F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn


Azərbaycanda Tarixi-mədəni rekreasiya ehtiyatları



Yüklə 0,6 Mb.
səhifə4/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

2.2 Azərbaycanda Tarixi-mədəni rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları kompleksində tarixi-mədəni ehtiyatlar xüsusi yer tutur. Bu ehtiyatlar ictimai inkişafın keçmiş dövrlərinin irsini əks etdirən amillərdir. Bunlar rekreasiya fəaliyyətinin mədəni dərketmə növlərinin təşkili üçün mənbə rolunu oynayır, rekreasiya fəaliyyətini bütövlükdə optimallaşdırır, mühüm tərbiyəvi funksiyaya malikdir. Tariximədəni obyektlərin məkan təşkili eyni zamanda rekreasiya axınının lokallaşdırmasını. ekskursiya marşrutlarının istiqamətlərini müəyyən edir.
Tarixi-mədəni obyektlər arasında tarix və mədəniyyət abidələri mühüm rol oynayır. Bunlar daha çox cəlbedici olmasına görə fərqlənir. Tarix və mədəniyyət abidələri mədənidərketmə rekreasiya tələbatının təmin edilməsində başlıca amildir. Tarix və mədəniyyət abidələri təsnifatına görə bölünür:

  • şəhərsalma və memarlıq abidələri-memarlıq ansamblı və kompleksləri; tarixi mərkəzlər, məhəllələr, meydanlar, küçələr, qədim şəhər və digər yaşayış məntəqələrinin qalıqları, vətəndaş, sənaye, ibadət, hərbi memarlıq tikililəri;

  • xalq memarlığı, həmçinin onlarla bağlı əzəmətli təsviri, dekorativ-tətbiqi, bağça-park sənatkarlıq əsərləri, şəhərətrafı landşaft;

  • incəsənət abidələri - möhtəşəm, təsviri, dekorativ-tətbiqi və digər incəsənət əsərləri;

  • sənədli abidələr - dövlət hakimiyyəti və idarəetmə orqanlarının aktları, digər yazılı və qrafik sənədlər; kino-foto sənədlər və səsyazmalar, həmçinin qədim və digər əlyazma arxivlər; folklor və musiqi yazıları, nadir çap materialları.

Arxeoloji abidələrə - qədim yaşayış məntəqələrinin qalıqları, kurqanlar, qədim insanların yaşadığı mağaralar, müxtəlif antik əşyaların cəmləndiyi ərazilər daxildir. Arxeoloji abidələr daha cox elmi əhəmiyyət kəsb etməklə turizm məqsədilə az istifadə olunur. Arxeoloji abidələrin yayıldığı ərazilər etnoqrafik, elmi əhəmiyyət kəsb edən ərazi kimi qorunur.Azərbaycanda bir çox mağaralar vardır.Bunlara missal olaraq Azıx,Tağlar,Damcılı,Daşsalahlı,Qobustan və.s aid edilir.
Tarix və mədəniyyət abidələrinin tərkib hissələrindən biri də dini abidələrdir. Dini abidələrdən əsasən əhalinin müəyyən dini tədbirlər və ya tarixi hadisələrlə bağlı olan əlamətdar günlərdə istifadə olunur. Dini abidələrin yerləşdiyi ərazi, onun tarixi, əhalinin mənəvi tələbatında oynadığı rol və istifadə üçün yararlılığı əsas götürülür.Azərbaycanda buna misal olaraq Təzəpir, Bibiheybət , Əshabi-Kəhf, Mirmövsüm ağa ziyarətgahı, Gəncə imamzadəsi, Bərdə imamzadəsi, Xızır-zində baba ziyarətgahı və.s aiddir.
Tarixi-mədəni rekreasiya ehtiyatlarına adət və ənənələr, məişət və təsərrüfat fəaliyyətinin xüsusiyyətləri ilə birlikdə bütün sosialmədəni mühit daxildir. Hər hansı bir ölkədə, regionda, rayonda istirahət edən turist mədəni kompleksi bütünlüklə qəbul edir. Mədəni kompleksin tərkib hissəsinə təbiət də daxildir. Şəhərlərdə bu, parklar və bağçalar; həyət və küçələrdə yaşıllıqlar; kənd yerlərində isə həyətyanı sahələr; qədim malikanə və dini yerlərdə mənzərəli parklar və bağlardır.
Tarixi landşaftın pozulması mədəni obyektin cəlbediciliyinə mənfi təsir göstərir. Tarixi-mədəni ehtiyatların turizmrekreasiya sisteminə daxil edilmisinin bir çox növləri vardır. Ən çox yayılmış forma muzey və tarixi ekskursiya marşrutlarının təşkilidir. Mədəni komplekslərin cəlbediciliyi onların bədii və tarixi dəyərləri, tələbat yerinə görə bədii və əlçatan olması ilə müəyyən edilir.
Azərbaycan bəşər sivilizasiyasının qədim ocaqlarından olduğu üçün çox dəyərli tarixi-mədəni irsə malikdir. Bu irsin nümunələri arxeoloji obyektlərdə, memarlıq abidələrində, ədəbi şah əsərlərdə və s. əks olunur. Mədəni irs abidələrinin təsnifatı haqda qeyd edərkən, bunların müxtəlif növlərə ayrıldığını göstərdik.
Respublikamızda tarix və mədəniyyət abidələri və obyektlər dövlət tərəfindən qorunur və əhəmiyyətinə görə üç qrupa bölünür:

  • Dünya əhəmiyyətli abidələr. Azərbaycanda 65 arxeoloji və memarlıq abidəsi vardır.

  • Ölkə əhəmiyyətli abidələr. Respublikada 418 memarlıq və 1616 arxeoloji abidə vardır.

  • Yerli əhəmiyyətli abidələr. Bunlar mədəniyyət parkı-bağçalar və landşaft abidələrinin də daxil olduğu 3616 memarlıq abidəsi və həmçinin 354 arxeoloji abidədir.

Mühafizə olunan milli ərazilərin sayı 15-dir. Azərbaycanın rayonları, o cümlədən kəndləri üçün tariximədəni abidələrin təsnifatı təkcə mənəvi dəyərlərin qorunması deyil, həm də turist cəlb edilməsində, turizm fəaliyyətinin (o cümlədən kənd turizminin) genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Respublikamızın biitüıı bölgələrində aptropogen rekreasiya obyektləri mövcuddur və bunlarda Azərbaycan xalqının əsrlər boyu yaratdığı dəyərlər qorunur.
Ümumiyyətlə, Azərbaycanda 6000-dən çox memarlıq və arxeoloji abidə qeydə alınmışdır və bunlar dövlətin mühafizəsi altındadır. Müxtəlif tarixi dövrlərə aid edilən bu abidələr aşağıdakı kimi qruplaşdırılır:

  • Xocalı-Kəlbəcər mədəniyyəti, eramızdan əvvəl 111 minillik;

  • Naxçıvan mədəniyyəti, eramızdan əvvəl II və 1 minillik;

  • Yaloylutəpə mədəniyyəti, eramızdan əvvəl III əsr eramızın II əsri;

  • Bardağ basdırma, eramızdan əvvəl III əsr - eramızın II əsri.

Dünya əhəmiyyətli memarlıq abidələri Atəşgah (XVIII əsr), İçəri Şəhər kompleksi (VI-XIX əsr), Qız Qalası (VI-XII əsr), Şirvanşahlar sarayı kompleksi (XIII-XV əsr), Möminə Xatun mavzoleyi, Beşbarmaq qalası və Çıraqqala və başqalarıdır.
Respublikamızda yerli əhəmiyyətli memarlıq və tarixi abidələr qala və istehkam, məbəd və qala, karvansara, körpü, saray və imarətlər, məscid və mədrəsələr, kilsə və monastr, mavzoley, köhnə hamamlar, atəşpərəstlərin məbədi və s.-dir. Beynəlxalq siyahıya Azərbaycandan 65 tarixi-mədəni abidə salınmışdır. UNESCO-nun Ümumdünya irsinə Azərbaycandan iki obyekt daxil edilmişdir: Qız Qalası və Şirvanşahlar sarayı.
Azərbaycanda tarix və mədəniyyət abidələrinin coğrafi yerləşmə xüsusiyyətləri sübut edir ki, bu abidələrin əksəriyyəti karvan yollarının kənarlarında qədim yaşayış məskənlərində cəmlənmişdir. Azərbaycanda islam mədəniyyətinin yayılması ilə tarixi-mədəni abidələrin coğrafiyası genişlənir. Azərbaycanın ərazisində məscidlər, türbələr, həmçinin karvansara tikililərinin sayı çoxalır. Təsadüfi deyildir ki, bu tikililərin bəziləri turistlər üçün maraqlı tarixi yerlər, yerli əhali üçün isə inanc yerlərinə çevrilmişdir.
Azərbaycanda İslam dövrünə aid tarixi-memarlıq abidələri zəngin olması ilə seçilir. XII-XIX əsrləri əhatə edən memarlıq incilərinin əksəriyyəti İslam dövrünə aid olan abidələrdir. İslam dövrünə aid olan məscidlər, türbələr ölkənin hər yerində yayılmışdır. Məscidlər demək olar ki, öz orijinallığını saxlamış və son illər bunların əksəriyyəti bərpa olunarkən əvvəlki vəziyyəti elmi cəhətdən öyrənilmiş, bərpa işlərində nəzərə alınmışdır. İslam dövrünə aid olan abidələrdən biri də qədim türbələrdir. Əsasən orta əsrlərə aid olan türbələrin ən məşhurlarına Mərəzə qəsəbəsi yaxınlığında Diribaba türbəsi (XV əsr), Şamaxıda “Yeddi Gümbəz” türbələr kompleksi, Ağsu şəhərində Şeyx Dursun türbəsi (XV əsr), İsmayıllı rayonunda olan türbələr kompleksi (XV-XVI əsr), Gəncədə İmamzadə türbələr kompleksi (XVII-XIX əsr), Naxçıvanda Möminə Xatun türbəsi və s. qeyd etmək olar. Bu türbələrdən bəziləri inanc yeri kimi ziyarət olunur.
Azərbaycanda şəhərsalma mədəniyyətinin bariz nümunəsinin ən məşhuru “İçəri Şəhər” abidələr kompleksidir. Bu kompleksin tarixi müxtəlif mənbələrdə fərqli göstərilsə də, rəsmi sənədlərə əsasən Xll əsrə aid edilir. Kompleksdə 44 abidə yerləşir. Bunlardan Şirvanşahlar sarayı (XV əsr), Sınıqqala minarəsi (XI əsr), Qız Qalası (XII əsr), Cümə məscidi (XI əsr), Divanxana (XV əsr), Şah məscidi (XV əsr) və s. qeyd etmək olar. Bu kompleksdə tarixi-memarlıq abidələrinin kompakt yerləşməsi onun turizm əhəmiyyətini artırır. Şirvanşahlar sarayı kompleksinə Divanxana, ibadət zalı, iki gümbəzli məscid, Səid Yəhya Bakuvinin məqbərəsi, hamamlar və s. daxildir.
Müasir dövrlərə qədər qorunub saxlanılmış mülıüın tarixi-memarlıq nümunələrindən Şəki Xan sarayı və ətrafında olan qədim tikililər, karvansaralardır. 2500-2600 il yaşı olan və qədim ticarət yollan üzərində yerləşdiyinə görə Şəkidə iri karvansaralar tikilmişdir. Şəki Xan sarayı XVIII əsr Azərbaycan memarlığının incilərindən sayılır. Saraydakı naxışlar və boyalar, müxtəlif dini yazılar, ağac üzərində döyülmüş naxışlar müasir dövrə qədər gəlib çatmışdır.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin