F akültə-İqtisadiyyat Tələbə :Ədilova Solmaz Qrup-164a


Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanunvericilik



Yüklə 195,43 Kb.
səhifə3/7
tarix24.11.2022
ölçüsü195,43 Kb.
#70215
1   2   3   4   5   6   7
Solmaz Ədilova Hesabat

Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanunvericilik .

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları və milli parklar haqqında ümumi əsasnamələrin layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; təbiət parkları və dövlət təbiət yasaqlıqları haqqında ümumi əsasnamələrini təsdiq etsin;
həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması qaydasını müəyyən etsin;
bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidenti təqdim etsin;
öz səlahiyyətləri daxilində “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsində, 17-ci maddəsinin dördüncü hissəsində, 21-ci maddəsinin dördüncü və beşinci hissələrində, 40-1-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti (dövlət təbiət qoruqlarına, o cümlədən biosfer qoruqlarına, geoloji, və milli parklara münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (təbiət parkları və dövlət təbiət yasaqlıqları münasibətdə) həyata keçirirlər;
həmin Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti (dövlət təbiət qoruqlarına, o cümlədən biosfer qoruqlarına, geoloji və milli parklara münasibətdə) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (digər xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərinə münasibətdə) həyata keçirirlər;
həmin Qanunun 6-cı maddəsinin beşinci hissəsində və 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti (dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqlarına, geoloji və milli parklar münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (digər xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri münasibətdə) həyata keçirirlər;
həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin üçüncü hissəsində, 17-ci maddəsinin yeddinci hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 27-ci maddəsinin beşinci hissəsində, 30-cu maddəsinin ikinci hissəsində, 43-cü maddəsinin birinci hissəsində, 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 17-ci maddəsinin dördüncü hissəsində, 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsində, 15-ci maddəsinin ikinci abzasında, 24-cü maddəsinin beşinci hissəsində, 28-ci maddəsinin ikinci hissəsində, 45-ci maddəsinin ikinci və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 27-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 

Yüklə 195,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin