¤Mömün¤
Həsən əl-Basri رحمه الله Belə deyir: “Mömün o kəsdir ki, o Allahın dediyini necə deyibsə həqiqətən də elə olduğunu bilə. Mömün insanlar içərisində ən gözəl əməli olan və dağlar qədər sədəqə versə belə Allahdan ən çox qorxan kəsdir. Mömün o kəsdir ki, ümüd etdiyi qədərdə qorxusu ola. Mömün o kəsdirdir ki, siratdan keçmək üçün əməllər hazırlaya, amma yenədə düşməkdən qorxa. Münafiq o kəsdir ki, o insanlara görə hərəkət edə. Onlar edir nə olur ki, məndə etsəm nə ola deyən, pis əməllərini edib də bağışlanaram deyəndir.” “Siyər Ə`ləm ən-Nubələ 4-c/586 s”
¤Özünü özündən qoru¤
Muhəmməd ibn Məlik ibn Diğəm Əbu Eyyubdan rəvayət edərək onun belə dediyini buyurur: “Atan mənə nəsihət edərək: “Ey əbu Eyyub özünü özündən qoru! Dünya mömünün kədərlər, Axirət isə sevinc və fərəh diyarıdır. Qorxuram o kəsin halından ki, o dünyada olarkən halının düzəldiyini, Allaha yaxın olduğunu, gedəcəyi yer üçün çalışdığını, saleh əməllərlə qiyamətə getdiyini zənn edir, lakin etdiyi əməllər qiyamət günü bükülərək onun üzünə çırpılacaq.” “ər-Riqqətu və əl-Bukə s/197”.
¤Allaha həmd olsun ki, zənnim boşa çıxmadı¤
Xalid ibn Mə`dən belə deyir: “Ömər Hims şəhərinə Səid ibn Amir əl-Cumeyhini əmir təyin etdi. Ömər Himsə gəldiyi zaman onlara: “Ey Hims əhli Əmirinizdən şikayətiniz varmı? dedi. (Hims əhli hər zaman başçılarından şikayətçi olduqları üçün onlara kiçik Kufə deyirdilər). Onlar Ömərə: “Səiddən dörd şikayətimiz var. Bunlar: “Gün çıxna qədər bizim içimizə gəlmir, gecə olduqda heç birimizin çağırışına cavab vermir, ayda bir dəfə tamamən bizim yanımıza gəlmir və bəzi günlərdə o özündən gedərək huşunu itirir” dedilər. Ömər onu və camaatı bir yerə cəm etdi. Ömər “Ey Rəbbim onun haqda olan gözəl zənnimi boşa çıxartma” deyə dua etdi. Sonra Hims əhlinə: “Şikayətçi olduğunuz şeyləri deyin” dedi. Onlarda: “Gün çıxna qədər bizim yanımıza gəlmir” dedilər. Səid: “Allaha and olsun ki, mən bunları kiməsə deməkdən xoşlanmıram, (lakin ittihamlara cavab olsun deyə dilə gətirirəm) mənim ailəmə xidmət edəcək bir kəs yoxdur, onun üçündə mən səhər durub onlar üçün xəmir yoğurur, sonrada onun acımasını gözləyirəm. Acıdıqdan sonra da çörəklərini bişirir, sonra dəstəmaz alır və eləcə insanlar arasına çıxıram (o vaxta qədərdə gün artıq çıxmış olur). Ömər: “Şikayətçi olduğunuz digər şeyi söyləyin” dedi. Onlarda: “Gecə olduqda heç birimizin çağırışına cavab vermir” dedilər. Ömər Səidə: “Bunların dediklərini cavablandır” dedi. Səid: “Allaha and olsun ki, mən bunları kiməsə deməkdən xoşlanmıram, (lakin ittihamlara cavab olsun deyə dilə gətirirəm) “Mən gündüzü onlar, gecəni isə Rəbbim üçün ayırmışam (bu səbəbdəndə gecə olduqda onlarla görüşmürəm) dedi. Ömər: “Şikayətçi olduğunuz digər şeyi söyləyin” dedi. Onlarda: “O ay ərzində bir gün var ki, o gün bizim yanımıza heç gəlmir” dedilər. Ömər Səidə: “Bunların dediklərini cavablandır” dedi. Səid: “Mənim paltarımı yuyacaq nə xadiməm nədə bu paltardan başqa bir paltarım var, bu səbəbdən də mən ayda bir dəfə paltarımı yuyar, onu qurudar və səhmana salıb geyinənədək gün bitir və mən həmin gün onların arasına çıxa bilmirəm” dedi. Ömər: “Şikayətçi olduğunuz digər şeyi söyləyin” dedi. Onlarda: “Bəzi günlərdə o özündən gedərək huşunu itirir” dedilər. Ömər Səidə: “Bunların dediklərini cavablandır” dedi. Səid: “Məkkədə müşrüklərin Xubeybi əsir alaraq onu çarmıxa çəkmiş və bədənini əllərindəki silahlarla yaralayaraq ondan intiqam aldıqlarını gördüm. Qüreyş müşrükləri onun bədəninə vurduqları hər zərbədən, kəsdikləri hər parçadan sonra ona: “Muhammədin sənin yerində olmasını istərdinmi? deyirdilər. O isə cavabında: “Vallahi ki, mən ailəmin yanında olubda onun barmağına tikan batmasını belə istəmirəm (nəyinki onun mənim yerimdə olmasını istəyim)”. Bu sözləri eşitdikdə Məkkə müşrükləri dəliyə dönür və onun bədəninə ağır zərələr endirərək onu öldürürdülər. Məndə nə zaman ki, bu hadisəni xatırlayıram və öz-özümə ona niyə kömək etmədin deyir və Allahın buna görə məni bağışlamayacağını düşünürəm, bax o zamanda məndə özümdən getmə olur.
Ömər Səidin bu cavablarından sonra: “Onun haqda zənnimi boşa çıxartmayan Allaha həmd olsun” dedi. Sonra ona min dinar göndərərək ona: ”Ehtiyaclarını ödə” dedi. Ailəsidə bunu gördükdə səni bizim xidmətimizdən qurtaran Allaha həmd olsun dedilər. O isə onlara: “Bunu, bundan daha xeyirli bir işə xərcləyəkmi?” dedi. Elə bir yerə ki bizim ona daha çox ehtiyacımız olduğu zaman onu bizə haqqı ilə qaytarsın. Ailəsidə ona bəli istədiyin kimi et dedilər. O da həmin gün bitməmiş o min dinarı Himsın miskin, yetim, dul və fəqirlərinə payladı. “Sifətu əs-Safvəti 1/256-257”
¤Əbu Zər əl-Ğifari¤
Əbu Zər belə rəvayət edir: “Mən Ğifar qəbiləsindən idim. Bizə xəbər gəlib çatdı ki, Məkkədə bir adam peydə olub, peyğəmbər olduğunu iddia edir. Onda mən qardaşıma dedim: “Get o adamın yanına, onunla danış və mənə ondan bir xəbər gətir!” Qardaşım gedib onunla görüşdü, sonra geri döndü. Mən soruşdum: “Nə xəbər gətirmisən?” Dedi: “Vallahi, mən yaxşı işlər görməyi buyuran və pis işlərdən çəkindirən birini gördüm.” Mən qardaşıma: “Sən lazım olan xəbəri gətirməmisən” dedim, sonra da bir qab su və əl ağacı götürüb Məkkəyə yola düşdüm. Mən Peyğəmbəri tanımırdım və heç bir kimsədən onun haqda soruşmaqda istəmirdim. Mən zəm-zəm suyundan içirdim və Məscidul Haramda qalırdım. Əli gəlib mənim yanımdan keçdi və mənə: “Qərib adama oxşayırsan” dedi. Mən bəli dedim. O: “Elə isə gedək evə!“ dedi, məndə onunla getdim. O məndən bir söz soruşmadı, mən də ona heç nə demədim. Səhər açıldıqda mən Peyğəmbəri soruşmaq üçün məscidə gəldim, lakin heç kəs onun haqqında bir söz demədi. Yenə Əli mənim yanımdan keçdi və soruşdu: “Sən qonaq qalmaq üçün hələ özünə bir yer tapa bilməmisən?” Dedim: “Xeyr!” Dedi: “Gedək mənimlə!” Məndən soruşdu ki: “Sən nə gəzirsən? Bu şəhərə gəlməyinin səbəbi nədir?” Dedim: “Heç kimə deməyəcəksənsə, sənə məqsədimi bildirim.” Əli: “Baş üstə!” dedi. Dedim: “Bizə xəbər çatıb ki, Məkkədə bir adam peydə olub, Peyğəmbər olduğunu iddia edir. Mən qardaşımı göndərmişdim ki, onunla danışsın, lakin o qayıdıb mənə lazimi xəbərləri çatdırmadı. Odur ki, mən özüm onunla görüşmək istədim. Əli dedi: “Sən düz yol tutmusan! İndi mən onun yanına gedəcəm, səndə mənim dalımca gələrsən. Mən hara girsəm, səndə ora girərsən. Əgər yolda sənə xətər toxundura biləcək birisini görsən, dayanıb divarın dibinə çəkiləcəyəm ki, güya ayaqqabımın bağını bağlayıram, sənsə yoluna davam edərsən.” Bunu deyəndən sonra o getdi, məndə onun dalınca getdim. O gedib bir evə daxil oldu, mən də onun dalınca Peyğəmbərin yanına daxil oldum və ona: “Mənə İslam haqqında danış!” dedim. O mənə İslam dinini başa saldı və mən elə yerimdəcə bu dini qəbul etdim. Peyğəmbər mənə dedi: “Ey Əbu Zər bunu heç kəsə bildirmə, qayıt öz qəbilənə. Elə ki bizim açıq-aydın dəvət etdiyimizi eşitdin, gəl qoşul bizə”. Mən dedim: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən bunu onların arasında açıq-aydın elan edəcəyəm”.
Bundan sonra Əbu Zər məscidə gəldi. Həmin vaxt Qureyişlilər orada idilər. Əbu Zər uca səslə dedi: “Ey Qureyişlılər! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd onun qulu və elçisidir”. Müşrüklər: “Qalxın bu dinini dəyişənin dərsini verək!” dedilər.
Əbu Zər dedi: “Onlar qalxıb məni o ki var döydülər. Bu vaxt Abbas sinəsini qabağa verib məni müdafiə etdi və üzünü onlara tutub dedi: “Vay sizin halınıza! Siz Ğifar qəbiləsindən olan bir adamı öldürmək istəyirsiniz? Hal buki sizin həm ticarət yollarınız, həmdə özünüzün gediş-gəlişiniz oradan keçir.” Bunu eşidəndə onlar məndən əl çəkdilər. Səhəri gün mən onların yanına qayıdıb dünən dediklərimi təkrar etdim. Onlar yenə: “Qalxın bu dinini dəyişmişin dərsini verək!” dedilər və məni dünənki kökə saldılar. Yenə Abbas sinəsini qabağa verib məni müdafiə etdi və dünən dediklərini bir daha təkrar etdi.” «əl-Buxari».
¤Zu-Qarad döyüşü¤
İyas ibn Sələmə belə rəvayət edir: “Atam mənə belə danışdı: “Biz Peyğəmbərlə Hüdeybiyyə adlanan yerə gəldik. Yüz on dörd nəfər idik. Quyunun başında əlli qoyun var idi ki, quyu onlara su çatdırmırdı. Peyğəmbər quyunun kənarına oturdu və dua etdi, yada ki, onun içinə tüpürdü. Quyu daşdı və biz ondan içdik və heyvanları suladıq. Sonra Peyğəmbər ağacın altında beyət etməyə çağırdı. Ona insanlardan əvvəl mən beyət etdim. Sonra bir-bir hər kəs beyət etdi. Nəhayət insanların yarısına gəlincə Peyğəmbər : “Ey Sələmə, Beyət etmirsənmi?!” deyə buyurdu. Mən: “Ey Allahın Elçisi, Sənə ən birinci mən beyət etdim!” deyə söylədikdə Peyğəmbər : “Yenədə!” deyə buyurdu və mənim silahsız olduğumu gördükdə, mənə Cəhfə və ya Dərqa dəridən hazırlanmış qalxan verdi. Sonra: “Beyət et!” dedi. İnsanların sonuncusuna çatdıqda Peyğəmbər mənə: “Ey Sələmə, beyət etmirsənmi?!” deyə buyurdu. Mən: “Ey Allahın Elçisi, mən sənə insanların ən əvvəlində və ortasında beyət etdim!” deyə söylədikdə Peyğəmbər:
“Yenədə!” deyə buyurdu və mən üçüncü dəfə beyət etdim. Sonra məndən: “Ey Sələmə, sənə verdiyim dəri qalxan hanı?” deyə soruşdu. Mən: “Ey Allahın Elçisi, mən əmim Əmirlə qarşılaşdığım vaxt onu silahsız gördüm və qalxanı ona verdim.” deyə cavab verdim. Peyğəmbər gülümsədi və belə buyurdu: “Sən bundan əvvəlki adamın dediyi kimi dedin: “Allahım mənə elə bir dost nəsib et ki, o mənə nəfəsimdən daha istəkli olsun.” Sonra müşrüklər bizimlə sülh müqabiləsi üçün məktublaşdı. Hətta biz bir-birimizə yaxınlaşdıq və sülh bağladıq. Mən Talha ibn Ubeydullaha tabe idim. Onun atına su verir, tozunu çırpır, ona xidmət edir, yeməyindən yeyirdim. Mən əhlimi və malımı Allah və Elçisinə görə tərk edərək hicrət etmişdim. Məkkə əhli ilə biz sülh bağladıqdan sonra biz bir-birimizə qarışdıq. Mən ağacın yanına gələrək gövdəsinə söykəndim. Məkkə əhlindən dörd müşrük yanıma gəldi və Peyğəmbər haqda nə gəldi danışmağa başladılar. Onlara hirsləndim və başqa ağacın altına getdim. Onlar silahlarını asaraq uzandılar. Onlar bu halda ikən vadinin aşağısından bir kişi belə qışqırdı: “Gəlin ey Mühacirlər, İbn Zuneym öldürüldü.” Mən qılıncıma qurşanıb bu dörd nəfərin üzərinə onlar yuxuda ikən hücum etdim. Onların silahlarını götürüb əlimdə dəstələdim. Sonra onlara belə dedim: “Muhəmmədin üzünü şərəfləndirənə and olsun ki, sizdən kim başını qaldırarsa üzərində iki gözü olan üzünü (başını) kəsəcəyəm!” Sonra onları qabağıma qatıb Peyğəmbərin yanına gətirdim. Əmim Amir Əbalatlı mikraz adlanan bir kişini müşrüklərdən olan yetmiş kişinin içində zirehli bir at üzərində dartaraq Peyğəmbərin yanına gətirdi. Peyğəmbər onlara baxaraq belə buyurdu: “Buraxın onları bu pis əməl onlar üçün birinci və axrıncı dəfə olsun.” Peyğəmbər onların hamısını əfv etdi və Allah-Təala bu ayəni nazil etdi: “Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizində əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir!”
Sonra Mədinəyə qayıtmaq üçün yola çıxdıq. Yolda bir yerdə dayandıq. Bizimlə müşrük olan Bəni Lihan qəbiləsi arasında bir dağ vardı. Peyğəmbər bu gecə bu dağa dırmanan kəs üçün bağışlanma dilədi. Sanki o Peyğəmbərlə səhabələrinin keşikçisi olacaqdı. O gecə mən bu dağa iki və ya üç kərə çıxdım. Sonra Mədinəyə gəldik Peyğəmbərin yük dəvələrini xidmətçisi olan Rabah ilə göndərdi. Məndə onula bərabər Talhanın atının üzərinə çıxdım. Talhanın atını Dəvələrlə birlikdə su içmək üçün gətirib apardım. Sabaha çıxdıqda Əbd ər-Rəhman əl-Fəzərinin Peyğəmbərin bütün dəvələrini yığıb apardığını və çobanları öldürdüyünü gördüm. Rəbaha: “Ey Rəbah bu atı götür Talha ibn Ubeydullaha çatdır və Peyğəmbərə xəbər ver ki, müşrüklər onun sürüsünə basqın ediblər!” deyə buyurdum. Sonra isə bir təpənin üzərinə çıxdım və Mədinəyə tərəf üz tutaraq üç kərə: “Ey sabahım!” deyə səsləndim. Sonra onların ardınca çıxaraq onlara ox atmağa başladım. Həmdə belə şeir deyirdim:
“Mən əl-Əkvanın oğluyam!
Bu gün alçaqların ölüm günüdür.
Onlardan birinə çataraq arxasınca ox atdım.Ox onun çiyninə batdı.Mən: “Al sənı!”
“Mən əl-Əkvanın oğluyam!
Bu gün Alçaqların ölüm günüdür!
Allaha and olsun ki, mən onlara ox atmaqda davam edir, onların atlarını vurub öldürürdüm. Üzərimə bir atlı dönüb gəldikdə isə bir ağacın kökünə sığınaraq ox atır və heyvanını vururdum. Dağ daraldıqda onlar dar bir yerə daxil oldular. Mən dağın hündür bir yerinə qalxaraq onların başına daş atmağa başladım. Mən bu halda davam etdim. Nəhayət Allahın yaratmış olduğu Peyğəmbərin elə bir dəvəsi olmadı ki, onu arxama keçirməyim. Onlardan heç kəsi mənimlə heyvanlar arasına buraxmadım. Sonra onların ardınca düşərək ox atmağa davam etdim. Onlar qaçarkən yüngülləşmək üçün otuzdan artıq zireh və nizə atıb getdilər. Peyğəmbər və əshabı bilsinlər deyə onların atdıqları şeylərin üzərinə daşdan işaralər qoyurdum. Nəhayət gəlib bir dağ yoluna çatdılar. Bu vaxt Finakəs ibn əl-Fəzəri gəldi və onlar oturub səhər yeməyi yeməyə başladılar. Mən kiçik bir dağın təpəsində oturdum. Əl-Fəzəri onlara belə dedi: “Bu gördüklərim nədir belə? Onlar: “Bu adamla bəlaya düşmüşük. Allaha and olsun ki, alaqaranlıqdan bizdən heç ayrılmır. Bizi ox atəşinə tutub və əlimizdə olan hər bir şeyi alıb. deyə söylədilər.” əl-Fəzəri onlara belə dedi: “Sizdən dörd nəfər onun yanına getsin”. Onlardan dörd nəfər dağa çıxmağa başladı. Onlar mənimlə danışa biləcək bir məsafəyə çatdıqda, mən onlara: “Siz məni tanıyırsınız?” deyə soruşdum. Onlar: “Xeyr! Sən kimsən?” deyə cavab verdikdə, mən belə dedim: “Mən Sələmə ibn əl-Əkvayam!” Muhammədin üzünü mübarək edən Allaha and olsun ki, sizlərdən kimi tutmaq, öldürmək istəsəm, buna nail olaram lakin sizlərdən kimsə məni tutmaq istəsə buna nail ola bilməz!” Onlardan biri belə dedi: “Məndə elə bunu zənn edirəm.” Onlar qayıtdılar. Mən isə Peyğəmbərin süvariləri köməyə gəlməyincə yerimdən tərpənmədim. Süvarilər ağacların arasında görünməyə başladılar. Süvarilərin önündə əl-Əxram əl-Əsədi, arxasınca Əbu Qatədə əl-Ənsari, onunda arxasında Miqdad ibn əl-Əsvəd əl-Kindi vardı. Mən onlar yaxınlaşdıqda əl-Əxramın atının yüyənindən tutdum. Bu an müşrüklər qaçmağa başladılar. Mən ona belə dedim: “Ey Əxram, onlardan özünü qoru. Mən istəmirəm ki, Peyğəmbər və əshabələri gəlincəyə kimi onlar səni öldürsünlər.” O, belə buyurdu: “Ey Sələmə, əgər Allaha və axirət gününə, Cənnətin və Cəhənnəmin haqq olduğuna iman edirsənsə, mənə Onun yolunda şəhid olmağa mane olma!” Mən onu sərbəst buraxdım. O, əbd ər-Rahmanla təkbə tək qarşılaşdı. O, əbd ər-Rahmanın atını vurub öldürdü. Əbd ər-Rahman da onu nizə ilə vurub öldürdü və onun atının üzərinə atılaraq qaçdı. Peyğəmbərin suvarisi Əbu Qatədə ona çataraq onu nizə ilə vurub öldürdü. Muhəmmədin üzünü mübarək edənə Allaha and olsun ki, onların ardınca qaçır onları təqib edirdim. Nəhayət arxamda nə Peyğəmbərin suvarilərindən, nədə onların tozlarından bir şey görünmədi. Günəş batmazdan əvvəl müşrüklər Zu-Qarad adlanan vadiyə susamış halda endilər. Onlar baxdıqları vaxt, mənim onların ardınca gəldiyimi gördülər. Bir qurtum içmədən oranı tərk etdilər. Qaçaraq təpənin üzərinə çıxmağa başladılar. Məndə onların ardınca qaçaraq onlardan birinə yaxınlaşdım və ox atdım. Ox müşrikin çiyin nahiyəsinə batdı. Mən: “Al səni! Mən əl-Əkvanın oğluyam! Bu gün alçaqların ölüm günüdür!” dedim. O müşrik: “Anası onu itirsin, sən alaqaranlıqda oxuyan əl-Əkvasan!” dedi. Mən:”Bəli! Ey nəfsimin düşməni mən ala qaranlıqda sizi izləyən əl-Əkvayam!”deyə cavab verdim. Onlar dağın təpəsində iki at tərk edərək getdilər. Məndə o iki atı sürüb Peyğəmbərin yanına gətirdim. Yolda məni Amir bir əlində azca süd o biri əlində isə su olan tuluqla qarşıladı. Mən dəstamaz aldım və süddən içib sonra Peyğəmbərin yanına gəldim. O müşriklərin tərk etdikləri suyun yanında dayanmışdı. Müşriklərdən aldığım dəvələri, zirehləri və nizələri götürmüşdü. Bilal dəvələrdən birini kəsib ciyərindən və hürgücündən Peyğəmbər üçün qızardırdı. Mən belə dedim: “Ey Allahın Elçisi, mənə izn ver əshabından yüz nəfər seçib onların ardınca gedim və öldürmədiyim heçbir xəbərçi qalmasın.” Bu sözlərə Peyğəmbər güldü və gündüzün parlaqlığında yan dişləri göründü. Sonra belə buyurdu: “Əgər sənə izn versəm, bu işi edəcəksənmi?” Mən: “Səni hörmətli edənə and olsun ki, bəli!” Peyğəmbər belə buyurdu: “Hal hazırda onlar Qatafan ərazisində ziyafətə qonaqdırlar!” Qatafandan bir kişi gələrək belə dedi: “Filankəs onlar üçün bir dəvə kəsdi.” Onlar dəvənin dərisini soyarkən bir toz qopduğunu gördülər. Oradakılar: “Sizi qovanlar gəldilər!” dedilər və tez çıxıb qaçdılar. Səhər açıldığı vaxt Peyğəmbər belə buyurdu: “Bu gün süvarilərimizin ən xeyirlisi Əbu Qatədə, Piyadalarımızın ən xeyirlisı isə Sələmədir.” Sonra Peyğəmbər Mənə qənimətdən –süvari hissəsindən bir və piyada hissəsindən də bir pay ayıraraq- iki hissə pay verdi.” Mədinəyə qayıdarkən məni əl-Adba adlı dəvəsinin tərkinə aldı.” Biz bu şəkildə yolda ikən ənsarlardan biri: “Mədinəyə kimi qaçaraq yarışmaq istəyən varmı?” deyə bir neçə dəfə təkrarladı. Bu sözləri eşitdikdə belə dedim: “Məgər sən alicənab şərəfli insanlara hörmət etmirsən?” O, belə cavab verdi: “Xeyr! Mən yalnız Allahın Elçisinə hörmət edirəm.” Mən: “Ey Allahın Elçisi Atam, Anam sənə fəda olsun, izin ver kişi ilə yarışım” dedim. O: “İstəyirsənsə yarış!” deyə buyurdu. Mən ona: “Sən qaç deyə buyurdum və ayaqlarımı qaçış üçün büküb onun ardınca sıçrayaraq qaçmağa başladım. Ona qarşı nəfəsimi almaq üçün bir və ya iki yerdə dayandım. Sonra yenə onun ardınca sürətlə qaçmağa başladım. Sonra ona qarşı nəfəsimi dərmək üçün yenidən bir vəya iki yerdə dayandım. Sonra başımı qaldıraraq sürətlə onun ardınca qaçmağa başladım. Sonra gəlib ona çatdıqda çiyninə vuraraq: “Vallahi! Mən səni ötdüm!” dedim. O: “Mən də belə hesab edirəm!” dedi. Nəhayət mən onu Mədinəyə kimi keçdim. Sələmə belə buyurdu: “Allaha and olsun ki, üç gecə qaldıqdan sonra Peyğəmbərlə Xeybər istiqamətinə yola çıxdıq. Əmim Amir camaat üçün belə şeir oxuyurdu:
“Allaha and olsun ki,
Allah istəməsəydi, hidayət olmazdıq biz,
Nə sədəqə verərdik, nə də namaz qılardıq biz,
Olmasaydı lütfün Sənin, keçinə bilməzdik biz,
Düşmənlə qədəmlərimiz sabit qarşılaşdıq biz,
Sakinlik nazil et bizə.”
Peyğəmbər “Bu kimdir?” deyə soruşdu. O: “Mən Amirəm” deyə cavab verdikdə, Peyğəmbər belə dua etdi: “Rəbbin səni bağışlasın!” Peyğəmbər kimin üçün xüsusən dua edirdisə o adam mütləq şəhid olurdu. Dəvəsinin üzərində oturmuş Ömər ibn əl-Xəttab belə dedi: “Ey Allahın Elçisi, qoy o hələ bizi şeirləri ilə feyziyab etsin!” Xeybərə çatdıqda, düşmənlərin başçısı Mərhab qılıncını oynadaraq irəli çıxdı və belə dedi:
“Artıq Xeybər tanıdı, bildi ki, Mərhabam mən,
Müharibə başlayıb, döyüş başlayarkən
Mahir silah ustası, təcrübəliyəm mən.”
Əmim Amir onunla vuruşmaq üçün önə çıxdı və belə dedi:
“Artıq Xeybər tanıdı, bildiki Amirəm mən,
Mahir silah ustası, çevik qəhramanam mən.”
Təkbə tək döyüş başladı və hər biri bir-birinə qarşılıqlı qılınc zərbələri endirdi. Mərhabın qılıncı əmimin qalxanına dəydi. Əmim onu alt nahiyədən vurmaq istədikdə qılınc onun özünə qayıdaraq damarını kəsdi. Onun ölümüdə bu yaradan oldu. Sələmə belə buyurmuşdur: “Mən çıxdıqda Peyğəmbərin səhabələrindən bir neçəsinin: “Amirin əməli batil oldu. O özünü öldürdü!” dediyini eşitdim və ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib belə dedim: “Ey Allahın Elçisi Amirin əməli batil olub? O “Bunu kim deyir?” deyə soruşdu. Mən: “Səhabələrindən bəziləri!” deyə cavab verdim. O, belə buyurdu: “Bunu deyənlər, yalan deyirlər! Əksinə, o, ikiqat savab qazanmışdır.” Sonra məni, Əlinin arxasınca göndərdi. O, göz ağrısından əziyyət çəkirdi. Peyğəmbər “Bu bayrağı elə bir kəsə verəcəyəm ki, O Allah və elçisini sevir, Allah və Elçisi də onu sevir!” deyə buyurdu. Mən Əlinin yanına gəldim, gözlərindən əziyyət çəkdiyi üçün əlindən tutaraq onu Peyğəmbərin yanına gətirdim. Peyğəmbər onun gözlərinə tüpürərək dua etdi və gözləri sağaldı. Peyğəmbər bayrağı ona verdi. Mərhab irəli çıxdı və belə dedi:
“Artıq Xeybər tanıdı, bildi ki, Mərhabam mən,
Müharibə başlayıb, döyüş başlayarkən
Mahir silah ustası, təcrübəliyəm mən.”
Əli belə buyurdu:
Anamın heydər adlandırdığı mənəm,
Meşələr aslanı tək görkəmliyəm,
Düşmənləri pərən-pərən edib tez öldürərəm.”
Mərhabın başından qılınc ilə vuraraq öldürdü və Xeybər onun əli ilə fəth edildi.” «Muslim».
¤Onu Cənnətlə müjdələ¤
Əbu Musa əl-Əşari demişdir: “Bir dəfə mən dəstamaz alıb evdən çıxdım və öz-özümə dedim: “Peyğəmbərdən ayrılmayacağam, bütün günü onun yanında olacağam.”
Sonra Əbu Musə məscidə gəlib Peyğəmbəri soruşdu. Oradakılar ona dedilər: “Filan yerə getdi.”
Əbu Musa dedi: “Mən soruşa-soruşa onun dalınca çıxdım. Nəhayət, O gedib Əris quyusu olan bağçaya girdi. Məndə gəlib qapının yanında oturdum. Bağçanın qapısı xurma budaqlarından düzəldilmişdi. Nəhayət, Peyğəmbər təbii ehtiyacını rəf etdikdən sonra dəstəmaz aldı. Bundan sonra mən onun yanına getdim və gördüm ki, O, quyunun başında oturub ayaqlarınıda dizdən yuxarıya qədər açıb quyuya sallayıb. Mən ona salam verdim, sonrada gedib qapının yanında oturdum və öz-özümə dedim: “Bu gün mən Peyğəmbərin qapıçısı olacağam.” Bu əsnada Əbu Bəkr gəlib qapını döydü. Mən: “Kimdir o?” deyə soruşdum. O: “Əbu Bəkrdir!” deyə cavab verdi. Mən ona: “Yerində dur” dedim, sonra Peyğəmbərin yanına gedib dedim: “Ey Allahın Elçisi, Əbu Bəkr içəri daxil olmaq üçün izn istəyir.” Peyğəmbər buyurdu: “İzn ver gəlsin və onu Cənnətlə müjdələ!” Mən qayıdıb Əbu Bəkrə dedim: “Gəl içəri! Allahın Elçisi səni Cənnətlə müjdələyir!” Əbu Bəkr içəri daxil olub quyunun başında, Peyğəmbərin sağ tərəfində oturdu və Peyğəmbər etdiyi kimi ayaqlarını açıb quyuya salladı. Sonra mən qayıdıb oturdum. Qardaşıma gəlincə o da mənimlə gəlmək istəyirdi, lakin mən onu dəstamaz alarkən qoyub getdim. Allah ona xeyir nəsib etmək istəsə, onu da bura gətirər. Elə bu vaxt kimsə qapını itələdi. Mən: “Kimdir o?” deyə soruşdum. O: “Ömər ibn Xəttabdır!” deyə cavab verdi. Mən ona “Yerində dur” dedim, sonra Peyğəmbərin yanına gedib ona salam verdim və dedim: “Ömər ibn Xəttab içəri girmək üçün izn istəyir.” Peyğəmbər buyurdu: “İzn ver gəlsin və onu Cənnətlə müjdələ!” Mən qayıdıb dedim: “Gəl içəri! Allahın Elçisi səni Cənnətlə müjdələyir!” Ömər içəri daxil olub quyunun başında, Peyğəmbərin sol tərəfində oturdu və ayaqlarını açıb quyuya salladı. Sonra mən qayıdıb oturdum. Əgər Allah filankəsə (qardaşıma) xeyir nəsib etmək istəsə onu da bura gətirər. Bu vaxt bir nəfər gəlib qapını tərpətdi. Mən: “Kimdir o?” deyə soruşdum. O: “Osman ibn Əffandır!” deyə cavab verdi.
Mən ona “Yerində dur” dedim, sonra Peyğəmbərin yanına gedib ona xəbər verdim. Peyğəmbər buyurdu: “İzn ver gəlsin və ona müjdə ver ki, onun başına müsibət gəldikdən sonra Cənnətə girəcəkdir!” Mən qayıdıb dedim: ““Gəl içəri! Allahın Elçisi sənə müjdə verir ki, sənin başına müsibət gəldikdən sonra sən Cənnətə girəcəksən.” Osman içəri daxil oldu və quyunun kənarında yer olmadığını görüb Peyğəmbərin qarşı tərəfində oturdu.” «əl-Buxari».
¤Son söz¤
Beləcə Allahın izni ilə bu kitabı sona yetirdik. Hər bir yaradılan sona məhkumdur, yalnız Uca Allahdan başqa. Ümüd edirəm ki, bu kitabı oxuyan hər bir müsəlman kişi və qadın Allahın dinində sabit olacaq. Nöqsansız Allahım Həmd və sənalar Sənə aiddir, Səndən başqa ibadət olunmağa haqqı olan məbud yoxdur, Səndən bağışlanma diləyirəm, sənə tövbə edirəm.
Allahın Rəhmətinə ümüd edən:
Əbu Ubeydə Usamə ibn Muhəmməd əl-Cəmməl
Tərcümə etdi:
Osman Sələfi
Dostları ilə paylaş: |