F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn


Rekreasiya ehtiyatlarından istifadə və problemləri



Yüklə 0,6 Mb.
səhifə2/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

1. Rekreasiya ehtiyatlarından istifadə və problemləri
Turizmə aid müasir elmi mənbələrdə “rekreasiya” anlayışı çox işlədilir. Lakin bu anlayışın kateqoriyasının və nəzəri sərhəddinin müəyyən edilməsində dəqiq sədd qoyulmamışdır. Rekreasiya ilə bağlı çoxlu təriflər var. Rus coğrafiyaşünas alimi N.S.Mironenko “rekreasiya ehtiyatları - təbiətin obyekt və hadisələri, insan fəaliyyətinin nəticəsi olub, istirahət, turizm və müalicə məqsədilə istifadə olunur” tərifi vardır. Birjakov M.B. “Turizmə giriş” əsərində yazır: “Turizm(rekreasiya) ehtiyatları - turizm məqsədilə insanların tələbatını ödəyən təbiiiqlim, sosial-mədəni, tarixi və memarlıq, arxeoloji, elmi və sənaye, mənzərə, dini və digər obyekt və hadisələrin məcmusudur”.
Rekreasiya ehtiyatları üçün sosial-mədəni məkan və zaman, nisbilik, insanı əhatə edən mühitin təzadlığı, müxtəlif təbii və mədəni mühitin uyğunluğu səciyyəvidir. İki mühüm meyara cavab verən hər hansı bir ərazi rekreasiya ehtiyatı sayıla bilər: insanı əhatə edən adi mühitdən fərqli yer və təbii cəhətdən iki və çox müxtəlif uyğunluğu olan yer. Müxtəlif mühitin qovuşduğu yer daha cəlbedici sayılır. Məsələn, su- quru, meşə-çöl, təpə-düzənlik və s. Ən mükəmməl nümunə daha çox cəlbedici olan təzadlı mühitin həmahəng təşkil etməsidir (dağlar-düzənliklər, müxtəlif mədəni mühit).
Ərazinin sosial-mədəni cəhətdən mənimsənilməsinə tələbat onun bu və ya digər xüsusiyyətlərinin məcmusunun rekreasiya ehtiyatlarına çevrilməsinin əsas səbəbi və amilidir. Rekreasiya ehtiyatları xeyli dərəcədə əhalinin rekreasiya tələbatından irəli gələrək “törəyir". Rekreant axını mənimsənilmiş regiona istiqamətlənir. Kütləvi səviyyədə belə fikir formalaşır ki, yalnız bu yerlərdə ən mühüm rekreasiya ehtiyatları cəmlənmişdir.
Turizm(rekreasiya) ehtiyatları-turizm sahəsində istifadə üçün yararlı tarixi-mədəni, sosial-iqtisadi və təbii obyektlərin məcmusudur. Turizm ehtiyatları bilavasitə və vasitəli olmaqla iki qrupa ayrılır.

  • Birinciyə turistlərin özləri tərəfindən istifadə edilən tarixi-mədəni və təbii ehtiyatlar (cəlbedici landşaft, müalicəvi xüsusiyyətlərə malik rekreasiya yeri, tarixi-mədəni diqqətəlayiq yerlər və s.) aid edilir.

  • İkinciyə (sosial-iqtisadi ehtiyatlar) maddi-texniki baza, maliyyə vəsaiti, əmək ehtiyatları və s. aid edilir. Turizm ehtiyatlarını digər təsnifata görə üç qrupa ayırırlar: kurortologiya, ümumi sağlamlıq və rekreasiya obyektləri, mədəni-mənəvi obyektlər.

Turizm ehtiyatlarının tərkibinə təbiətin bu və ya digər elementinin daxil edilməsi meyarları onlardan istifadənin texniki mümkünlüyü və iqtisadi məqsədəuyğunluğuna, həmçinin onların öyrənilmə səviyyəsinə əsaslanır. Funksional cəhətdən turizm ehtiyatları sağlamlıq, dərketmə və idman növlərinə ayrılır. Turizm ehtiyatları sayca məhdud, keyfiyyətcə fərqlidir və şübhəsiz ki, iqtisadi rifah kimi əks olunur. İqtisadi planda turizm ehtiyatları turizm məhsulu istehsalı amili kimi çıxış edir, belə ki, onların differensasiyası təsərrüfat cəhətdən istifadədə müxtəliflik yaradır. Turizm ehtiyatları iqtisadi- coğrafi xarakter daşıdığına görə onun təsnifatında olan təbii elementlər iqtisadi nöqteyi-nəzərdən qiymətləndirilir. Bu ehtiyatların yerləşməsində ərazi amili əsas olduğuna görə mövcud ehtiyat potensialı, turist cəlbetmə imkanı və bölgələr üzrə yayılmasının da öyrənilməsi vacibdir. Turizm ehtiyatlarından istifadə müddəti aşağıdakı amillərdən asılıdır:

  • turizm-rekreasiya ehtiyatlarının qiymətləndirilməsi və onların turistləri cəlb etmə imkanlarından;

  • bəzi turizm ehtiyatlarının toxunulmazlığı və ərazi üzrə yayılma səviyyəsindən;

  • turizm ehtiyatlarının kompakt yerləşməsindən, həmçinin müəyyən ərazi vahidi çərçivəsində miqdarından;

  • turizm ehtiyatlarına olan tələbat və mövcud infrastrukturun inkişaf səviyyəsindən.

Turizm ehtiyatlarının uzunmüddətli istifadəsi onun yerləşdiyi ərazinin coğrafi xüsusiyyətlərindən asılıdır. Belə ki, turizm ehtiyatlan müəyyən bir ərazidə kompakt şəkildə cəmlənirsə, bunlar rekreasiya təsərrüfatının inkişafı ilə yanaşı onun uzunmüddətli istifadəsinin də təmin olunmasına xidmət edir. Ərazinin rekreasiya cəhətdən dinamikliyi, həmçinin ətraf mühitin antropogen təsirə az məruz qalması turizm ehtiyatlarından istifadənin səmərəliliyini artırır. Bununla yanaşı, turizm ehtiyatlarından istifadənin uzunmüddətliyi onun orijinallığından, yerləşdiyi ərazinin coğrafi mühitindən və ona yönəldilən kapitalla birbaşa əlaqəli olur.
Son dövrlərdə dünyanın turizm inkişaf etmiş ölkələrində turizm ehtiyatlarının öyrənilməsi sahəsində mühüm elmi-tədqiqat işləri aparılır. Bu, ilk növbədə rekreasiya ehtiyatlarından kompleks istifadə olunması, regional və beynəlxalq turizm əlaqələrinin həyata keçirilməsinə əsaslanır. Turizm ehtiyatlarından kompleks istifadə olunmasının coğrafi cəhətdən tədqiqi daha çox aktuallıq kəsb etməyə başlamışdır. Bu sahədə aparılan tədqiqatlar kompleks iqtisadi-coğrafi problemləri üzə çıxarmaqla yanaşı, turizm strukturları arasında çoxsahəli funksiyaları ifadə edən mürəkkəb prosesləri əhatə edir. Buna görə də turizm ehtiyatlarının iqtisadi, sosial və coğrafi tədqiqinə aid elmi istiqamətlər yaranmışdır ki, həmin istiqamət və mənbələrdə onların təsnifatına dair geniş araşdırmalar aparılır.
Turizm-rekreasiya ehtiyat sistemi coğrafi problemlərin formalaşması, idarə olunması və elmi əhəmiyyətinə görə bəşəri məzmuna malik olmaqla iqtisadi, sosial, ekoloji və digər elmi istiqamətləri əhatə edir. Bu problem üzrə dünyanın aparıcı elmi mərkəzlərində tədqiqatlar aparılır. Səmərəli tədqiqatlar ölkələrdə Milli turizm təsərrüfatlarının yaradılması, idarə olunması və inkişafı prosesində istifadə olunur.
Rekreasiya sistemi. Bu, mürəkkəb sosial idarəetmə sistemidir, əsasım turizm subyektləri təşkil edir və ona görə də elmi ədəbiyyatlarda son zamanlar turizm-rekreasiya sistemləri adlandırılır. Turizm- rekreasiya sistemləri yarımsistemlərin əlaqəsindən ibarətdir ki, bunlardan da biri və həm də ən mühümü təbii komplekslərdir.
Təbii kompleks- təbii obyekt və hadisələrin qarşılıqlı əlaqəsi olub, həm resurs, həm də insanların rekreasiya tələbatının ödənilməsi şəraiti kimi çıxış edir. Rekreasiya sistemləri təbiətlə əlaqədar olduğundan ətraf mühitin normal vəziyyəti, ehtiyatlarının qorunub təbii halda saxlanılması turizmin inkişafı üçün mühüm şərtdir. Turizm sektoru təbiətin qorunması, təbiətə antropogen təsirin tənzimlənməsi, ətraf mühitin mühafizəsində yeni texnologiyaların tətbiqində çox maraqlıdır.
Turizm- rekreasiya sistemlərində ətraf mühitin mühafizəsi ərazi rekreasiya sistemləri və ərazi rekreasiya kompleksinin səmərəli fəaliyyətini təşkil edir. Ərazi rekreasiya sistemləri qarşılıqlı əlaqədə olan elementlərdən ibarət sosial-iqtisadi sistemdir. Buraya istirahət, təbii və tarixi-mədəni komplekslər, mühəndis tikililər və s. aid edilir. Ərazi rekreasiya kompleksi istehsal və iqtisadi əlaqələrlə, həmçinin ərazinin coğrafi mövqeyi, təbii və iqtisadi ehtiyatlarından birgə istifadədə sıx birləşmiş rekreasiya və onunla əlaqəli infrastruktur müəssisələrin məcmusudur.
Turizm- rekreasiya fəaliyyəti ərazi rekreasiya sistemləri və ərazi rekreasiya komplekslərinin ixtisaslaşmasına, strukturuna və s. təsir göstərir. Deməli, turizm- rekreasiya fəaliyyətinin inkişaf etdirilməsi bir tərəfdən təbii mühitə müəyyən dərəcədə neqativ təsir göstərirsə, digər tərəfdən, landşaftın cəlbediciliyinin və digər rekreasiya sərvətlərinin qorunması ətraf mühitin təbii halda saxlanılması üçiin müvafiq işləri görməyi tələb edir.
Turizm-rekreasiya sistemləri bir tərəfdən istirahətin təşkilində mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən ətraf mühitin çox yüklənməsinə səbəb olur. Bu isə ətraf mühitin mühafizəsi problemi məsələlərinin həllinə zərurət yaradır. Bu məsələlərin həllinə üç istiqamətdə yanaşmaq təklif olunur, təbiətin turizm məqsədləri üçün mühafizə olunması, təbiətin mühafizəsində turizmin rolunun qiymətləndirilməsi, turizmin mənfi təsirindən ətraf mühitin mühafizəsi. Belə kompleks yanaşma turizm-rekreasiya fəaliyyətində ətraf mühitə mənfi təsirin minimuma enməsinə səbəb ola bilər.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin