16 fevral 2015-ci il
http://www.amu.edu.az
7
Dünya Səhiyyə Təşkilatı (DST) Avropanın ərazisində qri-
pin yoluxma fəallığının yüksək səviyyədə olması barədə
xəbərdarlıq edir. Virusun əsas yarımtipi yaşlı adamlar
üçün daha təhlükəlidir. Xroniki xəstəliklərdən əziyyət
çəkənlər və 6 aylıq körpələrdən tutmuş 5 yaşadək uşaqlar
da risk qrupuna daxildirlər.
Ekspertlər bildirirlər ki, bu il istifadə olunan vaksin ideal
müdafiəni təmin etməsə də, infeksiyalardan qorunmağın
ən yaxşı üsuludur.
DST qrip əlamətləri müşahidə olunan risk qrupuna daxil
olan şəxslərə antivirus preparatları təyin etməyi məsləhət
görür.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10
fevral tarixli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə
dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq
edilib.
AzərTAc xəbər verir ki, Dövlət Proqramı talassemi-
yanın profilaktikasının gücləndirilməsinə, əhali ara-
sında maarifləndirmə işlərinin genişləndirilməsinə
və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın
təkmilləşdirilməsinə yönəlib. Məqsəd ölkəmizdə talas-
semiya xəstəliyinin profilaktikasının və müalicəsinin
təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm
hallarının azaldılmasından ibarətdir.
Proqramda təşkilati tədbirlər, tibb müəssisələrinin mad-
di-texniki bazasının gücləndirilməsi, talassemiya daşı-
yıcılarının aşkar edilməsi və həkim məsləhəti verilməsi,
habelə talassemiyanın müalicəsinin təkmilləşdirilməsi
və əhalinin bu xəstəliyə dair maarifləndirilməsi kimi
tədbirlər nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən
“Sağlam uşaq - etibarlı gələcək!” layihəsi çərçivəsində
sonuncu tədbir Yevlaxda baş tutub.
Layihənin rəhbəri Fatma Adıgözəlova AzərTAc-a bil-
dirib ki, məqsəd gənc analar arasında peyvəndlərin
əhəmiyyəti barədə maarifləndirmə işləri aparmaq olub.
Onun sözlərinə görə, bəzi valideynlər peyvəndlərdən
qorxaraq əslində uşaqlarının gələcəyini təhlükəyə atırlar.
Bu səbəbdən də görüşlər zamanı pediatrlar tərəfindən
peyvəndlərin körpə həyatı üçün vacibliyi, erkən aparılan
peyvəndləmənin uşaqları difteriya, iflic, tetanus və s.
kimi bir çox ölümcül xəstəliklərdən qoruması gənc ana-
lara izah olunub.
O deyib: “Görüşlər zamanı gənc anaların əsas qorxusu
Hindistan və Çindən gətirilən vaksinlərlə bağlı idi. Onla-
ra izah etdik ki, klinikalarda istifadə edilən preparatların
keyfiyyətinə Səhiyyə Nazirliyi zəmanət verir”.
Dünya Səhiyyə Təşkilatı Avropada
qrip epidemiyasının yayılması barədə
xəbərdarlıq edir
Azərbaycanda talassemiya ilə
mübarizəyə dair Dövlət Proqramı
təsdiq olundu
Erkən aparılan peyvəndləmə uşaqları
ölümcül xəstəliklərdən qoruyur
u
Pediatriyanın ən ak-
tual problemlərindən
biri
də
tez-tez
xəstələnən uşaq (TTXU) prob-
lemidir.Bu vəziyyətin yaranma-
sında müxtəlif ekzogen və en-
dogen səbəblərin rolu olsa da,
xoşbəxtlikdən, bu səbəblərin
heç birisi uşaq orqanizmini üzvi
dəyişikliyə uğradaraq, sağlam-
lıq qrupunun dəyişdirilməsinə
səbəb olmur. II B qrup kimi
dispanser nəzarətdə olan bu
uşaqlar III qrupa keçmir, xro-
niki xəstəyə çevrilmir, əksinə,
onlar gələcəyin nadir hallar-
da xəstələnən yetkin insa-
nına çevrilirlər. Onların im-
mun sistemi məşq edə-edə
mübarizədə qalib gəlmək üçün
birinci və ikinci müdafiə sis-
temini gücləndirmiş, hüceyrə
və
humoral
immunitetini
təkmilləşdirmiş olur. Bərkə-
boşa düşmüş orqanizm hər
çeşid infeksiyanı, antigeni ar-
tıq tanıyır, etibarlı immun yad-
daşında saxlayır. Onlara qarşı
sınanmış immun cavab reaksi-
yasinı verir. Keçirmədiyi bəzi
infeksiyalara qarşı immuniteti
aktiv immunizasiya nəticəsində
qazanır.
Xəstəliklərin Beynəlxalq Təsnifa-
tında bu diaqnoza rast gəlməsək də
TTXU dispanser qrupu var və bu
uşaqlara xüsusi qayğı tələb olunur. Bəs
hansı uşaqlar bu qrupa aid edilir? Əsas
kriteriya bir il ərzində uşaqların ke-
çirdiyi kəskin respirator xəstəliklərin
sayı hesab olunur. Bu say bir yaşa
qədər 4 və 4-dən çox, 1-3 yaşda 6 və
6-dan çox, 4-5 yaşda 5 və 5-dən çox,
6 yaşdan böyüklərdə 4 və 4-dən çox
olarsa, belə uşaqlar TTXU kimi dis-
panser nəzarətə götürülür. Qeyd etmək
lazımdır ki, bu rəqəmlər də nisbidir.
Bəzi xarici ədəbiyyatlarda mütəşəkkil
uşaqların bir il ərzində 6-10 dəfə
KRX keçirməsi normal hal kimi
qiymətləndirilir. Bu göstərici, TTXU-
ın adını çağırış jurnalında görməyin
acısını yaşayan bir pediatr kimi, məni
də sevindirdi.
3 yaşından sonra TTXU qrupu-
na daxil etmək üçün İİ-dən (infek-
sion indeksdən) istifadə etmək olar.
Nadir halda xəstələnən uşaqlarda İİ
0,2-0,3-dürsə, TTXU-da 1,1-3,%-
dir. İİ dedikdə bir il ərzində keçirilən
KRX-in sayının uşağın yaşına nisbəti
başa düşülür. Göründüyü kimi, İİ
yaşla tərs mütənasibdir. Yəni, yaş
artdıqca uşağın xəstəliklərinin sayı
azalır.Bu uşağın öz fərdi immuniteti-
nin yetkinləşməsi ilə əlaqədardır. Ən
çox xəstələnmə halına 1-3 yaş arasın-
da rast gəlinir. Yeniyetmə dövründə
androgenlərin təsiri ilə oğlan uşaq-
larının müqaviməti artır, KRX-lərin
sayı azalır, əksinə, qız uşaqların-
da estrogenlərin təsiri nəticəsində
xəstələnmə halları bir qədər artır.
Son vaxtlar TTXU-ın sayı artma-
ğa meyllidir. Ümumiyyətlə, insan
sağlamlığına mənfi təsir göstərən
amillər, ekoloji tarazlığın pozulması,
sivilizasiyanın, gen mühəndisliyinin
nailiyyətlərinin həyatımıza müxtəlif
müdaxilələri (genetik modifikasiya
olunmuş qıdalar, mikroorqanizmlərin
yeni ştammlarının yaradılması və
s.), informasiya-kommunikasiya tex-
nologiyalarının sürətli inkişafı (hi-
podinamik həyat tərzi, internetdən
asılılıq), mikpoorqanizmlərin özü-
nün ontogenezində daha dayanıqlı
ştammların yaranması, bu mürəkkəb
aləmdə öz həyatını qorumaq üçün in-
san ağlına qarşı mübarizədə yaratdığı
özünümüdafiə faktorları (toksinlər,
fermentlər) və s. bu artımda böyük
rol oynayır. Farmakologiyanın ar-
tan imkanlarının insan orqanizminə
tətbiqindəki canfəşanlıq, firmala-
rın aktiv fəaliyyəti nəticəsində artan
həkim yatrogeniyalarını da başlıca
səbəblərdən biri kimi qiymətləndirmək
olar.
Ölkəmizdə neçə illər müharibə
şəraiti hökm sürüb. Qanlı 20 yan-
var, Xocalı soyqırımı, göz dağı kimi
cərgələnən şəhid məzarları, ışğal
altında olan vətən torpaqları insan
genində belə dəyişiklik yaratmağa
qadirdir. Milli dərdin gen mutasiyası
yarada biləcəyini hansısa tədqiqatçı-
genetik bir gün sübut edəcək, mən
ürəyimin səsinə inanıram. Müharibə
dövrünün uşaqları indi ata-anadır.
O velideynlərin yaşadığı streslərdən
körpələrə də pay düşür. Əsirlikdən
qayıdıb həyat quran valideynlərin
tez-tez xəstələnən uşağını müayinə
edəndə erməni vəhşiliklərini o uşağın
orqanizmində hiss etmişəm, immun
sistemini paralayan güllə səsləri qu-
lağıma gəlib, mərkəzi sinir sistemində
erməni aqressiyasının əks-sədasını
görmüşəm. M.s.s.-nin hipoksiyası-
nı keçirmiş uşaqlar çətin adaptasiya
olunur, termorequlyasiyaları pozu-
lur, immun sistem funksiyasinı tam
icra edə bilmir, TTXU riski reallaşır.
Belə uşaqlar ailədə sağlam atmosferi
pozur. Canından ayrılan candan daha
müdhiş bir ayrılıq qorxusu ananı sa-
rır. Bu qorxudan yaranan mediatorlar
südlə usağa keçir, uşağın vəziyyəti
bir az da pisləşir. Qapalı həlqə əmələ
gəlir. Vay o gündən ki yanında anla-
maz adamlar ola, yaranmış vəziyyəti
süni surətdə gərginləşdirə. Münaqişə
yarananda uşaq orqanizminə növbəti
zərbələr dəyir. Xəstələnmə riski daha
da artır. Beləcə, uşaq öz doğmaların-
dan ermənidən ala biləcəyi qədər zərbə
alır.
Sivilizasiyanın növbəti bir bə lası da
teleseriallardır. Uşaqlar ak tiv həyat
tərzi keçirməkdənsə, passiv oturub
saatlarla serialları izləyir. Fatmagü-
lün, Fərihanın dərdini öz dərdi kimi
yaşayır.Həyəcanlanır, kövrəlir, qor-
xur, bir sözlə, emosiyalarını oyuncaq
kimi yaradıcı adamların əllərinə ve-
rir, idarə olunur. Bu hal idarə edəni
məmnunlaşdırsa da, idarə olunan
nələr itirdiyini hələ anlamır. Bunu
valideyn anlatmalıdır. Çox təəssüf
ki, bəzi valideynlər də bunu anlamaq
qüdrətində olmur, çox vaxt özləri se-
rialların əsirinə çevrilir. Əsas vəzifə-
müqəddəs valideynlik borcu yaddan
çıxır, özünü baş roldakı qəhrəmanların
yerində təsəvvür edir. Orientirini iti-
rir, narazılıqlara, etirazlara, xəstə ab-
havaya səbəb olur.”Mükafatı” ailədə
TTXU problemi olur.
Anadan aldığı immunoq lobulinlər
hesabına 6 ayadək uşaqlar az
xəstələnirlər. Elə ki, İq.G ehtiyatı
tükəndi uşaq özü antitellər yaratmağa
başlayır. Ona görə də 6 ayından son-
ra uşaqların KRX ilə təması xəstəlik
reaksiyası ilə cavablanir. Bu dövr həm
də süd dişlərinin çıxması vaxtı ilə üst-
üstə düşdüyündən valideynlərdə təlaş,
çaxnaşma yaradır.
Müxtəlif həkimlərə, daha çox nev-
ropatoloklara müraciət edirlər. Təəssüf
ki, çox vaxt körpə orqanizminə artıq
dərman preparatları yeridilir.
Uşağın sağlamlıq qrupunu bir pıllə
dəyişdirən primorbid fon xəstəlikləri:
raxit, xroniki qida pozğunluqları,
anemiya, konstitusiya anomaliyaları
da uşaqların tez-tez kəskin respirator
xəstəliklərə tutulmasına səbəb olur.
Müxtəlif allergik xəstəliklər-tənəffus
üzvlərinin allergik xəs təlikləri, polli-
noz, allerqodermatozlar da TTXU ya-
radıcılarındandır.
Yarımçıq doğulma, bətndaxili inki-
şafın ləngiməsi, anadangəlmə inkişaf
qüsurları olan hallarda da yenidoğul-
muşun TTXU-a çevriləcəyi ehtimalı
yüksəkdir.
TTXU-da 5-6 yaşında damaq ba-
damcıqları demək olar ki, görsənmir.
Bu birinci siqnaldır. Timus inkişaf
edəndə limfoid toxuma da hiperplazi-
yalaşır. Udlaq həlqəsinin hiperplaziya-
sı fizioloji də ola bilər. Bunlara xüsusi
fikir vermək lazımdir.
TTXU-ın formalaşmasında dis-
bakteriozun da cox əhəmiyyətli rolu
var. Son vaxt aparılan mikrobiolo-
ji analizlərin əksəriyyətində nəcisdə
immunoprotektiv flora olan E.colinin
miqdarının az oldoğu müəyyənləşir.
Biz bu çatmamazlığı mikrobioloji pre-
paratlarla korreksiya etməyə çalışırıq.
Ümumiyyətlə, istənilən xəstəlikdə
dərman təyin etdikdə bağirsaqların
o preparatı sormaq iqtidarında oldu-
ğuna əmin olmaq lazımdır. Dizbak-
terioz aradan götürüldükdən sonra
fon xəstəlikləri müalicə etmək, əsas
səbəbi aradan qaldırmaq, immunote-
rapiyaya başlamaq lazımdır. Valideynə
vəziyyəti düzgün başa salmaq, sağlam
həyat tərzinin istənilən medikamentoz
müalicədən üstün olduğunu inandır-
maq lazımdır.
Zəkiyyə PƏNAHOVA,
Pediatr-homotoksikoloq
TEZ-TEZ XƏSTƏLƏNƏN
UŞAQLAR
http://www.amu.edu.az
16 fevral 2015-ci il
u
Qlazqo Universitetinin alimləri stress
hormonlarının əmələ gəlməsi ilə ikinci
tip “şəkərli diabet” arasında qarşılıqlı
əlaqə tapıblar. AzərTAc xarici KİV-lərə istinad-
la xəbər verir ki, tədqiqatın nəticələri ABŞ-da
həkimlər üçün nəzərdə tutulan nüfuzlu “Psixoso-
matik təbabət” jurnalında dərc olunub.
Tədqiqatçılar hər bir iş yerində tez-tez təsadüf
edilən ən adi və labüd stressi ikinci tip şəkərli
diabetin yaranmasının əsas səbəblərindən biri
hesab ediblər.
Qlazqo Universitetinin professoru Navid
Səttar deyib: “İş yerlərində güclü psixolo-
ji təzyiqə məruz qalan insanların ikinci tip
diabetə tutulma riski 45 faiz artır. Qrupumuz 13
il ərzində 50 kişi və qadını müşahidə edərək bu
qənaətə gəlib. Biz çox vaxt belə bir halla rast-
laşırıq ki, stereoid hormonları, xüsusilə kortizol
qəbul edən insanlarda ikinci tip şəkərli diabetin
əlamətləri özünü büruzə verir, onların qanında
davamlı olaraq yüksək faizli şəkər müşahidə
olunur. Güclü və uzunçəkən stress nəticəsində
də orqanizmdə kortizol hormonu çox olur. Bu
da bir müddət sonra hüceyrələrin insulina qarşı
həssaslığında dəyişikliklərin yaranmasına və
“şəkərli diabetin” inkişafına gətirib çıxara bilər.
Məhz stress hormonu kortizolun çox olması
orqanizmin insulinə qarşı həssaslığını azalda
bilər”.
Qeyd edək ki, London Universitet Kollecinin
professoru Endryu Stepton başqa fikirdədir.
Onun fikrincə, stress ilə diabet arasında əlaqə
var, lakin ikinci tip diabetdən əziyyət çəkən in-
sanların orqanizmi stressə başqa cür reaksiya
verir.
Ağayeva Aytən Yusif qızına 1996-cı ildə Azərbaycan Tibb Universiteti
tərəfindən stomatologiya ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Pediatriya fakültəsinin V kurs, 568
a
qrup tələbəsi Motuxova Nərmin Ma-
hama qızının adına verilmiş qiymət kitabçası və tələbə bileti itdiyi üçün eti-
barsız sayılır.
Afrant-Səmədova Esmira Arif qızına 1989-cu ildə Azərbaycan Tibb Uni-
versiteti tərəfindən pediatriya ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi
üçün etibarsız sayılır
I müalicə-profilaktika fakültəsinin VI kurs, 11
b
qrup tələbəsi Demirok
Fatihə verilmiş Azərbaycan Respublikasında müvəqqəti yaşamaq miqrasiya
kartı itdiyi üçün etibarsız sayılır.
Həsənova Diana Mir-Sadıx qızına 2007-ci ildə Azərbaycan Tibb Universi-
teti tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 212
Кафедраlarын профессорları (елмляр докторları):
- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer
- II uşaq xəstəlikləri kafedrası - 1 (0,75 vahid)
- İnsan anatomiyası kafedrası - 1 yer
- Tibbi fizika və informatika kafedrası - 1 yer
Kafedraların dosentləri (fəlsəfə doktorları):
- I daxili xəstəliklər və reanimatologiya kafedrası -2 yer
- Kliniki allerqologiya və immunologiya kursu -2 yer
- Kommunal və qidalanma gigiyenası - 1 yer (0,75 vahid)
- İctimai fənlər kafedrası - 1 yer
- III daxili xəstəliklər kafedrası - 1 yer
- Ağciyər xəstəlikləri kafedrası - 1 yer
- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası - 1 yer
Kafedraların baş müəllimləri:
- İctimai fənlər kafedrası - 1 yer
- Tibbi biologiya və genetika kafedrası - 1 yer
- Azərbaycan dili kafedrası - 1 yer
Kafedraların müəllimləri:
- Latın dili kafedrası - 1 yer (0,5 vahid)
- Xarici dillər kafedrası - 1 yer (0,5 vahid)
Kafedraların assistentləri:
- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer
- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer (0,5 vahid)
- Normal fiziologiya kafedrası - 1 yer
- II mamalıq və ginekologiya kafedrası - 2 yer
- II mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- II mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- Ağ ciyər xəstəlikləri kafedrası - 1 yer
- Kliniki allerqologiya və immunologiya kursu - 1 yer
- Kliniki allerqologiya və immunologiya kursu - 1 yer (0,5 vahid)
- İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası - 2 yer
- Ortopedik stomatologiya kafedrası - 4 yer ( 0,5 vahid )
- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer( 0,5 vahid )
- Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası - 1 yer (0,5 vahid)
- I cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- II daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- Biofiziki və bioüzvü kimya kafedrası - 1 yer
Kiçik elmi işçi:
- Elmi - Tədqiqat Mərkəzi bioloji fəal maddələrin sintezi şöbəsi - 1 yer
- Biokimya kafedrası üzrə PETL - 1 yer (0,5 vahid)
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan
qəzetdə («Təbib» qəzeti, 16 fevral 2015-ci il) dərc olunduğu gündən 30
gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşa-
ğıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1007, Bakıxanov küçəsi 23. Telefon: 597-10-08
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
KA FED RA LAR ÜZRƏ
AŞA ĞI DA KI YERLƏRİ TUTMAQ ÜÇÜN
MÜSA BİQƏ ELAN EDİR
Stress diabetə səbəb olur
u
Alimlər müəyyən ediblər ki,
həmyaşıdları ilə ünsiyyət problemi
olan utancaq uşaqlar köklüyə daha çox
meyilli olurlar.
Mütəxəssislər tədqiqata 9-11 yaş arasında 8346
uşaq cəlb ediblər. Onlara həmyaşıdları ilə ünsiyyət
qurmaq, valideynləri və yaxından tanımadıqları
adamlarla ümumi dil tapmaq bacarıqları barədə
suallar verilib. Məlum olub ki, təbiətən utan-
caq, özünə arxayın olmayan, gülünc vəziyyətə
düşməkdən qorxan uşaqlar digər uşaqlarla ünsiyyət
zamanı tez-tez stress keçirirlər və nəticədə çox-
lu miqdarda kalorili qida və şirniyyat yeməyə
üz tuturlar. Çox vaxt belə uşaqların 11 yaşından
artıq çəki problemləri olur. Bu isə onların özlərinə
qapanmaları, heç yerə getməmək və heç kəslə
ünsiyyətdə
olmamaları
üçün yeni
bir səbəb
deməkdir.
Alimlər
hesab
edirlər ki,
uşaqlara
utancaqlıqla mübarizədə kömək etmək lazımdır.
Bunu birinci növbədə valideynlər etməlidir. Özünə
inamı olmayan uşaqları ruhlandırmaq, onlarda
əminlik hissi oyatmaq lazımdır. Utancaqlıqla
isə mübarizə aparmaq lazımdır. Bu mübarizənin
yolları uşağa ünsiyyət qurmağı öyrətmək, əyləncəli
hobbi tapmaq, onu idmana cəlb etməkdir.
Uşaq utancaqlığı piylənməyə gətirib çıxarır
u
Astma xəstəliyinin müalicəsi üçün yeni
üsul tapılıb.
AzərTAc Rusya KİV-lərinə istinadən xəbər ve-
rir ki, Avstraliyanın Kvinslend Universitetinin
mütəxəssisləri astma əleyhinə yeni dərman pre-
paratı yaradıblar. Alimlər bildirirlər ki, preparat
astmaya səbəb olan genlərin fəaliyyətini ləngidir.
İndi isə dərmanın könüllülər üzərində klinik sınaq-
dan keçirilməsi tələb olunur. Problem ondadır ki,
dərmanın təsirinin sübut etmək üçün könüllülərdə
astmanın simptomlarını oyatmaq gərəkdir. Bunun
üçün təcrübəyə 16 nəfər cəlb olunacaq. Həkimlər
toz hissəciklərindən istifadə etməklə onlarda süni
astma tutması yaradacaqlar. Sonra həmin şəxslərə
yeni dərman preparatı veriləcək. Bu yolla insanlarda astma simptomlarının azalması və ya
şiddətlənməsi, hətta aradan qalxması müəyyən ediləcək. Nəticələr uğurlu alınarsa, bu, stan-
dart müalicəyə uyğun olmayan insanlar üçün alternativ müalicə olacaq. Sınağın nəticələri
gələn il açıqlanacaq.
Alimlər əmindirlər ki, testlər ciddi nəzarət və təhlükəsizlik şəraitində həyata keçiriləcək.
Könüllülərdən heç kim ziyan çəkməyəcək.
Məlumdur ki, astma əsasən irsi yolla keçir. Ancaq həmişə yox. Bəzən xəstəlik bronxların
zədələnməsi ilə, yaxud psixoloji problemlər səbəbindən də inkişaf edir. Münxen Universi-
tetinin alimləri 1500 astma xəstəsi arasında sorğu aparıblar. Nəticələr göstərib ki, hər üç
nəfərdən birində bu xəstəlik ailə problemləri zəminində yaranır. Bəzi insanlarda isə astmaya
işdəki gərginlik və həyəcan səbəb olur.
Astma əleyhinə yeni dərman preparatı
sınaqdan keçiriləcək