F. Q. Vahidov, T. B. Ağayev


Ailə strukturlarının tipologiyası



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə112/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   131
sosiologiya

 
3. Ailə strukturlarının tipologiyası 
 
Ailə strukturlarının tipləri rəngarəngdir və izdivacın, qohumluğun və valideyn olmağın xarakterindən 
asılıdır. 
Monoqam izdivac - bu, bir kişinin bir qadınla nikahıdır. Bəşər tarixində monoqamiyaya poliqamiyadan - bir 
nəfərin bir neçə nəfərlə nikahından 5 dəfə az rast gəlinir. Həm də poliqamiya iki cür olur: poliginiya - bir kişinin bir 
neçə qadınla nikahı və poliandriya - bir qadının bir neçə kişi ilə nikahı. 
Ailə qruplarının strukturlaşdırılması zamanı  həm izdivac, həm də qohumluq sistemləri nəzərə alınırsa, 
nikahın (poliqamiyanın) ekzotik formaları meydana çıxır: fraternal poliandriya (bir neçə qardaşın bir qadınla 
nikahı) və sororal poliginiya (bir neçə bacının bir ərlə nikahı). 
Ekzoqam nikahlar qrup nikahlarına aiddir ki, bu zaman ər və ya arvadı həmin qrupdarı kənarda, başqa nəslin 
üzvləri arasında axtarırlar. Endoqam nikahlar iki ekzoqam nəsildən ibarət olan tayfa daxilində bağlanır. Nikah 
nəsillərinin üzvləri arasında cinsi əlaqələrə qadağa tam aqamiya doğurur, qismən aqamiya isə müəyyən dövrdə 
müəyyən vaxt 
[287 - 288] 
ərzində (məsələn, mövsümi işlər zamanı cinsi tabu əsasında) seksual münasibətlərdən 
çəkinmə ilə  səciyyələnir. Bu terminologiyadan, adətən, ailə  və nikahın mənşəyi məsələlərinin, həmçinin bəzi 
davranış problemlərinin müzakirəsi zamanı istifadə edilir və onlar qrup halında nikahı  fərdi nikahdan 
fərqləndirməkdə yardımçı olur. 
Ailə strukturlarının valideynlik-izdivac-qohumluq meyarları ilə müəyyənləşdirilən tipləri rəngarəngdir və 
ata, yaxud ana xətlərindən biri ilə bağlı hansısa xüsusiyyətləri ön plana çəkir. Bununla əlaqədar ailə və qohumluq 
etnososiologiyasında və ailə sosiologiyasında sosial və fizioloji atalıq, yaxud analıq fərqləndirilir. Buradan da ailə 
qruplarının patri - və ya matrilokalizasiyası  əsasında patrilineal və matrilineal ailələr fərqləndirilir ki, bunlarda 
soyad, əmlak, sosial vəziyyətə vərəsəlik ya ata, ya da ana xətti üzrə olur.

Hakimiyyət meyarına əsasən ailə «dövlətinin» başçısının ata olduğu patriarxal və ən yüksək nüfuz və təsirə 
ananın malik olduğu matriarxal ailələr fərqləndirilir. Dəqiq fərqlənən ailə başçısının olmadığı, hakimiyyətin ata ilə 
ana arasında durumdan asılı olduğu hallarda eqalitar ailələrdən danışmaq olar. 
Lakin ailədə hakimiyyət və nüfuzdan, qərarların birgə, yaxud avtoritar qəbulundan asılı olaraq, ailə 
strukturlarının daha çox saymı  fərqləndirmək mümkündür. Belə ki, amerikalı sosioloq Morris Zeldiç ailənin bir 
nüfuz strukturunun və  ərlə arvaddan birinin qərar qəbul etdiyi yuxarıda göstərilən tiplərindən başqa, ailə 
qərarlarının birgə müzakirə olunduğu partnyorluq ailəsini də  fərqləndirir ki, ər daha üstün nüfuza malik olduğu 
halda, bu, ərin, arvad üstün olduğu halda isə qadının dominantlıq etdiyi ailə olacaqdır. Partnyorluğun sinkratik tipi 
ər-arvad bərabər nüfuza malik olduğu halda meydana çıxacaqdır. Bundan başqa, birdən çox nüfuz strukturuna 
malik ailələr də fərqləndirilir, həm də qərarların birgə müzakirəsi zamanı kollegial ailə yaranır, qərarın ər-arvaddan 
biri tərəfindən qəbul olunması isə avtonom ailə adlandırılır. 
Daha sonra ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının sosial durumuna görə ailələr homogen 
(ər-arvad təxminən eyni sosial stratdan olur), yaxud heterogen (ərlə arvad müxtəlif sosial qrup, kasta və ya sinifdən 
olur) ola bilər. Ailə  və nikahların sosial və demoqrafık  əlamətlərə görə daha geniş  səciyyələndirilməsi üçün 
                                                 
1
 Социология семьи/Под ред. проф. А. И. Антонова/ М., 2005, с. 49. 


115 
 
milliyyət, yaş, peşə, təhsil və s. baxımından eynicinsli homoqam ailələr fərqləndirilir ki, bunlarda sosial-
demoqrafik indikatorlar üzrə fərqlər müşahidə edilir. 
Məkan-ərazi lokallaşmasına görə ailələr patrilokal (təzə evlənənlər yaşamaq üçün ərin atasının evinə 
köçürlər) və matrilokal (təzə evlənənlər arvadın valideynlərinin evində yaşayırlar) olur. Müasir şəhər ailələrində
əksər hallarda, ailələrin unilokallığından danışmaq lazım gəlir, çünki mənzilin olması gənc ailənin lokallaşmasını 
müəyyənləşdirir. 
Müasir urbanizə olunmuş aqlomerasiyalarda ən geniş yayılan nuklear - valideynlər və övladlardan, yəni iki 
nəsildən ibarət ailələrdir. Nuklear ailədə üçdən artıq olmayan mövqe (ata-ər, ana-arvad, oğul-qardaş və ya qız-bacı) 
var. Mürəkkəb ailə ümumi təsərrüfatı olan iki və daha artıq ailəni birləşdirən, üç və daha artıq nəsildən (baba-nənə, 
valideynlər və övladlardan, nəvələrdən) ibarət olur. 
Təkrar ailələrdə (təkrar, birinci olmayan nikaha əsaslanan)  ər-arvadla birlikdə  həmin nikahdan olan 
övladlarla yanaşı, ər və ya arvadın yeni ailəyə özü ilə gətirdiyi övladlar da ola bilir. Boşanmaların sayının artması 
əvvəllər, praktiki olaraq, ər və ya arvaddan hər hansı birinin vəfatı nəticəsində meydana çıxan belə ailələrin sayının 
artmasına səbəb olmuşdur. Keçmişdə təkrar ailələrdə uşaqlar bir ana və iki ataya (bir ata və iki anaya) indikindən 
xeyli az hallarda malik olurdu. Müvafiq olaraq, yalnız doğma valideynləri olan övladlarla, onlardan başqa, həm də 
ögey ata və ya anaları olan övladlar arasında qohumluq münasibətləri də mürəkkəbləşmişdir. 
[289 - 290]
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin