F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə59/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

 
 
Şəkil 6.13. Əriyən çubuqşəkilli elektrodla əritmə 
qurğusunun sxemi və ərimə prosesi. 
1-şəbəkəyə qoşulma; 2-
cərəyan mənbəyi; 3-elektroda cərəyan ötürən kabel; 4-detala cərəyan ötürən 
kabel; 5-elektrod tutucu; 6-elektrod; 7-kabel qısqacı; 8-detal; 9-elektrik 
qövsü; 10-elektrodun özəyi; 11-elektrodun örtüyü; 12-damcının səthə 
düşməsi; 13-elektrod örtüyündən yaranan qoruyucu qaz; 14-maye posa; 15-
bərkimiş posa; 16-əridilmiş maye material; 17-bərkimiş qaynaq materialı. 


124 
Elektrod həm özəkdən və həm də örtükdən 
ibarətdir. Elektrodun özəyi örtük və ya birləşdirmə 
materialı olub, detalın emalı zamanı qaynaq vannasına 
əridilərək damcılarla düşür. Elektrod örtüyünün 
vəzifəsi isə aşağıdakılardan ibarətdir: 
-
elektrodun əriməsi zamanı əmələ gələn posa 
örtük və qoruyucu qazla ərimiş materialı 
atmosferdən 
qoruma 
(elektrik 
qövsünün 
daxilində yerləşən metal damcısını); 
-
elektrik qövsünün asan alışması; 
-
elektrodla detal arasındakı ara boşluğunun 
ionlaşdırılması 
hesabına 
stabil 
elektrik 
qövsünün alınması; 
-
qaynaq tikişinin legirlənməsi; 
-
elektrod örtüyünə ovuntunun əlavə olunması ilə 
əritmə məhsuldarlığının yüksəldilməsi. 
Əriyən çubuqşəkilli elektrodla emal zamanı yeni 
nəsil olan, inverter – enerji mənbələri bir sıra əlavə 
funksiyalara malik olub, aşağıdakı xüsusiyyətləri 
yerinə yetirirlər: 
-
sabit və stabil elektrik qövsünə şərait yaradır; 
-
alüminiumdan başqa demək olar ki, bütün 
metallarda tətbiq oluna bilir; 
-
çox kiçik əsaslı xərclərə malikdirlər
-
asan daşına bilir, rahat idarə olunur və hər yerdə 
tətbiq oluna bilirlər. 


125 
Bütün elektroqövs əritmə üsullarında olduğu kimi, 
burada da cərəyanın gücü, gərginlik və qövsün hərəkət 
sürəti örtüklərin keyfiyyətinə təsir edir: 
-
cərəyanın gücü əritmə sürətinə və yanma 
dərinliyinə əhəmiyyətli təsir edir; 
-
qövsün gərginliyi onun uzunluğundan və 
cərəyan keçirmə qabiliyyətindən asılıdır: 
- qövsün uzunluğu artdıqca, onun təsir sahəsi 
və vahid örtüyün eni artır; 
- yanma 
dərinliyinə qövsün gərginliyi 
əhəmiyyətsiz təsir edir; 
-
qövsün hərəkət sürəti həm vahid örtüyün eninə 
və həm də qaynaq dərinliyinə təsir edir. 
Cubuq formalı elektrodla əritmə üsulu qalınlığı s = 
2...100mm olan lövhələrin birləşdirilməsində və ya 
onlara örtükçəkilməsində tətbiq olunur. Bir gedişdə 
alına bilən örtüyün qalınlığı isə 3...10mm ola bilər.
Aşağı 
qaynaq 
sürəti 
və 
mexnikləşmənin 
mümkünsüzlüyü 
üsulun 
geniş 
yayılmasını 
məhdudlaşdırır. 
Normal 
elektrodla 
əritmə 
məhsuldarlığı 1-3kq/saat, yüksək məhsuldarlıqlı 
elektrodla isə 2-6kq/saat-dır. Burada cərəyanın 
qiyməti 50-400A və gərginlik 15-40V, qaynaq sürəti 
V
S
=12sm/dəq, 
elektrodun 
normal 
diametri isə 
d
e
=2.0...6.0mm ola bilər. Üsul bütün sənaye 
sahələrində, o cümlədən binaların, boru kəmərlərinin 
və körpülərin tikintisində, texnikanın təmir və 
bərpasında, konstruksiya və tökmə poladlarını, 


126 
çuqunları və s. birləşdirmə və onlara örtükçəkmə 
əməliyyatlarında tətbiq olunur. Əriyən çubuqşəkilli 
elektrodla su altında əritmə əməliyyatı mümkündür ki, 
bu zaman ərimiş materialın bərkiməsi sürətlə baş 
verdiyindən qaynaq tikişində çatların əmələ gəlməsi 
xarakterik haldır. 

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin