¤Qadınlara iffət nümünəsi¤
Aişə demişdir: “Peyğəmbər səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onuda özü ilə səfərə aparardı. Döyüşlərin birində O yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt artıq hicab ayəsi nazil olmuşdu. Bu səbəbdəndə məni kəcavənin içərisində apardılar. Yol boyu lazım gəldikcə məni kəcavə ilə birgə yerə endirdilər. Səfərimiz beləcə davam etdi. Nəhayət, Peyğəmbər döyüşü başa vurub geri qayıtdı. Biz dincəlmək üçün Mədinəyə yaxın bir yerdə dayandıq. Peyğəmbər orada gecələməyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırlaşarkən mən təbii ehtiyacimi ödəmək üçün tək başına su başına çıxdım və qoşundan uzaqlaşdım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıtdıqda, yolda əlimi sinəmə toxundurub gördüm ki, yəmən əqiqindən olan boyunbağım qırılıb düşüb. Mən geri qayıdıb onu axtarmağa başladım və bu səbəbdəndə yolumdan qaldım. Bu əsnada, məni müşayiət edən əshabələr mənim kəcavənin içərisində olduğumu güman etdilər və onu götürüb mindiyim dəvənin üstünə qoydular. O zamanlar qadınlar az yedikləri üçün yüngül çəkili və incəbelli olurdular. Elə bu səbəbdəndə məni müşayiət edənlər kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Beləcə, onlar dəvəni sürüb apardılar. Qoşun çıxıb getdikdən sonra mən boyunbağımı tapıb düşərgəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən onların məni yerimdə tapmadıqları üçün mütləq dönəcələrini güman edib gedib kəcavənin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Həmin vaxt Səfvan ibn Muattil əs-Suləmi əz-Zəkvani qoşundan qalan əşyaları toplayıb sahiblərinə qaytarmaq üçün qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gəlib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O, hicab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü deyə məni tanıdı. Mən onun: “İnnə lilləhi və innə ileyhi raciun” deməsinə oyandım və dərhal çarşabla üzümü örtdüm. O, dəvəsini yerə çökdürüb ayağını dəvənin qabaq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra onun noxtasından tutaraq sürüb apardı. Nəhayət, biz, şiddətli isti olduğundan çayın qırağında oturub dincini alan orduya yetişdik. Həmin vaxt bir çoxları mənə iftira atmaqla bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəstələndiyim zaman Peyğəmbərin mənə göstərdiyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O, sadəcə olaraq yanıma gəlib salam verir və: “Vəziyyətin necədir?” deyib çıxıb gedirdi. Mən sağalanadək bu şərdən xəbərim olmadı. Sağaldıqdan sonra mən Ummu Mistahla birgə əl-Mənası deyilən bir yerə getdim. Bura bizim gecədən-gecəyə təbii ehtiyacımızı rəf etmək üçün gəldiyimiz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaqyolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətinə görə idi. Mən Ummu Mistah bint Əbu Ruhm ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi: “Məhv olsun Mistah” Mən ona dedim: “Sənin dediyin necə də pisdir! Sən Bədr döyüşündə iştirak etmiş bir adamı söyürsən?!” Ummu Mistah: “Ay qız, məgər sən onların nə dediklərini eşitməmisənmi?” deyə soruşdu, sonrada iftiraçıların dediklərini mənə xəbər verdi. Xəstəliyim dahada şiddətləndi. Evə gəldikdən sonra Peyğəmbər yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verdikdən sonra: “Vəziyyətin necədir?” deyə soruşdu. Mən ona dedim: “İzin ver, valideyinlərimin yanına gedim!” Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub-olmadığını valideyinlərimdən öyrənib dəqiqləşdirim. Peyğəmbər mənə izn verdi. Onda mən valideyinlərimin yanına gəldim və anamdan: “Camaat nə danışır?” deyə soruşdum. Anam dedi: “Qızım, özünü üzmə. Vallahi, çox nadir hallarda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və əri başqa zövcələri onun əleyhinə danışmasınlar.” Mən dedim: “Sübhanallah! Demək camaat bunu danışırmış.” Mə bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayanmadı və bir anlıq belə yuxulaya bilmədim. Vəhyin nazil olması gecikirdi deyə Peyğəmbər Əli ibn Əbu Talibi və Usamə ibn Zeydi zövcəsini tərk edib-etməməsi barədə məsləhət almaq üçün yanına dəvət etdi. Usaməyə gəlincə, Peyğəmbərə mənim namuslu olduğumu və bizi ürəkdən sevdiyini bildirərək dedi: “Ey Allahın Elçisi, sənin əhli-əyalın barəsində zərrə qədərdə pis bir şey eşitməmişəm!” Əli ibn Əbu Talibin cavabı isə belə oldu: “Ey Allahın Elçisi, Allah sənə bu xüsusda heç bir hədd qoymamışdır, ondan başqa nə çox qadın var. Sən aişənin xidmətçisindən soruş, o sənə düzünü deyər.” Peyğəmbər Aişənin xidmətçisi Bərirəni çağırıb soruşdu: “Ey Bərirə, onda səni şübhələndirəcək bir şey görmüsənmi?” Bərirə dedi: “Xeyur! Səni haq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qınayardım. Yalnız onu deyə bilərəm ki, xəmiri qorumağı ona tapşırdıqda o yatar və qoyun gəlib xəmiri yeyərdi.”
Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzürxahlıq istəsin deyə, həmin gün Peyğəmbər minbərə qalxıb dedi: “Ey müsəlmanlar! Kim mənim zövcəmə əziyyət verən adamı ittihamlarını rədd edib zövcəmə bəraət qazandıra bilər? Vallahi, mən zövcəmdən xeyirdən başqa bir şey görməmişəm. Eləcədə ittiham olunan kişini Səfvan ibn Muəttilin pis bir hərəkət etdiyi də mənə məlum deyil o heç vaxt mənsiz bizim evə daxil olmayıb.” Bu vaxt Səd ibn Muaz əyağa qalxıb dedi: “Ey Allahın Elçisi, Vallahi ki, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər ittiham edən şəxs Ovs qəbiləsindəndirsə, biz onun boynunu vurarıq, yox əgər qardaşlaımız olan Xəzrəc qəbiləsindəndirsə əmr et, sənin əmrini yerinə yetirək.” Bu vaxt Xəzrəc qəbiləsinin başçısı Səd ibn Ubadə dedi: “Vallahi, sən yalan danışdın! Sən onu nə öldürənsən, nədə öldürməyə qadirsən!” O, əməlisaleh bir adam idi, lakin buna rəğmən tayfabazlıq etdi. Bu sözdən sonra Səd ibn Muazın əmisi oğlu Useyd ibn Hudeyr qalxıb Səd ibn Ubadəyə dedi: “Vallahi, sən yalan danışdın! Biz onu mütləq öldürərik. Həqiqətən də, sən münafiqsən və münafiqləri müdafiə edirsən.” Beləliklə Xəzrəc və Ovs qəbilələri arasında elə bir çaxnaşma düşdü ki, az qala bir-birilərini öldürəcəkdilər. Bu vaxt Peyğəmbər minbərdə idi. O, dərhal minbərdən enib onları sakitləşdirdi və özü də susdu. Mən daha bir gün dayanmadan ağladım və bütün gecəni oyaq qaldım. Səhərsi gün valideyinlərim mənim bir gün yarım dayanmadan ağladığımın şahidi olduqda elə zən etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mənim yanımda ikən, ənsar qadınlarından biri mənim yanıma gəlmək üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər içəri daxil oldu və salam verib oturdu. Bu söz-söhbət başlanandan bəri o mənim yanımda oturmamışdı. Bir ay keçməsinə baxmayaraq, mənim barəmdə heç bir ayə nazil olmamışdı. O, şəhadət gətirdikdən sonra dedi: “Ey Aişə sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günahkar deyilsənsə, Allah səni təmizə çıxardacaq. Yox, əgər günah iş görmüsənsə, Allahdan bağışlanma dilə, tövbə et! Həqiqətən, əgər bəndə öz günhını etiraf edib tövbə edərsə Allah onun tövbəsini qəbul edər.” Peyğəmbər sözünü qurtardıqdan sonra mənim gözyaşım kəsildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: “Allahın Elçisinə cavab ver!” dedim. O dedi: “Vallahi, mən bilmirəm, Allahın Elçisinə nə deyim.” Sonra mən anama: “Allahın Elçisinə cavab ver!” dedim. O dedi: “Vallahi, mən bilmirəm, Allahın Elçisinə nə deyim.” Mən az yaşlı qız uşağı olduğum üçün, qurandan çox dəlil-sübut bilmədiyimə görə dedim: “Vallahi, hər şey mənə bəlli oldu. Siz insanların danışdıqları bütün bu söhbətləri eşitdiniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günühsız olduğumu desəm, -Allahda bilir ki, həqiqətən, mən günahsızam,- siz mənə inanmayacaqsınız. Yox əğər günahkar olduğumu etiraf etsəm, -Allahda bilir ki, mən o günahdan uzağam,- siz buna inanacaqsınlz. Vallahi, mən həm özümə həmdə sizə ancaq Yusufun atası Yaqubun dediyini misal çəkə bilərəm. Bir zaman o belə demişdir: “Mənə gözəl səbr gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır.”
Bunları deyəndən sonra mən gedib yerimə uzandım. Mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Lakin, Vallahi, mən heç vaxt inanmazdım ki, Allah mənim günahsız olduğum barədə vəhy nazil edəcək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bilmirdim. Mən ümüd edirdim ki, Allahın Elçisi mənə bəraət qazandıracaq bir yuxu görəcək. Vallahi, Allahın Elçisi heç yerindən qalxmamış və ev əhlindən də hələ bir kəs çölə çıxmamış Ona vəhy nazil oldu. O, hər dəfə vəhy nazil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından O çox şiddətli sıxıntı keçirdi və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla tər tökməyə başladı. Vəhy nazil olduqdan sonra O güldü. Mənə dediyi ilk söz isə bu oldu: “Ey Aişə, Allaha həmd et Allah səni təmizə çıxartdı.” Anam mənə dedi: “Qızım, qalx Allahın Elçisinə təşəkkür et!” Mən dedim: “Vallahi, mən ona nə təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!” Uca Allah bu ayələri nazil etdi:
“Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömün kişilər və qadınlar bir-biriləri haqqında yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunun haqqında danışmaq yaraşmaz. Ey Allah! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!” demədiniz? Əgər mömünsinizsə, bilin ki, Allah sızə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrükdür. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhimli olmasaydı, yaydığınız şayiələrə görə sizi məhv edərdi. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsinki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.” (ən-Nur 11-21)
Allah mənə bəraət qazandıran bu ayələri nazil etdikdən sonra, qohumluq əlaqələri xatirinə və kasıb olduğuna görə, öz malından Mistah ibn Usasəyə xərcləyən Əbu Bəkr əs-Siddiq dedi: “Vallahi, Mistah Aişə barəsində belə dedikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm”. Uca Allahda bu ayəni nazil etdi:
“Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhimlidir.” (ən-Nur 22)
Əbu Bəkr dedi: “Xeyr, Vallahi, mən istəyirəm ki, Allah məni bağışlasın!” O, yenədə malından xərcləməyinə davam etdi və dedi: “Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!” Allahın Elçisi Zeynəb bint Cəhşdən mənim barəmdə soruşub dedi: “Ey Zeynəb, sən nə deyə bilərsən, nə görmüsən?” O dedi: “Ey Alahın Elçisi, mən gözümü, qulağımı görmədiyim və eşitmədiyim şeylərdən qoruyuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm.”
Bu həmin Zeynəbdir ki, Peyğəmbərin zövcələri arasında gözəlliyi və Peyğəmbərin yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin bunun pis aqibətindən qorxduğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu”. «əl-Buxari»
¤Səfər üçün azüqə topla¤
Bir gün Ömər ibn Abdul-Əziz رحمه الله xütbə verərək belə dedi: “Şübhəsiz ki, hər bir səfərin özünə aid azüqəsi var. Dünyadan axirətə ediləcək səfərin azüqəsi isə təqvadan başqa bir şey deyil. Dünyada olduğunuz müddətcə, Allahın, edilən yaxşı əməllərə görə verəcəyi mükafatı, görülən asiliklərə görə də verəcəyi cəzanı görürmüş kimi yaşayın. Təəccüb edirəm! Gecələdikdən sonra sabaha, sabahladıqdan sonra da gecələyəcəyini bilməyən şəxsə ki, o uzun arzu və istəklərlə yaşayır. Mən və sizlər dünyanın aldatdığı neçə-neçə insanlar gördük, onlar xeyirin və sevincin dünya malında olduğunu düşündülər. Amma gözlərin sevinməsi yalnız Allahın əzabından qurtarana vardır. Yalnız sevinəcək o kəs ki, O axirətin şiddətindən əmindir. Özüm çəkindiyim şeyləri sizə əmr etməkdən Allaha sığınıram! Əgər mən belə etsəm, kasıblığın zənginlikdən ayrıldığı, mizanın qoyulduğu gün xüsrana uğrayar, çılpaq qalar, miskinliyim zahir olar. Allah bizə elə bir əmanət vermişdir ki, əyər bu əmanət ulduzlara yüklənsəydi onlar yerindən tökülər, dağlara verilsəydi onun ağırlığından dalğlar əriyər, yerlər parçalanardı. Bilin ki, Cənnət və Cəhənnəmdən başqa gediləcək bir mənzil yoxdur. “Ömər ibn Abdul-Əzizin həyatı, İbn Covzi səh/167”
¤Yəməmə əhlinin başçısının islamı qəbul etməsi¤
Əbu Hüreyrə belə deyir: “Allahın Elçisi Nəcd tərəfinə bir süvari dəstəsi göndərmişdi. Bu dəstə Bəni Hənifə qəbiləsindən Sümamə ibn Usal deyilən və Yəmamə xalqının böyügü olan bir kimsəni əsir edib gətirdilər və onu məscidin dirəklərindən birinə bağladılar. Allahın Elçisi məscidə çıxdıqda Sumaməyə: “Ey Sumamə! Yanında nə var? (könlündən nə keçirirsən və sənə nə edəcəyimi zənn edirsən) dedi. Sumamə: “Könlümdə xeyr (ümüd) var ey Muhamməd! Əgər sən məni öldürsən qanlı bir canini öldürmüş olarsan və əgər mənə lütf etsən, (əffv etsən) nemətə qarşı şükr edən bir kəsə lütf etmiş olarsan.” Əgər (qurtuluş fidyəm üçün) mal istəyirsənsə istə, ondan hər istədiyin sənə verilər dedi. Bu danışmadan sonra Allahın Elçisi Sumaməni bağlı olaraq buraxıb getdi. Nəhayət sabahsı gün olunca yenə Allahın Elçisi Sumaməyə: “Ey Sumamə! Könlündə nə var nə ümüd edirsən? dedi. O da: “Mənim könlümdə dünən sənə dediyim şeylər vardır. Əgər mənə lütf etsən nemətə qarşı şükr edən bir kəsə lütf etmiş olarsan. Əgər sən məni öldürsən qanlı bir canini öldürmüş olarsan. Əgər (qurtuluş fidyəm üçün) mal istəyirsənsə istə, ondan hər istədiyin sənə verilər dedi. Allahın Elçisi onu halı üzərə qoyub getdi. Sabahsı gün olunca yenə Sumaməyə xitab edərək: “Ey Sumamə! Könlündə nə var nə ümüd edirsən? deyə soruşdu. O da: “Mənim könlümdə dünən sənə dediyim şeylər vardır. Əgər mənə lütf etsən nemətə qarşı şükr edən bir kəsə lütf etmiş olarsan. Əgər sən məni öldürsən bir qan sahibini öldürmüş olarsan. Əgər (qurtuluş fidyəm üçün) mal istəyirsənsə istə, ondan hər istədiyin sənə verilər dedi. Bu dəfə Allahın Elçisi: “Sumaməni buraxın” dedi. Sumamə buraxılınca dərhal məscid yanındakı içində su olan bir xurmalığa getdi və yuyundu. Sonra məscidə girdi və: “Mən şəhadət verirəm ki, Allahdan başqa ibadət edilməyə haqqı olan məbud yoxdur və Şəhadət edirəm ki, Muhamməd onun qulu və Elçisidir” dedi. Sonra bunları söylədi: “Ey Muhamməd! Vallahi, bu yer üzərində mənə sənin üzündən daha düşmən heç bir üz yox idi. Lakin bu səhər sənin üzün mənə bütün üzlərin ən sevimlisi oldu. Vallahi, dinlərdən heç bir din mənə sanin dinin qədər düşmən gəlməzdi. Lakin bu səhər dinin mənə dinlərin ən sevimlisi oldu. Vallahi, məmləkətlərdən heç bir şəhər mənə sənin diyarın qədər mənfur deyildi. Lakin bu səhər sənin diyarın mənim nəzərimdə şəhərlərin hamısından daha sevimlidir. Mən ümrə etməyə niyyət etdiyim sırada sənin suvarilərin məni tutdular. İndi mən nə edim? dedi. Allahın Elçisi, Sumaməni müjdələdi və ona ümrə etməsini əmr etdi. Sumamə ümrə üçün Məkkəyə gəldikdə orada olanlardan biri ona: “Dinindən başqa bir dinəmi döndün?” dedi. O da: “Xeyr Vallahi, mən dinimdən çıxmadım. Lakin mən Allahın Elçisi Muhamməd ilə birlikdə müsəlman oldum. Vallahi, mən (din dediyiniz şirkə) bir daha qayıtmaram. Allahın Elçisi icazə vermədikcə də Yəmamədən sizə bir buğda dənəsi belə gəlməyəcəkdir, dedi”. «əl-Buxari, Muslim».
¤Yarış meydanı¤
Həsən əl-Basri رحمه الله belə deyir: “Ey Adəm oğlu! İnsanları xeyirdə görsən onlarla yarış, yox əğər onları özlərini həlak edəcək günahlarda görsən onlardan və etdikləri əməllərdən uzaq ol. Neçə-neçə insanlar gördüm ki, onlar tez gəlib keçəni qalıcı və aqibəti olandan üstün tutaraq rəzil, zəlil və həlak oldular.”
Ey adəm oğlu! Bil və agah ol ki, insanlar üç sinifə bölünür:
“Mömün, kafir və münafiq (iki üzlü)”
Mömün Allahın əmr etdiyi kimi yaşayar. Kafir alçalmış bir halda. Münafiqin isə hər yerdə olduğunu görərsən (yollarda, bazarlarda, müsəlmanlarla namazda və s.) onlardan Allaha sığınıram, Allaha and olsun ki, onlar Allahı tanımamışlar, etdikləri inkarı, gördükləri pislikləri Rəbləri qəbul edib həlak olmuşlar. “Məvaiz Həsən /s- 46-47”
Həmçinin buyurur: “İnsanların dünya üçün yarışdıqlarını görsən, onlarla axirət əməllərini etməkdə yarış, çünki onların yarışıb əldə etmək istədikləri dünya bitəcək axirət isə daim qərar yeridir.” “əz-Zuhd” İmam Əhməd /s-345”
¤Həqiqəti axtaran¤
İbn Abbas belə deyir: “Salman Farisi İslama gəlməsi barədə mənə danışaraq belə dedi: “Mən İsfəhanda Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da həmin məmləkətin böyüyü, həm də ən zəngin adamlarından biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə buraxmırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çıxmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın agalıq yerləri var idi. Bir gün onun başı işə bərk qarışmışdı deyə məni yanına çağırıb: “Oğlum, mənim evdə bir az işlərim var, bəlkə bu gün gedib çöldəki yerlərimizə bir baş çəkəsən”-dedi və orada bəzi işləri görməyi mənə tapşırdı. Mən oraya gedərkən yolda nəsranilərin kilsəsinin yanından keçdim və onların səslərini eşitdim, içəri daxil olub onların namaz qıldıqlarını gördüm. Atam məni ev dustağı etmişdi deyə mənim belə şeylərdən xəbərim yox idi. Onların namazı mənim xoşuma gəldi, məndə bu dinə rəğbət oyandı və mən öz-özümə dedim: “Vallahi, bu din bizim sitayiş etdiyimiz oddan daha xeyirlidir”. Mən çöldəki yerimizə getməyib gün batanadək nəsranilərin yanında qaldım. Sonra onlardan: “Bu dinin əslə haradadır?”-diyə soruşdum. Onlar: “Şamdadır”-dedilər. Beləcə, mən atamın tapşırdığı işi yerinə yetirməyib onun yanına qayıtdım. Mən evə gəldikdə atam dedi: “Oğlum harda idin? Məgər mən səni iş dalınca göndərməmişdim?” Dedim: “Atacan! Mən kilsədə namaz qılan insanlara rast gəldim və onların dini mənim xoşuma gəldi. Mən belə bir din görməmişdim odur ki, axşamadək onların yanında idim”. Atam dedi: “Oğlum! O dində heçbir xeyir yoxdur. Sənin və ata babalarının dini bundan daha xeyirlidir”. Mən dedim: “Xeyr, Vallahi ki, bu din bizim dinimizdən daha xeyirlidir”. Onda atamın canına qorxu düşdü, (atəşpərəslikdən üz döndərəcəyimdən qorxdu) və elə buna görədə məni ev dustağı edib əl-ayağımı bağladı ki, heç yerə qaçıb gedə bilməyim. Mən (fürsət tapıb) nəsranilərə xəbər göndərdim ki, əgər Şama bir kərvan getsə, mənə xəbər versinlər. Çox keçmədi ki, Çam kərvanının gəldiyini mənə bildirdilər. Mən onlara xəbər göndərdim ki, Şam tacirləri alış-verişlərini qurtarıb Şama qayıtmaq istədikdə mənə xəbər versinlər. Nəhayət onlar mənə tacirlərin yola düşmək istədiyini bildirdilər. Mən ayağımdakı qandalları açıb evdən qaçdım və özümü həmin karvana yetirib onlarla bərabər Şama yollandım. Şama çatdıqda dedim: “Bu dini bilən ən savadlı adamı mənə göstərin”. Mənə kilsədə baş keşişi göstərdilər. Mən onun yanına gedib dedim: “Mən bu dini qəbul etmişəm, qəlbimi ona bağlamışam və istəyirəm ki, sənin yanında qalıb sənə xidmət edim, səndən savad alım və səninlə birgə namaz qılım”. Baş keşiş mənə yanında qalmağa izn verdi. O çox yaramaz adam idi. O, öz havadarlarına Allah yolunda sədəqə verməyi əmr edir, lakin yığılan sədəqəni özünə götürürdü, kasıblara heç nə vermirdi. İş o yerə gəlib çatmışdı ki, bu yaramaz adam yeddi küp qızıl-gümüş toplamışdı. Bu əməlinə görə mən ona nifrət edirdim. Nəhayət, baş keşiş öldükdən sonra nasranilər onu dəfn etmək üçün onun başına yığışdılar. Onda mən onlara dedim: “Sizin bu keşişiniz çox dələduz adam idi. O sizi sədqə verməyə təhrik edir, sonrada verdiyiniz sədəqələri özünə götürür və kasıblara heç nə vermirdi”. Onlar soruşdular: “Nə bilirsən ki, o belə edirdi?” Dedim: “İstəyirsinizsə, onun yığdığı pulların yerini sizə göstərim?” Onlar: “Göstər!”-dedilər. Mən onlara onun xəzinəsinin yerini göstərdim və onlar oradan yeddi küp qızıl-gümüş çıxartdılar. Həqiqət bəlli olduqdan sonra onlar: “Allaha and olsun ki, biz bunu bastırmayacağıq”-dedilər və çarmıxa çəkib daş-qalaq etdilər.
Bundan sonra yerinə başqa birisini seçdilər və mən uzun müddət onun yanında qaldım. Mən, namazlarını vaxtlı-vaxtında qılan, dünyaya könül bağlamayıb axirətə can atan, gecə-gündüz Allahın itaətində duran onun tək dindar birisini görməmişdim. Mən onu çox sevirdim. Nəhayət, ölüm onu haqladıqda mən dedim: “Ey filankəs! Mən uzun müddət sənin yanında qaldım, səni səmimi-qəlbdən sevdim, heç kəsi sənin qədər sevməmişdim. Budur, Allahın əmri ilə ölüm səni haqlayıb. Mənə nə nəsihət edirsən, de görüm, (sən öləndən sonra) kimin yanına gedim?” O dedi: “Oğlum, əsl dindarlar ölüb getmiş və insanlar bu dini təhrif etmiş, həqiqəti gizlətmişlər. Vallahı, mən bu əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Mövsul şəhərində yaşayan filankəsdir. Gedərsən onun yanına!” O vəfat etdikdən sonra mən Mövsulda yaşayan adamın yanına gəlib dedim: “Ey filankəs! Filankəs ölüm ayağında ikən mənə sənin tovhid dinində olduğunu xəbər vermiş və mənə sənin yanına gəlməyi tövsiyyə etmişdir”. O mənə yanında qalmağa izn verdi və mən (bir müddət) onun yanında qaldım. Mən onun çox mehriban, xeyirxah bir insan olduğunu gördüm. Nəhayət, ona da ölüm yetişdikdə mən dedim: “Ey filankəs! Filankəs mənə sənin yanında qalmağı nəsihət etmişdir. Budur, Allahın əmri ilə ölüm səni haqlayıb. İndi mən nə edim, (sən öləndən sonra) kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi, Mən bizim əqidədə olan yalnız bir nəfəri tanıyıram o da Nəsibin şəhərində yaşayan filankəsdir. Gedərsən onun yanına!” O vəfat etdikdən sonra mən Nəsibində yaşayan adamın yanına gəlib dostumun dediklərini ona xəbər verdim. O mənə yanında qalmağa izn verdi və mən (bir müddət) onun yanında qaldım. Mən onun əvvəlki iki kişi kimi tovhid əhli olduğunu, çox mehriban, xeyirhah bir insan olduğunu gördüm. Çox keçmədi ki, onunda əcəli çatdı. Ölüm ayağında ikən mən ona dedim: “Ey filankəs! Filankəs mənə filankəsin yanına getməyi, oda mənə sənin yanına gəlməyi nəsihət etmişdi. Sən mənə nə əmr edirsən, (sən öləndən sonra) mən kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi ki, mən bizim əqidədə olan yalnız bir nəfəri tanıyıram o da Əmmuriyyə şəhərində yaşayır. İstəyirsənsə, onun yanına get!” O vəfat etdikdən sonra mən Əmmuriyyədə yaşayan adamən yanına gəlib dostumun dediklərini ona xəbər verdim. O mənə yanında qalmağa izn verdi və mən (bir müddət) onun yanında qaldım. Onun yanında qaldığım müddətdə (Allah) mənə çoxlu mal-qara və qoyun nəsib etdi. Çox keçmədi ki, bu kişinin də əcəli yetişdi. Ölüm ayağında ikən mən ona dedim: “Ey filankəs! Mən filankəsin yanında idim. O mənə filankəsin yanına getməyi, filankəs də mənə filankəsin yanına getməyi, o da mənə sənin yanına gəlməyi nəsihət etmişdi. Bəs sən mənə nə buyurursan, (sən öləndən sonra) mən kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi, mən bizim əqidəmizdə olan elə bir adam tanımıram ki, səni onun yanına göndərim. Lakin İbrahimin dinində olan peyğəmbərin göndəriləcəyi vaxt artıq yaxınlaşıb. O, ərəblərin arasından çıxacaq, (qövmü onu qovub yurdundan çıxartdıqdan sonra) Hərraya xurmalar olan bir yerə hicrət edəcək. Onun hamıya bəlli olan peyğəmbərlik əlamətləri vardır: “Hədiyyəni yeyər, sədəqəni isə yeməz və birdə çiyinləri arasında peyğəmbərlik nişanəsi vardır. O yerlərə gedə bilərsənsə, get!” O vəfat etdikdən sonra mən Allahın qədərə yazdığı qədər Əmmuriyyədə qaldım. Nəhayət, bir gün mən Kəlb qəbiləsindən olan tacirlərə rast gəldim və onlara: “Məni ərəblərin diyarına aparmağa razılıq versəniz, mal-qaramı və qoyunlarımı sizə verərəm”. Onlar mənim təklifimə razılaşdılar və mən bütün varidatımı onlara verdim. Tacirlər məni (Mədinə) yaxınlığındakı bir vadiyə gətirdilər və haqsızlıq edib məni kölə olaraq bir yahudiyə satdılar. Mən onun yaşadığı yerə gəlib çatdıqda xurma ağaclarını gördüm və ürəyimə damdı ki, bu, dostumun mənə vəsf etdiyi yerdir. Mən içimdə rahatlıq tapa bilmirdim. Elə bu dəm ağamın Mədinəli –bəni qureyzəli əmisi oğlu onun yanına gəldi və məni satın alıb Mədinəyə apardı. Vallahi, mən Mədinəni görəndə keşişin sözləri yadıma düşdü və axtardığım yeri tapdığımı güman etdim. Həmin ərəfədə artıq Allah Öz Peyğəmbərini insanlara göndərmişdi. Peyğəmbər bir müddət Məkkədə dəvət apardı. Mən kölə idim deyə, onun haqqında heç bir məlumatım yox idi. Sonra Peyğəmbər Mədinəyə hicrət etdi. Bu ərəfədə mən ağam üçün ağacdan xurma yığırdım. Həmin vaxt ağamın əmisi oğlu onun yanına gəldi və onlar ağacın altında durub söhbət etməyə başladəlar. Biri o birinə dedi: “Allah bəni-qiylə qəbiləsini öldürsün! Bu dəqiqədə onlar Qubada Məkkədən gəlmiş O kişinin başına toplaşıb onun peyğəmbər olduğunu iddia edirlər”. Mən bu sözləri eşidəndə bədənimdən isti bir üşütmə keçdi və az qaldım ki, ağacdan ağamın üstünə düşüm. Mən dərhal yerə enib ağamın əmisi oğluna yaxınlaşdım və ondan: “Sən nə dedin? Nə dedin?”-deyə soruşdum. Bunu eşidəndə ağam qəzəbləndi və məni əməllicə kötəklədi. Sonra üstümə qışqırıb dedi: “Bunun sənə dəxli yoxdu, get işinlə məşğul ol!” Mən ona: “Sadəcə onun dediyini bilmək istəyirdim”-dedim. Axşam düşdükdə mən bir qədər xurma götürüb Peyğəmbərin yanına getdim. Həmin vaxt Peyğəmbər Qubada idi. Mən onun yanına gəlib dedim: “Sənin əməlisaleh insan, ətrafındakı səhabələrin də ehtiyac içində olduğunu eşitmişəm. Odur ki, sədəqə vermək üçün saxladığım bu xurmaları sizə gətirmişəm. Sizin buna daha çox haqqınız çatır”. Bunu deyəndən sonra mən xurmaları Peyğəmbərə uzatdım. Peyğəmbər səhabələrinə: “Yeyin!”-dedi, özü isə bundan yemədi. Onda mən öz-özümə bu, biri!”-dedim və çıxıb getdim, Peyğəmbərdə Mədinəyə getdi. Sonra mən yenədə bir qədər xurma götürüb onun yanına gəldim və dedim: “Görürəm siz sədəqə yemirsiniz. Odur ki, bu xurmaları sizə hədiyyə edirəm”. Onda Peyğəmbər xurmzdan yedi və səhabələrinə də ondan yeməyi buyurdu. Mən yenə öz-özümə dedim: “Buda ikincisi”. Bir müddən sonra mən yenə onun yanına gəldim. Həmin vaxt O, Bəqi qəbirstanlığında, səhabələrindən birinin dəfnində idi. O, səhabələri ilə birlikdə yerdə oturmuşdu, əbasınıda çiyninə atmışdı. Bu vaxt mən onun arxa tərəfinə keçdim ki, bəlkə keşişin mənə vəsf etdiyi peyğəmbərlik nişanəsini görəm. Mən Peyğəmbərin arxa tərəfinə keçdikdə O mənim nə istədiyini başa düşdü və əbasını çiynindən yerə saldı. Mən onun çiyinləri arasındakı peyğəmbərlik əlamətini görən kimi onu qucaqlayıb öpdüm və hönkür-hönkür ağlamağa başladım. Peyğəmbər mənə: “Gəl otur!”- dedi, mən də oturub əvvəldən axıradək başıma gələnləri ona danışdım. Bu əhvalat Peyğəmbərə təsir etdi və O məndən başıma gələnləri səhabələrə də danışmağı xahiş etdi.
İbn Abbas demişdir: “Salman Uhud döyüşünədək kölə olaraq qaldı”.
Sonra Salman rəvayətinə davam edərək dedi: “Bir gün Peyğəmbər mənə dedi: “Ey Salman, ağanla (müəyyən miqdar pul müqabilində) azd olunmağına dair razılaş”. Mən gedib ağamdan üç yüz xurma zoğu əkmək və min altı yüz dirhəm ödəmə şərti ilə azad ediləcəyimə dair razılıq aldım. Onda Peyğəmbər səhabələrinə: “Qardaşınıza yardım edin!”- deyə buyurdu, səhabələrdə mənə yardım etdilər. Kimisi otyz, kimisi iyirmi, kimisi on beş, kimisi on, kimisidə imkanı daxilində bir neçə zoğ verdi. Beləliklə, üç yüz zoğ yığıldı. Sonra Peyğəmbər mənə dedi: “Ey Salman, get bu zoğların yerini qaz, işini qurtardıqdan sonra gəl mənə xəbər ver ki, onları mən öz əllərimlə əkim”. Mən səhabələrlə birlikdə zoğların yerini qazıb qurtardıqdan sonra Peyğəmbərin yanına gəlib ona xəbər verdim. Peyğəmbər qalxıb mənimlə getdi. Biz zoğları bir-bir Ona uzatdıq, oda onu yerə sancırdı. Beləcə, Peyğəmbər zoğların hamısını öz ələri ilə yerə bastırdı. Salmanın canı əlində olan Allaha and olsun ki, o zoğlardan heç biri tələf olmadı. Beləliklədə, mən ağama xurma ağaclarını ödədim. Lakin min altı yüz dirhəmi ödəmək sonraya qaldı. Döyüşlərin birindən sonra Peyğəmbər məni yanına çağırtdırıb mənə yumurta boyda qızıl külçə verdi və dedi: “Al bunu, borcunu ödə, Ey Salman!” Dedim: “Bu bəs edəcəkmi Ya Rəsulullah?” Peyğəmbər dedi: “Götür bunu qüdrət və qüvvət sahibi olan Allah sənin borcunu ödəyəcək”. Mən bu qızıl külçəni götürüb tərəzidə çəkdirdim. Salmanın canı əlində olan Allaha and olsun ki, düz qırx övqiyə (bir övqiyə qirx dirhəmə bərabərdir) gəldi. Beləcə mən borcumu ödəyib azad oldum”. Beləliklədə Xəndək döyüşünü Peyğəmbərlə birlikdə oldum və bundan sonra onun olduğu bütün döyüşlərdə iştirak etdim. “Müsnəd imam Əhməd, 5/441-444, Təbaqat ibn Sad, 4-c 53-s.”
Dostları ilə paylaş: |