ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

369

 

əvvəlində “t” və “p” samitlərinin işlənməsi Azərbaycan dili şivələ-



rində eynilə mühafizə olunur: tüş (düş-düşmək), tiş (diş), tevşan 

(dovşan)...; piçin (biçin), putax (budaq), pıçax (bıçaq)... Digər tə-

rəfdən, müəllifin fikri təsdiq üçün gətirdiyi “parmak” sözü “Ki-

tab”ın dilində təkcə “parmak” (parmaq – Ə.T.) şəklində yox, həm 

də “barmaq” şəklində  işlənib: “...barmaqları nigarlı məhbub ka-

fər qızları Qalın Oğuz  bəglərinə sağraq sürüb içərlərdi” (D-36). 

X.Koroğlunun başqa bir fikrinə diqqət yetirək: “Türkmən  ədəbi 

dilində saxlanmış “η” (sağır nun) daha sabitdir. Azərbaycan dilin-

də ona yalnız dialektlərdə rast gəlinir” (səh.210). Müəllifin bu fik-

ri, ümumiyyətlə, yerinə düşmür: birincisi, ona görə ki, velyar  η 

(sağır nun) dilimizin əlifbasından 1940-cı ildə çıxarılıb. Bu, o de-

məkdir ki, velyar “η” 1940-cı ilə  qədər Azərbaycan yazılı abidə-

lərinin dilində  işlənib; ikincisi, bir sıra  şəkilçi morfemlərindəki 

“η” səsi müasir  Azərbaycan ədəbi tələffüz normaları baxımından 

tam məqbul hesab edilir. Burada  morfoloji şəraitdə tələffüz məsə-

lələrini sistemli şəkildə araşdırmış  Ə.Dəmirçizadənin  bir fikrini 

xatırlatmaq lazım gəlir: “II tək və cəm şəxsi bildirən nisbət şəkil-

çilərindəki “n” samiti sağır “η” çalarlığında tələffüz olunmalıdır: 

sənin atan – ataη,  əlin - əliη...” (Müasir Azərbaycan dili. Bakı, 

1972, səh.240);  üçüncüsü, “Kitab”ın dilində müxtəlif məqamlarda 

işlənmiş velyar “η” Azərbaycan dilinin qərb  şivələrində eynilə 

saxlanılır. Bu, aşağıdakı cədvəldə daha aydın görünür: 

 

velyar “η”

“Kitab”ın dilində Azərbaycan dilinin

qərb şivələrində 

söz ortasında bəηzər,dəηiz,qoηur bəηzər, dəηiz, qoηur 

söz sonunda  

taη, soη, biη  

daη, soη, miη 

yiyəlik hal şəkilçisi daxilində 

sən oğlıη,  

dəvəniη burnı   

sən oğluη,  

uşağıη atası  

yönlük hal şəkilçisindən əvvəl maηa, saηa maηa, saηa 

mənsubiyyət şəkilçisi daxilində babaη, oğluηız  

babaη, oğluηuz 

şəxs sonluqları daxilində

öldürüη, gətüriη

öldürüη, gətiriη  

 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

370

 

X.Koroğlunun “Kitab”la bağlı düzgün olmayan fikirləri 



qorqudşünas H.Məmmədlinin də diqqətindən  yayınmayıb. Burada 

müəllifin qarşılaşdırmalar kontekstində  təqdim etdiyi bir fikrini 

xatırlatmaqla kifayətlənmək olar: “...X.Koroğlu hətta belə bir yan-

lış fikir də ortaya atır ki, “Kitabi-Dədə Qorqud” sak-sarmat mühi-

tində yaranmış  və onlardan türklərə keçmişdir. Koroğlu həm də 

sakları irandilli qrupa daxil edir. Görkəmli tarixçi M.İsmayılov 

haqlı olaraq yazır ki, X.Koroğlunun bu mülahizəsinin heç bir elmi 

əsası yoxdur. Əgər Koroğlu dediyi kimi olsa idi, onda heç olmazsa 

abidənin bircə boyu irandillilər arasında qorunub saxlanardı. Bu 

türkdilli abidə yalnız türkdillilərin mühitində yarana bilərdi (Dün-

yanı düşündürən “Dədə Qorqud”. Bakı, 1999, səh.45). Amma bu 

da var ki, X.Koroğlu “Dastan”ın dilinin daha çox türkmən dilinə 

yaxın olduğunu iddia etsə  də, bir sıra hökmlərində “Dastan”ın 

məhz Azərbaycan dilində yazılması açıq-aydın  şəkildə görünür:  

“...Vatikan  əlyazmasında Qorqud ata yalnız bir dəfə Müqəd-

dimədə rast gəlinir, mətndə, görünür adət edilmədiyindən “ata” 

sözü artıq işlənmir. Əvəzində 29 dəfə Dədə Qorqud, 21 dəfə Də-

dəm Qorqud, 18 dəfə yalnız Dədə və bir dəfə Dədə Sultan adı çə-

kilir. Bu müraciət forması Azərbaycan türklərinin  şivələri üçün 

xarakterikdir: Molla Nəsrəddin, Aşıq Ələsgər, Dədə Qasım, Usta 

Həsən və b. ...” (Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.209); 

− “Kitab”ın  məhz Azərbaycan dilində yazıldığı F.Zeynalov 

və S.Əlizadə tərəfindən tutarlı faktlarla əsaslandırılıb. Burada yal-

nız bir faktı xatırladırıq: “...Eyni sözü “Sallaqxana” sözü haqqında 

da demək olar. O.Şaiq bu sözün selx (ərəb) və xana (fars) sözləri-

nin birləşməsindən ibarət olduğunu, Azərbaycan dilinə  qətiyyən 

aid olmadığını söyləyir. Bizcə, bu, Nəsimidə  işlənən sallax (dəri 

soyan) sözü ilə xana sözünün birləşməsindən ibarətdir. Məsələn: 

Soyun, ey murdar sallaxlar Nəsiminin tənini. Bu söz ancaq Azər-

baycan dilində “heyvan kəsilən yer” mənasında işlənir” (Tükən-

məz xəzinə. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.13). 

− Ş.Cəmşidov “Kitab”ın dilindəki Bərdə, Gəncə, Əlincə kimi 

toponimlərin müasir Azərbaycan toponimləri sistemində eynilə 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

371

 

işlənməsini göstərməklə yanaşı, müasir Azərbaycan onomastikası 



üçün səciyyəvi olan Alpan kəndi, Bayındurlu kəndi, Dondarlı kən-

di, Bayındır çayı, Qazangöl düzü, Qaraçuq dağı və s. toponimlərin 

“Kitab”ın dili ilə səsləşdiyini də əsaslandırmağa çalışır. Bu, müəl-

lifin təqdim etdiyi cədvəllərdə də aydın şəkildə görünür. Bir mə-

qamı da qeyd edək ki, Ş.Cəmşidov “Kitab”ı türkmən eposu hesab 

edən B.A.Karrıyevin  əsərlərini təhlil süzgəcindən keçirir, onun 

birtərəfli mövqe tutduğunu faktlarla sübut edir: “B.A.Karrıyev 

müxtəlif  vaxtlarda yazdığı bu məqalələrdə “Kitabi-Dədə Qor-

qud”u bütünlüklə türkmən eposu elan edir və hətta Drezden nüs-

xəsinin guya türkməncə yazılmış ilk orijinaldan “azərbaycancalaş-

dırılaraq köçürülmüş nüsxə” kimi  qələmə verir... Əlbəttə, bu fikir 

tamamilə  səhvdir. Bütün ədəbi, etnik xüsusiyyətləri, dili, hadisə-

lərin  coğrafi yeri və s. əlamətlərindən aşkar göründüyü üzrə, “Ki-

tabi-Dədə Qorqud” tanıdığımız şəkildə, Azərbaycanda formalaşıb 

qələmə alınmışdır...” (Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.18, 

s.57-64); 

− T.Hacıyev “Kitab”ı  Oğuzların tarixi coğrafiyası koordinat-

ları kontekstində izah etsə də, onu Azərbaycan Oğuznaməsi hesab 

edir: “Şübhəsiz, dastan konkret zaman kəsiyində yaranmadığı ki-

mi, onu mütləq coğrafi koordinata yerləşdirmək zorakılıq sayılar-

dı. Bu, oğuznamədir: oğuzlar tarixən müxtəlif ərazilərdə dövlətlər 

yaratdığından burada oğuzların tarixi coğrafiyasının izləri görün-

məkdədir. Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən 

bugünkü türk dövlətlərini  əhatə edir. Həmin coğrafiyada çoxlu 

oğuznamələr yaranmışdır.  Əlimizdə olan əsər, deyildiyi kimi, 

məhz Azərbaycan oğuznaməsidir”. (Dədə Qorqud: dilimiz, 

düşüncəmiz. Bakı, 1999, səh.7); 

− A.Hacıyev qeyd edir ki, Türkiyə və Türkmənistan  respubli-

kalarında “Kitab”ın məhz onlara məxsus olduğu fikri də geniş ya-

yılmışdır. Müəllif bu cür fikirlərin qeyri-dəqiqliyini, bir tərəfdən, 

xalqımızın bəxti ilə əlaqələndirirsə, digər tərəfdən, konkret faktlar-

la əsaslandırır: “...Xalqımızın bəxti onda gətirmişdir ki, yaranışca 

bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan  ərazisində 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

372

 

yeni variantda formalaşmaqla bərabər, yazıya alınaraq kitablaşdı-



rılmışdır. Elm aləmində “Dədə Qorqud kitabı” kimi məşhurlaşan 

Drezden nüsxəsi məhz qədim oğuz eposunun Azərbaycan variantı-

dır”. (“Dədə Qorqud kitabı”nın  şərhli oxunuşu. I, Bakı, 2014, 

səh.4); 


− A.Axundov “Kitabi-Dədə Qorqud” dastanını Azərbay-

can xalqının və onun dilinin abidəsi adlandırarkən yazır: “Fonetik 

səviyyədə “Kitabi-Dədə Qorqud”da  bəzi səslərin, məsələn, b və 

m samitlərinin söz başında (anlautda) müvazi işlənməsi ümum-

danışıq dilinin hələ tam formalaşmadığını, yəni oğuz və  qıpçaq 

dilləri ünsürlərinin “mübarizəsinin” hələ başa çatmadığını göstə-

rir; misallar: Xan qızı  səbəbi nədir, degil maηa (35) (Misallar 

F.Zeynalov və S.Əlizadənin nəşr etdikləri “Kitabi-Dədə Qorqud” 

(Bakı, Yazıçı, 1988) kitabından seçilmişdir). “Hay Dirsə xan, baηa 

qəzəb etmə (yenə orada). Bu m//b müvaziliyinin ər-arvad arasında 

özünü göstərməsi onlardan  birincisinin qıpçaq, ikincisinin isə 

oğuz tayfalarına mənsubluğuna dəlalət edir və dastanın qədim-

liyinə, oğuz və  qıpçaqların bir “dövlət daxilində”mi  deyək, hələ 

bərabər mövcud olduqları dövrünə aid olmasını göstərir” (Azər-

baycan dilinin qədim abidəsi. “Dede Korkut ve Geçmişten Gelece-

ğe Türk Destanları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı. 

Ankara, 2011, səh.163). Burada bir məsələni dəqiqləşdirmək la-

zım gəlir: problemə təkcə tarixi-linqvistik yox, həm də sosiolinq-

vistika prizmasından aydınlıq gətirməyə çalışan A.Axundova gö-

rə, söz başında “m” samitinin işlənməsi (maηa forması) qıpçaq 

əsilli Dirsə xana, “b” samitinin işlənməsi (baηa forması) isə Dirsə 

xanın Oğuz  əsilli xatununa aiddir. “Kitab”ın Drezden nüsxəsi, 

eləcə  də Zeynalov – Əlizadə  nəşri (Bakı, 1988) müəllifin fikir-

lərinin düzgün olmadığını göstərir. Belə ki, həm Dirsə xanın, həm 

də onun xatununun dilində  hər iki formanın işlənməsi müşahidə 

olunur: Dirsə xanın dilində - “Bu qara eyib baηa ya bəndəndür, ya 

xatundandur” (D-12); “Xan qızı, səbəbi nədir, degil maηa!” (D-

13); Dirsə xanın xatununun dilində: “Hay Dirsə xan, baηa qəzəb 

etmə!” (D-14); “Aslanla qaplana bir oğul yedirdiηsə, degil ma-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

373

 

ηa!” (D-25). Yeri gəlmişkən, “maηa” forması təkcə Dirsə xan və 

onun xatununun dili deyil, ümumən “Kitab”ın dilində üstün möv-

qedədir, “baηa” formasına isə az rast gəlinir... Bu cəhət “mən” və 

“bən” formalarında da özünü göstərir. Belə ki, “Kitab”ın dilində 

403 dəfə mən, 54 dəfə bən forması işlənib. 

“Kitab”ın Azərbaycan dilində yazıldığını arqumentləşdirən 

yuxarıdakı çoxsaylı faktların sırasına aşağıdakıları da əlavə etmək 

lazım gəlir:  

− “Kitab”ın antroponimlər sisteminə daxil olub, müasir 

Azərbaycan antroponimləri sistemində  işlənməyən adların bir 

hissəsi 1723-28-ci illərdə Osmanlı  məmurları  tərəfindən tərtib 

edilmiş “Dəftəri-müfəssəli-əyaləti Tiflis” adlı topluda eynilə işlən-

mişdir: Qorqud Mirzə oğlu, Nəbi Dondar oğlu, Nəbi Xızır oğlu, 

Məhəmməd Uruz oğlu, Bədirxan Qazan oğlu, Bamsı Çayam oğ-

lu, Pirməhəmməd Qaragünə oğlu və s. (Tiflis əyalətinin müfəssəl 

dəftəri. Borçalı və Qazax (1728-ci il). Bakı, Pedaqogika, 2001)... 

Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən Bamsı, 

Qazan, Qaragünə, Dondar, Uruz kimi şəxs adlarının 1723-28-ci 

illərə aid sənədlərdə işlənməsi “Kitabi-Dədə Qorqud” motivlərinin 

ən azı XVIII əsrə qədər xalqımızın  folklor yaddaşında yaşamasın-

dan xəbər verir (Əzizxan Tanrıverdi. “Kitabi-Dədə Qorqud” və 

qərb ləhcəsi. Bakı, 2002, səh.7). Qeyd edək ki, bu cür faktlara  

Türkiyə və Türkmənistan tarixində rast gəlinmir

− “Kitab”ın dilində işlənmiş Buηlu qoca, Duxa qoca, Qaηlı 

qoca,  İlək qoca kimi antroponimik modellərdəki “qoca” sözü 

fonetik tərkibcə daha çox Azərbaycan dilinə uyğundur. Maraqlıdır 

ki, X.Koroğlu bu cür adlara da başqa bucaqdan yanaşır: “Qorqud 

Kitab”ı adlarının əksəriyyəti oğuz mənşəli və qədim vətənlərində 

yaranmış oğuz haqqında əfsanələrlə bağlı olsa da, yeni məskunlaş-

dıqları ərazilərdə onlar başqa cür səslənməyə  başlamışlar. Məsə-

lən, qədim adlara azərbaycanlılar arasında qəbul olunmuş “qoca” 

əlavəsi (Qanlı qoca, Qazılıq qoca və b.) və yeni yerli adlar (Rüs-

təm, Şir Şəmsəddin) artırılmışdır” (Oğuz qəhrəmanlıq eposu. Ba-

kı, 1999, səh.209); 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

374

 

− Drezden nüsxəsinin 266-cı səhifəsindəki  “



لرد

شيص


” ya-

zılış şəklini M.Ergin derlemiş, F.Zeynalov və S.Əlizadə isə dərlə-



miş kimi oxumuşlar. Həmin yazılış formasını M.Ergin Türkiyə 

türkcəsinə uyğunlaşdıraraq transkripsiya etsə belə, yenə də hər iki 

oxunuş formasını düzgün hesab edirik. Çünki həmin yazılış  şək-

linin birinci hərfi ٺ və ya ط hərfləri yox,   məhz “ د hərfidir. 

“Dərləmiş” sözünün kök morfemi olan “dər”  isminin arxetipi 

“dər” yox, “tər”dir. “Kitabi-Dədə Qorqud”a qədərki mənbələrdə, 

konkret desək, Orxon-Yenisey abidələrində “tər”  şəklindədir... 

Deməli, “tər” sözü “Kitabi-Dədə Qorqud”da tələffüz olunduğu 

kimi (t>d fonetik hadisəsi) yazıya alınmışdır. “Tər” sözü müasir 

ədəbi dilimizin orfoqrafiyası və hətta orfoepiyasında “Kitabi-Dədə 

Qorqud”dakı yox, Orxon-Yenisey abidələrindəki formasına uyğun 

işlənir. “Kitabi-Dədə Qorqud”da işlənən “dərləmiş” (Bir məhbub, 

ala gözlü gənc yigit burcuq-burcuq dərləmiş uyur) sözü isə 

Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə olunur: dərrə-

məx` (tərləmək). Uşax yaman dərriyif...(Əzizxan Tanrıverdi. “Ki-

tabi-Dədə Qorqud” və qərb ləhcəsi. Bakı, 2002, səh.39). Burada o 

da vurğulanmalıdır ki, “Kitab” və Azərbaycan dilinin qərb şivələri 

üçün səciyyəvi olan “dərrəməx” formasına digər türk dillərində 

rast gəlinmir; 

− ıb


4

 şəkilçili nəqli keçmiş zaman forması “Kitab”ın dilin-

də intensivliyi ilə  fərqlənir:  Qurıyıbdır suyu gəlməz...; Baş  kə-

sübdir, qan dökibdir//Çöldi alubdır, ad qazanıbdır... Bu şəkilçi 

müasir Azərbaycan dilində  də üstün mövqedə  çıxış edir: alıb, 

gəlib, görüb, qurub... Türkiyə türkcəsində  işlənmir: “Bugün artık 

Osmanlı sahasında bu şekil kullanılmamakdadır” (M.Ergin. Türk 

dil bilgisi. İstanbul,1962, səh.285). Türkmən dilində isə -ıb

yox, -



ıp

4

 forması aktivliyi ilə seçilir: qışqalıp, emele qəlip (M.Xıdırov. 



Türkmen dilinin tarıxından materiallar. Aşqabat, 1958, səh.28);  

−”Kitab”ın dilindəki –ır

4

 indiki zaman forması (Oğul, oğul, 



ay oğul! Bilürmisin  nələr oldu? Mərə,  Əzrayil dedüginiz nə 

kişidir kim, adamıη  canın alur?..) müasir Azərbaycan  ədəbi 

dilində eynilə  işlənir (alır, gəlir, görür, qurur...). Burada xüsusi 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

375

 

olaraq qeyd edək ki, indiki zamanın morfoloji göstəriciləri Oğuz 



qrupuna daxil olan digər  türk dillərində tam başqa formalardadır. 

Konkret desək,  belədir: Türkiyə türkcəsində: -yor; türkmən dilin-

də: -yar, -yər

4

; qaqauz dilində: -er, -yer. Haşiyə: Görəsən, 



O.Ş.Gökyay, B.Karrıyev, X.Koroğlu kimi görkəmli alimlər bu 

detalı – “Kitab” və müasir Azərbaycan  ədəbi dili üçün səciyyəvi 

olan –ır indiki zaman formasını  nə üçün nəzərə almayıblar? 

“Kitab”da görməyiblər, yoxsa görmək istəməyiblər? Fikrimizcə, 

görüblər, ancaq Azərbaycan dilinə aid olduğu üçün qabartmayıb-

lar, məqsədli  şəkildə üstündən keçiblər.  Əgər belə olmasa idi, 

“XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada yoxdur” 

hökmünü verən O.Ş.Gökyay kimi görkəmli qorqudşünas “Ki-

tab”ın Drezden və Vatikan nüsxələrini transkripsiya edərkən –ır

4

 



indiki zaman formasını olduğu kimi saxlamazdı: “Begüm oğul, 

gözüm oğul, Bilürmüsün neler oldu?  Mere Azrail dedügünüz ne 

kişidür kim adamuη  canuη alur?..” (Dedem Korkudun kitabı. 

İstanbul, 2000, səh.24, 75). Təqdim etdiyimiz hər iki nümunə 

Azərbaycan  dilindədir. Bu isə o deməkdir ki, O.Şaiq fakt qarşısın-

da qaldığı üçün “-yor  indiki zaman formasından (bil+-yor, al+-

yor) istifadə edə bilməyib”. Burada bir atalar sözünü xatırlatmaq 

yerinə düşür: “Bərəkət ondur, onu da düzlük”; 

− “Kitab”da gələcək zaman məzmunlu –ası

2

  şəkilçisinə - 



lazım  şəklinin formasına az təsadüf olunur: “Bəli xanım  bulası-

yam ...yatacaq yerim genə bu xərab olasıydı...”.  Türkologiyaya 

dair tədqiqatlarda göstərilir: “...lazım forma göstəricisi –ası, -əsi 

indi yalnız Azərbaycan dilində aktiv surətdə bu funksiyanı icra 

edir. Ona görə digər Oğuz qrupuna aid dillərdə bu formadan, 

demək olar ki, bəhs edilmir” (K.Bəşirov. Oğuz qrupu türk 

dillərində qrammatik morfemlər. Bakı, 2009, səh.161); 

− “Kitab”ın poetik strukturundakı “...Aydan arı, gündən 

görkli qız qardaşıη Banıçiçəgi//Bamsı Beyrəgə diləməgə  gəlmi-

şəm” misraları ilə bitən sintaktik bütöv Oğuz elində elçiliyin (qız 

istəmənin) poetik dillə ifadəsidir.Həmin sintaktik bütöv müasir 

Azərbaycan  etnoqrafiyasında  nisbətən  dəyişikliyə uğramış şəkil-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

376

 

də mühafizə olunur: “...Gəlin aparmağa gəlmişik! Dirəyinizi qo-



parmağa gəlmişik// Ürəyinizi qoparmağa gəlmişik”. Forma  və se-

mantikasına görə “Kitab”la səsləşən bu tip parçalara türk, türkmən 

və qaqauz ədəbiyyatında, demək olar ki, rast gəlinmir. 

Göründüyü kimi, bu faktlar “Kitab”ın məhz Azərbaycan 

dilində yazıldığını müxtəlif bucaqlardan təsdiqləyir. 

 

 



“DƏDƏ QORQUD KİTABI”NDA                                      

SİLAH   ADLARININ TƏDQİQİ TARİXİ 

 

Araşdırmalarda türk qəhrəmanlıq eposları sırasında birinci 



yerdə duran “Dədə Qorqud kitabı”ndakı silah adlarından sistemli 

şəkildə  bəhs olunmasa da, bir sıra  əsərlərdə problemə müxtəlif 

bucaqlardan yanaşılıb. Bu mənada aşağıdakılara diqqət yetirək:  

O.Ş.Gökyay “Dedem Korkudun kitabı” (İstanbul, 2000) 

əsərinin “Savaş yarakları!” bölməsində qılınc, yay-ox, cida, süngü, 

köndər kimi silahların hər birinin yaranma tarixini dəqiqləşdirmə-

yə çalışır. Bu silahların nədən  hazırlanması, necə istehsal olunma-

sı, forması, növləri barədə  məlumatlar verir. Burada müəllifin 

müxtəlif mənbələrə istinadən söylədiyi bir neçə fikrini eynilə təq-

dim edirik: “savaş aletlerinin çoğunun demirden yapıldığı bilin-

mektedir”; “kılıcın bölümleri olarak onun tutulacak yeri olan kab-

za ağaçtandır”; “Dede Korkut destanlarında, okların  kayın ağacın-

dan yapıldığı, hemen her defasında söylenmektedir”; “okları koy-

mak için kullanılan “oktorbası” için Dede Korkut kitabında üç ayrı 

ad verilmiştir: bilük, sadak, terkeş...” Bu fikirlərin hər biri ilə mü-

əyyən mənada razılaşmaq olar. Müəllifin başqa bir fikrinə  nəzər 

salaq: “Dede Korkut Destanlarında alplar kılıçlarını ögerken kara 

polat öz kılıç demektedirler. “Kara” kuvvetin ifadesi olduğu gibi, 

polat ta onların çelikten  yapıldığını göstermektedir. “Öz” de, kılı-

cın sağlamlığını, kılıcın ta kentdisi olduğunu anlatan bir niteleme-

dir” (CCCLVIII). Bu fikirləri eynilə  qəbul etmək olmaz. Burada 

təkcə onu  qeyd edək ki, “öz kılıc” birləşməsindəki “öz”, əslində, 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

377

 

“uz”  şəklində transkripsiya olunmalıdır. Bu da “uzun” mənasına 



uyğun gəlir. Amma bir sıra tədqiqatlarda “iti” anlamlı söz kimi 

izah olunur;  

O.Ş.Gökyayın tədqiqatlarından bəlli olur ki, o, türk alimi 

Arslan Erküçün “Dede Korkut Kitabında silah” adlı məqaləsini də 

(Türk Kültürü. Ankara, 1966, sayı 46, s.884-8897) saf-çürük edib. 

O.Ş.Gökyayın qəbul etmədiyi fikirləri belə ümumiləşdirmək olar: 

1) O.Ş.Gökyay yazır: “Bir silahın, bir aletin ucu, keskin yanı” an-

lamına gələn  yalman kelimesi “yalmak” diye alınmıştır (s.887). 

Onu bu yanlışa sürükleyen, şüphesiz, Muharrem Erginin yayınla-

dığı metne dayanmış olmasıdır”. O.Ş.Gökyayın mövqeyini düzgün 

hesab etmək olmaz. Çünki həmin söz “yalman” deyil, “yılmaq” 

(yılmağı düşmək – tiyəsi korşalmaq)  şəklində oxuna bilir; 2) 

O.Ş.Gökyay göstərir: “okla nemlenmek deye bir deyim yoktur. Bu 

yazmada ... bir okla neylerdüm kelmesinin noktasız yazılmasından 

gelen bir yanlış okumadır”. Burada nə O.Ş.Gökyaya, nə də Arslan 

Erküçə haqq qazandırmaq olmur. Belə ki, bu izahlardan heç biri 

mətnin semantik yükünə uyğun gəlmir (sonrakı səhifələrə bax); 3) 

“Çatmakaş deyimine verilen anlam da yanlıştır (s.891). Burada 



çatma kaş, deyimi kurulmuş yay gibi kavisleri fazla ve bir birine 

yaklaşık kaş degil, “hıdad” denilen boya ile ayrık olan kaşları 

birleştirmek yoluyla yapılan çatık kaştır”. Arslan Erküç haqlıdır: 

“çatma qaş” məhz ucları bir-birinə çatan, bitişik, çatıq qaş məna-

sındadır. Başqa bir yozuma ehtiyac yoxdur; 4) O.Ş.Gökyay qeyd 

edir: “...boğramak deye bir kelime bilmiyoruz, fakat metne ba-

kınca bunun yoğurtmak  kelimesinden yapılmış yoğurdayım ol-

duğunu görürüz...”. O.Ş.Gökyay haqlıdır: mətnin semantik yükünə 

“yoğradayım” (yoğradım) sözü daha çox uyğun gəlir; 5) O.Ş.Gök-

yayın fikrincə, “süglük ise bir silah degil, bir kebab şişidir”. 

Müəllifin mövqeyi düzgündür. 

Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının dili” 

(Bakı, 1959) kitabında silah adlarını “yaraq-əsləhə və alət adları” 

başlığı altında təqdim edir: “dəyənək, çomaq, çökən, köndər, sa-

pan, gürz, yay, ox... üzəngi, cilov, duşaq... yorğan, döşək, yasdıq 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

378

 

və s.” Bu təqdimatda hansı sözün məhz silah adı kimi işlənməsi 



konkret olaraq göstərilməyib. Burada onu da qeyd edək ki, Ə.Də-

mirçizadə “Kitab”dakı silah adlarından geniş  şəkildə  bəhs etmir, 

daha  doğrusu, “yaraq” sözünü “Kitab” və müasir Azərbaycan dili 

müstəvisində izah etməklə kifayətlənir: “Yaraq – “Kitabi-Dədə 

Qorqud”da ümumən hər cür “əhtac-gərək-alət” mənasında işlən-

diyi halda, müasir Azərbaycan dilində bu məna daralmış, yəni 

müasir dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlə-

nir” (səh.145). 

F.Zeynalov və S.Əlizadə “Kitab”dakı silah adlarından 

ümumi şəkildə, həm də cəmi bir neçə detala münasibət bildirmək-

lə kifayətlənib: “Öküz dərisindən beşik örtüyü və  bəzi silahların 

(sapand, yay) hissələri kimi istifadə olunur. Basatın yayı təkə buy-

nuzundandır. Silahlar içində ox-yay, nizə və qılınc xüsusi yer tu-

tur; lakin nizələrin  ən tipiki yoğun qamış gövdəsindəndir; dəmir 

ucluqlu ox, polad qılınc o dövr üçün ən kəsərli, seçmə silah növ-

ləri kimi təqdim olunur”  (Tükənməz xəzinə. “Kitabi-Dədə Qor-

qud”. Bakı, 1988, səh.16). Araşdırmalar göstərir ki, bir sıra təd-

qiqatçılar F.Zeynalov və S.Əlizadənin bu fikirlərinə, eyni zaman-

da mətnin müasir şəklinə (Bakı, 1988) istinad edərək “Kitab”da 

“nizə” sözünün işlənməsindən bəhs edib. Məsələn, Y.Məmmədli 

yazır: “KDQ-dəki hərbi terminləri  əski türk yazılı abidələrinin 

dilindəki hərbi terminlərlə  və M.Kaşğari “Divan”ındakı  hərbi 

leksika ilə müqayisə etdikdə  məlum olur ki, burada fərq yalnız 

KDQ-dəki hərbi leksikanın “casus”, “cəng”, “nişan”, “mizraq”, 

“sadak”, “nizə”, “ləşkər”, “çəvşən”, “ələm” və s. kimi ərəb və fars 

mənşəli hərbi terminlərlə genişlənməsidir” (Azərbaycan dilində 

hərbi terminlərin tarixi-müqayisəli təhlili. NDA, Bakı, 1996, 

səh.12). Yaxud M.N.Çobanov və M.M.Çobanlı göstərir: “Kitabi-

Dədə Qorqud” dastanının ayrı-ayrı boylarında qəhrəmanlar döyüş 

meydanlarında həmçinin “qılınc,  nizə, gürz və s. silahlardan da 

istifadə etmişlər” (Dədə Qorqud dünyasına səyahətdən parçalar. 

Bakı, 1998, səh.8). Halbuki  “Kitab”da “nizə” yox, məhz “cida”, 

“sügü” kimi sözlər işlənmişdir; 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin