F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn


Rekreasiya ehtiyatlarının növləri



Yüklə 0,6 Mb.
səhifə3/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

2.Rekreasiya ehtiyatlarının növləri
Rekreasiya ehtiyatları 2 növə - təbiitarixi-mədəni rekreasiya ehtiyatlarına ayırırlar. Təbii rekreasiya ehtiyatları dedikdə, təbii ərazi kompleksləri, onların komponentləri və xüsusiyyətləri (landşaftın cəlbediciliyi, növbələşməsi və tarazlılığı, ekzotikliyi, nadirliyi, obyektlərin ölçüsü və forması, onlarm görünüş imkanı) başa düşülür. Tarixi-mədəni abidələrə aid edilir:

  • maddi - insanların dərketmə tələbatın təmin edən, cəmiyyətin qiymətli, maddi və istehsal vasitələri (tarix və mədəniyyət abidələri, təsərrüfat sahələri müəssisələri və s.);

  • mənəvi - cəmiyyətin, dövlətin ictimai həyatında, elm, mədəniyyət, incəsənətdə nailiyyətləri.


2.1 Azərbaycanda Təbii rekreasiya ehtiyatları
Relyefin təbii rekreasiya kimi əhəmiyyəti danılmazdır. Ərazinin səth quruluşunun komponentləri (dağlar, çökəkliklər və s.) turizmdə bu və ya digər dərəcədə cəlbediciliyi ilə qiymətləndirilir. Bu baxımdan, Azərbaycanın təbiəti zənginliyi və füsunkarlığı ilə seçilir. Ümumiyyətlə, Azərbaycan ərazisinin 2/3 hissəsini dağlar tutur. Hesablanmışdır ki, respublika ərazisinin 31 %-i 200-1000 metr, 19,5 %-i 1000-2000 metr, 6,5 %-i 2000-3000 metr yüksəkliklər arasında, 1%-i isə 3000 metrdən yüksəklikdə yerləşir (möhtəşəm və əzəmətli Böyük Qafqaz silsiləsi, Kiçik Qafqaz dağlan, Talış dağları və b.).
Respublika ərazisinin 11%-ni meşələr əhatə edir. Bu meşələr əsasən dağlarda yayılmışdır. Böyük və Kiçik Qafqaz dağlarının yamacları 500-600 metrdən 1800- 2000 metrədək meşələrlə, xüsusilə enliyarpaqlı meşələrlə örtülüdür. Bundan başqa meşə massivləri Talış dağlarının yamaclarında 500-1000 metrdən 1600-1800 metrədək yüksəkliklərdədir. Turizm məqsədləri üçün landşaftın cəlbediciliyinin qiymətləndirilməsi həm nəzəri, həm də təcrübi əhəmiyyətə malikdir. Təbii ərazilərin vizual keyfiyyəti və təbiətin elementlərinin insanın psixo-emosional vəziyyətinə təsirinin müəyyən edilməsi və qiymətləndirilməsi, istirahətin komfortluğu coğrafi elmlər sahəsində aparılan tədqiqatların yeni aspektlərini təşkil edir. İstehlakçı (subyekt) nöqteyi-nəzərindən vizual dərketmənin (qavramanın) əsas elementi hər hansı nöqtədən açılan görünüşdür (mənzərə).
Ərazinin xarici görünüşünün formalaşmasında geomorfoloji elementlərin müxtəlifliyi də mühüm rol oynayır. Bu elementlər relyefin ekzotik və nadir formalarını yaradır. Bunlar arasında nival və parlaq formalar, alp tipli yüksəkliklər, dərələrdə müxtəlif formalar daha çox cəlbedici olur. Bunlardan başqa, mağaralar da sərbəst rekreasiya ehtiyatı olub, təbii obyektlər kimi cəlbedicidir.
Qış turizmi üçün Böyük və Kiçik Qafqazın ortadağlıq qurşağı əlverişlidir. Bu qurşaqda xizək yolu salmaq imkanı daha çoxdur (daimi qar örtüklü günlərin sayı 90- 120 gün davam edir).
Şahdağ Milli parkı ərazisində olan Baş Qafqaz silsiləsinə aid daimi qarlı zirvələri - Bazardüzü (4466 m), Tufandağ (4206 m), Şahdağ (4243 m), Qızılqaya (3739 m), Babadağ (3632 m) dağ - idman turizminin, alpinizmin inkişafı üçün əlverişli şərait yaradır.
Mütəxəssislər rekreasiya məqsədilə iqlimin tibbi-bioloji cəhətdən qiymətləndirilməsində ilk növbədə iqlimin insan orqanizminə təsirini, yəni komfortluğunu nəzərə almağı zəruri hesab edirlər. Məlumdur ki, iqlim hər hansı yer üçün havanın çoxillik rejimidir. Onun insan orqanizminə təsiri meteoroloji şəraitin kompleks qarşılıqlı əlaqəsi kimi başa düşülən konkret hava vasitəsilə baş verir. Troposferin aşağı təbəqəsində müəyyən ərazi və müəyyən vaxt ərzində dəyişikliklərə insanlar, xüsusilə meteohəssas olanlar daha tez reaksiya verir.Burada əsas amillərdən biridə temperaturdu. Komfort iqlim və komfort zonası effektiv temperaturla bağlıdır. Coğrafi enlikdən asılı olaraq komfort zonası qanunauyğun halda dəyişir. Bir qayda olaraq bir çox insanlar üçiin bu 17-23°C arasında, fəal rekreantlar üçün isə 12-16°C arasında təşkil edir.
Azərbaycanın iqlim xüsusiyyətləri bütün il boyu - yay və qış mövsümündə turizm ehtiyatlarından istifadə etməyə imkan verir. Turizmin inkişafı üçün radiasiya və istilik balansı, havanın temperaturu, qar örtüyü və s. böyük əhəmiyyətə malikdir. Azərbaycanın xeyli hissəsində mülayim iqlim hakimdir. Bu iqlim ehtiyatlan turizmin inkişafında, xüsusilə sağlamlıq və müalicə istiqamətində istifadəyə imkan yaradır. Bəzi tədqiqatlarda Azərbaycanın kurortlarını (İlisu, Şuşa, Hacıkənd və s.) dünyanın məşhur kurortları - Nalçik, Kislovodsk, Karlovi-Vari ilə müqayisə edir və onlara bərabər tuturlar.
Dağlıq və dağətəyi rayonlarda (Şamaxı, Şəki, Zaqatala, Goranboy) komfort iqlim ehtiyatlarından kurort istirahət məqsədləri üçün daha çox istifadə etmək zəruri hesab oluna bilər. Düzənlik ərazilərdə komfort şərait aprel, may və qismən iyunda gündüzlər, iyul-sentyabr aylarında səhər, axşam və gecələr olur. Azərbaycanın Xəzər sahilləri gözəl qumlu çimərliklərə malikdir. Sahil şimaldan cənuba 825 km məsafədə uzanır. Bu sahilləri yay aylarında günəş şüaları sutkada 14 saat işıqlandırır və qızdırır. Bu isə kurort turizmi üçün çox yararlıdır.
Qış turizm mövsümü idman tədbirləri və xizəklə gəzinti ilə bağlıdır. Burada qış turizmi üçün müəyyən edilən iqlim göstəriciləri aşağıdakı kimi dəyişir: - qış mövsümündə qarm qalınlığının 30 sm-dən az olmaması; - orta aylıq temperaturun -5-15°C-dək dəyişməsi və bu temperaturun mövsüm dövrünün 50%-dən çoxunu əhatə etməsi; - güclü soyuq küləklərin təkrarlanmasının azlığı, soyuq küləklərin sürətinin 10-15 m/san-dən az olması.
Azərbaycan daxili sularla zəngindir. Lakin yerüstü (çaylar, göllər, kanallar, su anbarları və s.) və yeraltı sularla təminat səviyyəsinə görə regional fərqlər mövcuddur. Respublikamızda 250-dək göl vardır. Bu göllər düzənliklərdə və yüksək dağlıq qurşaqlarda yerləşir. Əsasən Abşeron yarımadası, Kür boyu zolağı, Kiçik Qafqazın yüksək, qismən də ortadağlıq qurşaqları və Böyük Qafqaz dağlarındadır. Azərbaycanda rekreasiya əhəmiyyətli göl azdır və bu göllər kiçikdir. Lakin Kiçik Qafqaz dağlarında ayrı-ayrı göllər gözəlliyinə görə nəinki Avropranın, həm də dünyanın füsünkar göllərindən sayılır. Bunlar Göy-göl, Maralgöl, Zəligöl və digərləridir. Hacıkənddə istirahət edənlər üçün Göy-göl sahilinə ekskursiya (gəzinti) təşkil edilməsi şübhəsiz ki, çox maraq doğurur. Respublikada Mingəçevir su anbarından da idman məqsədilə və turizmdə istifadə olunur. Xatırladırıq ki, 2015-ci il iyun ayında Bakıda keçirilən I Avropa idman oyunlarında avarçəkmə üzrə yarışlar Mingəçevir su anbarında təşkil edilmişdi. Burada avarçəkmə, balıqçılıq turistlər üçün bir növ əyləncə kimi geniş miqyasda təşkil oluna bilər. Respublikada çaylar çoxdur və onların əksəriyyəti dağ çaylarıdır. Çox da uzun olmayan bu çayların bir neçəsi dağlıq relyeflə əlaqədar gözəl şəlalələr əmələ gətirir ki, bu da ərazidə xüsusi mənzərə yaradır (məs., İlisu, Katex, Afurca və b.). Dağ çaylarının bəzilərində turizmin ekstremal növünü təşkil etmək olar. Lakin respublikada ekstremal turizmə maraq demək olar ki, çox zəifdir. Bunun da səbəbi var. Ekstremal turizm üçün təkcə təbii obyektin olması kifayət deyildir. Bunun üçün müvafiq təchizatın, avadanlıqların, xüsusi hazırlıqlı peşəkar təlimatçıların olması da vacibdir.
Turizmin inkişafında təbii-coğrafi amil kimi mineral mənbələr mühüm rol oynayır. Respublikada sutkalıq debiti 1,2- 1,5 mln. litr olan 1500-dən çox 200 qmpda mineral termal və mineral su mənbələri vardır. Bunlardan çoxu təkcə yerli deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir. Mineral sular əsasən Naxçıvan MR, Gədəbəy, Kəlbəcər, Şuşa, Quba-Xaçmaz, ŞəkiZaqatala, Lənkəran, Astara, Masallı bölgələrində yayılmışdır. Termal sular isə Lənkəran, Astara, Masallı rayonlarında və Abşeronda yayılmışdır.
Təbii turizm-rekreasiya ehtiyatlan kimi mineral su mənbələrinin əhəmiyyəti böyükdür. Mineral və termal sular müalicəvi xüsusiyyəti, kimyəvi tərkibinə və süfrə suyu kimi istifadə olunmasına görə qruplaşdırılır. Mineral sular qruplara bölünərkən onların müalicəvi xüsusiyyətləri ilə yanaşı süfrə suyu kimi istifadə olunması da nəzərə alınır. Naxçıvanda Sirab, Badamlı, Vayxır, Qaxda eyni adlı su, Gədəbəydə Slavyanka mineral suları süfrə suyu kimi qablaşdırılır. Bu baxımdan mineral sulardan hidrokarboııatlı və xlor tərkibi olan karbonlu suların süfrə suyu kimi istifadə olunması geniş yayılmışdır. Mineral və termal sular kimyəvi tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə qruplara bölünür:

  • Karbonatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazları olan mineral sular. Bu sularda minerallaşma dərəcəsi yüksəkdir. Temperaturu 10-30°C-yə çatır.

  • Sulfidli və hidrogensulfıdli termal sular. Bu tipli termal sular Rusiyanın Şimali Qafqaz bölgəsində. Krımda, Balkan yarımadasında daha çoxdur. Bu sularda temperatur 16-25°Cdən, yüksək olur (bəzi sularda 80°C'-yə çatır).

  • Yodlu-bromlu termal sular. Bu suların yayılması əsasən neftli-qazlı ərazilər üçün səciyyəvidir. Bu növ termal suların ümumi debiti 8 mln. 1/sutkaya qədər qiymətləndirilir. Yayıldığı əsas ərazilərə ABŞ-ın Meksika sahili, Şimali Afrika ölkələri, İtaliya, həmçinin Azərbaycanı da aid etmək olar.

  • Xloridli və ayrıca tərkibində karbon qazının üstünlük təşkil etdiyi sular. Bu sular minerallaşma dərəcəsinin yüksək olmasına görə digər sulardan üstündür. Bu suların bəzilərinin tərkibində hidrogen, kalsium, karbon qazının üstün olması müalicə əhəmiyyəti ilə yanaşı süfrə suyu kimi istifadə olunmasına şərait yaradır.

Qeyd olunan mineral suların tərkibində maqnezium və kalsium tərkibli kimyəvi birləşmələrin çox olması onların müalicəvi xüsusiyyətlərini artırır. Yayıldığı əsas ərazilərə Rusiyanın Şimali Qafqaz bölgəsi, Türkiyə, Ukraynanın Karpal hissəsi, Çexiya, Slovakiya, Fransa, İtaliya və s. qeyd etmək olar. Azərbaycanda bu mineral sular Kiçik Qafqaz və Naxçıvanda daha çox yayılmışdır.
Azərbaycanda əhəmiyyətli müalicə palçığı, alternativi olmayan Naftalan nefti kimi rekreasiya sərvətləri də vardır.
Azərbaycanın flora və fauna aləmi çox zəngin olan ölkədir. Azərbaycanın flora aləmində Qafqaz və digər ölkələrdə yayılmış 4000 növdən artıq bitki yayılmışdır ki, bunlann əksəriyyəti endemik növlərdir və yalnız respublikamızda rast gəlinir. Dünyada yalnız bir yerdə, Elyaroğlu dağlarında Eldar çölündə vəhşi relikt eldar şamı, Lənkəranda Talış dağlannda dəmir ağacı, Kür çayının aşağı axarında Xəzər şanagülləsi, süsən və s. bitir.
Azərbaycanın “Qırmızı kitabı”na 140 bitki növü daxil edilmişdir ki, bunlardan da 49-u ağac və kollardır. Bitki aləminin əsasım təşkil edən meşələrin ümumi sahəsi 989,4 min hektardır və respublika ərazisinin 11,0%-ni təşkil edir.
Respublikanın meşə sərvəti rekreasiya ehtiyatı kimi yüksək qiymətləndirilir. Meşələrdə olan endemik və relikt bitkilər, “qocaman” palıd və çinar ağacları cəlbedicidir. Düzənlik sahələrində kiçik areallarda, Lənkəranda QanıxƏyriçay vadisində, Kiir-Araz ovalığında, Kür və Araz çayları vadisinin bəzi yerlərində Tuqay meşələri yayılmışdır. Respublikanın meşələrinin cəmi 3%-i qarışıq meşələrdir (şam,ardıc). Azərbaycan meşələrinin kurort və istirahət turizmi üçün əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Meşələr turist axınını formalaşdıran təbii amillərdən biridir. Turistləri və istirahət edənləri meşəyə cəlb edən səbəblər müxtəlifdir. Bu səbəblərdən ən mühümü təmiz havada, təbiətlə təmasda olmaqdır.
Azərbaycanda bir sıra kurortlar və istirahət mərkəzləri dağlıq meşə qurşağında (Şuşa, Şəki, Zaqatala, Hacıkənd) yaradılmışdır və bu zona kənd turizminin inkişafı məqsədilə də prioritet ərazilər sayılır. Bunlardan başqa Azərbaycanda gözəlliyi və kurort-müalicə imkanlarına görə əhəmiyyətli olan meşəli sahələr çoxdur, bu ərazilərdə də istirahət evləri, turist bazaları yaratmaq üçün perspektiv imkanlar var. Belə yerlərə Quba, Qusar, Altıağac, Zaqatala, Lerik, Füzuli, Zəngilan, Kəlbəcər və başqalarım aid etmək olar. Bu rayonlarda turizmin müxtəlif, o cümlədən kurort-istirahət, ekoturizm növlərini (həmçinin kənd turizmi) inkişaf etdirmək olar. Lakin turizm obyekti kimi meşələrdən istifadə edərkən meşə massivlərində ekosistemin qorunması təmin olunmalıdır.
Turizmdə faunanın əhəmiyyətindən bəhs edərkən, dağ turlarının təşkilini xüsusi qeyd etmək lazımdır. İstirahətini kəndlərdə keçirənlər həvəskar ovçuluqla məşğul ola bilərlər. Azərbaycanın meşələrində maral, çöl donuzu, tülkü, nadir halda ayı, canavar, porsuq, dələ, dağ keçisi, qaban olur. Ov turizminin inkişafı imkanları Böyük Qafqaz dağlarında yüksəkdir. Lakin yerli əhali müxtəlif quşları ovlamaq həvəskarlarıdır. Bu da təsadüfi deyildir. Azərbaycan müxtəlif ov quşları ilə zəngindir. Respublika ərazisində bir neçə yerdə (Qızılağac, Ağ göl, Candar gölü və b.) köçəri quş arealları vardır. Bunlardan başqa Xəzər dənizində Kür çayı və onun qollarında kefal, qızıl balıq, nərə, siyənək, naqqa balığı, ilaııbalığı və digər növ balıqlar ovlanılır.
Azərbaycanda 12 qoruq, 24 yasaqlıq, 9 Milli park vardır ki, bunlarda qiymətli təbii landşaft və tükənməkdə olan fauna növləri, nadir flora nümunələri cəmlənmişdir. Bir sıra yeni qoruq və Milli parkların yaradılması haqda da təkliflər hazırlanır. Ümumiyyətlə, qoruq və Milli parklara səfər etməyə qadağa qoyulmur. Lakin bunlarda turizm-rekreasiya fəaliyyətinə məhdudiyyətlər qoyulur. Mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmış və fəaliyyət göstərməkdədir. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Respublikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.







Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin