F akültə-İqtisadiyyat Tələbə :Ədilova Solmaz Qrup-164a


Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kateqoriyaları



Yüklə 195,43 Kb.
səhifə6/7
tarix24.11.2022
ölçüsü195,43 Kb.
#70215
1   2   3   4   5   6   7
Solmaz Ədilova Hesabat

3.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kateqoriyaları


Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli kateqoriyalara bölünür.
Dövlət təbiət qoruqlarının, geoloji parkların və milli parkların əraziləri respublika əhəmiyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir.
Dövlət təbiət yasaqlıqları, təbiət parkları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar respublika əhəmiyyətli və ya bölgə əhəmiyyətli, müalicə-sağlamlaşdırma yerləri və kurortlar isə beynəlxalq və ölkə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilə bilər.
Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri müəyyən edilə bilər.
Respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, onların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisə və təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.

NƏTİCƏLƏR

1.Müəyyən ərazilərin,heyvanların,quşların, abidələrin qorunması üçün müəyyən vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı nəticəsində dövlət qoruqları , yasaqlıqlar , milli parklar , ekoloji parklar , zooloji parklar , nəbatat bağları və dendroloji parklar ,biosfer qoruqları yaradılır . Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaranma tarixlərini aşağıdakı 3 mərhələ şəklində göstərmək olar:


I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Botaniki Yasaqlığı – 1910-cu il),
II mərhələ - qoruq və yasaqlıqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları)
III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.
2.Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin, mühafizəsinin və istifadəsinin əsas prinsiplərindən biridə bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması və xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsidir . Onlarin qorunmasi üçün mühafizə sanitariya qovşaqlari yaradılır. Bu da gələcək nəslin bu imkanlardan yararlanmasına şərait yaradır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında fəaliyyətlərə elmi tədqiqat işləri,ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət, yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması, torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi, bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi, turizm və rekreasiya məqsədləri ilə istifadə, mineral su və digər müalicəvi resurslardan istifadə, balıq və digər su bioresurslarının idman və həvəskar ovu aid edilir.

3 . Azərbaycan Respublikasının ərazisində olan xüsusi mühafizə olunan təbiət ərazilərini onların yaradılmasının məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq bir sıra növləri var .Onlardan dövlət təbiət yasaqlıqları, təbiət parkları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar respublika əhəmiyyətli və ya bölgə əhəmiyyətli, müalicə-sağlamlaşdırma yerləri və kurortlar isə beynəlxalq və ölkə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilir. Respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, onların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisə və təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.




Yüklə 195,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin