F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn



Yüklə 0,6 Mb.
səhifə11/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   ...   4   5   6   7   8   9   10   11   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

Yuxarı Qarabağ iqtisadi rayonun ərazisi müxtəlif təbiət abidələri, rəngarəng fauna və flora aləmi yeraltı və yerüstü sərvətlər və s. ilə zəngindir. Relyefinə görə ərazisi dağlar və düzənliklərdən ibarətdir.Rayonun şimal hissəsin əhatə edən Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Bu qış turizmi üçün əlverişlidir. Bölgənin yeraltı və yerüstü sərvətləri, xüsusilə müalicə əhəmiyyəti olan mineral sulardır. Burada 120-dən artıq mineral bulaq vardır. Mineral su mənbələrindən ən mühümləri Şuşa rayonu ərazisindəki Turşsu, Şırlan bulaqlarıdır.
Bölgənin meşələri, dağları, mineral bulaqları, balneoloji iqlim şəraiti və s. kurort-sağlamlıq təsərrüfatının inkişafına imkanlar açır. İqtisadi rayonda balneoloji dağ-iqlim kurortu (Şuşa), istirahət zonası (Gülablı) vardır. Uzun illər ərzində Şuşada fəaliyyət göstərmiş dağ-iqlim kurortunda komfort iqlim, mineral sular insanların müalicə və istirahətinin səmərəli keçməsinə imkan yaradırdı. Qafqaz konservatoriyası adlandırılan Qarabağ Azərbaycanın xalq musiqisi və poeziyası diyarıdır. Turşsu və İsa bulağı tarixən Qarabağın poeziya və musiqi məclislərinin təşkil edildiyi ocaq kimi də tanınırdı. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən nadir Xarı bülbül çiçəyi Qarabağın musiqi və gözəllik rəmzinə çevrilmişdir.Yuxarı Qarabağ iqtisadi rayonunun tarixi-mədəni rekreasiya ehtiyatları da boldur. Dünya əhəmiyyətli memarlıq abidələrinə Ağdam rayonunun Xaçın Türbəli kəndində türbə (XIX əsr), Cəbrayıl rayonunda 11 tağlı (Xl-XII əsrlər) və 15 tağlı (XIII əsr) Xudafərin körpüləri; dünya əhəmiyyətli arxeoloji abidələrə Füzuli rayonunda Azıx, Tağlar mağaraları aid edilir. Bölgədə ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin sayı daha çoxdur. Ümumi halda qeyd edə bilərik ki. ölkə əhəmiyyətli memarlıq abidələrindən alban məbədləri ilə Xocavənd (16 alban məbədi). Xocalı (6 alban məbədi) rayonları daha zəngindir. Xocavənd rayonunda ən qədim tarixə malik alban məbədi IV-VI əsrlərə aid edilir (Süsənlik kəndi). Şuşada XVIII əsrdə yaşamış xanların evləri, sarayları, qəsrləri, məscidlər, türbələr (XVIII-XIX əsr) çoxdur. Cəbrayıl, Füzuli, Ağdam rayonlarının tarixi kəndlərində çox sayda qala, məscid və digər inanc yerləri vardır. Əfsuslar olsun ki, bölgənin bütün sərvətləri, o cümlədən turizm-rekreasiya ehtiyatlan erməni işğalçıları tərəfindən 30 il boyunca istismar edilir və dağıdılırdı. Şuşa mühüm turizm mərkəzidir. Şuşada qədim qala divarları, Qarabağ xanlarının iqamətkahları, X.Natəvanın ev muzeyi, M.P.Vaqifin məqbərəsi, Daşaltı dərəsi, Xəzinə Qala mağarası, Alban kilsələri turistləri cəlb edən obyektlər olmuşdur. Uzun illər Şuşa sanatoriya dağ kurort birliyi, Şəfa turizm kompleksi, 9 mərtəbəli Qarabağ mehmanxanası turistlərin ixtiyarında olmuşdur. Erməni işğalı nəticəsində bu obyektlərin böyük əksəriyyəti dağıdılmışdır. Zəbt olunmuş rayonlarda uzun illər fəaliyyət göstərən vahid nəqliyyat-kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində dağıdılmışdır. Ümumiyyətlə, Yuxarı Qarabağ Azərbaycanın ən zəngin turizm potensialına malik bölgəsidir. Burada incəsənət, qədim tarix və mədəniyyət, füsunkar təbiət nümunələri turizm kompleksinin yaradılması üçün yararlıdır.
Yuxarı Qarabağ rayonun əsas problem uzun illər işğal altında olması idi.Ama artıq işğal dövrü bitdi.Şuşa başda olmaqla digər işğal altında olan torpaqlarımız azad edildi.Ölkə rəhbərliyi Şuşada turizm potensialına böyük investisiya qoyaraq dağıdılmış,yararsız hala salınmış sərvətlərimizi bərpa edərək Şuşanı çiçəkləndirəcək.Şuşanı Qafqaz regionun əsas turizm bazasına çevirəcək.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin