Lənkəran-Astara iqtisadi rayonunda Lənkəran ovalığı və onu əhatə edən orta dağlıq ərazi çox mənzərəlidir. Burada kənd turizmini, rayonun Xəzər dənizi sahillərində su turizmini, Hirkan və Qızılağac qoruqlarında foto-ovçuluq turizmini inkişaf etdirmək olar. Talış dağları çətin keçilən, bəzi yerlərdə isə sıldırım yamaclıdır. Lakin Talış dağlarının sarmaşıqlarla sarılmış meşələrinə ekoloji turlar təşkil etməklə, həmin yerlərin landşaftının gözəlliyinin şahidi olmaq mümkündür. İqtisadi rayonun turizm ixtisaslaşması istirahət, kurortmüalicə, dərketmə istiqamətindədir. Bölgənin təkrarsız təbiəti (subtropik iqlim, endemik ağaclar) vardır. Zəngin mineral suları, balneoloji iqlimi kurort təsərrüfatının inkişafı üçün geniş imkanlar açır. Meşəsu sağlamlıq zonası, Xanbulançay istirahət zonası (Lənkəran), İstisu sağlamlıq kurortu (Astara), İsti su pansionatı (Masallı) fəaliyyət göstərir. Zəngin flora və faunaya malik Qızılağac qoruğu, Hirkan Milli parkı bu bölgədədir. Bölgədə qədim məscidlər, tarixi diyarşünaslıq muzeyləri, Babək qalası, türbələr, karvansaralar mühüm tarixi-memarlıq abidələridir.Bölgədəki əsas problemlərdən biri relikt və endemic bitkilərin sayının azalması və qeyri qanuni ovçuluq.
Dağlıq-Şirvan iqtisadi rayonunda Pirqulu, Çuxuryurd, Lahıc, Baskal və digər yerlərdə turizm fəaliyyəti üçün əlverişli təbii imkanlar vardır. Mənzərəli təbii landşaftları, dağ meşələri, mineral sular və digər rekreasiya ehtiyatları ilə zəngin olan bu rayon ekoturizmin bəzi növləri (təbiət, kənd, dərketmə) üçün perspektivli sayılır. Rayonda maraqlı ekoturlar təşkil etmək imkanı var. Şamaxı, Lahıc, İsmayıllı, Şirvan Milli parkı belə ərazilərdəndir. Dağlıq Şirvanın Şamaxı və İsmayıllı rayonları Azərbaycanın ən qədim və özünəməxsus ornament-bəzək, zəriflik və orijinallığı ilə seçilən sənətkarlıq mərkəzidir. Kəlağayı, tirmə şal, zərxara, baftalı yaxalıq, zərli başmaq, çust və xalça istehsalı nəinki Respublikada, eləcə də ondan kənarlarda belə Şirvanı tanıdan məhsullar olmuşdur. Sənətkarlıq məhsulları rayona səfər edən turistləri də maraqlandırır.Regionun əsas tarixi memarlıq abidəsləri Şamaxı,Girdiman qalası və Qobustan qaya üstü rəsimləri.Regiondakı əsas probemlərdən biri də infrastrukdur və nəqliyyat şəbəkəsinin zəif olması.