F. Q. Vahidov, T. B. Ağayev


Sosial-ərazi strukturu nədir?



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə32/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   131
sosiologiya

Sosial-ərazi strukturu nədir? 
Sosial-ərazi strukturu insanların sabit birliklərinin və bu birliklər arasındakı münasibətlərin məcmusudur
belə birliklər müxtəlif ərazi-inzibati təşəkküllərində həyat fəaliyyəti şəraitində mövcud olan sosial qeyri-yekcinslik 
əsasında formalaşırlar. Sosial-ərazi strukturu cəmiyyətin sosial strukturunun 
[82 - 83]
 təzahürlərindən biridir. Bu 
struktur insanların müxtəlif məskənlərə  və  ərazi-inzibati təşəkküllərinə  mənsubiyyətinin sosial nəticələrini qeydə 
alır, cəmiyyətin ərazi baxımından təşkilinin mühüm tərəfi kimi çıxış edir. 
Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə  məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, 
müəyyən tarixi hüdudda bir məskən formasının digərindən (şəhər və  kənd), bir regionun digərindən (mərkəz və 
əyalət) üstün inkişafının labüdlüyünü şərtləndirir.  İstehsalın yerləşdirilməsində  və  əhalinin məskunlaşmasında 
iqtisadi meyarların hökmranlığı tarixi inkişafın qeyri-bərabərliyini doğurur. Bu və ya digər ölkə hüdudlarında 
regionların və  ərazilərin iqtisadi inkişafının qeyri-bərabərliyi bunun təzahürlərindən biridir. Bu əsasda regional 
kəsimdə  həyat fəaliyyəti  şəraitinin sosial baxımdan müxtəlif cür qiymətləndirilməsi təşəkkül tapır, sosial-ərazi 
fərqləri formalaşır. İnsanların iqtisadi və sosial cəhətdən müxtəlif cür inkişaf etmiş ərazilərə mənsubiyyəti, ən əvvəl 
onların məskənlərə özünəməxsus bağlılığı (daimi yaşayış yeri) sosial-ərazi birliklərinin formalaşması ilə 
nəticələnir; bu birliklər spesifik sosial təşəkküllərdir. 
Cəmiyyətin sosial-ərazi strukturu öz ünsürlərinin - sosial-ərazi birliklərinin sosial inkişaf səviyyəsində 
irəliləyişin müxtəlif dərəcədə olması ilə  səciyyələnir. Həmin birliklərə  mənsubiyyət isə sosial diferensiasiya 
amillərindən biri kimi çıxış edir. 
Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdırılmasının əsas istiqamətləri aşağıdakılardır: 
- aqrar-sənaye inteqrasiyasının hər vasitə ilə inkişaf etdirilməsi; 
- şəhərdə və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi; 
- kəndin sosial baxımdan yenidən qurulması; 
- müxtəlif tipli şəhərlərin böyüdülməsinə, inkişafına dair diferensiallaşdırılmış və hərtərəfli ölçülüb-biçilmiş 
siyasət yeridilməsi; bu halda iri şəhərlərin «yükünün» tədricən azaldılması, 
[83 - 84]
 onların profılinin 
dəyişdirilməsi, kiçik və orta şəhərlərin inkişafının stimullaşdırılması; 
- məskunlaşmada inteqrasiya proseslərinin hər vasitə ilə stimullaşdırılması; 
- bütün səviyyələrdə məskunlaşma sistemlərinin məqsədyönlü formalaşdırılması; 
- ölkənin inzibati-ərazi quruluşuna dair islahatların həyata keçirilməsi; 
- inzibati-ərazi vahidlərinin sosial-iqtisadi və  mədəni inkişafının respublika ilə tarazlı olmasının  əməli 
surətdə reallaşdırılması və s. 
Beləliklə, sosial-ərazi birliklərinin strukturunun və  fəaliyyətinin optimallaşdırılması ciddi məsələ olaraq 
qalır. Bu birliklərin inkişafının  ən ümumi istiqaməti sosial baxımdan  ədalətli cəmiyyət quruculuğunun  əsas 
komponentlərinin formalaşması olmalıdır. Deməli, sosial-ərazi birliklərinin inkişafı çox mürəkkəb prosesdir. Bu 


36 
 
prosesin idarə olunması sosial-ərazi birliklərinin hər bir növünün inkişaf mexanizmlərini, onların qarşılıqlı 
fəaliyyətinin qanunauyğunluqlarını dərindən bilməyi tələb edir
1

Yeri gəlmişkən qeyd edək ki, ilkin sosial-ərazi birliklərinin fəaliyyəti həmin birliklərdə toplanan əhalinin 
sosial təkraristehsalının səviyyəsini təmin edir. Sosial təkraristehsal sosial münasibətlər, birliklər, təsisatlar, sosial 
norma və dəyərlər sisteminin təkamülü prosesidir. Bu proses ictimai inkişafın konkret mərhələsinə xas olan sosial 
sistemin dəyişilməsi meyllərini təcəssüm etdirir. Ona görə də sosial təkraristehsalı sosial-ərazi sisteminin mühüm 
funksiyası kimi səciyyələndirmək olar. Belə təkraristehsal əhalinin ictimai həyatda normal iştirakı üçün zəruri olan 
müəyyən sosial keyfıyyətlərin məcmu halında təkraristehsalını  nəzərdə tutur. Başqa sözlə, sosial təkraristehsalda 
kəmiyyət aspekti (bu, fərdlərin fıziki təkraristehsalını nəzərdə tutur) ilə yanaşı keyfiyyət aspekti (bu, zəruri sosial 
keyfiyyətlərin qazanılmasını 
[84 - 85]
  nəzərdə tutur) də hökmən müəyyən yer tutur. Həyata qədəm qoyan yeni 
nəsillər mütərəqqi sosial keyfıyyətlərin daha yüksək səviyyəsinə yüksəlməyə  səy göstərirlər. Lakin bu proses 
müəyyən çətinliklərlə, ziddiyyətlərlə müşayiət olunur. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin