F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn



Yüklə 0,6 Mb.
səhifə10/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   ...   4   5   6   7   8   9   10   11   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

Naxçıvan iqtisadi rayonu Naxçıvan MR-nın ərazisinin nisbətən kiçik olmasına baxmayaraq, o, zəngin mincral-xammal ehtiyatlarına malik bölgədir. Naxçıvan MR ərazisində müalicəvi əhəmiyyətli mineral su mənbələri də (Badamlı, Sirab, Vayxır və s.) vardır. İstehsal olunan mineral sular həm respublika daxilində istehlak edilir, həm də xarici ölkələrə ixrac olunur. Naxçıvan müalicəvi ehtiyatlarla zəngindir. Muxtar Respublikada 250-dən çox mineral su mənbəyi qeydə alınmışdır. Azərbaycandakı mineral su ehtiyatlarının 60%-i, karbon qazlı suların isə 35%-i Naxçıvan MR ərazisində yerləşir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, geoloji mühitin, iqlimin böyük rolu vardır. Batabat, Qanlı göl sahilində istirahət zonası yaradılmış, pansionat, mehmanxana inşa edilmişdir. Muxtar Respublikanın turist baxımlı əsrarəngiz təbiətə malik, rekreasiya yeri kimi xüsusilə seçilən məkanı Batabatdır. Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı gül-çiçəkli çəmənlikləri, təbii gölü, təmiz dağ havası, meşələri, Zorbulaq. Südlübulaq kimi şirin suları və “Narzan” tipli mineral suları ilə məşhurdur. Muxtar Respublikanın əsas müalicəvi ehtiyatlarından biri də məşhur duz yataqlarıdır. Naxçıvan qədim zamanlardan duz ehtiyatlarına görə məşhur olmuşdur. Naxçıvanın duz ehtiyatlan əsasən “Duzdağ”, “Nehrəm” və “Püsyan” duz yataqlarında toplanmışdır .Naxçıvan iqtisadi rayonu tarixi-mədəni rekreasiya ehtiyatları ilə zəngindir. Möminə Xatun məqbərəsi, Fəzlullah Nəiminin məqbərəsi, məscidlər, “Qızlar bulağı” kompleksi, Əlincə qalası (Culfa), maraqlı turizm obyektləri olan Ordubad bu bölgədədir. Ordubadın memarlıq üslubunun zirvəsi Cüməməscid hesab olunur.Naxçıvan iqtisadi rayonu digər rayonlarla müqayisədə turizmin inkişafına mane olan problemləri aradan qaldırmaq üçün lahiyələr hazırlanır və reallaşdırılır.Rayonun ərazisində müəlicəvi ehtiyatlar olan bölgələrdə müasir standartlara uyğun müalicəxanalar tikilir,turistlərin burda qalması üçün mehmanxanalar tikilir və nəqliyyat-infrastruktor xidmətləri genişləndirilir.Bunun nəticəsində Naxçıvana ildən-ilə turist axınları artıb.Uzun illər blokada şəraitində olan Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən “Zəngəzur”koridoru turizmə daha böyük qatqı verəcək.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin