və hətta dəfələrlə arı sancmasına məruz
qalır. Arı zəhərinə qarşı həssas orqanizm aller-
giya şəklində reaksiya verir. Hətta bəzi hal-
lar da bu hadisə ölümlə də nəticələnə bilər.
Daha təhlükəli vəziyyət həşəratın dil və
dodaq nahiyələrini sancması zamanı baş verir.
Bu zaman kəskin ağrı, dəri qizartısı, hərarət
artması, şişkinlik əmələ gəlir. Çoxlu miqdarda
həşərat sancdıqda baş gicəllənməsi, titrətmə,
zəiflik, baş ağrısı, ürəkbulanmaı, qusma, yük-
sək temperatur müşahidə olunur. Zəhərə
qarşı həddindən artıq həssas orqanizmdə dəri
səpməsi, ürəkdöyünməsi, bel və əzələ ağrısı
yaranır. Tənəffüsün, ürək fəaliyyətinin zəifləməsi
hallarında təcili yardım göstərilməsə, hadisə
ölümlə nəticələnə bilər. Meşəyə səyahət edən
insanlar müxtəlif aerozollardan, sütgülərdən
və məlhəmlərdən istifadə edərək özlərini qan-
soran həşəratlardan qorumalıdırlar.
Meşədə gəzərkən arı, eşşək arısı, mozalan
və digər həşəratlar sancdıqda insanın vəziyyəti
fərdi qaydada orqanizmin həssaslığından, sanc-
ma olan nahiyədən və həşəratların sayından asılı
olur. Hətta bir həşəratın sancması da böyük
narahatlığa səbəb olur. İnsan ən çox baş, beyin
və üz nahiyəsindən sancmaları ağır keçirir. Bu
halda baş gicəllənməsi, şişkinlik, ağrı, qaşınma,
yandırıcı təsir və istilik hiss olunur.
Arı sancdıqda onun dəriyə sancılaraq qırı-
lan iynəsi mütləq çıxarılmalıdır. Bunun üçün
kiçik maqqaş, iynə, bıçaq istifadə edilə bilər.
Sonra həmin yerə soyuq suda isladılmlş sarğı,
dəsmal qoyulur ki, zəhərin sorulması zəifləsin.
Sancmadan sonra yaraya dərhal şəkər parçası
qoyduqda zəhəri yaradan sorub çıxarır və köp-
mənin qarşısı alınır. Xəsarət alan insan huşunu
itirdikdə dərhal özünə gətirmək lazımdır.
Buna görə də ilk növbədə meşədə olarkən
geyimin örtülü olmasına fikir vermək lazımdır.
Möhkəm, qalın parçadan tikilmiş və bədənə sıx
geyim, baş örtüyü, uzun şalvar mütləq geyilmə-
lidir. Bədənin açıq nahiyələri həşəratlara qarşı
xüsusi məhlulla dezinfeksiya olunmalı, hər
1-1,5 saatdan bir geyim və bədən nəzərdən
keçirilməlidir.
Meşədə yayılmış təhlükəli həşəratlardan
biri də gənədir. Bəzi gənələr çox ağır ensefalit
- beyin iflici xəstəliyinin daşıyıcısıdır. Ağır hal-
larda hətta ölümlə nəticələnən bu xəstəlik
həyat üçün təhlükəlidir. Gənə ensefaleti ilk
növbədə mərkəzi sinir sisteminin pozulması ilə
səciyyələnir. Nəticədə xəstə iflic vəziyyətinə
düşə bilər. Xəstəlik kəskin baş ağrıları, titrətmə,
əzginlik, ürəkbulanması, başgicəllənmə, karlıq,
yuxusuzluq, aşağı və yuxarı ətrafların, üz
əzələlərinin iflici ilə özünü biruzə verir. Xəstənin
temperaturu 38°-39°C-yə qədər artır. Müalicə
olunmadıqda xəstəlik hətta ölümlə nəticələnir.
Bəzən xəstəlikdən sonra ağır bədən xəsarətləri
və əlillik qalır. Boyun və kürək nahiyəsində,
əzələlərdə ağrılar hiss olunur. Dəriyə sancılmış
gənəni ilk 2 saat ərzində düzgün çıxarılarsa,
xəstəlikdən yaxa qurtarmaq mümkün olur.
Gənə - qansoran həşərat növlərindəndir.
Bu parazit həşəratlar həm də gənə borreliozu
xəstəliyinin daşıyıcılarıdır. Borrelioz xəstəliyində
insan orqanizminin mərkəzi sinir sistemi, ürək-
79
damar sistemi, dayaq-hərəkət sistemi zərər
çəkir. Əzələ ağrıları, zəiflik, ümumi narahatlıq,
əzginlik, titrətmə kimi əlamətlərlə müşayət
olunur. Gənə dəriyə sancıldığı nahiyyədə 15-16
sm, bəzən isə 60 sm diametrində ikirəngli şiş
əmələ gəlir. Xəstəliyin yoluxması gənənin qan
sorması ilə başlanır. Gənə dəriyə yapışdıqdan
sonra 2-3 saat sonra insan üçün daha təhlükəli
dövr başlanır. Gənə ensefalitində inkubasiya
dövrü 7-14 gün bəzi hallarda isə 1-3 və ya
40-60 gün ola bilər. Borrelioz xəstəliyində isə
inkubasiya dövrü 22-32 gün olur.
Meşədə gəzərkən insan dərisinə sancılmış
gənəni aşkar etdikdə onu qəti surətdə dartıb
cıxarmaq olmaz. Dəriyə sancılmış gənənin
yapış dığı nahiyə spirtlə və ya yod məhlulu ilə
silindikdən sonra maqqaşla ehtiyatla çıxarılma-
lıdır. Əgər spirt və ya yod məhlulu yoxdursa,
gənənin sancıldığı yerə bir neçə damcı yağlı
məhlul və ya odekolon damızdırıb, yalnız 15-
20 dəqiqədən sonra ehtiyatla gənəni əzmədən
çıxarmaq lazımdır. Gənə yandırılır və ya dez-
infeksiya məhlulu olan qaba salınır. Bu zaman
həşəratın möhtəviyyatı yaraya tökülməməlidir.
Bunun üçün başqa üsul da vardır. Sapdan ilgək
hazırlayıb gənəyə keçirmək və sapın uclarını
buraraq ehmallıca dartmaq lazımdır.
Əgər gənənin başı qırılıb dəridə qalarsa,
həmin nahiyyəni spirt məhlulu ilə təmizləyib,
sterilizə olunmuş iynə ilə (odda közərdilmiş)
başı çıxarmaq olar. Sonra əlləri təmiz yumaq
lazım gəlir. Yaranı dezinfeksiya edici maddələrlə
işləyib mütləq həkimə müraciət etmək lazımdır.
Gənə yoxlanılmaq üçün tibbi laboratoriyaya
təhvil verilir və yoluxuculuq qabiliyyəti təyin
olunur.
Bütün bunları nəzərə alaraq əlləri təmiz
dezinfeksiya etmək lazımdır. Çünki təmiz
yuyul madıqda infeksiya qida vasitəsiylə mədəyə
düşə bilər. Eyni zamanda əlləri gözə, ağızın və
burunun selikli qişasına da vurmaq olmaz. Yaranı
təmizlədikdən sonra xəstəyə dimedrol, aspirin
və ya analgin həbləri verilir. Daha ağır hallarda
həbləri əzib toz halında dilin altına səpmək və
bir qədər su əlavə edib dilin altında saxlamaq
məsləhət görülür. Yaranın üzərinə buz qoyulur.
İsti şirin çay, kofe qəbul edilir. Ürək döyünməsi
zamanı validol və ya nitroqliserin həbləri qəbul
edilir. Gənə çıxarıldıqdan sonra yardım olunan
insan təcili tibb məntəqəsinə çatdırılmalıdır.
Bu təhlükədən qorunmaq üçün meşəyə
gedərkən hamar materialdan tikilmiş uzunqollu
üst geyimindən istifadə olunur. Geyim açıq
rəngdə olmalıdır ki, üzərinə yapışan həşəratlar
aydın görünsün. Bədənin hər tərəfi örtülü ol-
malı, ayağa corab və örtülü ayaqqabılar geyin-
mək lazımdır. Uzunqol geyimlər biləkdə və
topuqda rezin iplə möhkəm çəkilib bağlanır.
Hər 1-2 saatdan bir geyim diqqətlə nəzərdən
keçirilir və üzərindəki həşəratlar kənar edilir.
Bədənin açıq hissələri həşəratlara qarşı xüsusi
məhlullarla işlənir. Yadda saxlayın ki, gənələr
səhər və axşam saatlarında daha fəal olur.
Çox isti havada və ya güclü yağışlar zamanı isə
nisbətən fəallıqlari zəifləyir. Gənə paltarın altına
keçdikdə bir müddət sürünərək sancmağa
yer axtarır. Diqqətli olduqda zərərvericini çox
asanlıqla vaxtında aşkar etmək olar.
Meşədən evə qayıdarkən üst geyimində
evə daxil olmaq məsləhət deyil. Geyimi
diqqətlə nəzərdən keçirib təmizləmək lazım-
dır. Meşədən çiçəklər və dərman bitkiləri gətir-
Dostları ilə paylaş: |