F. Q. Vahidov, T. B. Ağayev


Region spesiflk sosial-ərazi sistemi kimi



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə35/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   131
sosiologiya

 
4. Region spesiflk sosial-ərazi sistemi kimi 
 
Region xüsusi tədqiqata ehtiyacı olan sosial-ərazi sistemidir. Regionun sosioloji anlamı bunu əsas tutur ki, 
region onun hüdudlarında yaşayan  əhalinin təşkilinin sosialməkan ümumiliyinə malik olmalıdır. Region təbii 
şəraitinin özünə-məxsusluğu, istehsalın təşəkkül tapmış ixtisaslaşması, məhsuldar qüvvələrin, istehsal 
infrastrukturunun inkişafının müəyyən səviyyəsi ilə  fərqlənir, habelə spesifık sosial struktur və infrastrukturla, 
əhalinin spesifik həyat tərzi ilə səciyyələnir. Təbii şərtlərin ərazi diferensiasiyası əməyin ictimai (ərazi) bölgüsünün 


41 
 
təbii əsasını təşkil edir; bu bölgü əhalinin spesifik sosial həyat şəraitində və sosial simasında tarixən təsbit olunur 
və davam edir
1

Regionun müxtəlif tipləri vardır. Belə ki, mikroregionlardan, kiçik regionlardan başlamış  təbii-təsərrüfat 
əlamətlərinə 
[97 - 98]
 görə bir sıra ərazi-iqtisadi rayonları və onların hissələrini birləşdirən zonalara qədər müxtəlif 
səviyyəli tipləri ayırd etmək olar. 
İstənilən tipə aid olan regionun sosial siması bütövlükdə cəmiyyətin sosial simasının ən ümumi cəhətlərinin 
spesifik təzahürüdür; o, eyni zamanda özünün konkret xüsusiyyətlərinin məcmusu ilə daha zəngindir. Bu halda 
nəzərə almaq lazımdır ki, regionun sosial siması aşağıdakıları əks etdirir: 
- cəmiyyətin sosial münasibətlərinin maddi-iqtisadi bazasının ərazi təşkilini; 
- onun ərazisində yaşayan əhalinin demoqrafık, entik, təsərrüfat və s. xüsusiyyətlərini
2

Ölkəmizin müxtəlif regioniarının tarazlı inkişafını  təmin etmək  ən ciddi problemlərdən biri olaraq qalır. 
Bunun üçün regionların təsərrüfat-iqtisadi, mədəni-məişət, milli-etnik və s. xüsusiyyətləri,  əhalinin həyat 
fəaliyyətinin müxtəlif formaları hərtərəfli araşdırılmalıdır: 
Region  əhalinin yerləşməsinin iki əsas formasının - şəhərin və  kəndin sosiologiyasının inteqrasiyaedici 
obyektidir. Sosial-ərazi birliyi forması kimi regionun sosioloji baxımdan öyrənilməsi  şəhərin və  kəndin 
yaxınlaşmasının sosial qanunauyğunluqlarını, bu prosesdə urbanizasiya və miqrasiyanın rolunu, yeni məskunlaşma 
aqlomerasiyası formalarının insanın  əmək və  məişət fəaliyyətinin  şərait və  məzmununa, həyat tərzinə  təsiri 
xüsusiyyətlərini öyrənməyi nəzərdə tutur. 
Cəmiyyətin regional strukturu bir çox cəhətdən ictimai əmək bölgüsündə konkret regionun tutduğu yerlə, 
oynadığı rolla şərtlənir. Bununla əlaqədar olaraq, onların aşağıdakı tiplərini ayırd etmək olar: sənaye, sənaye-aqrar, 
aqrar-sənaye, aqrar regionları. Ölkədə əksər regionlar ikinci və üçüncü tipə aiddir. 
Regionların sosioloji təhlili, dinamikasının proqnozlaşdırılması «açıq», yaxud əksinə «qapalı» sosial-ərazi 
sistemi 
[98 - 99]
 kimi regionun spesifıkasını  nəzərə almadan mümkün deyildir, yəni müəyyənləşdirilməlidir ki, 
həmin sistemin sosial inkişafı daxili və ya xarici ehtiyatların təbii təkrar istehsalı (sadə, yaxud geniş) hesabına hansı 
dərəcədə baş verir. Ölkədəki regionların  əksəriyyəti «açıq» sosial-ərazi sistemidir. Bu baxımdan  əhalinin 
miqrasiyasının sosial problemlərinə xüsusi diqqət yetirilməlidir. 
Miqrasiya ölkələr, rayonlar, müxtəlif tipli yaşayış  məntəqələri arasında adamların yerdəyişmələrinin 
məcmusudur. O, yerdəyişmələrin müxtəlif növlərini  əhatə edir: dönməz, yaxud stasionar, mövsümi, mayatnik 
xarakterli, epizodik yerdəyişmələr. Sosial, iqtisadi və demoqrafık baxımdan dönməz miqrasiya ən mühüm məna 
kəsb edir, çünki bu son nəticədə  ərazi cəhətdən yenidən bölüşdürülmək deməkdir. Dönməz miqrasiya əhalinin 
daimi tərkibinin formalaşmasında, onun bu və ya digər rayonda sakin olmasında çıxış momentidir
3
. Miqrant 
adaptasiya mərhələsində olan yeni sakindir. Miqrasiya prosesinin strukturu mobilliyin formalaşması, yerdəyişmə və 
yeni yaşayış yerinə adaptasiya kimi fazaları əhatə edir. 
Əhalinin miqrasiyasının ümumi funksiyalarına aiddir: 
a) məkan mütəhərrikliyinin bu və ya digər səviyyədə təmin olunması (mütəhərrikliyin artması funksiyası); 
b)  əhalinin ümumi sayının ayrı-ayrı  ərazilər arasında məhsuldar qüvvələrin yerləşməsi ilə  əlaqədar olaraq 
yenidən bölüşdürülməsi (yenidən bölüşdürmə funksiyası); 
c) müxtəlif ərazilərin əhalisinin keyfıyyət tərkibinin dəyişilməsi (əhalinin seleksiyası funksiyası)
4

Regionda miqrasiyanın intensivliyi məlum  ərazidə yerdəyişmələrin ümumi sayından və  əhalinin sayından 
asılıdır. Adətən əhalinin daha mütəhərrik olan hissəsi sosial cəhətdən daha fəal olur. 
[99 - 100]
 
Əməyin dəyişilməsi, yəni iş yerinin və növünün dəyişilməsi müasir sənayenin qanunudur. Əmək 
ehtiyatlarının ölkə üçün faydalı istiqamətlərdə miqrasiyası  məhsuldarlığı yüksəltməyin mühüm amilidir. O, 
adamlardan peşə  vərdişlərindən, xüsusi hazırlığından daha dolğun istifadə etməyə, azad olmuş  işçi qüvvələrini 
tələbat olan istiqamətdə stimullaşdırmağa imkan verir. 
Miqrasiya təkcə iqtisadi yox, həm də sosial funksiyaları yerinə yetirir; cəmiyyət üzvlərinin sosial vəziyyəti
ictimai  əmək bölgüsündə yeri dəyişilir, fərdlərin bir sosial qrupdan digərinə keçməsi, daha mürəkkəb ixtisasa 
yiyələnməsi baş verir. 
Bir obyekt kimi regionu əslində istənilən istiqamətdə tədqiq etmək olar. Onun sosial problemlərinin tədqiqi 
kompleks xarakter daşımalıdır. Keçmiş SSRİ məkanında belə tədqiqatlar cəmi iki layihə hüdudunda aparılmışdır: 
Həmin layihələrdən biri cəmiyyətin sosial inkişafının göstəricilərinə, digəri isə  həyat tərzi problemlərinə aid 
olmuşdur. Layihələr SSRİ EA Sosioloji Tədqiqatlar  İnstitutu tərəfindən 1979-87-ci illərdə reallaşdırılmışdır (EA 
müxbir üzvü Q. V. Osipovun, f.e.d., prof. N. T. Levıkinin rəhbərliyi altında). Belə kompleks sosioloji tədqiqatlar 
                                                 
1
 Российская социологическая энциклопедия. М., 1998, с. 440. 
2
 Bax: Аитов Н. А.  Социальное развитие регионов. M., 1985; Кахаров А. Г.  Социология регионов. M., 1996. 
3
 Заславская Т. И. , Рывкана Р. В.  Социология экономической жизни. 1991, с. 223-224. 
4
 Социология. М., 1990, с. 233-234.
 


42 
 
regionların sosial inkişaf planlarını  və proqnozlarını  tərtib etmək üçün real informasiya bazası yaradır, qəbul 
edilmiş idarəetmə  qərarlarının sosial nəticələrini aşkara çıxarmağa imkan verir. Hazırda respublikamızda belə 
kompleks xarakter daşıyan sosioloji tədqiqatlar aparılmasına ehtiyac vardır. 
Son illərdə regionlarımızın sosial-iqtisadi və sosial-mədəni inkişafına diqqət daha da artmışdır. Bu 
baxımdan «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» 
xüsusi  əhəmiyyətə malikdir. Proqram Respublika Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə  təsdiq 
edilmişdir. Proqramda Azərbaycan Respublikasının iqtisadi rayonlarının (Abşeron; Gəncə-Qazax;  Şəki-Zaqatala; 
Quba-Xaçmaz; Aran; Yuxarı Qarabağ; Kəlbəcər-Laçın; Dağlıq  Şirvan; Naxçıvan) ümumi xarakteristikası verilir, 
[100 - 101]
 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri, habelə Dövlət Proqramı 
üzrə həyata keçirilməli olan təbdirlər müəyyənləşdirilir
1

Dövlət Proqramının  əsas məqsədi respublikanın rayonlarında mövcud potensialdan istifadə etməklə 
iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, 
ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə  əhalinin həyat 
səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə  gənclərin faydalı  əməklə 
məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır. Bu 
məqsədə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: 
- müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq; 
- yerli resurslardan istifadənin səmərəsini artırmaq; 
- regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək; 
- aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, bunun üçün müxtəlif servis mərkəzləri 
yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri həyata 
keçirmək; 
- investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək; 
- yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək; 
- əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq. 
Dövlət Proqramının təsdiqindən sonrakı dövr ərzində görülən işlər sübut edir ki, regionların sosial-iqtisadi 
siması yeniləşir, müasirləşir, onların tarazlı inkişafı istiqamətində uğurlu addımlar atılır. Dövlət başçısının ayrı-ayrı 
regionlara səfərləri mövcud problemləri diqqətlə araşdırmağa, həmin problemlərin işgüzar və konkret həllinə 
kömək edir. 
[101 - 102]
 
 
                                                 
1
 Bax: «Respublika» qəzeti, xüsusi buraxılış, 13 fevral 2004-cü il. 


43 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin