16 fevral 2015-ci il
http://www.amu.edu.az
5
u
Kolit çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı
yoğun bağırsağın divarları iltihablaşır.
Kolit kəskin və xroniki formalarda keçə bilər. Kəskin kolitin
inkişafına salmonella, streptokokklar, stafilokokklar, dizente-
riya və s. mikroorqanizmlər səbəb ola bilər.
Kəskin kolit zamanı insanı qarında kəskin spazmlar və ya
dartıcı ağrılar, meteorizm, qarında qurultu kimi simptomlar
narahat edir, hərarət 38 C kimi qalxa bilər, xəstə ümumi zəiflik
hiss edir, iştaha ya heç olmur ya da kəskin azalır. Xəstədə
ishal ola bilər, ishal zamanı selik və qan ifraz olunur. Kəskin
kolit vaxtında müalicə olunmadıqda xroniki formaya keçir.
Xroniki kolit müalicəyə çox çətin tabe olur.
Xroniki kolit zamanı simptomlar kəskinləşmə zamanı mey-
dana çıxır. Xroniki kolitin əsas simptomu qəbizliklə ishalın
kəskin növbələşməsidir. Bundan əlavə xəstəni meteorizm
(köp), qarının aşağı hissəsində küt ağrılar, ürəkbulanması,
ağızda acı dad narahat edir. Xəstədə tez-tez baş ağrıları olur,
işləmək qabiliyyəti azalır, insan daha tez yorulur. Nəzərinizə
çatdıraq ki, kolitin bir çox simptomları həmçinin düz bağırsa-
ğın şişlərinə də xasdır. Bu səbəbdən belə simptomlar mey-
dana çıxdıqdan dərhal sonra vaxt itirmədən həkimə müraciət
edin.
Kolitin ikişaf etmə səbəbləri müxtəlif ola bilər:
- bağırsaq infeksiyaları, qurdlar,
- uzun müddət ərzində və xüsusilə nəzarətsiz olaraq
dərmanların qəbulu (ilk növbədə antibakterial preparatların),
- disbakterioz (bağırsaqların mikroflorasının pozulması),
- allergiyalar,
- xroniki streslər,
- zəhərləmələr,
- yoğun bağırsaqda qan dövranının pozulması (adətən yaşlı
insanlarda inkişaf edir) və s.
Vaxtında və düzgün şəkildə müalicə olunmayan kolit müxtəlif
ağırlaşmalara səbəb ola bilər: susuzlaşma və intoksikasiya,
avitaminoz, qanazlığı (daxili qanaxmalara görə - xoralı kolit
zamanı) və s. Xroniki kolit şiş xəstəliklərinin (o cümlədən,
xərçəngin) riskini artırır.
Bu səbəbdən kolitin ilk simptomlarında dərhal həkimə
müraciət edin, lazım olan müayinələrdən keçin və müalicə
alın. Kolitin müalicəsi ilə proktoloq məşğul olur.
Müayinə zamanı həkim xəstənin qarnını əl ilə yoxlayır və
orada ağrılı, zədələnmiş sahələri müəyyən edir.
Bundan əlavə xəstəyə koproqramma (nəcisin analizi) təyin
olunur. Kolit zamanı nəcisdə çoxlu miqdarda selik, leykositlər,
qan (xoralı kolit zamanı) aşkar olunur.
Lazım olduqda həkim rektoromanoskopiya (düz bağırsa-
ğın xüsusi optik cihazla müayinəsi), irriqoskopiya (rentgen
müayinəsi), kolonoskopiya (bütün yoğun bağırsağı müayinə
edir) kimi əlavə müayinələr təyin edir. Daha sonra həkim
xəstəyə müalicə təyin edir.
Kolit zamanı qidalanma müalicəvi rol oynayır. Kolitdən
əziyyət çəkən insanlar üçün yağlı, qızardılmış, duzlu, istiotlu
qidalar, ədviyyatlar, süd, spirtli içkilər, qazlı sular, çiy meyvə
və tərəvəzlər, göbələk, paxlalılar (noxud, lobya və s.), bulka,
piroq, tort, dondurma əks-göstərişdir. Qida gün ərzində 5
dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq
olmamalıdır, yumşaq olmalıdır, rasionda yağların miqdarını
azaltmaq, zülalların isə artırmaq lazımdır.
Təbii vasitələr arasında kolitin müalicəsində çobanyastığı,
adaçayı kimi otların dəmləmələri istifadə olunur.
saglamolun.az
Qısa arayış:
1959–cu ildə Tovuz rayonu-
nun İbrahimhacılı kəndində
anadan olan Həsənov Fərman
İbrahim oğlu hərbi qullu-
ğu başa vurduqdan sonra
Azərbaycan Tibb İnstitutunun
(hazırda ATU) stomatologiya
fakültəsinə daxil olub. 1986–cı
ildə universiteti fərqlənmə dip-
lomu ilə bitirib. 1990–cı ildən
etibarən ATU-nun ağız və üz–
çənə cərrahiyyəsi kafedrasının
assistentidir.
2001–ci ildə “Kükürd tərkibli
sərbəst aminturşuların çənə sı-
nıqları zamanı sümük toxuma-
sının regenerasiyası prosesinə
təsiri” mövzusunda namizədlik
dissertasiyası müdafiə edib. Bir
sıra ixtiraların, səmərələşdirici
təkliflərin və s. müəllidir.
Dişlərin və çənələrin defektləri
zamanı implantasiyası ilə ma-
raqlanır.
Hazırda 6 ixtiranın müəllifidir.
İxtiraların əksəriyyəti çənə-üz
cərrahiyyəsinə, çənə - almacıq
sümüklərinin sınıqlarına aiddir.
- Fərman müəllim, bir neçə ixtira
və səmərələşdirici təkliflərin
müəllifisiniz. İxtiralarınız barədə
nə deyərdiniz?
- Diqqətinizə çatdırım ki, Tibb
Universitetinin ağız və üz-çənə
cərrahiyyə kafedrasının müdi-
ri, hörmətli professor Teymur
Babayev universiteti fərqlənmə
ilə bitirdiyimə görə, 1990-cı ilin
dekabrında mənim kafedrada
qalmağımı məsləhət gördü. Elə
o vaxtdan assistent vəzifəsində
çalışıram.
Universiteti bitirənədək 4-5
ixtiranın müəllifi idim. İlk ixtiram
isə, tələbə vaxtı 9 stomatoloji
funksiyanı yerinə yetirən “Sto-
matoloji kombayn” olub. 1989-
cu ildə konstruksiyasını verdi-
yim bu ixtira o zaman respubl-
kada böyük maraq doğurdu,
televiziya üçün çəkilişlər oldu
və kombayn dövri mətbuatda
geniş şəkildə işıqlandırıldı.
1992-93-cü illərdə məlum Qa-
rabağ döyüşləri zamanı yaralı-
ların döyüş bölgəsindən çıxarıl-
masına yardım etmək məqsədi
ilə “Almacıq sümüklərin repa-
zisiyası və fiksasiyası üçün
qurğu” ixtira etdim və müəlliflik
şəhadətnaməsi aldım. Həmin
qurğu o dövrdə yaralıların dö-
yüş bölgəsindən çıxarılmasında
işə yarayıb. İxtira etdiyim qur-
ğuların əksəriyyətindən hazırda
istifadə olunur.
- Bəs ixtira etdiyiniz bu
qurğular
və
səmərələşdirici
təklifləriniz ölkədən kənarda
necə qarşılanıb?
- Ölkəmiz müstəqillik qa-
zanandan
sonra
xariclə
əlaqələrimiz getdikcə inkişaf
etməyə və möhkəmlənməyə
başladı. Yavaş-yavaş üz-çənə
cərrahiyyəsinə aid dişlərin imp-
lantasiyası, çənə deffektlərinin
bərpası, sümük plastiklərinə
aid keçirilən konfrans, kurs və
master-klaslarda iştirak etməyə
başladım. Bir sıra beynəlxalq
konfranslarda çıxışlarım olub
və iştirakçılar tərəfindən maraq-
la qarşılanıb.
Elə iki il öncə İmplantoloqların
Beynəlxalq Xəzər Konfransın-
da
“Gicgah-çənə oynağına
aid olan qurğu vasitəsi ilə
dişləm-oynaq çıxıntısı ilə
əlaqəli xəstəliklər” barəsində
çıxışım oldu. Konfrans ərəfə-
sində Latviya, Litva, Gürcüstan-
dan əməkdaşlıq üçün təkliflər
aldım.
5-6 il öncə Gəncədə keçirilən
beynəlxalq simpoziumda
“Diş
kökünün rezeksiyası və kisto-
ektamiyanın yeni metodika-
sı” adlı məqalə ilə çıxış etdim.
Diş kökü rezeksiyası və kisto-
ektamiya əməliyyatlarında gü-
müş liflərin repraqa kimi istifadə
olunması barədə təklifimin
praktik həkimlərə köməyini
müsbət dəyərləndirdilər.
Noyabrın 10-11-də Respubli-
kada ilk dəfə keçirilən “Bakı Elm
Festivalı”nda iki patent- ixtira,
posterlə iştirak etdim. İxtiralar
Respublika Elmlər Akademiya-
sının prezidenti, akademik Akif
Əlizadə və ATU-nun rektoru,
millət vəkili, akademik Əhliman
Əmiraslanovun diqqətini çəkdi.
Akif və Əhliman müəllim bunla-
rın əhəmiyyətini nəzərə alaraq
beynəlxalq səviyyədə nümayiş
etdirilməsini təklif etdilər. İndi
hazırlaşırıq ki, ixtiraları Türkiyə,
İtaliya, Ukrayna, Moskvada
keçirilən konfranslarda nüma-
yiş etdirək. Elə ixtiram var ki,
dünyada anoloqu yoxdur.
- Analoqu olmayan ixtiranız
hansıdır elə?
- Dünayada anoloqu olma-
yan çənə çıxıqlarının yerinə
salınması üçün ixtira etdiyim
qurğudur. Qurğunu çeynəmə
dişlərinin üzərinə qoyub arxa
və yuxarıya doğru dartırlar.
Amma əvvəllər qurğusuz
çənə çıxıqlarını yerinə salmaq
çətinliklər yaradırdı. Belə ki,
çənə yerinə salınan zaman
çənənin şaqqıltı ilə bağlanması
və zədələnməsi halları olurdu.
Hadisə gecə vaxtına təsadüf
edəndə qadın həkimlər barmaq-
larının zədlənməsindən ehtiyat
edərək, əksər hallarda çənənin
salınmasından imtina edirdilər.
Bu da bir sıra problemlər ya-
radır, çənənin yerinə salınması
səhərə qalırdı. Ya da çıxıq çənə
narkozdan istifadə etməklə
salınırdı. Amma indi sadə bir
qurğu ilə barmaq ağızda iştirak
etmədən, yəni ağız xarici üsul-
la, narkozsuz-filansız çənəni
yerinə salmaq olur.
- Bəs hazırda assistenti olduğu-
nuz kafedrada hansı əməliyyatlar
aparılır?
- Kafedramızda ən çox çənə
deffektlərinin bərpası ilə bağ-
lı dünya səviyyəli əməliyyatlar
aparılır. Çənədə əsasən böyük
deffektlər şiş və ya güllə ya-
rasından əmələ gəldiyindən,
bu, insanın həyat tərzinin
pisləşməsinə səbəb olur. Diş-
siz, çənəsiz insanın danışması
isə bəllidir ki, çətinlik törədir.
Amma kafedramızda qalça,
qabırğa, incik sümüyündən
transplantlar köçürür, çənəni və
dişləri bərpa edə bilirik. Trans-
plantlar zamanı isə konstruktiv
titan lövhələrdən istifadə edirik.
Bundan başqa, ağızın içəri-
sində çənənin və əngin üzərində
ehtiyac duyulduqda diş implan-
tasiyaları da aparılır. Ən əsası
odur ki, çənə deffektlərinin
aradan qaldırılması üçün gözəl
mütəxəssislərimiz var.
