TƏKLİFLƏR 1.Yeni milli parklar, dövlət təbiət qoruqlarının yaradılması , xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq təkliflər irəli sürmək lazımdır.İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulur.
2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarətinin məqsədi bu ərazilərin və obyektlərin vəziyyətinə, onların mühafizəsi, qorunması, bərpası və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsinə daha yaxşı nəzarət edilsin və qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin edilsin.Təbiət qoruqlarının , milli parkların , yasaqlıqların , təbiət abidələrinin , zooloji parkların və s. qorunması üçün daha çox mühafizə sanitariya zonalarının yaradılması xarakterikdir.
3.Ölkəmizdə bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilməsi vacib məsələlərdən biridir. Eyni zamanda, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin (ceyran, zubr və s.) artırılması istiqamətində onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunaraq populyasiyalarının bərpası da günümüzdə aktual məsələlərdən biridir.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin digər növləri də yaradıla bilər.