Azərbaycan Respublikasının ərazisində olan xüsusi mühafizə olunan təbiət ərazilərini onların yaradılmasının məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq aşağıdakı növlərə bölmək olar:
- dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
- milli parklar; - təbiət parkları; - ekoloji parklar; - dövlət təbiət yasaqlıqları; - təbiət abidələri - zooloji parklar;
- nəbatat bağları və dendroloji parklar;
- müalicə sağlamlaşdırma yerləri və kurortları.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin digər növləri də yaradıla bilər.
Dövlət təbiət qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəıi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və s.) yerləşdiyi ərazilərdə (torpaq və ya su məkanı sahələrində) yaradılır. Dövlət təbiət qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir.
Bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Dövlət təbiət qoruqlarının təşkili elmi təşkilatlar və əlaqdar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilərsə bu məqsədlə ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir. Qanunvericiliyə görə qoruq torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağan edilir və hər bir dövlət qoruğunun əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Dövlət təbiət yasaqlıqları - təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 366 №-li Fərmanına uyğun olaraq dövlət təbiət yasaqlıqları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.
Dövlət təbiət yasaqlıqlarının yaradılması aşağıdakı məqsədlərə xidmət edir:
- təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və bərpası;
- ekoloji tarazlığın saxlanılması;
- yaradılma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətində müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsini təmin etmək;
- elmi, mədəni, tədris və məhdud təsərrüfat fəaliyyətini həyata keçirmək.
Hər bir dövlət təbiət yasaqlığının əsasnaməsinə uyğun olaraq onların yerləşdiyi ərazilərdə xüsusi mühafizə recimi həyata keçirilir.
Yasaqlıqlarda təbiət komplekslərinə və onların komponentlərinə zərər vuran və ya zərər vura bilər bütün fəaliyyət növləri qadağandır.
Yasaqlıqların yaradılması məqsədindən asılı olaraq onların ərazilərində aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər (bu barədə hər bir təbiət yasaqlıqları haqqında əsasnamədə müvafiq qeydlər olur):
- geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
- su-bataqlıq ərazilərinin qurudulması və meliorasiya işlərinin aparılması;
- bitki aləmindən təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
- balıqartırma və elmi tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla ov və balıq ovu, vəhşi fauna növlərinrin təsərrüfat məqsədləri ilə istifadə edilməsi və ovlanması;
- ətraf mühitə hər hansı kimyəvi, bioloci və fiziki təsirin tətbiq edilməsi;
- kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;
- tikintilərin aparılması, torpaqların şumlanması, yabanı bitkilərinyığılması;
-yasaqlıqların ekoloji keyfiyyətinə mənfi təsir göstərən, mühafizə olunan obyektlərin qorunub saxlanması recimini pozan və varlığına təlükə yaradan hər bir digər fəaliyyət.
Təbiət parkları xüsusi ekoloji və estetik dəyərə malik olan təbiəti mühafizə və istifadə məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir. Təbiət parklarının yerləşdiyi torpaq sahələri onların daimi istifadəsinə verilir. Başqa mülkiyyətçilərdə və ya istifadəçilərdə olan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parklarının istifadəsinə verilə bilər. Təbiət parkları respublika bölgə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Yerli əhəmiyyətli təbiət parkları bütövlüklə və ya qismən, məqsədli təyinatı üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və ya hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və ya icarəsinə verilə bilər.
Təbiət parkları təbii mühiti, təbii landşaftları və rekreasiya resurslarını mühafizə etmək, istirahət üçün şərait yaratmaq, təbiəti mühafizənin effektli metodlarını hazırlamaq və tətbiq etmək, ekoloji tarazlığı qoruyub saxlamaq, nəzərdə tutulmuş müddətlərdə ekosistemlərin monitorinqini aparmaq məqsədi ilə yaradılır.
Hər bir təbiət parkı üçün 10 ildə bir dəfə pasport hazırlanır və bu ərazilərin pasportu Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınır.
Təbiət parklarının ərazilərində təbii sahələrin ekoloji və rekreasiya əhəmiyyətindən asılı olaraq xüsusi mühafizənin və istifadənin ayrı-ayrı rejimi müəyyən edilir. Təbiət parklarının ərazilərində recim xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı fəaliyyət növləri müəyyən edilir:
- xüsusi mühafizənin hüquqi recimi tətbiq edilən zonaları;
- istirahət zonaları;
- tarix mədəniyyət komplekslərinin və obyektlərinin mühafizə zonaları;
- rekreasiyaya xidmət göstərən zonalar;
- təbiət parkının fəaliyyətini təmin edən zonalar.
Bununla yanaşı təbiət parklarının ərazilərində onların məqsədinə zidd olmayan digər fəaliyyət zonaları müəyyən edilə bilər. Vətəndaşların təbiət parklarının ərazilərinə daxil olma limitləri parkın rəhbərliyi tərəfindən müəyyən edilir.
Milli parklar - xüsusi ekoloji tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiət mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə ounan təbiət ərazilərinə aiddir. Bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Milli parkların ərazilərində aşağıdakılar qadağan edilir:
-təbiət komplekslərinə və tarix mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
- geoloci kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
- hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
- xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;
- milli parkların fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;
- müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili çadırların qurulması və tonqalların yandırılması;
- bu məqsdələr üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
- yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.
Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir.
Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yerlər, çox yaşlı ayrı-ayrı ağaclar, həmçinin geoloci açılışlar, mağaralar, paleontoloci və paleonəba qalıqlarının çöküntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir. Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi recimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır. Təbiət abidələri respublika və bölgə əhəmiyyətli ola bilərlər.
Təbii müalicə amillərinin və təbii resursların mühafizəsi məqsədi ilə müalicə sağlamlaşdırma yerlərinin və kurortların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir. Sanitariya rejimi ilə əlaqədar sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpağın mülkiyyətçilərindən, istifadəçilərindən geri alınmır (torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna olmaqla).
Zooloji parklar - heyvanlar adəminin mühafizəsi, törəyib artması və onlardan istifadə üçün ayrılmış təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan xüsusi mühafizə olunan təbiət əraziləridir. Zooloji parklar respublika, bölgə və ya yerli əhhəmiyyətli ola bilər. Zooloji parkların təşkili üçün ayrılan torpaq sahələri onalrın daimi istifadəsinə verilir. Zooloji parklarda heyvanların saxlanılması və artırılması, habelə ora gələn adamlara göstərilməsi üçün ekspozisiya (sərgi) zonaları, elmi tədqiqatların aparılması məqsədilə elmi zonalar, gələn adamlara xidmət göstərməsi üçün ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları ayrılır. Zooloji parklarda onların vəzifələrinin həyata keçirilməsi ilə bağlı olmayan və orada saxlanılan heyvanların məhvinə səbəb ola bilən hər hansı fəaliyyət və hərəkət qadağandır.
Nəbatat bağları və dendroloji parklar - bitki aləminin müxtəlifliyini qoruyub saxlamaq və onu zənginləşdirmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Bu ərazilər respublika və ya bölgə əhəmiyyətli ola ilər. Bu ərazilərin təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir. Nəbatat bağlarında və dendroloci parklarda bitkiləri yetişdirmək və onları gələn adamlara göstərmək üçün ekspozisiya zonaları, elmi təqiqatlar aparmaq üçün ictimai, inzibati və təsərrüfat istehsalat zonaları ayrılır.
Nəbatat bağlarında və dendroloci parklarda kolleksiya və təcrübə sahələri, tingliklər, herbarilər (qurudulmuş bitki kolleksiyası) və toxum fondları yaradılır.
Nəbatat bağları və dendroloci parklar öz fəaliyyətləri ilə bağlı əhaliyə ödənişli xidmətlər göstərə bilərlər. Bunun üçün onların ərazilərində yardımçı təsərrüfatlar, emalatxanalar və başqa obyektlər ola bilər.