Qabil ABDULLAYEV
F.HƏSƏNOV:
«UNİVERSİTETİ BİTİRƏNƏDƏK 4-5
İXTİRANIN MÜƏLLİFİ İDİM»
Ö
lkəmizdə ötən ilin noyabrında ilk dəfə idi ki, Bakı Elm Festiva-
lı keçirildi. Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan
elminin bu günkü nailiyyətlərini ictimaiyyətə tanıtmaq-
dan ibarət idi. Festivalda ixtiralarına müəlliflik şəhadətnaməsi almış,
səmərələşdirici təklifləri olan alimlərimiz posterlə iştirak edirdi. Bu
isə onu deməyə əsas verir ki, Azərbaycan elmi alimlərimizin sevindirici
nailiyyətləri sayəsində xeyli uğurlar əldə edib.
Bakı Elm Festivalında Azərbaycan Tibb Universitetinin əməkdaşları
da layiqincə təmsil olunurdular. Onlardan biri də universitetin ağız və
üz-çənə cərrahiyyə kafedrasının assistenti Fərman Həsənov idi. Ondan
ixtiraları ilə bağlı müsahibə almağa qərar verdik.
Müsahibə
Kolit - yoğun bağırsağın
iltihabı
http://www.amu.edu.az
16 fevral 2015-ci il
6
“Bakı-2015” ilk Avropa Oyunları za-
manı yarışların keçiriləcəyi bütün
məkanlarda, o cümlədən hotellərdə,
Olimpiya şəhərciyində və kütləvi
tədbirlərin təşkil olunacağı yerlərdə
təcili tibbi yardım briqadaları növbətçilik
çəkəcək. Bundan əlavə, beynəlxalq
standartlara uyğun avadanlıq və
ləvazimatla təchiz olunmuş yeni “Mer-
sedes” markalı təcili tibbi yardım
avtomobillərinin istismara verilməsi
nəzərdə tutulub.
Bu barədə AzərTAc-a Səhiyyə Nazir-
liyin mətbuat xidmətindən məlumat ve-
rilib.
Məlumatda bildirilir ki, Avropa Oyunları
Təşkilat Komitəsinin tələblərinə əsasən,
tibbi yardım xidmətlərinə cəlb olunmuş
heyət xüsusi təlimlərdən keçməli, dün-
yanın qabaqcıl ölkələrində qəbul olun-
muş və beynəlxalq standartlara uyğun
bilik və vərdişlərə malik olmalıdır. Bu
məqsədlə Səhiyyə Nazirliyinin köməkliyi
ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasında Amerika
Ürək Assosiasiyasının nümayəndəliyi
vasitəsilə xüsusi təlimçilər hazırlanıb və
təlim kursu yaradılıb. Təlim və məşqlərə
400-ə yaxın təcili tibbi yardım işçisi cəlb
olunub. Tibbi biliklərin təkmilləşdirilməsi
ilə yanaşı, təcili tibbi yardım xidmətlərinə
cəlb olunmuş həkimlər üçün ingilis dili
kursları da təşkil edilib.
“Bakı-2015”də yarışların keçiriləcəyi
bütün məkanlarda təcili tibbi yardım
briqadaları növbətçilik çəkəcək
Fəlsəfə elmləri doktoru, pro-
fessor Qurban Balı oğlu Bayra-
mov 1935-ci il fevral ayının 10-
da Qərbi Azərbaycanın Göyçə
ma halı nın Nərimanlı kəndində
anadan olmuşdur. O, Nəri manlı
kənd məktəbində orta təhsil al-
mış və 1951-ci ildə 2 illik Qazax
Müəllimlər İnstitutunda oxu-
muş, bir neçə il Göyçə ma halının
müxtəlif kənd lərində müəllimlik
etmişdir.
Qurban müəllim 1957-ci ildə Azərbaycan
Pedaqoji İnstitutunun tarix fakültəsinə
daxil olmuş və oranı bitirdikdən sonra
1961-ci ildə AMEA-nın “Fəlsəfə və hü-
quq institutu”nun əyani aspiranturasına
daxil olmuş, 1967-ci ildə “SSRİ-də sosia-
list millətlərinin mənəvi simasında ümumi
cəhətlərin təşəkkülü və inkişafı” mövzu-
sunda namizədlik dissertasiyası müdafiə
edərək fəlsəfə elmləri namizədi alimlik
dərəcəsi almışdır. 1982-ci ildə isə “Sosi-
alist millətlərinin mənəvi həyatında milli-
lik və beynəlmiləlçiliyin dialektikası” adlı
doktorluq dissertasiyası müdafiə edərək
fəlsəfə elmləri doktoru adını almışdır.
Q.Bayramov 1966-cı ildən Azərbaycan
Tibb Universitetində müəllim kimi işə
başlamış, dosent, professor və 1983-cü
ildən “Elmi kommunizm”, ömrünün so-
nuna qədər fəlsəfə kafedrasının müdiri
vəzifəsində işləmişdir.
Professor Q.Bayramov kafedra müdiri
olduğu illərdə tələbələrin elmi-fəlsəfi dün-
yagörüşünün formalaşmasında böyük
əmək sərf etmişdir. O, çoxsaylı məqalə,
monoqrafiya və dərs vəsaitlərinin müəllifi
olmuşdur: “Milli məsələdə iki meyl”
(Bakı-1972), “Mənəvi həyatda millilik və
beynəlmiləlçilik” (Bakı-1974), “Milli və sin-
fi münasibətlərin qarşılıqlı əlaqəsi” (Bakı-
1981), “SSRİ-də milli münasibətlərin
inkişafı” (Bakı-1984), “İnsan və zaman”
(Bakı-1992), “Nümunələr, təşbehlər və
aforizmlər” (Bakı-1993), “İnsan, qəribədir
həyatın sənin” (Bakı-1994), “Fəlsəfənin
əsasları” (Bakı-1996).
Müəllifin əsərləri ayrı-ayrı dövrlərdə
oxucular tərəfindən diqqətlə izlənilmiş və
yüksək qiymətləndirilmişdir. Onun “İnsan
və zaman” kitabı xüsusi ilə geniş oxucu
kütləsinin marağına səbəb olmuşdur.
Bu günlərdə görkəmli ziyalı, fəlsəfə
elmləri doktoru, mərhum professor Qur-
ban Balı oğlu Bayramovun anadan olma-
sının 80 illik yubileyidir. Qurban müəllimi
xatırlayan hər bir kəs onun yüksək
mədəniyyətə və əxlaqa, gözəl insani
keyfiyyətlərə malik olduğunu xüsusi qeyd
edir. Qurban müəllim nəinki tələbələrə,
müəllimlərə, bütün əməkdaşlara böyük
qayğı və diqqətlə yanaşaraq əsl ziyalı-
lıq, insanlıq nümunəsi aşılayırdı. O, gənc
tədqiqatçılara, aspirantlara daha çox
vaxt ayırır, onlara daim elmi-pedaqoji
istiqamət və məsləhətlər verməkdən yo-
rulmurdu. Qurban müəllimin mühazirələri
tələbələrin fəlsəfi dünyagörüşünün
formalaşmasında,
zənginləşməsində
önəmli və mühüm rol oynayırdı. İndi də
tələbələri və yetirmələri böyük hörmətlə
Qurban müəllimi xatırlayırlar.
Ümumiyyətlə, Azərbaycan elm və
fəlsəfə ictimaiyyəti, Azərbaycan Tibb
Universitetinin çoxminli kollektivi profes-
sor Qurban Bayramovu qayğıkeş, xeyir-
xah, təmənnasız, səmimi bir ziyalı kimi
tanıyırdılar.
Respublikanın tanınmış ziyalıları və elm
adamları Qurban müəllim haqqında öz
xatirələrini belə ifadə etmişlər:
Qurban dostluq və yoldaşlıqda
vəfalılıq simvoludur. O, elmə sonra
gəldi, lakin öz insani keyfiyyətləri olan
işləri, aydın zəkası, fəlsəfi düşüncələri
ilə tez tanındı (professor Adil Nəcəfov).
“İnsan və zaman” Qurban müəllimin
öz şəxsiyyətinə, özünə yaraşan kitabdır
(professor Camal Mustafayev)
“Nümunələr, təşbehlər, aforizmlər”
kitabı müəllifin həyata, insana fəlsəfi
baxışlarıdır (professor Həsən Şirəliyev).
Qurban ləyaqətli müəllim, qayğıkeş
insan, zəhmetkəş alimdir (professor
Məhəmməd Abbasov)
Qurban Bayramov milli psixologiya
və milli mənlik şüurunun tədqiqatı
sahəsində yeni bir istiqaməti açan
müəlliflərdəndir
(professor
İvan
Fyodoroviç).
Mən ideologiya sahəsində özümü
Sizdən üstün hesab edirəm. Lakin
milli psixologiya sahəsində Siz
məndən üstünsünüz (professor Matvey
Abramoviç).
Qurban Bayramov milli psixologiya,
milli mənlik şüuru sahəsində öz izi
olan alimdir (professor Həmid İmanov).
Qurban yaxşı alim olmaqla yanaşı,
həm də yaxşı insandır (professor İzzət
Rüstəmov).
İnsanşünaslıq problemi neçə illərdən
bəri müəllifi düşündürən məsələlərdən
biri idi. O, həmin problemin tənqidi
üçün forma və üsullar axtarırdı.
Nəhayət, belə bir imkanı insan
və zaman gerçəkliyinin vəhdətini
araşdırmaqla tapa bildi (professor
Rəşid Əliyev).
“İnsan və zaman” Azərbaycan fəlsəfi
ədəbiyyatında insan probleminə həsr
olunmuş yeni mükəmməl bir əsərdir
(professor Maqsud Cəlilov).
“İnsan və zaman” kitabını oxuyanda
adama elə gəlir ki, sözlər, fikirlər un
kimi yoğrulub. Kitabı oxuyanda adam
onun sehrinə düşür. Onun təsirindən
çıxa bilmir (dosent Xankişi Məmmədov).
«Əziz Qurban müəllim!
Sizin növbəti kitabınızı «İnsan və
zaman»ı oxudum və açığını deyim ki,
mənə çox xoş təsir bağışladı. Kitabda
təbiət, insan və zaman haqqında
öyrənməli və düşündürücü çox şey
vardır. Ümumiyyətlə, bu kitabınız
geniş oxucu kütləsinə ən layiqli
hədiyyələrinizdən biridir».
Səmimi və xoş arzularla: professor
Zəlimxan Qarayev.
“Nümunələr, təşbehlər, aforizmlər”
kitabı, çox zəngin mənəvi xəzinədir
(dosent Həsən Quliyev).
Qurban Bayramov həm də nümunəvi bir
ailə başçısı kimi 4 övlad atası və böyük
bir nəslin ağsaqqalı idi.
Uzun sürən ağır xəstəlikdən son-
ra 1996-cı ildə 61 yaşında dünyasını
dəyişən gözəl insan, dəyərli alim, filosof,
professor Qurban Balı oğlu Bayramovun
əziz xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaqdır.
Məhəmməd PAŞAYEV,
Elbrus SADIQOV,
İctimai fənlər kafedrasının dosentləri
Xatirələrdə yaşayan alim-filosof
Qurban Bayramov-80
u
Hər peşənin, hər sənətin öz
gözəlliyi var. Əsas odur ki, seç-
diyin peşəyə qəlbən bağlı olasan, onun
sirlərini öyrənəsən, bütün incəliklərinə
yiyələnəsən. Yalnız bu halda seçdiyin
sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana
bilərsən.
Əziz Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
əməkdaşı, tibb üzrə fəlsəfə doktoru
Natiqə İsmayılova
da sevib-seçdiyi
sənəti ilə insanların sevgisini qazanıb.
Ömrünün 60-cı ilində də işləməkdən
yorulmayan Natiqə xanım tibbin ən
məsuliyyətli sahələrindən olan gigiye-
nanı seçib. İnstitutun gigiyena kafedra-
sında 26 ildir baş müəllim vəzifəsində
fəaliyyət göstərir. Bu illər ərzində
dəfələrlə tərifnamələrə, Səhiyyə Na-
zirliyinin diplomlarına layiq görülüb,
elmi məqalələri çap edilib. Həmişə
əməksevərliyi, inadkarlığı və gigiyena
sahəsində dərin biliyi ilə seçilib. Elə
buna görə institutun əməkdaşları və
müdavimlərinin sevimlisi olub.
1955-ci ildə Bakı şəhərində dün-
yaya göz açan Natiqə İsmayılo-
va 1972-ci ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunun
(indiki Azərbaycan Tibb Universiteti)
sanitariya-gigiyena fakültəsinə qəbul
olunub. Təhsil illərində özünü çalışqan
tələbə kimi göstərə bilib, tələbə elmi
cəmiyyətin üzvü olaraq elmi konfrans-
larda dəfələrlə çıxış edib, həm də icti-
mai işlərdə fəal olub. İnstitutu 1978-ci
ildə bitirdikdən sonra Sumqayıt şəhər
sanitar-epidemioloji
stansiyasında
bölmə müdiri vəzifəsində çalışıb. Elə
həmin il bu şəhərdə ailə qurub.
Səhiyyə Nazirliyinin Sumqayıtda
yerləşən Əmək Gigiyenası və Peşə
Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda
2 il ərzində klinik ordinaturada oxu-
yub. 1986-1989-cu illərdə Moskva-
da V.A.Obux adına Əmək Gigiyenası
və Peşə Xəstəlikləri Mərkəzi Elmi-
Tədqiqat İnstitutunda gigiyena ixtisa-
sı üzrə məqsədli əyani aspiranturanı
fərqlənmə ilə bitirib, namizədlik disser-
tasiyası müdafiə edib. Bakıya qayıtdıq-
dan sonra Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunda assistent vəzifəsinə qəbul
edilib.
Bu avtobioqrafik cizgilər ilk baxışda
şablon kimi görünə bilər. Ancaq Natiqə
İsmayılovanın həyatında şablonçuluq
yoxdur, çünki o, tibbin ən çətin və ağır
bir sahəsi olan gigiyenanı seçib. Xalq
arasında bu sahənin mütəxəssislərinə
“sanitar həkim” də deyirlər. Belə çətin
sənətin yükünü ömürlük çiyinlərinə
götürən Natiqə xanım deyir: ”Sağ-
lamlıq gigiyenadan başlayır. Mən
xoşbəxtəm ki, Vətənə gigiyenist kimi
xidmət edirəm. Həyatımda gigiyena
çox əhəmiyyətli və başlıca yer tu-
tur. Bu nəhəng elm ilkin profilaktika-
nın keşiyində durur və indiki dövrdə
çox vacib olan sağlam həyat tərzinin
prinsiplərini öyrənir”. O, həmçinin in-
gilis dilini yaxşı mənimsədiyinə görə
xarici jurnallarda çap olunan tib-
bi məqalələri və xülasələri böyük
məharətlə Azərbaycan və rus dillərinə
tərcümə edir.
Ziyalı kimi bu insanın xarakteri-
ni səciyyələndirən əsas xüsusiyyət
möhkəm iradəsi, həssaslığı və emosi-
onal dünyasıdır. Onun bütün fəaliyyəti
daim axtarışda olmağa, öyrənməyə,
obyektivliyə və ədalətə söykənib. O,
təkcə vəzifəsini deyil, vətəndaşlıq
borcunu da yüksək məsuliyyət və
ciddiyyətlə yerinə yetirir. Mənəvi saflı-
ğı və əqli kamilliyi özündə birləşdirən
Natiqə İsmayılova ilk növbədə nəcib
davranışı,
mədəniyyəti,
sadəliyi,
təvazökarlığı, insanlara diqqəti ilə onu
tanıyanların böyük hörmətini qazanıb.
Söz yox ki, o, bu hörməti əldə edənə
qədər uzun bir yol keçib, pillə-pillə
yüksəlib...
Həkimlik elə bir sənətdir ki, onun
sahibi daim öz üzərində işləməlidir.
Həkim öyrədirsə, öyrədə-öyrədə özü
də öyrənir. Natiqə xanım da işdən, ax-
tarışdan, insanlara xidmət etməkdən
yorulmur. Odur ki, ürəklərə yol tapır...
Dostları ilə paylaş: