Gəncə şəhəri də qədim tarixə malikdir və Azərbaycanda şərq memarlığının incilərindən sayılır. Gəncə şəhərinin 1500 ildən çox yaşı vardır. Mühüm tarixi-memarlıq tikililəri Gəncə qalasının ətrafında olan abidələrdir. Bunlar Gəncə qalası (XV əsr), Cümə məscidi (XIX əsr), İmamzadələr kompleksi (XVI əsr), Darısultan sarayı (XII əsr), XII əsrə aid olan karvansara, qədim hamamlar, Nizami Gəncəvinin məqbərəsi və s.-dir. Gəncədə tarixi şəxsiyyətlərə aid olan tikililər, həmçinin qədim mədəniyyət mərkəzləri də mövcuddur. Şəhərdə Şah Abbas məscidi, Cavad xanın türbəsi, Nizami Gəncəvinin məqbərəsi bərpa olunmuşdur. Qədim şəhərsalma mədəniyyətini əks etdirən yaşayış məntəqələrinə, Naxçıvan, Ordubad, Şuşa, Bərdə şəhərlərini aid etmək olar ki, bunlar da öz qədimliyini müasir dövrümüzə qədər qismən saxlamışlar. Naxçıvan şəhərində 30-a yaxın tarixi-memarlıq və etnoqrafik abidələr vardır. Naxçıvan şəhərinin tarixi eramızdan əvvəllərə aid edilir. Naxçıvanda olan tarixi-memarlıq abidələrinə Möminə Xatun türbəsi (XII əsr). İmamzadələr məqbərəsi (ХII-XIII əsrlər), Zəviyyə məscidi (XIX əsr), Cümə məscidi (XIX əsr), İsmayıl xan hamamı (XVIII əsr), Çin hamamı {XIII əsr) və s. aid etmək olar. Bununla yanaşı, Muxtar Respublikada olan qədim mədəniyyət abidələrinin, tarixi-memarlıq abidələrinin bərpasına böyük ehtiyac vardır. Xüsusilə, Əlincə qalasının, orta əsrlərə aid olan məqbərələrin, Ordubaddakı tarixi-memarlıq abidələrinin bərpası Muxtar Respublikada turizmin inkişafına müsbət təsir edə bilər.
Tarixi-mədəniyyət abidələrinin turizm baxımından ərazi üzrə yerləşməsinə (Abşeron, Quba-Xaçmaz. Şəki-Zaqatala, Lənkəran, Naxçıvan, Şirvan, Qarabağ bölgələrində) nəzər saldıqda, onu qeyd edə bilərik ki, bu bölgələrdə (xüsusilə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran) kənd turizm imkanları da mövcuddur. Həmin bölgələrdə istirahət edən yerli (xüsusilə şəhərlilər), əcnəbi turistlər azərbaycan xalqının müxtəlif tarixi dövrlərə aid mədəni irs nümunələrinin şahidi ola bilərlər. Bu isə öz növbəsində kənd turizmi ilə mədənidərketmə turizminin həmahəng təşkilinə və inkişafına səbəb ola bilər.
Milli irs nümunələrindən ən mühümü muzeylərin fəaliyyətidir. Bakıda çoxlu muzey vardır ki, bunlardan turizm baxımından ən əhəmiyyətli olanları tarix, incəsənət və xalçaçılıq muzeyləridir. Bu muzeylər geniş kolleksiyaya malik olmaqla, əcnəbi turistlər üçün olduqca cəlbedicidir. Regionlarda tarix-diyarşünaslıq muzeyləri, etnoqrafik, kustar əl işləri muzeyləri fəaliyyət göstərir. Bu muzeylərə regionlara gələn turistlər üçün turlar təşkil etmək məqsədəuyğun olardı. Belə muzeylərdən ən mühümləri Şəki, Gəncə, Qəbələ, Quba, Lahıc və digər bölgələrdə fəaliyyət göstərir.
Milli irsin digər nümunələrindən biri də toxuculuq mədəniyyəti ilə bağlıdır. Azərbaycanda qədimdən xalça toxunması, ipək parça istehsalı ənənəvi məşğuliyyət sahəsi olmuşdur. Qədim İpək Yolunun Azərbaycandan keçməsi ipəkçiliyin inkişafına təkan vermişdir. Qədim ipəkçilik mərkəzlərinə Basqal, İsmayıllı, Şəki, Ordubad aiddir. Bu məntəqələrdə milli üslubda ipək parça və baş örtüklərinin (kələğayı) hazırlanmasında hələ də ənənəvi üsullardan istifadə olunur ki, bu məhsulların istehsal prosesi turistləri daha çox cəlb edir. Bu ipəkçilik mərkəzlərinə qədim adət-ənənələrlə tanışlıq və istehsalat məqsədli ekskursiyalar təşkil olunur.
Milli irsin əıı mühüm nümunələrindən olan xalçaçılıq qədim adət-ənənələrə əsaslanır. Xüsusilə əl ilə toxunan xalçalar indiki dövrə qədər öz şöhrətini saxlamışdır. Respublikamızın əksər bölgələrində əl ilə xalça toxunması ənənəvi olaraq davam etdirilir. Əl ilə xalça toxuma mərkəzləri Abşeron, Quba, Şamaxı, Şəki, Qazax, Tovuz, Naxçıvan, Ordubad, Şuşa və s. bölgələrdədir. Bu mərkəzlərin əksəriyyətində xalça ilə yanaşı palaz, heybə və müxtəlif suvenir istehsalı da mövcuddur. Xalçaçılıq məktəbinin müxtəlif növlərinin mövcudluğu bu məntəqələrə maraqlı və çoxsahəli ekskursiyaların təşkilinə imkan yaradır.
Kustar üsullarla hazırlanan müxtəlif əl əməyi nümunələrinin geniş siyahısını tərtib etmək mümkündür. Əl əməyinin müxtəlif növlərinə misal olaraq, keramika, daş-qaş, və ağac üzərində işin müxtəlif növlərinə, musiqi alətləri, parça üzərində toxuma, metal döymələr, mis və saxsı qablar, dulusçuluq və s. inkişaf etmişdir. Kustar üsulla hazırlanan müxtəlif məhsullara Abşeronun qəsəbələrində, Lahıcda, Şəkidə, Basqalda, Ordubadda, Lənkəran və Astaranın kəndlərində daha çox rast gəlinir. Burada hazırlanan məhsulların yerli və xarici turistlər tərəfindən müxtəlif suvenir hədiyyələri kimi alınması da əhəmiyyətli sayılır.
Etnoqrafik abidələr Azərbaycanda yaşayan xalqların milli, etnik irsini, ənənələrini əks etdirir. Kiçik etnik qrupların ölkədə geniş yayılması etnik turizmin inkişafına əlverişli şərait yaradır. Ölkədə əsas etnoqrafik abidələr geniş türkçülük mədəniyyətini əks etdirməklə yanaşı, Xınalıq, Lahıc, Nic, Basqal, dağ yəhudilərinin məskunlaşdığı Qırmızı qəsəbə və s. yaşayış mərkəzləri xüsusiliyi ilə seçilir. Lahıcda və Basqalda XV əsrdən mövcud olan hamamlar, su sistemləri, kəhrizlər, kanalizasiya xətləri, çay daşlan döşənmiş yollar, özünəməxsus mədəniyyət və mətbəxləri milli irsin ən mühüm nümunələrindən sayıla bilər. Xınalıq və Nic kəndlərində məskunlaşan əhalinin təkrarsız özünəməxsus mədəniyyətləri, məişətlərinin müxtəlifliyi həmin yerlərə turist axını üçün şərait yaradır.
Mədəni və milli irs nümunələri - xalqın adət-ənənələrini özündə əks etdirən ehtiyatlara deyilir. Mədəni irs nümunələrinə ənənəvi sənətkarlıq, milli bayram və festivallar, milli kulinariya, foklor nümunələri və s. aid edilir. Mədəni irs nümunələrindən daha çox beynəlxalq turizmdə istifadə olunur. Mədəni abidələrin və xalq yaradıcılığının turizmdə istifadəsi onların ayrı-ayrı qurupları üzrə aparılır. Mədənimənəvi abidələrə etnoqrafiya, xalq yaradıcılığı, suvenir istehsalı, milli mətbəx nümunələri də daxil olduğuna görə onlarm turizm baxımından birgə istifadəsi mümkündür.
Etnoqrafik abidələrin turizmdə rolu-mövcud marşrutlarda istifadə olunmasına, kütləvi turizm tədbirlərinin keçirilməsində əhəmiyyətlidir. Belə ki, xalqların milli adət-ənənələrinin, bayramların keçirilməsi kütləvi turistlərin cəlb olunmasına imkan verir. Azərbaycanda belə etnoqrafik abidələr Xınalıq, Basqal, Lahıc, Şəki və Ordubadda yayılmışdır.
Görməli yerlər turistləri bu və ya digər rayona səfərə cəlb edən obyektlərdir. Turizmin əsaslı inkişafı məqsədilə mədəni ehtiyatları da turizm kimi idarə etmək lazımdır. Yerli incəsənət və xalq sənətkarlığı turistləri cəlb edən əsas amildir və bu, həm də yerli əhali üçün mühüm gəlir mənbəyi ola bilər.