F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn



Yüklə 0,6 Mb.
səhifə12/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   ...   4   5   6   7   8   9   10   11   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

Kəlbəcər-Laçın iqtisadi rayonu Əlverişli təbii şəraiti və zəngin ehtiyatlan, bol günəş istisi, yaxşı su təminatı, müxtəlif mineral xammalları turizm təsərrüfatının inkişafı üçün əlverişli sayılır. Kəlbəcər-Laçın iqtisadi rayonu müxtəlif mineral-xammal ehtiyatları ilə də zəngin rayondur. Rayonun təbii şəraitində dağlıq landşaft üstünlük təşkil edir. Eyni zamanda, onun cənub hissəsi, yəni, İranla həmsərhəd olan zona Arazboyu maili düzənliklərdən ibarətdir. İqtisadi rayon ərazisində İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Rayonun təbii şəraitinin başlıca xüsusiyyəti onun rəngarəngliyidir. Ərazisində dağ silsilələri və yaylalar üstünlük təşkil etsə də, dərin dərələr, dağarası çökəkliklər, düzənliklər bir-birini əvəz edir. İqtisadi rayonun landşaftında alp və subalp çəmənlikləri, meşələr üstünlük təşkil edirdi. Nadir ağacları olan meşələrin sahəsi 92 min ha idi (respublika meşələrinin 9%-i). Bunun 72%-i Kəlbəcər və Laçın inzibati rayonlarında yerlşən turizmrekreasiya əhəmiyyətli dağ meşələridir.Zəngilan rayonu ərazisindəki “Bəsitçay” qoruğundan bitən Şərq Çinarı meşələri sahəsinə görə dünya üzrə 2-ci,Avropa üzrə 1-ci idi. Əfsuslar olsun ki, bu sərvətlər erməni işğalçıları tərəfindən 30 il boyunca həm istirmar edildi,həm də məhv edildi.Kəlbəcər-Laçın iqtisadi rayonun tarixi-mədəni rekreasiya ehtiyatlarına isə Dünya əhəmiyyətli memarlıq abidələrindən Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəbasar monastrı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastrı (XIII-XVII əsrlər) aid edilir.Bölgədə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot, Həsənriz kəndlərində alban məbədləri və qalalar aiddir.Bölgənin rekreasiya ehtiyatlarından istifadə baxımından əsas problemi uzun illər işğal altında olması idi.İşğal azad edilən bu cənnətguşəsi bölgəmiz artıq bizim ixtiyarımızdadır və bu bölgəyə qoyulacaq investisiya burada yeni turizm bölgələrinin yaranmasına şərait yaradacaq.
NƏTİCƏ
Azərbaycan relyefi,ilqlimi,daxili suları,florası,faunası,tarixi-mədəni abidələri ilə zəngin rekreasiya ehtiyalarına sahibdir.Rekreasiya ehtiyalarından istifadə də əsas sahə turimzin payına düşür.Rekreasiya ehtiyatlarından istifadə də çoxlu problemlərlə qarşılaşırıq.Əvvəlki nümunələrdə də paylaşdığımız kimi əsas problemlər ətraf mühitin çirklənməsi,rekreasiya ehtiyatlarından düzgün istifadə edə bilməmə,rekreasiya ehtiyatlarının antropogen amillərlə pozulması (qeyri-qanuni ovçuluq,meşələrin qırılması,tarixi abidələrin mühafizə edilə bilməməsi və dağıdılması),bəzi bölgələrdə turizmə marağın zəif olması,ərazilərimizin uzun illər işğal altında qalması(onların erməni qəsbkarları tərəfindən istismarı və məhv edilməsi),turizm üçün vacib olan nəqliyyat və infrastrukturun zəif olması,turizm müəssisələrinin ya olmaması ya da müasirləşməyə ehtiyacı olması,turistlərin qalması üçün mehmenxana,kiçik yaşayış massivlərinin olmaması və xidmət səviyyəsinin zəif olması aid edilir.Sadalanan problemlər mərhələli və operativ həll edilə bilsə Azərbaycan dünyanın ən mühüm turizm mərkəzlərindən birinə çevriləcək.
İstifadə olunun ədəbiyyat siyahısı
B.Budaqov – “Azərbaycan Respublikasının regional coğrafi problemləri”
F.Qurbanov – “Azərbaycan turizmin inkişaf problemləri”
Ə.Əlirzayev – “Turizmin inkişafının sosial-iqtisadi problemləri”
H.Soltanova –“Azərbaycan Respublikasında turizm və onun inkişafı”
Y.Zeynallı – “Azərbaycan turizm sisteminin fəaliyyətinin idarə olunmasının iqtisadi-coğrafi problemləri”
İnternet resusrlarından
anl.az
http://lib.edu.az
azerbaijans.com
eco.gov.az
Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin