Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”


¤Sən məni ayıltdın Allah səni ayıltsın¤



Yüklə 373,9 Kb.
səhifə2/6
tarix13.03.2017
ölçüsü373,9 Kb.
#11045
1   2   3   4   5   6

¤Sən məni ayıltdın Allah səni ayıltsın¤
Əhməd ibn Asim رحمه الله belə deyir: “Bir gün Süfyan əs-Sovri (رحمه الله) və Fudeyl ibn İyad ( رحمه الله) qarşılaşaraq birlikdə oturub Allahı xatırladılar və Onun qorxusundan ağladılar. Məclisləri sona yetdikdə Sufyan belə dedi: “Mən elə ümüd edirəm ki, bizim Allahı xatırlamaq üçün oturduğumuz bu məclis (Allah qatında) ən xeyirli və bərəkətli məclislərdən ola.”

Fudeyl isə cavabında: “Mən isə qorxuram ki, bizim Allahı xatırlamaq üçün oturduğu­muz bu məclis qiyamət günü bizim üçün məzəmmət məclisi ola. Sən, səndə olan ən yaxşı əxlaqı mənə göstərərək mənim gözümdə gözəl görünməyə çalışmadınmı? Məndə özümdə olan ən gözəl əxlaqı sənə göstərməyə çalışmadımmı? dedi. Sufyan bu sözlərdən sonra uca səslə ağladı və belə dedi: “Məni ayıltdın Allah səni ayıltsın.” “Hilyətul Ovliyə 8/114”.


¤Əbu Muslim əl-Xovlani¤
Əlqamə ibn Mərsəd رحمه الله belə deyir: “Zahidliyin yüksək mərtəbəsinə tabiinlərdən olan səkkiz kişi çatmışdır. Onlardan biri də “Əbu Muslim əl-Xovlani” رحمه الله dir. O, oturduğu hər hansısa bir məclisdə dünya işlərindən olan hər hansısa bir işdən danışılardısa O dərhal o məclisi tərk edərdi. Bir gün O məscidə girdikdə orada oturan bir neçə nəfər gördü. Onların Allahı xatırladıqlarını güman edərək onlara qoşulmaq istədi. Lakin onlarla oturduqdan sonra onların dünyadan danışdıqlarını görüb belə dedi: “Subhənallah!” bilirsinizmi mənimlə sizin məsəliniz, yağışa düşüb ondan qorun­maq üçün bir evə girən, lakin sığındığı o evin də tavanının olmadığını görən bir kəsin məsəlinə bənzəyir. “Sifətu əs-Safvəti 2/370”.
¤Allahdan Qorxmaq¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Heç yaxşılıq etməmiş bir adam ailəsinə: “Mən öldüyüm vaxt məni yandırın, sonra (bədənimin) yarısı­nı quruya, (bədənimin) yarısınıda dənizə səpələyin! Allaha and olsun! Əğər Allah Təalə məni diriltmək iqtidarında olsa, mənə heç kəsə etmədiyi şiddətli əzab çəkdirəcək­dir.»” O adam öləndə, onun əmr etdiyini etdilər. Allah quruya əmr etdi, o içindəkini yığ­dı. Dənizə əmr etdi, o da içindəkini topladı. Sonra (o adama): “Bunu nə üçün et­din?” de­yə soruşdu. O adam: «Sənin qorxundan ey Rəbbim! Sən daha yaxşı bilirsən!” dedi. Allah Təala onu əfv etdi.” «Muslim».
¤Tövbə və qurtuluş torpağı¤
Əbu Səid əl-Xudri Peyğəmbərin belə dediyini rəvayət edir: “Siz­dən əvvəlkilərdən (ümmətlərdən) biri doxsan doqquz adam öldürdü. Dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gəlib belə dedi: “Doxsan doqquz adam öldürmüşəm.” Və (həmçinin) soruşdu ki, buna tövbə var­mı? O dedi: “Xeyr!” Həmin adam rahibi də öldürərək bununla sayı yüzə tamamladı. Sonra Dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib dedi ki, yüz adam öldürmüşəm və (həmçinin) soruşdu ki, buna tövbə var­mı? O dedi: “Bəli!” Kim tövbə edənlə tövbəsi arasına girə (tövbə edənə mane ola) bilər? İnsanların Allah-Təalaya ibadət etdikləri (filan) yerə get, onlarla birgə Allaha iba­dət elə və öz torpağına qayıtma, çünki ora pis (şər) yerdir. O yola düşüb yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Onun üçün rəhmət və əzab mələkləri öz aralarında mü­bahisə etməli oldular. Rəhmət mələkləri dedilər: “O tövbə edərək qəlbi ilə Uca –Allaha tərəf (doğru) gəlmişdir!” Əzab mələkləri isə dedilər: “O həqiqətən heç bir xeyir iş görməmişdir.” Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında ha­kim təyin etdilər. O dedi: “Bu iki (gəldiyi yerdən bura və burdan gedəcəyi yerə qədər) məsafəni ölçün, hansına yaxın olarsa, orada aiddir. Ölçdükdə gördülər ki, gedəcəyi yerə yaxındır və onu (onun ruhunu) rəhmət mələkləri aldılar.” Qatədə Həsənin belə dediyini rəvayət edir: “Bizə deyildiyinə görə: “Bu adama ölüm gəlincə sinəsiylə (o tərəfə doğru) irəliləmişdir (sürünmüşdür).” «Muslim».
¤Əhdə vəfalı olmaq¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Bəni İsrail­dən olan bir kişi öz millətindən olan bəzi kəslərdən borc olaraq min dinar istədi. Borc vermək istəyən bir dostu: “Bu pulu sənə verməmə şahid olsun diyə şahid gətir” deyər. Borc alan İsrailli: “Ən yaxşı şahid olmaq üzərə Allah kifayətdir” deyir. Borc vermək istə­yən: “O zaman bu borcuna zamin gərit” deyər. İsrailli: “Zamin olmaq üçündə Allah bəs edər” deyir. Borc vermək istə­yən: “Həqiqətən doğru söyləyirsən” deyər, və müəyyən bir vədə ilə min dinarı ona verər. Borc alan İsrailli dəniz səfərinə çıxır, işlərini görür, qayıt­maq istəyir. Borcunun vədəsi bitirdi. Vədələşdikləri vaxtda borcunu qaytarmaq istəyir­di. Lakin qayıtmaq üçün gəmi tapa bilmirdi. Bir odun parçası götürüb içini oyur. Min dinarı bunun içinə yığıb bir də məktub qoyaraq ağzını möhkəmcə bağlayır və dəniz kənarına gəlir. Belə bir dua edir: “Allahım! Sən çox yaxşı bilirsən ki, mən filan kimsədən min dinar borc götürdüm. Məndən zamin istədi. Zamin olmaq üçün Allah kifayətdir, dedim. Sənin zaminliyinə razı oldu. Şahid istədi. Şahid olmaq üzrə Allah kifayət edər, dedim. Şənin şahidliyinə də razı oldu. Vaxtında borcumu ödəmək üçün çalışdım. Geri qayıtmaq üçün bir gəmi axtardım. Tapmağa müvəffəq ola bilmədim. Artıq bu borcumu Sənin hifz və siyanətinə təqdim edirəm,” deyərək odun parçasını dənizə atdı. Odun parçası dənizə düşdükdən sonra o da geri qayıdar. Borclu belə gəmi tapmağa çalışarkən borc verəndə onun qayıdacağını ümüd edərək dəniz kənarına çıxar. Bu qızıl dolu ağac parçasını dəniz sahilində görər. Evdə yandırılar düşüncəsiylə o odun parçasını götürər. Evdə odun parçasını böldükdə içindəki pullarla məktub çıxar. Sonra borclu olan qayıdıb gəlir. Borc verən kəsin yanına gələrək: “Borcumun vədəsi gecikdi amma nə edim ki, gei qayıtmaq üçün gəmi tapa bilmədim, deyə and içər və çıxarıb borc aldığı kişiyə min dinar uzadar. Borc verən: “Sən mənə borcunu göndərmədinmi? Deyə soruşdu. Borclu: “Gəlmək və göndərmək üçün gəmi tapa bilmədiyimi söylədim” deyə cavab verir. Borc verən: “Allah Təala odun içində göndərdiyin pul ilə sənin borcunu ödədi,”deyir. Borclu­da sevinərək təkrar vermək üçün hazırladığı min dinarı götürüb gedət. «əl-Buxari».
¤Allahım sənə həmd olsun¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Bir kişi: “Bu gecə sədəqə verəcəyəm” deyərək, sədəqəsi ilə çıxır və sədəqəsini zinakar qadına verir. Səhər olduqda, (onun) gecə zinakara sədəqə verdiyi haqda danışmağa başladılar. Kişi: “Allahım sənə zinakara görə həmd edirəm. Sədəqə verəcəyəm.” deyərək, sədəqəsi ilə çı­xaraq, sədəqəni varlı olan bir kəsə verdi. Səhər olduqda varlıya sədəqə verdiyi haqda danışmağa başlayırlar. Kişi: “Allahım sənə varlıya görə həmd edirəm. Sədəqə verə­cə­yəm.” deyərək, sədəqəsi ilə çı­xaraq, sədəqəni oğru olan bir kəsə verir. Səhər olduqda gecə oğruya sədəqə verildiyi haqda danışmağa başlayırlar. Kişi belə dedi: “Allahım sənə zinakara, varlıya və oğruya görə həmd edirəm.” (Qiyamət günü) gətirildiyi vaxt ona belə deyiləcək: “Sədəqən artıq qəbul olunmuşdur. Zinakar sədəqənlə zina etməkdən çəkindi. Varlı yəqin ki, sədəqəndən ibrət alıb malından sədəqə verdi. Oğru isə sədəqənlə yəqin ki, oğurluq etməkdən əl çəkdi.” «Muslim».
¤Salehlər arasında qohumluq iman bağlarını gücləndirir¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “(Bir dəfə) bir nəfər başqa birisindən onun malikanəsini satın aldı. Sonra malikanəni satın alan adam oradan bir küp qızıl tapdı və mülk sahibinə dedi: “Gəl qızıllarını apar! Mən səndən ancaq torpaq sahəsini satın almışam, qızılıki almamışam.” Mülk yiyəsi dedi: “Mən onu sənə içindəkilərlə birlikdə satmışam.” Belə olduqda onlar öz mübahisələrini həll etmək üçün (şəriəti bilən) bir adama müraciət etdilər və həmin adam soruşdu: “Sizin övladınız varmı?” Onlardan biri: “Mənim bir oğlum var!”-dedi. O birisi isə: “Mənim bir qızım var!” –dedi. Onda həmin adam belə buyurdu: “Oğlanla qızı evlən­dirin və bu qızılların (bir qismini ) cavanlara xərcləyin, (bir qismini də) sədəqə verin!” «əl-Buxari».
¤Hikmətli qazi¤
Zubeyr ibn Bəkkar رحمه اللهbelə dedyir: “Bir qadın Ömər ibn Xəttabın yanına gə­lərək: “Ey mömünlərin əmiri! Mənim ərim gündüz oruc tutur, axşam da namaz qılır və mən də ondan Allaha itaətdə olduğu üçün şikayət etmək istəmirəm.”-dedi. Ömər ibn

əl-Xəttab da o qadına: “Sənin ərin nə gözəl insandır” dedi. Qadın bu sözünü bir neçə dəfə təkrar etdi, O da hər dəfə eyni cavabı verdi. Bu zaman Ka`b ibn Sivar əl-Əsədi: “Ey mömünlərin əmiri bu qadın sənə öz ərinin ondan uzaqlaşdığından şikayət edir” de­di. Ömər ibn əl-Xəttab da Ka`ba sualı başa düşdüyün kimi də onlar arasında ədalətli hökm ver dedi. Ka`b o qadının ərinin onun yanına gətirilməsini istədi. Qadının əri gəldikdə ona: “Arvadın səndən şikayət edir” dedi. Kişi də: “Yemək, içmə­yindənmi?” deyə soruşdu. Ka`b da: dediklərinin heç birindən. Yalnız ondan uzaq düşdüyündən şikayətçidir. Bilki, Allah sənə qadınlardan iki, üç və dördü ilə evlənməni halal etmişdir, (sənin də bir zövcən olduğundan) sən üç gün gecələriylə Allaha ibadət et, dördüncü gününü gecəsi ilə isə ailən üçün ayır dedi. Ömər Ka`ba xitabən: “Sənin etdiklə­rinin daha çox hansına təcüblənəcəyimi bilmirəm, qadının sualını anla­manamı, yoxsa verdiyin hökməmi” dedi və onu Bəsrəyə vali təyin etdi. “Məvaridinin əl-Əhkəm əs-Sultaniyyə Səh/92”.


¤Dünyanı axirət üçün tərk edən¤
Abdullah ibn Məsud Peyğəmbərin belə dediyini rəvayət edir: “Siz­dən əvvəlkilərdən (ümmətlərdən) öz məmləkətində yaşayan varlı bir kişi vardı.” Bir gün o içində olduğu hala baxıb bu (mülkün) bir gün bitəcəyini və bunların fani olduğu­nu, mal və mülkün onu Rəbbinə ibadət etməkdən yayındırdığını anladı” Bir gecə o saraydan onun tanınmadığı başqa bir məmləkətə getdi. Dəniz kənarına gəldi. Orada kərpic kəsib satır, ondan yeyir və artiq qalanından sədəqə verirdi. Günlər belə keçərkən onun halı, ibadəti və fəziləti həmin məmləkətin başçısına çatdı. Padşah onun yanına bir adam göndərərək onu öz yanına çağırtdırdı. Lakin o gəlməkdən boyun qaçır­dı. Beləliklə padşah onun yanına bir neçə dəfə adam göndərərək çağırır, o isə onun yanına gəlmək­dən boyun qaçıraraq: “Mənim onunla nə işim, onun mənimlə nə işi.” de­yirdi. Sonunda padşah özü miniyinə minərək onun yanına gəldi. Həmən kişi padşahı gö­rdükdə qaçmağa başladı. Padşah da onun dalınca qaçaraq, onun ardından: “Məndən sənə zərər gəlməz” dedi. Kişi dayandı, padşah onun yanına gələrək: “Allah sənə rəhm etsin! Sən kimsən? dedi. O da: “Başqa bir məmləkətin padşahı Filanın oğlu filanam”. Mən içində olduğum dünya neymətlərinə baxdım və bildim ki, bunlar bitəcək, tükənə­cək və bununla yanaşı artıq o məni Rəbbimə ibadətdən yayındırmışdır. Rəbbimə ibadət etmək üçün də mən, o mülkü tərk edib buraya gəldim.” dedi. Gələn padşah ona: “Mə­nim sənin etdi­yinə daha çox ehtiyacım var” dedi və miniyindən düşərək onu buraxdı. Sonra onunla birlik­də getdi. Onlar birlikdə Allaha ibadət edirdilər. Birlikdə də ölmələri üçün dua etdilər və öldülər. Abdullah ibn Məsud deyir ki, “Əgər Misirdə olsaydım Allah Rəsulu­nun bizə dediyi işarələrlə onların qəbirlərini sizə göstərər­dim.” “Əhməd müsnəddə (1/451), Bəzzar müsnəddə 4/267/3689), Şeyx Albani səhihləş­dirib.”
¤Öz çuxurunu doldurdu¤
Ömər ibn Abdul-Əzizin رحمه الله bir dostu var idi. Bir gün dostunun öldüyü ona xəbər veril­di. Onun ailəsinə baş sağlığı vermək üçün onların evinə getdi. Onların səslərini ucaldaraq ağladıq­larını gördükdə onlara: “Sizə ruzi verən bu deyildi. Sizi ruziləndirən əbədi diri olan və ölməzdir.” Bu ölən sizlərdən kiminsə yox yalnız öz çuxurunu doldurdu. Sizin də dolduracağınız çuxurlarınız var. Allah dünyanı yaratdıqda onun xarab, əhlininsə fəna olacağına hökm verdi. Hər bir birləşən bir gün ayrılacaqdır, yalnız Allah qalacaqdır. Sizlərdən kim ağlamaq istəsə öz nəfsinə ağlasın, çünki bu gün bunun getdiyi yerə sabah siz də gedəcəksiniz. “Mavaiz əl-imam Ömər ibn Abdul-Əziz səh 75”
¤İsrail oğullarından olan cüzam xəstəliyinə tutulmuş adamın, korun və keçəlin hekayəti¤
Rəvayət edilir ki, Əbu Hüreyrə Peyğəmbərin belə dediyini eşitmişdir: “(Vaxtı ilə) Allah İsrail oğullarından üç nəfəri cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imatahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk (insan qiyafəsində əvvəlcə) cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər.” Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib get­di, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Dəvə yada inəkdir”-deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!”

Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gö­zəl saçım (olsun) və bu (keçəllik) məndən getsin. İnsanlar artıq məndən diksinirlər.” Mə­lək əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mə­lək soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “İnəkdir”-dedi. Ona bogaz inək ve­rildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!”

Bundan sonra mələk korun yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim.” Mələk əlini (onun gözlərinə sürtdü) və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyundur”-dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!)”

Bundan sonra bu ikisinin heyvanları bala verdi, üçüncüsünün də (qoyunu) balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünündə bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi gör­kəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə sonrada sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və (bu qədər) sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim.” (Bu adam cavabında ona) dedi: “Düzü (özü­mün) o qədər verəcəyim var ki!” (Mələk) ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə (istədiklərini) vermədimi?” Adam dedi: “(Bu var-dövlət) mənə ata-babalarımdan miras qalmışdır.” Mələk dedi: “Əgər yalan danışır­sansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini sö­ylədi. Əvvəlki adam onu rədd etdiyi kimi keçəl də ona yox cavabı verdi. (Onda Mələk) dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: “Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənin göz­lərini özünə qaytaran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim.” Adam dedi: “(Doğrudur,) mən kor idim Allah gözlərimi mənə qay­tardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün şeylərə hədd qoymaya­cağam.” Mələk dedi: “Malını özünə saxla bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi tutdu!” «əl-Buxari».


¤Danışan inək və canavar¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Bir dəfə bir kişi inəyini yükləyərək yolla sürürdü. İnək ona tərəf çevrilib: “Mən bunun üçün xəlq olunmamışam! Mən yalnız əkin üçün xəlq olunmuşam!” dedi. İnsanlar buna təəccüb edərək belə dedilər: “Subhənallah! İnəkdə danışarmı?” Peyğəmbər belə bu­yurdu: “Buna mən iman edirəm və mənimlə birlikdə Əbu Bəkr və Ömərdə iman edir­lər.”

Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Bir gün bir çoban qoyun otararkən bir canavar gələrək sürüdən bir qoyunu apardı. Çoban onu təqib edərək qoyunu ondan aldı. Canavar ona tərəf çevrilərək belə buyurdu: “Yırtıcıların günü­ baxarıq. O gün bu sürüyə məndən başqa çoban olmayacaqdır.” İnsanlar “Subhənallah! dedikdə, Peyğəmbər belə bu­yurdu: “Buna mən iman edirəm və mənimlə birlikdə Əbu Bəkr və Ömərdə iman edir­lər.” «Muslim»


¤Danışıqda sadiq olmaq¤
İbn Şihab belə rəvayət edir: “Sonra Peyğəmbər Təbuk döyüşünə getdi. Halbuki özü romalılarla Şamdakı xristiyan ərəblərinin üzərinə getmək istəyirdi. İbn Şihab deyir ki; Mənə Əbd ər-Rahman ibn Abdullah ibn Kəab ibn Malik xəbər verdi ki, Kəab gözləri tutulduqdan sonra onu gəzdirən oğlu Abdullah ibn Kəab belə deyir ki, o Kəab ibn Məlikin Təbuk döyüşündə Peyğəmbərlə iştirak etməyib, arxada qalma­sından danışdığını eşidib. Kəab belə rəvayət edir: “Təbuk döyüşündən başqa, Allahın Elçisinin döyüşlərinin heç birində arxada qalmadım. Bir də arxada qalanların məzəmmət olunmadığı Bədr savaşında olmadım. Beləki, Allahın Elçisi və müsəlmanlar Qureyşin dəvələri üçün çıxmışdılar. Allah da onları vədə­ləşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Mən həmçinin İslama sadiq qalaca­ğımıza əhd etdiyimiz Əqəbə (Məkkə yaxınlığında Peyğəmbərin Mədinə­dən olan tərəfdarları (ənsarlar) ilə gizli görüşdükləri yerin adı) gecəsi Peyğəm­bərlə birgə idim. İnsanlar arasında Bədr döyüşünün Əqəbə beyətindən daha üs­tün sayılmasına baxmayaraq mənim üçün Əqəbə beyəti daha sevimli idi. O ki, qaldı Təbuk döyüşündə iştirak etməyib Allah Elçisindən arxada qalmağıma, həqiqətən o döyüşə getmədiyim vaxtdakı kimi heç bir zaman güclü və varlı olmamışam. Allaha and olsun ki, o vaxta qədər heç iki minik heyvanım da yox idi, am­ma o döyüş zamanı bunlar mənim varım idi. Allah Elçisi Təbuk döyüşünə şiddətli bir isti zamanı yola düşdü. Bu səfər çox uzun və təhlükəli, qarşılaşacaqları düş­mənin isə sayı çox olduğundan, o, müsəlmanlar bunları nəzərə alıb hazırlıq görsünlər deyə, məq­sədini açıqlayıb, gedəcəyi istiqaməti onlara xəbər verdi. Allah Elçisi ilə o qədər müsəlman var idi ki, sayı hafiz bir kəsin kitabına yerləşməzdi. Kəab dedi: Uca Allahdan vəhy gəlməmiş heç kəsin bilməyəcəyini zənn edərək gizlənənlər çox az idilər. Allah Elçisi bu döyüşə meyvələrin yetişdiyi, köl­gələrin xoş olduğu, mənim də vurğunu olduğum bir zamanda çıxmışdı. Allahın Elçisi və onunla birgə müsəlmanlar hazırlaşırdılar. Məndə onlarla hazırlaşmaq üçün səhərlər çıxırdım, amma heç nə etməyib qayıdırdım və öz-özümə deyirdim ki, istədiyim hər bir zaman bunu edə bilərəm. Başqaları səylə hazırlaşdıqları halda, mən belə etməkdə davam etdim. Nəhayət bir sabah Pryğəmbər digər müsəl­manlarla birgə yola çıxdı, mən isə hələ də hazırlıqdan heç bir şey etməmişdim. Yenə ev­dən çıxıb, heç bir şey etməyib qayıtdım. Mən belə vəziyyətdə olduğum halda, (onlar) sü­rətlə aralana­raq uzaqlaşdılar. Mən yola çıxıb onlara çatmaq qərarına gəldim. Kaş ki, bunu edərdim! Amma bu mənə nəsib olmadı. Allahın Elçisi Mədinədən çı­xıb döyüşə get­dikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kədərləndirən o idi ki, burada yal­nız münafiqlikdə ittiham olunanlar və Allah döyüşə getməməyə rüxsət ve­rdiyi zəiflər qalmışdı. Allahın Elçisi Təbukə çatana qədər mənim haqqımda heç nə danışmadı. Artıq orada, Təbuk əhalisinin arasında oturduqda belə soruşdu: “Kəab ibn Malik nə edir?” Bəni Səlimə tayfasından biri dedi: “Ey Allahın Elçisi, onu bahalı paltarı və təkəbbürlüyü gecikdirdi.” Muaz ibn Cəbəl ona dedi: “Nə pis dedin! Ey Allahın Elçisi Allaha and olsun ki, biz onun haqqında xeyirdən (yaxşılıqdan) başqa heç nə bilmirik.” Allahın Elçisi susdu və bu zaman ağ paltarlı bir adamı ilğım (xəyal) kimi görərək dedi: “Gərək ki, bu Əbu Xeysəm olsun!” O, həqiqətən bir saa (2,5 -3 kq arası) xurmanı sədəqə etdiyi üçün münafiqlərin rişxəmd etdikləri Əbu Xeysəm əl-Ənsari idi. Kəab dedi: “Biləndə ki, artıq Allahın Elçisi Təbukdan qayıdır, məni dərin hüzn bürüdü və öz-özümə: “Onun qəzəbindən necə qaçım?” deyə (yalandan) bəhanələr uydurmağa (fikirləşməyə) başla­dım, bunda kömək üçün müdrük ailə üzvlərimdən hər birinə müraciət etdim.
(Adamlar) danışanda ki, artıq Allahın Elçisi lap yaxındadır, bütün yalanlar getdi və mən başa düşdüm ki, heç bir yalan məni onun qəzəbindən qurtarmaz, odur ki, düzünü demək qərarına gəldim. Səhər Allahın Elçisi qayıtdı. O, hər hansı bir səfərdən qayıdanda, hər şeydən əvvəl məscidə gələr, iki rükət namaz qılar, sonra oradakı adamlarla oturardı. Bunları etdikdən sonra Təbuk döyüşündən yayınan sək­səndən artıq kişı gəlib Peyğəmbərə müxtəlif bəhanələr gətirməklə və and içməklə üzürhaqlıq etməyə başladılar. Allahın Elçisi Onların camahat ara­sında dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün bağışlanma di­lədi, qəlblərində gizlətdiklərini isə Allaha həvalə etdi. Mən Ona yaxınlaşdım və Onu salamladıqda qəzəbini gizlədən adamın təbəssümü kimi bir təbəssümlə: “Gəl!” dedi. Mən yaxınlaşdım və qarşısında oturdum. Peyğəmbər belə buyurdu: “Bu döyüşdən yayınmağının səbəbi nə idi? Məgər sən minik satın almamışdın? (Kəab) dedi: “Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, əgər səndən başqa istənilən birinin qarşısında otursaydım, bir bəhanə ilə onun qəzə­bindən qurtarardım, çünki mən fəsahətlə danışmağı bacaranam. Lakin Allaha and olsun ki, mən başa düşdüm ki, əğər mən bu gün yalan danışmaqla Səni razı salsam, sonra Allah elə edəcək ki, Sən tezliklə mənə qəzəblənəcəksən. Ancaq Sənə həqiqəti söyləsəm, Sənin mənə qəzəbin tutsa da, Allahın məni bağışlayacağına ümüd edəcəyəm. Allaha and olsun ki, heç bir üzürüm yoxdur. Allaha and olsun ki, arxada qaldığım zaman heç bir vaxt olmadığım kimi, güclü və varlı olmamışam! Peyğəmbər dedi: “O ki, qaldı buna, O doğru danışdı. Nə qədər ki, Allah sənin haqqında hökm verməyib, dur ayağa” Bundan sonra Bəni Sələmənin adamları üstümə yeriyərək mənə dedilər: “Allaha and olsun ki, sənin heç bir günahının olmadığını bilirik. Sən döyüşdən geri qalan digər­lərinin etdikləri kimi Allahın Elçisinin qarşısında bəraət qazanmaqda aciz oldun. Halbuki Allahın Elçisinin səndən ötrü bağışlanma diləməsi kifayət edərdi.” (Kəab) dedi: “Onlar o qədər məni qınadılar ki, Allaha and olsun ki, Allahın Elçisinin yanına qayıdıb yalan dediyimi demək istədim. Sonra onlardan soruşdum: “Mənim başıma gələn başqasının da başına gəlibmi?” (Yəni, atdığı addıma bəraətin olmadığını vicdanla boynuna alan oldumu?) Onlar dedilər: “Bəli, daha iki nəfər oldu ki, sənin dediklərini və sənə deyilən də onlara deyildi.” (Kəab) dedi: “Kimdir bu iki nəfər? Deyə soruşdum. Onlar belə dedilər: “Murara ibn Rabiətə əl-Amriyyə və Hilal ibn Umeyyə əl-Vaqifiyyə.” (Kəab) dedi) “Mənə nümunə ola biləcək iki nəfəri, Bədr döyüşü­nün iştirakçısı olan əməli salehlərin adlarını çəkdilər.»”(Kəab) dedi: “Onlar O iki nəfərin (adını) çəkəndən sonra (heç nəyi dəyişməmək) qərarına (yəni, sözümdən imtina etmə­mək qərarına) gəldim. Və, Allahın Elçisi digər adamlara arxada qalan biz üç nəfərlə danışmağı qadağan etdi.” (Kəab) dedi) “Adamlarda bizdən çəkindilər (və ya (Kəab) dedi: “Bizə qarşı dəyişdilər.” və hətta (yaşadığım) yer mənim üçün tanınmaz ol­du, çünki o mənim (öncədən) bildiyim torpaq deyildi. Əlli gecəni bu cür keçirtdik. Mənə və o iki yoldaşıma gəlincə, onlar ağlayaraq boynu bükük halda evlərində oturmuşdular. Mən isə gənc və güclü olduğum üçün evdən çıxırdım, müsəlmanlarla birgə namaz qılır­dım, bazarlara gedirdim və məni heç kim danışdırmırdı. Namazdan sonra Allahın Elçisi adamlarla oturarkən yanına gəldim, onu salamlayaraq öz-özümə dedim: “Görəsən mənim salamımı qaytarmaq üçün dodaqlarını tərpəddimi?” Sonra Ona yaxın bir yerdə namaz qılaraq oğrun-oğrun (xəlvəti) baxırdım. Mən namaz qılanda o mənə ba­xırdı, Mən Ona tərəf dönəndə O məndən üzünü çevirirdi. Müsəlmanlar tərəfindən soyuqluqla qarşılaşdığım bu uzun müddətdə (bir dəfə) əmim oğlu və insanların ən sevimlisi Əbu Qatədənin bağının hasarına (çəpər, barı) çıxaraq ona salam ver­dim və Allaha and olsun ki, salamımı almadı. Ona dedim: “Ey Əbu Qətədə, səni Allaha and verirəm, bilmirsən mən Allahı və Elçisini sevirəm?” O susdu. Mən bir daha Allaha and verib soruşduqda, o yenədə susdu. Mən bir daha Allaha and verib soruşdum, o dedi: “Allah və Elçisi daha gözəl bilir” onda gözlərim yaşardı (doldu) və mən hasardan tullanaraq qayıtdım. (Bir müddət sonra) Mədinə bazarından keçərkən, Şamdan olan, satmağa ərzaq gətirən bir nəfərin belə dediyini eşitdim: “Kim məni Kəab ibn Malikin yanına aparar?” Adamlar məni göstərdilər. Yanıma gəlib Qassanilər hökümdarının (Mə­likinin, Sultanının) məktubunu verdi. Mən yazıb-oxuyan (katib, mirzə) olduğum üçün (məktubu) oxudum belə yazılmışdı: “Daha sonra. Həqiqətən bizə çatdı ki, dostun səni tərk edib. Allah sənə məhəl qoymamağa haqqının taptalanmasına imkan verməz! Qoşul bizə, bizdə təskinlik taparsan! Məktubu oxuyaraq özlüyümdə buda həmçinin sınaqdır deyib təndirə atıb yandırdım. Vəhy hələdə gəlmirdi. Əlli günün qırxıncı günü Peyğəm­bərin elçisi gələrək dedi: “Allahın Elçisi arvadına yaxınlaşmağı sənə qada­ğan etdi!” Mən dedim: “Onu boşayım yoxsa nə edim?” dedi: “Xeyr, ondan uzaqlaş və ona yaxınlaşma!” Eyni əmri diğər iki yoldaşıma da etmişdi. Məndə arvadıma dedim: “ Get valideyinlərinin yanına, Allah bu məsələdə hökm verənə qədər orada qal.” Hilal ibn Umeyyənin arvadı Allahın Elçisinin yanına gələrək ona belə dedi: “Ey Allahın Elçısı həqiqətən Hilal ibn Umeyyə xadiməsi olmayan, qüvvədən düşmüş qoca­dır. Ona xidmət göstərməyimə narazısanmı? O buyurdu: “Xeyr, lakin sənə yaxınlaşmasın!” Qadın dedi: “Allaha and olsun ki, onun heç hərəkət etməyə taqəti qal­mayəb. Allaha and olsun ki, bu hadisə baş verəndən bəri, o, dayanmadan ağlayır!” Bundan sonra ailə üzvülərimdən bəziləri mənə dedilər: “Arvadına (sənə xidmət etməsi üçün) icazə verməsindən ötrü Allahın Elçisinə müraciət et! Axı Hilal ibn Umeyyənin arvadına buna icazə verib!” Mən dedim: “Bundan ötrü Allahın Elçisinə heç nə demərəm, axı bilmirəm ki, Allahın Elçisi buna nə deyər, həmdə ki, mən cavanam!” Mən belə vəziyyətdə daha on gün qalmaqla adamların bizimlə danışması qadağan olunmasından əli gün başa çatdı.” Əllinci gecənin sabahı evlərimizdən birinin damında sübh namazını qılıb, Uca Allahın bizdən danışarkən qeyd etdiyi kimi elə bir halda oturmuşdum ki, urəyim təngə gəlib sıxılır, gen dünya mənə dar gəlirdi. Elə bu zaman sel dağına çıxmış bir insanı uca səslə qışqırdığını eşitdim: “Ey Kəab ibn Malik! Sevin!” dərhal səcdəyə getdim və qurtuluşun gəldiyini anladım. Allahın Elçısı sübh namazını qıldığı zaman tövbələrmizin Allah-Təala tərəfindən qəbul olunduğunu insanlara bildirdi. Camaat da bizi müjdələməyə gəldi. Yoldaşlarımın yanınada müjdəçilər getdi. Yanıma biri atını çaparaq gəldi. Əsləm qəbiləsindən bir nə­fərdə sürətlə mənə doğru gəlib dağa qalxdı. Səs atdan daha sürətli idi. Səsini eşitdiyim adam yanıma gəlib məni müjdələdiyi zaman üzərimdəki iki paltarımı çıxarıb muştuluq

Olaraq ona geyindirdim. Allaha and olsun ki, həmin gün o iki paltardan başqa paltarım yox idi. Buna görədə iki paltar borc götürüb geydim və Allah Elçisinin yanına getdim. Camaat dəstə dəstə mənim qarşıma çıxıb tövbənin qəbul olması münasibəti ilə məni təb­rik edir, “Allahın sənin tövbəni qəbul etməsi mübarəkdir”-deyirdilər. Məscidə girdikdə Allahın Elçisinin insanlar tərəfindən dövrəyə alınmış bir vəziyətdə oturduğunu gör­düm. Təlha ibn Ubeydullah ayağa qalxdı və qaçaraq yanıma gəldi. Məni qucaq­layaraq salamladı və təbrik etdi. Allaha and olsun ki, Mühacirlərdən ondan başqa heç kəs ayaqa qalxmadı. “Kəab, Təlhanın bu hərəkətini heç vaxt unutmadı.” Kəab deyir: “Allahın Elçisinə salam verdikdə üzü sevincdən parlayırdı. Ananın səni doğduğu gün­dən bəri keçən ən xeyirli günlə, sevinci ilə müjdələn!” dedi. Mən: “Ey Allahın Elçisi! Sən tərəfdənmi, yoxsa Allah tərəfdən?” deyə soruşdum. O: “Xeyr, Allah tərəfindən!” deyə cavab verdi. Allahın Elçisi sevindiyi zaman üzündən nur yağardı və onun üzü ayın bir hissəsi kimi olardı. Biz onun bu xüsüsiyyətinə bələd idik. Onun qarşısında əyləşdikdə dedim: “Ey Allahın Elçisi! Tövbəmin qəbul olunmasına qarşılıq malımdan Allah və Elçisi üçün sədəqə verəcəyəm.” Allahın Elçisi: “Malının bir hissəsini saxla. Çünki bu sənin üçün xeyirlidir!” deyə buyurdu. Mən: “Xeybərdəki oxumu saxlayıram!” dedim. Sonra belə dedim: “Ey Allahın Elçisi Allah-Təala məni doğruluğa görə xilas etdi. Yaşadığım müddətdə yalnız doğru söyləmək tövbəmin (pozulmaz) olmasıdır.” Allaha and olsun ki, bu sözləri Allahın Elçisinə söylədiyim gündən bəri Allahın doğru danışmaqda məni imtahana çəkdiyindən daha yaxşı bir şəkildə müsəlmanlardan kimsəni imtahana çəkdiyini bilmirəm. Allaha and olsun ki, bu sözləri Allahın Elçisinə söylədiyim gündən bu günə kimi qəsdən yalan söyləmədim. Allahdan bundan sonra yaşadığım müddət ərzində məni qorumasını istəyirəm. Sonra Allah Təala bu ayəni nazil etdi:









Allah çətin saatda bir qisminin ürəyi (şək-şübhəyə düşüb Peyğəmbərdən və ci­haddan) dönmək üzrə ikən Peyğəmbərə onun ardınca gedən mühacirlərə və ənsarlara tövbə nəsib etdi. Allah Təala onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu! Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, gen dünya onlara dar olmuş ürəkləri (qəm qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız onun özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir rəhimlidir! Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)” (ət-Tövbə 117/119)

Kəab deyir: “Allaha and olsun ki, Allahın məni İslama qovuşdurduqdan sonra mənə bəxş etdiyi ən böyük neyməti Allah Elçisinə düz danışaraq yalan danışıb

həlak olanlar arasında olmamağım idi. Allah Təalə vəhy nazil etdiyi zaman yalan söyləyənlər haqqında bir nəfərə söylədiyinin ən pisini söyləyərək belə buyurur:





Siz onların yanına gəldikdə onlar (yalandan) Allaha and içəcəklər ki, onlardan üz dön­dərəsiniz (onları məzəmmət etməkdən, cəzalandırmaqdan əl çəkəsiniz). Sizdə onlardan üz döndərin! (Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında da­vam etsinlər!) Çünki onlar murdardırlar və qazandıqları günaha görə düşəcəkləri yer də Cəhənnəmdir! Onlardan razı olasınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz.” (ət-Tövbə /94/95)



Kəab deyir: ”Biz and içdikləri zaman andlarını Allah Elçisinin qəbul etdiyi onlardan beyət aldığı və onlar üçün bağışlanma dilədiyi həmin o üç nəfərdən arxada buraxıldıq. Allahın Elçisi bizim işimizi Allah-Təalə bu barədə öz hökmünü verənədək təxirə saldı. Nəhayət Allah öz sözünü (hökmünü) dedi: “Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərində (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuşdu” Lakin Allah Təala burada bizim döyüşdən geri qalmağımızı deyil Peyğəmbərə and içib üzür gətirdiyi zaman andı və üzürü Peyğəmbər tərə­findən qəbul olunan kəslərdən arxada buraxılmağımızı və işimizin təxirə salınmasını nəzərdə tuturdu.” «Muslim»
Yüklə 373,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin